Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   38
səviyyələrinə  nüfuz  edir.  Bizim  siyasi  birliyin  hüdudlarında  olan  bütün 
adamları  əhatə  edir.  Biz  həmçinin  etiraf  edirik  ki,  bu  universal  hüquqların 
ideyası hər bir fərdin bərabər dəyərliliyini nəzərdə tutur. Bu mənada, siyasi 
spektrin  hansı  hissəsində  olmağımızdan  asılı  olmayaraq,  bizim  hamımız 
bani-ataların təlimi ilə razılaĢırıq.  
Biz  baĢa  düĢürük  ki,  Deklarasiya  hələ  hakimiyyət  deyildir,  təkcə 
kredonun  olması  hələ  kifayət  deyildir.  Banilər  etiraf  edirdilər  ki,  Ģəxsi 
azadlıq  ideyasında  müəyyən  anarxiya  təhlükəsi  gizlənir.  Bərabərlik 
ideyasında  nəsə  bir  zəhərləyici  cəhət  vardır,  çünki  əgər  doğrudan  da  hamı 
doğulduğu yerdən, vəzifəsindən və cəmiyyətdə irs kimi vəziyyətindən asılı 
olmayaraq  bərabərdirsə,  əgər  mənim  dini  anlamağım  sizinkindən  nə  yaxĢı, 
nə  pisdirsə,  mənim  həqiqət,  xeyir  və  gözəllik  barədə  anlayıĢlarım  sizinki 
kimi  beləcə  həqiqi,  gözəl  və  qəĢəngdirsə,  onda  biz  birləĢməyə  qadir  olan 
cəmiyyəti  yaratmağa  necə  ümid  edə  bilərik.  Maarifçilik  epoxasının 
mütəffəkirləri  –  Hobbs,  Lokk  hesab  edirdilər  ki,  azad  insanlar  müqavilə 
əsasında  hökuməti  formalaĢdırmalıdırlar.  Elə  olmalıdır  ki,  birinin  azadlığı 
digəri  üçün  tiraniyaya  çevrilməsin.  Hamının  azadlığını  qoruyub  saxlamaq 
naminə  onlar  Ģəxsi  azadlıqlarını  qurban  verməlidirlər.  Bu  müddəaya 
əsaslanaraq, Amerika inqilabından əvvəlki dövrün siyasi nəzəriyyəçiləri belə 
bir  qənaətə  gəldilər  ki,  yalnız  demokratiya  azadlığı  təmin  etdiyi  kimi, 
qaydanı  da  təmin  edəcəkdir,  demokratiya  isə  elə  idarəçilik  formasıdır  ki, 
onda  idarə  olunanlar  buna  öz  razılığını  verir  və  azadlığı  məhdudlaĢdıran 

 
72 
qanunlar ümumidir, baĢa düĢüləndir, Ģəffafdır və həm idarə edənlərə, həm də 
idarə olunanlara Ģamil edilir. 
  Banilər bu nəzəriyyələri dərindən mənimsəmiĢdilər, lakin bir fakt var 
idi ki, ona heç nə ilə etiraz edə bilmədilər. Həmin dövrə qədər dünya tarixinə 
cəmisi  bir  neçə  uğurlu  fəaliyyət  göstərən  demokratiya  məlum  idi,  onlar  da 
yalnız  Qədim  Yunanıstanın  Ģəhər-dövlətləri  ilə  məhdudlaĢırdı.  Nəhəng 
ərazidə  yerləĢən,  üç-dörd  milyonluq  qarıĢıq  əhalisi  olan  on  üç  Ģtatda 
demokratiyanın  Afina  modelini  tətbiq  etmək  olmazdı,  Yeni  Ġngiltərədə 
istifadə edilən Ģəhər yığıncaqlarındakı müstəqil seçkilər xaos əmələ gətirmək 
təhlükəsi  yaradırdı.  Ġdarəçiliyin  respublika  formasında  xalqın  öz 
təmsilçilərini  seçməsi  ən  optimal  variant  idi,  lakin  hətta  ən  nikbin 
respublikaçılar belə fikirə tərəfdar idi ki, bu, coğrafi cəhətdən kompakt olan 
və  ya  az-çox  bircinsli  siyasi  birliklərin  olduğu  ölkələr  üçün  yararlı  idi, 
onlardakı  ümumi  mədəniyyət,  ümumi  din  və  etibarlı  qaydada  formalaĢmıĢ 
vətəndaĢ  ləyaqətləri  toplusu  fikir  azadlığını  və  mübahisələri  dayandıra 
bilərdi. 
  Uzun  mübahisələrdən  və  çoxsaylı  variantlardan  sonra  bani-ataların 
gəldiyi  qərar,  heç  Ģübhəsiz,  onların  ümumdünya  tarixinə  töhfələri  idi. 
Medisonun  Konstitusiya  konsepsiyasının  əsas  müddəaları  o  qədər  sadə  idi 
ki,  onları  hətta  əzbər  söyləyə  bilərdilər.  Təkcə  qanunun  və  nümayəndəlik 
idarəetməsinin hakimiyyəti, təkcə «Hüquqlar haqqındakı Bill» deyil, həm də 
hakimiyyətin  eyni  əhəmiyyətə  malik  olan  üç  qanadı,  iki  palatalı  Konqress, 
Ģtat  hökumətlərinin  müstəqilliyinin  saxlandığı  federalizm  –  bütün  bunlar 
hakimiyyəti  səpələyir,  mənafeləri  tarazlaĢdırır  və  həm  azlığı,  həm  də 
çoxluğu  tiraniyadan  qoruyur.  Bundan  əlavə,  tariximiz  banilərin  əsas 
postulatlarından  birini  təsdiq  edir  –  respublika  özünüidarəsi  böyük  və 
rəngarəng  cəmiyyətdə  daha  səmərəli  olur.  Hamiltonun  sözləri  ilə  deyilsə, 
"partiyaların  toqquĢması»  və  rəylərin  müxtəlifliyi  «ehtiyatlılığı  və 
düĢünülmüĢ  hərəkəti  təmin  etməyə»  imkan  verir.  Deklarasiyanı  baĢa 
düĢməyimiz üçün Konstitusiyanın quruluĢ detalları barədə mübahisə edirik. 
Biz Ģtatların mənafeyi ziyanına ticarətin nizamlanması sahəsində Konqressin 
xeyli  geniĢlənmiĢ  hüquqlarına  və  ya  Konqressin  müharibə  elan  etmək 
sahəsindəki  çox  yayğın  hüququna  qarĢı  etiraz  edə  bilərik.  Lakin  bizim 
hamımız  banilərin  qoyduğu  binövrə  və  onun  üzərində  yüksəldilmiĢ 
demokratiya binasının möhkəmliyinə əminik. Mühafizəkarlar və liberallar - 
bizim hamımız konstitusionistlərik. 
Beləliklə,  əgər  bizim  hamımız  Ģəxsi  azadlığa  və  bu  demokratiya 
qaydalarına  inanırıqsa,  onda  konservatorlar  və  liberallar  arasındakı  indiki 
mübahisələrin  mahiyyəti  nədən  ibarətdir?  Öz  qarĢımızda  vicdanlı  olsaq, 
etiraf etməliyəm ki, biz əsasən nəticə - həyatımızın ibarət olduğu əsas, bəzən 

 
73 
isə sadə olmayan məsələlər üzrə məhkəmələrin və qanunvericilik məclisinin 
qəbul etdiyi qərarlar barədə mübahisə edirik. Biz müəllimlərin uĢaqlarımızı 
ibadətə  aparmasına  icazə  verməliyikmi?  Axı  bu  vaxt  azlığın  məzhəbinə 
hörmət  qoyulmur.  Və  yaxud  biz  dua  edilməsini  qadağan  edib,  dindar 
valideynləri  öz  uĢaqlarını  gündə  səkkiz  saat  dünyəvi  atmosferə  buraxmağa 
məcbur  etməliyikmi?  Universitetin  rəhbərliyi  tibb  fakültələrində  məhdud 
yerləri  doldurub,  irqi  ayrı-seçkiliyin  tarixini  yada  salanda  yaxĢımı  hərəkət 
edir? Və ya etika tələb edirmi ki, universitet ərizəni dərisinin rəngindən asılı 
olmayaraq  bütün  abituriyentlərdən  qəbul  etsin.  Biz  elə  qurulmuĢuq  ki, 
Konstitusiyanın  Ali  Məhkəmə  tərəfindən  obstruksiyası  və  ya  təfsiri  kimi 
prosedura  qaydası  əgər  bizə  mübahisədə  kömək  edirsə  və  arzu  etdiyimiz 
nəticəyə  gətirib  çıxarırsa,  ən  azı  həmin  vaxt  bu  qayda  bizə  gözəl  görünür. 
Əgər o bizə qalib gəlməkdə kömək etmirsə, bizə heç cür xoĢ gəlmir.  
  Bu mənada Ġllinoys Qanunvericilik məclisindəki mənim kolleqam düz 
deyirdi  ki,  Konstitusiya  barədə  müzakirələri  bu  gün  siyasətdən  ayırmaq 
mümkün  deyildir.  Konstitusiya  və  məhkəmələrin  rolu  barədə  bizim  cari 
debatlar  da,  onların  nəticəsi  də  o  qədər  vacib  deyildir.  Biz  necə  mübahisə 
etmək  barədə  mübahisə  edirik  –  özü  də  səs-küylə,  ucadan,  hamının  gözü 
qarĢısında  və  ya  öz  aramızda  sakitcə  razılığa  gəlmək  yolu  ilə.  Biz  öz 
yolumuzla  getmək  istəyirik.  Lakin  bizim  əksəriyyətimiz  stabilliyin, 
hadisələrin  öz  axarında  gedəcəyinin  və  birləĢmənin  zəruri  olduğunu  etiraf 
edir. 
Deməli, biz abort barədə və ya bayrağın yandırılması barədə mübahisə 
edirik,  yüksək  nüfuz  sahibləri  olan  bani-atalara  və  Konstitusiyanın 
müəlliflərinə bizə düz yol göstərmələri üçün müraciət edirik. Hakim Skaliya, 
məsələn,  hesab  edir  ki,  ilkin  məna  üzrə  hərəkət  etmək  lazımdır  və  biz  bu 
qaydaya ciddi əməl etsək, demokratiyaya hörmət edəcəyik. 
Hakim  Breyer  kimi  digərləri  isə  anlayıĢların  baĢlanğıc  mənasının 
əhəmiyyətini  danmırlar.  Lakin  onlar  israr  edirlər  ki,  ilkin  məna  bəzən  çox 
dar  çərçivələr  qoyur  və  mürəkkəb  vəziyyətlərdə,  xüsusən  qızğın 
mübahisələrdə  konteksti,  tarixi  Ģəraiti  və  qəbul  edilən  qərarın  praktiki 
nəticələrini  biz  nəzərə  almalıyıq.  Əgər  bu  nöqteyi-nəzərdən  yanaĢsaq, 
onunla  razılaĢmaq  lazım  gəlir  ki,  bani-atalar  necə  fikirləĢməyi  bizə 
öyrətmiĢlər,  ancaq  nəyi  fikirləĢmək  isə  artıq  bizim  öz  iĢimizdir.  Axı 
çiyinlərimiz  üzərində  öz  baĢımız,  öz  dəlillərimiz  və  öz  rəyimiz  vardır  və 
onlara da bel bağlamalıyıq.     
  Kimdir  düzgün?  Mən  heç  də  hakim  Skaliyanın  mövqeyinin  əleyhinə 
deyiləm,  doğrudan  da,  çox  hallarda  Konstitusiyanın  dili  olduqca  aydın  və 
tam  qəbul  ediləndir.  Seçkilərin  necə  tez-tez  keçirilməsi,  prezidentin  yaĢı 
barədə  və  ya  hakim  vəzifəsinə  seçilən  Ģəxsin  bu  və  ya  digər  mətnin  aydın 

 
74 
mənasına  ciddi  əməl  edilməsinə  necə  borclu  olduğu  barədə  mübahisə 
aparmağa ehtiyac yoxdur. 
Bundan  əlavə,  mən  ciddi  konstitusionistlərin  bani-atalara  bəslədikləri 
ehtirama Ģərikəm. Mən özüm də fikirləĢirəm ki, görən banilər öz etdiklərinin 
əhəmiyyətini  baĢa  düĢürdülərmi?  Axı  onlar  inqilabdan  sonra  sadəcə 
Konstitusiya  yazmamıĢdılar.  Onlar  bunu  «Federalistin  qeydləri»ndə 
əsaslandırmıĢ, ratifikasiya prosedurlarından keçirmiĢ, «Hüquqlar haqqındakı 
Bill»  ilə  tamamlamıĢ  və  bütün  bu  iĢlərin  hamısı  bir  neçə  il  ərzində 
görülmüĢdü.  Biz  indi  həmin  sənədləri  oxuyuruq  və  onlar  o  qədər 
sarsılmazcasına düzgün görünür ki, onların əgər ilahi ilham tərəfindən deyil, 
ən  azı  təbii  hüquqla  yarandığına  asanlıqla  inanmaq  olur.  Ona  görə  də  mən 
hakim  Skaliyanın,  həm  də  təkcə  onun  deyil,  məsləkinə  hörmət  edirəm  ki, 
bizim  demokratiyamıza  qəti  və  sarsılmaz  olan  bir  varlıq  kimi  baxılmalıdır. 
Mən fundamentalistlərin də bu ideyasına hörmət edirəm ki, əgər biz ardıcıl 
olaraq  Konstitusiyamızın  ilkin  mənası  ilə  getsək,  bani-ataların  qəbul 
etdikləri  qaydalara  sədaqətimizi  hələ  də  qoruyub  saxlasaq,  uğur  qazanacaq 
və bizim bütün səylərimiz mükafatlanacaqdır.  
Mən  hakim  Breyerin  də  baxıĢına  Ģərik  çıxıram  ki,  bizim  Konstitusiya 
donmuĢ  deyil,  canlı  sənəddir  və  ona  daim  dəyiĢilən  dünyanın  konteksində 
baxılmalıdır.  
BaĢqa  cür  də  ola  bilərmi?  Konstitusiyanın  mətnində  bir  prinsip 
mövcuddur  ki,  hökumətin  bizi  qanunsuz  axtarıĢa  məruz  qoymaq  hüququ 
yoxdur.  Lakin  sənəd,  kompüterdən  informasiya  götürülməsinin  əsaslılığı 
barədə banilərin baxıĢları haqqında heç nə demir, bu isə Milli Təhlükəsizlik 
Ġdarəsində  (NSA)  geniĢ  surətdə  həyata  keçirilir.  Konstitusiyanın  mətni  söz 
azadlığının  müdafiəsini  tələb  edir,  lakin,  o,  bizə  izah  etmir  ki,  Ġnternetin 
mövcud olduğu dövrdə bu azadlığı necə baĢa düĢmək lazımdır. 
Sonra,  düzdür,  Konstitusiya  əsasən  tam  dəqiq  və  aydın  dildə 
yazılmıĢdır,  onun  mühüm  müddəalarını,  lazımi  hüquqi  prosedura  və  ya 
qanunla bərabər müdafiə barədəki maddələri dərk etməmiz zaman keçdikcə 
xeyli dəyiĢilmiĢdir. On dördüncü düzəliĢin hərfi təfsiri, deyək ki, tam aydın 
Ģəkildə  cinsi  əlamətə  görə  ayrı-seçkiliyə  və  hətta  irqi  seqreqasiyaya  icazə 
verir, belə bir bərabərlik anlayıĢı baxıĢına isə bizim hansısa birimiz heç cür 
qayıtmaq istəməzdik. 
Və  nəhayət,  kim  bizim  müasir  mübahisələrimizi  Konstitusiyanın  ciddi 
təfsirinə  əsaslanmaqla  həll  etmək  istəyirsə  mütləq  yeni  bir  problemlə  də 
üzləĢəcəkdir, axı həm banilərin özü, həm də Konstitusiyanı qəbul edənlər öz 
incilərinin  əhəmiyyəti  barədə  qızğın  mübahisə  edirdilər.  Konstitusiyanın 
əlyazmasında  mürəkkəb  qurumağa  macal  tapmamıĢ,  təkcə  ikinci  dərəcəli 
adamlar  deyil,  inqilabın  görkəmli  xadimləri  də  nəinki  az  əhəmiyyətli  olan 

 
75 
müddəalar,  həm  də  ən  birinci  prinsiplər  barədə  danıĢmağa  baĢladılar. 
Mübahisə  edirdilər  ki,  ümummilli  hökumət  nə  qədər  böyük  hakimiyyətə 
malik olmalıdır ki, iqtisadiyyatı idarə etsin, Ģtatın qanunlarını ləğv edə bilsin, 
döyüĢən ordunu formalaĢdırsın, pul borclarını ödəyə bilsin. Xarici ölkələrlə 
müqavilə bağlanmasında prezidentin rolu, qanun yaradıcılığı prosesində Ali 
Məhkəmənin  rolu  barədə  mübahisə  edirdilər.  Söz  azadlığı  və  toplaĢma 
azadlığı  kimi  elementar  hüquqların  əhəmiyyəti  barədə  mübahisə  gedirdi, 
bəzi  hallarda  isə  hansısa  Ģtata  nə  vaxtsa  təhlükə  meydana  gəldikdə,  bütün 
bunlar  asanlıqla  və  sadəcə  olaraq  unudulurdu.  Biz  bütün  bu  söz  döyüĢləri 
barədə  hər  Ģeyi  bilməyimizi  nəzərə  alsaq,  nəhayətsiz  olaraq  ittifaqların 
yenidən  yaradıldığı  və  iĢin  gediĢində  mübarizə  taktikası  dəyiĢdirildiyi 
vaxtlarda  təsəvvür  etmək  çətindir  ki,  iki  yüz  il  bundan  əvvəl  hansısa  bir 
hakim özünə əmin idi ki, o, bani-ataların niyyətlərini dəqiq bilir. 
Bəzi  tarixçilər  və  hüquq  nəzəriyyəçiləri  Konstitusiyanın  ciddi  Ģərh 
edilməsinə  qarĢı  öz  etirazlarında  daha  uzağa  gedirlər.  Onlar  deyirlər  ki, 
Konstitusiya  tam  təsadüfi  olaraq  meydana  gəlmiĢdir,  o  ciddi  metodika  ilə 
deyil,  qızğın  Ģəkildə  və  o  qədər  də  düĢünülmədən  tərtib  edilmiĢdi,  biz  heç 
vaxt  bani-ataların  «həqiqi  niyyətlərini»  o  səbəbə  görə  bilməyəcəyik  ki, 
Ceffersonun  niyyətləri  Hamiltonunkundan  tam  fərqli  idi.  Hamiltonun 
niyyətləri isə Adamsınkından güclü surətdə fərqlənirdi.  
 
 
Konstitusiyanın  qaydaları  onu  yaradan  adamların  dövrünə,  yerinə  və 
məqsədlərinə uyğun gəlirdi, bu qaydaları bizim Ģərh etməyimiz isə hökmən 
həmin  Ģəraitləri,  həmin  qızğın  mübahisələri,  ibarəli  kəlmələrə  bürünmüĢ, 
indiyə  qədər  hökmranlıq  edən  fraksiyalar  üçün  xarakterik  olan  həmin 
imperativləri  əks  etdirəcəkdir.  Eynilə  həmin  qaydada,  mən  köhnə  təfsirin 
bütün  ləyaqətlərini  qəbul  edirəm.  Konstitusiyanın  mətninin  bizi  sərt 
məhdudlaĢdırmadığını,  bizim  uzaq  keçmiĢin  sıx  ənənələrinə  çox  da  bağlı 
olmamağımızla  öz  dəyərlərimizi  müdafiə  edə  bilməyimizi  və  mifin 
dağılmasındakı  müəyyən  cazibədarlığı  görürəm.  Bu  relyativistin,  qayda 
pozanın,    valideynlərinin  kamillik  nüumunəsi  olmadığından  agah  olan  və 
onları aldatmağa öyrənən yeniyetmənin azadlığıdır – kafirin azadlığıdır. 
Hətta  belə  dönüklük  də  məni  heç  cür  məmnun  etmir.  Bəlkə  də  mən 
binövrənin mifinə çox bağlıyam ki, onu asanlıqla təkzib edə bilim. Bəlkə də 
Darvini təkzib edənlər və ağıllı fikirə tərəfdar olanlar kimi mən bizi kiminsə 
idarə  etdiyinə  inanmağa  üstünlük  verirəm.  Nəhayət,  mən  özümə  eyni  sualı 
verməyə  son  qoyuram.  Təsəvvür  edək  ki,  Konstitusiyada  söhbət  təkcə 
hakimiyyət  barədə  getməklə,  onun  prinsipləri  barədə  getmir  və  biz  ancaq 
lazım  gəldikdə  onu  düzəldir  və  əlavələr  edirik.  Niyə  onda  bəs  bizim 

 
76 
respublikamız nəinki yaĢamaq qabiliyyətinə malik olduğunu sübut etdi, həm 
də indi çox sayda inkiĢaf edən dövlətlər üçün nümunəvi modelə çevrildi? 
    Mənim  gəldiyim  cavab  heç  də  orijinal  deyildir,  bir  qədər 
metaforaların  dəyiĢdirilməsini  tələb  edir  ki,  demokratiya  tikilməli  olan  ev 
kimi  deyil,  aparılmalı  olan  söhbət  kimi  təsəvvür  edilsin.  Bu  baxıĢ  bucağı 
altında Medisonun dahiyanə fikri onda deyildi ki, bizi hərəkət qaydalarının 
cədvəli  ilə  təchiz  etsin,  necə  ki,  arxitektor  ardıcıllıqla  evin  layihəsini 
hazırlayır. O, ancaq ümumi konturları niĢanlamıĢdı. Ümumi qaydaları verdi 
və  bu  qaydalara  əməl  edilməsi  ədalətli  cəmiyyət  qurulmasına  nəyin  düz, 
nəyin  əyri  olduğu  barədəki  yekdil  fikirə  qətiyyən  təminat  vermir.    Bu 
qaydalar abortun yaxĢı və ya pis olduğunu, bunun qadının qərarı olmasını və 
ya  qanunvericiliklə  nizamlanmalı  olduğunu  həll  etmir.  Eynilə  bu  qaydada 
onlar  dərsdən  əvvəl  məktəb  duasının  ümumən  heç  bir  ibadətə  yol 
verilməməsindən yaxĢı olduğunu müəyyən edə bilmir. 
  Konstitusiyanın  qoyduğu  çərçivələr  yalnız  bizim  gələcək  barədə 
mübahisələrdə  istifadə  etdiyimiz  metodları  qaydaya  salır.  Bütün  bu  çox 
hiyləgər  mexanizm-hakimiyyətlərin  bölünməsi,  təmkinlilik,  tarazlılıq, 
federativ prinsiplər və «Hüquqlar haqqındakı Bill» - istəsək də, istəməsək də 
bizi  söhbətə,  «məĢvərət  demokratiyasına»  sövq  edir,  axırıncıda  isə  bütün 
vətəndaĢlar  həyatla  öz  ideyalarını  yoxlamağa,  baĢqalarını  öz  nöqteyi-
nəzərlərinə inandırmağa, razılıq   
ittifaqları  yaradılmasına  cəlb  edilirlər.  Bizim  cəmiyyətimizdə 
hakimiyyət  güclü  qaydada  yayğınlaĢmıĢdır.  Amerikadakı  qanunvericilik 
prosesi  bizi  belə  anlamağa  məcbur  edir  ki,  həmiĢə  heç  də  düzgün  hərəkət 
etmirik və bəzən qərarları dəyiĢmək lazım gəlir. O bizi məcbur edir ki, daim 
motivlərimizi və maraqlarımızı dəyiĢək və nəzərdə tutur ki, həm vahid, həm 
də ümumi rəy eyni zamanda qanunidir və olduqca səhvdir. 
Tarixin faktları bu nöqteyi nəzəri təsdiq edir. Axı əgər baniləri hansısa 
vahid  coĢqunluq  hərəkətə  gətirirdisə,  bu  yəqin  ki,  istənilən  mütləq 
hökmdarın,  kralın,  teokratın,  generalın,  oliqarxın,  diktatorun,  çoxluğun  - 
ümumilikdə bizə görə seçim edən hər kəsi kim olmasından asılı olmayaraq 
inkar  etmək  idi.  Corc  VaĢinqton  məhz  buna  görə  Sezarın  tacından  imtina 
etdi  və  üçüncü  dəfə  seçilmək  istəmədi.  Hamilton  bu  ehtirasın  arxasınca 
getmədi və ona görə də planları Yeni Orduda aparıcı rol oynamadı. Adamsın 
reputasiyası  da  Əcnəbilər  barədə  və  Qiyama  təhrikçilik  qanunları  qəbul 
edildikdən sonra, bunlara görə zərbə aldı. AltmıĢıncı illərin hansısa hakimi 
deyil,  məhz  Cefferson  kilsə  ilə  dövlət  arasında  sədd  çəkilməsinə  çağırdı  və 
əgər biz Ceffersonun çağırıĢa əməl etməkdən imtina etsəydik, onda hər iki-

 
77 
üç nəsildən bir inqilabla üzləĢərdik, lakin biz bundan ona görə qaça bildik ki, 
Konstitusiya artıq tiraniya əleyhinə etibarlı müdafiə qoymuĢdu.  
Bani-atalar təkcə mütləq hakimiyyət əleyhinə çıxıĢ etmirdilər. Qaydaya 
salınmıĢ  azadlığın  strukturasında,  ideyasında  mütləq  həqiqətdən,  istənilən 
ideyanın, ideologiyanın, ilahiyyətin və ya «izmin», tiraniya qaydasında idarə 
olunan cəmiyyətin qüsursuzluğundan imtina var idi. Söhbət gedən cəmiyyət 
isə  gələcək  nəsli  vahid,  dəyiĢməyən  kursa  döndərəcək,  çoxluğu  və  azlığı 
inkvizisiyaya,  qırğınlara,  dustaqxanalara,  cihada  təhrik  edəcəkdi.  Banilər, 
əlbəttə  ki,  Allaha  inanırdılar.  Lakin  Maarifçilik  ruhu  ilə  vəhdətdə  Allahın 
onlara  verdiyi  ağıla  və  hissə  inanırdılar.  Onlar  istənilən  mücərrədçiliyə 
Ģübhə  ilə  yanaĢırdılar,  sual  verməyi  xoĢlayırdılar,  ona  görə  də  bizim  erkən 
tariximizdə  nəzəriyyə  həmiĢə  faktla  və  məqsədyönlülüklə  yoxlanırdı. 
Cefferson hətta hakimiyyəti dağıtmağa və məhv etməyə çağıranda da bizim 
ümumdövlət hökumətinin möhkəmlənməsinə kömək edirdi. Müstəsna olaraq 
ictimai  mənafeyə  əsaslanan  Adamsın  siyasət  idealı  mahiyyətcə  siyasətsiz 
siyasət idi və bu VaĢinqton öz vəzifəsindən getməmiĢdən əvvəl köhnəlmiĢdi. 
Bəli,  banilərin  baxıĢları  bizə  indiyədək  ilham  verir.  Lakin  məhz  onların 
realizmi,  onların  praktikanı  nəzərə  alması,  çevikliyi  və  öyrənmək  həvəsi 
BirləĢmiĢ ġtatların həyat qabiliyyətini təmin etdi. 
 
Etiraf  edirəm  ki,  Konstitusiyanın  və  demokratik  prosesimizin  belə 
oxunuĢu təməl itaətdir. Belə görünə bilər ki, mən kompromissə, mülayimliyə 
və  düĢünülmüĢ  hərəkətə  tərif  deyirəm,  «sən  mənə,  mən  sənə»  prinsipinə, 
razılığa  gəlməyə,  eqoizmə,  dövlətdən  dolanma  mənbəyinə,  hakimiyyətin 
iflicinə və səmərəli olmamasına haqq qazandırıram. Bütün bu dadsız siyasət 
mətbəxi  barədə  heç  kəs  bilmək  istəmir  və  bizim  jurnalistlər  onu  həmiĢə 
korrupsiya  adlandırırlar.  Ancaq  düĢünürəm  ki,  demokratiyada  ehtiyatlılığın 
bizim yüksək ideallardan və ya ümumi rifaha can atmadan imtina kimi baĢa 
düĢülməsini  nəzərdə  tutduqda  biz  səhvə  yol  veririk.  Axı  Konstitusiya  bizə 
söz  azadlığı  barədə  yalnız  ona  görə  təminat  vermir  ki,  biz  nə  qədər 
mümkünsə  ucadan  qıĢqıraq,  bu  vaxt  öz  həmsöhbətimizi  dinləməyək 
(baxmayaraq  ki,  bizim  bu  hüququmuz  da  vardır).  Bu  azadlıq  bizə  ideyalar 
sahəsində  həqiqi  mübadilə  imkanı  verir.  "Ehtiyatlılığı  və  düĢünülmüĢ 
hərəkəti  təmin  etmək»  məqsədilə  «partiyaların  toqquĢması»  getdikcə,  bu 
özünəməxsus  bazarda,  mübahisə  və  müzakirələrdə  biz  öz  üfüqlərimizi 
geniĢləndirə, nəzər-nöqtəmizi dəyiĢə bilərik və nəhayət sadəcə razılığa deyil, 
ağıllı və halal razılığa gələ bilərik. 
  Qabağını  alma  və  tarazlaĢdırma,  federalizm  və  hakimiyyətin 
bölünməsi  sahəsindəki  Konstitusiya  sistemi  bütövlükdə  öz  dar  maraqlarını 
güdən qrupların yaranmasına gətirib çıxara bilər, lakin bu baĢ verməməlidir. 

 
78 
Hakimiyyətin yayılması bu qrupları baĢqalarının mənafeyini nəzərə almağa 
və  zaman  keçdikcə  öz  Ģəxsi  maraqları  barədə  təsəvvürünü  ümumən 
dəyiĢdirməyə məcbur edə bilər.  
Bizim 
Konstitusiyanın 
strukturasında 
özünü 
biruzə 
verən 
absolyutizmdən  imtina  bəzən  bizim  siyasətçilərlə  pis  oyun  oynayır  – 
deyəsən, onların heç bir prinsipi yoxdur. Ancaq demək olar ki, bütün bizim 
tarixdə  məhz  Konstitusiya  informasiyanın  toplanması  və  analizi  prosesinin 
özünə,  həm  də  heç  də  ən  yaxĢı  hesab  olunmasa  da,  lakin  bizim 
məqsədlərimizə nail olmaqda vasitə olan, həm də bu məqsədlərin özü üçün 
vasitə rolunu oynayan düzgün seçim etməyi meydana gətirən mübahisələrə 
həvəs yaradır, Ģirnikdirir. Biz kompensasiya edilən ayrı-seçkiliyin leyhinə və 
əleyhinə,  məktəblərdə  ibadətin  lehinə  və  əleyhinə  çıxıĢ  etdikdə  öz 
ideallarımızı,  baxıĢlarımızı  və  dəyərlərimizi  gündəlik  həyatın  reallıqları  ilə 
yoxlamalıyıq  ki,  vaxtında  onlar  yenidən  baxılmıĢ,  yaxĢılaĢdırılmıĢ  yeni 
ideallarla, dəqiqləĢdirilmiĢ baxıĢlarla, dərinləĢdirilmiĢ dəyərlərlə saflaĢdırıla, 
kənara atıla və əvəz edilə bilsin. Medisonun yazdığı kimi, məhz bu proses – 
«insan öz məsləklərinə onların düzgünlüyü və həqiqiliyi qədər əməl etməyə 
borcludur  və  həmiĢə  arqumentin  gücünə  açıq  olmalıdır»  barədəki 
Konstitusiyaya baxıĢın meydana gəlməsinə gətirib çıxardı. 
 
 
Ümumilikdə  və  bütövlükdə  Konstitusiya  özünü  bir  orientir  kimi 
göstərir.  Buna  müvafiq  olaraq,  biz  hisslərimizi  və  zəkamızı,  Ģəxsi  azadlıq 
iedalını  və  ictimai  həyatın  tələbini  yoxlayırıq.  Təəccüblüdür,  gör  neçə 
illərdir  ki,  o  bizə  xidmət  edir.  Ġttifaqın  birinci  günü,  depressiya  və  dünya 
müharibələri illərində, iqtisadiyyatın radikal yenidən qurulması, Qərbə doğru 
irəliləmə  illərində,  milyonlarla  immiqrantın  bizim  sahilə  qədəm  basdığı 
dövrlərdə  bizim  demokratiya  sağ  qaldı  və  indi  də  inkiĢaf  edir.  Əlbəttə, 
müharibə və tənəzzül illəri onun üçün müvəqqəti sınaq dövrünə çevrilirdi və 
heç Ģübhəsiz, onu gələcəkdə də çox sayda sınaqlar gözləyir. 
Lakin təkcə bir məsələyə görə ümumi dil tapılmadı və həm də ki, bani-
atalar ümumən bu barədə danıĢmaqdan imtina edirdilər. 
Tarixçi  Cozef  Ellisin  sözlərilə  desək,  Ġstiqlaliyyət  Deklarasiyası  bəlkə 
də  «dünya  tarixində  dönüĢ  anı  idi,  bu  vaxt  məcburiyyətə  əsaslanan  bütün 
qanunlar  və  adamlar  arasındakı  qarĢılıqlı  münasibətlər  həmiĢəlik  məhv 
edildi». Lakin bu azadlıq ruhu, banilərin fikrinə görə qullara Ģamil edilmirdi. 
Bu  qullar  onların  tarlalarını  becərir,  yataqlarını  səhmana  salır,  uĢaqlarına 
dayəlik edirdilər. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə