Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

ƏDƏBİYYAT 

1.  Бронте Ш. “Джейн Эйр”. Мoсква: Художественная литература, 1990 

2.  Bloom, Howard M. “Charlotte Bronte” Volume II. London: George Prior 

Publishers, 1977 

3.  Бронте Э. “Агнесс Грей”; Незнакомка из Уайлдфелл-Холла; Романы. Под ред. 

Н. Будавей, С. Митюшина. Мoсква: Художественная литература, 1990 

4.  Gaskell E. “The Life of Charlotte Bronte”. London: Penguin Classics, 1998 

5.  Петерсон О., “Семейство Бронте”. Санкт-Петербург, 1895 

6.  Wright W. “The Brontes in Ireland”. New York: Appleton, 1993 

 

SH. V. MAMMADOVA 

PHENOMENON OF THE BRONTE SISTERS 

 

SUMMARY 

The Bronte family history and the place of their creative activity in the English 

and world literature are being discussed in this article. The characteristic features of 

their creativity, typical manner of writing and distinctive elements are studied here too. 

The object of research of the article consists of the impact of the spiritual 

heritage, free thought and poetic imagination characteristic of the Brontes on national 

culture and literary criticism.  

The article analyzes the stylistic and aesthetic structural principles of Bronte 

sisters' artistic creativity. Anne Bronte’s main novels are also highlighted in the article. 

 

Ш. В. МАМЕДОВА 



ФЕНОМЕН СЕСТЕР БРОНТЕ 

 

РЕЗЮМЕ 

В  статье  рассматривается  история  семые  Бронте  и  место  их  творчества  в 

английской  и  мировой  литературе.  Здесь  же  исследуются  характерные 

особенности  их  творчества,  типичная  манера  их  письма  и  отличительные 

особенности. 

Свойственная  черта  сестёр  Бронте,  такая  как:  моральное  наследие, 

свободное  мышление  и  поэтического  воображения  действует  на  национальную 

культуру и литературоведение данного объекта статьи. 

В данной статье анализируются стилистические и эстетические принципы 

структурные художественного творчества сестёр Бронте. Здесь также освещаются 

основные романы Энн Бронте. 

 

Rəyçi:     Nailə Sadıqova 



                filologiya üzrə elmlər doktoru, professor 

Filologiya  məsələləri – №02, 2016 

 

318



GÜNEL İSMAYILOVA 

                                                                                                           OYU 

gbayramova@qu.edu.az 

 

ŞARLOTTA BRONTENİN “CEYN EYR” ƏSƏRİNİN PSİXOLOJİ TƏHLİLİ 

 

Açar sözlər: Bronte, romantizm, realizm, Ceyn Eyr, ədalət 

Ключевые слова: Бронте, романтика, реализм, Джейн Эйр, справедливость 

Key words: Bronte, Romanticism, Realism, Jane Eyre, justice 

 

 “Ceyn Eyr” həm sosial, həm də psixoloji cəhətdən tərbiyəvi əhəmiyyətə malik bir 



romandır. Viktoria dövrü İngiltərəsində fərqli təbəqələrdən olan iki şəxs arasındakı bir 

eşqdən bəhs edən bu roman, cəmiyyətdə yaşanan dini təzyiqi, sinif bölgüsünü və kişi 

üstünlüyünü həqiqi və gözəl  şəkildə  əks etdirir. Qadın azadlığı  və hüquqlarına sahib 

çıxan ilk romanlardan biri olaraq qəbul edilən “Ceyn Eyr”əsəri romantizm cərəyanının 

ən  əhəmiyyətli nümunələrindəndir.  Əsər Ceyn adlı  qəhrəmanın mənəvi təkamülünü 

ardıcıl olaraq aşkar edir və onun güclü, bütöv və məğrur xarakterinin formalaşmasından 

xəbər verir. Əsərin qəhrəmanı əksər hallarda müəllifin prototipi hesab olunsa da, əsərdə 

baş verən hadisələrin və obrazların müəlliflə birbaşa əlaqəsi yoxdur. Ceyn Eyrin həyat 

tarixi bədii təfəkkürün məhsuludur, lakin onun daxili həyəcanları  şübhəsiz ki Şarlotta 

Bronteyə daha yaxındır.  Əsərin qəhrəmanının özünü ifadə  tərzi parlaq lirik çalara 

malikdir. Hərçənd ki uşaq yaşlarından kimsəsizliyin və yad çörəyinin dadını görmüş 

Ceyndən fərqli olaraq Bronte geniş bir ailədə, qardaş  və bacılarının  əhatəsində 

böyümüşdü, o da Ceyn kimi taleyi tərəfindən yaxınlarını itirməklə  sınağa çəkilmişdi. 

Qardaşını  və bacılarını erkən yaşda itirmiş  Şarlotta Bronte ailə  həyatının dadını 

görmədən və analıq hissini yaşamadan 39 yaşında dünyadan köçmüşdür. 

Öz romanının ikinci nəşrini həsr etdiyi və eyni zamanda onun sevimli yazıçısı olan 

Uilyam Tekkerey Bronte haqqında demişdir: “Mən titrək və kövrək bir varlığın kiçik 

əllərini və iri qara gözlərini xatırlayıram. Demək olar ki, onun xarakterinin ən  əsas 

cizgisi onun hədsiz dürüstlüyü idi. O xüsusi həssaslıqla müasirlərin təkəbbür və 

saxtalıqlarını ayırd edərək onları mühakimə edirdi. Onun qəlbində daim həqiqət və 

ədalətə böyük hörmət yaşamışdır.”[2] Burada nəinki Şarlotta Bronteyə məxsus cizgilər, 

o cümlədən onun yaratdığı qəhrəman Ceyn Eyrin də xüsusiyyətləri izlənir. Ceyn Eyrdə 

də biz eyni əyilməzliyin, dürüstlüyün və ciddiliyin şahidi oluruq.  

Romanın ən mühüm cəhətlərindən biri də patriarxal cəmiyyətin təsvir olunmasıdır. 

Ceyn kişilərin dominant olduğu belə bir cəmiyyətdə daim öz şəxsiyyətini təsdiq etmək 

üçün çalışır.  Əsərdə  əsas qəhrəmanlardan hesab olunan üç kişi, cənab Broklhörst, 

Roçester və Sent-Con Ceyn Eyri özlərinə tabe etməyə və onun şəxsi düşüncələrini və 

hisslərini ifadə etməsinin qarşısını almağa cəhd edirlər. Ceyn isə cənab Broklhörstdən 

uzaqlaşmağa nail olur, Sent-Conun evlilik təklifini rədd edir və yalnız nigahın tam 

qanuni olacağından  əmin olan zaman Roçesterlə ailə qurmağa razılıq verir. Ceyn Eyr 

obrazı vasitəsilə  Şarlotta Bronte qadınlara aid edilən və Viktoria dövrünə xas olan 

stereotiplərə qarşı çıxır və öz feminist fəlsəfəsini dilə gətirir. Qəhrəmanın bu sözlərini 

müəllifin məsləyi və romanın oxunması üçün açar hesab etmək olar: “Kişilərin keçirdiyi 

hissləri qadınlar da keçirirlər, qadınların da kişilərin olduğu kimi öz bacarıqlarını 

nümayiş etdirməyə  və özfəaliyyətləri üçün bir sahə tapmağa ehtiyacı var. Ənənələrin 

sərt təzyiqləri altında ətalətli mühitdə yaşamağa məcbur qalmış qadınlar eynən kişilərin 

üzləşdiyi iztirablarla üzləşirlər.”[4] 


Filologiya  məsələləri – №02, 2015 

 

319



Əsərdə Bronte azad və öz qərarlarını verə bilən Ceynin timsalında Viktoria 

dövründə qadınların rolu və mövqeyini təsvir edir. Gənc və nisbətən aşağı sosial 

mövqeyə malik bir qadın kimi Ceyn müxtəlif mənəvi mübahisəli kişi xarakterləri ilə 

qarşılaşır. Lakin onların  əksəriyyəti onun üzərində  nəzarəti  ələ keçirmək niyyətində 

olur. Buna bir misal olaraq Ceyni böyük məhəbbətlə sevən, lakin tez-tez ona əmrlər və 

göstərişlər verən cənab Roçesteri göstərmək olar. Bir özündən  əmin və  məğrur 

mülkədar kimi o, Ceynlə olan münasibətində  də  təbii olaraq sahib mövqeyini tutur. 

Roçester bəzən Ceyndən fikrini soruşmaq yerinə onu idarə etməyə, yönəltməyə çalışır 

və ona xoş olsun deyə dəbdəbəli və olduqca bahalı hədiyyələr təklif edir. Lakin Ceyn 

qadın müstəqilliyinin əhəmiyyətinə inanır və həyatda heç kimə borcu olmayan mövqe-

yini qorumağa çalışır. Hətta cənab Roçesterlə nigaha razılıq verdikdən sonra, həmin 

anın sehri ilə tilsimlənmiş  və romantik xəyallara qapılmış olsa da, onun şəxsiyyətinin 

feminist elementləri yenə  də özünü göstərir. Ceyn bütün qəlbi ilə sevdiyi şəxsin onu 

bahalı  hədiyyələr yağmuruna tutmasına qarşı  çıxır, çünki düşünür ki, bele getsə, o 

Roçesterdən daha da asılı  vəziyyətə düşəcək və ona borclu olacaq. Bundan əlavə, o 

təkid edir ki, nigaha qədər Adelin mürəbbiyəsi olaraq işinə davam etsin. Ceynin bu 

qərarı həmin dövr üçün bir qədər qəribə səslənsə də, bir daha onu göstərir ki, o mümkün 

olduğu qədər müstəqil qalmağa çalışır. 

Ceynin Roçesterə olan hissləri böyük əzablardan keçsə də, xoşbəxt sonluqla mü-

kafatlandırılır.  Əsərin sonunda mövcud reallığın arzuolunan sonluqla əvəz olunması 

Bronteyə romantik nümunələrə müraciət etməsi üçün təkan vermişdir. O, Ceyn və Ro-

çester arasında olan sevgini ancaq realizmin tələblərinə sadiq qalmadan əks etdirə  

bilərdi.  

Bronte Tekkerey ilə bir misilsiz realizm ustadı kimi fəxr edirdi və daim ona 

bənzəməyə çalışırdı. Əsərin qəhrəmanı Ceyn Eyrin romantik duyğularının inkişaf etdiyi 

mühit də İngiltərədə XIX əsrin ortlarına xas olan cəmiyyətin fərqli təbəqələrinə aid real 

insanlardan ibarət idi. Əsər həm romantik, həm də realist fikirləri özündə 

birləşdirdiyindən güclü bədii vəhdətə sahibdir. Lakin bu iki bir-birindən tamamilə fərqli 

olan istiqaməti anlamaq və onları ayırd etməyi bacarmaq çox vacibdir. Bronte realizmi 

özünəməxsus  şəkildə anlayırdı  və 40-cı illərin ortalarına xas olan estetik prinsiplərə 

əsaslanaraq əsərini yazırdı. 

“Ceyn Eyr” tərbiyəvi roman qanunları əsasında yazılmış bir əsərdir. Qəhrəmanın 

başına gələn hadisələr bir sıra mübarizələrdən, iztirablardan və çətinliklərdən keçsə də

onun sonda əldə etdiyi xoşbəxtliyin qədrini daha yaxşı anlamasına və qiymətlən-

dirməsinə səbəb olmuşdur. 

 “Ceyn  Eyr”də hiss və  həyəcanlar olduqca romantik şəkildə  təsvir olunub kitaba 

xüsusi gözəllik bəxş edir, qəhrəmanın azadlıq sevər üsyankar ruhu isə əsərin ayrılmaz 

hissəsidir. Amma romanda ənənəvi sadəlövh romantik fikirlər də yer almışdır. 

Roçesterin ağlını itirmiş həyat yoldaşının əzazil surəti və qəsrdə baş verən sirli hadisələr 

Bronte bacılarının da qiraət etdikləri XVIII əsrə aid qotik romanları xatırladır. 

 Yazıçı Bronte digər epizodlarda bir sıra  tipik romantik elementlərə yer 

ayırmışdır. Məsələn, XXXV fəsildə “Roçesterin səsi” epizodu, burada Roçesterin 

uzaqdan gələn və Ceyni çağıran səsi, Ceynin də o səsə tabe olması indiki dövrdə bundan 

yüz, hətta  əlli il əvvəl qəbul olunduğu kimi deyil, tamamilə  fərqli  şəkildə  dərk edilir. 

Maraqlıdır ki, tipik telepatik ötürülmə hallarını  əks etdirərək hələ bu cur hadisələrin 

tədqiqat mövzusu olmasından  yüz il əvvəl Bronte yazırdı: “Bu, hisslərin aldanması 

yaxud sehir deyil, sadəcə izahı mümkün olmayan təbii bir hadisədir.”[4] 


Filologiya  məsələləri – №02, 2016 

 

320



Beləliklə, Şarlotta Brontenin əsərlərində romantizm və realizm arasındakı xüsusi 

ideoloji ve estetik sərhədlərin ortaya çıxdığını söyləmək olar. Bu özəllik yazıçının 

obrazları yaradarkən istifadə etdiyi bədii təsvir vasitələrində öz əksini tapır. 

Rəsm  əsərində olduğu kimi sözlü təsvirin xüsusiyyəti də  hər  şeydən  əvvəl 

müəyyən qəhrəmanın fərdiliyinə  və  şəxsiyyətinə olan birbaşa müraciətlə  şərtlənir. 

Portret oxşarlığı janrın ayrılmaz tərkib hissəsidir. Bu oxşarlıq surətin canlı təbiətə uyğun 

yaradılmasında müşahidə olunur və yazıçı  tərəfindən sözlü təsvir üçün özünəməxsus 

sərbəstliyə malik bədii bütövlük  kimi qiymətləndirilir. 

İnsan fərdiliyinin təkrarolunmazlığının və onun xarakterində, davranış və danışıq 

tərzində olduğu kimi tərcümeyi-halında, yaradıcılıq fəaliyyətində  və onun mənəvi 

dünyasını  əks etdirən  şəxsi həyatının müxtəlif çalarlarında da müşahidə olunan 

düşüncələrinin məhz bütöv təsvirində ədəbi portret janrının mahiyyəti ortaya qoyulur. 

Şarlotta Bronte özünün ədəbi portret ustası olduğunu göstərmişdir. Onun məharəti 

yaratdığı obrazların zahiri xarakterik cizgilərinin təsvirində xüsusi qayğı ilə seçilmiş söz 

və ifadələrlə  fərqlənirdi, lakin ən  əsası o idi ki, Bronte həm də  qəhrəmanın daxili 

dünyasını oxucuya çatdırmağa xüsusilə diqqət yetirirdi. Obrazların xarakterini müəyyən 

edərkən o, bu və ya digər  şəxsiyyətlərin olduqca anlamlı ifadəsi üçün müxtəlif yazı 

üsullarına və  təsvir vasitələrinə müraciət edirdi. Bəzi hallarda Bronte bilərəkdən 

şişirtmələrə yol verir, bəzən isə ciddi həyat normalarına əməl edirdi.  

Oxucu xəsis Brokhlörstün portreti ilə tanış olur. O hündür və arıqdır. Onun paltosu 

axıracan düymələnib. Onun obrazı daha aydın şəkildə müəllifin heç bir şərhi olmadan 

bir dialoq vasitəsilə verilir. Broklhörstun təhsil sisteminə olan baxışını anadangəlmə bu-

ruq saçları olan qızın saçını dibindən qırxmağı əmr etdiyi epizodda açıq müşahidə et-

mək mümkündür. Burada müəllif heç bir şərh bildirmədən sadəcə tərbiyəçinin verilən 

əmrə olan münasibətini göstərən bir cümlə ilə kifayətlənir: “Miss Templ dəsmalını 

ağzına apardı, sanki bununla özündən asılı olmadan üzündə yaranan təbəssümü 

yığışdırdı.”[1.85]      

Bronte xüsusi diqqətlə gənc keşiş Riversin zahiri görünüşünü təsvir edir – burada 

o, keşişin daxili və xarici aləmi arasında ziddiyyətlər olduğunu da vurğulayır, belə ki, 

Rivers zahirən gözəl olsa da, daxilən soyuq və duyğusuzdur, o sırf öz vəzifəsini yerinə 

yetirmək naminə xidmət etdiyi insanları belə sevmir. O, qədim heykəltəraşlığın soyuq 

mərmərini xatırladır. Ceyn Eyrin bu cümləsində Riversin görünüşü daha aydın təsvir 

olunmuşdur: “Mən inamsız tərzdə onun dediklərinə sualla cavab verdim və onun 

ahəngdarlığıyla gözəl, amansız ciddiliyilə qorxunc üz cizgilərinə, düşüncəli, lakin soyuq 

alnına, parıltılı, dərin, nüfuzedici, amma zəriflikdən  əsər-əlamət olmayan gözlərinə, 

hündür, təsirli vücuduna baxdım və bir anlığa özümü onun arvadı yerində  təsəvvür 

etdim.”[1.540] Beləliklə Riversin psixoloji portreti onun zahiri görünüşünün təsviri ilə 

mükəmməl şəkildə cızılır və bizim qarşımızda başqasının hisslərini duya bilməyən tipik 

puritan dünyagörüşünün nümayəndəsi dayanır. Sent-Con Riversin xarakterinin 

yaradılmasını realist Brontenin ən böyük uğurlarından hesab etmək olar.  

Bu həmin Brontedir ki, yaradıcılığına diqqətlə  nəzər saldıqda itaətsizlik və 

üsyankarlıq olduqca parlaq şəkildə müşahidə olunur. “... Kim ki səninlə yaxşı  rəftar 

edir, sən də ona qarşı yaxşı olursan. Məncə belə  də olmalıdır.  Əgər insanlar yalnız 

qəddar və haqsız olanlara tabe olsaydılar, onda qəddar adamlar hər  şeyi öz istədikləri 

kimi edərdilər: onlar heç nədən qoxmaz  və bunun nəticəsində  hər  şey gün-gündən 

pisləşərdi. Bizi səbəbsiz yerə döyəndə, biz zərbəyə zərbə ilə cavab verməliyik, buna qəti 

əminəm, özü də cavab zərbəsi elə güclü olmalıdır ki, sənə bir daha əl uzatmağa heç 

kimin cürəti çatmasın”,[1.77] - ona qarşı edilən bütün haqsızlıqları bağışlamalı oldu-

ğunu deyən mərhəmətli və mülayim rəfiqəsi Helen Berns ilə söhbətində on yaşlı Ceyn 


Filologiya  məsələləri – №02, 2015 

 

321



deyirdi. Məhz onun xarakterinin itiliyinin real təsviri oxucularında qəhrəmana qarşı 

rəğbət oyatmışdır. Çünki sağ yanağa zərbə dəyəndə sol yanağı da irəli vermək prinsipi 

ilə yaşayan kasıb və kimsəsiz insanların ədalətsizlik qarşısında aciz olduqları bir dövrdə 

hələ uşaq ikən bu fikirləri səsləndirmək böyük mərdlik tələb edirdi. Təsadüfi deyildir ki, 

ədəbiyyatda Helen Berns kimi gənc obrazlar erkən yaşda dünyasını dəyişirlər, bununla 

müəlliflər oxuculara çatdırmaq istəyirlər ki, belə mərhəmətli balalar bizim ədalətsiz və 

mərhəmətsiz dünyamızda yaşamaq üçün çox təmiz və safdırlar, buna görə də tab gətirə 

bilmirlər. Ceyn isə  həyatına davam edir və artıq yetkinlik dövrünü tamamladıqda 

İncildən öyrəndiklərini daha aydın dərk etmiş, sakitləşmiş, bütün inciklikərini 

bağışlamağı öyrənmişdir. Buna baxmayaraq on səkkiz yaşlı Ceynin  iti dili və müşahidə 

qabiliyyəti onu tərk etmir, əksinə onun obrazını daha da cəlbedici və maraqlı edir. 

Artıq qeyd olunduğu kimi, roman birinci şəxs tərəfindən nəql edilir. Bu ənənə, 

qəhrəmanın psixologiyası artıq yazıçıların diqqətini çəkməyə başladığı vaxtdan, XVIII 

əsrdən mövcud idi. Bəhs etdiyimiz romanda da bu cür ifadə vasitəsi, eləcə də digər bədii 

metodlar, obrazların psixologiyalarını fərdi şəkildə, o cümlədən dərindən təhlil etməyə 

imkan yaradır və beləliklə biz əsərin qəhrəmanının daxili dünyasını daha asan kəşf edə 

bilirik. Ceynin ətrafındakı insanlara və baş verən hadisələrə olan münasibəti, 

düşüncələri, əldə etdiyi təcrübələr, keçirdiyi hiss və həyəcanlar daxili monoloq şəklində 

verilmişdir. Onu da qeyd etmək lazımdır ki, bu tip monoloqda adətən yazıçının özünə 

məxsus olan fikirləri öz əksini tapır, belə ki, yazıçı düşündüklərini əsərin qəhrəmanının 

dili ilə oxucuya çatdırır.  

“Ceyn Eyr” əsərində qəhrəmanın daxili səsini əsas ifadə vasitələrindən  biri hesab 

etmək olar. Bu monoloq mürəkkəb bədii cümlələrdən təşkil olunduğu üçün olduqca 

emosional səslənir. Bir başqa xüsusiyyət də  qəhrəmanın iki səsin söhbəti formasında 

qələmə alınmış düşüncələrində müşahidə olunur. Məsələn, yazıçı Ceynin Roçesterlə baş 

tutmayan nigaha görə keçirdiyi həyəcanı, məyusluğu ətraflı təsvir edir. Onun tərəddüdü 

və bu uğursuzluqdan sonra həyatını necə davam etdirəcəyi barədə acı düşüncələri 

ağlının və duyğularının dialoqunda öz əksini tapır. 

Əsərdə  mənəvi narahatlığın böyük hissəsi kəffarə  və bağışlanma ilə  əlaqədardır. 

Cənab Roçester keçmiş səhvlərinə və günahlarına görə əzab çəkir. O tez-tez qəbahətli 

həyat tərzi sürdüyünü özü də etiraf edir və Ceynə qarşı heç də təqdirəlayiq sayılmayan 

hərəkətlər edir. Hətta cənab Roçester bəzi oxucular tərəfindən sırf Ceyndə  qısqanclıq 

hissi baş qaldırsın deyə Blanş  İnqrem ilə münasibət yaratdığına görə günahlandırılır. 

Həmçinin evli ola-ola Ceyn ilə nigah bağlamaq istəyinin dini və mülki orqanlar 

tərəfindən yaxşı qarşılanmayacağını bilsə də, o fikrindən dönmür və nigah üçün bütün 

hazırlıqları görməkdə davam edir, üstəlik evli olduğunu Ceyndən gizlətməyə çalışır. 

Bunlar əlbəttə Roçesterin günahlarından sadəcə bir neçəsidir. Lakin bu o demək deyil 

ki, o heç bir rəğbətə layiq deyil. Axı o bağışlanmaq üçün artıq bir sıra cəhdlər etmişdi. 

Məsələn, o özünün Adelin atası olduğuna heç cür inanmamağına və bunu qəbul 

etməməyinə baxmayaraq, həmin qızı  gətirib evində saxlayır və onun təhsil və  tərbiyə 

almasına xüsusi diqqət yetirir. Həmçinin ağlını itirmiş  həyat yoldaşına nifrət etsə  də, 

ona baxması üçün xidmətçi təyin edir. Roçester ilk nigahı barədə həm öz ailəsi, həm də 

həyat yoldaşının ailəsi tərəfindən aldandığını, baş verən bədbəxtliklərdə günahsız 

olduğunu vurğulasa da, ölənə  qədər arvadını  tərk etmir və onu evində saxlayır. Onun 

məhz bu hərəkətləri bəlkə də günahlarından təmizlənməsinə səbəb olmuşdur. 

Bu iki bir-birinə zidd olan anlayışları böyük ustalıqla tərənnüm etmiş Bronte 

həmçinin evlilikdə  də haqsızlığa dözümü olmadığını oxucuya qəhrəmanın dili ilə çat-

dırır. Belə ki, Diana qardaşı Sent-Con Riversin Ceynə etdiyi evlilik təklifi barədə ona 

suallar verən zaman Ceyn cavabların birində deyir: “O mənə bildirdi ki, mən zəhmət 


Filologiya  məsələləri – №02, 2016 

 

322



üçün yaranmışam, məhəbbət üçün yox. Bu, əlbəttə, həqiqətdir. Onda belə çıxır ki, əgər 

mən məhəbbət üçün yaranmamışamsa, deməli, nikah üçün yaranmamışam. Di, məgər 

ömrünü sənə yalnız  əlverişli vasitə kimi baxan adamla bağlamaqdan dəhşətli  şey ola 

bilərmi?”[1.551] Əsərin yazıldığı dövrü nəzərə alsaq, bunları dilə  gətirməyi bacarmaq 

olduqca cəsarətli bir addım hesab olunur. Cənab Roçester kimi imtiyazlı bir sahibin öz 

evində  işləyən mürəbbiyəyə  aşiq olması, kasıb və kimsəsiz olduğunu bilməsinə bax-

mayaraq onunla evlənmək fikrindən dönməməsi bir daha onu sübut edir ki, ağlın, nə-

cibliyin, alicənablığın və mərdliyin təbəqə ilə, dövr ilə əlaqəsi yoxdur, bunlar tamamilə 

fərdi keyfiyyətlərdir. 

 

ƏDƏBİYYAT 

1.  Ceyn Eyr, Şarlotta Bronte, Bakı, Qanun nəşriyyatı, “Əli və Nino” nəşriyyatı, 2013 

2.  In the Footsteps of the Brontës, Ellis H. Chadwick, New York, Cambridge 

University Press, 2011 

3.  Jane Eyre, Charlotte Brontë, Oxford University Press, 1996 

4.  http://mirznanii.com/info/analiz-dzheyn-eyr-sh-bronte 

5.  http://skemman.is/en/item/view/1946/2289 

6.  https://www.goodreads.com/search?utf8=%E2%9C%93&query=jane+eyre 

7.  http://www.sparknotes.com/lit/janeeyre/canalysis.html 

8.   


 GUNEL ISMAYILOVA  

PSYCHOLOGICAL ANALYSIS OF THE NOVEL "JANE EYRE"  

WRITTEN BY CHARLOTTE BRONTË 

 

SUMMARY 

The article is devoted to the psychological analysis of the novel Jane Eyre written 

by Charlotte Brontë. For the description of the characters several methods of 

comparison and contrast are used. The inner world of some roles are the same as their 

outer portrait, while for some of them this is unacceptable. 

The author of the article tried to analyse the novel taking into consideration both 

romantic and realistic elements of literature. 

 

 

ГЮНЕЛЬ ИСМАЙЛОВА 



ПСИХОЛОГИЧЕСКИЙ АНАЛИЗ "ДЖЕЙН ЭЙР" НАПИСАННОЙ 

ШАРЛОТТЫ БРОНТЕ 

 

РЕЗЮМЕ 

Статья  посвящена  психологическому  анализу  романа  Джейн  Эйр  напи-

санной  Шарлотты  Бронте.  Для  описания  персонажей  используются  несколько 

методов сравнения и контраста. Внутренний мир некоторых ролей такие же, как 

их наружной портрет, в то время как для некоторых из них это неприемлемо. 

Автор  статьи  попытался  проанализировать  роман,  принимая  во  внимание 

как романтические, так и реалистические элементы литературы. 

 

Rəyçi: dos. N.S. Vəliyeva 


Filologiya  məsələləri – №02, 2015 

 

323



                                                               N.S.MƏSUMZADƏ  

                                Azərbaycan Müəllimlər İnstitutu 

muslim-mamedov1@mail.ru 

 

İMADƏDDİN NƏSİMİ YARADICILIĞINDA  

İNSANA MÜNASİBƏTİN BƏDİİ ƏKSİ 

  

 

 

                               

Açar sözlər: insan, humanizm, şeir, şair, əsər, hürufilik, mübarizə, əqidə, klassik, irs,  

ədəbiyyat, şəxsiyyət  

Ключевые слова: человек, гуманизм, поэзия, поэт, произведение, хуруфизм, 

борьба, вера, классический, наследие , литература, личность 

Keywords: man, humanism, poetry, poet, work, hurufi, struggle, faith, classic, heritage, 

literature, personality 

 

Qloballaşan dünyada insanın  şəxsiyyət kimi formalaşmasında,  kamilləşmə-

sində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində klassik 

irsdə öz əksini tapmış ümumbəşəri ideya və konsepsiyalar mühüm əhəmiyyət kəsb edir. 

Müasir mərhələdə  elmi-texniki tərəqqinin sürətli inkişafı insan şəxsiyyətinin 

formalaşmasında bütün imkanlardan, o cümlədən klassik söz sənəti incilərindən 

istifadəni zəruri edir.

 

Bu baxımdan son dövrlərdə dünya ictimai və bədii fikrində insan 



şəxsiyyətinə, insan mənəviyyatına marağın artması heç də təsadüfi deyildir. 

Məlumdur ki, Şərq bədii-fəlsəfi fikrində müxtəlif insan konsepsiyaları öz əksini 

tapmış, insanın kamilləşməsi problemi dərindən araşdırılmışdır. Bu baxımdan Nizami, 

Nəsimi , Füzuli, Tusi kimi görkəmli mütəfəkkirlərin  yaradıcılığındakı humanizm, insan 

şəxsiyyətinə  yeni yanaşmalar diqqəti cəlb edir.  

Nəsimi Azərbaycan dilində şerin ilk gözəl nümunələrini yaradan, öz mütərəqqi 

fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkarlardan biri olmuşdur. 

Onun ana dilindən başqa ərəb və fars dillərində də yaratmış olduğu divanlar şairin adı-

nın öz vətənindən çox-çox uzaqlarda, bütün Yaxın  Şərqdə  şöhrətlənməsinə  səbəb ol-

muşdur. 


Azərbaycan ədəbiyyatında  ana dilində ictimai, fəlsəfi şeirin  ilk qüdrətli nüma-

yəndəsi  İmadəddin Nəsimıdir. Dövrün ziddiyyətlərinə böyük həssaslıqla cavab verən 

şair zəngin poeziyası ilə  hər cür zülmü, ədalətsizliyi, qeyri-insaniliyi rədd etmiş, 

həqiqəti, insanlığı, insanın mənəvi gözəlliyini müdafiəyə qalxmış, qəlbinin hərarəti ilə 

insanı ucaltmış və tərənnüm etmişdir. Onun poeziyasında dünyaya, insana, onun fikir və 

əməllərinə yeni bir münasibət ifadə olunmuşdur. 

Ulu Öndər  Heydər  Əliyev anadilli poeziyamızın görkəmli nümayəndəsi, dünya 

mədəniyyətinə böyük töhfələr vermiş İmadəddin Nəsiminin irsinə yüksək qiymət verərək 

demişdir: “Uzun əsrlərin tarixi  böyük Nizaminin (XII əsr) ölməz əsərlərini, Xaqaninin 

(XII  əsr) məhəbbət və iztirab dolu poemalarını, Nəsiminin  (XIV əsr) dərin fəlsəfi 

poeziyasını, Füzulinin (XVI  əsr) insanpərvərlik ruhu ilə aşılanmış müdrik misralarını, 

Vidadinin və Vaqifin (XVIII əsr)  xalq yaradıcılığı çeşməsindən qidalanan  zərif 

lirikasını, görkəmli alim və mütəfəkkir Bəhmənyar  əl-Azərbaycaninin  (XI əsr) , 

Nəsrəddin Tusinin (XII əsr) əsərlərini hifz edib   bizim günlərə çatdrmışdır.” (30, 48) 

H.Araslı, M.Quluzadə, M.Cəfər, R.Azadə, N.Araslı,  Ə.Səfərli, X.Yusifli, 

T.Kərimli, Y.Babayev və başqa alimlərin Nəsiminin kamil insan konsepsiyasına həsr 

olunmuş tədqiqatları bu böyük sənətkarın zəngin və çoxcəhətli irsinin müasir dövrümüz 

üçün əhəmiyyətinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. 

Tədqiqatlar göstərir ki, İ.Nəsimi zəmanəsinin dərin bilikli şəxsiyyətlərindən 



Filologiya  məsələləri – №02, 2016 

 

324



olmuş, hikmət, məntiq,  əruz, qafiyə, tarix, nücum, fiqh, təbiətşünaslıq elmlərini 

öyrınmiş, elmi və  fəlsəfi irsi mükəmməl mənimsəmişdir. Bütün bunlar onun bədii-

fəlsəfi yaradıcılığında öz əksini tapmışdır. 

Məlumdur ki, Nəsimi yaradıcılığında hürufi görüşlər mühüm yer tutur. 

Məlumdur ki, hürufilik hərflərlə bağlıdır, hüruf hərflərin cəmi deməkdir. Bu təriqət 

hərflərin müqəddəsliyinə  əsaslanan və dünyanın sirlərini  ərəb  əlifbasının rəmzləri ilə 

izah edir. Hürufilərə görə həyatın bütün sirləri Qurandakı hərflərdə, bu hərflər də insan 

üzündədir.

 

Hürufilər bütün təəqiblərə, cəzalara baxmayaraq, yaşadıqları  cəmiyyətin 

istismarçı təbiətinə qarşı çıxır, hakim təbəqənin  insana münasibətdə ədalətsizliklərini, 

haqsızlıqlarını kəskin tənqid edirdilər. 

Nəsimi yaradıcılığında humanizm və kamil insan problemi vəhdət təşkil edir. 

Böyük sənətkar insanı dünyanın  əşrəfi, yaranmışların  ən  şərəflisi hesab edir, insanın 

böyüklüyündən, insan zəkasının qüdrətindən söz açırdı.  İnsan təbiətindəki mənfi 

cəhətlərdən ürək ağrısı ilə bəhs edən şair onu düz yola dəvət edir, ağıl, zəka, düşüncə 

yoluna dəvət edirdi. 

“ Nəsiminin ilahi və dünyəvi məzmunda yazdığı şeirlərində insan problemi əsas 

məsələdir. Böyük şair insanıən gözəllik və səadətini , onun könül sərbəstliyi və mənəvi 

azadlığını,  əqli-mənəvi yetkinliyini  hər  şeydən üstün tutur, insanı  həyatın maddi və 

mənəvi gözəlliklərindən layiqincə kam almağa çağırır.  

Ona görə  də insanın həyat sevincinə qarşı  çıxan nə varsa, hamısını pisləyir,  

tənqid və ifşa edir, onları div, şeytan adlandırır.orta  əsrlər həyatına və ictimai mühitə 

etiraz edən Nəsimi  nadanlığı, cahilliyi ən böyük bəla sayır,  şeirlərində yaşadığı 

dünyanən bədii mənzərəsini yaradır. Şair öz zəmanəsində sözübütöv. Doğrucul və vəfalı 

bir insan  axtarıb tapa bilmir, Sanki bu aləmn saxtakarlıq, yalan və hiylə üzərində 

qurulmuşdur, onun heç bir sədəfində saf bir inci yoxdur, heç bir insanın ürəyi fitnə və 

hiyləgərlikdən uzaq deyildir. 

Başqa bitr şeirində  Nəsimi  sədaqətli  bir dost, sirdaş tapa bilməməsindən 

şikayətlənir, Bu dünyanı tikanlı bir bağa bənzədir və bu gülsüz  yerdə gülzar axtarmağın  

boş, mənasəız bir iş olduğunu  bildirir, Tikanlı  dünya gül deyil, tikan bitirir, özü 

vəfasız, dəyanətsiz olduğundan vəfalı, etibarlı yar –yoldaş  yetirmir.” (11, 335) 

Nəsimi kamil insanın sözübütövlüyünü, sözü ilə əməlinin düz gəlməsini  zəruri 

sayırdı. O, öz şəxsiyyəti, nümunəsi ilə müridlərinə nümunə göstərir, öz mübarizliyini 

əməlləri ilə sübut edirdi. Rəvayətə görə  Hələb şəhərində Nəsiminin müridlərindən olan 

bir gənc hürufi şairin farsca yazılmış şeirini ucadan söyləyirmiş: 

Həqbin nəzəri bayəd, ta ruye-məra binəd, 

Çeşmi ke bovəd xodbin, key ruye-xoda binəd? 

 (Haqqı görən bir göz lazımdır ki, mənim üzümü görsün, o göz ki, ancaq özünü 

görür, xudbindir, Allahın üzünü haradan görər?) duyuq düşən ruhanilər gənci həbsə 

atdırırlar.  Şeirin kimin olduğunu soruşanda, Nəsimini  ələ vermək istəməyən gənc  

özünün yazdığını söyləyir. Ruhanilərin fitvası ilə onu dar ağacından asılmağa məhkum 

edirlər. Hadisədən xəbər tutan Nəsimi özünü cəza meydanına yetirib, şeirin müəllifi 

olduğunu bildirir. Ruhanilər onun hürufi mürşidi olduğunu öyrənib, diri-diri 

soyulmasına fitva verirlər.  

Dərisi soyularkən qan itirən  şairin saraldığını görən ruhanilər istehza ilə 

soruşurlar: - Sən ki həqsən, bəs niyə rəngin sarıdır?  

Nəsimi:  Mən  əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş batanda 

saralar, - deyə cavab verir.”  

Şair öz dəyanətini, mübarizliyini, əqidəsi yolunda  dönməzliyini  əks etdirən 

məşhur “Ağrımaz” qəzəlində iki insanı qarşılaşdıraraq yazırdı: 


Filologiya  məsələləri – №02, 2015 

 

325



Zahidin bir barmağın kəssən, dönüb haqdan  qaçar, 

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz. 

 Beytdən göründüyü kimi, şairin insana münasibəti fərqlidir. Barmağı kəsiləndə 

haqdan qaçan zahid  əslində  şər xislətlidir. Dediyi sözlə  əməli düz gəlməyən yalançı, 

saxtakar zahid cahil insanı təmsil edir. Nəsimi fəlsəfi şeirlərində belə insanları müxtəlif 

əbalara bürünsələr də, nadan hesab edir. Çünki tamah, nəfs ucbatından mənəviyyatını 

itirmiş bu insanlar hər cür saxtakarlığa, cinayətə əl atmağa hazırdır. 

 Əsərin lirik qəhrəmanı  şair özüdür. Lirik qəhrəman gerçək aşiqdir. O, əqidə 

mücahididir. Ölsə  də,başdan ayağa dərisi soyulsa da, fərarilik etməz, haqq yolundan 

imtina etməz. Şairin fikrincə, gerçək aşiq ləyaqətli insandır, öz ağlı, düşüncəsi, yüksək 

mənəvi keyfiyyətləri ilə seçilir. 

 Şair bu əsərdə insan iradəsinin əzəmətindən, əqidə mücahidini  ölümün gözünə 

dik baxmasından qürurla söz açır. Lirik qəhrəmanın mətanəti, dözümü, ağır işgəncələrə 

dözmək , düşmən qabağında əyilməmək əzmi şeirin hər misrasında öz əksini tapır.  

Canə sən candan nə kim gəlsə, ciyərlər ağrımaz, 

Həqq bilir, bir zərrə neştərdən damarlar ağrımaz. 

        Şair inamla bəyan edir ki, ölüm qorxusu onun qəlbinə hakim ola 

bilməyəcək, insana olan məhəbbəti ona dözüm, güc verəcəkdir. 

Şaha, mehrindənmidir, ya aşinalıqdan mıdır, 

Cismimi sər ta qədəm min gəz yararlar, ağrımaz. 

    Şair bu çətin məqamda da dediyindən dönmür, zahidin nahaq fitvasını bütün 

həyatı boyu mübarizə apardığı haqsızlığın, ədalətsizliyin bariz nümunəsi hesab edir. 

Zahidin puç əfsanəsi, adəti üzrə söylədiyi yalanı şairin sanki ömür boyu dediklərinin 

həqiqət olduğunu bir daha sübut edir. 

Fitvasından zahidin nahəq məni gər soyalar, 

Qəm deyil səndən- şəxa, görcək damarlar ağrımaz. 

Zahidin əfsanəsindən soydular nahaq məni, 

Həqq bilir səndən, şəxa, sahib nəzərlər ağrımaz. 

  Şair haqqı, haqq sözü  insanlara çatdırmaq, izhar etmək üçün apardığı 

mübarizənin uğursuzluğundan sarsılmadığını  söyləməklə  arif insanların öz yoluna 

davam etdiyini bir daha təsdiqləmiş olur.     

Şişəmi çün daşə çaldım, Həqqi izhar eylədim, 

Çeşm-i əhval ağrıdan arif bəşərlər ağrımaz. 

 Sənətkarın insan qəssablarını murdar adlandırması onun cəhlətə, nadanlığa, 

dünya malına uyub zülm, ədalətsizlik yolunu tutanlara ittiham kimi səslənir. 

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin, 

Bunca namərdi görün, bir ər qıyarlar; ağrımaz 

İmadəddin Nəsiminin  ən dəyərli  əsərlərindən olan, onun kamil insan 

konsepsiyasının mahiyyətini yüksək sənətkarlıqla  əks etdirən,  əruzun rəcəz bəhrində 

yazılmış “Sığmazam” qəzəlidir. Bu məşhur əsərdə hürufilik təriqətinin əsas müddəaları 

öz bədii əlksini  parlaq şəkildə tapmışdır: 

Məndə sığar iki cahan, mən bu cahana  sığmazam, 

Gövhəri-laməkan mənəm, kövnü-məkanə sığmazam. 

Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün, 

Kəs sözünüvü əbsəm ol, şərhü bəyanə sığmazam. 

Şaitrin fəlsəfi-panteist düşüncələrinin ifadəsi olan qəzəldə kamil insanın obrazı 

yaradılıb, onun mənəvi ucalığı  tərənnüm edilib. Şair sanki şər xislətli, cahil insanlara 

müraciətlə deyir ki, siz bu fani dünyaya, onun saxta həzlərinə uymusunuz. Mən isə iki 

cahana, yəni maddi və  mənəvi aləmə  sığmazam.  Şair özünü “gövhəri-laməkan” 


Filologiya  məsələləri – №02, 2016 

 

326



adlandırmaqla Allah-təalaya aid edilən xislətlərin insanda təcəlla etdiyini söyləyir, cahil 

insanı ayıltmaq istəyir. 

Qəzəlin əruz vəzninin rəcəz  bəhrində yazılması təsadüfi deyildir. Məlumdur ki, 

rəcəz sözünün mənası  döyüş zamanı meydan oxumaq, hərbə-zorba gəlmək deməkdir. 

Şair  əsərin ideya-məzmununa uyğun bu bəhri seçməklə düşmən qarşısında sarsılmaz 

iradəsini, əqidə, iradə möhkəmliyini, qürurunu, əyilməzliyini göstərmək istəmişdir. 

Şair iki cahana sığmayan insanın əzəmətini, böyüklüyünü, ləyaqətini iftixar hissi 

ilə bəyan edir. Bu, əlbəttə, insana günahkar bəndə kimi yanaşan fanatiklərin, riyakar din 

xadimlərinin mövqeyini sarsıdır, şairin  düşmənlərini artırırdı. 

Zəmanəsində insana münasibətə, insan şəxsiyyətinin alçaldılmasına, istismara, 

yalana etiraz edən şair yaşadığı cəmiyyətdə əhdinə vəfalı, doğru danışan, haqqı bilən, 

gerçək insan tapa bilmədiyini ürək ağrısı ilə söyləyir: 

Qanı bir əhdü peymanı bütün yar?! 

Qanı bir qövlü gerçək, doğru dildar?! 

Qanı həqqi bilən bir gerçək ər kim, 

Ola doğru anın dilində  göflar?! 

 Nəsiminin fikrincə, Allah insanı xoşbəxt olmaq üçün yaratmışdır, bu xoşbəxtlik, 

yalan, bəd əməllər üzərində qurula bilməz. Div, şeytan təbiətli insanlar  başqalarına 

zülm edir, şər əməlləri ilə fəlakətlər törədirlər. O, üzünü bu dünyaya uyanlara, Haqqı 

unudanlara, “divi-rəcimlərə” ( lənətlənmiş, nifrətə layiq divlərə)  tutub deyirdi: 

Var-dövlətdən nəyin varsa, səxavətlə xərclə müdam, 

Sərvət yığmaq, dövlət yığmaq sonsuzlara olmuş şəkər, 

Cahan mülkü karvansara, insanlarsa bir qonaqdır, 

Ölüm isə darvazadan asılmış bir əyri çənbər. 

Humanist şair şər xislətli insanın da haqq yoluna qayıdacağına ümidini itirmir,  

həyatın mənasınıən sərvətdə, dünya malında olmadığına, xeyirxahlığın, dünyanı  dərk 

etməyin, həyatın mənasınıə, gözəlliyini dərk etməyin zəruriliyinə inandırmağa çalışırdı. 

Yoxdur vəfası dünyanın, aldanma anın alına, 

Rəngindən oldu münfəil hər kim boyandı alına. 

Əsli dənidir dünyanın, zatında yoxdur bir əlif  

Tərkibinə gəl bax anın, şol yavü nunü dalına. 

Arısı yalandır, saqın dadlısına aldanma kim. 

Acıdır anın şəkkəri, ağı qatılmış balına. 

 

Fani cahanın  sevgisi damu odudur yandırır,  



Qaç ol qarıdan, ey könül,  aldanam zülfü  xalına. 

 

Vəfasız dünyaya uymaq, balına zəhər qatılmış, şəkəri acı olan zəmanənin hiylə-



sinə, yalanına aldanmaq insanı cılızlaşdırır, onu sevgisiz, dostsuz  həyat, mənəvi təklik, 

tənhalıq, nəticə etibarilə peşimançılıq gözləyir. 

Nəsimi insanı özünü, dünyanı, təbiəti dərk etməyə çağırır.  Şairi insanın bu 

dünyaya gəlməsinin mənası, dünyanın yaradılığı, kainatın, təbiətin sirləri düşündürür, 

kamilliyi zəkada, düşüncədə, bu sualların cavabının  axtarılmasında  görürdü.  

 Nəsiminin fikrincə, kamil olmaq, Haqqa qovuşmaq üçün insan öz nəfsinə qalib 

gəlməli, nəfsini haram şeylərlə məşğul etməməlidir.Bir növ cahillikdən uzaqlaşıb 

tədricən kamilliyin zirvəsinə doğru yaxınlaşmalıdır.  İnsan onu Allahdan uzaqlaşdırıb 

şeytanın vəsvəsəsinə uyduran hər cür vasitələrdən çəkinməli, öz saflığını qorumalıdır: 

Məgər həqdən ziyan gördün ki,batil qövlə yapışdın, 

Çevirdin üzünü həqdən, saqın kim, həq degil batil. 


Filologiya  məsələləri – №02, 2015 

 

327



Akademik T.Kərimli və S.Şıxıyeva yazır ki, Nəsimi humanizmində  insana 

məhəbbət ucdantutma deyil; burada seçim var: Nəsiminin sevdiyi və hörmət bəslədiyi 

insan  -kamil insandır, insanlıq adına layiq olan fizioloji varlıqdır: 

Mərhəba, insani –kamil, canımın cananəsi, 

Aləmin cismi sədəfdir, sənmisən dürdanəsi? 

Bu cür ali mərtəbəyə çatmış kamil insan şairin gözündə Tanrının yer üzərindəki 

bir nümayəndəsi kimi cilvələnir və böyük mütəfəkkir fəxrlə deyir ki,  onu yalnız 

qorxduqlarına görə, Tanrıya  şərik çıxarmamaq üçün  Haqq (Allah)  adlandırmırlar. 

Şairin aşağıdakı beyti məhz  Tanrı məzhəri olan kamil insana ünvanlanmışdır: 

Səni bu hüsnü camal ilə, bu lütf ilə görən 

Qorxdular Haqq deməyə, döndülər insan dedilər. 

Nəsimi yaradıcılığında dünya, cəmiyyətdəki qanunlar insanın saflığını pozur. 

İnsanın nəfsi onu dünyaya uymağa sövq edir. Tamahınıln quluna çevrilən insan bütün 

ümidlərini, arzularını dünyəvi hisslərlə maddi aləmə bağlayır və həqiqət yolundan azrır.  

Məhz buna görə  də  Nəsiminin giley, qınaq və  tənqid hədəfi dünyadan onun 

insanlarına və ictimai həyata doğru yönəlir. 

Dərdü qəm ilə yandı könül, yar bulunmaz, 

Çox darü diyar istədi, dəyyar bulunmaz . 

Nəsimi  humanizminin  çağdaş dünyamız üçün önəmli olan cəhətlərindən biri də 

onun mücərrəd xarakter daşmaması, konkret insan münasibətlərini. Real insan 

gözəlliklərini əks etdirməsidir.Bu cür miniatür poetik örnəklərdə konkret bir situasiyada 

təsirlənmiş  və köksünü qabardan emosiyaları “isti-isti” qələmə almış bir sənətkarın  

könül çırpıntıları aydınca duyulmaqdadır. (1,232-233)  

Kamil insan Nəsiminin fəlsəfi şeirlərinin lirik  qəhrəmanıdır. Kamil şəxsiyyət 

dərin idrak sahibidir, öz düşüncəsi ilə özünü və ilahi həqiqətləri dərk edir, hərflərin 

elmini bilir, şeytan adlanan nəfsin əsarətinə düşmür, div xislətindən uzaq olur, hürufi 

görüşlərini dərk və qəbul edir, insanı və haqqı sevən həqiqət yolçusudur. Sənətkarın 

filosof düşüncəli lirik qəhrəmanı kamillik yolunun əsas stimulu kimi eşq camını nuş 

etməyi məsləhət bilir. 

Nəfsini hər kimsə kim, tanıdı ol həqqi bilir, 

Arifi-rəbb oldu ol kim, tanrı buldu səbat. 

Kamilliyı gedən yol asan deyil, bu yolu gedən insan çətinliklərə qatlaşmalı, 

sınaqlardan üzüağ çıxmaq üçün mətanətliu olmalıdır. Nəsimi insana böyük qiymət verir 

və insanı alçaldan, insanın iradə  və azadlığını buxovlayan hər cür amilə etiraz edir. 

İnsan  ən qiymətli bir sərvətdir. Hər  şey onun yer üzündəki səadətinə  və azadlığına 

xidmət etməlidir. 

Dünyanın sevgisi ağır yük imiş, məndən eşit, 

Nəfsini yük etmə ana, ey səbükbar, istəmə!  

Nəfsi xəbisə uymaq nadanların işidir, 

İşin nədir, gör axır, fikr eylə, olma nadan.  

Şair dönə-dönə oxucusunu nəfsdən, tamahdan, xəbislikdən  ikrah etməyə, nadan 

olmamağa səsləyir. Onu öz nəfsinin hara aparacağını dərk etməyə çağırır. 

Göründüyü kimi, Nəsimi kamil insan haqqında qənaətlərini hürufi baxışları ilə 

əlaqələndirmiş, insan obrazlarını yaradarkəm yaşayıb-fəaliyyət göstərdiyi mühitin 

reallıqlarına münasibət bildirmiş, mütərəqqi fəlsəfi baxışları  əsas götürmüş  və    və 

bununla fəxr edərək öz müasirlərinə və özündən sonra sənətə gələcək insanlara örmək 

göstərmişdir.

 

O,  humanizm məsələsində öz dövrünü və özündən sonrakı dövrün 



baxışlarını xeyli qabaqlamış, kamil insan, insana humanist münasibətlə bağlı bu gün də 

öz əhəmiyyətini itirməyən, aktuallığını qoruyub saxlayan müdrik fikirlər söyləmişdir. 

Filologiya  məsələləri – №02, 2016 

 

328



Nəsimi bu gün də bəşəriyyəti düşündürən problemlərə fəlsəfi və bədii müstəvidə 

münasibət bildirmiş, humanist baxışları ilə  bəşəriyyətin böyük ustadları  sırasında öz 

şərəfli yerini həmişəlik tutmuşdur.  

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə