Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə37/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

ƏDƏBİYYAT 

1.  Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. 3-cü cild. 

2.  Araslı H. İmadəddin Nəsimi. Bakı: Azərnəşr, 1972. 76 səh. 

3.  Araslı H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı: 1956. 

4.  Babayev Y. Təriqət ədəbiyyatı:sufızm, hürufızm. Bakı: Nurlan, 2007, 128 s. 

5.  Bayat F. Türk təkkə (təsəvvüf) ədəbiyyatı. Bakı: Elm və təhsil, 2011. 440 s. 

6.  Heydər Əliyev ədəbiyyat və incəsənət haqqında.Bakı: Günəş, 2004. 

7.  Qəmbərova Q. Nəsimi şeirində sözün hikmətləri. Bakı, Elm və Təhsil, 2009. 

8.  Quliyeva M. Klassik Şərq poetikası. Bakı, Yazıçı, 1991. 

9.  Nəsimi İ. Seçilmiş əsərləri. 2 cilddə. I c. Bakı:Lider nəşriyyat, 2004. 336 s. 

10. Nəsimi İ. Seçilmiş əsərləri. 2 cilddə. II c. Bakı: Lider nəşriyyat, 2004. 376 s. 

11. Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: 

Maarif, 1982, 388 s. 

 

Н.С.Масумзаде   

ХУДОЖЕСТВЕННОЕ ОТРАЖЕНИЕ ОТНОШЕНИЯ  К ЧЕЛОВЕКУ В 

ТВОРЧЕСТВЕ И.НАСИМИ 

 

 

 

РЕЗЮМЕ 

В статье анализируется особенности художественного отражения 

отношения  к человеку в творчестве великого Азербайджанского поета И.Насими. 

Отмечается, что в своих философских стихах поэт воспевает величие человека,  

силу его разума и веры в  справедливость. Насими противопоставляет личности 

совершенного человека к жадным, двуличным людям, творящим зло. 



 

N.S.MASUMZADE 

ARTISTIC REFLECTION OF THE RELATIONSHIP TO THE PERSON IN 

THE WORK I.NASIMI 

 

SUMMERY 

The article analyzes the features of artistic reflection to man in the work of the 

great Azerbaijani poet I.Nasimi. It is noted that in his philosophical poems poet extols 

the greatness of man, the power of his mind and faith in justice. Nasimi contrasts the 

perfect person to person greedy, duplicitous people who do evil. 

 

Rəyçi: Bilal Hətəmli 

 

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent 

 

 


Filologiya  məsələləri – №02, 2015 

 

329



İLAHƏ XANTƏMİROVA 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin  

ilahakhantamirova@gmail.com 

 

MİRZƏ BALA MƏHƏMMƏDZADƏNİN “QADINLARA HÜRRİYYƏT” 



MƏQALƏSİNDƏ QADIN AZADLIĞI PROBLEMİ 

 

Açar sözlər:  M.B.Məhəmmədzadə, mühacirət, Azərbaycan, hürriyyət, qadın, təhsil 

Key words: M.B. Mahammadzada, emigration, Azerbaijan, liberty, woman, education 

Ключевые слова: Мирза Бала Мамедзаде, эмиграция, Азербайджан, свобода, 

женщина, образование 

 

Azərbaycan mühacirət mətbuatının nümayəndəsi, yazıçı, publisist, tarixçi, istiqlal 



hərəkatının fəallarından olan Mirzə Bala Məhəmmədzadənin həyatı  və yaradıcılığı 

haqqında müəyyən sayda araşdırmalara rast gəlmək mümkündür. Lakin, bu araşdırmalar 

əsasən onun həyatı  və  səthi  şəkildə yaradıcılığının öyrənilməsi ilə  məhdudlaşır. M.B. 

Məhəmmədzadənin yaradıcılığı Azərbaycan tarixinin çox mürəkkəb və  həlledici bir 

dövrünə təsadüf edərək müstəqillik uğrunda mübarizə, iki illik istiqlal və vəfatına qədər 

davam edən mühacirət həyatını  əhatə etmişdir. Bu qədər zəngin tarixi proseslərin baş 

verdiyi bir dövrdə yaşamış müəllif həmin hadisələrdən kənarda qalmayaraq dövri 

mətbuat orqanlarında siyasi-ictimai analizlər apararaq öz mövqeyini sərgiləmişdir. O, 

yaradıcılığında yalnız bunlarla kifayətlənməmiş, Azərbaycan tarixinin müxtəlif  

dövrlərinə aid təhlillər aparmış, bizim üçün hələ  də  əhəmiyyətini itirməyən mühüm 

mövzulara toxunmuşdur. Bütün bunları  nəzərə alaraq, tam əminliklə deyə bilərik ki, 

üzərindən təxminən bir əsrlik dövr keçməsinə baxmayaraq onun yaradıcılığı, toxunduğu 

problemlər dövrümüzdə də öz aktuallığını saxlamaqdadır.  

Mirzə Bala Məhəmmədzadənin yaradıcılığına qısa nəzər saldıqda həqiqətən də 

zəngin, araşdırılması önəmli olan bir irsə malik olduğunu görürük. Qeyd edildiyi kimi 

M.B.Məmmədzadə    həm Bakıda, həm də mühacirətdə yaşadığı müddətdə müxtəlif 

sayda qəzet və jurnallarla əməkdaşlıq etmiş, Azərbaycan tarixi üçün əhəmiyyətli olan 

qiymətli  əsərlər yazmışdır. Çox erkən yaşlarından yaradıcılığa başlayan müəllifin ilk 

əsəri 1912-ci ildə çap olunmuş “Nəf elm və elmin sonu”dur. O, 1915-ci ildən “Açıq 

söz” qəzetində “Açıq sütunlar” bölməsində məqalələr yazmağa başlayır.  Sonrakı illərdə 

“Bəsirət” qəzetində baş redaktorluq etmiş, 1918-1920-ci illərdə  nəşr olunan 

“Azərbaycan” və gizli fəaliyyət göstərən “İstiqlal” qəzetlərində  yazılarla çıxış etmişdir. 

1918-ci ildə Tiflisdə  “İki  inqilab arasında” adlı kitabçası, 1922-ci ildə Bakıda 

“Azərbaycan türk mətbuatı”, 1927-ci ildə İstanbulda “İran və Ermənilər”, 1938-ci ildə 

Berlində “Milli Azərbaycan hərəkatı” və  nəhayət 1951-ci ildə “Azərbaycan tarixində 

türk Albaniyası” adlı  əsərləri çap olunmuşdur (8,50). Mühacirətdə yaşadığı zaman 

yalnız əsərlər yazmaqla kifayətlənməmiş, əvvəlki vaxtlarda olduğu kimi müxtəlif qəzet 

və  məcmuələrdə öz yazılarını çap etdirmişdir. Onun xaricdə  əməkdaşlıq etdiyi mətbu 

orqanlarına “Azərbaycan” “Yeni Qafkasya”, “Odlu Yurt”, “Azəri Türk”, “Bildiriş” və s. 

kimi mühacir qəzet və jurnalları daxil idi. O dövrün gerçəkliklərini öyrənmək 

baxımından həmin qəzet və jurnallar xüsusi əhəmiyyət kəsb edir.  

Mizrə Bala Məhəmmədzadə əsərlərində çoxçeşidli mövzulara toxunmuşdur. Onun 

yaradıcılığına nəzər saldıqda siyasi məsələlərdən tutmuş, sosial, iqtisadi problemlərə 

qədər müxtəlif mövzularda işlədiyinin  şahidi oluruq. Onun üçün önəmli olan 



Filologiya  məsələləri – №02, 2016 

 

330



mövzulardan biri də azadlıq məsələsi idi. Azadlıq anlayışı onun üçün yalnız 

Azərbaycanın hürriyyəti ilə  məhdudlaşmırdı. Bura insan azadlığı, kəndli hüquqları, o 

cümlədən, qadın azadlığı daxil idi. Digər məsələlər kimi qadınların hürriyyəti məsələsi 

də uzun zaman əsas problemlərdən biri olaraq qalmış, onun həll edilməsi üçün xalqın 

müxtəlif nümayəndələri tərəfindən cəhdlər olunmuşdur. Mirzə Bala Məhəmmədzadə 

üçün də bu məsələ xüsusi önəm daşımış və mövzuya xüsusi həssaslıqla yanaşmışdır. O, 

bir çox araşdırmalarında bu problemi təhlil edərək onun həll olunmasının 

əhəmiyyətindən, keçdiyi proseslərdən və  çətinliklərdən başlamış  həlli prosesinə  qədər 

olan məsələlərə pillə-pillə toxunmuşdur. Bu mövzu müxtəlif müəlliflər tərəfindən 

araşdırılsa da, məsələni Mirzəbala Məhəmmədzadənin mövqeyindən araşdırmaq işin 

elmi yeniliyi hesab oluna bilər.  

Məqalə M.B. Məhəmmədzadənin bir araşdırması  əsasında işlənib. Təəssüf ki, 

hələlik  əlimizdə onun bu mövzuda yazdığı yalnız bir məqaləsi var. Bu  1954-cü ilin  

mart ayında Ankarada Azərbaycan mühacirləri tərəfindən yaradılmış “Azərbaycan 

Kültür Dərnəyi”nin mətbu orqanı olan “Azərbaycan” jurnalında  nəşr olunan “Qadınlara 

hürriyət” adlı məqalədir. Məqalə 1950-ci illərdə yazılsa da buradakı hadisələr XIX əsrin 

sonu və XX əsrin əvvəllərinə təsadüf edir. Bu o dövr idi ki, cəmiyyətdə qadının heç bir 

hüququ və söz demək haqqı yox idi. Hər yerdə  cəhalət, qadın savadsızlığı hakim idi. 

Lakin, bunun cəmiyyət üçün necə böyük fəlakət olduğunu dərk edən və buna görə 

mübarizə aparan ziyalılar formalaşmaqdaydı. Onlar, qadınların cəmiyyətdə həqiqətən də 

yüksək bir mövqeyə malik olduğunun danılmaz bir fakt olduğunu qeyd edir, bu 

problemin həlli üçün müxtəlif yollarla, o cümlədən, mətbuat orqanları vasitəsi ilə 

təbliğat apararaq insanların gözlərini açmağa çalışırdılar. Maraqlıdır ki, o dövrün 

mətbuat orqanlarında ən geniş yayılmış bir şüar var idi: “Bir münəvvər ana yüz məktəb 

müəlliminə bərabərdir” (3, 3). 

Qadın hüququ məsələsi müsavatçıların da gündəmində  əsas məsələlərdən 

olmuşdur. Müsavat partiyasının bir üzvü olaraq Mirzə Bala Məhəmmədzadə “Qadınlara 

hürriyyət” adlı məqaləsində qeyd edirdi: “Milli Azərbaycan Xalq Partiyası “Müsavat”ın 

təmsil etdiyi demokratik cəbhə qadınların seçib seçilmək haqlarına malik olmalarını, 

milli məfkurənin gərçəkləşməsi üçün əsas  şərtlərdən biri, bəlkə  də  ən başda gələni 

olaraq qəbul etməkdə idi. Məmləkətin idarəsini  ələ almaq və milli dövlət  əməlini 

reallaşdırmaq üçün seçimlərin qazanılması lazım gəldiyinə  tərəddüdsüz olaraq iman 

edən demokratik cəbhə, qadınları  əsir bir millətin seçimləri qazanmayacağını  və 

məmləkət müqəddəratının qeyri-türk azlıqlarının əlinə keçəcəyini irəli sürürdü” fikirləri 

ilə ifadə edirdi(3, 2). Bütün bu fikirlər, cəhdlər istiqlalımızın elan edilməsi ilə özünün 

kuliminasiya nöqtəsinə çatmış oldu. 1918-ci il may ayının 28-i ilk dəfə Azərbaycan adlı 

bir dövlətin yaranması ilə yanaşı yalnız Azərbaycan tarixində deyil, bütün türk-

müsəlman dünyasında ilk dəfə qadınların hüquqları rəsmiləşdirildi və onlar cəmiyyətin 

hüquqlu vətəndaşı kimi qəbul olundu. Müəllif də bu məsələni önə çəkərək qeyd edilən 

məqaləsini  İstiqlal bəyannaməsinin dördüncü maddəsinə istinad edərək başlayır: 

“Azərbaycan  İstiqlal Bəyannaməsinin milli və  vətəni haqlardan bəhs edən dördüncü 

maddəsi, millət, məzhəb, sinif, məslək fərqləri ilə birlikdə, cinsiyyət fərqlərini də aradan 

qaldıraraq, kişilərə  və qadınlara bərabər hüquqlar tanımaqdadır. Mədəni, hüquqi və 

siyasi mənası ilə Azəri qadınını tam hürriyyətə  və insan haqlarına qovuşduran bu 

qərarın türk və müsəlman aləmində çox böyük bir inqilab həmləsi olduğuna  şübhə 

yoxdur. Yeni doğan demokratik bir cümhuriyyətin gələcək konstitusiyasına təməl 

olacaq İstiqlal Bəyannaməsinin digər maddələri kimi, bu maddə də, tarixi bir təkamül 


Filologiya  məsələləri – №02, 2015 

 

331



seyrinin məntiqli nəticəsi idi. Qadınlarla kişilərə mədəni haqlarda bərabərlik prinsipini 

tanıyan bəyannaməni elan edən Azərbaycan Milli Şurası qadınların da iştirak etdiyi 

ümumi və  sərbəst bir seçim ilə  təşəkkül etmişdi. O seçim günlərin xatırlayanlar və 

yaxud o dövrün mətbuatını incələyəcək olan bu günün və sabahın nəsilləri azəri 

qadınının istiqlal hərəkatındakı müsbət və mühüm rolunu qiymətləndirəcəkdir” (3, 2). 

Mirzə Bala Məhəmmədzadənin “Milli Azərbaycan Hərəkatı” adlı  əsərində isə bu 

fikirlərə rast gəlirik: “Azəri Türk qadınları Milli Şura seçimlərində kişilər qədər 

qabiliyyət göstərmişdir. Onlar demokratik seçkilərdə kişilərlə  bərabər iştirak etməklə 

məmləkətin müqəddəratında böyük rol oynamışlar. Milli Müsavat Xalq Partiyası qadın 

haqq və hüququnu mühüm bir prinsip hesab edərək öz proqramına daxil etmişdir. Hətta 

bu partiyanın üzvləri sırasında kişilərlə bərabər qadınlar da mövcuddur (4, 15). 

Mirzə Bala Məhəmmədzadənin qeyd edilən məqaləsində Azərbaycan 

Cümhuriyyətinin elan edilməsinə  qədər qadınların  əsasən iki məsələnin həlli uğrunda 

mübarizə apardığını qeyd edir. Birinci, qadınların müasir məktəblərdə  təhsil alması, 

ikinci isə onların çarşablardan xilas olması  məsələsi idi. Qeyd edilən ikinci məsələ 

tərəqqipərvər aydınların fədakarcasına mübarizəsi nəticəsində ziyalılar ordusu qələbə 

qazandıqca tədrici təkamül seyri göstərirdi. Bu təkamül seyrinə paralel olaraq, əsasən 

qadınların hürriyyəti və kişilərlə  bərabər haqlara malik olmaları  məsələsi də meydana 

çıxır,  bu mübarizəni ələ alan dərnəklər və birliklər qurulurdu (3, 3). 

 Birinciyə  gəldikdə isə bu həqiqətən də çox mühüm problemlərdən biri olaraq 

qalırdı.  Məlumdur ki, XIX əsrin sonlarında  Bakıda bir sıra qadın məktəbləri fəaliyyət 

göstərirdi ki, burada, əsasən, qeyri–azərbaycanlı  qızlar təhsil alırdılar. Azərbaycanlı 

qızlar üçün təhsil müəssisəsinin açılması isə  hələ  də  həyata keçirilməmiş qalırdı. 

Baxmayaraq ki, bu çox həyati bir məsələ və cəmiyyətin, xalqın inkişafının özəyi hesab 

olunurdu.  Əgər bir millətin qadını  təhsilsizdirsə, o millətdən işıqlı  gələcək gözləmək 

sadəcə avamlıqdır. Bu fikri bir sıra mütəfəkkirlərimizin yazılarında da müşahidə etmiş 

oluruq. Bu münasibətlə  Məhəmməd ağa  Şahtaxtinski yazırdı: “Qadın təhsili.... 

elementar ümumtəhsil bilikləri verər və islam dünyasını əsaslı sosial xəstəlikdən xilas 

edər, çünki qadınlar qapalı  həyat sürürlər. Bu həyatda fiziki və  əqli sağlamlıq  üçün 

zəruri olan  hərəkətlərin, sərbəstliyin olmamağı onları ərköyün və aciz, arıq, qanı aşağı, 

cansız edir. Özlərinin bu çatışmazlıqlarını, əlbəttə ki, analar irsən nəinki qızlarına, hətta 

oğlanlarına da keçirirlər” (2,7). M.B.Məmmədzadə də məqaləsində o dövrün mətbu or-

qanı olan “Dəbistan” jurnalından sitat gətirir: “Mədəniyyətli və tərbiyəli anaların əllə-

rində bəslənmiş uşaqların gələcəkdə millət xadimi və camaata xeyir və fayda verən bir 

şəxs olacaqlarına əsla şəkk və şübhə etməməlidir”, ardınca isə mətbuatın əməyinin boşa 

getmədiyini qeyd edirdi: “Ailənin təməl daşını təşkil edən ananın qucağını “ilk məktəb” 

olaraq anan və milli mövcudiyyətin özü kimi qəbul edilən o qucağın mədəniyyət və 

ziyalı ocağı halına gəlməsinə çalışan mətbuatın əməyi boşa getməmişdi” (3, 4) . 

Həqiqətən də, uzun illər  ərzində kölə kimi, yalnız məişət işləri ilə    başını qatan 

Azərbaycan qadınının həyatını  dəyişmək vaxtı yetişmişdi. Nə yetişdirmişdi onu? 

Cəmiyyətdə baş verən hadisələr Azərbaycanın da istiqlaliyyətini vacib edirdi, uzun 

müddət Rusiya tabeçiliyində olan xalqlar artıq bu istibdaddan cana doyaraq öz 

azadlıqları  uğrunda mübarizə zamanının yetişdiyini dərk edirdilər. Lakin bu sahədə də 

problemlərimiz qalmaqda idi. Ən böyük məsələ  təhsilli insanlarımızın, ziyalılarımızın 

say azlığı idi. Bir sözlə desək sayı çox, ziyalısı az olan xalqımızın yeni işıqlı simalara 

ehtiyacı var idi. Təhsilsizlikdən, savadsızlıqdan bu azadlıq hərəkatını yönəldəcək 

insanların sayı az idi. Odur ki, daha çox düşünən beyinə ehtiyacımız var idi. Bu yol isə 


Filologiya  məsələləri – №02, 2016 

 

332



ilk məktəb olan ana qucağından keçirdi. Qadın nə  qədər təhsilli olardısa cəmiyyətə 

təqdim etdiyi şəxslər, vətəndaşlar da o qədər açıq beyinli, savadlı olacaqdı. Deməli, 

məsələnin həlli qadınlarda idi. Bizim maarfipərvər ziyalılarımız bunu dərk edib artıq 

müsəlman qızlar üçün təhsil müəssisəsinin açılması  zərurətini anlayırdılar. Qadınların 

oxumaları  zərurətini meydana qoyan səbəb yenə milli mövcudiyyət məfkurəsi idi. 

Qadınlar ya azad və kişilərlə  bərabər olacaq və bu sayədə öz ana torpağında öz 

müqəddəratını  əlinə alacaqdı  və ya qadınları insanlıqdan və hürriyyətdən məhrum 

edərək bütün mültezimi əcnəbilərin, hətta bizdən dəfələrlə az olan qonşularımızın 

ixtiyarına buraxacaqdı (4, 16). 

Qeyd edilən məqaləsində qız məktəbinin açılmasına qədər fəaliyyətdən bəhs edən  

M.B.Məhəmmədzadə Azərbaycan mütəfəkkirlərinin bu mövzu ilə bağlı  fəaliyyətlərini 

xüsusi qeyd etmişdir. Problemə yanaşmanı Mirzə  Fətəli Axundzadənin  əsərləri ilə 

başlayan publisist onun bu məsələyə ilk önəm verən biri olduğunu vurğulamışdır. O, 

Axundzadənin  əsərlərindəki qadın obrazlarının müxtəlif çeşidləri, hətta, bəzən 

kişilərdən daha cəsur olduğunu qeyd etmişdir. Bundan sonra maarifçilik hərəkatında 

xüsusi xidməti olan Həsən bəy Zərdabi haqqında fikirlərini ifadə edərək  “Mirzə 

Fətəlidən sonra davayı ələ alan Məlikzadə Həsən bəy, o günki şərtlər daxilində, Azəri 

qadınını “Həyat yoldaşının qulu” kimi qəbul edir və millətin bütün fərdləri ilə birlikdə 

onların da hürriyyət işığından  nəsib alması  təmənnasını gizləmirdi” deyə bildirirdi. 

Həmçinin o, Həsən bəyin yalnız, türkcə ilk qəzeti və ilk teatrı quran bir sənətkar 

olmadığını, bunları maarifi yaymaq uğrunda bir vasitə  qəbul edən Həsən bəyin  əsas 

davasının ana dilində müasir məktəb olduğunu qeyd edirdi (3, 3).  Böyük İsmayıl 

Qaspiralı “Tərcüman”ın 3 mart 1896-cı il tarixli 9-cu sayında bu məsələ ilə bağlı 

yazırdı: “Həsən bəy Rusiyada ilk olaraq “Əkinçi adında milli qəzet təsis etmişdi. Bu 

cəhətdən ustaddır. Bu dəfə Bakıda müsəlman qızlarına məxsus məktəbi fənniyə  təsisi 

üçün  müraciət edir. Həsən bəyəfəndi həqiqət, insanlıq nümunəsi bir zatdır. Gənc 

zamanını  mətbuata, yaşlılığını maarifə  və bütün ömrünü istifadeyi-milliyəyə 

vermişdir”(3, 3). Məlumdur ki, məktəb açılması üçün çar hökumətindən icazə ala 

bilmədiyindən fikrini həyata keçirə bilmədi. Lakin bu ideya sonradan inkişaf etdirilərək 

reallaşdırıldı. Bu işi öz təhsilsiz olmasına baxmayaraq elmə, maarifə xüsusi önəm verən, 

bu sahədə xüsusi xidmətləri olan Hacı Zeynalabdin Tağıyev etdi. O, çox böyük 

çətinliklərdən sonra nəhayət ki, 1901-c ildə türk-müsəlman dünyasında ilk qızlar 

məktəbinin açılmasına nail oldu. Bu dövr etibarilə böyük bir hadisə idi. Bütün 

maneələrə baxmayaraq bu iş gerşəkləşdi. O dövr mətbuatında da bu hadisə yüksək 

qiymətləndirilərək alqışlanırdı. “Tərcüman” qəzetinin 1896-cı il, 14-cü sayında 

bildirilirdi: “Müsəlman qızlarının təhsil və  tərbiyəsinə  məxsus böyük məktəbi-fənniyə 

və ədəbiyyə təsisinə qərar verilib, hamiyət və efkari maarifpərəstisi ilə məşhur tacir və 

fabrikatör Hacı Zeynalabdin cənablarının təşviqi ilə Bakıda zadəgan və muteberani–

islamin 150 000 rubla cemettikleri hüsusi bir teleqrafdan anlaşıldı. Yaşayınız bakılılar. 

Tereqqi yolundasınız... ” (3, 3).  

Bu  ənənə sonralar da, Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra da 

davam etdi. Qeyd edildiyi kimi, qadınlara ilk dəfə seçim hüququ verən AXC hökuməti 

qadınların təhsil məsələsinə  də xüsusi önəm verirdi. Yeni məktəblər açılır, digər 

tərəfdən yeni qurulmuş kişilər və  qızlar universitetləri vasitəsi ilə müəllimələr 

hazırlanırdı. Maarif nəşriyyatı işində qadınların tərbiyəsi də kişilərlə bərabər tutulurdu. 

Mövcud rus gimnaziya liseylərindən biri tamamilə milliləşdirilmiş, bir çox qız ibtidai 

məktəbləri açılmış, hamısı da qızlarla dolmuşdu (6, 43).  


Filologiya  məsələləri – №02, 2015 

 

333



 Lakin, məlumdur ki, bu uğurlar birdən-birə  əldə olunmamışdı  və  əgər belə 

demək mümkündürsə, hazır  şəkildə qadınlara verilməmişdi. Hələ  əsrin  əvvəllərindən 

ziyalı qadınlar bacardıqları  qədər mübarizə aparırdılar. Onlar müəyyən təşkilatlar, 

birliklər yaradır, qadınların haqları, onların təhsil məsələsinə toxunurdular. Qeyd etmək 

lazımdır ki, bu qadınların da əksəriyyəti dövrünün işıqlı simalarının xanımları idilər. 

1908-ci ilin fevral ayında Qadınlar  İttifaqının proqramı hazırlanır. Qadınlar  İttifaqına 

Cəvahir xanım Rəfibəyova, Rəxşəndə  bəyim Xasməmmədova, Sənubər xanım Ziyad-

xanova,  Şükufə xanım Pişnamazzadə, Xədicə xanım Rəfiyeva,  Şirin bəyim Xoyski, 

Dilşad xanım Xasməmmədova,  Şəfiqə xanım Qaspıralı, Hənifə xanım Məlikzadə, 

Həmidə xanım Cavanşir  kimi xanımlar daxil idi. Nəsib bəy Yusifbəylinin həyat yoldaşı 

olan Şəfiqə xanım hələ Krımda yaşadığı müddətdə “Aləmi nisvan” adlı məcmuənin re-

daktoru idi. Hansı ki, bu məcmuə çar Rusiyasında ilk türkcə qadın jurnalı idi (5, 20). 

Burada da qadınların təhsilsizliyi, təhsilli qadınların isə türkcəni bilməmələri kimi 

problemlərə toxunulurdu. “Aləmi nisvan” da çap olunan “Kafkasiyada müslime hanım-

lar” adlı  məqalədə Qafqaz müsluman qadınlarının cəhalət dənizində boğulduqları, elm, 

maarifə  həvəslərinin olmadığını, bu problemin öhdəsindən savadlı qadınların gəlməli 

olduğu qeyd edilirdi. Daha sonra bunun da digər bir problem olduğu, yəni, savadlı  qa-

dınların da türkcə, müsəlmanca bilmədikləri, bilmək istəmədikləri məsələsinə 

toxunulurdu (5, 21).  

Bütün bu problemlərin içində qadın savadsızlığına qarşı çalışan həqiqi vətənpərvər 

ziyalı qadınların olduğunun bariz nümunəsi kimi Həsən bəy Zərdabinin həyat yoldaşı 

Hənifə xanım Məlikzadənin fəaliyyətini göstərə bilərik. Hənifə xanım Məlikzadə ilk 

müsəlman qız məktəbinin direktoru olmaqla öz adını Azərbaycan təhsil tarixinə 

yazdırmışdır. M.B. Məhəmmədzadə  də  məmləkətə  və millətə yüzlərcə münəvvər ana 

yetişdirən bu irfan ocağının başında Həsən bəyin rəfiqəsi durduğunu qeyd edirdi (3, 3). 

Hənifə xanım eyni zamanda, 1909-18-ci illərdə Bakı  şəhəri birinci qadın “rus-

müsəlman” məktəbində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə birinci qadın türk 

məktəbində də müdir vəzifəsində çalışmışdır (1, 186). 

Məqalənin sonunda M.B. Məhəmmədzadə Əhməd Cavadın  yazdığı “İnandım ki, 

cənnət sənin ayağının altındadır” fikrini əsas götürərək, Azərbaycanın münəvvər 

qadınlarının hələ birinci dünya savaşı illərindən qadın hərəkatının idarəsini  əllərinə 

aldığını qeyd edirdi. Belə ki, artıq onların xeyriyyə cəmiyyətləri, ədəbi toplantı yerləri, 

birlikləri,  ədəbiyyat, mətbuat, sənət və bilik sahələrində  təmsilçiləri vardı. Birinci 

Dünya Savaşı illərində ruslar tərəfindən işğala uğrayan Şərqi Anadolunun Qars, Ərda-

han, Ərzurum, Trabzon bölgələrində qətliama məruz qalan türk qardaşlarının yardımına 

gedən  Bakı Müsəlman Xeyriyyə  Cəmiyyəti yetim evlərində, tikiş yurdlarında, sağlıq 

müəssisələrində, məktəb idarələrində  hətta cəbhəyə  qədər gedən heyətlərdə azəri 

qızlarını  fəal bir mövqe tutduqlarının  şahidi oluruq. 1917-ci il inqilabından sonra isə 

qadınlar siyasi partiyalarda fəaliyyət göstərməyə başladı. Qadınların mədəni haqlara, 

kişilərlə  bərabər olaraq milli və  vətəni haqlara malik olub olmayacaqları münaqişə 

edilən bu dövrdə, Azəri qadınları böyük bir imtahan keçirdi (4, 4).  

Maraqlıdır ki, Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilən bina yalnız 

müsəlman qızlar üçün ilk təhsil yeri olmaqla funskiyasını başa vurmadı. Sonrakı illərdə 

bir çox məqsədlər üçün istifadə olunan bina Azərbaycanın digər bir tarixi hadisəsinə öz 

adını yazdı. Belə ki, 1918-ci il dekabrın 7-də Azərbaycan tarixində ilk dəfə olaraq parla-

mentimiz o binada fəaliyyətə başlayır. M.B Məhəmmədzadənin qeyd etdiyi kimi: 

“arxasını  “İçəri  şəhər” deyilən qədim Bakının tarixi sularına dayamış milli memari 


Filologiya  məsələləri – №02, 2016 

 

334



tərzdə  inşa edilmiş bu binada yerləşən milli hakimiyyəti təmsil edən müəssisənin kalem 

amiri bir qadın olduğu kimi, parlament komissiyalarında çalışanların çoxu münəvvər 

azəri qızları idi” (3, 4). Bu, həm də onu göstərir ki, ziyalılarımzın apardığı uzunmüddətli 

maarifçilik, qadın haqlarının yüksəldilməsi mübarizəsi öz nəticələrini verməyə başlayır. 

Növbəti illərdə Azərbaycan qadını ictimai həyatın demək olar ki, bütün həyatına – 

təhsil, mədəniyyət, elm, hərbi, həmçinin dövlət idarəciliyi sahələrində fəaliyyət göstər-

məklə ölkəmizin, millətimizin inkişafında öz müqəddəs rolunu oynamış və bunu davam 

etdirməkdədir. 

 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə