Ученые записки Scientific works, №1, 2014 İssn 1815-1779



Yüklə 286,71 Kb.
Pdf görüntüsü
tarix26.05.2017
ölçüsü286,71 Kb.

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                   İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-



 E

conomics 

M.Ə. Hüseynov 

100 


UOT 664(075.8) 

AZƏRBAYCANIN  MİLLİ   ŞƏRBƏTLƏRİ  ÜÇÜN   ”TEXNOLOJİ TƏLİMAT”IN  

HAZIRLANMASI 

 

                                        M.Ə. HÜSEYNOV 

                      (Azərbaycan Dövlət İqtisad Universiteti) 

                            E-mail: movlud_huseynov@box.az 

 

Xülasə: Tədqiqat işində əsas məqsəd Azərbaycan milli şərdətlərinin çeşidini öyrənmək, “Ovşala” şərbəti  üçün 

“Texnoloji Təlimat” və həmin  şərbətə “Normativ-Texniki” sənədin  щязырланмasıdır. 

Açar sözlər: spirtsiz içkilər, milli şərbətlər, “Ovşala” şərbəti. 

 

           Узун иллярдян бяри мцхтялиф халглар йашадыглары юлкянин тябии иглим шяраитиня 

вя хаммал базасына уйьун олараг жцрбяжцр ичкиляр щазырламышлар. Шярг юлкяляриндя, o 

cümlədən Azərbaycanda шярбят, Асийа чюлляриндя вя Загафгазийанын даьлыг бюлэяляриндя 

айран,  гумсал  чюллярдя  чал  вя  гымыз  ичкиси,  диэяр  йерлярдя  квас,  буза  вя  тябии  гайнаг 

булагларын  суйундан  истифадя  олунмушдур.  Мцасир  дюврдя  беля  ичкилярин  чешиди 

артмыш,  тяркиби  зянэинляшмиш  вя  даща  чох  сянайе  цсулу  иля  щазырланмаьа 

башланмышдыр. Азярбайжанда щяля гядимдян ев шяраитиндя мцхтялиф спиртсиз ичкиляр, 

о  жцмлядян  шярбятляр  -  овшала,  исэянжяби,  qəndab,  xoşab,  сящляб  вя  с.  шярбятляр 

щазырланыр.  Бу  ичкилярин  щазырланмасында  ясасян  йерли  битки  хаммалларындан 

истифадя едилир. Спиртсиз ичкиl’r qrupuna [1, 7] daxil olan şərbətляр щям дя кцтляви иашя 

мцяссисяляриндя щазырланыб, бирбаша истещлака верилир. Я.И.Ящмядовун ясярлярinдя [2, 

4, 5, 6] Azərbaycanın milli şərbətlərinin  çeşidi və ev şəraitində hazırlanması üzrə  məlumatlar öz 

əksni tapmışdır. Biz tədqiqat işimizdə həmin ədəbiyyatlardan informasiya bazası və metodika üçün 

istifadə etmişik. 

Bizim  əsas  məqsədimiz  Azərbaycan  şəraitində  spirtsiz  içkilərin  istehsalında  yerli  bitki 

xammallarından maksimum istifadənin mümkünlüyünü müəyyən etmək, bu sahədə xalq təcrübəsini 

öyrənmək,  yeni  çeşiddə  spirtsiz  içkilərin  istehsalı,  o  cümlədən    Azərbaycan  Milli  şərbətlərinin 

hazırlanması üzrə ”Texnoloji Təlimat”-ı və Ovşala şərbəti üçün “Texniki  şərtlır”-i hazırlayıb onları 

təsdiq  etdirmək  və  tədqiqat  nəticələrinin  istehsalata  tətbiq  etməkdən  ibarətdir.  5  il  müddətinə 

(30.01.2014  -  30.01.2019)  təsdiq  olunmuş  TŞ  AZ  51000156001-001-2013  saylı  normativ-texniki 

sənədə  müvafiq  olaraq  ADİU-nin  “Ərzaq  malları  əmtəəşünaslığı    və  ekspertizası”  kafedrasının 

əməkdaşlarından,  prof., t.e.n.  Əhməd-Cabir Əhmədov və  doktorant Mövlud Hüseynov tərəfindən 

“Ovşala”    şərbətinin  hazırlanması  üzrə  “Texnoloji    Təlimat”  işlənib  hazırlanmışdır.  “Texnoloji 

Təlimat”  qızılgül  suyu,  gülab,  şəkər,  limon  turşusu,  içməli  su  və  digər  ətirli  bitkilərdən 

(boymadərən, nanə və reyhan) alınan ətirli distilyatla hazırlanan Ovşala şərbətinin sənaye üsulu ilə 

kütləvi  istehsalını  nəzərdə  tutur.  Ovşala  şərbəti  açıq  çəhrayı  rəngdə,  azacıq  turşa-şirin  dadlı  və 

qızılgül  ətirli  spirtsiz  içkidir.  Şərbət  şəffaf,  çöküntüsüz  və  asılı  hissəciklərsiz  olmalıdır.  Овшала 

йемякдян  сонра  вя йа плов  йанында  верилян спиртсиз  ичкидир  –  шярбятдир.  Hazır  şərbətin 

keyfiyyəti  təsdiq  olunmuş  normativ-texniki  sənədin  -  TŞ  AZ  51000156001-001-2013  -    tələbinə 

uyğun  olmalıdır.  Ovşala  şərbəti  hazırlamaq  üçün  aşağıdakı  xammal  və  materiallardan  istifadə 

olunur:  

-ГОСТ 21-94 və ГОСТ 22-94 üzrə  - şəkər tozu;  

-ГОСТ  8050  üzrə   karbon  4-oksid;  

-ГОСТ 908-2004 üzrə limon turşusu, "ekstra" və əla növ;  

-ГОСТ 2874  üzrə içməli su; 

-gülsuyu – həqiqi qızılgülün (və yaxud kazanlıq və beşyarpaq qızılgülün- ГОСТ 18908:1-93 üzrə) 

ləçəklərindın xüsusi texnologiya üzrə alınır;  

-gülab  –  həqiqi  qızılgülün  (ГОСТ  18908:1-93  üzrə)  su  buxarı  ilə  xüsusi  qaydada  qovulmasından 

alınan ətirli distilyat;  

-ətirli bitkilərdən (boymadərən - ГОСТ 51074-2003 üzrə; 


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                   İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-



 E

conomics 

M.Ə. Hüseynov 

101 


- reyhan - ГОСТ 53593-2009 üzrə;  

-nanə - ГОСТ 23768-94 üzrə və s.) alınan ətirli distilyat. 

       Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi  tərəfindən  qida  məqsədləri  üçün  istifadəsınə 

icazə  verilən  digər  xammalların  istifadəsinə  yol  verilir.  “Texnoloji  Təlimat”-da  milli  şərbətlərin 

istehsalında istifadə olunan bütün xammalların səciyyəsi verilir və həmin xammalların  keyfiyyəti 

qüvvədə  olan  normativ-texniki  sənədlərin  tələbinə  tam  uyğun  olmalıdır.  Milli  Azərbaycan  

şərbətlərinin  keyfiyyətini formalaşdiran  amillər aşağıdakılardır:  

1. Normativ-texniki sənədlərin keyfiyyəti.  

2. İstehsalatda istifadə olunan əsas və yardımçı xammalların keyfiyyəti.  

3. İstehsal texnologiyası rejiminə riayət olunması.  

4. Hazır məhsulun keyfiyyətinin müəssısənin laboratoriyasında  yoxlanılması. 

        “Texnoloji Təlimat”-da “Ovşala” şərbəti hazırlamaq üçün  həqiqi qızılgül (kazanlıq qızılgülü) 

ləçəklərindən  turşulaşdırılmış  qaynar  suda  ekstraktın  (gül  suyunun)  hazırlanması,  ətirli-ədviyyəli 

bitkilərdən su buxarı ilə qovma üsulu ilə ətirli distilyatın (gülabın)  alınması üsulları izah edilir. Bu 

məqsədlə  qızılgül  gülabı,  bədmüşk  gülabı,  boymadərən,  nanə,  reyan  və  digər  ətirli-ədviyyəli 

bitkilərdən  distilyatlar  çəkilir.  Şəkərdən  65-70%-li  şərbət    bişirilir.  Şərbətin  durulaşdırılması  üçün 

istifadə  olunan  su  standarta  müvafiq  olaraq  mexaniki  təmizlənir,  lazım  gələrsə    ozonlaşdırılır. 

Ovşala  şərbətinin  rəngini  daha  xoşagələn  etmək  məqsədilə  qida  məhsulları  istehsalında  istifadə 

olunmasına icazə verilən  boyalardan (E-122 - “azorubin”, E-124 - “ponso 4P”) da istifadə etmək 

olar.  Şərbətin  saxlanılma  müddətini  uzatmaq  məqsədilə  normativ-texniki  sənəddə  şərbətin  kütlə 

payına  görə  0,06  %    sorbin  turşusundan  (E-200)  istifadə  etməyə  icazə  verilir.  Beləliklə  qüvvədə 

olan “Texnoloji  Təlimat”-da  və  normativ-texniki  sənəddə  nəzərdə  tutulan  bütün  əsas  və  yardımçı 

xammallar və yarımfabrikatlar hazırlandıqdan sonra şərbət  kupaj üsulu ilə qarışdırılaraq hazırlanır, 

filtrdən keçirilir və müvafiq taralara (istehlak tarasına) qazlaşdırılmış və ya qazlaşdırılmamış halda 

doldurulub  ağzı  germetik  bağlanır.  Hazır  şərbətin  keyfiyyət  göstəriciləri  müəssisənin 

laboratoriyasında normativ-texniki sənədin tələbinə müvafiq olaraq ekspertizadan keçirilir, məhsul 

partiyasına    texniki  nəzarət  şöbəsi  tərəfindən  təsdiq  olunmuş  keyfiyyət  sertifikatı  verılır.  Yalnız 

bundan  sonra  məhsul  satış  üçün  pərakəndə  ticarət  şəbəkəsinə  göndərilə  bilər.  Ovşala  şərbətinin 

keyfiyyətini qoruyan amillərə aşağıdakılar aiddir:  

1. Məhsul qablaşdırılan taranın keyfiyyəti.  

2. Məhsulun qablaşdırılması.  

3. Qablaşdırılmış məhsulun markalanması. 

4. Qablaşdırılmış məhsulun nəqliyyat tarasına yığılması.  

5. Hazır məhsulun daşınması.  

6. Məhsulun saxlanılması şəraiti və müddəti. 

Ovşala şərbəti 0,1; 0,2; 0,25; 0,33; 0,5; 0,75 və 1,0 litrlik təkrar istifadə olunmayan və şərbətin 

yararlılıq  müddəti  ərzində  təhlükəsizliyini  və  keyfiyyət  göstəricilərini  təmin  edən  şüşə  qablara 

qablaşdırılır.  İstehlak  və  nəqliyyat  qablaşdırmaları,  qapaqlar  və  tıxac  vasitələri  Azərbaycan 

Respublikası  Səhiyyə  Nazirliyi  tərəfındən  bu  tip  məhsulların    təmasına  icazə  verilmiş 

materiallardan  hazırlanmalı,  daşınma  və  saxlanma  qaydalarına  riayət  etmək  şərti  ilə,  yararlılıq 

müddəti  ərzində  məhsulun  keyfıyyətini,  təhlükəsizliyini  və  texniki  şərtlərin    tələblərinə 

uyğunluğunu  təmin  etməlidir.  Ovşala  şərbəti  ГОСТ  6687.0-86    tələblərinə    müvafiq  olaraq 

qablaşdırılır. Ovşala şərbətinin hər bir qablaşdırma vahidinin istehlak qablaşdırmasına etiket vurulur 

və  ya  mətbəə  üsulu  ilə  markalanır  (QOST  14192).  Markalanmanın  tərkibi  aşağıdakı  məlumatları 

əks etdirməlidir:  

-məhsulun adı, məhsulun çeşidi, firma adı (olduqda) dırnaq arasında; 

-istehsalçının adı və yerləşdiyi yer (hüquqi ünvanı) əmtəə nişanı;  

-xalis kütlə və (və ya) həcm;  

-məhsulun  tərkibi  (inqrediyentlərin  kütlə  payının  ardıcıl  azalma  sırası  ilə,  qida  əlavələrinin, 

ətirvericilərin və digər icazə verilən komponentlərin məcburi göstərilməsi ilə);  

-100 q məhsulun qida və enerji dəyəri;  


Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                   İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-



 E

conomics 

M.Ə. Hüseynov 

102 


-istehsal tarixi;  

-yararlılıq müddəti;  

-saxlanma temperaturu;  

-istehlak qablaşdırması açıldıqdan sonra məhsulun saxlanması haqqında tövsiyələr (tövsiyə olunan 

mətn – “sərin və qaranlıq yerdə saxlamalı”);  

-texniki şərtlərin işarəsi; ştrixkod. 

Nəqliyyat  tarasının hər bir vahidinin  üzərində  məhsulu səciyyələndirən aşağıdakı  məzmunda 

markalanma  vurulmalıdır:  istehsalçının  adı  və  yerləşdiyi  yer  (hüquqi  ünvanı),  əmtəə  nişanı;  

məhsulun adı, məhsulun çeşidi, firma adı olduqda; xalis çəki və qablaşdırma vahidinin ədəd sayı və 

ya yalnız ədəd sayı; qablaşdırma vahidinin xalis kütləsi; istehsal tarixi (gün, ay, il); yararlılıq, son 

istifadə  və  ya  saxlama  müddəti  və  saxlanma  şərtləri;  sertifıkatlaşdırma  haqqında  məlumat; 

standartın  işarəsi.  Manipulyasiya  işarələri  "Günəş  şüalarından  qorunmalı",  "Kövrəkdir, 

Ehtiyatla",  "Tez  xarab  olan  yük",  "Yuxarı"  (ehtiyac  olduqda)  ГОСТ  14192  üzrə  vurulur  və 

nəqliyyat qablaşdırmasının üst- üstə maksimum yığım sayı da göstərilir. Nəqliyyat markalanmasına 

əlavə tələblər alqı - satqı müqaviləsinin şərtlərinin tələblərinə  uyğun olmalıdır. Ovşala şərbətinin 

xalis kütləsinə nominal miqdardan yol verilən kənara çıxmalar ГОСТ 6687.0-86  üzrə təyin edilir. 

Ovşala şərbətinin qablaşdırılması sanitariya  qaydalarına  uyğun  olaraq həyata  keçirilməli, daşınma 

və  satış  zamanı  məhsulun  qorunub  saxlanmasını  təmin  etməlidir.  Ovşala  şərbətinin  daşınması 

ГОСТ 23285 tələblərinə uyğun olaraq həyata keçirilir. Ovşala şərbətinin ticarət şəbəkəsində  qəbulu 

ГОСТ  6687.0  üzrə  aparılır.  Ovşala  şərbəti  istehsalçınin    və  ticarət  şəbəkəsinin  anbarlarında, 

soyudulan  satış  otaqlarında  və  soyuducularda  havanın  dövr  edilməsi  şərti  ilə,  0°C-dən  aşağı  və 

18°C- dən yuxarı olmayan temperaturda saxlanılmalıdır. Ovşala şərbətinin qablaşdırıldığı  gündən 

etibarən  yararlılıq  müddəti; qazlaşdırılmış konservantsız - 10 sutka, qazlaşdırılmış konservantla – 

20  sutka,  qazlaşdırılmış  –  5  sutkadır.  Aparılan  elmi-tədqiqat  işində  və  hazırlanan  normativ 

sənədlərdə    milli  Azərbaycan  şərbətlərinin  keyfiyyətini  formalaşdıran    və  qoruyan  obyektiv  və 

subyektiv  amillər  daha  geniş  izah  edilmiş  və  aşağıdakı  təkliflərin  nəzərə  alınması  vacib  hesab 

edilmişdir:  

1.  Milli  Azərbaycan  şərbətlərinin  hazırlanmasında  istifadə  olunan  əsas  və  yardımçı 

xammalların keyfiyyəti qüvvədə olan normativ-texniki sənədlərin tələbinə tam uyğun olması vacib 

hesab edilir. 

 2.  Milli  Azərbaycan  şərbətlərinin  sənaye  üsulu  ilə  hazırlanmasında  yeni  təsdiq  olunmuş 

normativ-texniki sənədin tələblərinə  riayət olunması məsləhət görülür. 

 3.  Milli  Azərbaycan  şərbətlərinin  hazırlanmasında  tərəfimizdən  işlənib  təsdiq    edilmiş 

“Texnoloji Təlimat”-a  uyğun olan texnoloji sxemdən istifadə olunması təklif edilir.  

4.  Milli  Azərbaycan  şərbətlərinin  hazırlanmasında  qida  məhsulları  istehsalında  istifadə 

olunması qadağan edilən qida əlavələrindən, konservantlardan, süni boya və ətirvericilərdən istifadə 

olunmsına yol verilməməlidir.  

5.  Milli  Azərbaycan  şərbətlərinin  qablaşdırılması,  markalanması,  daşınması,    saxlanılması 

şəraiti  və  müddəti  qüvvədə  olan  normativ-texniki  sənədlərin  tələblərinə  üyğun  olaraq  aparılması 

təklif olunur.  

6.  Aparılan  tədqiqat  işlərinin  nəticələri,  o  cümlədən  hazırlanmış  “Texnoloji  Təlimat”  və  

normativ-texniki sənəd  -   TŞ  AZ 51000156001-001-2013  -    istehsalata tədbiq  edilmək məqsədilə  

müvafiq təşkilatlara və müəssisələrə göndərilmişdir. 

 

Ədəbiyyat 



 

[1].Ящмядов  Я.И.    Тамлы  малларын  ямтяяшцнаслыьы.  Бакы,  «Игтисад  университети» 

няшриййаты, 2010, 453 səh. 

[2].Ящмядов Я.И. «Азярбайжан мятбях енсиклопедийасы», Бакы, Азярняшр 2012, 368 səh. 

[3].Нясирли  М.Н.  Азярбайжанын  бязи  ичкиляри  щаггында.  Азярбайжан  етнографик 

мяжмуяси. №1, Бакы, 1964, sящ. 136-145. 



Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                   İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-



 E

conomics 

M.Ə. Hüseynov 

103 


[4].Ахмедов А.И. Азербайджанская кухня. Баку,  «Гянджлик», 2008, 396 стр. 

[5].Ахмедов А.И. «Блюда современной Азербайджанской кухни» Баку, «Гисмят», 2006, 400 

стр.       

[6].Ahmad-Jabir Ahmadov «Тще сщербетс оф Азербайжан» (Инэилис   дилиндя) «Висионс оф 

Азербаиъан» Май-Ийун-2011, р. 100-101. 

[7].Шепелев  А.Ф.  и  др.  Товароведение  и  экспертиза  вкусовых  и  алкогольных  товаров.  Изд. 

центр «Март». Ростов-на-Дону, 2001, 288 стр. 

 

 

РАЗРАБОТКА  «ТЕХНОЛОГИЧЕСКОЙ ИНСТРУКЦИИ» НА    

  АЗЕРБАЙДЖАНСКИЕ НАЦИОНАЛЬНЫЕ ШЕРБЕТЫ 

 

М.А. ГУСЕЙНОВ 

(Азербайджанский Государственный Экономический Университет) 

E-mail: movlud_huseynov@box.az 

 

Аннотация:  Целью  работы  явилось  изучение  ассортимента    Азербайджанских 

национальных  шербетов  и  разработка  «Технологической  Инструкции»  и  «Нормативно-

технического документа» на шербеты «Овшала».  



Ключевые 

слова: 

Безалкогольные 

напитки, 

национальные 

шербеты, 

шербет                                               

«Овшала». 

 

 



DEVELOPMENT OF TECHNOLOGICAL INSTRUCTION FOR 

AZERBAIJANI NATIONAL SHERBETS 

 

                                            M.A. HUSEYNOV 

(Azerbaijan State University of Economics ) 

E-mail: movlud_huseynov@box.az 

 

SUMMARY  The  aim  of  the  work  was  to  study  the  range  of  Azerbaijani  national  sherbets  and 

development  of  "Technological  Instruction"  and  "Normative-technical  documents"  on  “Ovshala” 

sherbets. At the end, the extensive findings and proposals of the 6 points were given. 



Keywords: Soft drinks, national sherbets, sherbet "Ovshala". 

Daxil olub: 17.01.2014 



                                                                                            Rəyçi: i.e.d., professor R.K.İsgəndərov 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Elmi əsərlər -Ученые записки - Scientific works, №1, 2014                                   İSSN 1815-1779                 

İqtisadiyyat-Экономика-



 E

conomics 

M.Ə. Hüseynov 

104 


 


Yüklə 286,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə