Топлу Азярбайъан Республикасы Президенти йанында


Filologiya  məsələləri – №02, 2016



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə24/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   45

 

Filologiya  məsələləri – №02, 2016 

 

202



ƏDƏBİYYAT 

1.  Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, "Şərq-Qərb", 2007, 568 səh. 

2.  Məmmədağa Şirəliyev. Azərbaycan dialektologiyasımn əsasları. Bakı, "Şərq-

Qərb", 2008, 416 səh. 



 

 

ПРАВИЛА ДОБАВЛЕНИЯ ЗВУКОВ И САКРАШЕНИЯ ЗВУКОВ 

В АГДАМСКОМ ДИАЛЕКТЕ 

 

РЕЗЮМЕ 

В данной статье к сопоставительному исследованию привлечены диалекты и 

говоры  опрошенных  жителей  Агдама,  живущих  во  многих  регионах.  Во  время 

опроса  были  определены  некоторые  диалектные  слова.  Фонетические  действия, 

содержащиеся  в  диалектах  и  говорах  жителей  Агдама,  были  определены  на 

основе примеров и подвергнуты сравнительному анализу. 



 

THE EVENT OF SOUND INCREASING 

AND SOUND FALLING IN THE DIALECTS OF AGHDAM REGION 

 

SUMMARY 

Agdam residents living in some regions had been interregated and their dialects 

and accents had been. İnvestigated comparatively. İn this dialectological research. 

During the interrogation of the residents many dialectical words had been defined In the 

dialects and accents of Agdam    residents some phonetic events had been defined with 

samples and nalyzed comparative 

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı 

Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir. 

 

Qrant № EİF/MQM-3-Shusha-2014-7(22)-05/03/5 



 

Rəyçi: prof. Nizami Xudiyev 

Filologiya  məsələləri – №02, 2015 

 

203



                       AYSEL  MƏMMƏDLİ  

Azərbaycan Dillər Universiteti 

                         ayselaliyeva837@yahoo.fr 

 

KONSTATİV VƏ PERFORMATİV CÜMLƏLƏR 

 

Açar sözlər: cümlə, propozisiya, performativ, konstativ, lokutiv, illokutiv, məna, danışıq 

aktı, nitq. 

Ket words:  sentence, proposition,  performative, constative, locutive, illocutive, 

meaning, speech act, speech. 

Ключевые  слова:  предложение,  пропозиция,  перформативный,  констативный, 

локутивный, иллокутивный, значение, речевой акт, речь. 

 

Cümlənin propozisiyası danışıq aktında müəyyənləşir. Əslində elə cümlələr var 



ki, onlar heç təsdiqdə işlənmir. Onlar sadəcə olaraq xəbər verir. Məsələn, Söz verirəm 

ki, gələcəyəm – Je te promets que je viendrai

Bu cür cümlələri son dövrlərdə performativ cümlələr adlandırırlar. Danışıq 

aktında müəyyənləşən digər cümlə növü də konstativ cümlələr adlanır. Məsələn, 

Əhmədin uşaqları hamısı dəcəldir – Les enfants d’Ahmad sont mйchants

Araşdırmalar göstərir ki, konstativlik və performativliyə maraq XX əsrin 50- 60-

ci illərindən başlamışdır. Bu sahədə son dövrlərdə həm xarici, həm də yerli dilçilər artıq 

tədqiqatlara başlamışlar. İngilis dilçiliyində konstativlik C.Ostin, D.Serl, D.Liç, K.Bax, 

rus dilçiliyində N.D.Arutyunova, İ.B.Şatunovskiy, Q.Q.Poşepsova və s. kimi dilçilərin 

əsərlərində  tədqiq olunmuşdur. Azərbaycan dilçiliyində konstativ və performativ 

cümlələrin ilk tədqiqat obyektinə F.Y.Veysəllinin əsərlərində rast gəlinir. F.Y.Veysəlli 

yazır: “Cümlə elə bir təşkil olunmuş strukturdur ki, onda hər bir parçanın öz rolu və 

başqa parçalara bağlanmasında xüsusi üsulu vardır. O halı cümlənin danışıq aktı 

nəzəriyyəsində  də müşahidə etmək mümkündür. Odur ki, konstativ və performativ 

cümlələrin tədqiqi zəruridir”. (1, s.226; 288) 

Cümləni tədqiq edərkən məlum olur ki, danışıq aktında konstativ cümlələrə qarşı 

performativ cümlələr qoyulur. Bu da o anlama gəlir ki, cümlənin mənasını yalnız onu 

işlətdikdə açmaq olar.  Bu cür yanaşmanın üstünlüyü ondadır ki, o, dil fəlsəfəsinin bir 

çox problemlərini insanların hərəkəti və danışıq aktı müstəvisində həll etməyə çalışır (1, 

s.288).  

 Danışanın işlətdiyi dil ifadəsi kimi söyləmin, cümlənin mənası və referensiyası 

onların real gerçəkliklə əlaqəsindən asılıdır. Danışan özü və həmsöhbəti üçün anlaşıqlı 

olan vasitələrdən istifadə edərək abstrakt qaydalar əsasında onları danışıq aktına daxil 

edir. Cümlə danışıq aktında işlənir, lakin referensiya və propozisiyası düz olmayanda 

qəbul edilmir. Belə bir nümunə verək: 

“İranın kralı keçəldir.” (Le Roi d’Iran est chauve) Bu nümunədə referens 

kraldır, amma o, əslində mövcud deyildir.  Buradan da belə  məlum olur ki, danışıq 

aktında işlənən cümlə adı çəkilən propozisiya ilə eyniləşdirilə bilməz.   

 Yuxarıda da xatırlatdığım kimi konstativ tərkibli cümlələr  əsasən C.Ostin 

tərəfindən işlənib hazırlanmışdır. O, cümlə mənasının şərhini vermək üçün danışıq aktı 

nəzəriyyəsini işləyib hazırlamışdır. C.Ostin söyləmləri performativ (təsdiq, təsvir və s.) 

və konstativ (vəd vermək, razılığa gəlmək, xəbərdar etmək və s.) olmaq üzrə iki yerə 

bölürdü. Məsələn, performativ söyləmlər: 



Üzr istəyirəm -  Excusez-moi (Je vous prie de m’excuser). 

Xoş gəlmişsiniz - Soyez la bienvenue. (Bienvenue) 

Filologiya  məsələləri – №02, 2016 

 

204



Mən bunu sizə məsləhət görürüəm –Je vous le recommand/conseille və s. 

Bu cür cümlələr nə doğru, nə yalan olur. Onlar üçün müvafiq məqam və  şərtlər 

olmalıdır.  

Mən hərəkata bu adı verə bilərəmmi?” 

“ Buna mənim hüquqi əsasım yoxdur.”  

“Üzr istəməli olmasam da söz xatirinə deyirəm.”  

“Qonaqların gəlməsi ürəyimcə olmasa da “Xoş  gəlmişsiniz” deməyə 

məcburam” və s. Beləliklə, performativ cümlələrin işlənməsilə bağlı üç tip uğursuzluğu 

fərqləndirmək olar: legitimlik, düzgün istifadə olunmaması və şəraitin pozulması. 

 Performativlərin ifadəsi üçün ya söyləmdəki feili 1-ci şəxsin təkində indiki 

zaman xəbər  şəklində başlayır (söz verirəm ki - je t’assure que/je  te promets que... 

yazıda məchul növdən də istifadə olunur), ya da söyləm bununla başlayır.  

 

Xəbər keçmiş zamanda olanda sadəcə  təsvir edir, ancaq hərəkatın həyata 



keçməsi üçün heç bir zəmanət vermir. “Pəncərəni ört” (Fermes la fen

ê

tre) tipli 

cümlələr də təsdiq xarakterli deyil. “Salam”(Bonjour) sözü də heç nə təsdiq etmir, bu 

sadəcə hörmətin  əlamətidir.  “Mən orada olacağam”(Je serai lа)  kimi cümlələrdən 

məlum olur ki, mənim orada olmağım fərziyyədir və ya niyyətim haqqında 

mövqeyimdir. Bir məsələyə də aydınlıq gətirmək olar ki, performativ tərkibli cümlələrin 

düzgün qrammatik strukturu vardır. Bu tərkibli cümlələrdə işlədilən feillərdən asanlıqla 

müəyyən etmək olar ki, danışanın niyyətilə bağlı bütün semantik çalarlıqları 

müəyyənləşdirmək olar.  

 Faktın təsdiqi olan konstativlər də mənasız ola bilər, hətta qrammatik cəhətdən 

düzgün olmaz. Burada 3 hal mümkündür: 

1.Əhmədin uşaqları hamısı keçəldir; Əhmədin uşaqları keçəl deyildir 

 Les enfants d’Ahmad sont chauves. Les enfants d’Ahmad ne sont pas 

chauves.  

Halbuki Əhmədin heç uşağı yoxdur – Tandis qu’Ahmad n’a pas d’enfants; 

  2.Kimsə deyir ki, it həyətdə uzanıb (Ola bilsin ki, o kimsə heç belə düşünmür.)  

Quelqu’un  a dit que le chien dort dans le jardin. (Peut-кtre celui-ci ne pense pas 

comme зa.) 

3.Mehmanxana sahibi deyir: qonaqların hamısı türklərdir. Sonra isə əlavə edir: 

Qonaqlardan bəzisi türk deyil. 

Le directeur d’hфtel dit: tous les invitйs sont des turcs. Puis il ajoute: certains 

ne sont pas des turcs. 

Gördüyümüz kimi, ziddiyyət göz qabağındadır. Bu misalları izah etmək üçün 

presuppozisiya, implikasiya və nəticə anlayışlarını açmaq lazımdır. 

“Birinci halda Əhmədin uşaqları keçəldir” (Les enfents d’Ahmed sont chauves)  

cümləsinin presuppozisiyası  “Əhmədin uşaqları vardır”(Ahmed a des enfents)  

fikiridir“Uşaqların olması” (L’existance des enfens)  cümlənin referensiyası olur. 

C.Ostin qeyd edir ki, uğursuzluq konstativ söyləmlərə heç də performativlərdən 

az xas deyildir (1,s. 289). 

Mənim və ya başqasının səlahiyyəti yoxsa, necə deyə bilərik ki, /Mən  əmr 

edirəm...// (Je vous commande ) 

Deməli, performativi konstativdən fərqləndirən dil vasitəsi yoxdur, ünsiyyətdəki 

uğursuzluq həm təsdiqləmədə (konstativdə), həm də performativdə (nə doğru, nə  də 

səhvdə) mümkündür. Konstativ təsdiqləmə olan danışıq aktının reallaşmasıdır. Bəzən 

onlar arasında sərhəd qoymaq çətindir.  /Mən səni xəbərdar edirəm ki...// (Je t’averti 

que), /Mən təsdiqləyirəm ki...// (J’affirme que), kimi cümlələr bir-birindən az fərqlənir 

və ya heç fərqlənmir. Amma performativlər uğurlu da ola bilər. Yəni onlarda həqiqətə 



Filologiya  məsələləri – №02, 2015 

 

205



rast gəlmək olur. Məsələn, həkim söhbətdə  /Mən sizə  məsləhət görürəm// (Je vous 

conseille que)  deyirsə, fikrin yalan və ya gerçəkliyi deyil, sadəcə olaraq məsləhət 

performativlə ifadə olunur. Ola bilər ki, həkim haqlıdır, amma nəticəsi aydın deyil. 

Təbii ki, qiymətləndirməni yoxlamaq mümkü deyil.  

Dil fəlsəfəsinin inkişafında böyük rolu olan alimlərdən hesab edilən C.Ostin də 

əşyalar və adlar məsələsində marağı olan fiqurlardan hesab edilir. Onun “How To Do 

Things with Words” (Şeylər sözlərə necə çevrilir?) (Comment faire des Choses avec les 

Mots?) adlı məşhur əsəri də tam bu məsələnin araşdırılmasına həsr edilir.  

C.Ostinin xüsusi talantı onda müşahidə olunur ki, o, gündəlik istifadə olunan 

sözlərin və söz ailələrinin daxilində olan fərqlilikləri incəliklə müşahidə edə bilmişdir. 

Məşhur essesində zərflərin qarşılaşdırma keyfiyyətlərini araşdıran müəllif  onları: 

1.“involuntorily” – qərəzliklə - involontairement; 

2.“inadvertently” – ehtiyatsızlıqla – par mégarde; 

3.“by accsident” – təsadüfən – accidentellement; 

4.“by mistake” – səhvən – par erreur  növlərə ayırır. Ostinin “performativ nitq” 

adlandırdığı “bağ - müxtəlifliyi” cümlələri (garden – variety statements) hadisələri və 

vəziyyətləri təsvir etməkdən daha çox onların ayrıca keyfiyyətləri olması anlamına 

gəlir. Onlar hərəkətləri idarə edirlər. Məsələn, performativ feil olan “apologize” (üzr 

üstəmək) (s'excuser) “I apologize for being late” (Gecikdiyim üçün üzr istəyirəm) 

(Excusez mon retard)   cümləsində istifadə etməklə danışan “üzr istəmək” hərəkətini 

yerinə yetirir.  

 

Bu yolla performativ feillərin məna keyfiyyətləri “möhkəmləndirmək”, yaxud 



“xatırlatmaq” feillərindən kəskin surətdə fərqlənir. O bununla bağlı yazır: 

 

“Sənin uzunqulağın var, mənim də. Onlar eyni tarlada otlayırlar. Gün gəlir 



mənimki mənim xoşuma gəlmir. Mən onu güllə ilə vurmaq istəyirəm və atəş açıram; 

heyvan yıxılır. Mən qurbanı yoxlayıram və  qəfildən dəhşətə  gəlirəm ki, bu mənim 

deyil, sənin uzunqulağındır. Mən təəssüflə sizin qapıya gəlirəm və deyirəm nə?” Mən 

deyirəm, Mən çox təəssüf edirəm və s. Mən sizin uzunqulağı  səhvən (by accident) 

vurdum; yaxud da “by mistake” və hadisəni ona yenidən izah edirəm və izah vaxtı 

“by accident”, yoxsa “by mistake” işlətməliyəm” (2, s.25). 

C. Ostinin tədqiqatının  əsasını sadə dil ifadələrində  məna nüanslarının təhlili 

təşkil edirdi. Məsələn,  aşağıda ingilis dilində yazdığımız üç ifadənin hər biri eyni 

anlamda işlədilir, amma fərqli nitq hissələrindən təşkil olunur:  



It looks blue – (bu mavi görünür) - Il a l'air bleu; 

It looks like blue – (bu mavi görünür) - Il a l'air bleu; 

It appears blue – (bu mavi görünür) - Il a l'air bleu və s. 

 

C. Ostinin “How to Do Things with Words” (Sözlərlə  əşyaları necə 



əlaqələndirmək)  əsərində öz tədqiqatını performativlər üzərində qurur. O, diqqəti 

performativlərə yönəltməyə başlayır, məsələn,  /I apologize for being late//  (Excusez 



mon retard), yaxud  /I name this ship the Queen Elizabeth// (Je nomme ce navire La 

Reine Elisabeth)”Performativlər cümlələrin konversional qrammatikasını sərgiləyirlər. 

Bu cümlələrdə istənilən idiosinkratik formal marker çatışmır. /I take the bus on Friday; 



I opened the can with a screwdriver// (Je prends le bus les vendredi; J’ai ouvert la 

boîte avec nu tournevis)  kimi cümlələrdə performativlər doğru, yaxud yanlış kimi 

qurula bilməz. Daha vacibi, onların tələffüzü (münasib şərtlər altında) təsvirdən daha 

çox hərəkəti ifa edir. Ostin qeyd edir ki, onun təqdim etdiyi performativ nitq müəyyən 

formal keyfiyyətlərə malikdirlər – birinci şəxs təkdə olan mübtəda indiki indikativ 

məlum növdə olan feil - amma bu keyfiyyətlər sinifi müəyyən etmir: /Passengers are 

warned to cross the track by the bridge only//  (Sərnişinlərə yolu ancaq körpüdən 


Filologiya  məsələləri – №02, 2016 

 

206



keçmək xəbərdar olundu) – Les passagers sont tenus au courant de traverser la route 

seulement par le pont cümləsi performativdir, amma /I drink beer// cümləsi deyil (Mən 

çaxır içirəm.)  Je bois du vin. 

 C.Ostin 

performativlərin digər xüsusiyyətlərini də araşdırmışdır. O, müəyyən 

edilmiş prosedur və praktikaların xarakterik olaraq birləşməsi faktını müdafiə edir: 



“marry a couple” – cütlüyü evləndirmək (marier un couple), “nominate a candidate” 

- irəli sürülmüş namizəd (dйsigner un candidat/prйsenter un candidat), amma o, həm 

də etiraf edirdi ki, digər performativlər “promise” - söz vermək (promettre), “warn” - 



xəbərdar etmək (prйvenir, avertir), “order” -əmr etmək (commander) ənənəvi olaraq 

sərhədlənmişlər (2,s.38). 

 

Hər performativ öz işini hazırlalamaqla  müxtəlif səbəblərlə  uğurlu olamyan 



performativləri təhlil edir. Məsələn,  “promise” (söz vermək – promettre) sözünün 

performativ tələffüzü  əgər  şərtlər onun legitimliyinin istifadəsini azaldırsa, o halda 

yanlış açıla bilər. Məsələn, əgər danışanın “promise” (söz vermək – promettre)  sözünü 

tələffüz etməyə gücü çatmırsa, yaxud “promise” (söz vermək – promettre) sözünün 

reallaşması baş verərsə, amma terminin mənasında “sui-istifadə” yaranarsa (məsələn, 

danışan söz verilmiş hərəkəti daşıdığı mənanı yerinə yetirə bilmirsə və s.). 

C.Ostin performativlərin təhlilini kontekstləşdirərkən “danışıq  aktlarının” 

üzvlənməsini və qruplaşmasını  təklif edir. Həmin aktlar insan unsiyyətində 3 nitq 

aspektini irəli sürür. Birirncisi, sözlərin tələffüzü aktı xüsusi məna və istinad 

keyfiyyətləri ilə əlaqədardır. Bu əlaqəni Ostin “lokutiv akt” adlandırır. Lokutiv aktların 

mənaları vardır.  İkincisi, “illokutiv aktlar” dır ki, danışan lokutiv aktları  işlətməklə 

onlara nail olur. Belə ki, danışan nitqin lokutiv aktının xəbərdarlığını illokutiv akt 

vasitəsilə yerinə yetirir. /I warn you that X// (Je te previens que/Je t’averti que...) Ostin 

qeyd edir ki, illokutiv akt-ların mənadan daha çox gücü vardır. Üçüncüsü, “perlokutiv 

aktlar” adlanır. Onlar dinləyicidə illokutiv aktların gücünə nail olur. Belə ki, xəbərdar 

olunan dinləyici nəticədən çəkinmək üçün öz hərəkətlərini dəyişdirir. Bu mənada, 

Ostinə görə perlokutiv aktlar illokutiv aktların təsirləridir. 

 

Ostin bu taksonomiyadan istifadə etməyə çalışmaqla lokutiv mənaları uzaqdan 



tənzimləyir. Və perlokutivlər illokutiv güclə danışığa təsir göstərir. Bu hərəkətlər 

performativ feillərlə  həyata keçirilir. O, illokutiv gücə görə müəyyən olunmuş 

performativlərin 5 sinfini müəyyən etmişdir. 

1.  Verdictives (verdiktivlər),  məsələn,  diagnose-diaqnoz təyin etmək;    convict – 



ittiham etmək – condamner 

2.  Exercitives (eksezkitivlər), məsələn,  appoint – müəyyən etmək – désigner, 



nommer; 

3.  Commisives (komisivlər), məsələn,  vow – and içmək – prêter serment, jurer; 



oppose – qarşı çıxmaq – s'opposer à; 

4.  Behabitives (behabitivlər), məsələn,  apologize – üzr istəmək – s'excuser; 



lənətləmək – maudire; 

5.  Expositives (ekspozitivlər), məsələn, report – məruzə etmək – rapporter; argue 



– mübahisə etmək – se disputer.  

Ostin perfotmativlərin hüdudlarının olmasını iddia edir. Məsələn, eyni nitq 

performativ, yaxud konstativ ola bilər. Odur ki, faktiki olaraq istənilən danışıq aktı 

performativ kimi yaradıla bilər və illokutiv güc performativlərinin ikskuluziv yükü 

deyildir. (Belə ki, Sən etməlisən X” (Tu dois faire)  cümləsindəki sıralanmada 

“etmək” (faire)    performativ deyil). Səsin xüsusi tonu, yaxud çiyin çəkmək illokutiv 

gücün çəkisisni daşıya  bilər (2,s.40).  

 


Filologiya  məsələləri – №02, 2015 

 

207



REFERENCES 

 

1.  Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013. 

2.  Austin J.L. How to Do Things with Words. Harvard University Press, 

Cambridge, M.A. 1926 

b. 

3.  Азадова  Н.А.  Сопостовительное  исследование  перформативного  глагола 



(на  материале  лезгинского,  английском  и  русского  языков).  дисс.  канд. 

филол. наук. Махачкала 2007, 37. 



 

АЙСЕЛЬ МАММЕДЛИ 

КОНСТАТИВНЫЕ И ПЕРФОРМАТИВНЫЕ ПРЕДЛОЖЕНИИ 

 

РЕЗЮМЕ 

В  статье  исследуется  констативные  и  перформативные  предложения.   В 

истории  языкознания  иследование  такого  типа  предложений  началось  в  начале 

50-60  гoдoв  ХХ  века.  Констативные  и  перформативные  предложения  были 

исследованы  русскими,  зарубежными    и    Азербайджанскими  языковедами.   В 

речевом  акте,  констативные  предложения  противопоставляются  к  перфор-

мативным  предложениям.   Это  означает  что,  значение  предложения  можно 

понять  тогда,  когда  предложение  используется.  Констативное  подтверждение 

является реализация речевого акта. В перформативных предложениях существует 

слияние  процедур  и  практики.  В  перформативных  предложениях  имеются 

пределы. Одна речь может быть как перформативной так и констативной. 

В  исследовании  описывается 3 вида  перформативных  предложений: 

локутивные акты,  иллокутивные акты и перлокутивные акты. 

 

AYSEL MAMMEDLI 

CONSTATIVE AND PERFORMATIVE SENTENCES 

 

SUMMARY 

In the article constative and performative sentences are investigated. In the 

linguistic history such types of sentences began to be studied since the 50-60

th

 



of the XX 

century. Constative and performative sentences were investigated by speech act 

performative sentences are opposed to the constative sentences. This means that the 

listener can understand the meaning of the sentences only after using it. The meaning of 

the utterance, sentence and reference as the language expression of the speaker depends 

on the link with the real truth. Constative affirmation which is a speech act lies in the 

realisation. In the performative sentences unification of procedure and practice in the 

performative sentences takes place. 

In the research work three types of performative sentences are reflected: 

locutive, illocutive, perlocutive acts. 

 

Rəyçi: filol.e.d., prof. F.Y. Veysəlli 

 


Filologiya  məsələləri – №02, 2016 

 

208



                                          b/l. İLAHƏ  HƏSƏNOVA  

                                        ADNSU. Azərbaycan dili kafedrası     



                                                                             pease.endless@mail.ru 

 

“KİTABİ-DƏDƏ QORQUD” DASTANLARININ DİL 



XÜSUSİYYƏTLƏRİ 

 

Ключевые слова: Турки, распоряжения, эпос, книгa, героизм, хан, ашук… 



Key words: Turkish, disposition, epic, books, heroic, inns, poet… 

 

Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid 



edilir. XIV əsr tarixçilərindən Aybək  əd-Dəvadari və  Fəzlullah Rəşidəddin  Dədə  

Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını  və türklər tərəfin dən elçi 

sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində  də  Dədə 

Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığı qeyd edilir.  

         Elmə XIX  əsrdən məlum olan "Kitabi-Dədə Qorqud"un hələlik iki əlyazma 

nüsxəsi (Drezden və Vatikan) məlumdur. Drezden nüsxəsi üzərində sonradan "Kitabi-

Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") 

yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral 

Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Elmlər 

Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu 

nüsxə müqəddimə  və 12 boydan, Vatikan nüsxəsi  isə eyni müqəddimə  və 6 boydan 

ibarətdir. Görünür ki, hər 2 nüsxə daha qədim naməlum bir nüsxədən 

köçürülmüşdür. Azərbaycan EA Əlyazmalar  İnstitutunda "Dədə Qorqud"un dünyada 

üçüncü əlyazma nüsxəsi hazırlanmışdır. 

            2015-ci ildə ölkəmizin hər yerində Dastanın elm aləminə məlum olmasının 200 

illiyi qeyd olunur. Abidə haqqında ilk dəfə 2015-ci ildə alman alimi F.Dits məlumat 

vermiş 

və "Təpəgöz" boyunu alman dilinə 



tərcüməsi ilə 

dərc 


etdirmişdir. T.Nöldeke əsəri Drezden nüsxəsi 

əsasında çapa hazırlamaq 

istəmişdir. V.V.Bartold 1894-1904-cü illərdə  əsərin 4 boyunu rus dilinə çevirərək çap 

etdirmişdir. O, 1922-ci ildə dastanın tam tərcüməsini başa çatdırmışdır; həmin 

tərcümə 1950-ci ildə Bakıda (H.Araslı və M.Təhmasibin redaktəsi ilə), 1962-ci ildə 

isə Moskvada nəşr olunmuşdur. 

           Dastanların  əsas süjeti on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın 

boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək 

boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli 

Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin 

boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu 

Səgrəyin boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış 

Oğuz asi olub Beyrək öldüyü boy". 

          "Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad 

qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol 

göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır.                

       Qəhrəmanlıq ruhu abidənin  əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" 

yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik 

məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. 


Filologiya  məsələləri – №02, 2015 

 

209



Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. 

Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi 

ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii 

təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir 

vasitələri ilə  zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar  sözü, məsəl və 

idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə 

Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir. 

        Dastanın dilini tədqiq edən bir çox alimlər, eyni zamanda Davudoğlu "Dədə

Qorqud" dastanın dilinin Azərbaycan türkcəsinə daha yaxın olduğunu demişdir. 

        Biz də "Dastanın dilini izlədikcə, araşdırdıqca, onun Azərbaycan türkcəsinə daha 

yaxın olduğunu görürük. "Dədə Qorqud"u oxumadan ədəbiyyatçı, dilçi olmaq olmaz. 

"Dədə Qorqud" biz türklərin mədəni mirasımızın bir-birinə necə bağlı olduğunun 

göstəricisidir".  

 

        Bu ölməz abidəyə İraqda da böyük maraq vardır. Əsər ərəb dilinə tərcümə edilərək 



"Hekayət   Dədə Qorqut" adı altında çap edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön 

sözü  ədəbiyyatımızın böyük dostu  Dr. Əbdüllətif  Bəndəroğlu yazmışdır.  Əsəri  ərəb 

dilinə  İraqda və Türkiyədə  tərcüməçi, tədqiqatçı, eləcə  də yazıçı kimi tanınan Cəlal 

Polad tərcümə etmiş, ona maraqlı  və çox geniş giriş  məqaləsi yazmış, indiyə  qədər 

aparılmış tədqiqatlardan və "Kitabi-Dədə Qorqud"un  dünya şöhrətindən söz açmışdır. 

"Kitabi-Dədə Qorqud" İraq türkmanları arasında geniş yayılan, sevilən və tədqiqata cəlb 

edilən əsərdir. Bu da əsassız deyildir. 

        Əsrlərlə başqa xalqlar əhatəsində qalan, məhz buna görə də qədim leksik və fonetik 

göstəricilərini daha çox saxlayan İraq türkmanlarının ləhcəsi "Kitabi-Dədə Qorqud"un 

dil xüsusiyyətlərini tamamilə  əks etdirir. "Kitabi-Dədə Qorqud"da yer alan onlarca 

sözün indinin özündə belə  Kərkük dolaylarında işlək olması, daha doğrusu, həmin 

sözlərin yalnız həmin mənada işlənməsi tutarlı  dəlil-sübutdur. Məsələn: kəpənək 

(yapınçı), xerxız//xırxız (oğru),  əkmək (çörək),  ənsə (arxa), qlağuz//qlavuz (bələdçi), 

qısraq (at, madyan), yayan (piyada), nəsnə (əşya, alət), səmiz (kök), sığır (buğa, çöngə), 

mavlamaq (huşunu itirmək), qanara (çarmıx), borı çalmaq (şeypur çalmaq), davul 

dögmək (təbil çalmaq), ismarlamaq (tapşırmaq), yarın (sabah), ög (ön), xoyrad (qaba, 

kobud, nadan), yağmalamaq (talamaq), qavat (alçaq, əskik adam), oda (otaq), imdi 

(indi), baş  üzərinə! (baş üstə!), qaum-qardaş (qohum-qardaş), kəlisa (kilsə), eyi (gözəl), 

kəndi (özü), dam (tələ), yoğurd (qatıq) və s.                                             

        Maraqlıdır ki, Dəli Domrul bu gün də  Kərkük dolaylarında "dəlli dobur" 

formasında,  "dəli-dolu" mənasında işlənir. 

        Təsadüfi deyildir ki, "Koroğlu", "Arzu Qənbər" və başqa dastanlarımıza dərin təsir 

göstərən, qədim ədəbiyyatımızın başlanğıc mənbəyi olan bu təkrarsız əsəri azərbaycanlı 

tədqiqatçılar Azərbaycan şifahi və yazılı ədəbiyyatının babası, kərküklü tədqiqatçılar isə 

İraq türkmanlarının "Ana kitabı" adlandırırlar. 

         Biz  bu  məqalədə "Kitabi-Dədə Qorqud"da  bəzi dil məsələlərinə münasibət 

bildirməyi qarşımıza məqsəd qoymuşuq.Dastanda işlənmiş,İraq-türkman ləhcəsində və 

ədəbi dilimizdə eyni olan çoxsaylı: pəncərə, dirək, un, çuval, leş, çomaq, sapan, öpmək, 

rast gəlmək, muştuluq, küsmək, kəklik, yumruq, yalaq, beşik və s.-dən söz açmağa 

istəmirik. Doğmalığı təmin edən  başqa məqamlara diqqət yetirək. 

        Azərbaycanlı alim, professor Əkrəm Cəfər Azərbaycan dilini başqa türk dillərindən 

fərqləndirən xüsusiyyətlərdən danışarkən göstərir ki, "banlamaq" sözü Azərbaycan 



Filologiya  məsələləri – №02, 2016 

 

210



dilindən başqa heç bir türk dilində  işlənmir. Qeyd edək ki, bu söz "bannamaq // 

baynamaq" formasında  İraq türkman ləhcəsində  və bir az başqa mənada işlənsə  də, 

"Kitabi-Dədə Qorqud"da da yer alır. 

        "Kitabi-Dədə Qorqud"da və  İraq-türkman ləhcəsində elə sözlər vardır ki, onlara 

ancaq bu və ya  digər dialekt və  şivələrimizdə rast gəlirik: məs.: baba (ata), budamaq 

(vurmaq), varmaq (getmək), quçən (küçük), darılmaq (əsəbiləşmək),  ənsə (arxa, dal), 

yazı (çöl, səhra) və s. belə sözlərdəndir. 

        "Kitabi-Dədə Qorqud"da və  ədəbi dilimizdə yer alan elə sözlər də var ki, İraq 

türkman ləhcəsində təsadüf edilmir. Məsələn: alqış (dua), qarğış (bəddua), gögçək, daz, 

mahmızlamaq, hürmək, hürkütmək, tavla (töylə), qaravaş, ulamaq (qurd kimi və s.), 

gənəşmək, yaxşı//yəxşi, arıq, ayğır, böyürmək, məğmun, çapar (çaparaq xəbər aparan 

atlı), qaynata, qaynana və s. 

       Dünya alimlərinin qənaəti budur ki, "Dədə Qorqud" dastanları Azərbaycan  dilində 

yazılmış və azərbaycanlılara aid bir abidədir. Bu, təkcə onunla izah olunmur ki, "Kitabi-

Dədə Qorqud"da yer alan əksər toponimlər Azərbaycanla bağlıdır: Əlincə qalası, Dəmir 

qapı  Dərbənd, Qazlıq tağı (Qafqaz dağları), Gəncə, Bərdə, Göyçə gölü, Dondar, 

Qaradərə (Qarabağda yer adı) və s. 

        Söhbət ondan gedir ki, bu təkrarsız  əsər Azərbaycan dilindədir. Dilin fonetik və 

leksik göstəricilərinə  əsasən Azərbaycan dilinin Cənub və  Şərq qrupu dialekt və 

şivələrinin xüsusiyyətləri ilə səsləşdiyinə görə "Kitabi-Dədə Qorqud" tədqiqatçılarından 

V.Bartold, F.Köprülü, A.Dilaçar, M.Ergin onun azərbaycanlılara, V.Bartoldun təbirincə 

desək, Qafqaz türkmanlarına məxsus olduğunu, O.Gökyay, M.Ergin, Y.Yakubovski, 

H.Araslı, M.Təhmasib, Ə.Dəmirçizadə, Ş.Cəmşidov, X.Koroğlu və başqaları isə əsərin 

Drezden nüsxəsinin, ümumiyyətlə, Azərbaycanda qələmə alındığını təsdiq edirlər. 

         Maraqlıdır ki, tədqiqatlarda  Azərbaycan ədəbi dili tarixindən danışarkən XV-XVI 

əsr  ədəbi dilimizdə  Cənubi Azərbaycan və Bağdad (Kərkük)  şivə xüsusiyyətlərinin 

üstünlük təşkil etdiyi göstərilmiş, İraq-türkman ləhcəsi Azərbaycan dilinin Cənub qrupu 

dialekt və şivələri sırasına daxil edilmişdir. 

          Bununla  yanaşı, görkəmli dilçilərdən 

 P.M.Melioranski, M.Ş.Şirəliyev, 

N.A.Baskakov, A.M.Şerbak, H.Mirzəzadə, E.N.Nəcib,  Ə.Ə.Orucov, Y.Z.Şirvani 

təxminən XIII əsrin axırlarında, XIV əsrin  əvvəllərində yazılmış  "İbn Mühənna 

lüğəti"ndən danışarkən, əsər qədim Azərbaycan dilində olduğuna görə onun ya müasir 

İraq ərazisində, ya da Azərbaycanda yazıldığını qeyd edirlər. Həmin lüğətdə ağıl (mal-

qara üçün yer), ağırlamaq (hörmət etmək,  əzizləmək), arşınlamaq, baldız, bacanaq, 

baxışmaq, bərk, beşik, belbağı, boşamaq, buyurmaq, davar, iraq, ismarlamaq, qanalıcı, 

qardaş, kərki, kirşan, quduq (qoduq), laçın, mərcimək, pusmaq, süngü və s. kimi indi də 

Azərbaycan ədəbi dilində və İraq-türkman ləhcəsində  müşahidə edilən onlarca sözə rast 

gəlirik. 

         Türk epik təfəkkürünün ən nadir incilərindən olan “Kitab”ın nəsri də nəzm kimi 

səslənir. “Abidənin dilində bədiilik elə yüksəkdir ki, elə bil üslubi nəzarətdən kənarda 

heç bir söz, heç bir cümlə yoхdur. Sanki hər sözün, hər səsin üslubi məqsədi var”. 

Şübhəsiz ki, “Kitab”ın poetik хüsusiyyətlərindən bəhs edərkən ilkin olaraq sait və samit 

təkrarının – assonans və alliterasiyanın yaratdığı ahəngdarlıqdan bəhs etmək lazım gəlir. 

         K.Vəliyev  dastanda alliterasiyadan bəhs edərkən yazmışdır ki, kitabda q samitinin 

alliterasiyasına çoх rast gəlinir. Qara dərə ağzında qadır verən, qara buğra dərisindən, 

beşiyinin yapuğu olan, acığı tutanda qara daşı kül eləyən qara bığın yeddi yerdə 


Filologiya  məsələləri – №02, 2015 

 

211



ənsəsində düyən Qazan bəyin qardaşı Qaragünə çapar yetdi. Qarşı yatan qara dağlar, 

Qarıyıbdır, otu bitməz. Qanlı-qanlı irmaqlar Quruyubdur, suyu gəlməz. Göründüyü 

kimi, bu misralarda alliterasiya paralel komponentləri bir-birinə bağlamaqda böyük rol 

oynayır.  

         K.Vəliyev “Kitab”da assonansın az olmasını da qeyd etmişdir: “Dədə 

Qorqud”dakı paralelizm nümunələrində az da olsa assonansa da rast gəlirik. Məs.: Av 

avlar, quş quşlar oldu”. N.Хudiyev isə incə saitlərin assonansının az olmasını qeyd edir: 

“Kitabi-Dədə Qorqud”un dili üçün qalın saitlərin assonansı хarakterikdir. İncə saitlərin 

assonansına isə az-az hallarda təsadüf olunur: 

        “Dədə Qorqud”dastanı üzrə XIX əsrdən başlayan çoxşaxəli tədqiqlər bu gün də 

davam etməkdədir. Araşdırmalarda türkün mənəviyyatını  əks etdirən, onun ən dəyərli 

atributu olan antroponimlər də diqqət mərkəzində olmuşdur. 

         Dastan  dili  şifahi  ədəbi dil nümunəsi sayılır. Lakin “Kitabi-Dədə Qorqud”dan 

danışarkən bir qədər başqa cür düşünmək lazım gəlir. Madam ki boylar sonuncu dəfə 

XV-XVI  əsrlərdə köçürülüb, üzü köçürülərkən XI əsr nüsxəsi  əsas götürülüb, həm də 

güman olunur ki, XI əsr nüsxəsi də hökmən başqa - daha qədim bir nüsxəyə əsaslanıb 

və müxtəlif dövrlərdə yazıya alınarkən dastanın sintaksisi ciddi zədə almayıb, onda 

“Kitabi-Dədə Qorqud”u bir sıra başqa folklor nümunələri kimi hərfi mənada  şifahi 

ədəbiyyat və şifahi ədəbi dil nümunəsi saymaq doğru olmaz. 

          “Dədə Qorqud”un dili onunla bir dövrdə yarana biləcək ən kamil yazılı ədəbiyyat 

nümunəsinin dilindən daha kamil yazılı ədəbiyyat dilidir.  

           70-ci illərdən başlayaraq KDQ Azərbaycan mənəvi düşüncəsinə hakim kəsilmiş, 

təkcə  ədəbiyyatşünasların deyil, filosofların, tarixçilərin, dilçilərin, tədqiqatçıların 

diqqətini özünə  cəlb etmişdir. Azərbaycan mənəviyyatının və tarixinin monumental 

abidəsi olmaqla KDQ hazırda daha böyük aktuallıq və əhəmiyyət kəsb edir. 

          1990  ildə Azərbaycan SSR Nazirlər Soveti “Kitabi-Dədə Qorqud” 

Ensiklopediyasının nəşri haqqında qərar qəbul etdi. 1997 ilin aprelin 20-də isə 

Azərbaycan Respublikası Prezidentinin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi 

haqqında” Fərmanı verildi. Fərmanda KDQ-nin 1300 illiyinin beynəlxalq səviyyədə 

qeyd olunması üçün BMT-nin YUNESKO təşkilatına müraciət və  tədbirlər planı 

nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 1999 ildən KDQ mövzularında çox sayda elmi, 

elmi-kütləvi kitab nəşr edilmişdir. 

         Áó  “Êèòàá”  áóýöíêö  äöíéà  ìÿäÿíèééÿòèíÿ  “Êöëòèãèí”  âÿ  “Áèëãÿ  êàüàí” 

äàñòàí- äèëîýèéàëàðû èëÿ éàíàøû, éàçûëû øÿêèëäÿ ÷àòàí òöðê åïîñóäóð. “Äÿäÿ Ãîðãóä 

êèòàáû” ýþâäÿñèíäÿ ìöõòÿëèô ìåéâÿ càëàãëàðû éåòèðÿí íÿùÿíý àüàcà áÿíçÿéèð — 

ìöêÿììÿë ñèíêðåòèê òàðèõ ñÿíÿäèäèð- ñàëíàìÿäèð âÿ áÿäèè ÿñÿðäèð, øèôàùè éàðàäûcûëûã 

íöìóíÿñèäèð âÿ éàçûëû ÿäÿáèééàòäûð.  

          Äÿäÿ Ãîðãóä ùàããûíäà èëê ìÿëóìàòëàðû âåðÿí òàðèõ÷èëÿð áó äàñòàíûí ùÿð àøûã 

òÿðÿôèíäÿí èôà åäèëÿ áèëìÿäèéèíè ñþéëÿéèðëÿð: “Áó ìàñàëëàðû îüóçëàð è÷èíäÿ àüûëëû, åëìëè 

êèìñÿëÿð ÿçáÿðëÿð âÿ ãîïóçëàðûíû ÷àëàðàã ñþéëÿðëÿð”. Äåìÿëè, Äÿäÿ Ãîðãóä äàñòàíûíûí 

äà õöñóñè èôà÷ûëàðû — ãîðãóä÷óëàð îëìóøëàð. Âÿ ýþðöíöð, áèð çàìàíëàð îíëàðûí íÿñëè 

êÿñèëäèéè ö÷öí äàñòàíûn  õàëã àðàñûíäà ñþéëÿíìÿsi zəifləmişdir.  

           Òÿáèè  êè,  áó  òèï  øåèðè  ÿçáÿðëÿìÿéèí þç ÷ÿòèíëèêëÿðè âàð. Äåìÿê, áó ãóðóëóø 

äà øåèðëÿ éàçûëìûø äàñòàíû ÿçáÿðëÿéÿí, ÿââÿëèíäÿí àõûðûíà ãÿäÿð áèð ñþçö äÿ 

äÿéèøìÿäÿí, óíóòìàäàí ñþéëÿéÿí, òàðèõ÷èíèí äåäèéè êèìè, õöñóñè “àüûëëû, åëìëè 

êèìñÿëÿð”, ôþâãÿëàäÿ éàääàøëû îçàíëàð îëìóøëàð. Ùÿìèí îçàíëàð ãîðãóä÷ó 

àäëàíûðìûøëàð âÿ áèð çàìàí îíëàðûí íÿñëè êÿñèëèá. Áó ñÿáÿáÿ ýþðÿ äÿ áèçèì îëàí 


Filologiya  məsələləri – №02, 2016 

 

212



äàñòàíûí åë è÷èíäÿ øèôàùè èôàñû äàéàíìûø âÿ áó íàäèð ñÿíÿò àáèäÿñèíè èòèðìÿìÿê ö÷öí 

ìöäðèê óëó áàáàëàðûìûç îíó ñîíóícó ãîðãóä÷ó îçàíûí äèëèíäÿí éàçûéà àëìûøëàð.  

           Qadın- ana “Kitabi- Dədə Qorqud” dastanının boylarında qürurla, məhəbbətlə 

təsvir olunur. “Salur Qazanın evinin yağmalandığı boy”da Şöklü məlik tərəfindən əsir 

götürülmüş Boyu uzun Burla xatun ailə namusunu, qadınlıq şərəfini qorumaq üçün ən 

ağır işgəncələrə  məruz qalır. Dastanda yazılır:  Bir yanda Şöklü Məlik keyfi kök



kafirlərlə yeyib- içib oturmuşdu. Dedi:- Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq 

lazımdır? Boyu uzun Burla xatunu gətirdək, badə paylasın. 

      Boyu uzun Burla xatun bunu eşitdi,ürəyinə-canına od düşdü. Qırx incə belli qəzən 

içinə girb, öyüd- nəsihət verdi, ddedi: 

-Qazan bəyin xatunu hansınızdır?-deyə hansınıza sorsalar, qırx yerdən səs 

verərsiniz. 

Şöklü Məliyin adamı gəldi:”Qazan xanın xatunu hansınızdır? - deyə soruşdu.Qırx 

yerdən səs gəldi, hansıdır, bilmədilər. Kafirə xəbər verdilər. 

  Bu  parçada  Oğuz igidləri kimi, onların qadınlarının da namuslu, qeyrətli, 

sədaqətli olmaları diqqətə çatdırılır. 

  Dastanda  qadın-ANA ilə bağlı  ən təsirli səhnələrdən biri Qazan xanın evinin 

yağmalanması boyunda Qazanın anasını əsir aparan düşmənlərdən anasını tələb etməsi 

səhnəsidir. Qazan xan Şöklü Məliyə deyir: -Ey  Şöklü Məlik! Xəzinəmi, var-dövlətimi 



gətirmisən, sənin olsun. Atlarımı  gətirmisən miniyin olsun. Qatar-qatar dəvələrimi 

gətirmisən sənin yükünü daşısın. Oğlum Uruzu gətirmisən sənin qulun olsun. Qırx incə 

belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Qoca anamı gətirmisən. Anamı ver, 

savaşmadan, vuruşmadan qayıdıb gedəyim. 

  Verilmiş parça –poetik nümunə  hər  şeydən  əvvəl Oğuz cəmiyyətində, Oğuz 

ailəsində qadının yüksək şərəfini və analıq ülviyyətini əks etdirməklə, xalqımızın uzun 

əsrlərdən keçib gələn böyük əxlaqi simasını  əks etdirir. Bu, ən böyük istəkdir- 

insanlığın alicənablıq xasiyyətnaməsidir. Elə buna görə  də “Dədə Qorqud kitabı”nda 

bütün boylarda oğuzlar qadını müqəddəs hesab edir, analıq  şərəfi Tanrı sevgisi ilə 

bərabər tutulur. Bu səbəbdən də Oğuzlarda “Ana haqqı tanrı haqqı” kimi şərəfli olan və 

bu gün də öz dəyərini qoruyub saxlayan ata sözü yaradılmışdır. 

  Oğuzlarda qadın müqəddəs analıq  şərəfinin daşıyıcısıdır.Yəni Dirsə xanın 

xatunu Ana xatun övlad hamisi, Qazan xanın xatunu Burla xatun isə analıq ismətinin, 

ailə qeyrətinin daşıyıcısıdır.  

           Qadın- ana “Kitabi- Dədə Qorqud” dastanının boylarında qürurla, məhəbbətlə 

təsvir olunur. “Salur Qazanın evinin yağmalandığı boy”da Şöklü məlik tərəfindən əsir 

götürülmüş Boyu uzun Burla xatun ailə namusunu, qadınlıq şərəfini qorumaq üçün ən 

ağır işgəncələrə  məruz qalır. Dastanda yazılır:  Bir yanda Şöklü Məlik keyfi kök, 

kafirlərlə yeyib- içib oturmuşdu. Dedi:-         

            -Bəylər, bilirsinizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyu uzun Burla 

xatunu gətirdək, badə paylasın. 

        Boyu uzun Burla xatun bunu eşitdi,ürəyinə-canına od düşdü. Qırx incə belli qəzən 

içinə girb, öyüd- nəsihət verdi, ddedi: 

-Qazan bəyin xatunu hansınızdır?-deyə hansınıza sorsalar, qırx yerdən səs 

verərsiniz. 

Şöklü Məliyin adamı gəldi:”Qazan xanın xatunu hansınızdır? - deyə soruşdu.Qırx 

yerdən səs gəldi, hansıdır, bilmədilər. Kafirə xəbər verdilər. 


Filologiya  məsələləri – №02, 2015 

 

213



  Bu  parçada  Oğuz igidləri kimi, onların qadınlarının da namuslu, qeyrətli, 

sədaqətli olmaları diqqətə çatdırılır. 

  Dastanda  qadın-ANA ilə bağlı  ən təsirli səhnələrdən biri Qazan xanın evinin 

yağmalanması boyunda Qazanın anasını əsir aparan düşmənlərdən anasını tələb etməsi 

səhnəsidir. Qazan xan Şöklü Məliyə deyir: -Ey  Şöklü Məlik! Xəzinəmi, var-dövlətimi 

gətirmisən, sənin olsun. Atlarımı  gətirmisən miniyin olsun. Qatar-qatar dəvələrimi 

gətirmisən sənin yükünü daşısın. Oğlum Uruzu gətirmisən sənin qulun olsun. Qırx incə 

belli qızla Burla xatunu gətirmisən, sənə əsir olsun. Qoca anamı gətirmisən. Anamı ver, 

savaşmadan, vuruşmadan qayıdıb gedəyim. 

  Verilmiş parça – poetik nümunə  hər  şeydən  əvvəl Oğuz cəmiyyətində, Oğuz 

ailəsində qadının yüksək şərəfini və analıq ülviyyətini əks etdirməklə, xalqımızın uzun 

əsrlərdən keçib gələn böyük əxlaqi simasını  əks etdirir. Bu, ən böyük istəkdir- 

insanlığın alicənablıq xasiyyətnaməsidir. Elə buna görə  də “Dədə Qorqud kitabı”nda 

bütün boylarda oğuzlar qadını müqəddəs hesab edir, analıq  şərəfi Tanrı sevgisi ilə 

bərabər tutulur. Bu səbəbdən də Oğuzlarda “Ana haqqı tanrı haqqı” kimi şərəfli olan və 

bu gün də öz dəyərini qoruyub saxlayan ata sözü yaradılmışdır. 

  Oğuzlarda qadın müqəddəs analıq  şərəfinin daşıyıcısıdır.Yəni Dirsə xanın 

xatunu Ana xatun övlad hamisi, Qazan xanın xatunu Burla xatun isə analıq ismətinin, 

ailə qeyrətinin daşıyıcısıdır.  

 “O da ana türkcəmiz kimi qədim və müasirdir, mükəmməl və yetkindir, gözəl və 

şairanədir. Dilimiz qədər heç nəyi sevmirik, ona görə “Dədə Qorqud kitabı”nı da bütün 

həmcinslərindən-dastanlarımızdan və başqa bədii sənət abidələrimizdən çöx sevirik” 

(11,86). 

 

 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə