Топлу Азярбайъан Республикасы Президенти йанында


Rəyçi:      f.e.d.prof. Sənubər Abdullayeva



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə23/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   45

Rəyçi:      f.e.d.prof. Sənubər Abdullayeva  

Filologiya  məsələləri – №02, 2015 

 

193



GÜNEL ƏLİYEVA 

Sumqayıt şəhər 28 nömrəli tam orta məktəb 

quneleliyeva1985@gmail.com 

 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARININ DİLİNDƏ İŞLƏNƏN 

FARS MƏNŞƏLİ SÖZLƏRİN QURULUŞCA NÖVLƏRİ 

 

Açar sözlər:  “Kitabi-Dədə Qorqud”, dastan, morfologiya,  fars mənşəli sözlər, sadə, 

düzəltmə və mürəkkəb sözlər. 

Ключевые  слова:  «Китаби-Деде  Коркуд»,  эпос,  морфология,  заимствованные, 

персидские слова, простые, производные и сложные слова 

Keywords:  Kitabi-Dede-Gorgud, epos, morphology, Persian originate words, simple, 

derivative and compound words. 

 

“Kitabi-Dədə Qorqud” – Azərbaycan  ədəbi dilinin ilk təşəkkül dövründə 

yaranmış ən görkəmli abidədir. Qeyd etmək lazımdır ki, həmin abidə ilk təşəkkül dövrü 

Azərbaycan  ədəbi dilinin təkcə imkanlarını nümayiş etdirmir, həm də  təşəkkül 

prosesinin tarixi “məntiqini” faktlaşdırır. “Kitabi-Dədə Qorqud” un dilində  oğuz 

xüsusiyyətləri qabarıq nəzərə çarpır. Bunu belə izah etmək münasibdir ki, həmin dövrdə 

(X-XI  əsrlər) səlcuqların  fəthi ilə  əlaqədar oğuz-səlcuqların siyasi mövqeyinin 

üstünlüyü nəticəsində onların dili ədəbi normanın müəyyənləşməsində  əsas 

götürülmüşdür. 

“Kitabi-Dədə Qorqud” – mənşəyi etibarı ilə  qədim türk epos təfəkkürünün 

məhsuludur, bununla belə, formalaşması IX-XI əsrlərə (və daha əvvəllərə) aiddir. XVI 

əsrdə son dəfə yazıya alınmışdır. Son nüsxənin şifahi olaraq ozonlardan, yaxud XI əsrə 

aid  əlyazmasından köçürülməsi mübahisəlidir, lakin fakt faktlığında qalır ki, “Kitabi-

Dədə Qorqud”un dili ən geci X-XII əsrlər Azərbaycan ədəbi dilidir və şifahi formadan 

yazılı formaya keçid dövrünün məhsuludur. 

Tədqiqatçılar “Kitab”ın dilindəki alınma sözləri sonrakı dövrlərə, yəni abidənin 

ilk dəfə yazıya köçürüldüyü yaxud üzünün köçürüldüyü dövrə aid edirlər-görünür, 

həmin sözlərin müəyyən hissəsi Azərbaycan dilində məhz şifahi şəkilə, eyni zamanda, 

tələbat üzündən keçmişdir.  Əgər belə olmasa idi, “Kitabi-Dədə Qorqud”un alınma 

leksikası sonrakı dövrlərdə Azərbaycan  ədəbi dilinin  yazılı abidələrində  və müasir 

Azərbaycan dilində böyük işlənmə tezliyinə malik olmazdı. Ümumiyyətlə, “Kitab”ın 

dilindəki alınmaların mütləq  əksəriyyəti təşəkkül dövründə Azərbaycan  ədəbi dilinin 

qəbul etdiyi (və Azərbaycan ədəbi dilinin keyfiyyətcə təşkil olunmasında iştirak etmiş) 

vahidlərdir. 

“Kitab”da işlənən sözlərin sayı barədə müxtəlif fikirlər var. Onlardan yalnız 

ikisinə diqqət yetirək: 2721 söz işlənib (təkrar olunanlar istisna olunmaqla). Bu sözlərin 

559-u ərəb və fars mənşəlidir, 3000-ə yaxın söz işlənib. Onlardan 573-ü alınmadır (353-

ü ərəb, 205-i fars mənşəlidir, ərəb və fars mənşəli hesab edilən 15 sözün tərkibində isə 

türk mənşəli morfoloji elementlər müşahidə olunur). Tədqiqatlar zamanı  məlum 

olmuşdur ki, IX-XV əsrlərdə əsərə ərəb, fars, monqol dillərindən xeyli sayda alınmalar 

daxil olmuşdur.Dastanda işlənən ərəb və fars mənşəli alınmalar, əsasən, dövrün tələbinə 

uyğun olaraq müharibələr və  hərbi istilalar, döyüş  məfhumları, eyni zamanda, İslam 

dini ilə əlaqədar olaraq dini sözlərlə  ifadə olunur. məs: comərd, namərd, cəng, casus, 


Filologiya  məsələləri – №02, 2016 

 

194



həbs, ləşgər,  şahbaz, düşmən, minarə, günah, din,namaz, dua, qiyamət, behişt,  əcəl, 

amin, təkəbbür, Allah, Quran, şəhid, Rəsul  Əleyhüssalam və s. Ə.Dəmirçizadənin 

qeydinə görə əsərdə 350 ərəb mənşəli, 136 fars mənşəli söz var. Belə güman olunur ki, 

bu alınmalar dastanı şifahi şəkildə yayanlar, dastanın ifaçıları tərəfindən artırılmışdır. 

“Kitab”ın leksikasına daxil olan 773 sözün müasir Azərbaycan  ədəbi dilində 

eynilə (ad, ağ, alqış, baş, bir, dil, dilək..), 213 sözün isə fonetik dəyişmələrlə (bəg-

bəy,qılıc-qılınc, binmək-minmək, yigirmi-iyirmi, əgin-əyin) işlənməsi 

müəyyənləşdirilib. “Kitab” da işlənib müasir ədəbi dilimiz baxımından arxaik hesab 

olunan 200-ə qədər söz şivələrimizdə, xüsusən də qərb şivələrində eynilə və müəyyəın 

fonetik dəyişmələrlə mühafizə olunmaqdadır. 

Bir dildən başqa dilə söz keçəndə yalnız fonetik cəhətdən deyil, morfoloji 

cəhətdən də müəyyən dəyişikliyə  uğrayır. Orijinal dildə  hər hansı bir quruluşa malik 

olan sözlər digər bir dil tərəfindən mənimsənilərkən bəzən eyni ilə olduğu kimi, bəzən 

isə quruluşuna görə növünü dəyişir. Bu baxımdan xalqımızın  ədəbi dil abidəsi olan 

“Kitabi-Dədə Qorqud” dastanlarındakı fars sözlərinin morfoloji xüsusiyyətləri diqqəti 

cəlb edir. Onu da qeyd edək ki, fars dili morfologiyası baxımından təhlil zamanı 

sözlərin fars dilindəki tələffüzü verilir. 

a)Fars dilində düzəltmə, lakin Azərbaycan dilində isə sadə söz kimi təhlil olunan sözlər: 



Barqah  (şah sarayı,  şah çadırı)- “bar” (icazə) sözü və yer məfhumu bildirən 

“qah”  şəkilçisindən ibarət düzəltmə sözbəxşeş -“bəxşindən” (bağışlamaq) feilinin 

kökü “bəxş” və “şin-e məsdəri” adlanan “eş” şəkilçisindən  ibarət düzəltmə söz; didar 

(görüş) –“didən” (görmək) feilinin əsası olan “dil” sözü və “ar” şəkilçisindən ibarət 

düzəltmə söz; dərhal (o saat)-farsca yerlik hal məfhumunu ifadə edən “dər” ön qoşması 

və ərəb mənşəli “hal” (vəziyyət, zaman) sözündən ibarət düzəltmə söz; məgər-inkarlıq 

əlaməti “nə”-nin klassik forması olan “mə” hissəciyi və  “əgər” sözündən ibarət 

düzəltmə söz; mordar-“mordən” (ölmək) feilinin əsası “mord” və “ar” sözdüzəldici 

şəkilçisindən ibarət düzəltmə söz; pərçin  (çəpərləmə, qoruma)- pərçidən (çəpər 

çəkmək, pərçimləmək) feilinin kökü olan “pərç” sözü və “in” şəkilçisindən ibarət 

düzəltmə söz; pənce-“pənc” (beş) sözü və “e” şəkilçisindən ibarət düzəltmə söz; 

pəhləvan-“pəhlu” (güc, cəsarət və s.) sözü və “van” şəkilçisindən ibarət düzəltmə söz; 

rəvan (gedən, axan və s.), “rəftən”(getmək) feilinin kökü olan “rəv” sözü və “an” 

şəkilçisindən ibarət düzəltmə söz; sərvan (başçı, hazırda kapitan)-“sər” (baş) sözü və 

“van”  şəkilçisindən ibarət düzəltmə söz; çənqal –“cəng” (çaynaq) sözü və “al” 

şəkilçisindən ibarət düzəltmə söz və s. 

Yuxarıdakı misalların morfoloji təhlilindən görünür ki, fars dilində quruluşuna 

görə düzəltmə olan bu sözlər (bərgah, bəxşiş, didar, dərhal, məgər, murdar, pərçin, 



pəncə, pəhləvan, rəvan, sərvan, çəngəl və s.) Azərbaycan dilində sadə söz kimi qəbul 

olunmuşdur. Qeyd etmək lazımdır ki, bu sözlərin bəzisi dilimizə keçərkən Azərbaycan 

dilinin daxili qanunlarına məruz qalaraq, saitləri və  hətta samitləri də  əvəzlənərək 

fonetik simasını dəyişən sözlərdir. 

b)Fars dilində mürəkkəb, lakin Azərbaycan dilində sadə olan sözlər: 

Abdəst (dəstamaz)- “ab” (su) və “dəst” (əl) sözlərindən ibarət mürəkkəb söz

bərabər (qarşı, bərabər)- “bər” (sinə) sözünün təkrarı  və onların arasında işlənən “a” 

şəkilçisindən ibarət mürəkkəb söz; pərvaz (uçma, hərfən-qanad açma)-“pər” (qanad) və 

“b” samitinin “v” samitinə çevrilməsi nəticəsində yaranmış “vaz” (“baz”-açıq, açma) 

sözlərindən ibarət mürəkkəb söz; sərxoş –“sər” (baş) və “xoş” sözlərindən ibarət 



Filologiya  məsələləri – №02, 2015 

 

195



mürəkkəb söz; sərhəd-“sər” və ərəb mənşəli “həd” (sərhəd) sözlərindən ibarət mürəkkəb 

söz; sərhəng (başçı, hazırda-polkovnik)- “sər və həng” (qoşun, polk) sözlərindən ibarət 

mürəkkəb söz; sipare (quranın otuz cüzvündən hər biri)-“si” (otuz) və “pare” 

sözlərindən ibarət mürəkkəb söz; tirkeş  (ox qabı) –“tir” (ox) və “keşidən” (çəkmək) 

feilinin kökü olan “keş” sözlərindən ibarət mürəkkəb söz; çartağ  (əslində “cəhartağ)-

“çəhar” (dörd) və türk dillərindəki “tağ” sözlərindən ibarət mürəkkəb söz və s. 

Misallardan göründüyü kimi, fars dilində mürəkkəb söz kimi təhlil olunan sözlər 

( abdəst, bərabər, pərvaz, sərxoş, sərhəd, sərhəng, siparə, tirkeş, çartağ  və s.) 

Azərbaycan dilində sadə söz kimi qəbul olunur. 

c)Fars dilində mürəkkəb, lakin Azərbaycan dilində düzəltmə olan sözlər; 

Aşpəz (aşbaz)- türk mənşəli “aş” və farsca “poxtən” (bişirmək) feilinin kökü 

olan “pəz” sözlərindən ibarət mürəkkəb söz; botxane (bütpərəstlərin ibadətgahı) –“bot” 

və “xane” (ev) sözlərindən ibarət mürəkkəb söz; meyxanə  (şərab içilən yer)-“mey” 

(şərab, çaxır) və “xane” sözlərindən ibarət mürəkkəb söz; xedmetkar (xidmətçi)-ərəb 

mənşəli “xedmet” və farsca “kar (iş) sözlərindən ibarət mürəkkəb söz; həramzadə 

(qanunsuz doğulmuş)-ərəb mənşəli “həram”2 və farsca “zadə” (doğulmuş  uşağı) feili 

bağlamasından (“zadən”-doğmaq, doğulmaq feilindən) ibarət mürəkkəb söz; şəhbaz, 

şahbaz (ağ və böyük şahin quşu; güclü dimdik və çaynağı olub başqa quşları ovlayan 

yırtıcı şahin növü)- “şah” və “baz” sözlərindən ibarət mürəkkəb söz və s. 

Fars dilində mürəkkəb olan bu sözlərin (aşpəz, bütxana, meyxana, xidmətkar, 

haramzadə,  şahbaz və s.) tərkibində işlənən və bir vaxt Azərbaycan dilində müstəqil 

mənaya malik olmuş “pəz” (indi “baz” formasında keçmişdir), “xana”, “kar”, “zadə” 

sözləri indi müasir Azərbaycan dilində şəkilçiləşməyə doğru inkişafdadır. Buna görə də 

biz bu sözləri Azərbaycan dilində düzəltmə söz kimi qəbul edirik. “Şahbaz”dakı “baz” 

(şahin) sözünə gəldikdə isə bu söz artıq Azərbaycan dilində işlənmədiyindən “şahbaz” 

sözünü də bu qrupdakı düzəltmə sözlərə daxil edirik. 

Bundan başqa dastanın dilində elə sözlər də vardır ki, həm fars və  həm də 

Azərbaycan dilində eyni quruluşa malikdirlər: 

d)Fars dilində olduğu kimi Azərbaycan dilində  də sadə söz kimi təhlil olunan 

sözlər: 


Avaz, azad, badam, dad, dam, dərviş, divar, zəncir, leş, ləşkər, məst, nər, 

pir, xub, cəng, cigər, şəkər, şivən, şirin və s. 

           e)Həm fars və həm də Azərbaycan dilində düzəltmə olan sözlər: 



Bizəval (daimi, yox olmayan)- fars dilində  mənfi, inkarlıq, yaxud bir şeyin 

olmadığını ifadə edən “bi” hissəciyi və  ərəb mənşəli “zəval” (tələf olma) sözündən 

ibarət düzəltmə söz; bitəvəqqof (dayanmadan)- “bi” hissəciyi və  ərəb mənşəli 

“təvəqqof” (dayanma) sözüdən ibarət düzəltmə söz; 



Bitəkəllof (təklif etmədən, qəfil)- “bi” hissəciyi və  ərəb mənşəli “təkəllof” 

(çabalama, rəsmiyyətçilik) sözündən ibarət düzəltmə söz; bixəbər –“bi” hissəciyi və 

ərəb mənşəli “xəbər” sözündən ibarət düzəltmə söz; nakəs (şəxsiyyətsizlik, alçaq)-fars 

dilində mənfilik və inkarlıq bildirən “na” hissəciyi və “kəs” sözündən ibarət düzəltmə 

söz; naqah (birdən, qəfildən) –“na” hissəciyi və “qah” (vaxt) sözündən ibarət düzəltmə 

söz; namərd  (rəzil, alçaq, nakişi)-“na” hissəciyi və “mərd” (kişi) sözündən ibarət 

düzəltmə söz. 

Fars dilində düzəltmə olan bu sözlər Azərbaycan dilində  də quruluşuna görə 

düzəltmə söz kimi təhlil olunur.  


Filologiya  məsələləri – №02, 2016 

 

196



ə)Həm fars və həm də Azərbaycan dilində mürəkkəb olan: 

Banuçiçək- “banu” (xanım, keçmişdə əyan və zadəgan sözlər: ailəsinə mənsub 

olan qadınlara verilən titul) və türk mənşəli “çiçək” sözlərindən ibarət mürəkkəb söz; 



dərgah-e həğğ (haqq evi, qəbir)- “dərgah” (burada ev; bax dərgah) sözü, izafət əlaməti 

olan “e” səsi və ərəb mənşəli “həğğ” sözündən ibarət mürəkkəb söz; zir-o zəbər (alt-

üst)-iki antonim “zir” (alt), zəbər (üst) sözlərindən və bu sözlərin arasında “o” kimi 

oxunan  ərəb mənşəli “və” bağlayıcısından ibarət mürəkkəb söz; pare-pare (iki 

bərabər)- eyni sözün iki dəfə  təkrarlanmasından ibarət mürəkkəb söz; sərçeşmə  (əsas 

mənbə, bulaq)- “sər” (baş) və “çeşmə” (bulaq, mənbə) sözlərindən ibarət mürəkkəb söz; 



hərze-mərze (boş-boş, axmaq-axmaq)-sözün birinci hecasındakı samitin başqa samitlə 

əvəzlənməsi nəticəsində düzələn yeni sözün əsil sözə qovuşmasından  əmələ  gələn 

mürəkkəb söz; şəbçıraq (gecə çırağı)- “şəb” (gecə) və türk mənşəli “çıraq” sözlərindən 

ibarət mürəkkəb söz; Şir-e-mərdan (kişilər və  cəsurlar aslanı;  Əlinin epiteti) –“şir” 

(aslan) “mərdan” (kişilər) və izafət əlaməti olan “e” səsindən ibarət mürəkkəb söz və s. 

Bu təhlildən göründüyü kimi komponentləri fars və türk, fars və ərəb, yaxud hər 

iki komponenti fars mənşəli olan bu sözlər (Banuçiçək, dərgah-i, zir-ü zəbər, para-

para, sərçeşmə, hərzə-mərzə, şəbçıraq, Şir-i mərdan və s.) quruluşuna görə həm fars, 

həm də Azərbaycan dilində mürəkkəbdir.  

Dastanda komponentlərindən biri fars, digəri türk mənşəli olan bir sıra sözlər 

(pərli, nəmləmək və s.) belə birləşmələr tərkibində fars dilində heç bir leksik mənaya 

malik olmadığından onların fars dilindəki quruluşundan danışmağa ehtiyac yoxdur. 

Buna görə də biz onları yalnız Azərbaycan dili baxımından təhlil edirik. 

Pərli- “pər” (qanad, lələk) və türk mənşəli “li” sözdüzəldici şəkilçisindən ibarət 

düzəltmə söz. Həmişə “altı pərli gürz” (altı qanadlı və ya altı dilli gürz, peşvər) ifadəsi 

tərkibində  işlənmişdir. Onu da qeyd edək ki, “altı  pərli gürz” ifadəsi fars dilindəki 

“peşvər” sözündən kalka üsulu ilə olunmuş  tərcümədir. Digər ana dilli dastanlarda 

həmin söz “peşvər” formasında işlənmişdir; 

Nəmləmək- (islatmaq, yaşlamaq)- “Nəm” (yaş, rütubətli) sözü və türk dillərində 

düzəltmə feil əmələ gətirən “lə” şəkilçisindən ibarət düzəltmə söz və s. 

Deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, eyni tələffüzə malik olan, yaxud 

Azərbaycan dilinin fonetik qanunlarına tabe olaraq öz fonetik simasını  dəyişən fars 

sözləri eyni, yaxud müxtəlif morfoloji quruluşa malik olmalarına baxmayaraq, digər 

Azərbaycan sözləri kimi, eyni dərəcə anlaşıldığından, demək olar ki, əsl Azərbaycan 

sözlərindən seçilmir. 

 

ƏDƏBİYYAT 

1.  Budaqov L.Z. Сравительный словарь турецко-татарских нареций. СПб, 1869. 

2.  Əlizadə H. Hatəmi. Fars dili. Bakı, 1961. 

3.  Пейсиков Л.С. Очерки по словообразованию персидского языка. М, 1973. 

4.  Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 1963. 

5.  M.Ergin. Dede Korkut kitabı. Ankara, 1958. 

 


Filologiya  məsələləri – №02, 2015 

 

197



АЛИЕВА ГЮНЕЛ НИЗАМИ ГЫЗЫ 

 

СТРУКТУРНЫЕ ВИДЫ ЗАИМСТВОВАННЫХ ПЕРСИДСКИХ СЛОВ В 

ЯЗЫКЕ  “КИТАБИ-ДЕДЕ КОРКУД” 

 

РЕЗЮМЕ 

В  статье  рассматривается  разнообразие  морфологического  анализа 

заимствованных  слов  в  “Китаби-Деде  Коркуд”. “Китаби-Деде  Коркуд” 

незаменимый  источник  для  изучения  Азербайджанского  языка  в  историческом 

плане. По данным исследований в языке эпоса  примерно около 3000 слов. Из них  

приблизительно 560 слов  являются  заимствованными  с  арабского  и  персидского 

языков.  В  статье  рассмотрены  только  заимствованные  персидские  слова.  Насть 

слова разбирается так,  как в персидском языке: простые слова-как  простые (avaz, 

azad, divar и. т. д), производные слова-как производные (nakəs, namərd, nagah и. т. 

д),  сложные  слова-как    сложные (sərçeşmə, zəbər, para-para и.  т.  д).  Другая  часть 

имеет иной сравнительный разбор, т. е. производные (bargah,bəxşiş, didar и. т. д) и 

сложные (bərabər, pərvaz, sərhəng  и.  т.  д)  персидские  слова  принимаются    как 

простые, или же, сложные персидские слова (bütxana, xidmətkar, haramzadə и. т. д) 

как  производные  в  азербайджанском  языке.  Кроме  того,  в  эпосе    имеются 

персидские  слова,  которые,  принимая  суффиксы  тюркского  происхождения, 

образуют производные слова (nəmləmək, pərli и. т. д) в азербайджанском языке, но 

не имеют лексического значения в персидском языке. 

 

ALIYEVA GUNEL NIZAMI KIZI 



THE STRUCTURE AND TYPES OF PERSIAN ORIGINATE WORDS 

USEDIN THE LANGUAGE OF “KITABI-DEDE GORGUD” EPOS. 

 

SUMMARY 

Morphological analysis of Persian originate words used in the language of 

KitabiDedeGorgud epos have been looked through in the article. Kitabi-Dede-Gorgud is 

irreplaceable source in learning of the Azerbaijan language in the historical direction. 

According to exploration there are nearly 3000 words in epos language. Approximately 

560 words of them were borrowed from the Arabian and Persian language. Only Persian 

originate words are involved to exploration. Some of the words in Persian are simple 

(avaz, azad, divaretc), derivatives (naxəş, namərd, nagah, etc), and compound 

(sərçeşməziruzəbər, para-paraetc). Other words have been analyzed comparatively - 

derivatives (bargah, bexsis, didaretc) and compound (bərabər, pərvaz, sərhəngetc). 

Persian words regard simple and derivative in the Azerbaijan language. Besides this, 

there are some Persian words including Turk originate suffixes and create derivative 

words in the Azerbaijan language and there is no any lexis meaning in the Persian 

language. 



Rəyçi Emilli Böyükxanım 

Filologiya üzrə fəlsəfə doktoru 

Filologiya  məsələləri – №02, 2016 

 

198



ƏLVAN CƏFƏROV  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

elvancafarov78@mail.ru 

 

AĞDAM RAYONU DİALEKTLƏRİNDƏ  SƏS ARTIMI 

VƏ SƏS DÜŞÜMÜ HADİSƏSİ 

 

Ключевые  слова:  правила    добавления    звука,  правила  сакрашения  звука, 

Агдамский район. 

Key words: The sound growth of the event, sound fall event, of Agdam region, phonetic 

events. 

 

Ağdam rayonu Qarabağın  ən strateji əhəmiyyətə malikolan ərazilərindən biridir. 



Buna görə də döyüşlər zamanı müharibə zamanı ermənilər Ağdamı xüsusi amansızlıqla 

işğal etdi. 1993-cu ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları 

həmin il iyul ayının 23-də  Ağdamın süqutu ilə başa catır. Bundan sonra 1994-cü il 

mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 

kvadrat km-i, yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail olur. İşğal edilmiş 

Ağdam  şəhəri və 87 kənd oxşarı olmayan bir vəhşiliklə darmadağın edilərək yerlə 

yeksan olunur. Ağdamın müdafiəsi üzrə döyüşlərdə 5 min nəfərdən çox azərbaycanlı 

həlak olur, minlərlə insan fiziki şikəstlik qazanır, rayonun 126 min nəfərdən çox əhalisi 

öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün halına çevrilir. Hal-hazırda Ağdam 

sakinləri Azərbaycanın bir çox ərazilərinə səpələnmiş və məcburi köçkün vəziyyətində 

yaşayırlar. Bu araşdırmada müxtəlif  ərazilərdə köçkün kimi yaşayan Ağdam 

sakinlərinin bir çoxu danışdırılmış  və sakinlərin dilində olan dialektoloji materiallar 

toplanmışdır. Toplanmış dialektoloji materiallar içərisində fonetik hadisələri tədqiqata 

cəlb etməyə çalışacayıq. 

Ağdam rayonu şivələrində özünü qoruyub saxlayan səs artımı  və  səs düşümü 

hadisələrini nümunələrə  əsasən söyləmək olar. Ağdam rayonuın bir çox kəndlərinin, 

Ətyeməzli,  Əliağalı, Baş  Qərvənd, Kəngərli, Göytəpə, Eyvazxanbəyli,  Əhmədavar, 

Çullu və sairə kəndlərinin sakinlərinin dilində bunların əsas nümunələrini görmək olar. 

Səs artımı və səs düşümü hadisəsini aşağıdakı kimi qruplaşdırmaq olar. 

1. Səs artımı və səs düşümü hadisəsi. 

1.1. Səs artımı hadisəsi, Sait və samit artımı. 

1.1.1. Sait artımı hadisəsi. 

1.1.1.1. Sözün əvvəlində sait artımı. 

Onu da qeyd edək ki, söz əvvəlində saitlərin artımı əsasən alınma sözlərə aid olub, 

iki vəziyyətdə özünü göstərir: 1) söz əvvəlində sr, sk, sp, şk, ş səslərindən əvvəl; 2) söz 

əvvəlinde r və bəzən də l səslərindən əvvəl. [2.64]  

Rəhmətlik > irəhmətdiy. Məsələn: Surətin qoşunn içində sağı da olan oğlannnar 

varıdı kin ollar heşzadı fikirrəşmirdilər, ollar ölkənin pütöylüyün millətin sağlamlığını, 

yaxşılığını fikirrəşirdilər. Heylə  oğlannar da varıdı.  Elmra məllimə, irəhmətdiy dərs 

deirdi, savaddı qadınıydı. [Ağayev Şikar Balay oğlu. 60 yaş. Baş Qərvənd] 

Spalkomun > isbalkomun. O vax isbalkomudu da: hələ, maliyə  şöbəsində. Biz 

orda olanda hələ o kanar kətdərdən, yuxarı  kətdərdən rayona qaçırdılar gəlirdilər 



Filologiya  məsələləri – №02, 2015 

 

199



isbalkomun həyətində orda pütün o yarallar, uşaxları ölənnər, ermənnər başdarna nə 

hadsə gətirif hamsın bizə danışırdılar [Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri] 

Spitakda >İspitakta. Apardı  sənət məytəbinin qabağında dokquzun da nöyüt 

töhdü, oddadı, deyirdi görün, balalarmızı qaz durpasında yandırıflar, uşaxlarmızı 

durpıya salıf, ağzını  sıvarkalıyıf ojağın içinə atmışdılar ermənnər  İspitakta. 

(Əbdüləzimova Xalidə İdris qızı, Kəngərli kəndi. 64 yaş.) 

1.1.1.2. Söz ortasında sait artımı. 

Söz ortasında sait artımı alınma sözlərdə özünü göstərir. 

Qrat > qırat. Orda xəstəxanada bir palatada elə bil ki, yaşadıx, ora da nə  qədər 

qırat tüşdü neçə dənə saldatdarımız hamsı qıçınnan qolunnan yaralı. (Vəliyeva Sədaqət, 

Əliağalı kəndi, 54 yaş) 

Krantımız  > kıratımız.  Gəldi qaşqınnıxda öldü, dəmimiz variydı  dəzgahımız 

varıdı, üş  dənə  kıratımız varıdı qapmızda, cənnəte cənnət. (Həsənova Məhluqə Baxış 

qızı. 76 yaş. Ağdam şəhəri) 

Droj  > duroj.  (1.) Təndir çörəyni bişrəndə elə bil xəmir düşmürdü də malata 

deyillər, o vax malateynən yoğrurdular də  duroj  yoxuydu o vaxtı, balata götrürdülər 

belə kündəni, balata saxlıyerdilər. (Ağayeva Solmaz. 65 yaş. Baş Qərvənd kəndi) 

Problem  >  pıroblem. Çünkü mə:m böyüy qardaşımın anadangəlmə  əlində 



pıroblem varıydı, (Məmmədov Rüstəm Dilavər oğlu. 57 yaş. Əhmədavar kəndi) 

Pradukt > pıradux. Sora həftədə bir vedrə yumurta, yeməh,  ərzax,  pıradux, 

güjümüz nəyə çatırdı, onnan aparırdı verirdi Ağdamda olan Xojaldan gələnnərə. 

Neft  > nöyüt. Apardı  sənət məytəbinin qabağında dokquzun da nöyüt töhdü, 

oddadı. (Əbdüləzimova Xalidə İdris qızı.Kəngərli kəndi. 64 yaş) 

Knişkasın > qınışkasın.  Ağdamda döyüşmüşəm bu veteran qınışkasın vererdilər 

istəmədim dedim onsuz da hər bir oğlun borcudu da dö:şməy. (Əbdüləzimov Bəbir İdris 

oğlu. 61 yaş. Göytəpə kəndi) 

1.1.1.3. Söz sonunda sait artımı. 

Xəmir  > xəmrə. Gələndəfə çörəy bişrənə  qədər onu da təzə  xəmrə qatırdılar 

onnan ajıdırdılar də:. (Ağayeva Solmaz, 65 yaş, Baş Qərvənd kəndi) 

Bekar  >  bekara. Ama onu, qoysan ki quymax pişirəsən onu duruhal yox,  xeylax 

qoyrsan dəmə elə bil, ağzın örtürsən bekara sürüşüy qoyursan altı qazmağ tutur, bu da 

olur quymax. (Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri) 

1.1.2. Samit artımı hadisəsi. 

1.1.2.1. Söz əvvəlində samit artımı. 

Heylə > elə, hamma > amma. Dedikin yoxe qorxmax nədi, gördüm hamma qəhər 

boğur bını, nəysə aldım əlinnən bağladım. (Əsgərova Emelya. 68 yaş. Ağdam şəhəri) 

1.1.2.2. Söz ortasında samit artımı. 

Qəşəng  > qəşşəh. Dünyada nə, badamnan belə, pusdədən belə  əhmişdi, çox 

pinikar adamıydı, çoxeçox calaxeliyirdi, pinikar yanı yaxşı, əlinnən nə deirsən gəlirdi, 

hər  şeyi bilən,  qəşşəh belə otaxlarımız varıdı. (Həsənova Məhluqə Baxış  qızı. 76 yaş. 

Ağdam şəhəri)  

Biabır > biyabır, beüzm > beyüzm. Yanı, səni de:r biyabır eliyərəmdə:  beyüzm 

eliyərəm. Bir nö: təhqir. (Əbduləzimova Şahnaz. 58 yaş. Kəngərli kəndi) 

1.1.2.3. Söz sonunda samit artımı. 



Filologiya  məsələləri – №02, 2016 

 

200



bəlkə > bəlkəm. Ermənnər o vaxdı sumqayıtdılara zulum vermişdilər, əysəryətinin 

sifətində, yanağında, döşündə,  bəlkəm 500 dənə siqaret keçimişdilər.  (Əbdüləzimov 

Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi) 

ta: > tadim.  (1.) Məllim işdəmişəm. Orda neçə ildiki orda işdəmişəm, min 

dokquzüzz  əlli yeddinci ildən  tadim bu qaşqınnığa qədər. (Həsənova Məhluqə Baxış 

qızı. 76 yaş. Ağdam şəhəri) 

Xeyli > xeylax. Ama onu, qoysan ki quymax pişirəsən onu duruhal yox,  xeylax 

qoyrsan dəmə elə bil, ağzın örtürsən bekara sürüşüy qoyursan altı qazmağ tutur, bu da 

olur quymax. (Cavadova Fəridə, 69 yaş. Ağdam şəhəri) 

ki > kın, deyə    >  deyin. (1.) Görsən töoğun  əağına bi şey bağlıyıflar de:llər 

badışdı, itməsin, qarışıx düşməsin deyin, bağlanırdı kın itməsin. (Əbduləzimova Şahnaz. 

58 yaş. Kəngərli kəndi) 

1.2. Səs düşümü hadisəsi, Sait və samit düşümü. 

1.2.1. Sait düşümü hadisəsi. 

1.2.1.1. Sözün əvvəlində sait düşümü. 

Uşaqlar  > şaxlar. Dağın kəlləsinnən ermənnər bizə bir gün ağladı kin, şaxlardan 

birinn də başınnan vırdılar. İkinci hakqesaf da Sırxavətdə olufdu, yanmda şaxlar düşüf 

minya, üçünün-dördünün kıçası yox olufdu. (Qədirov Elman Əkbər oğlu. 57 yaş. Çullu 

kəndi) 

1.2.1.2. Sözün ortasında sait düşümü. Onu da qeyd edim ki, Ağdam rayonunun 



dialekt və şivələrində söz ortasında səs düşümü hadisəsinə çox rast gəlmək olar. Bəzən 

bu qarışıq da olur, söz daxilində iki, bəzən də üç səs (sait və samit) birdən düşür.  

Sənin  > sənn, canına  >  canna. 

Nərgizdər ay nərgizdər  

Topa bitər nərgizdər  

Heyf sənn o cavan canna ay mənim əzizim 

Torpax örtər yer gizdər  

(Həsənova Məhluqə Baxış qızı. 76 yaş. Ağdam şəhəri) 

Qoyurduq > qoyrdux,  əyilib  > əylif.Birdə varıydı ki, yerdən olan təndirə çörəy 

yapmax üçün dep dediyimiz şey varıydı yayılmış kündəni qoyrdux onun üstünə belə 

uzun tutacağı da varıydı, əylif  təndirə yapırdıx çörəyi. (Ağayeva Solmaz. 65 yaş. Baş 

Qərvənd kəndi) 

Əlili > əlli. Zapalı  çıxardanda partdıyıf  bu üş barmağın apardı o gəldi oldu 

Qarabağ əlli, (Əbdüləzimov Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi) 

1.2.1.3. Sözün sonunda sait düşümü. Yığdığımız dialektoloji yığmalarda söz 

sonunda sait düşümünə rast gəlinmədi. 

1.2.2. Samit düşümü hadisəsi. 

1.2.2.1. Söz əvvəlində samit düşümü. 

Yuxarı > uxarı. Biz orda olanda hələ o kanar uxarı kətdərdən rayona qaçırdılar, 

gəlirdilər. (Cavadova Fəridə. 69 yaş. Ağdam şəhəri) 

1.2.2.2. Söz ortasında samit düşümü. 

Sonra  > so:raSora həftədə bir vedrə yumurta, yeməh, ərzax, pıradux, güjümüz 

nəyə çatırdı, onnan aparırdı verirdi Ağdamda olan Xojaldan gələnnərə. (Əsgərova 

Emelya, 68 yaş, Ağdam şəhəri) 

Kənd  > kət. Həyət yerində, kət yerində olmuş adamam. (Hümmətov Nizami, 62 

yaş. Əliağalı kəndi) 



Filologiya  məsələləri – №02, 2015 

 

201



1.2.2.3. Söz sonunda samit düşümü. 

Bir > bi.  Dedim özbaşınalığ eliyirəm, büyünnən mə:m pazisyama sən gəlmə,  bi 

dənə pazisyanı əvvəldən axra. (Əbdüləzimov Bəbir İdris oğlu. 61 yaş. Göytəpə kəndi) 

1.2.3. Söz ortasında və sonunda sait və samitlərin birgə düşümü. 

1.2.3.1. Söz ortasında sait və samitlərin birgə düşümü. 

deyirlər  > de:llər, ayağına  > əağına, toyuğun  > töoğun. Görsən töoğun əağına bi 

şey bağlıyıflar  de:llər badışdı, itməsin, qarışıx düşməsin  deyin bağlanırdı  kın itməsin. 

(Əbduləzimova Şahnaz. 58 yaş. Kəngərli kəndi) 

Soyuq  > söox. Xaşıl isə, ya isti suya unu yavaş-yavaş töküf oxleynən fırradırsan, 

ama biz söox suynan, elə bil, söox suya unu yavaş yavaş çalırıx, açırıx. (Cavadova 

Fəridə. Ağdam şəhəri. 69 yaş) 

Dəqiqə  > dəyqə. Həyət yerində, kət yerində olmuş adamam. Ma: bura sərf eləmir 

açığı, əsəf xəsdəsiyəm, bax bı dəyqə təzə çıxmışam xəsdəxanadan. (Hümmətov Nizami, 

62 yaş. Əliağalı kəndi) 

Təsərrüfata  >  təsərfata. Bizdə çayın başınnan  təsərfata su ayrılıf gəlirdi. 

(Hümmətov Nizami, 62 yaş. Əliağalı kəndi) 

Deyirəm  > de:rəm. Bıllara mən de:rəm bax evimiz belə oluf, belə oluf, hamsın 

de:rəm. Bılları unutmasınnar, hamsın örgədirih, bıllara. (Cavadova Fəridə, 69 yaş. 

Ağdam şəhəri) 

Döyüşmək  > dö:şməy. Ağdamda  dö:şmüşəm bu veteran qınışkasın vererdilər 

istəmədim dedim onsuz da hər bir oğlun borcudu da dö:şməy. (Əbdüləzimov Bəbir İdris 

oğlu. 61 yaş. Göytəpə kəndi) 

Mənim üçün > mə:mçün, sə:rətən  > sə:rətən.  Şəxsən  mə:mçün çox çətindi, 

gəzdiyim o bulaxlar, o sular, o cığırrar gejə  gəlir tüşür beynimə, inanırsız,  sə:rətən 

yatammıram. (Hümmətov Nizami, 62 yaş. Əliağalı kəndi) 

Mənim  > Mə:m, mamamoğlu  > ma:moğluMə:m özümün ma:moğlu öldü orda 

Xojalda öldü. 25 yaşında, xəbər verdilər kin xojalları  qırıllar, duruf o da gedif onnarı 

xilas eləməyə. (Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri) 

1.2.3.2. Söz sonunda sait və samitlərin birgə düşümü. 

Mənə    >  ma:. Həyət yerində, kət yerində olmuş adamam. Ma:  bura sərf eləmir 

açığı, əsəf xəsdəsiyəm, bax bı dəyqə təzə çıxmışam xəsdəxanadan.  

Xışma ilə    >  xışmeynan.  (1.) Gəldih qapnı  aşdıx, girdih evə, həyətə girdiy, 

töoxcücədə okqədərdikin, ta: belə xışmeynan. (Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri) 

Mənə  > ma:, otur  > otu. Bir telvizoru götdük kin orda uşaxlar baxar, sora imkan 

olmadı, gördüh atıllar, gəldih qapıdan çıxdıx,  ma: dedi sən  otu  maşna mən gəlləm. 

(Əsgərova Emelya, 68 yaş, Ağdam şəhəri) 

Bütün bunlardan belə bir nəticəyə  gəlmək olar ki, Ağdam rayonudan zorla 

köçürülmüş xalqımızın çox gözəl, yumşaq, ürəyəyatımlı  ləhçə  və  şivələri vardır və 

fonetik hadisələr bunları daha da gözəlləşdirir.  Biz yuxarıda bunların şahidi olduq. 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə