Топлу Азярбайъан Республикасы Президенти йанында


İngilis dilinin siyasi-diplomatik üslubunun tədqiqi



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   45

İngilis dilinin siyasi-diplomatik üslubunun tədqiqi.  İngilis dilinin siyasi-

diplomatik üslubunun tədqiqinə  həsr olunmuş  İ.S.Volskayanın «Sintaktik səviyyədə 

siyasi-diplomatik üslubun differensial əlamətləri» adlı dissertasiyasında rəsmi-işgüzar 

üslubun müxtəlif janrları araşdırılır. Müəllf rəsmi-işgüzar üslubun iki növünü 

fərqləndirməyi təklif edir: güclü (hansına ki, qanunlar aiddir) və digər işguzar sənədləri 

əhatə edən zəif növ. «Güclü» növ invariant sistem hesab olunur. Lakin rəsmi-işgüzar 

üslub daxilən funksional cəhətdən həmcins olmadığından bu növlərin arasındakı fərqlər 


Filologiya  məsələləri – №02, 2015 

 

59



get-gedə silinir. Diplomatik sənədlər hansısa razılaşmanın məhdud şərait və nəticələrini 

müəyyənləşdirdiyi üçün daha konkret, tədqiqi səciyyə daşıyır.  

Lakin  İ.S.Volskayanın siyasi-diplomatik üslubun janrlarını  bədii  əsərlərinin 

mətnləri ilə müqaiysəl aparılması, zənnimizcə, əsassızdır, çünki bədii mətni yaratmaqda 

əsas məqsəd estetik təsirdir, yazıçı bütün dil vasitələrini bu məqsədə tabe edir. 

V.V.Kalüjnayanın «İngilis üslubunun siyasi-diplomatik  şəhrinin səciyyələri» adlı 

dissertasiyada da oxşar fikirlər söylənilir. Material kimi rəsmi-işgüzar üslubun 

janrlarından biri olan diplomatik sənədlər seçilir. Üslubun «güclü» növünə aid 

sənədlərin dili (nizamnamə, prosedurların keçirilmə qaydası, sazişlər, müqavilələr, 

konvensiyalar və s.) o dərəcədə normalaşdırılıb, sabitləşib ki, digər janrlara da öz 

təsirini göstərir. 

İ.S.Volskayanın tədqiqatında rəsmi-işgüzar üsluba aid cümlələrin uzunluğu 

haqqında statistik məlumatlar da verilir. Qeyd olunur ki, qanunların dili daha 

mürəkkəbdir. 40 sözdən çox olan cümlələr 68% təşkil edir («söz» anlayışı altında 

qrafikada iki boş yer arasındakı cümlənin bir kəsiri başa düşülr) . 50 sözdən çox olan 

cümlələr 39,5% təşkil edir. 

M.N.Kojina qiymətləndirmənin 2 növünü qeyd etmişdir: linqvistik və konkret 

kontekstdə  aşkarlanan funksional qiymətləndirmə.  Məsələn, «herein after refered to» 

kimi söz birləşməsi, hətta kontekstdən kənarda belə göturuldukdə, linqvistik 

qiymətləndirməyə malikdir, çünki bu söz birləşməsi rəsmi-işgüzar üslub üçün səciyyəvi 

sabit leksik birlik kimi qəbul olunur. Bunun əksinə olaraq, köməkçi felin (shall) 

müstəqil mənalı fel ilə birləşməsi müqavilə  mətnində funksional qiymətləndiriləcək, 

çünki burada, o, sadəcə  gələcək zamanı yox, qəbul olnumuş  qərarın məcburiliyini, 

göstərişini nəzərdə tutur. Məsələn,  



The Vendor shall sell and the Purchaser shall purchase as from – satıcı satacaq, 

alıcı isə aşağıdakıları alacaq …; 

The purchase prise shall be for … - satış qiyməti təşkil edir; 

The purchase shall be complefied on – satış (filan tarixdən) keçirilir… . 

Dil vahidi dəyişilir və onun funksional mənası ekstralinqvistik şəraitdən asılı 

olaraq geniqlənir (gələcəyə aidlik qorunub saxlanılır, üstünə modal məna əlavə olunur). 

İngilis üçlubiyyatçıların rəsmi-işgüzar üslub haqqında olan fiikrləri bir qədər 

fərqlidir. Məsələn, №nin üslubiyyatı üzrə məşhur müütəxəssislər D.Kristel və D.Devis 5 

əsas dil formalarını qeyd edirlər, bunlar da funksional üslublar sisteminə uyğun gəlir: 

danışıq dili, yazılı  sənədlərin dili, dini dil, qəzet dili, qanunverici aktlarının dili. 

D.Kristel və D.Devis belə hesab edirlər ki, üslublar içərisində yalnız bədii mətnlərdə hər 

hansı dil hadisələri, vahidləri işlənilə bilər; digər dillər isə «məhdud» dillər adlandırılır, 

çünki onlarda bəzi dil formalarına rast gəlmək olar. Eyni zamanda qeyd olunur ki, 

konkret formaların işlənməsi konkret situasiyadan asılıdır. 

Müasir ingilis dili istifadəsinin öəyrənilməsi üzrə London mərkəzinə (The Survey 

of English Usage) başçılıq edən prof. Kverk vahid registrlar təsnifatının vahid sistemini 

işləyib hazırlanmışdır. London mərkəzinin alimləri bütün üslubları iki böyük qrupa 

ayırırlar: danışıq üslub və yazılı üslub; bunlar da öz növbəsində bir sıra yarımqruplara 

bölünürlər. Məsələn, yazılı üslubda qeyd olunur:  

1. söhbət (televonla; adi sözbət – danışanların icazəsi olaraq və xəbəri olmadan). 

Bunlar da öz növbəsində bölünə bilər: həmsöhbətlərin yaxın münasibətdə olan familyar 



Filologiya  məsələləri – №02, 2016 

 

60



üsluba; həmsöhbətlər cəmiyyətdə tutduqları ictimai mövqeyə görə bir-birinə  bərabər 

olan eynihüquqlu üsluba və hüquqca bərabər olmayan üslub;  

2. əvvəlcədən hazırlanmayan şərhlər (idman və qeyri-icman şərhləri); 

3. əvvəlcədən hazırlanmamış nitq çıxışı; 

4. əvvəlcədən hazırlanmış nitq, çıxış. 

Yazılı üsluba aid edilir: 

1.  şifahi deyilmək üçün nəzərdə tutulmuş  mətnlər (elmi-pedaqoji söhbətlər, 

yaradıcılıq söhbətləri, xəbərlər,  əvvəlcədən hazırlanmış  rəsmi çıxışlar, hekayələr, 

pyeslər); 

2.  əlyazma mətnləri (şəxsi yazışmalar, işgüzar yazışmalar, gündəliklər); 

3.  çap olunmuş  mətnlər (təmaülü və humanitar elmlərin mətnləri, təlimat, 

göstrəiş, qəzet mətnləri, rəsmi-məlumatlandırıcı  mətnlər, inzibati-işgüzar mətnlər, 

hüquq sənədlərinin mətnləri, publisistik, reklam mətnləri, bədii-belletristik mətnlər). 

Gördüyümüz kimi, bizi maraqlandıran rəsmi-işgüzar üslub bu təsnifatın müxtəlif 

bölmələrinə aid ola bilər. 

ƏDƏBİYYAT: 

1.Ağakişiyeva Ş.M. Ədəbi dil normaları və üslubları. Filol. elm. nam. alim. dər. 

almaq üçün təq. e. dissertasiya. B., AMEA, Dilçilik İnstitutu, 2008, 136 s. 

2.Cəfərova Z.B. Rəsmi-işgüzar üslub (Milli Məclisin və Avropa Şurasının 

sənədləri  əsasında). Filol. elm. nam. alim. dər. almaq üçün təq. e. dissertasiya. 

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, B., 2008, 154 s. 

 

                                     A.DJAFAROVA,A.MANAFOVA           

SOME NOTES CONCERNING TO INVESTIGATION OF THE 

OFFICIAL-BUSINESS STYLE OF ENGLISH 

SUMMARY 

Represented article has been devoted to the official-business style of the modern 

English. Official-business style is in connection with post of the style the writing 

documents of state and social office. 

Preliminary studies show that more and more official style based on the writing 

text. Official-business style forning warning and informational texts. 

 

И.ДЖАФАРОВА,А.МАНАФОВА        

ОБ ИССЛЕДОВАНИЯХ ОФИЦИАЛЬНО-ДЕЛОВОГО СТИЛЯ 

АНГЛИЙСКОГО ЯЗЫКА 

РЕЗЮМЕ 

Данная  статья  посвящена  официально-деловому  стилю  современного 

английского  языка.  Функции  официально-делового  стиля  связаны  с  текстами 

письменных документов государственных и общественных ведомств. 

Последние  исследования  показывают,  что  официальный  деловой  стиль  в 

основном  опирается  на  письменный  текст.  Официально-деловой    стиль 

формирует предупреждения и информацию в тексте. 

 

Rəyçi: Həbib Mirzəyev  

               filologiya elmləri namizədi,dosent. 



Filologiya  məsələləri – №02, 2015 

 

61



  SEVİNC ŞAHLAROVA 

 

              Bakı Dövlət Universiteti 

               

KƏMALƏ HÜSEYNOVA

 

                                                                   Azərbaycan Texniki Universiteti          

                                                                              kəmalə,sevinc.@.mail,ru.               

 

İNGİLİS DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCUMƏSİ 

PROSESİNDƏ  OPTİMAL VARİANTIN TAPILMASI VƏ ONUN İFADƏ 

ÜSULLARI 

 

Açar sözlər: eimi-iqtisadi tərcümə, vətn, feil, qrammatik terminlər, praktik tərcümə, 

cümlələr. 

Ключевые  слова:  научно-экономический  перевод,  текст,  глагол,  грамма-

тические термины, практический перевод, фразы.  

Key words: scientific and technical translation, text, verb, grammar terms, practical 

translation. 

 

Bu məqalədə elmi-iqtisadi tərcümənin bir sıra çətinliklərindən danışılır. 

Texnikanın sürətlə inkişafı  və elmi-texniki informasiyanın genişlənməsi ilə 

əlaqədar olaraq, elmi-texniki tərcümənin praktik əhəmiyyəti xeyli artmışdır. Tərcümə 

zamanı meydana gələn çətinlikləri aradan qaldırmağın yollarını göstərən bu məqalədə 

əsas məqsəd elmi-texniki mövzuda mətnin müxtəlif elementlərini analiz edə bilmək, 

düzgün tərcümə etmək bacarığı və vərdişlərini inkişaf etdirməkdir. 

Giriş  və üç hissədən ibarət olan bu məqalədə  əsasən ingilis və Azərbaycan 

dillərinin leksik, qrammatik və stilistik xüsusiyyətləri aydınlaşdırılır. 

Birinci hissədə, yəni «Elmi-iqtisadi tərcümənin leksik problemləri»ndə elmi 

texniki tərcümənin bəzi xüsusiyyətlərindən, neologizmlərin yaranması üsullarından, 

onların qurulmasından və tərcümə vasitəsi ilə çatdırılmasından bəhs edilir.  

İkinci hissədə – «Tərcümənin qrammatik problemləri»ndə praktik tərcümə zamanı 

rast gələn olduqca mürəkkəb qrammatik quruluşlar araşdırılır. Felin şəxsiz formaları və 

onların tərkiblərinin izahına xüsusi yer ayrılır. Bu hissədə xüsusilə ingilis və 

Azərbaycan dilləinin müxtəlif struktur quruluşundan irəli gələn tərcümə problemlərinə 

fikir verilir, məchul növlü tərkiblər, sözün çoxmənalılığı  və çox funksiyalılığı izah 

edilir. 


Üçüncü hissədə – «Elmi-iqtisadi mətnlərin praktik tərcüməsi»ndə isə iqtisadi 

məqalələrin başlıqlarının struktur və tərcüməsi açıqlanır. 

Elmi-iqtisadi məqalələri tərcümə edərkən nəzərə alarmaq lazımdır ki, onların dili 

ümummilli dilin bir hissəsi olsun. Elmi-iqtisadi ədəbiyyatın dilini bədii  ədəbiyyatın 

dilindən fəqləndirərkən əsas cəhət mətnlərdə müəyyən edilən termin bolluğudur. Mətnin 

tam dolğun bir şəkildə tərcüməsi üçün vacib olan tələblər aşağıdakaılardır: 

1. 

Orijinalda olan mətnin dəqiq dolğun verilməsi; 



2.  Fikrin tam aydınlığı ilə lakonik formada çatdırılması. Bunun üçün ingilis 

dilinin spesifik xüsusiyyətlərini Azərbaycan dilində  əks etdirmək vacib deyil. Burada 

milli kalorit gözlənilməlidir; 

3.  Tərcümə tam şəkildə Azərbaycan  ədəbi dilinin normalarını özündə qoruyub 

saxlamalıdır. Tərcümə zamanı Azərbaycan dilində yox dərəcəsində olan, lakin ingilis 

dili üçün xarakterik hesab edilən sintaktik tərkiblərin nəzərə alınması da vacibdir. 



Filologiya  məsələləri – №02, 2016 

 

62



Elmi-iqtisadi  ədəbiyyatda sübhəsüz ki, emosionallıq, obrazların fərqliliyi, 

metafora, yumor və s. olmur. 

Lakin onu da qeyd etmək lazımdır ki, canlı danışıq dilinə aid olan bu ifadə üsulları 

olmasa da, elim-texniki mətnlərdə bəzən texniki üslubda obrazlı frazeoloji birləşmələrə 

də rast gəlmək olar. 

Məsələn: The wife is alive – Məftil cərəyan altındadır.  



               Dead man



s handle – Təhlükəsizliyi təmir edən düyməli dəstək

4. Elmi-iqtisadi terminologiyada bir neçə komponentdən ibarət çoxlu terminlər 

vardır. Çoxkomponentli terminlər elə sözbirləşmələridir ki, onların komponentləri 

arasında məntiqi əlaqə uzlaşma əlaqəsi ilə ifadə olunur.  

Məsələn: load governer – gücün tənzimlənməyicisi

Onlar həm də elə söz birləşmələridir ki, bunların komponentləri qrammatik yolla, 

yəni sözönü vasitəsilə, ya da saysız-hesabsız şəkilçilərin köməyilə düzəlir.  

Məsələn: rate of ejchange – valyuta kursu.  

Terminli söz birləşmələri sözün həqiqi mənasında tam leksik vahidlərdir. 

Birinci qrupa elə terminli sözbirləşməlri aiddir ki, onların hər iki komponenti 

xüsusi lüğətə aid olan sözlərdir. Onları sərbəstdirlər və verilmiş birləşmələrdən kənarda 

işlənə bilər. Məsələn: brake – tormoz

Belə ki, bu komponentlərdən ibarət olan terminli birləşmələr sərbəst şəkildə yeni 

məna kəsb edir.  

Məsələn: brake gear – tormozlaşdırma avadanlığı

İkinci qrupa elə terminlər aiddir ki, bu terminlərin birinci komponenti olan sifət bu 

və ya digər elm sahəsi ilə bağlı xüsusi, spesifik məna kəsb edir.  

Məsələn: vitreous electricty – yarımkeçirici cərəyan

İkinci qrupa həm də elə termin birləşmələr aiddir ki, onların 2-ci komponenti 

həqiqi mənalarda işlənmiş olsun, lakin 1-ci komponentlə birləşmədə isə müəyyən elmi 

sahəsinə uyğun xüsusi, spesifik məna kəsb etsin.  

Məsələn, electric eye – foto element

Üçüncü qrupa aid terminlər terminoloji cəhətdən bölünməzdirlər və onların 

komponentləri arasındakı əlaqə bir qədər sıx olur.  

Məsələn, wire – gərginlik altında olan naqil; live steam – ilkin buxar

Terminin xarakter xüsusiyyəti onun müəyyən anlayışla çıx  əlaqədə olması, 

dəqiqliyi və təkmənalılığa meyd etməsidir. Terminli birləşmələrin komponentləri təyini 

əlaqədə olur. Bir qayda olaraq terminli birləşmələrin  əsas komponenti axırda işlənin. 

Elmi-texniki terminli birləşmələrin tərcüməsinin əsas üsulları bunlardır. 

5. Təyin kimi işlənən birləşmədə komponentlərin ardıcıllığında dəyişiklik etməklə 

tərcümə.  

Məsələn:  avtomobile repair plant construction project – avtomaşın təmiri 

zavodunun tikinti proyekti

Elmin inkişafı, xüsusən də texnikanın, radiotexnikanın inkişafı dildə bir sıra 

neologizmlərin yaranmsına təkan vermişdir. Yeni sözlər digər bir tərəfdən atom 

texnikasının başa düşmən təlabatından yaranmışdır. Məsələn,  atom sözündən bir çox 

terminlər əmələ gəlmişdir – atomize, atomizatron, atom energy və s. 

Elmi-iqtisadi terminologiyada neologizmlərin yaranma yolları aşağıdakılardır: 

•  

şəkilçilərlə; 



•  

konvensiya yolu ilə; 

•  

mürəkkəb elmi-texniki sözlərlə; 



Filologiya  məsələləri – №02, 2015 

 

63



•  

ixtisar etmə yolu ilə. 

Şəkilçilərlə düzələn neologizmlər özləri də iki yerə bölünür: suffikslər və 

prefikslər. 

Elmi-texniki terminologiya sahəsində  ən geniş istifadə olunun prefikslər isə 

bunlardır: -re, -over, -under.  

Məsələn: undervoltage – azaldılmış gərginlik, instellar - ulduzlar və s. 

İngilis dilində yeni sözlər əks hallarda dildə mövcud olan sözlərin dəyişmədən bir 

nitq hissəsindən, başqa bir nitq hissəsinə keçməsi ilə əmələ gəlir. Bu proses konvensiya 

adlanır. Konvensiyanın ən geniş yayılmış növü isimlərin felləşməsi prosesidir. Məsələn: 



power, to power, motor, to motor və s. 

Mürəkkəb elmi-iqtisadi  terminlər yeni söz əmələ gətirmənin elə bir üsuludur ki, 

burada iki sözün birləşməsindən bir söz yaranır və onlar ya bitişik, ya da defislə yazılır. 

Məsələn, bootleg – kabelin dirəyi, flashbulb – impuls lampası.  

Bəzi mürəkkərb neologizmlər bir-birinə sözün vasitəsi ilə birləşən iki sözdən 

ibarət olur. Məsələn, voltage to groud – yerə nisbətən gərginlik

Son zamanlar ixtisaretmə yolu ilə yeni sözlərin  əmələ  gəlmə tendensiyası xeyli 

genişlənmişdir. İxtisarların sayca artımı onunla izah oluna bilər ki, mürəkkəb söz və söz 

birləşməlri həcmcə böyük və əlverişli deyillər və təbii ki, buradan onların qısa şəkildə 

verilməsi təlabatı yaranır. İxtisarların aşağıdakı növləri var: 

- hərbi ixtisarlar – E-east, R-ramlway, HB-hidrogen bomb; 

- hecalarla ixtisarlar – Maxcap-maximum capacity – maksimum güc; 

- yeni söz əmələ gələrkən bəzən başlanğıc sözdən şəkilçi düşür; 

- sözün sonuncu hecasının saxlanması ilə  əmələ  gələn neologizmlər:  chute – 



parachute

- iki sözdən süni yolla əmələ  gələn neologizmlər də vardır ki, buraya əsasən 



electronic – elektrikin köməyi ilə hərəkət edən, motel – avtoturistlər üçün mehmanxana 

və s. bu kimi sözlər daxildir. 

Elmi-texniki neologizmlərin tərcüməsi zamanı ilk növbədə onların yaranması 

üsullarını bilmək, bunlardan başqa söz və söz birləşməsinin strukturunu da analiz etmək 

baracığına malik olmaq lazımdır. Belə ki, follower sözündəki  er suffiksi yarışın 

icraçısını, ya da əşyanı göstərə bilər. Bu sözün əsas mənası eisə follow sözündən 

yaranan izləmək sözüdür. Sözün strukturu baxımından məzmuna istinad edərək 

Azərbaycan dilində follower termininə bir qədər uyğun gələn məna tapırıq: təkrarlayıcı, 



izləyici mexanizm. Azərbaycan dilində oxşarlığı olmayan neologizmlər bir qayda olaraq 

əvvəlcə müxtəlif cür tərcümə olunur və müəyyən vaxt keçəndən sonra verilmiş 

neologizm üçün irəli sürülmüş variantlardan ən yaxşısı seçilir və doğma dilimizdə 

möhkəmləndirir. 

İngilis dilində formaca məlum, məzmunca isə  məchul olan felin səxsiz 

formalarına rast gəlmək olar. Bunlara misal olaraq gerund və məsdəri göstərmək olar. 

Məsələn:  after weighing the loads were shipped to the consumers – yüklər 

çəkiləndən sonra slıcılara göndərildi

Bu cür cümlələr xəbəri məchul növdə olan tabeli mürəkkəb cümlə vasitəsilə 

tərcümə edilir. 

To need, to want, to require, to stand, to endure və s. fellərindən sonra gerund 

məlum növdə  işlənir, lakin mənaca məchul növ olur. Bu halda onun ifadə etdiyi 

hərəkətin kiminsə tərəfində icra edildiyi və ya icra edilməli olduğu göstərilir. Məsələn: 

The equipment needs repairing – Bu avadanlıq təmir olunmalıdır. 


Filologiya  məsələləri – №02, 2016 

 

64



Bəzən elmi-texniki məqalələrdə bu cür cerundla yanaşı formaca məlum, 

məzmunca isə məchul növdə olan məsdə də işlənir.  

Məsələn: They were not to use – Onlardan istifadə etmək lazımdı gəlmədi. 

Bu cür məsdər  əksər hallarda təyin funksiyasını yerinə yetirir və Azərbaycan 

dilinə  təyin bucaq cümləsi kimi tərcümə olunur. Beləliklə  də, formaca məlum növdə

lakin məzmunca məchul növdə olan məsdər və cerundlu cümlələr Azərbaycan dilinə ya 

məlum növdə olan qeyri-müəyyən şəxsli cümlələrdə, ya da müxtəlif budaq cümlələrdə 

tərcümə oluna bilər. Digər dillərdə olduğu kimi müasir ingilis dilində  də modallıq 

kateqoriyası bir sıra vasitələrlə ifadə edilir. Bunlardan biri də modal fellərdir. Modal 

fellər məsdərin müxtəlif formaları ilə  işlənir. Məsdərlə  işlənərkən, modal fellər 

hərəkətin mümkünlüyünü, qeyri-mümkündüyünü, vacibliyini, gerçəkliyini, lazımlığını 

və s. bildirir. Modal fellər  car, may, must  məchul növdə olan məsdərlə  işlənərkən 

Azərbaycan dilinə olar, bilər, lazımdır+məsdər növdə olan məsdərlə tərcümə olunur. 

Məsələn: The machine tool can be stopped at any moment – 

               Dəzgahı istənilən anda dayandırmaq olar            

və yaxud       Dəzgah istənilən anda bayandırıla bilər



Must, may və micht kimi modal fellər məsdərin bitmiş forması ilə işlənərkən bu 

zaman hərəkətin bitməsinə əhəmiyyətli dərəcədə əminlik ifadə edir. 

Məsələn: He may have got the condenser he needed – Bəlkə də o ona lazım olan 

kondenseoneri alıb. 

İndiki zaman feli sifəti, yəni Participle I cümlədə əsasən 2 funksiyanı – təyin və 

zərflik funksiyalarını yerinə yetirir və  əsasənf elin axırına – ing  şəkilçisi artırmaqla 

düzəlir. Bu feli sifət məchul növdə olanda çox nadir hallarda təyin funksiyasını yerinə 

yetirir və təyin olunan sözdən sonra işlənir. 

Məsələn:  The compound being treated for several hours turned dark red – Bir 



neçə saat ərzində tədqiq olunan maddə tünd qırmızı rəngə çevrildi

Keçmiş zaman feli sifəti, yəni P II əsas felin 3-cü formasından  əmələ  gəlir və 

sərbəst işləndikdə iki funksiyanı yerinə yetiririr. 

Təyin funksiyasında olanda o təyin etdiyi söz və yaxud isimdən əvvəl yazılır. Feli 

sifət II təyin etdiyi sözdən sonar gələ bilər. Bu halda feli sifət indiki və keçmiş zamanın 

məchul növü ilə, ya da bucaq cümlə kimi tərcümə oluna bilər. 

Məsələn:  He offered the best solution of the problem concerned – O müzakirə 

olunmuş problemin çox yaxşı həllinə təklif etdi

Bəzi hallarda Partisiple I tərcümə edərkən Azərbaycan dilində söz sırasını 

dəyişməku tələb olunur. 

Məsələn:  The capactance received is belived to be half the total capacatance 



required – Əldə edilmiş həcm tələb olunan ümmui həcmin yarısı hesab olunur

Feli sifət I və feli sifət II izah edici sözlərin köməyi ilə bir təyin birləşmə əmələ 

gətirir ki, bu da Azərbaycan dilinə ya indiki və keçmiş zamanın məlum və  məchul 

növləri, ya da təyin budaq cümləsi şəklində tərcümə oluna bilər. 

Feli sifət II zərflik funksiyasında işlənəndə onun qarşısında  when, while, if, az, 

thouch bağlayıcıları işlənir. Bu zaman onlar Azərbaycan dilində zaman budaq cümləsi 

və güzəşt bucaq cəmləri şəklində, ya da feli bağlama kimi tərcümə oluna bilər.Məsələn:  



They worked as ordered – Onlar tələb olunduğu kimi işlədilər. 

While used precision instruments require very dedicate handing –  

Dəqiq qurğulardan istifadə edrəknə, onlarla ehtiyatla davranmaq tələb olunur

Filologiya  məsələləri – №02, 2015 

 

65



İngilis dilində tamamlıq feli sifət tərkii mövcuddur ki, bu da əsasən ümumi halda 

isim və feli sifətdən ibarətdir. Bu tərkib bütövlükdə cümlədə mürəkkəb tamamlıq 

funksiyasını yerinə yetirir və Azərbaycan dilinə budaq cümlə vasitəsi ilə, ya da təsirlik 

halda olan isim və feli sifət vasitəsilə tərcümə edilir. 

Tamamlıq feli sifət tərkibi adətən hissi və əqli qavrayış ifadə edən fellərdən – to 

have, to get fellərdən və arzu, istək, niyyət ifadə edən  to want, to wish, to keep 

fellərindən sonra işlənir. 



They wanted the test results plotted and explained – Onlar istəyirdilər ki, 

yoxlamanın nəticələri diaqramlar şəklində olsun və izah edilsin. 

 

ƏDƏBİYYAT 

1.  N.Xudiyev: “Azərbaycan dilinin zənginləşmə yolları”. 

2.  A.Qarayev: “Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar” 

3.  E.Haugen: “The analyse of indiguistic horriwing”, “Lang.”, 1950. 

4.  R.C.Cəfərov: “Azərbaycan dilində  işlənən Qərbi Avropa mənşəli alınma 

sözlər”.  

 

                                                     S.SHAKHLAROVA,K.KUSSEYNOVA 




Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə