Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

ƏDƏBİYYAT 

1.  Təhmasib M. Azərbaycan xalqının qəhrəmanlıq eposu (Ön söz), B., 1941; 

Azərbaycan xalq dastanları (orta əsrlər). B., 1972. 

2.  Arif M. Azərbaycan xalqının ədəbiyyatı. B., 1958. 

3.  Vəliyev K. Dastan poetikası. B., 1984. Sözün sehri. B., 1986; yenə onun, Elin 

yaddaşı, dilin yaddaşı. B., 1987.  

4.  Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B.,1992. 

5.  Cəfərov N. “Kitabi-Dədə Qorqud”da islama keçidin poetikası, B., 1999. 

6.  Tanrıverdiyev Ə. «Kitabi-Dədə Qorqud»da şəхs adları, Bakı, 1999.  

7.  Tanrıverdi Ə. ХVI əsr qırçaq (poloves) dilinin qrammatikası, Bakı, 2000.  

8.  Tanrıverdi Ə. «Kitabi-Dədə Qorqud» və qərb ləhcəsi, Bakı, 2002. 

9.  T.Hacıyеv. Azərbaycan ədəbi dili tarixi. Bakı, 1976, s.80. 

10. K.Vəliyеv. Dastan pоеtikası. Bakı, 1984, s.80. 

11. T.Hacıyev. “Dədə Qorqud” kitabı Oguz tarixinin yazılı  dərsliyi kimi, yaxud 

dastanımızın həcmi haqqında. “Dədə Qorqud” toplusu. 2001, s. 9-24 

 


Filologiya  məsələləri – №02, 2016 

 

214



ЯЗЫКОВЫE ОСОБЕННОСТИ ЭПОСA "КНИГА- ДЕДЕ КОРКУТ" 

 

РЕЗЮМЕ 

            В  статье  говорится  о  древнем  писменном  памятнике  тюркских  народов 

«Книга  Деде  Коркут»,  проводится  сравнения  с  другими  писменными 

памятниками.  Предстовляется  древняя  турецкая  культура,  их  природа,  занятия 

тюркских  народов  и  так  далее.  Выражается  мнения  к  мыслям  исследователей 

эпоса.          

          И  так  же  говорится  о  ценностях  совместного  письменного  памятника 

тюркских  народов  «Книга  Деде  Коркуда».  В  эросе  особенно  отмечается 

отношение к женщинам, о воспитательной роли книги и т.д. Мнения основаны на 

образцах,  взятых  из  этого  ценного  эпоса.  В  наше  время,  это  бесценная  книга 

играет  важную  роль  в  воспитании  молодого  поколения.  Эпос  имеет  большой 

воспитательный  роль в процессе образование молодого поколения. 

 

"BOOK OF DEDE KORKUT," THE EPIC LANGUAGE FEATURES 



 

SUMMARY 

        In the article  the ancient monument "The Book of Dede Korkut" are provided with 

the comparisons made. Ancient Turkish culture, nature, occupations and so on is about. 

Saga opinions about the researchers said.      

      Turkish  people  are  believed  to  be  the oldest public monument in the article "The 

Book of Dede Korkut" of the values, especially on the issues of women in the epic and 

other aspects of the educational importance of the speakers. Samples taken from the 

story told are based on opinions. In modern times, this epic role in bringing young 

people, education is the role of the educational process. 

 

 



Rəyçi:  Hüseynova Həcər 

             filologiya üzrə elmlər doktoru 

Filologiya  məsələləri – №02, 2015 

 

215



b/m. NÜBAR QASIMOVA  

Azərbaycan Dillər Universiteti  

e-mail: ulviyay@yahoo.fr 

 

FRANSIZ  DİLİNDƏ OBYEKT VƏ KONTAKTSIZ SÖZÖNÜLƏRİNİN 

İŞLƏNMƏ ŞƏRTLƏRİ HAQQINDA 

 

Açar sözlər: vasitəçi tamamlıqlar, sözönülər, fellər, feli sifətlər, isimlər 

Ключевые слова: предлоги, глаголы, отглагольные  

причастия, существительные 

Key words: directs objects, prepositions, verbs, participls, nouns 

 

Dilin mühüm sahələrindən olan sözönülər fransız dilində də xüsusi rol oynayır və 



bir neçə növə bölünür. Onlardan biri də obyekt sözönülərdir. Obyekt sözönüləri 

obyektlərin müxtəlif növlərinə işarəyə xidmət edirlər:  

1) Fiziki və ya psixi təsir obyektinə;  

2) düşünmə fəaliyyəti obyektinə;  

3) nitq obyektinə. 

Bu növlərin hər birinə işarə edildikdə, müvafiq sözönü toplumu istifadə olunur: 

Təsir obyekti ifadə edən vasitəçi tamamlıq  à, après, contre, dans, de  və  sur 

sözönülərilə daxil edilir. Müxtəlif sözönülərlə tamamlıq aşağıdakı fellərlə işlənə bilər. 

1)  Frapper və jeter kimi fellər sözönülərin köməyilə: 

- .... on jeta des pierres à la voiture de m. Polignac. 

- .... des enfants jetèrent des pierres contre l’auto. 

-   Ils criaient, jetaient des pierres dans les glaces. 

- Des inconnus jetaient sur les trolleybus des bouteilles d’essence enflammée. 

2) S’acharner, aboyer, crier, gueuler felləri ilə  à, après, contre  və  sur 

sözönülərinin köməyilə : 



- Ils s’acharnaient à ses tâches quotidiennes ... 

- Asthme, catarre, bronchite s’acharnaient après lui .   

... Qui avait-elle fait pour que la providence s’acharnât ainsi contre elle ? 

- .... Une malchance bizarre semblait s’acharner sur eux. 

3) Travailler feli ilə à, sur sözönülərinin köməyilə və ya sözönüsüz : 



Je vais  travailler à mon roman ce n’était pas sur un roman que je travaillais. 

Je travaille mon roman. 

4)  goidre (allier, marier, mêler) kimi fellərlə  à  və ya avec sözönülərinin 

köməyilə : 

J’ai marié ta soeur à un avocat.  

Il voulait marier son fils avec sa nièce. 

5)  Abriter (défendre, garantir, garder, gurer, préserver, protéger) kimi fellərlə 

contre  və ya de sözönülərinin köməyilə:  

Ses lapins n’ont  jamais protégé contre la pluie.  

Un parapluie fiché en terre la protège de la pluie.  

O hallarda ki, təsir obyekti ifadə edən tamamlıq yalnız bir sözönü ilə daxil edilə 

bilər, bəzi fel və sözönülər à ilə, difərləri de ilə, üçüncülər isə sur ilə daxil edilə bilər : 

1) « À » sözönüsü ilə s’attaquer, attenter, nuire, toucher kimi fellər, apporter des 



Filologiya  məsələləri – №02, 2016 

 

216



changements, faire du bien, mettre le feu kimi birləşmələr və attemite, empêchement, 

insulte kimi isimlər daxil edilir : 



Là je m’attaquais à un problème plus rude.   

– L’air faisait du bien à l’evadé modèle.  

– Cette insulte à la réligion et deux moeurs allai être  lavée à grande eau. 

2)  İkinci obyekt ifadə edən bəzi fellər tamamlıq qarşısında  de  tələb edir 

(décompter déduire , être). Digər fellər sur sözönüsünü tələb edir. 

3)  « Sur » sözönüsü ilə tamamlıq daxil edilir. a) agir, influer kimi fellərlə; 

exercer une pression, faire pression kimi feli birləşmələrlə, action, influence kimi 

isimlərlə; essayer, étonner, vérifier  kimi fellərlə, assouvir sa rage (sur qn), passer sa 

colère (sur qn ) kimi feli birləşmələrlə. 

Ce mot fit impression sur le Conseiller.  

İls vont ... essayer sur leurs adversaires les recettes de leurs calculs.  

... les domestiques  se déchargeaient sur elle de mille petites besognes. 

Semantik və maddi cəhətdən fellərə uyğun gələn əksər isimlərin obyekt tamamlığı 

de ilə daxil edilir. Müqayisə edək: assasiner N; - assasinant de N ; -transformert N ; - 

transformation de N ; occuper N ; occupation de N və s. 

Bu qəbildən olan isimlərə  aşağıdakıları aid etmək olar 

: atteinte, défi, 

empêchement , insulte, menace, obstacle. 

- à  sözönüsü ilə daxil edilirlər: crime, revanche, vengeance contre və ya sur 

sözönülərilə daxil edilirlər: attaque isminin obyekt tamamlığı à, contre, de və sur 

sözönülərilə daxil edilir :  



... ces chromes sont aussi une offense au peuple. 

– C’est  un crime, et non seulement sur la personne d’un homme plein de mérites, 

mais contre nos droits les plus sacrés. 

– Jamais encore, il n’avait subi ... une sirude attaque à sa puissance. ....  

– Paul monte à l’attaque du Louvre.  ... - les gendarmes, croyant à une attaque 

sur le voreux galopaient.   

Avec və contre sözönülərilə daxil edilən obyekt tamamlıqlarının bir xüsusiyyətini 

qeyd etmək lazımdır ki, onlar təkcə özləri təsirə  məruz qalmır, həmçinin özlərindən 

sonra obyekti təsirə məruz qoyurlar: 



Nous venons de nous battre avec les Allemands.  

– Dans le fallacieux combat entre, l’ordre et la justice Michel-Charles s’est déjà 

rangé du côté de l’ordre. 

Proses kimi düşüncə obyekti ifadə edən tamamlıq müxtəlif üsulla qurulur. Bu, 

onun felə  və ya ismə aid olmasından asılıdır. Düşüncəni ifadə edən fellə (méditer, 

penser, réfléchir, rêver, songer) obyekt tamamlıq  à, nadir hallarda sur istisna  méditer 

felidir ki, bu fel heç vaxt à  sözönüsü ilə işlənmir və ya sözönüsüz daxil edilir:  

– A quoi pensait-elle en soupirant ?  

– Il pensait sur elle, sur lui. – la dame .... parlait  d’amour et pensait mariage. 

Düşüncə ifadə edən isimlə (idée, méditation, pensée, réflaxion, rêverie, songerie) 

obyekt yamamlıq sur, nadir hallarda à propos de  sözönüsilə daxil edilir: 

– Au retour, sa méditation sur Française devint plus sombre. 

– Toutes ces réflexions à propos d’un autre le ramenaient en vérité à lui-même. 

– De nouveau, la pensée de la guerre civile occupa intégralement sa consience. 

Xəbərdar olma,bilmə, və s. mənalar fellərlə(s’apercevoir, se douter, être au 



Filologiya  məsələləri – №02, 2015 

 

217



courant, se rendre compte, savoir), isimlərlə (compétence, connaissance, consience, 

entendement, érudition, expérience, idée, intelligence, notion, science)  və sifətlərlə 

(averti, avisé, colé, consient, convaincu, familier, terré, ignorant, instruit) ifadə olunur. 

Bunların obyekt tamamlığı çox vaxt de, sur, nadir hallarda pour, quant à, relativement à, 

en ce qui concerne, en ce qui touche sözönü və birləşmələrlə daxil edilir:  

Tu sais tout de moi. – Tu sais tout sur moi. – Ce type sait, dit-il, pour moi, et toi ... 

il faut d’abord que vous avouez tout ce que vous savez relativement aux relations de 

votre femme avec Mme de Chevreux. Fonsèque affichait ... une compétence hautaine et 

nébuleuse des questions sexuelles.  

– les clochemerlins, quant aux tournures classiques, manquaient de compétence. 

– ... Ce sont là des questions sur lesquelles je n’ai pas une compétence véritable.  

İntellektual dəyərləndirmə, qiymətləndirmə obyektini ifadə edən tamamlıq isim, 

fel və ya sifətdən asılı ola bilər.  İsmə aid olan tamamlığın qarşısında sözönülərin 

işlənmə seçimi ismin mənasından asılıdır. Neytral məna ifadə edən isimlə (avis, 

conseption, idée, jugement, opinion, point de vue, vu) tamamlıq de, sur və ya az 

hallarda à l’endroit de, au sujet de, quant à, relativement à  sözönülərilə daxil edilir: 



J’avais de terribles idées de cette maison. – Il a des idées terribles sur le bien et le 

mal. – On se fait bien des idées fausses, au sujet de la vocation. – Il lui demanda, s’il 

avait une idée quant à l’avenir. 

Conjecture, hypothèse, préjugé, illusion, désillusion, kimi isimlərlə tamamlıq sur 

ilə daxil edilir: 

C’est ainsi que je m’abaissai jusqu’à avoir des préjugés sur les situations sociales. 

Et ne te fais pas trop d’illusions sur ma science.Crainte, inquiétude, souci  kimi isimlərlə 

tamamlıq à l’égard de , à l’endroit de, au sujet de,  concernant, pour, quant à, 

relativement à, sur sözönülərilə daxil edilir : 

... il en conçut de nouvelles inquiétudes à l’égard de son portefeuille. – Je n’étais 

donc pas sans inquiétude à l’endroit  de mon patron. – Vous n’avez jamais eu 

d’inquiétude au sujet de votre fils ? -... il n’avait aucune inquiétude pour ses morceaux.  

...- elle parlait de ses craintes quant à leur avenir. – Toutes les craintes de madame de 

Bargeton relativement à Lucien furent augmentées. – N’ayez point à l’inquiétude sur 

votre souper. 

İntellektual qiymətləndirmə  mənasında işlənən fel və sifətlərə  gəldikdə isə, 

onlarda sözönülərin işlənməsi hər birinə görə fərqlidir. Müqayisə edək: juger, préjuger 

de, se tromper, du sujet de, sur ; hésiter, quant à, sur ; s’inquiéter de, pour, sur, craindre 

pour ; se soucier de, inquiet à l’endroit de, au sujet de, de, pour quant à, sur, sur le 

compte de ; insouciant, soucieux de və s. 

Maraq obyekti və diqqət ifadə edən tamamlığın qarşısında sözönülərin işlənməsi 

bəzilərində  sərbəst, bəzilərində isə qeyri-sərbəst  şəkildə olur. Məsələn, sərbəst  şəkildə 

curiosité, indifférence kimi isimlərlə, curieux, indifférent kimi sifətlərlə olur. Onlar à 

l’égard de, à l’endroit de, envers, quant à, vis-a-vis de sözönülərilə daxil edilir: “j’avoue 

une certaine curiosité à l’égard de cette expérience ...” 

Morvézeu se crut autorisé à piquer sans pudeur la curiosité populaire à l’endroit 

des sours-muets routiers - ... qui sait même si elle n’eprouvait pas un peu de curiosité 

envers ce nouvel avenir? - ... la curiosité que d’abord j’avais pu avoir quant aux o-

ccupations de mes hôtes était compétement retombée. Et pourtant, sa curiosité est 

grande vis-à-vis de la France. 



Filologiya  məsələləri – №02, 2016 

 

218



Kontaktsız sözönülər obyektlə oriyentin arasında kontakt olmadığına, obyektlə 

oriyentin arasında olan müəyyən məsafəyə işarə edən sözönülər:  

A – Dinamik kontaktsız sözönülər:  

1. Obyektin hərəkərsiz oriyentilə  məkan  əlaqələrini müəyyən edən sözönülər; 

çıxış nöqtəsinə işarə edən sözönülər:  

a) à partir de, de, depuis, en provenance de, retour de ;  

b) à bas de, au bas de, en bas de  

c) de chez, de dedans, de drrière, de dessous, de dessus, de devant, d’entre, de 

parmi, de sous, de sur. 

2) aralıq məkanı ifadə edən sözönülər:  



à travers, au travers de, par.  

3) obyektin oriyentə doğru, onq nə yaxınlaşıb, nə  də uzaqlaşmadan hərəkətinə 

işarə edən sözönülər:  

par-dessus, par-dessous, au long de, le long de.  

4) hərəkətin son nöqtəsinə və ya hərəkətin istiqamətinə işarə edən sözönülər:  

a) erkən mərhələdə:  

à destination de, en partance pour, pour. 

b) orta mərhələdə:  



dans la direction de, de vers du côté de, en direction de, sur, vers, côté. 

c) son mərhələdə:  



à, jusqu’à (jusque). 

5. Qarşıya doğru meylli oriyentirlərə işarə edən sözönülər:  



à la rencontre de ; au-devant de. 

6. Ortasınca hərəkət edən obyektli oriyentirlərə işarə edən sözönülər:  



à la suite de, derrière, en, arrière de, en queue de.  

7. Önündə hərəkət edən obyektli orientirlərə işarə edən sözönülər:  



à la tête de, devant, en avant de. 

8. Obyektlərlə orientinin eyni zamanda hərəkətdə olduğunu işarə edən sözönülər:  



au fil de, à contre, courant de, au rebours de.  

B. – Dinamik – statik sözönülər.  

1. Obyektlərin vəziyyətini yalnız mənfi əlamətə görə xarakterizə edən sözönülər:  

à l’extérieur de, au dehors de, en dehors de, hors (de), par-dehors. 

2. Obyektlərin vəziyyətini təkcə mənfi əlamətə görə deyil, həmçinin hər hansı bir 

müsbət əlmətə görə xarakterizə edən sözönülər:  

1) obyektlə oriyentir arasında olan məsafə vəziyyətini xarakterizə edən sözönülər:  

a) à, à côté de, à portée de, à proximité de, au bord de, au côté de, auprès de, aux 

abords de, aux alentours de, aux côtés de, aux environs de, du côté de, en bordure de, 

par-devers, près (de), proche (de). 

b) à l’écart de, à part de, en retrait de, loin de. 

c) plus bas, plus loin.  

2) obyektin vəziyyətinin oriyentirə tərəf şaquli istiqamətdə olduğunu xarakterizə 

edən sözönülər.  

a) au dessus-de, sur  

b) au dessous-de, dessous, en contrebas de, en dessous de, par dessous, sous  

c) à fleur de, à (au) niveau de, à (au) ras de, rez de, rez.  

d) au pied de  


Filologiya  məsələləri – №02, 2015 

 

219



e) en amont de – en avel de  

3) obyektin oriyentirə  tərəf vəziyyətinin üfiqi istiqamətdə olduğunu xarakterizə 

edən sözönülər:  

a) à l’opposé de, à l’apposite de, au large de, devant, en avant de, en face de, en 



regard de, vis-à-vis de.  

b) la face de, au regard de, devant, en présence de, par-devant.  

4) obyektlərin oriyentrin arxa tərəfinə nisbətdə olan vəziyyətini xarakterizə edən 

sözönülər:  



derrière, en arrière, par derrière. 

5) obyektlərin oriyentrin yan tərəfinə nisbətdə olan vəziyyətini xarakterizə edən 

sözönülər:  

à (la) droite de, sur la droite de, -à (la) gauche de, sur la gauche de.  

6) obyektlərin oriyentrin bütün tərəflərinə nisbətdə olan vəziyyətini xarakterizə 

edən sözönülər:  

alentour de, autour de. 

7) obyektin vəziyyətini dəqiqləşdirən sözönülər: 



face à – dos à  

8) iki orientirə nisbətdə obyektin vəziyyətini xarakterizə edən sözönülər:  



au delà de, par-dela, au – deça de, en deçà de, après, avant.  

“Dərinlikdəki vəziyyət-səthdəki vəziyyət” ziddiyyəti daha çox dans  və sur 

sözönülərilə ifadə edilir:  

Je verrai demain ce que cet homme a dans son sac – Soubeyrac mangea le pâté ... 

assis sur son sac.  

Dans – sur ziddiyyəti təkcə obyektin vəziyyətindəki real fərqi yox, həmçinin 

danışanın obyektiv şəkildə uydurduğu fərqi əks etdirə bilər: si je vois un bateau sur la 

mer, je le sens qui me tire comme une corde ...  

Təhlilini verdiyimiz sözönü növlərindən nəticəyə  gəlmək olar ki, bütün dillərdə 

olduğu kimi fransız dilində dili zənginləşdirib mənalandıran sözönülər dilin ayrılmaz 

sahəsidir. 

 

ƏDƏBİYYAT 

1. Предлоги французского языка и их употребление. М.2008. 

2. Lexis : Larousse de la langue française. P.1997. 

3. Штейнберг Н.М. Возникновения новых предлогов во французском языке. 

Л. 1972. 

 

NUBAR QASIMOVA 

 

FEATURES OF PREPOSITIONS WITH THE OBJECT AND VALUE OF THE 

NON-CONTACT AREAS  OF THE FRENCH LANGUAGE 

 

SUMMARY  

The French language which belongs to analytical languages the prepositions are 

the one of the main areas for learning language. They are different for the functions. 

According to their using ties the prepositions are divided into some groups: time, place, 

space, price, value, mediation, measure, object. Using of prepositions which have main 


Filologiya  məsələləri – №02, 2016 

 

220



functions in sentence structure is connected with the gender and functions in sentence 

structure is connected with the gender and quantity of noun. This area is investigated by 

linguists. The prepositions are difficult topics, so the place of using prepositions are 

sometimes debatable. That’s why it is important to apply to prepositions.  

 

НУБАР ГАСИМОВА 

 

ФУНКЦИОНАЛЬНЫЕ ОСОБЕННОСТИ ПРЕДЛОГОВ СО  

ЗНАЧЕНИЕМ ОБЪЕКТА И БЕСКОНТАКТНОГО  

НАПРАВЛЕНИЯ ВО ФРАНЦУЗСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

В статье «Функциональные особенности предлогов со значением объекта и 

бесконтактного  направления  во  французском  языке»  рассматривается  вопрос  об 

изучении  роли  предлогов  в  группах  аналитических  языков,  в  том  числе  во 

французском.  Разные  по  выполняемым  функциям  предлоги  употребляются  по 

грамматическим  связам,  которые  делятся  на  следующие  виды:  предлоги  места, 

времени,  пространство,  стоимости  и  оценочности,  посредственности,  объекта  и 

др. Предлоги также играют особую роль в построении предложении и выражают 

род,  число  в  имён  существительных.  Языковеды  ведут  необходимые 

исследования по противоположным мнениям о месте употребления предлогов, о 

которым же автор этой статьи излагает свою точку зрения.  

 

 



Rəyçi: ADU-nun Fransız dili kafedrasının  

             professoru, fil.e.d. K.O.Dadaşov  

 

 



Filologiya  məsələləri – №02, 2015 

 

221



DÜRDANƏ  ƏLİYEVA 

Bakı Slavyan Universiteti 

durdana_a@mail.ru 

 

ONOMASTİK VAHİD KONSEPTİ 

(Oğuz qrupu türk dillərinin atalar sözləri əsasında) 

 

Açar sözlər: konsept, onomastik vahid, antroponim, toponim, etnonim, mətn. 

Ключевые слова: концепт, ономастическая единица, антропонимы, топонимы, 

этнонимы, текст. 

Keywords: concept, onomastic unit anthroponomy, place names, ethnonyms, text. 

 

Oğuz qrupu türk dillərinə aid atalar sözlərinin əsas xüsusuiyyəti onların müstəqil 

mətn kimi istifadə edilməsidir. Mətni müəyyənləşdirmək üçün isə onun tərkibində 

aşağıdakı elementləri axtarmaq lazımdır: 1) mətni təşkil edən formal elentlərin 

müəyyənləşdirilməsi; 2) mətnin məzmununu təşkil edən linqvistik kateqoriyalarının 

müəyyənləşdirilməsi; 3) sonuncuların birincilər vasitəsilə ötürülməsi. Bu gün dilçilikdə 

mətni təşkil edən formal vasitələrə - söz sırasını, elementin daxil edilməsi, elementin 

qeyd edilməsi, hissələr, leksik təkrarlar, tematik inkişaf, söyləmin üzvlənməsi; məzmun 

vahidlərinə - əlaqə, vahidlik (özünəməxsusluq), məzmun inkişafı, söyləmin üzvlənməsi; 

məzmunlu vahidlər – yadasalma, təmiz bağlılıq, vahidlik, parçalanma, vacibliyin 

qradasiyası, söyləmin hissələrinin məna tarazlığı, qeyri-müəyyənlik kimi elementləri 

daxil edilir. 

Adi qrammatikada olduğu kimi, burada da bu və ya digər kommunikativ 

fenomenin ifadəliliyi/ ifadəsizliyi fərqlənir ki, buna əsasən söyləmin yüksək 

emosionallığını  və qeyri-emosionallığını müəyyənləşdirmək mümkündür. Türkdilli 

xalqların atalar sözlərində mətn vasitələri çox geniş şəkildə ifadə olunur. Məsələn: “Hər 

oxuyan Molla Pənah olmaz” – atalar sözündə mətni ifadə edən vasitələr bunlardır – 1. 

Qeyri-müəyyənlik : - “Hər”;  2. Bölünmə: - “oxuyan”; 3. Vaciblik qradasiyası – “Molla 

Pənah”; 4. Məna tarazlığı – “olmaz”.  

Belə məna sırası bəzən leksik təkrar və məzmun inkişafı kimi formal vasitələrlə 

də müşahidə edilir. Məsələn: “Əlinin papağını  Vəliyə qoyur, Vəlinin papağını  Əliyə 

qoyur” atalar sözündə elementin xüsusilə qeyd edilməsi, leksik təkrar, elementin 

köçürülməsi, tematik proqressivlik kimi formal vasitələr təqdim edilmişdir. 

Türk atalar sözlərini mətnin linqvistikası baxımından təhlil etsək, bütün 

mətnlərdə olduğu kimi buradada açar elementlərə malik olan temanın vacib olduğunu 

görərik. Bütün mətnlərdə olduğu kimi burada da bağlayıcı vasitələr mövcuddur. 

Bütün atalar sözləri mətn daxilində çox böyük ülsubi imkanlara malikdir. 

Maraqlıdır ki, bütün paremik ifadələr mətn daxilində araşdırılmış  və onların mətn və 

ümumilikdə dil daxilindəki funksiyaları geniş  şəkildə öyrənilsə  də, atalar sözlərinin 

mətn daxilindəki funksiyaları yalnız son dövrlərdən öyrənilməyə başlanmışdır. Türkdilli 

mətnlərdə atalar sözlərinin yerinə yetirdikləri funksiyalar isə hələ də öz araşdırıcılarını 

gözləyir. Biz tədqiqatımızın məqsədinə uyğun olaraq yalnız onomastik vahidli atalar 

sözlərinin publisistik və  bədii mətnlər daxilindəki funksiyalarına münasibət bildirəcik. 

Bu iki mətn nümunələrinə müraciət etməyimizin səbəbi isə onların ictimai xarakterdə 

olması və böyük kütlə üçün nəzərdə tutulmasıdır. Öncədən qeyd edək ki, bu mətnlərdə 


Filologiya  məsələləri – №02, 2016 

 

222



atalar sözlərindən istifadə etməzdən  əvvəl “atalarımız demişlər”; “atalarımızın dediyi 

kimi”; ata-babalarımızın dediyi ki” və s. ara söz birləşmələrindən istifadə edilir ki, onlar 

da giriş və ya xəbərdarlıq funksiyasını yerinə yetirirlər. Bu zaman bəzən danışanın öz 

fikri də atalar sözünə əlavə edilə bilər. 

Publisistik üslubda bəzən atalar sözləri məqalə başlıqları kimi istifadə edilirlər. 

Bu zaman publisist ona lazım olan frazanı  mətnə sala bilir. Məsələn: tərkibində 

“Şeytan” mifonimi olan bir atalar sözü internet portallarından birində (www.bianet.org) 

məqalə başlığı kimi istifadə edilən zaman “Acele restorasyona şeytan karışır” 

formasında istifadə edilmişdir. Bu atalar sözünün əsli isə – “Acele işe  şeytan karışır” 

(Tələsik işə şeytan qarışar – türk atalar sözü) formasındadır. Qeyd edək ki, sadə atalar 

sözləri, yəni tərkibində onomastik vahid olmayan atalar sözləri mətn adlandırmada daha 

aktivdirlər. 

Atalar sözləri mətnin əvvəlində və sonunda da işlənə bilər ki, bu da mətndə ifadə 

olunan fikirləri bir-birinə bağlayır. Mətn sonunda işlənən atalar sözləri çox hallarda elə 

həmin mətnin də başlığı rolunda çıxış edirlər. Məsələn; “Milliyət”( 09 may 2007) 

qəzetinin jurnalisti H.Camal Türkiyədə Prezident seçkiləri haqqında məqaləsini “Acele 

işe şeytan karışır” atalar sözü ilə adlandırmış və elə həmin atalar sözü ilə də  məqaləni 

bitirir ki, bununla da mətndə möhkəm bağlılıq yaradılmış olur. 

Atalar sözlərinin mətn daxilində geniş yayılmış istifadə forması – onların 

dəyişiklik edilmədən ya müstəqil şəkildə, ya da hansısa bir cümlənin tərkib hissəsi kimi 

işlədilməsidir. Bütün mədəniyyət formalarında olduğu kimi türk xalqlarında da xalq 

arasında çox tanınan və istifadə edilən paremiyalar mövcuddur. Belə paremiyalar daha 

çox dəyişikliyə uğrayır və bununla da yeni atalar sözlərinin yaranmasına səbəb olurlar.  

Maraqlı  cəhətlərdən biri, atalar sözlərinin tərkibindəki ifadələrin və ya 

birləşmələrin mətnin müxtəlif yerlərində  təkrarlanmasıdır. Belə halda paremiya 

mətnyaradıcı funksiya daşımış olur. 

Digər bir istifadə məqamı isə atalar sözünün mətn daxilində tam deyil, yarımcıq 

formada, ayrı-ayrı hissələrlə iştirak etməsidir. Bu zaman daha çox xalq arasında tanınan, 

dillər  əzbəri olan atalar sözlərinin hissələrindən istifadə edilir. Bəzən müəlliflər belə 

hallarda daha çox bir yox, bir neçə atalar sözü üçün ortaq olan birləşmələrə müraciət 

edirlər ki, bu da mətnə bir neçə atalar sözünün xəyali şəkildə daxil olmasına səbəb olur. 

İstər klassik poeziyada, istərsə də, müasir poeziyada atalar sözlərinə müraciət olunması 

daha populyardır. 

Bütün bu deyilənləri nəzərə alsaq, atalar sözlərinin mətn daxilində yerinə 

yetirdiyi funksiyaları aşağıdakı kimi qruplaşdırmaq olar: delimitasiya funksiyası, mətnin 

hissələri arasında  əlaqə yaratma funksiyası, təsdiq funksiyası, inkar funksiyası, 

fərqləndirmək və ya nəyi isə diqqətə çatdırmaq funksiyası. 

Koqnitiv linqvistikanın  əsas vahidi dildə leksem kimi qəbul edilən konseptdir. 

Bir – biri ilə  bəzi oxşarlıqlara malik olan leksem və konsept, həm də  fərqli cəhətlərə 

malikdirlər. Belə ki, konsept özündə komponentləri (konseptual əlamətləri) və semaları 

(semantik  əlamətləri) birləşdirən qatlara, leksem isə semantik əlamətləri birləşdirən 

semalara malikdir. Ona görə  də, polisemantikaya malik söz müxtəlif qatlara malik 

konsept kimi qəbul edilir.  Deməli, konsept - linqvomədəni xüsusiyyətləri özündə əks 

etdirən bu və ya digər formada müəyyən etnomədəniyyət daşıyıcılarını xarakterizə edən 

semantik formalaşmadır. 


Filologiya  məsələləri – №02, 2015 

 

223



Koqnitiv dilçilikdə konseptin ümummilli, qrup və  fərdi formaları mövcuddur. 

Bizim tədqiqat obyektimiz olan atalar sözlərinin əsasını isə xalq konsepti təşkil edir ki, 

o da koqnitiv planda çox az tədqiq olunmuşdur. Qrup konsepti digərlərindən ciddi 

şəkildə  fərqlənir. Belə ki, atalar sözlərinin mətnini hissələrlə    nəzərdən keçirdikdə bu 

hissələrin hansısa bir qeyri – müəyyən ölçülərinin eynicinsli bir vahid halında 

birləşdiyini görərik. Məhz bu əlamət onları  təfəkkür konseptlərindən fərqləndirir. 

Bununla yanaşı  bədii konsept psixoloji mürəkkəbliyi ilə  də  fərqlənir. Ümummilli və 

qrup konseptlərində hiss, arzu kimi psixoloji formalar və ümumiyyətlə irrasional nə isə 

ifadə olunmur. “Bədii konsept isə hər ikisinin kompleksidir.  Psixoloji kateqoriyaların 

hamısı onun üçün doğmadır. Digər bir fərqli cəhət isə təfəkkür konsepti həmişə hansısa 

bir ümuminin ideal və ya real əşyaviliyinə aid olur və onun sərhədlərindən kənarda 

yerləşən hansısa bir mənanı ifadə edir. İlk baxışda bədii dərketmədə vəziyyət başqadır. 

Sənətkarın yaratdığı onun sərhədlərindən kənarda mövcud olana işarə etmir. Bu 

yazıçının ən axırıncı məqsədidir. Amma bununla həmişə razılaşmaq olmaz” (3,3-15).  

Onomastik vahid konseptinin nüvəsini adlandırma təşkil edir və onun təhlili 

zamanı 2 üsuldan istifadə edilə bilər: diaxronik və sinxronik. Adın  diaxronik təhlili 

konseptin kökündə qorunan incə  mənanı üzə  çıxarmağa kömək edir. Konseptin 

nüvəsində ilk gözə çarpan - onun konkret bir vahidin (canlı və ya cansız varlığın) adını 

ifadə etməsidir. Bu konseptual məna həmişə onun daxilində yatır. Bununla yanaşı, 

konseptin nüvəsində koqnitiv qatlar qorunur. Bu qatların aşkarlanmasında qurulan 

mətnin və xalqın dünyagörüşünün böyük rolu vardır.   

Onomastik konseptin ilkin formalaşma məskəni kollektiv və  fərdi təfəkkürdür; 

məhz o - təfəkkürdə insanın onimlərdə ifadə olunmuş  və semantik modellərdə 

tipikləşdirilmiş real obyektlərin ümumi və xüsusi təsəvvürlərini inikas etdirir. Onun 

özünəməxsusluğu xüsusi əhəmiyyətə malik olan mənəvi dəyərlərin insan təfəkküründə 

inikası (milli özünəməxsusluq, mənəviyyat, tarixi yaddaş, mentalitet) və onomastik 

vahidlərdə ifadə edilmiş spesifik xüsusiyyətlərin köməkliyi ilə meydana çıxır.  

Onomastik konsept – insanın ensiklopedik və dil biliklərinin onların (xüsusi 

adların) semantikasını müəyyənləşdirən, müəyyən biliklər çərçivəsində birmənalı 

şəkildə  dərk olunmasını  təmin edən, dayanaqlı  və mühafizəkar struktura malik dil 

vahididir. Belə ki, onomastik konsept konkret ünsiyyət üçün aktual olan düşünülmüş, 

verballaşmış onomastik vasitələrə söykənir. Bu isə onların istifadəsini ümumiləşdirir və 

hamıya tanıdır. Yalnız bir qisim onomastik konseptlər fərdi təfəkkürə aid olduqları üçün 

mənaları dayanaqsızdır.  

Təbii ki, bədii nitqdə xüsusi adların  əsas funksiyası onların semantikası ilə 

bağlıdır, bədii mənası isə  mədəni – tarixi məlumatı aktuallaşdırır və müxtəlif 

assosiasiyaların kompleksi apelyativlərə nisbətən daha mürəkkəbdir, o insanların 

təfəkküründə müxtəlif təsəvvürlər yaradır və insan cəmiyyətində xüsusi yer tutaraq, 

onların milli mədəniyyət, milli xarakter, milli davranış, mənəvi dəyərlər və mentaliteti 

ilə xarakterizə olunur və  bu səbəbdən də xüsusi adlar semantik cəhətdən çətin təhlil 

olunurlar.  

Təhlillərdən gördüyümüz kimi atalar sözlərində onomastik vahidlərin arxasında 

müxtəlif konseptlər gizlənir ki, məhz həmin onomastik vahidlər vasitəsilə bizə lazım 

olan konsept formalaşdırılaraq adresata ötürülür.  Maraqlıdır ki, bu mexanizm elə 

qurulmuşdur ki, onomastik vahid arxasında gizlənən və ya onun vasitəsilə formalaşan 

bütün konseptlər deyil, yalnız mətnə  və  məqsədə uyğun olan və ya məlumatı verənə 



Filologiya  məsələləri – №02, 2016 

 

224



lazım olan konseptlər ötürülür, qalanları isə ümumi obyektdən silinir. Bu prosesin baş 

verməsi üçün bir neçə koqnitiv mexanizm (əlaqələndirmə, qurulma, inkişaf) işə düşür. 

Əlaqələndirmə vasitəsilə real hadisə ilə onomastik vahidin ötürə biləcəyi konseptlərdən 

lazım olanı arasında  əlaqə yaradırılır. Bu əlaqə adın gizlətdiyi digər konseptləri 

tamamilə gizlədir. “Qurulma” koqnitiv mexanizmi lazım olan konseptin çatmayan 

əlamətlərini bərpa etməyə kömək edir. “İnkişaf” koqnitiv mexanizmi isə təqdim edilən 

konseptin adresatın yaddaşında məzmun və məna baxımından daha da genişlənməsinə 

və möhkəmlənməsinə kömək edir. Oğuz qrupu türk dillərinin atalar sözlərindəki  

onomastik sahəsinin koqnitiv-konseptual-üslubi  təhlili onomastik vahidlərin özlərində 

müxtəlif konseptual-üslubi mənaları daşıyan nüvə olduğunu söyləməyə imkan verir. 

Hər bir onomastik vahid növündən asılı olaraq  özündə fərqli konseptləri birləşdirir ki

bu koqnitiv-konseptlərə tarix, ədəbiyyat, siyasət, din daxildir. İfadə olunan koqnitiv-

konseptləri atalar sözlərindəki müxtəlif onomastik vahidlər vasitəsilə aktivləşir ki, 

onların əsasında da onomastik vahidin nüvə quruluşu formalaşır: 

Antroponimin koqnitiv nüvəsini təşkil edən koqnitiv –kotekstlər: din, tarix, elm, 

mədəniyyət və iqtisadiyyatdır. 

Mədəniyyət koqnitiv kontekstini aktivləşdirən antroponimlər: Molla Pənah 

Vaqif, Molla Nəsrəddin, Xoca Nəsrəddin, Keçəl, Kosa, Aldar Kosa, Koroğlu və s. (“Hər 

oxuyan Molla Pənah olmaz”; “Koroğlunu tutmağa bir keçəl Həmzə  gərək”; “Kosa 

getmişdi saqqal gətirməyə, bığını da üstəlik qoydu”; “Kosa kəndə girməmiş illisini 

başladı”; “Keçəlin adın qoyarlar Zülfəli”(Azərb); “Pinti Hamit cimri”(türk); “Toý eden 

Mämmedoraz, ady Ýowşan baýa gider”(türkmən)) Gördüyümüz kimi bu vahidlər çox 

müxtəlifdir. Onların arasında tanınmış şair və ya yazıçı, nağıl və dastan qəhrəmanları və 

b. görmək mümkündür.  

 

Elmi koqnitiv kontekstdə biz Quranda da adı keçən elmli bir adam kimi tanınan 



Loğman və  Əflatun adı ilə qarşılaşırıq: “Çarəsiz dərdə Loğman da acizdir”; “Hikməti 

Loğman ağzından” (Azərb);“Lukmanyň alaç etmedigini Ezraýylyň dergähinden agtar” 

(türkmən); “Ĥikmeti Loķmān’dan  śor!”; “Lokman Hekim gelse çare bulunmaz”; 

“Lokman Hekim  ye dediği  „güzel yiyecek“ (türk); “Magtymguly türkmeniň 

Eflatunydyr“(türkmən). 

 

Tarix koqnitiv konteksti isə Nadir şah, Çar Nikolay, Şah Abbas, Ərtoğrul, 



Marko Paşa, Dəli Mustafa, Sultan Süleyman, Hacı Emmin, Malkoçoğlu, Mahtumqulu - 

antroponimləri vasitəsilə aktivləşir (“Nadiri  taxtda görüb, Nikolayı qundaqda”;  

“Saqqalda feyz olsaydı, keçiyə Kəraməddin ağa deyərdilər”; “Şah Abbasa yaradı, keçəl 

Abbasa yaramadı?!” (Azərb.); “Çal çoban, çal. Seninde Ertuğrul gimi oğlun mu öldi, 

Sıvas gimi galan mı gitti?”; “Derdini Marko Paşaya anlat”; “Felek Deli Mustafa`ya yar 

olmadı”; “Dünya Sultan Süleyman`a bile kalmamış.”; “Hak söze Hacı Emmin de bir şey 

demez”; “İp ucu vermez Malkoçoğludur“(türk); „Magtymguly türkmeniň 

Eflatunydyr“(türkmən)). Adları sadalananlar tarixdə böyük siyasətçi, tarixi şəxsiyyət, 

hakim kimi tanınan şəxslərdir. 

 

Dini koqnitiv konteksti isə Nuh, Əli, Xıdır Nəbi, Xıdır İlyas, İsa, Məhəmməd, 



Musa antroponimləri vasitəsilə aktivləşir (“Arvad tufanı başlayanda, Nuhun tufanı 

yaddan çıxar; Əl tutmaq Əlidən qalıb”; “Nə dərin suya gir, nə Xıdır Nəbini çağır”; “Nə 

dərin suya gir, nə Xıdır İlyası çağır” (Azərb.); “İsa`yı küstürdü Muhammet`i memnun 

edemedi”; “Hem İsa`yı hem de Musa`yı memnun edir“; “Her Firavun`un bir Musa`sı 



Filologiya  məsələləri – №02, 2015 

 

225



olur“(türk)). Bu türklərin və ya onların qonşularının dini inancları ilə bağlı olan 

şəxslərdir. 

 

Xıdır İlyas və Xıdır Nəbi mifoloji obrazları oğuz türkləri arasında geniş yayılan 



və olduqca maraq doğuran antroponimlərdəndir. Qeydə alınan mətnlərdə  Xıdır  İlyas 

başında xəz papaq, əynində kürk olan mifoloji varlıqdır. Bəzi mətnlərdə isə onun cır-

cındır içində, dilənçi görkəmində  gəzdiyi bildirilir. Onun barmaqlarının arası qaz 

ayaqları kimi pərdə ilə örtülmüşdür. Xalq arasında yayılmış təsəvvürlərə görə, o, ancaq 

yaxşı adamların gözünə görünür, pis adamlar isə onu görmək imkanından 

məhrumdurlar. Xıdır İlyası görən şəxs onu tanıyıb nə istəsə, arzusuna çatar.  

 

İkinci mifik obras isə  Xıdır Nəbidir. Xalq bütün rəvayət və nağıllarında onu 



peyğəmbər kimi təqdim edir. O, alçaqboylu, dolu bədənli,  əyninə köhnə xalat və ya 

sırıqlı geyinən qoca kişidir. Köhnə heybəsi də  həmişə çiynində olur, dara düşən 

adamların dadına çatır, vəzifəsini qurtardıqdan sonra tez də yoxa çıxır. Türklər arasında 

yayılmış inama görə, Xıdır Nəbi su ziyarətidir. Suya girən adam onu çağırsa, sudan 

salamat keçər. Yuxarıdakı deyim də bununla bağlı yaranmışdır. 

Toponimlərin nüvəsini təşkil edən koqnitiv kontekstlər antropnimin koqnitiv 

kontekstini eynilə  təkrarlayır, lakin toponimlərdə yer, ərazi məzmununun olması bu 

kontestlərin də məzmununa təsir edir.  

Toponimin koqnitiv nüvəsi təşkil edən koqnitiv–kotekstlər: din, tarix, 

mədəniyyət və iqtisadiyyatdır. 

Din koqnetiv-konteksti Məkkə, Həcc, Mədinə kimi toponimlər vasitəsilə 

aktivləşir (“Altmış yaşında qoca, indi yollanır Həccə”; “Bəhs ilə  Həcə gedən yorular 

yolda qalar”; “Bəylə Haca gedən çöllərdə  sərgərdan qalır”; “Dəvə  Məkkəyə getməklə 

hacı olmaz”). Bu toponimlər müsəlmanların ziyarətgah yerləri kimi atalar sözlərində 

məhz din və bu anlayışla bağlı olan mülahizələrin koqnetiv-kontekstinin ifadəsinə 

xidmət edirlər. 

Toponimlərdə biz ədəbiyyat koqnetiv-konteksti ilə yalnız bir dəfə qarşılaşırıq. 

Buraya təbii ki, nağıl və dastanlarımızdan gələn və real həyatda coğrafi qeydiyyatdan 

keçməyən Qaf oronimi daxildir: “Külün içində oturub, xəyalında Qaf dağındadır” 

(türkmən). 

Tarix koqnitiv-konteksti oğuz qrupu tür dilli atalar sözlərində çox zəngindir. 

Burada biz tarixin müxtəlif dönəmləri ilə bağlı olan toponimlərlə qarşılaşa bilirik: 

“Şamaxı batan kimi batıb” (Şamaxı zəlzələsinə işarədir). 

Toponimlərdə biz antroponimlər vasitəsilə ifadə oluna bilməyən koqnitiv-

kontekslə qarşılaşırıq ki, bu da iqtisadiyyatdır. Bu kontekstdə əsasən ərazinin regional 

xüsusiyyətləri  əsas götürülür: “Zirəyə getdin çörək götür, Zirədən çıxdın ayaq götür”; 

“Zirəni Kirmana, soğanı Hövsana aparmazlar” (Azərb.); “Konya’nın tozu, Sille’nin kızı, 

Koçhisar’ın tuzu”; “Konya sudan, Adana yılandan, Kayseri yalandan”; “Amasya’nın 

var dağı, Biri olmazsa biri dahı”; “Edirne’nin Tunca’sı, Bursa’nın kaplıcası”; 

“Karaman’ın koyunu, sonra çıkar oyunu”; “Gideceğin Antep, yiyeceğin pekmez”(türk); 

Etnonimlərin koqnitiv nüvəsini təşkil edən koqnitiv –kotekstlər: tarix, 

mədəniyyət və iqtisadiyyatdır. 

Tarix koqnitiv-konteksti oğuz qrupu tür dilli atalar sözlərində çox zəngindir. 

Burada biz etnonimlər vasitəsilə tarixin müxtəlif dönəmlərinin təsviri ilə qarşılaşa 

bilirik: “Tat ata mindi, Tanrısın tanımadı”(Azərb.); “Osmanlı`nın ayağı üzengide 


Filologiya  məsələləri – №02, 2016 

 

226



gerek”; “Osmanlï bastuğï yerde ot bitmez”; “Osmanlı ekmeği yiyip düşmana dua 

olmaz”; “Osmanlı tavşanı araba ile yakalar/avlar”(türk) 

Etnonimlərdə biz antroponimlər vasitəsilə ifadə oluna bilməyən koqnitiv-

kontekslə qarşılaşırıq ki, bu da iqtisadiyyatdır. Bu kontekstdə  əsasən tayfanın 

yaşadıqları regional xüsusiyyətlər əsas götürülür: “Bakılı cüt danışar, şəkili – qaş-gözlə, 

dərbəndli – kəllə ilə”; “Ağsuluya dedilər: Gəl görüşək. Dedi: Gəl su içək”; “Dodurlu 

hara, Bodurlu hara”; “Dodurlunun dediyini Bodurlu deyə bilməz”(Azərb.); “Ermeni’de 

irfan, Yahudi’de pehlivan bulunmaz”; “Ermeni’den dönme, sonradan görme”; 

“Ermeni’den dönme, sonradan görme.”; “Türk gibi başlamalı,  İngiliz gibi bitirmeli”; 

“Tatar dedim, ama şaşırma, tatar böreği demedim” (türk); “Türkmen oňmaz gününe 

şükür eder”; “Türkmeni dürtmeseň duýmaz”; “Türkmen saçagy deý halal 

bolsun”(türkmən)) 

Gördüyümüz kimi folklorda xüsusi isimlərin fəaliyyəti çox hallarda identikdir. 

Eyni zamanda bir çox əlamətlər spesifikdir, yəni xəlqidir. Oğuz qrupu türk dilli 

xalqların folkloru, yəni – Türkiyə, Azərbaycan, Qazax, Türkmən folklorunda xüsusi 

isimlərin fəaliyyəti üçün yazılı  bədii mətnlərdən fərqli bir mühit yaranır ki, bu mühit 

hələ də elmi şəkildə tam təsvir olunmamışdır. Bədii əsər müəyyən bir zaman kəsiyində 

mövcuddur, bununla bərabər statikliyi, bütövlüyü və eynixassəliyi xarakterizə olunur. 

Bu gün adlarda baş verən dəyişikliyin  əsası folklordan gəlir. Hər bir xalq sənəti 

müəyyən zaman kəsiyinə malikdir, beləki, bir folklor nümunəsinin fərqli zamanlarda və 

fərqli mühitlərdə müxtəlif variantları mövcuddur. Folklorda adların variantlılığı xalq 

poeziyası dilinin əsas üslubi xüsusiyyətlərindən biridir. Bundan əlavə, eyni üsullarla 

folklorda nəinki variantlar yaranır, həmçinin folklor mətninin bütün mərhələlərində 

apelyativ leksikanın məna dəyişməsi və ya təhrif edilməsi ilə yeni adlar da formalaşır. 

Bizim fikrimizcə, heç bir yazılı mənbə folklor kimi adlar üzərində, onların dəyişməsi və 

yeniləşməsi üzərində belə müşahidələr aparmağa imkan vermir. Folklor adlarındakı 

dəyişiklik nitq prosesinə  məxsus xüsusi vasitələr və qanunlar əsasında baş verir ki, 

bununla da şifahi  ənənələrlə bağlanır. Folklor onomastikasını yazılı  ədəbiyyat 

onomastikasından ciddi şəkildə fərqləndirən əlamət onların tək onomastika üçün deyil, 

həm də digər linqvistik elmlər üçün tətbiqi  əhəmiyyətə malik olmalarıdır. Sözsüz ki, 

folklorda adın dəyişməsi zaman üzrə yayılmışdır və bu tədricən baş verir, çünki şifahi 

xalq  ədəbiyyatının  əsas  əlamətlərindən biri onun ənənəviliyidir.  Ənənəvi mətnin 

dərkolunmuş dəyişikliyi bütün  söz müəllifləri üçün xarakterik deyil. Folklor mətninin 

az dəyişikliyə uğraması, formulalığı, “bərkliyi” folklor ənənələrinin qırılmazlığını təmin 

edir, onu arxaik leksikanın, həmçinin onomastik qatın sandığına çevirir. Xüsusilə də, bu  

poetik mətnlərə aiddir ki, bunlarda şer sətrində konkret heca miqdarının olması adı 

xüsusi bir formaya salır. Bunun barəsində  aşıq  şerlərində toponimlərin istifadəsindən 

danışan zaman H.Mirzəyev çox maraqlı təhlillər aparmışdır. Beləliklə də, təkcə qədim 

yazılı  mənbələr deyil, həm də  şifahi xalq bədii  ənənələri də zaman içərisində  qədim 

onomastik vahidləri keçirərək bu günümüzə gətirib çıxarırlar. Dürüst və arxaik folklor 

onomastikası dilçiliyin müxtəlif sahələri üçün maraqlı faktlar verir. Folklor adları 

müxtəlif dialekt və arxaik faktları özündə qoruyub saxlaya bilir. Folklor antroponimika 

və toponimikasının tədqiqata cəlb edilməsi folklorşünaslığın da bir çox problemlərinin - 

folklor mətnində  əks olunan ərazinin topoqrafiyası, onun yerləşdiyi yeri və yaranma 

zamanını müəyyənləşdirməyə, mətndə adı keçən tarixi şəxsiyyətin yaşadığı dövrə və bu 

dövrün tarixi mənzərəsinə  əsasən həmin folklor nümunəsinin yaranma tarixini 



Filologiya  məsələləri – №02, 2015 

 

227



müəyyənləşdirməyə  və s. kömək edir. Folklordakı adlar – milli tarix, etnoqrafiya, 

coğrafiya haqqında qiymətli mənbədir: folklorda qorunub saxlanmış türk xalqlarının 

yerləşdiyi  ərazilər haqqında geniş  məlumat verməklə yanaşı, türk xalqlarının öz 

qonşuları ilə saxladığı əlaqələr haqqında da maraqlı faktları özündə əks etdirir; bəzən bir 

nağılda qəhrəmanın keçdiyi yol real ticarət yollarını əks etdirmiş olur. Bütün bu faktlar 

isə folklor mətnlərinin tədqiqata cəlb olunmasının vacibliyini tələb edir.  

Türkdilli folklor nümunələrindən məhz atalar sözləri türk folklorunun kiçik 

həcmli formaları kimi digər folklor nümunələri ilə  həm miqdarına, həm keyfiyyətinə, 

həm də xarakterik xüsusiyyətlərinə görə müqayisə edilməz dərəcədə  zəngindir və bu 

səbəbdən də türk folklorunun nüvəsini təşkil edir. Belə əhəmiyyətli olmasını təmin edən 

əlamətlərdən biri də onların digər janrlara nisbətən həm arxaik, həm də müasir 

olmasıdır.   

Oğuz qrupu türk dillərinə aid atalar sözlərinin müqayisəli təhlili onların süjet və 

quruluş müxtəlifliyini göstərir. Bir çox onomastik tədqiqatlarda quruluşca oxşar 

formaların təhlilinə üstünlük verilir. Çünki belə  mətnlərdə xüsusi isimlərn quruluş  və 

məzmun dəyişikliklərini izləmək daha asandır (daha dəqiq desək, xüsusi isimlərin 

variantlılığı folklor nümunələrinin variantlığı hesabına yaranmış olur).   

Türk xalqlarının atalar sözləri və məsəllərinin əsas xüsusiyyətlərindən biri onun 

tək bir müstəqil  əsər deyil, bütöv bir kompleks təşkil edən  folklor nümunəsinin bir 

hissəsi olmasıdır. Belə bir kompleksdə obrazlar bir atalar sözündən digərinə keçirlər. 

Bunun da nəticəsində atalar sözləri və məsəllərin ümumi bir leksik mənzərəsi yaranmış 

olur ki, buraya xüsusi isimlər də daxil olur. Atalar sözləri və məsəllərin xüsusi isimləri 

özünəməxsus xüsusiyyətə malikdirlər. Buradakı onomastik leksika tarix, mədəniyyət, 

qədim prototürk əlaqələri haqqında maraqlı faktları özlərində yaşadırlar.  

Türk dilli xalqların atalar sözləri və məsəllərin tərkibindəki onomastik vahidlər, 

bizim fikrimizcə özünəməxsus xüsusiyyətləri ilə fərqlənirlər. Dilçilikdə adların ənənəvi 

şəkildə relyativ əlamətlərindən biri onların fərdi  şəkildə müəyyənləşdirilməsidir, 

halbuki, ümumişlək adlar bir əlamət  əsasında birləşən bütöv bir qrupa verilir. Digər 

tərəfdən ümumişlək adlar kоnnоtаtivliyə malikdirlər. Atalar sözlərinin tərkibində 

işlənərkən xüsusi isimlər istənilən sözlər kimi, öz kateqorial xüsusiyyətlərini itirirlər və 

yeni funksional-semantik əlamətlər qazanırlar. Bununla da xüsusi isimlər öz fərdi 

işarəviliyini və dəqiq denotativ aidliyini itirərək aid olduğu dil sahiblərinin etnomədəni 

qnunauyğunluqları  əsasında  etnik göstərici hesab edilən anlayışın simvoluna cevrilir. 

Bunu adın frazeoloji dəyişməsi də adlandırmaq olar.  

Türk atalar sözləri və  məsəllərinin  əsas xüsusiyyətlərindən biri onun tək bir 

müstəqil  əsər deyil, bütöv bir kompleks təşkil edən  folklor nümunəsinin bir hissəsi 

olmasıdır. Belə bir kompleksdə obrazlar bir atalar sözündən digərinə keçirlər. Bunun da 

nəticəsində atalar sözləri və  məsəllərin ümumi bir leksik mənzərəsi yaranmış olur ki, 

buraya onomastik vahidlər də daxil olur. Atalar sözləri və  məsəllərin onomastikası 

özünəməxsus xüsusiyyətə malikdirlər. Buradakı onomastik leksika tarix, mədəniyyət, 

qədim prototürk əlaqələri haqqında maraqlı faktları özlərində yaşadırlar.  

 

1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə