TÜRKÜN (ilk) ruhaniyyat ocağI İnam atanin (Asif Atanın)



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix03.12.2016
ölçüsü3,17 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

II. Xalq 

Əsarətdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Azadlıq İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Təqliddən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Özümlük İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Bölünməkdən  Azad  olanda  Daxilindəki  Mütləqə  çatırsan,  Bütövlük 

İşığına qərq olursan. Mərasimləşir Məqam. 



 

125


Mərasim:  Yurdunda  İşıq  yandırırsan.  İşıq  Zülməti  yandırıb  kül  eləyir. 

Zülmət – təbii işıqlarla: şamla, məşəllə, Ocaqla işıqlanır.  



Yurd şam, məşəl, Ocaq İşığına qərq olur. 

İşıq Əməli, İşıq Fərəhi Rəmzləşir.  

Ömrün İşıq Günləri yaranır – əbədi Bayramlaşan. 

 

III. Cəmiyyət 

Ehkamdan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Həqiqət İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Quruluşdan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Ədalət İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Təşkilatdan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Haqq İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Mərasim: Ölkələrində İşıq yandırırsan. İşıq Zülməti yandırıb kül eləyir. 

Zülmət – təbii işıqlarla: şamla, məşəllə, Ocaqla işıqlanır.   

İşıq Əməli, İşıq Fərəhi Rəmzləşir.  

Cəmiyyətin İşıq Günləri yaranır – əbədi Bayramlaşan. 



 

III.  Bəşər 

    Maddiyyatçılıqdan  Azad  olanda  Daxilindəki  Mütləqə  çatırsan, 

Ruhanilik İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Mütləqsizlikdən Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

İnam İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Əxlaqsızlıqdan Azad olanda Daxilindəki Mütləqə çatırsan, Mənəviyyat 

İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Xurafatdan Azad olanda Daxilindəki Mütləqə çatırsan,  

Amal İşığına qərq olursan. Mərasimləşir Məqam. 



Mərasim:  İşıq  yanır  dünyada,  Zülməti  yandırıb  kül  eləyən:  şamla, 

məşəllə, Ocaqla işıqlanır aləm.  

İşıq Günləri yaranır – əbədi Bayramlaşan. 

24 Ümid günü, Günəş Ayı, 9-cu il. 

 

TƏZAD 

Maddiyyatçılıqda təbiətə münasibət – ruhsuzlaşır, yırtıcılaşır. 

Ruhaniyyatçılıqda təbiətə münasibət – Ruhaniləşir, İnsaniləşir. 

 

NƏTİCƏ 

Maddi Tərəqqi yürüşündə Ruhani qələbə yaranmadı. 

Yüyürən bəşər yıxılır. 

 

 



 

126


MADDİYYATÇILIQ   GÜCSÜZLÜYÜ 

“Təbiətin bəşəri dolandırmaq gücü tükənir” – deyirlər. 

Maddiyyatçılıq sərməstliyindən ayılmaq gərək! 

Ruhaniyyatçılıq ayıqlığına yetmək gərək! 



 

QLOBAL  TƏHLÜKƏ 

“Ümumdünya Dövləti yaranmasa, Bəşər məhv olacaq!” – deyirlər. 

“Ümumdünya  dövləti”nin  yaranmasından  Bəşərin  məhv  olması 

yaxşıdır. 

“Ümumdünya İqtisadiyyatı yaranmasa, Bəşər məhv olacaq!” – deyirlər. 

“Ümumdünya  iqtisadiyyatı”nın  yaranmasından  Bəşərin  məhv  olması 

yaxşıdır.  

Ümumdünya  Dövləti,  İqtisadiyyatı  “böyük  Xalqın,  yaxud  xalqların” 

“balaca xalqlar” üzərində Ağalığı olacaq!  

27 Qismət günü, Günəş Ayı. 9-cu il. Bakı.  

 

İSTİSMAR  ÇEŞİDLƏRİ 

 

Kapitalist iqtisadiyyatı 

Kapitalistin Fəhlə əməyinə Sahib olması. 

Kapitalistin Fəhlə əməyindən qazanması. 

Məqsəd: Kapitalist varidatı. 

 

Sosialist  iqtisadiyyatı 

Dövlətin Fəhlə əməyinə Sahib olması. 

Dövlətin Fəhlə əməyindən qazanması. 

Məqsəd: Dövlət varidatı. 

 

İNAM  HƏQİQƏTİ 

İnamdan başqa Həqiqət yoxdur. 

İnsanlaşmaq – İnamlaşmaq deməkdir. 

 

RUHANİ  CƏMİYYƏT  İDEALI 

 

Mülkiyyət 

 

1. Əməkçi mülkiyyəti: 

a)  Fərdi kəndli mülkiyyəti – torpağı. 

b)  Müştərək  sənayeçilər  –  (fəhlələr,  mühəndislər,  inzibatçılar) 

mülkiyyəti: – zavodu, fabriki, mədəni və s. 

 


 

127


2. Dövlət  mülkiyyəti: 

İctimai müəssisələr, dəmir yolu, poçt, teleqraf, radio, meşələr və s. 

 

3. İctimai  qruplar: 

a) torpaqçılar, b) sənayeçilər, c) əqliyyətçilər, ç) idarəçilər. 



 

4. İctimai Münasibətlər: 

Fərdi özünüidarə  (İnam, İdrak, Mənəviyyat, İradə müstəqilliyi). 

Maddi müstəqillik, İmtiyaz bərabərliyi. 

 

5. Ruhaniyyat 

Mütləqə İnam. Özünüdəyişmə. 

 

6. Haqq: 

Mütləq Həqiqət. Mütləq Ədalət. 

 

7. Dövlət 

Müstəqil  Fərdlərdən  Vahid  Xalq  yaradır,  Xalqı  yaşadır,  qoruyur, 

kamilləşdirir, Tərəqqiyə çatdırır, Dünyada təmsil eləyir. 

 

8. Ruhani Cəmiyyət Başçısı: 

Maddi imtiyaza malik olmayan. 

İctimai imtiyaza malik olmayan. 

Ruhani qanunlara tabe olan. Xalq yaratmaq, yaşatmaq, xalqı dünyada 

təmsil etmək səlahiyyətinə malik olan.  

İnam, İdrak, Mənəviyyat, İradə Kamilliyinə çatan. 

 

9Xalq 

Müstəqil yaşamağa, Ruhani Başçı yaratmağa qadir olan. 

Vahid İnam, Vahid İdrak, Vahid Mənəviyyat, Vahid İradə sahibi. 

Fərdiyyətdən doğan, Fərdiyyəti qoruyan Vəhdət. 

Dünya yiyəliyində öz Yeri olan, Sözü olan, İzi olan. 

12 İnam günü, Çiçək Ayı, 9-cu il. 

 

AYRILMAZLIQ 

Amalsız yaşamağı bacaran Amala gərək deyil. 

İnsan – Ruhundan ayrıla bilməz. 

 

İNAM 

Adamdakı İnsana inanmalıyıq,   

Adam özü buna inanmasa da. 


 

128


ÇEVRİLMƏ 

Amal Nuruna qərq olmuş həyat başdan-ayağa Fərəhə çevrilir. 

 

QƏLƏBƏ  ÜSLUBU 

1)Yetkin Təşəbbüs. 

                                       2)Geniş Meydan. 

                                       3)Böyük hücum. 



2 Murad günü, İşıq Ayı, 9-cu il.Bakı.  

 

ZOR – XALQ 

Zor – Xalqın Yağısı. 

Xalq – Zorun Əsiri. 

Xalqı Yağıdan ayırmaq, Yağıya qarşı çevirmək! 

 

DÖVLƏT  VƏZİFƏLƏRİ 



Adi Vəzifə: Maddi rifah, əminamanlıq. 

Ali Vəzifə: Ruhani Xalq! 

 

DÖVLƏT  ÇEŞİDLƏRİ 



Demokratiya Dövləti – Sosial Dövlət, ictimai mənafeləri barışdıran. 

Sovet 

Dövləti  –  İdeoloji  Dövlət,  marksizmi  Zor  əsasında 

cəmiyyətləşdirən. 



İslam Dövləti – İdeoloji Dövlət, islamı Zor əsasında cəmiyyətləşdirən. 

Faşist  Dövləti  –  Rəhbər  Dövləti,  Zora  əsaslanan  hakim  iradəsinin 

cəmiyyət üzərində ağalığı. 

(Rəhbər – Fürer, duçe, kaudilyo). 

Ruhani Dövlət (Sabahlı): – Xalq Dövləti – Müqəddəs, Ali! 

8 Qismət günü, İşıq Ayı, 9-cu il. Bakı. 

 

KAMİL 

Körpə kimi Təmiz.  

Cavan kimi Qanadlı.  

Yaşlı kimi Yetkin.  

Qoca kimi Müdrik. 



 

LEQAL FƏALİYYƏT FƏDAKARLIĞI 

Leqal  Fəaliyyət  müəyyən  mənada  kiçilməkdir,  müəyyən  mənada 

bulaşmaqdır. 

Ancaq o, Əməli Böyütmək üçün kiçilməkdir,  

Çirki Təmizləmək üçün bulaşmaqdır. 

21 Mərhəm, İşıq Ayı, 9-cu il. Bakı.  


 

129


İCTİMAİ QURULUŞ 

1. Dövlət  –  Xalq  yaradan,  Xalqı  təmsil  eləyən,  Cəmi  Fərdin,  Fərdi 

Cəmin təzyiqindən qoruyan. 



2. Şəxsiyyət – Fərdi Özünüidarə, Müstəqillik, Əməkçi Mülkiyyəti. 

3. Dövlət Başçısı – Mülkiyyətsiz, İmtiyazsız, İdarəçi, Ruhani Qanunlara 

tabe olan, Xalqı ifadə edən, Xalqa əsaslanan. 



4. Xalq  –  Müqəddəs  İnam,  İdrak, Mənəviyyat, İradə  təcəssümü,  Dövlət 

Qanunlarını,  Başçı  hökmlərini  Təsdiq,  yaxud  Rədd  edən  Bütöv  Birlik, 

Dövlətin Əzəli Məqsədi, Borcu. 

 

XALQ  HAKİMİYYƏTİ (DEMOKRATİYA) XÜLYASI 

Xalq hakimiyyəti (Demokratiya):  

Qərbdə: Azad seçki, referendum (xalq sorğusu), plebisist (xalq yazısı), 

parlament – xalq hakimiyyəti yoxdur, xalq rəiyyətçiliyi, xidmətçiliyi var. 



SSRİ-də:  Yalançı  seçki,  referendumsuzluq,  plebisistsizlik,  müti 

Sovetlər – xalq hakimiyyəti yoxdur, xalq məhrumiyyəti, itaəti var. 

Əslində xalq hakimiyyəti (Demokratiya) xülyadır. 

Dövlət hakimiyyəti var. 

Başçı səlahiyyəti var. 

10 Dözüm günü, Şölə Ayı. 9-cu il. Bakı.  

 

DÖVLƏT  ZƏRURİYYƏTİ 

1. 

Dövlət adamların Xalqlaşma ehtiyacından yaranıb; 



Dövlət olmayan yerdə Xalq yoxdur;  Xalq olmayan yerdə Bəşər. 

2. 


Dövlət həm yaradıcıdır, həm qoruyucudur, həm qurucu. 

Dövlət Xalq yaradır, Xalqı qoruyur, Xalq həyatını qurur. 



11 Mərhəm günü, Şölə Ayı, 9-cu il. Bakı.  

 

EVLAD  MÜSTƏQİLLİYİ 

Atadan Asılı olduğum dərəcədə Özümə Sahibəm. 

Amaldan Asılı olduğum dərəcədə Özümə Sahibəm. 

Sabahdan Asılı olduğum dərəcədə Özümə Sahibəm. 

Zamandan Asılı olmadığım dərəcədə Özümə Sahibəm. 

6 Arzu günü, Od Ayı, 9-cu il. 

 

ÖLMƏZLİK 

1. 


Görməyən göz – Sənin deyil. 

Duymayan Ürək  – Sənin deyil. 



 

130


İşləməyən Əl – Sənin deyil. 

Yeriməyən Ayaq – Sənin deyil. 

Düşünməyən Beyin – Sənin deyil. 

2. 


Gördüyünü qəbrə aparmırsan. 

Duyduğunu qəbrə aparmırsan. 

İşlədiyini qəbrə aparmırsan. 

Yeridiyini qəbrə aparmırsan. 

Düşündüyünü qəbrə aparmırsan. 

Getmirsən – qalırsan! 

3. 


Ölümdən əvvəl bədəndən ayrılırsan. 

Bədən ölür – sən qalırsan. 

Bəşər yaşayanacan yaşayırsan. 

Həyata bütöv gəlirsən, sonra parçalanır, paralanırsan,  

həyata qarışırsan və təzə bütövlərə yarayırsan. 

4. 


Bədən  bütövlüyünə  sığmırsan,  ondan  kənara  çıxırsan,  Bütövlüyünü 

itirirsən, ondan ayrılırsan. 

Həyat xamırına duz kimi qatılırsan.  

Təzə  Bütövlər  yaranır  –  parçalanmaq,  paralanmaq,  həyata  qarışmaq 

üçün. 

5. 


Biçimə sığmır Ruh,  

Biçimdə dayanmır, qalmır, 

Biçimsizləşir – təzə biçim yaradır. 

 

6. 



Ruh özünə uyğun biçim arayır, fəqət tapmır. 

Biçimlərin heç biri Ruha yaramır.  

Biçimlərin hamısını rədd eləyir Ruh. 

Qalaq-qalaq biçim yığılır Qəbristanlığa. 

 

7. 


Torpaqdan yaranmır Ruh. 

Oddan yaranır. 

Şimşəkdən yaranır. 

Günəşdən yaranır. 

Buluddan yaranır. 

Torpaqdan yaranan bədəndir – Torpağa yarayır. 

 


 

131


8. 

     Meyidə çevrilən İnsan deyil. 

 Torpaq altda çürüyən İnsan deyil. 

Həşərata qismət olan İnsan deyil. 

Ölümdə Biçim Mənadan ayrılır. 



İnsana Yad olur. 

Yadı öldürür əslində ölüm. 

10 

Ruh Səndən əvvəl yaranır. 



Səndən sonra yaşayır. 

Bədənlərdən ayrıla-ayrıla yaşayır. 

Bədənə sığmır. 

Bədənsiz də yaşaya bilmir. 

11 

Şimşəyin Göy məkanı var – Kamil. 



Günəşin Göy məkanı var – Kamil. 

Buludun Göy məkanı var – Kamil. 

Yağışın Göy məkanı var – Kamil. 

Ruh məkansızdır. 

12 


Ruh bədənə salınır. 

Ruh bədəndə çırpınır. 

Quş kimi uçmaq istəyir Ruh. 

Dəniz kimi coşmaq istəyir. 

Şimşək kimi çaxmaq istəyir. 

Bədən  sınanda,  sındırılanda  azad  olur  əsarətdən  –  təzə  əsarətə 

düşmək üçün. 

13 


Bədəndən uzaq, bədənə yad, bədəndən uca, bədənə sığmayan və 

bədəndə yaşayan, bədənə salınan – ölməzliyi qədər fəlakətli Ruh! 

14 


Heç kəs Ruha bərabər deyil, buna görə də hamı ölümlüdür. 

Heç kəs bədənə bərabər deyil, buna görə də hamı ölümsüzdür. 

10-cu il. Bakı. 

 

  



 

 

 

132


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

133


 

 

 

 

 

 

 

RUHANİ  SƏNƏDLƏR 

2

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                

2

 

Mütləqə İnam Ocağına yönəlik



 

 

 



 

134


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

135


SAFRUHA 

1.Kiçik çətinlikdə böyük çaşqınlıq göstərmədin. Ancaq “bizi tutacaqlar” 

– sözündəki təlaş Adi idi. 

Özünü Yoxlamalısan! 

2.Müqəddəs  Əməlin  konkret  təcəssümü  –  Evladdan  İnam,  İdrak, 

Mənəviyyat, İradə tələb edir. 

Qüdrətinizi aşkara çıxarmaq üçün – Məqsəd böyükdür... 

3.Ata Mərasimi Tam dərk olunmayıb. 

Bu, müasir dünyanın təsiri deyil, inkarıdır. 

İndikilər Atanın əlini öpmür, cibinə girir. 

50 illik Yubiley – Müasir Murdarlıq olardı. 

Ata  Günü  –  Müqəddəs  Başlanğıc,  Müqəddəs  Hesabat,  Müqəddəs 

Görüş günüdür. 

Səcdə – Müqəddəslik Qaydasıdır. 

4.Atayla  Görüşmək  istəyəni  ”Əməl”də,  “Səcdə”də,  “Həyat  Tərzi”ndə 

təsdiq 

olunan 


Qaydalar 

əsasında 

Ruhən 

hazırlayırsan. 



Hazırlıqsız Görüş olmur. 

5.İrəliləyirsən,  ancaq  Atanı  redaktə  etmək  körpəliyindən  əl  çək-

mirsən!... 

6.Evlad Ata hüzuruna hazırlanmış Yazıyla gəlir. 



Görüş yarım saatdan artıq olmur. 

7.Müqəddəs  Əmələ  –  Kəndlərdən  Başlamaq  olar.  Qohumlardan,  ən 

sınaqlı dostlardan. 

Sonra rayona Müqəddəs Toxum səpmək olar. 

İş yerində də Darıxan var. 

Ancaq Karıxan daha çoxdur. 

Satılan da Yox deyil. 

Bu səbəbdən də ora münbit torpaq deyil. 



Ancaq qadağan sahə də deyil! 

Ruhunun Yetkin çağında Risk eləyərsən! 

8.Şər Həqiqətin Düşmənidir. 

Onunla Yalanla danışmaq lazımdır. 

“Asif Əfəndiyevdən başqa Asif tanımıram!” 

9.Azlığımız – Çoxluğumuzdur. 

10.Təbii şəkildə, Vəhyin təsiriylə – Sonuncu Kitabça yaranır –

“Rəmzlər”. 

     Gələndə – Ayın sonuncu beşinci günündə aparacaqsan. 

     Bununla da 6 Müqəddəs Kitabımız və 4 Kitabçamız olur. 

11.Sənin Odu suyun içində qurtarmaq Missiyan – Müqəddəs 

Missiyadır və onun öhdəsindən Ləyaqətlə gəldin! 

Ataya Müqəddəs Fərəh gətirdin! 


 

136


12.Şər Atadan Zəifdir – Onun Safruhu Yoxdur! 

13.Giriş Əvəzini (İnsanlaşın...) Müqəddəs Kitabların hamısına əlavə 

etmisənmi? 

14.Ruhani Hökmləri ayırmısanmı? 

15.“Müqəddəs Əməl”i köçür, əslini qaytar. 



Xəzan Ayı, 7-ci il. Bakı. 

 

SAFRUHA 

Əsilə  deynən,  Muğama  aid  məqalə  və  plan  (balaca  dəftərdə)  çama-

dandadır. 

Çıxarsın, sabah gündüz saat Birdə gətirsin. 

“Rəmzlər”i  çap  elə və  gələn  görüşdə  4  balaca  əsərləri  bir  yerdə  gətir, 

baxım, qaytarım. 

Giriş əvəzini kitabların hamısına əlavə et. 

Eləmədiklərini Əsildəki çamadandan götür və tam nizamla. 

Vəziyyət haqqında Mülahizə. 

Müraciət  Sözünü  eşidiblər,  oxuyublar  və  sənin  vasitənlə  Ataya 

çatdırıblar ki, elə iş görülməsin... 

Müqəddəs Əməllə bağlı görəcəyin işlərin yetkin planını tut, Ataya gətir. 

Plansız hərəkətə bulunma! 

Tələsmə, həm də Fəalsızlığa qapılma! 

Müqəddəs Kitablar heç kəsə verilmir, şərh olunur. 

Tanınmış, Sınanmışlar Əsilgildə əsərləri köçürürlər. 

Ağlına  gələn  ilk  fikri,  ürəyində  doğan  ilk  duyğunu  həqiqət  sayma. 

(Həqiqət olsa belə). 

Onlara tay olan, yaxud onlarla döyüşən 4 başqa fikir və duyğu doğ, on-

lar ilkinləri ya ləğv edəcəklər, ya da onlara qayıdacaqlar. 

Atanın məişətinnən məşğul olmağı Zəruriyyət say... 

Ürəyin Qaranlıqları Yarsın. 

P.S.  Mənə  Azərbaycan,  Rusiya  (SSRİ),  Türkiyə  və  Dünya  xəritələri 

lazımdır. 

Özüm axtarsam, şübhələnərlər. 

Onları mənim üçün tap. 

Orxana, Anasına, Bacılarına Ata Uğurları! 

25 Xəzan Ayı, 7-ci il. Bakı. 

 

SAFRUH ÜÇÜN 

1.Əmələ həsr olunmuş kitabçanın adını “Sədaqət” qoymaq. 

2.Safruhun Kitabını “Ata işığında” adlandırmaq. 

3.“Rəmzlər”də  carçılar  yox,  çarçılar  (yəni  rus  çarının  sadiq  bəndələri) 

səh. 66. 



 

137


4.“Ruhani  Hökmlər”i  ayırmaq  (o  hələ  bitməyib  və  uzun  müddət  bit-

məyəcək). 

5.“Ata  İşığı”nı  Asif  Ataya  həsr  olunmuş  Epiqraf  səviyyəli  deyimlə 

başlamaq. 

(Mücərrəd  Atanın  arxasınca  getmirlər,  canlı,  şəxsi  Atanın  ardınca 

gedirlər). 

(“Asif”  sözü  ərəbcə  şiddətli  külək  –  yəni  əslində  Ruh  –  deməkdir. 

Evladlar  Ataları  üçün  layiqli  ad  tapmayınca  Asif  sözü  Müqəddəslikdə 

yaşamalıdır). 

6.Ocağa  Müraciəti  adi  günlərdə  yaşatmaq,  Ataya  Müraciəti  çətin 

günlərdə, Ülvi Günlərdə, Səfər üstə, Şərlə üzləşəndə, Xeyirlə görüşəndə 

özümləşdirmək (“Ocaq” – Atanın İşığıdır). 

7.“Rəmzlər”də Bir torpaqda becərilməyən (yəni bar verməyən) səh. 41. 

8.Mütləq Riayət: 

Ataya  təzim  ideyasının  bütün  mərhələləri:  baş  əymə,  sədaqətli  ürək, 

müqəddəs əl. 

Ata  Təqvimi,  Ata  Yeni  ili,  Ata  günü,  Özüylə  Döyüş,  Ruhani  Tək-

milləşmə... 

Müqəddəs Dəftərdə əks olunur. 

Hər ay Görüş vədəsi Ataya təqdim olunur. 

(“Evladlıq”da  Tələb  olunan  Şərdən  ayrılma,  “İqbal”  səviyyəsində, 

Ruhani  Billurlaşma,  Qorxudan  azad  olmaq,  Yırtıcıdan  azad  olmaq,  Xud-

bindən  azad  olmaq,  Naşıdan  azad  olmaq,  Əyyaşdan  azad  olmaq, 

Kölədən azad olmaq, Hərisdən azad olmaq, Şöhrətdən azad olmaq və s. 

yolunda səy, nəticə, Bugünkü, Sabahkı...). 

9.Bir  Ruhani  vərəqə,  sətir  belə  itməməli,  qorunmalı,  sabaha 

çatdırılmalı. 

     Ruhani Tariximiz – Ruhani Hesabatımız, Davamız. 

(Təzə Kitab – Ruhani Tariximizə aid məlumatlar kitabı yaradılır, həmin 

kitab indi başlanır və qurtarmır). 

10.Atayla görüş tarixləşir, təqvimləşir, Kəlamlaşır. 

11.“Əməl”ə Mütləq Əməl! 

Ürəyin Qaranlıqları yarsın.

3

 

 



DÜNYAYA MÜNASİBƏT 

Safruha, Sadiqə, Əsilə 

1.Türkiyəylə, İranla, Ərəbistanla əlaqə yaratmaq gərəkdir. 

Əlaqə – qeyri-siyasi, xəlqi olmalıdır. 

                                                



3

 

Sonunda yazılma ilsırası göstərilməyən Bəlgələr özündən sonrakı Bəlgə ilə bir 



gündə yazılmışdır. Təkrarlar olmasın deyə bu yöntəmi seçdik. 

 


 

138


Müqəddəs Kitablar həmin ölkələrdə Mütləqçi yetirə bilər, Mütləqçi 

Amalımızı həmin ölkələrdə yaya bilər. 

Ata Yurduna gələnlər arasında imperiya casuslarıyla yanaşı, layiqli 

şəxslər də ola bilər. 

Onlarla insani, ruhani münasibət Amalımıza kömək olardı. 

Həyatını bu çətin işə həsr eləyən Evlad istəyirəm! 

2.SSRİ-də yaşayan əski türk xalqlarıyla ünsiyyət yaratmalıyıq. Bunun 

üçün Müqəddəs Kitablar rus dilinə tərcümə olunmalıdır və yayılmalıdır. 

Şərq xalqları bir-birinin dilini çoxdan yadırğayıb. 

Bu işi öhdəsinə alan Evlad istəyirəm. 

3.Müasir Şərq nəinki gözünü, hətta qulağını belə Avropaya uzadıb. 

Amalımız Avropaya çatmalıdır. 



Bu işi görə biləcək Evlad istəyirəm. 


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə