Топлу Азярбайъан Республикасы Президенти йанында


ИНТРЕС К ИССЛЕДОВАНИЮ ДУХОВНОГО МИРА



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə42/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   45

ИНТРЕС К ИССЛЕДОВАНИЮ ДУХОВНОГО МИРА  

ЧЕЛОВЕКА В ПОЭМАХ БАХТИЯРА ВАХАБЗАДЕ 

 

РЕЗЮМЕ 

В  этой  статье  тронуты  вопросы  о  психологическом  состаянии  человека,  о  его 

внутреннем  мире  и  обогощение  духовного  мира  в  поэмах  одного  из  виднейших 

личностей  Азербайджанской  литературы  Бахтияра  Вахабзаде.  Отмечанные 

свойство  обсуждаются  вокруг  поэм  "Отверженные", "Достоинство"  и  "Жизн- 

смерть". 

 

                                                                                      SHEBNEM SALAYEVA 

THE ANALYSIS HUMAN SPIRUTAL WORLD  

IN BAKHTIYAR VAHABZADE' S POEMS 

SUMMARY 

The article touches upin the psychological state of human beings their spirutal world 

and maturity in the poemsof Bakhtiyar Vahabzade, one of the gigantic figures in 

Azerbaijani literature. The above mentioned characteristic are analyzed in Bakhtiyar 

Vahabzade's poems such as " The Abandoned", "Life- Death" and ""Dignity" 

      


ƏDƏBİYYAT 

1. B. Vahabzadə. Fəryad. Bakı. Azərbaycan. 1985 

2. B.Vahabzadə. Seçilmiş əsərləri. II cild. Bakı. Öndər. 2004 

3. I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu materialları. Hüseyn Xəlilov. Bakı, 

2012.  

4. N. İbrahimov. Bəxtiyar Vahabzadə. Bakı. 1985 



5. Y. Qarayev, Ş. Salmanov. Poeziyanın kamilliyi. Bakı. Yazıçı. 1985. 

 

Rəyçi : Mirhüseyn Abbas 

             filologiya üzrə fəlsəfə doktoru, dosent 

Filologiya  məsələləri – №02, 2015 

 

377



ÜMİT PEKTAŞ 

Qafqaz Universiteti 

umitpektasster@gmail.com 

 

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ TÜRKİYƏ UŞAQ MƏTBUATININ 

YARANMASINDA “ÇOCUQ DÜNYASI” JURNALININ ROLU 

 

Açar sözlər:  Çocuk dünyası jurnalı, Türk uşaq mətbuatı, uşaq jurnalları, XX əsrin 

əvvəlləri uşaq ədəbiyyatı, Türk uşaq ədəbiyyatı 

Key words: The journal of “Cocuq dunyası”, Turkish children’s press, journals for 

children, children’s literature in the beginning of XX  century, Turkish Children’s 

Literature 

Ключевые  слова:  журнал “Cocuq dünyası”,  турецкая  детская  пресса,  детские 

журналы, детская литература в начале ХХ века, детская турецкая литература 

 

Türkiyə  uşaq  ədəbiyyatının təşəkkülündə XX əsrin  əvvəlləri böyük əhəmiyyət 

kəsb edir. Bu dövrdə müxtəlif mətbuat orqanları  və bu orqanlarda fəaliyyət göstərən 

yazıçıların uşaq  ədəbiyyatının  əsasını qoymaqda  əvəzsiz xidmətləri olmuşdur. Bu 

dövrdə  ən mühüm və uzun müddət  ərzində  dərc olunan mətbu orqanlarının önündə 

Türkiyədə “Cocuq dünyası” jurnalı dayanmışdır.  Əsərləri bu jurnallarda çap olunan 

yazıçılar dövrün uşaq  ədəbiyyatına xidmət etməklə yanaşı, günümüzə  qədər gəlib 

çıxmış  uşaq  ədəbiyyatının  ən qiymətli nümunələrini yaratmışlar. Çünki onlar gələcək  

nəsillərin maariflənməsində xüsusi rol oynamışlardır. Dövrün qabaqcıl yazıçıları ilə 

yanaşı, nisbətən az tanınan yazıçılar, müəllimlər, hətta tələbələr belə bu sahəyə öz 

töhfələrini vermişlərdir. 

Biz bu məqalədə “Cocuq dünyası” jurnalının XX əsrin  əvvəllərində türk uşaq 

mətbuatının yaranmasındakı rolunu ortaya qoyduq. Qarşı qoyulan məqsəddən aslı 

olaraq öncə jurnalın şəkil xüsusiyyətlərinə nəzər saldıq. Ikinci hissədə isə jurnalın türk 

uşaq ədəbiyyatının inkişafındakı rolundan bəhs etdik. 

1.XX  əsrin  əvvəllərində Türkiyə  uşaq mətbuatı  və “Çocuq dünyası” jurnalının 

şəkil xüsusiyyətləri. 

1908-ci  ildə Türkiyədə 2-ci Məşrutiyyətin elanından,  xüsusilə 1913-cü ildən 

sonra meydana çıxan azadlıq ideyaları mətbuat  orqanlarında bir canlanma yaratmışdır. 

Bu eyni zamanda uşaq  ədəbiyyatına da öz təsirini göstərirdi. Bu dövrdən etibarən,  

xüsusilə 1913-1914 cü illər arasında bir çox uşaq jurnalları  nəşr olunmuşdur. Onların 

sırasında “Müsəvvər kiçik Osmanlı”(1909), “Məktəblilərə dost” (1910), “Cocuq 

dünyası”(1913), “Ciddi Qaragöz”(1913), “Cocuq evi” (1913), “Məktəbli”  (1913),   

“Tələbə  dəftəri” (1913), “Cocuq duyğusu”(1913), “Cocuq aləmi” (1913), “Qaranquş” 

(1914), “Cocuq dostu”(1914), “Balaca” (1914) (114, 216). Göründüyü kimi “Cocuq 

dünyası” jurnalı da bu dövrdə nəşrə başlayan jurnallardandır. 

Qeyd edək ki, Balkan müharibələrindən sonra milli hisslər daha çox ön planda 

keçirdi və  “Cocuq dünyası” jurnalında bu hisslər özünü daha qabarıq şəkildə təzahür 

edirdi. Bu dövrdə baş vermiş siyasi hadisələr və sosial vəziyyət “Cocuq dünyası” 

jurnalında da öz əksini tapırdı. Jurnal dövrün tələbləri ilə  səsləşən milliyyətçilik 

ruhunda nəşr olunurdu. Burada başlıca məqsəd uşaqlarda milli hissləri və milli şüuru 

formalaşdırmaq idi. 



Filologiya  məsələləri – №02, 2016 

 

378



“Cocuq dünyası” jurnalı 14 mart 1329 (27 mart 1913) cu ildə  fəaliyyətə 

başlamışdır. Jurnalın baş redaktoru Tevfik  Nurettin idi. Jurnalın üz qabığında “Cocuq 

dünyası” adı qeyd olunmuşdur. Başlığın altında “Uşaqların dünyagörüşünün 

artırılmasına xidmət edir.Həftədə bir dəfə  çıxır” sözləri vardır. Bu, onu göstərir ki,  

həqiqətən də jurnalın uşaqların dünyagörüşünün artırılmasında xidməti böyük olmuşdur. 

Osmanlı dövründə  nəşr olunan digər uşaq jurnalları kimi “Çocuq dünyası” jurnalı da 

həftənin dördüncü günləri satışa çıxarılırdı. “Ümumiyyətlə  uşaq jurnalları  həftədə bir 

dəfə  nəşr olunurdu. Jurnallar həftə sonuna bir gün qalmış  ya dördüncü gün, ya da 

beşinci gün satışa çıxarılırdı. Onların bu günlərdə satışa çıxarılmasının  əsas səbəbi 

uşaqların dərslərinə mane olmamağla bağlı idi” (10, 13). Jurnalın adının sol tərəfində 

ünvan yerinə “Müraciət yeri Bab-ali küçəsi, 77 nömrəli türk  evi kitabxanasında “Cocuq 

dünyası” redaktorluğu yazılmışdır”. Bu da “Türk ocağı” dərnəyi ilə jurnal arasında sıx 

əlaqələrin mövcudluğundan xəbər verirdi. Bu yazının altında “illiyi Osmanlı dövləti 

üçün 15 quruş, Rusiya üçün 2 rubl, başqa yerlər üçün isə 5 frank” yazılmışdır. Bu 

ifadələr jurnalın Osmanlı  sərhədlərindən kənarda da satıldığını bildirirdi. Jurnalın bir 

neçə nüsxəsi  Azərbaycan Respublikasının paytaxtı Bakıda AMEA-nın Məhəmməd 

Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. 

   


“Cocuq dünyası” jurnalının 94 sayı nəşri olmuşdur. 79-cu nəşri  1913-1914-cü 

illərdə  çıxmışdır. 79-cu nəşr 22 Təşrin-i  əvvəl dördüncü gün 1330 (1914)-cu ildə 

çıxmışdır. Bu buraxılışda jurnalın fasilə verəcəyi haqqında heç bir məlumatla 

rastlaşmırıq. Jurnal müntəzəm  şəkildə  nəşr olunsa da, 79-cu ilə 80-ci buraxılışları 

arasında 4 il fasilə olmuşdur. 

Belə ki, Jurnal 9 may 1334 (1918) tarixində  “80-1”  say nömrəsilə yenidən 

nəşrə başlamışdır. Bu müddət  ərzində  nəşrə fasilə verilməsinin səbəbi buraxılışın 

əvvəlində  aşağıdakı kimi göstərilmişdir, “ Möhtərəm məsləkdaşım Tevfik Nurəddin 

bəyin muqəddəs vətənə xidməti ilə əlaqədar olaraq bir muddət fəaliyyətini dayandıran 

“Çocuq dünyası”  bu gün öz balaca dostlarına yenidən qovuşdu. İnşallah böyuk qardaşı 

“tələbə dəftəri” ilə birlikdə  müntəzəm olaraq balaca dostları ilə göruşəcək. (8, 1) 

  

1918-ci  ildən etibarən “80-1” say nömrəsi ilə  fəaliyyətə başlayan jurnalın 15 



buraxılışı    nəşr olunur. Bu müddət  ərzində jurnalın baş redaktorluğunu və sonra da 

sahibliyini müəllim Ahmet Halil bəy həyata keçirmişdir. Jurnalın səksəndən doxsan 

dördə  qədərki buraxılışlardan bəziləri (84, 85, 86, 87, 88, 89, 90, 91) bizə  gəlib 

çatmamışdır. Türkiyə Kitabxanalarında kolleksiyalar tam yoxdur. 94-cü buraxılışın 

sərlövhəsindən sonra sol tərəfdə  “Cocuq dünyası bu nüsxədən sonra bir müddət 

çıxmayacaqdır” qeydi vardır (9, 1). 

  

Jurnalın ikinci buraxılışında bəzi dəyişikliklər nəzərə çarpmaqdadır. Məsələn, 



sonuncu 79-cu buraxılışda”uşaqların dünyagörüşünün artırılmasına xidmət edən,həftədə 

bir dəfə çıxan milli məcmuədir” sözlərinin əvəzinə “Uşaqlara xidmət edir, iki həftədən 

bir dördüncü günlər çıxır” qeydi diqqəti cəlb edir. Bununla belə 79-cu buraxılışdan 

sonra uşaqların dünyagörüşünün artırılmasına xidmət edən milli məcmuə olma ifadəsi 

isə qeyd olunmur. Aparılan tədqiqatlar onu göstərir ki, 80-ci buraxılışdan sonrakı 

nəşrlərdə milli hissləri ifadə edən yazıların olduğunu görmək mümkündür. Buna Birinci 

Dünya müharibəsində Osmanlının məğlub olması və xarici qüvvələrin siyasi təzyiqləri 

səbəb olmuşdur. Jurnalın nəşr olundugu ilk illərdə çap olunan mövzular ilə Birinci 

Dünya muharibəsindən sonrakı mövzular arasında xeyli fərqlər nəzərə çarpmaqdadır. 


Filologiya  məsələləri – №02, 2015 

 

379



“Cocuq dünyası” jurnalı  Cümhuriyyət elanından sonra yenidən nəşr olunmağa başlayır. 

(1926). Cümhuriyyətdən  əvvəlki nəşrlər (1913-1918) 1-cidən 94-cü buraxılışa qədər 

tam görünsə də, bu buraxılışları iki mərhələdə araşdırmaq daha doğru olardı: I. 1913-

1914-cü illər. Bu illərdə  nəşr olunan jurnallarda Balkan müharibəsinin təsiri və 

milliyyətçilik fikirləri daha çox öz əksini tapırdı. 1912- ci ildə baş verən Balkan 

müharibəsinin sonunda Osmanlı dövləti  qısa zaman kəsiyində Rumelidəki torpaqlarını 

itirmişdi.  Əsrlərlə bir yaşayan xalqların qəflətən üsyan etmələri  əhalidə ruh 

düşkünlüyünə  səbəb olmuşdur. Balkan torpaqlarından  İstanbula gələn köçkünlərin 

vəziyyəti, mətbuat orqanlarının bu hadisələri gündəmə gətirməsi və s. insanlar arasında 

daha geniş təşvişə səbəb olmuşdu. Xalq intiqam hissi ilə yaşayırdı (12, 489). 

Yaşananlar xalqda türk milliyyətçiliyi hisslərinin oyanmasına səbəb olurdu.  Bu 

özünü  xüsusilə  İttihad və  Tərəqqi firqəsi tərəfdarları vasitəsilə ümumilə  ədəbiyyatda, 

Xüsusilə  uşaq  ədəbiyyatında daha çox bürüzə verirdi. Jurnalın nəşrinin birinci 

mərhələsində milliyyətçiliyə daha çox yer ayrılırdı. Onun xüsusilə 1913-1914-cü illərdə 

çıxan buraxılışlarında  milli nümunələrə daha çox diqqət yetirilirdi. Jurnalın birinci 

buraxılışında bildiriş hissəsində olan ifadələr  “Çocuq dünyası” yazıçılarının dünya 

ədəbiyyatı ilə yanaşı, milli ünsürlərə də yer verəcəkləri məramı ortaya qoyulur. Onsuz 

da bu qrupun daxil olduğu  ədəbi axın olan “Milli ədəbiyyat”cərəyanı dövründə türk 

mədəniyyətinə meylilik özünü daha yaxşı nümayiş etdirirdi. 

Jurnalın nəşrinin ikinci mərhələsi 1918-ci ildə başlayır. Bu mərhələdən  əvvəl 

jurnala 4 il fasilə verilmiş, jurnalın baş redaktoru da dəyişilmişdir. Jurnalın birinci 

mərhələsinə nisbətən  bu mərhələdə  həm siyası  vəziyyət, həm də yazılan mövzular 

dəyişmişdir. Bu dövrdə milliyyətçilik fikirlərinə daha az yer verilmişdir. Bunu jurnalın 

ön səhifəsində yazılan fikirlər də  təsdiqləyir: “Uşaqlara xidmət edir, iki həftədən bir 

dördüncü günlər çıxır”.  İlk 79 buraxılışındakı  uşaqların dünyagörüşünün artırılmasına 

xidmət edən “milli məcmuə” ifadəsi 80-1 say nömrəsindən sonra  göstərilmir. 

Səksəninci nəşrdən sonra çıxan buraxılışlarda milli hissləri ifadə edən fikirlərə daha az 

rast gəlinir. 

  

Jurnal əvvəlcə 8 səhifədən ibarət olmuşdur. “Qədər mətbəəsi”ndə çap olunmağa 



başlayan bu jurnalın baş redaktoru Tevfik  Nurettin olmuşdur. Jurnalın yeddinci 

nəşrindən sonra səhifələrin sayı bir qədər artırılmışdır.Jurnala ön və arxa səhifə  əlavə 

olunmuş, bu səhifələrdə müxtəlif elanlar, keçən nüsxədəki tapmacaların cavabı və düz 

cavabı bilənlərin siyahısı göstərilmişdir. Uşaqlara 8-ci buraxılışda anket doldurmaq 

məqsədilə verilən forma ilə yanaşı,tapmacaların cavablarını yazmaq üçün xüsusi bölmə 

də ayrılmışdır. 

Jurnal bir qayda olaraq həftədə bir dəfə  çıxmışdır. Amma 17-ci buraxılışın 

sonunda müəyyən bir mövzu ilə əlaqədar olaraq aparılan sorğunun nəticəsi verilmişdir.  

Sorğuda cəmi 1195 nəfər iştirak etmiş, bunlardan 589-u jurnalın həftədə iki dəfə, 374-ü 

həftədə bir dəfə çıxmasını istəmiş, 232-si isə rəy bildirməmişdir. Buradan jurnalın satış 

tirajı haqqında da məlumat  əldə etmək olur. Jurnal rəhbərliyi bu vəziyyəti belə izah 

etmişdir: “Ekseriyyət həftədə iki dəfə çıxarmaq isteyənlərdən ibarətdir. Yaxında yalnız 

İstanbula və  tətil zamanlarına məxsus olmaq üzərə  həftənin birinci günləri də  nəşr 

edəcəyik” (2, 9).   

21-ci nömrənin arxa səhifəsində “Bu bazar ertəsindən etibarən cocuq  dünyası 

həftədə iki dəfə  çıxacaqdır. Bazar ertəsi nəşr olunan nüsxələr 16 səhifədən ibarət 

olmaqla bərabər, həm də ayrı şəkil və həcmdə olacaqdır” (3, 8). 8 Avqust 1329(1913)-


Filologiya  məsələləri – №02, 2016 

 

380



cu ildə  nəşr olunan 22 –ci buraxılışında “həftə içi “cocuq dünyası” nı yay aylarına 

məxsus  olaraq bazar ertəsi günlərində daha bir nüsxə çıxarmağa başladıq. Bu nüsxənin 

üslubu tamamilə  fərqlidir. Dördüncü günləri çıxan nüsxə ilə oxşarlığı yoxdur. 

Müvəqqəti olduğu üçün abunəliyi yoxdur” (4, 8). 

  

34-cü  nömrənin 7-ci səhifəsində  jurnalın 8 səhifədən 16 səhifəyə  qədər 



artırılacağı bildirilir. 37-ci nömrədən etibarən jurnal 16 səhifədən ibarət olaraq nəşr 

edilir. Həcm artırılıdıqdan sonra burada təqdim olunmuş hekayələrin sayı və həcmi də 

artır.Jurnalın bəzi nömrələrinin  əvvəlində mündəricat hissəsi də verilmişdir. 37-ci 

nömrədən  etibarən  ön səhifədə jurnalın  içindəki  yazıların adını və yazıçıları bildirən 

indeks də mövcuddur. 50-ci nömrədə jurnalın bir yaşının olduğu barədə  məlumat da 

verilmişdir. 

51-ci nömrədən 76-cı nömrəyə qədər nüsxələrdəki səhifələrin sayı bir kitab kimi 

ardıcıl sıralanmışdır. Əldə olan nüsxələr  bu jurnalın toplu şəkildə cildlənmiş olduğunu 

göstərir. Bu nömrədən başlayaraq  əlavə ön səhifə  və arxa səhifələr yoxdur. 51-ci 

nömrədən sonra jurnalın səhifələri bəzən iki sütuna ayrılmır. Bundan əvvəl hər səhifə 

iki sütun şəklində idi. Tək səhifə  şəklində yazılan hissələr daha böyük hərflərlə  çap 

olunmuşdur. Jurnalın 80-1- ci nömrəsi 4 il fasilədən sonra nəşr olunmağa başlamış və 

Baş redaktoru Ahmed Halid müəllim olmuşdur. “Ay ulduz “ mətbəəsində nəşr olunur. 

Bu dövrdə  nəşr olunan jurnallar ardıcıl sıralanmış halda cildlənmiş kitab kimi nəşr 

olunmuşdur. 

83-cü nömrədən sonra jurnalın satış qiyməti artırılır. Qiymət 10 (para) dan 100 

(para)  ə  qədər qalxır. Buna səbəb həmin dövrdə iqtisadi böhranla əlaqədar kağız 

çatışmazlığı olmuşdur. 

  

94-15-ci nömrənin əvvəlində jurnalın bir müddət nəşr olunmayacağı bildirilmiş, 



orada “Cocuq dünyası” bu nüsxədən  etibarən  bir müddət çıxmayacaqdır” (9, 225) 

qeydi vardır. 



2.“Cocuq dünyası” jurnalının Türk uşaq ədəbiyyatındakı rolu. 

“Cocuq dünyası” jurnalının uşaq  ədəbiyyatındakı rolunu, uşaq təhsili və  uşaq 

ədəbiyyatı ilə bağlı fikirlərini dərindən dərk etmək üçün  jurnalın birinci nömrəsinin 

əvvəlindəki “Cocuq dünyasının düşüncələri” başlığı altındakı yazını oxuyub bu 

istiqamətdə araşdırma aparmağa ehtiyac vardır. Beləliklə, biz “Cocuq dünyasının 

düşüncələri” ndə ana və atalara müraciətlə oxuyuruq: 

“Bizim ölkəmizdə  uşaqların həyatı  və onların dünyası haqqında 

maarifləndirilməyə daha çox ehtiyac duyulsa da, təəssüf  ki, indiyə qədər bu məsələyə 

olduqca laqeyd yanaşılmışdır. Millətlər arasında bu qədər geri qalmağımızın səbəbini 

fikirləşsək, yəqin, birinci səbəb kimi uşaqların düşüncələrinin tərbiyələndirilməsində 

diqqətsizliyimiz yadımıza düşəcək. 

Gənclərimizin dövrün tələblərinə uygun fikrə malik olmamalarının , onların 

tərəqqi yolunda geniş addım ata bilməmələrinin səbəbini özümüzdə görürük. 

Gəncliyin təməli uşaq aləmidir. Günlərini boş  və faydasız keçirmələrinə göz 

yumduğumuz gənclər əgər dövrün tələblərinə uyğun yetişməmişlərsə, bu onların günahı 

yox, onları bu vəziyyətə gətirənlərin günahıdır. 

Bizim ailələrdə  uşaqların tərbiyəsinə çox yer verilirsə  də, onların kitab 

oxumalarına fikir verilməmişdir. Halbuki uşaq tərbiyəsi  ədəbiyyat məcmuələrindən, 

mühüm fənn kitablarından,siyasət dərslərindən daha önəmlidir. Bu olmadıqda onlar 

daim bir boşluq içində olacaqlar. 



Filologiya  məsələləri – №02, 2015 

 

381



Tolstoy ömrünün böyük bir hissəsini uşaqlar üçün sadə, amma son dərəcə gözəl 

hekayələr yazmaqla keçirib və  hətta öz kəndində açdığı  məktəbdə  ömrünün axırına 

qədər kəndli uşaqlarının tərbiyəsilə  məşğul olmuşdur. Bizdə isə  hələ övladlarımızın 

əlinə verməyə layiqli kitablar belə yoxdur,uşaq  ədəbiyyatı  dərin bir boşluq içindədir. 

Biz bu boşluğu doldurmaq, uşaqlarımızda oxumaq və düşünə bilmək vərdişlərini inkişaf 

etdirmək, onları ölkə üçün faydalı  şəxsiyyət kimi yetişdirmək üçün “Cocuq dünyası” 

jurnalını çıxarırıq.  

Yaxın bir neçə il ərzində bizdə bu istiqamətdə xeyli təşəbbüs irəli 

sürüldü.Məsələn əvvəlki dövrdə “Uşaqlara məxsus qəzet”və sonra da “Dost”, “Şebab “ 

kimi iki məktəbli qəzeti çıxdı.Amma fəaliyyəti uzun çəkmədi. Biz bunu uşaq 

psixologiyası,uşaqların ruhuna və ehtiyaclarına cavab verməyərək  onların başa düşə 

bilmədikləri ağır mövzuların yazılması ilə izah edirik Avropada uşaqları bünövrədən 

mütaliəyə alışdırmaq, düşüncələrini inkişaf etdirmək üçün müxtəlif  əfsanələrdən 

(təmsil),nağıllardan (rəvayət) istifadə olunur. Orada uşaq  ədəbiyyatı bu sadalananlarla 

zəngindir. İfadəli oxumağı yenicə  öyrənən uşağın qarşısına çətin və darıxdırıcı yazıları 

qoyub onda mutaliəyə qarşı soyuqluq yaratmaqdansa, özünə yaxın olan  hekayələrlə 

onda sevgi və istək oyandırmaq daha düzgün olardı. 

Biz çocuq dünyası üçün bu əsası qoruyuruq. Fransız,alman,ingilis və rus uşaq 

ədəbiyyatına dair əsərlərdən istifadə etməklə yanaşı, milli nağıllarımızdan 

faydalanmağa çalışmalıyıq” (1, 1-2).  

“Cocuq dünyası” hərdən bir əlavələr və xüsusi risalələri nəşr edərək  ölkəmizdə 

uşaq ədəbiyyatı boşluğunu mümkün qədər tez doldurmağa çalışacaqdır (1, 1-2). “Cocuq 

dünyası” jurnalı Osmanlıda uşaq  ədəbiyyatını çatışmazlığının qarşısını almaq və  uşaq 

ədəbiyyatına kömək etmək istəyini 29-cu nömrənin birinci səhifəsində bu yazıyla 

bildirir, “... (“Cocuq dünyası”) bütün bunlar  ölkəmizdə milli uşaq ədəbiyyatı yaratmaq 

məqsədini müntəzəm şəkildə inkişaf etdirdi.” (6, 1).  

“Cocuq dünyası” jurnalı  əvvəlki jurnalların buraxdığı  səhvləri təkrarlamayaraq 

uşaqlar üçün maraqlı olan ədəbi növlərə  də yer  verəcəyini qeyd etmişdi.Jurnalı 

çıxaranlar uşaqlara necə müraciət etmək lazım oldugunu da düşünmüsdülər. Jurnalı nəşr 

edənlər qeyddə bildirdikləri kimi onun içərisində bir çox hekayə,nağıl və təmsillərdən 

istifadə etmişdilər. Jurnalda digər millətlərin uşaq  ədəbiyyatı nümunələri də çap 

olunurdu.Ancaq milli ədəbiyyata  əsaslanan bu jurnallarda, yazıçıların qeyd etdikləri 

kimi, milli nağıl və hekayələrin üstünlük təşkil etdiyini görürük. Jurnalın məzmununa 

baxdıqda onun hər bir nömrəsində hekayə,  şeir, nağıl, tərcümə  əsərləri, tapmacalar, 

tapmacaların doğru cavablayanların siyahısı, kitab təqdimatlarını da aydın görə bilərik. 

Bununla belə jurnalda müəyyən faktorlar daim yer alsa da, hər nömrənin məzmununda 

seçilən ədəbi növlərdə dəyişikliklər gözə dəyməkdədir. 

Jurnalda dünya uşaq  ədəbiyyatı nümunələrinə olduqça böyük yer verilmişdir. 

Demək olar ki, jurnalda hər hansı bir xalqın və ölkənin ədəbiyyatından (ingilis,fransız, 

alman, rus, hind, yapon və s.) edilən tərcümə nümunələri təqdim olunmuşdur. Bəzi uşaq 

ədəbiyyatı nümunələri bir çox nömrələrdə silsilə  şəklində  dərc olunmuşdur. Onların 

sırasında “Qulliverin səyahəti”, “Vilyam Tel”  və s. qeyd etmək olar. 

“Milli nağıl” başlıqları altında türk və islam tarixinə aid çox saylı nağıllara, 

demək olar ki,hər nömrədə yer verilmişdir. 



Filologiya  məsələləri – №02, 2016 

 

382



Eyni zamanda hər nəşrdə hekayələrə  də çox yer verilmişdir. Xüsusilə 1914-cü 

ilin axırına qədər nəşr olunan birinci nüsxədə hekayələrdə milli duyğular daha gəniş 

şəkildə ortaya qoyulmuşdur. 

Jurnalda heyvanlar haqqında nağıllar daha çoxluq təşkil edir. Lakin onlar heç də 

vahid bir başlıq birbaşlıq altında verilməmişdir. Jurnalda bəzən “heyvanlar haqqında 

nağıllar”başlığı altında hekayələr də mövcuddur. Bununla belə heyvanlar haqqında 

nağıllar eyni başlıq altında verilməmişdir. Hekayə və nağılların əksəriyyətində şəkillərə 

də yer ayrılmışdır. 

  

Jurnalda daha çox şeir növündən istifadəyə yer verilmişdir. Burada “Milli 



duyğular” və “Çalışmağın  əhəmiyyəti” kimi mövzulara daha böyük üstünlük təşkil 

etmişdir. Jurnalda eyni zamanda şeir  əzbərləmə müsabiqələrinin keçirildiyi də diqqət 

çəkməkdədir. 

Jurnalın hər nəşrində tapmacaların təqdim olunduğunu qeyd etmək lazımdır. 

Tapmacaların cavabları jurnalın sonrakı nömrələrində verilmişdir. Arxa səhifədə 

tapmacaları düz tapanların adları  və oxuduqları  məktəb haqqında məlumat dərc 

olunmuşdur. Həmçinin jurnaldakı elanlardan gorünür ki, tapmacaların düzgün 

cavablarını tapanlara bəzi hədiyyələr də verilirmişdir. Fikrimizcə, tapmacalara və 

krossvordlara bu qədər çox yer verilməsinin səbəbi uşaqların intellekt səviyyəsini 

inkişaf etdirmək və onları oxumağa təşviq etmək kimi dəyərləndirilməlidir. 

Jurnalın bəzi nömrələrində  “Şəkilli hekayələr” başlığı altında sadəcə bir neçə 

şəkildən ibarət yazısız məzəli hekayələrə də rast gəlmək mümkündür. 

Bundan başqa jurnal təşkil etdiyi müxtəlif müsabiqələrlə oxucuları daha çox 

fəallaşdırmağa çalışmışdır. “Şəkil müsabiqəsi, dil yarışı, nağıl müsabiqəsi,  şeir 

söyləmək müsabiqəsi, hekayə tamamlama müsabiqəsi” və s. kimi müsabiqələr məhz bu 

qəbildəndir. 

Bütün bunların vasitəsilə jurnal müəllifləri özləri ilə oxucu arasında  əlaqə 

yaratmağa səy göstərmişlər. Jurnalın arxa səhifəsində müsabiqəyə qoşulub uğur 

qazananların siyahısı  dərc olunmuşdur.  İştirakçıların sayının çoxluğunu məhz buradan 

bilmək mümkündür. Jurnalı çıxaranlar o dövrə məxsus demokratik iştirakçı üsulundan 

istifadə edərək oxucularının jurnala olan marağını öyrənmək istəmişdilər. Abunəçilərin 

jurnalda görmək istədiklərini müəyyənləşdirmək üçün ayrıca olaraq  “Bir müsabiqə” (7, 

287) adlı sərlövhə ayrılmışdır. Aparılan bu işlər jurnalın oxucu ilə sıx əlaqədə olduğunu 

təsdiqləyir. Jurnalın arxa səhifəsində bir neçə jurnalın və ya kitabın reklamına da yer 

verilir. Nəşr olunmuş  bəzi hekayə  və nağılların ayrıca bir kitab halında çap edilərək 

satıldığı da müşahidə olunmaqdadır. Məsələn, 28-ci nömrənin arxa səhifəsində 

(əlavəsində) “Cocuq dünyası nəşriyyatı” başlığı altında nəşr olunmuş kitabların adı və 

qiymətləri təqdim olunmuşdur. “Sehrli xalça”, “Tülkü qardaşın başına gələnlər”, “Tülkü 

qardaşın mühakiməsi”, “Qulliverin səyahəti” bunların hər biri 20 (para) dəyərindədir. 

Jurnalda həm də oxuyuruq: “Məcmuəmizdə nəşr olunan və  kiçik dostlarımız tərəfindən 

sevilərək oxunan bu hekayələrin tirajı  azaldığından onu  hələ  də  əldə etməyənlərə 

almağa tələsmələrini məsləhət  görürük” (5, 9). 

Bəzi nömrələrdə  (№ 30 və 32) “Ailə  əyləncələrindən” başlığı altında müxtəlif 

oyunlar verilmişdir. Bu, uşaqların öz ailələriylə səmərəli  vaxt keçirmələri üçün nəzərdə 

tutulmuşdur. 

Jurnalda Türk tarixindəki bəzi mühüm günlər və onların  əhəmiyyəti ilə bağlı 

bilgilərdə  uşaqlara ötürülmüşdür. Onların sırasında 10 iyul Məşrutiyyət  bayramı, 


Filologiya  məsələləri – №02, 2015 

 

383



Osman bəyə digər türk bəylərinin beyət tarixi (№ 41), peyğəmbərimiz Hz. 

Məhəmmədin doğum gecəsi (№ 46), Qaspıralı İsmayılın ölümü (№ 13) ilə bağlı günləri 

göstərmək mümkündür. 

Jurnalda uşaqların üçün ictimai xarakterli mövzular da çap olunmuşdur. 

Məsələn, donanmaya kömək etmək üçün yardım kampaniyası həyata keçirmək məqsədi 

ilə bunun üçün  fövqəladə nüsxə çıxarılmışdır. Jurnalda məktublar üçün də  ayrıca yer 

ayrılmışdır. Burada bəzən dövlət rəhbərlərinə yazılmış  məktublara, bəzən də jurnalın 

özünə göndərilən məktublara rast gəlinir. Məsələn 46-cı nömrənin 4-cü  səhifəsində 

maarif nazirinə yazılmış bir məktub təqdim olunmuşdur. Bu məktubda Qalatasaray 

məktəbi Sultanisi şagirdlərinin beşinci gündən etibarən  tətilə  çıxmaq istədikləri 

göstərilmişdir. Dövrün Bələdiyyə  rəisinə  də yazılmış  məktub da vardır. Jurnalın 51-ci 

nömrəsinin birinci səhifəsində Ispartalı Haqqı  bəyin “Cocuq dünyası” na maraq 

oyatmaq üçün yazdığı  məktub yerləşdirilmişdir. Məktub janrından jurnalın istifadə 

etməsi  dil-üslub baxımından da uşaqlarda böyük maraq oyadacağı hiss olunur. Ərəb, 

fars tərkibi və söz birləşmələrindən daha az istifadə olunub yazıların asan başa 

düşülməsinə də diqqət yetirilmişdir.  

“Cocuq dünyası” jurnalında dövrün qabaqcıl  yazıçıları ilə yanaşı, nisbətən az 

tanınan şair və yazıçıların, müəllimlərin və tələbələrin də yazılarına yer verilmişdir. Elə 

buna görə  də “Çocuq dünyası” nın olduqca güclü bir yazıçı  tərkibi olmuşdur. Ziya 

Göyalp, Aka Gündüz, Ədhəm Nejad, Mehmet Emin (Yurdakul), Əli Ulvi (Elöve), 

İsmayıl Haqqı (Baltacıoğlu), Hüseyn Ragıp (Baydur) kimi məşhur yazıçılar bu jurnala 

öz töhfələrini vermişdilər (11, 107). 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə