Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

İsimlərə qoşulan -çılıq

4

da qovuşmanın birinci və mühüm komponenti olan -çı



4

nın 


işlənmə tezliyi üzrə sözləri belə qruplaşdıra bilərik:  

1) komponentin birinci tərəfi zəif inkişaf edənlər:  sözçülük, öhdəçilik, ədavətçilik, 



türkçülük, azərbaycançılıq və s. 

2) komponentin birinci tərəfi qismən inkişaf edənlər: bağçılıq, arıçılıq, südçülük, 



meyvəçilik, tərəvəzçilik, qoyunçuluq, toyuqçuluq

 

və s. 

3) komponentin birinci tərəfi heç inkişaf etməyənlər:  müəllimçilik, çobançılıq, 



həkimçilik və s. 

Birinci və ikinci bölgü arasında işlənmə baxımından fərq, əsasən, mücərrədlik(1) 

və konkretlik(2) baxımındandır. Bu, birbaşa      -çı

4

  -nın leksik-morfoloji 

funksionallığından irəli gəlir ki, bu barədə artıq əvvəldə bəhs etmişik.  



Qeyd:      qoyunçuluq  sözü ilə bağlı deyək ki, bu barədə  bəhs etdiyimiz dilçilik 

əsərlərində  fərqli baxışlar müşahidə olunur.  S.Cəfərov və Q.Kazımov        qoyunçu 

sözünü müstəqil söz kimi vermişdir. H.Mirzəzadə və B.Xəlilovda isə   -çuluq bu sözün 

vahid komponenti kimi verilmişdir.    Ayrı verilməsinə görə  toyuqçuluq  və  tərəvəzçilik 

sözü də o sıraya aid edilmişdir ki, biz bununla razılaşmadığımız üçün   -çılıq

–ı bütöv 



götürdük.  

Üçüncü bölgüdə verilən sözlərdə isə  -çı



4

  –nın işlənməsi sırf  üslubi xarakter 

daşıyır. Burada -çı



4

  konkret bir peşəni adlandıran həmin sözlərə ikiqat sahiblik 

məzmunu verərək onun mənasını qüvvətləndirir. Eyni zamanda bu qüvvətləndirmə sırf 

üslubi xarakter daşıyıb ifadə tərzi olaraq onların sənət etibarilə adiləşdirilməsinə xidmət 

edir. O sıraya düşmənçilik  sözünü də aid etmək olar; konkret bir peşəni olmasa da, hər 

hansı bir mövqeni “peşə edən”  şəxsi bildirdiyindən həmin üslubi səviyyədən çıxış 

edərək işlədilir. 

Beləliklə, isimlərdə    -çılıq

4

  şəkilçisinin işlənməsi 1-ci və 2-ci bölgülərdəki 



nümunələrdə eyni və ya yaxın məna funksiyasından çıxış edən  şəkilçilərdən birinin 

digərini törətməsidir. 3-cü bölgüdə isə üslubi ehtiyacdan yaranan bir prosesdir.  

Sifətlərin üzərinə artırılan -çılıq

şəkilçisinin -çı



4  

ilə işlənməsi vacibliyi duyulmur. 

Belə düşünmək olar ki, əlamət bildirən sözdən hər hansı bir sənət, peşə anlayışının 

düzəlməsi mümkün deyil. Qaldı ki, əqidə, məslək və mücərrəd məfhum ifadə etməsi bu

elə keyfiyyət bildirən sifətlərin morfoloji-semantik qanunauyğunluğudur.  

Avaraçılıq (avaralıq), kasıbçılıq (kasıblıq), yetimçilik (yetimlik), dilxorçuluq 

(dilxorluq), nigarançılıq (nigaranlıq), qəribçilik (qəriblik), bədbəxtçilik (bədbəxtlik), 

xoşbəxtçilik (xoşbəxtlik), satqınçılıq (satqınlıq), peşmançılıq (peşmanlıq), düzçülük 

(düzlük), əyriçilik (əyrilik), mehribançılıq (mehribanlıq). 

Bu sırada təbii ki, istisna sözlər də var ki, (yalançılıq, çürükçülük, biabırçılıq, 



rüsvayçılıq, uzunçuluq )bu sözlər –çısız heç bir leksik məna daşımır. 

Uzunçu sözü ilə bağlı onu deyə bilərik ki, uzun keyfiyyət deyil, əlamət bildirdiyi  

üçün  -çu şəkilçisi ilə mücərrədləşməyə ehtiyac yaranır.  



Rüsvayçı, biabırçı sözləri isə qrammatik mənasına görə müstəqil  şəkildə 

formalaşmamış, etmək, olmaq köməkçi sözləri ilə funksionallıq qazanmışdır. Buradakı 



–çı şəkilçisi də məhz həmin vəzifədən çıxış edərək edən , olan mənasını daşıyır, hətta 

Filologiya  məsələləri – №02, 2015 

 

181



aid olduqları sözlər də , əksərən, dinamik bir məzmunu  ifadə edir. Məsələn,  biabırçı 

hərəkət, rüsvayçı çıxış və s.   

Beləliklə, verilən nümunələrdən də göründüyü kimi, sifətlərdə  işlənən -çılıq

4

 

şəkilçisinin birinci komponenti heç də  ənənəvi tanıdığımız (qeyd etdiyimiz mənaları 



ilə!)  -çı

deyil. Ona görə  də  sırf birikmiş  –çılıq



4 

şəkilçisi olaraq sözlərə qoşulur. Və 

burada komponentin birinci hissəsi yalnız qüvvətləndirici təsir göstərmək 

vəzifəsindədir. Həmin sözlərin  -çı



4

sız işləndiyi təqdirdə heç bir məna fərqi yaratmaması 

da bu fikrin təsdiqidir. 

 

ƏDƏBİYYAT 

1.Cəfərov S. Müasir Azərbaycan dili (leksika) II hissə. B., Maarif, 1982. 

2.Дмитрийев Н.К. Грамматика башкырского языка. М., 1951. 

3.Həsənov İ. Müasir Azərbaycan dilinin leksikası. B., 2007. 

4.Hüseynov Ş. Azərbaycan dilində qrammatik vahidlərin inkişafı (şəkilçilər). B., 

BDU nəşr.,2003.  

5.Kazımov Q. Müasir Azərbaycan dili (morfologiya). B., Nurlan, 2010. 

6.Кононов А.Грамматика турецкого языка. М., 1941. 

7.Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. B., ... 

8.Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə. B., Nurlan, 2007. 

9.Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. B., Nurlan, 2008. 

 

                  ГАСАНОВА НАХИДА  



 

ЗАКОНОМЕРНОСТЬ УПОТРЕБЛЕНИЯ СУФФИКСА –ÇILIQ

4

 (-ЧЫЛЫГ

4



В СОВРЕМЕННОМ АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

В статье речь идȅт об общей закономерности употребления суффикса –çılıq

4

 

(-чылыг



4

) в современном азербайджанском языке. На основе слов разных частей 

речи исследуются статус и структура этого суффикса и  разъясняется, состоит ли 

он  из  морфем –çı+lıq (-чы+лыг)  или  является  слитным  суффиксом    -çılıq

4

.  В 


словообразовании  азербайджанского  литературного  языка  наряду  с  суффиксами  

–çı и –lıq функционирует и суффикс -çılıq

4

, состоящий из слитных компонентов. 



Данный  суффикс,  являющийся  новой  лексической  единицей  относительно 

указанных  компонентов, за последние годы стал весьма продуктивным. В то же 

время  при  его  употреблении  наблюдаются  нарушение  опроделȅнной 

закономерности  и  избыточность  речи.  Суффикс -çılıq

4

,  участвующий  в 



образовании  имȅн  существительных  в  основном  в  форме      –çı+lıq (öhdəçilik 

«обязательство», arıçılıq « пчеловодство» и др.), в образовании прилагательных 

закрепился как окаменевшая единица (nigarançılıq «беспокойство», mehribançılıq 



« дружелюбие, задушевность»,  kasıbçılıq «бедность, беднота» и др.). 

Filologiya  məsələləri – №02, 2016 

 

182



Основная цель исследования – подтвердить тот факт, что первый компонент 

слитного  суффикса -çılıq

в  именах  существительных  во  всех  случаях  не 



оправдывает  себя  (toyuqçuluq «куроводство», həkimçilik « врачевание»  и  др.),  в 

прилагательных  же  в  целом  он  не  играет  новой  лексической  роли  (xoşbəxtçilik-



xoşbəxtlik «счастье», narahatçılıq-narahatlıq «тревога, волнение»). 

                                                                      

  HASANOVA NAHIDA 

 

THE REGULARITY OF USE OF SUFFIX -ÇILIQ



(-CHILIG) IN THE 

MODERN AZERBAIJANI  LANGUAGE  

 

SUMMARY 

The article deals with the general regularity of use of suffix  -çılıq

(-chilig


4

) in the 

modern Azerbaijani language. The status and structure of  this suffix are studied on the 

basis of the words of the different parts of speech, it is explained whether it consists of 

two morphemes -çı+lıq  (-chi+lig) or is a solid suffix -çılıq

4

. The suffix -çılıq



which 


consists of solid components functions in the word –formation of the Azerbaijani 

literary language together with the suffixes –çı and –lıq. This suffix being a new lexical 

unit in regard to the components has been very productive recently.  At the same time 

there is breach of a certain regularity and surplus speech during its use. The suffix -

çılıq



that takes part in formation of nouns in the form -–çı+lıq (öhdəçilik «obligation», 



arıçılıq « beekeeping» etc.), has taken root as a petrified unit in formation of  adjectives 

(nigarançılıq «anxiety», mehribançılıq « sincerity, friendly spirit»,  kasıbçılıq «poverty» 

etc.). 

The main purpose of the research is to confirm the following fact: the first 



component of the solid suffix -çılıq

4

 in nouns doesn't justify itself in all cases  



(toyuqçuluq «poultry», həkimçilik « doctor's activity»), and it doesn't play a new lexical 

role in adjectives (xoşbəxtçilik-xoşbəxtlik «happiness», narahatçılıq-narahatlıq 



«alarm»). 

 

Rəyçi: professor Qulu Məhərrəmli 



Filologiya  məsələləri – №02, 2015 

 

183



MİRVARİ  QASIMOVA 

ADPU 

qasimovamirvari@gmail.com 

 

ANTONİMLƏRİNİN ZİDİYYƏTİN DƏRƏCƏSİ BAXIMDAN TƏHLİLİ 

 

Açar sözlər: antonim, ziddiyyət, kontrar, komplementar, konversiv, vektorial. 



Key words: antonym, contradiction, contrary, complementary, conversiv, vectorial. 

Ключевые словаантоним, противоречие, контрарный, комплементарный,  

конверсивный, векториальный.  

 

Antonimlərdən bəhs edərkən “ziddiyyət, əkslik” və “antonimlik” anlayışlarını bir-

birindən fərqləndirmək zəruridir.  Əslində, “ziddiyyət” daha geniş kateqoriyanı  təmsil 

etməklə leksik ziddiyyətin komplementarlıq (single-married), ənənəvi antonimlər, 

konversivlik (buy-sell), homoantonimlik, avtoantonimlik kimi müxtəlif növlərini əhatə 

edir. Antonimlik ikinci növ zidiyyətdir.  Ənənəvi olaraq ziddiyyətin antonimliklə üç 

növü əlaqələndirilir: 

 1) kontradiktor (high-low);  



2) qradual (keyfiyyət bildirən, dərəcələnən; large-small) və 3) vektorial (to widen-

to narrow). Beləliklə, antonimlik bir neçə növdə mövcud olur [11, 83 -84]. 

Göstərilən antonim növləri barədə mövcud linqvistik fikirləri nəzərdən keçirdikdə 

məsələyə yanaşma aspekti rəngarəngliyi ilə diqqəti cəlb edir. Bunlardan bir neçəsinə 

diqqət yetirək: 

I. Kontrar (dərəcələnən) antonimlər – Bu antonimlər  əkslik münasibətində olan 

sözlərin ən tipik növünü təmsil edirlər. “Kontrar antonimləri ifadə etdikləri keyfiyyətdə 

artan fərqə görə nizama düzmək (sıralamaq) mümkündür. Bu zaman sıranın bir-birindən 

ən uzaqda yerləşən elementləri kontrar anlayışlar kimi təsnif olunacaqlar” [14, 50]. 

Kontrar antonimlər bir sıra fərqləndirəndirici xüsusiyyətlərə malikdirlər: 

I) antonim cütlük üzvlərindən birinin istifadəsi (təsdiqi) digərininin mütləq inkarı 

nəticəsini vermir. Yəni,  əgər biz bir şeyi inkar ediriksə, bu antonim cütlüyün əks 

qütbündə duran digər sözün mütləq təsdiq edilməsi demək deyil, məsələn, “Anam cavan 

deyil” fikri mütləq  şəkildə “Anam qocadır” fikrinə  dəlalət etmir, əsas vermir. Bu hal 

nisbidir, belə ola da bilər, olmaya da. Bundan başqa cütlüyü əmələ gətirən hər iki sözün 

də xarakterizə edilən  şəxs, hal, vəziyyət, proses və s. üçün müvafiq olmaması halı 

mümkündür. Məsələn, insanın nə gözəl, nə  də çirkin, vəziyyətin nə yaxşı, nə  də pis; 

havanın nə isti, nə də soyuq, filmin nə maraqlı, nə də cansıxıcı olması mümkündür [6, 

15]. 


II) dərəcələnən antonimlər adından da göründüyü kimi müəyyən bir halı, 

vəziyyəti,  əlaməti, keyfiyyəti hansısa dərəcədə ifadə edirlər. Onlara daha çox sifətlər 

arasında rast gəlinir. Bu tip antonimlər “biri-birini qarşılıqlı istisna etməmək (

are not 


mutually exclusive)”[6, 15]  xüsusiyyətinə malik olduqlarından asanlıqla dəyişdirilə, 

müqayisə  və üstünlük dərəcələrində istifadə oluna bilirlər.  Məsələn, cold-colder-the 



coldest / hot-hotter-the hottest; dood-better-the best /bad-worse-the worst: “It was the 

best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of 

foolishness” (C.Dickens “A tale of two cities). 

III) dərəcələnən antonimlər arasında üçüncü bir sözün mümkünlüyü də onu 

fərqləndirən cəhətlərdən biri kimi göstərilə bilər. Bu zaman həmin o “üçüncü” söz 


Filologiya  məsələləri – №02, 2016 

 

184



antonim cütlüyün iki zidd qütbündə duran sözlər arasında orta, aralıq mövqedə olur, 

ifadə olunan məna baxımdan cütlük üzvlərindən heç birinə yaxınlığı ilə  fərqlənmir. 

“İngilis dili wide-narrow, big-small, old-young tipli hər hansı bir keyfiyyətin müxtəlif 

dərəcəsini  bildirən antonim sifətlərlə  zəngindir. Hər hansı bir keyfiyyətin müxtəlif 

dərəcələrini bildirən antonim cütlük üzvlərini dərəcələnən (gradable) və ya kontrar 

antonimlər adlandırmaq mümkündür. Bu qəbildən olan antonimlər eyni bir anlayışa aid 

olan müəyyən bir keyfiyyəti müxtəlif dərəcələrdə ifadə etməklə  səciyyələnir. 

Dərəcələnən antonimlər arasında aralıq mövqeli (intermediate) sözlərin mövcud olması 

onları fərqləndirən cəhətlərdən biri kimi göstərilə bilər, məs: hot-cold antonim cütlüyü 

arasına bu keyfiyyətin nisbətən zəif dərəcəsini bildirən warm-cool sözlərinin daxil edilə 

bilməsi təbiidir: hot-warm-cool-cold ”[9, 53-54].

 

Antonimlərin bu qeyd edilən keyfiyyəti də  məhz real aləmdəki proses, hal, 



vəziyyət və s. bağlıdır. Belə ki, insanın nə kök, nə də arıq olmayıb dolu olması, filmin 

nə əla, nə də pis olmayıb “babat” olması, hasarın nə hündür, nə də alçaq olmayıb orta 



hündürlükdə olması real və təbiidir.    

IV) Kontrar antonimlərin “dərəcə bildirmə” xüsusiyyəti müxtəlif normalar 

əsasında müəyyən edilir. Yəni bütün obyeklər üçün vahid norma müəyyən etmək 

mümkün olmadığından nəyinsə müəyyən dərəcədə olması fikri həmişə nisbi xarakter 

daşıyır. Belə ki, eyni bir hal,vəziyyət, keyfiyyət, xüsusiyyət bir obyektə görə çox, 

digərinə görə isə az dərəcədə ola bilir, məsələn, kasıb milyoner varlı kasıbdan həmişə 

varlıdır; kiçik tarla böyük bostandan bir qayda olaraq böyükdür və s. 

Lih C. bu obyektyönümlü normanın həm də danışan, “hərəkəti icra edən 

yönümlü” olmasına diqqət verməyi təklif etmişdir. Dilçi hesab edir ki, “X çirkindir” 

fikri danışanın biri üçün doğru, digəri üçün yalan ola bilər; “X yaxşı müdirdir” fikri işçi 

üçün doğru, müdirin qızı və ya arvadı üçün səhv ola bilər, belə ki, onun iş icraçısı kimi 

yaxşı, ər və ya ata kimi isə pis olma ehtimalı da vardır” [8, 100-110].

 

2. Komplementar (binar) antonimlər-  əksər dilçilik mənbələrində antonimlərin 

ənənəvi növlərindən hesab edilir və ingilis dilində  man/woman, alive/dead, 



married/unmarried (qadın-kişi, erkək –dişi, canlı-ölü, evli-subay) tipli antom 

cütlüklərin timsalında nümunələşdirilir. Dilçilik mənbələrində antonim sözlərin bu 

növünün çoxlu sayda fərqli terminlərlə adlandırılmasına rast gəlirik: “binary taxonomy” 

[8, 109]; “komplementar” [9; 5]; “simple binary opposition” [10, 84]. Zənnimizcə, belə 

termin pərakəndəliyi məsələdə  çətinlik və dolaşıqlıq yaradan məqam kimi 

qiymətləndirilməli, lüzumsuz hesab edilməlidir. 

Antonimlərin bu növü həm də fərqli yanaşmalarla da səciyyələnir: 

Komplementar antonimlər zidd anlayışları bildirən, bir-birini qarşılıqlı inkar edən 

və eyni zamanda da biri-birini ümumi bir məfhumda  tamamlayan sözlər kimi 

tanımlanır. Qeyd edilir ki, bu növ antonimlərdə  dərəcələnmə  və  nəticə etibarilə aralıq 

mövqedə olan anlayış yoxdur [12, 64]. 

İngilis dilində antonimlərin bu növü İ.V.Zıkova tərəfindən də  fərqləndirmişdir, 

lakin o, kontradiktor terminindən istifadə etmişdir [13, 46].  

Antonimlər arasındakı zidiyyətin  komplementar  novünə A.D.Kruz da 

toxunmuşdur. Məfhumlar ardasında zidiyyətin bir neçə formada mövcud olduğunu 

düşünən dilçi komplementar ziddiyyəti konseptual cəhətdən bunlardan ən sadəsi hesab 

edir və bu ziddiyyətli antonimik münasibəti olan cütlüklərin mahiyyətini onlar arasına 

üçüncü, aralıq mövqeli hər hansı bir elementi daxil etməyin mümkün olmaması ilə izah 

edir. Yəni bu növdə  əlaqəsi olan cütlüklərin bildirdiyi anlayış ancaq onlardan birinə 


Filologiya  məsələləri – №02, 2015 

 

185



şamil olur, nisbi xarakterli digər bir hala yol verilmir; məs: ölü-diri (sağ); açıq-bağlı; 

doğru-yalnış; keçmək-kəsilmək (imtahandan)  və s. “ Əgər iki sözdən biri verilmiş 

situasiyada inkar edilirsə, onda digəri həmin situasiya üçün məqbul hesab edillir və 

əksinə, məs: “Con ölməyib ” cümləsi “Con sağdır” fikrinə əsas verir [4, 199].  

C.Layonz  male-female, married–single, alive-dead nümunəli antonimləri  



komplementar adlandırır və qeyd edir ki, bu növün fərqləndirici əlaməti onların yalnız 

iki sözdən ibarət olması, yəni onun tərəfləri arasına əlavə, aralıq mövqeli sözlərin daxil 

ola bilməməsidir. C.Layonz komplementar antonimləri ümumilikdə götürdükdə 

antonim növü kimi tanımağın bir o qədər də  tərəfdarı olmamışlar və “antonimlik” 

terminini  (label) ancaq antonimlərin dərəcələnə bilən növünə (kontrar) şamil etməyi, 

onlarla məhdudlaşdırmağı doğru hesab etmişdir [7, 277-279]. 

C.Layonzun fikirləri A.D.Kruz tərəfindən dəstək görsə  də, bir sıra dilçilərə 

inandırıcı  gəlməmişdir: “Demək olar ki, istənilən  dərəcələnməyən antonimi 

dərəcələndirmək mümkündür, məs: qadın-kişi antonim cütlüyü cinsiyyəti dəyişmə və ya 

xoromosom tədqiqatı kontekstikdə” dərəcələnə bilər [5, 76]. 

Bundan başqa  ənənəvi dərəcələnməyən antonimlər də kontekstin tələbi ilə 

dərəcələnə bilirBuna da antonim sözün qarşısında very, more, extremely, too və s. kimi 

qüvvətləndirici sifət və ya zərflərin istifadə edilməsi ilə nail olmaq mümkündür :  

I feel much more alive when I am acting 

Mən səhnədə özümü daha canlı, daha diri hiss edirəm.  

Dərəcələnən

 

antonimlərdə isə bu mütləqlik nəzərdə tutulmur, yəni burada verilmiş 



keyfiyyət mənalı bir sözün inkarı o biri anlayışın mütləq təsdiqini  şərtləndirmir, məs: 

isn”t wide = is narrow nəticəsi mütləq xarakter daşımır, bu belə ola da bilər, olmayada 

[9, 55].   

Azərbaycan dilçiliyində  fərqləndirilən  nisbi antonimlər ingilis dilçiliyindəki 



kontrar  antonimlərə  tam antonimlər isə  komplementar antonimlərə qismən yaxındır. 

Belə ki, əvvəldə göstərdiyimiz kontrar antonimləri fərqləndirən üçüncü əlamət nisbi 

antonimlərə  şamil edilir, tam antonimlərin isə bu xüsusiyyətdə olmaması qeyd edilir: 

“Tam antonimlər bildirdikləri anlayışda üçüncü, zəif ehtimala yer qoymurlar, məs: 



artıq-əskik, ağıllı-dəli,almaq-vermək,  ağ-qara, dağ-dərə, yay-qış,acı-şirin və s. Nisbi 

antonimlərdə isə  əksinə, ifadə olunan anlayışlarda ziddiyyət nisbətən zəifdir,  şərtidir, 

məs: azarlı-sağlam, avara-işgüzaryatmış-ayıqağ-yaşıl, dağ-düz, yay-yaz, acı-turş və 

s.[1, 36-37]; [3, 189-190]. 

Nisbi antonimlər məsələsi heç də bütün dilçilər tərəfindən məqbul qarşılanmır 

“nisbi antonimlik anlayışı olsa-olsa nitq (mətn) və üslubiyyat üçün yararlı sayıla bilər. 

Həmin anlayışı dil sisteminə gətirmək heç də əlverişli deyildir”  və dağ-düz, ağ-boz, ağ-



göy, payız –qış kimi nisbi antonim cütlüklərin yaradılması “leksik semantikada 

paradiqmatik qarşılaşdırmaları  ucdantutma antonimliyə, yəni  əks mənalılığa çəkib 

gətirmək” [2, 97] hesab edilir. 

İngilis mənbələrində  əsasən antonim fellərdə müşahidə olunan konversiv 

antonimlərdən də bəhs edilir. Antonimliyin bu növü ascend-discend, ask-answerbuy-



sell,open-close  tipli antonim fellərlə yanaşı  wife-husband, parent-child, doctor-patient 

və sbiri-digərini qarşılıqlı şərtləndirməklə vasitəsiləyaranan ismi antonim cütlüklərə də 

şamil edilir.  Bu antonimlərdə  tərəflərdən biri “əks, geriyə doğru istiqamətlənmiş” 

münasibət ilə digərini şərtləndirir, yəni əgər A→ B-yə satırsa, B→A-dan alır, A→B-nin 

əridirsə, B →A-nın arvadıdır və s. Bu cür antonim cütlüklərdəki ziddiyyət C.Layonz 

təfərindən konverslik (converseness-əkslik) termini ilə ifadə edilmişdir [7]. 


Filologiya  məsələləri – №02, 2016 

 

186



F.R.Palmer və C.Liç bu antonimlərin məzmunundakı ziddiyyətin sırf nisbi  

xüsusiyyətlərini nəzərdə tutaraq onlar arasındakı münasibəti əlaqəli ziddiyyət (relational 



opposition) adlandırmağı üstün tuturlar [9, 55]; [8, 110]. 

Dilçilər bu antonim növündən danışarkən diqqəti antonim cütlüyün yaradan 

sözlərdən hansısa birinin digər antonim növlərində  iştirak edə bilməsi faktına 

yönəldirlər. Məsələn, parent-child (valideyn-uşaq) antonim cütlüyündə iki söz bir-birini 

qarşılıqlı şərtləndirməklə vektorial münasibətdə çıxış edirlər. Belə ki, child sözü burada 

“oğlan və ya qız övlad” mənasında işlədilir. Həmin uşaq sözü adult-child (yetkin(yaşlı)-



uşaq) opozisiyasında isə dərəcələnən antonimdir, çünki “yaşı az olan, yetkinlik yaşına 

çatmayan” mənasında işlədilmişdir. 

Başqa bir mənbədə isə konversiv antonimlərin kontekst daxilində bir-birini 

əvəzləyə bilmə xüsusiyyəti barədə qeyd edilir: “Konversivlik güzgü-surət əlaqəsi və ya 

funksiyasıdır,  give-receive, ancestor-descendant, parent-child  və s. bu kimi antonim 

cütlüklərdə rast gəlinir. Bu antonimlər məlumun məchula çevrilməsi ilə müşahidə edilən 

hallarda biri-birini əvəzləyə bilirlər. Müvafiq morfoloji və sintaktik dəyişiklik  və 

düzgün sözönü seçimi təmin edildikdə konversiv antonimin dəyişdirilməsi cümlənin 

mənasını dəyişmir, məs: He gave her flowers. She received flowers from him.= She was 

given flowers by him ” [12, 64]. 



Kontrar  və  komplementar  antonimlərdən fərqli olaraq konversiv  antonimlərdən 

Azərbaycan dilçilərindən A.Q.Ələkbərov bəhs etmişdir. Fel kontekstində antonimliyi 

araşdırmış dilçi sadə fellərdən ibarət olan antonimləri iki qrupa ayırır: 

a) feli konversivlər – iki hərəkətin orta fəzası eyniyyət təşkil edir, 

istiqamətləndirilmiş hərəkətin başlanğıc və son fəzaları qarşılaşdırılır. Konversivlər iki 

cür olur: 1) obyektiv konversivlər danışanın mövqeyindən asılı olmur; məs:  girmək-



çıxmaq, enmək-qalxmaq, oturmaq-durmaq, açılmaq-tutulmaq, atılmaq-düşmək, açmaq-

örtmək (bağlamaq), atmaq-tutmaq  və s.; 2) subyektiv konversivlərdə isə  hərəkətin 

istiqaməti danışan şəxsə görə müəyyənləşir. Müasir Azərbaycan dilində cəmi bir neçə 

cüt subyektiv konversiv vardır:  getmək-gəlmək, aparmaq-gətirmək, almaq-satmaq, 

udmaq-uduzmaq;  

b) sözün tam mənasında feli antonimlər (sırf antonimlər) – feli hal, yaxud 

vəziyyətin qarşılaşdırılması hər iki felin bütöv məzmunu üzrə özünü göstərir: yaşamaq-

ölmək, küsmək-barışmaq, ağlamaq-gülmək, üşümək-isinmək, itirmək-tapmaq, yanmaq-

sönmək və s. [2,99-100]. 

Antonimlərin leksik mənadakı zidiyyətin növü əsasında fərqləndirilən sonuncu 

növü isə qeyd edildiyi kimi vektor  antonimlərdir. Bu antonimlər müxtəlif istiqamətli 

hərəkət, xüsusiyyət, keyfiyyət və s. bildirən sözləri əhatə edir, məs: up-down, to rise-to 

fall, to button-to unbutton, to praise-to scold və s. [12, 64]. 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə