Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə11/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   38
Konstitusiyanın  mükəmməl  mexanizmi  vətəndaĢların,  Amerikanın 
siyasi  cəmiyyətinin  ləyaqətli  üzvlərinin  hüquqlarının  keĢiyində  dayanmağa 

 
79 
xidmət edir. Bu çevrəyə daxil olmayanlar isə heç cür müdafiə olunmurdu – 
onlarla  bağlanmıĢ  müqavilələrin  iĢğalçıların  məhkəməsi  qarĢısında  gücsüz 
olduğunu  görən  nə  tuzem  əhali,  nə  qara  dərili  Dred  Skott.  Axırıncı  Ali 
Məhkəməyə azad adam kimi girib, oradan qul kimi çıxmıĢdı. 
Demokratların uzaqgörənliyi, səsvermə hüququnun mülkiyyəti olmayan 
ağlara,  sonralar  isə  qadınlara  Ģamil  edilməsi  üçün  kifayət  idi.  Məntiq, 
arqumentlər və amerikan praqmatizmi bəlkə də böyük millətin yüksəliĢinin 
ağrılarını, həm də digər ölkələr üçün bəlaya çevrilən dini və sinfi çəkiĢmələri 
azaltdı.  Lakin  uzaqgörənlik  bircə  qullara  azadlıq  verə  və  ya  Amerikanı  öz 
baĢlıca günahından xilas edə bilmədi. Nəhayət, zənciri qılıncla kəsmək lazım 
gəldi. 
Bu  bizim  demokratiya  haqqında  nə  deyir?  Bani-atalarda  yalnız 
riyakarları,  Konstitusiyada  isə  Ġstiqlaliyyət  Deklarasiyasında  bəyan  edilmiĢ 
böyük  ideallara  xəyanəti  görən  fikir  məktəbi  mövcuddur  və  ilk 
abolitsionistlərin  ġimalla  Cənub  arasındakı  Böyük  Kompromissi  az  qala 
Ģeytanla müqavilə hesab etmələri ilə də onlar razılaĢırlar. Daha adət olunmuĢ 
baxıĢların  tərəfdarları  təkid  edirlər  ki,  quldarlığa  aid  olan  Konstitusiyanın 
bütün  kompromissləri  –  məsələn,  Deklarasiyanın  birinci  variantından 
abolitsionizm ruhunun, BeĢdə üç barədə, QaçmıĢ qullar barədə, Ġdxal barədə 
maddələr, Ġyirmi dördüncü Konqressin qula malik olmağa aid olan istənilən 
məsələnin müzakirəsinin qadağan olunması barədə etdiyi düzəliĢ, federalizm 
və  Senatın öz quruluĢu – Birliyi yaratmaq üçün zərurət, ən vacib tələb  idi. 
Quldarlıq  barədə  bir  kəlmə  deməməklə  bani-atalar  onların  əmin  olduğu 
kimi,  hökmən  sonu  olacaq  bir  Ģeyi  təxirə  salmaq  istəyirdilər.  Onların  bu 
yeganə səhvi Konstitusiyanın dahiyanəliyini azalda bilməz,  məhz bu sənəd 
abolitsionistlərə  öz  nöqteyi-nəzərlərini  demək,  müzakirələr  aparmaq 
icazəsini verdi. VətəndaĢ müharibəsindən sonra isə On üçüncü, On dördüncü 
və  On  beĢinci  düzəliĢlərin  qəbul  edilməsinə  və  dövlətin  qəti  Ģəkildə 
formalaĢmasına Ģərait yaratdı. 
Mən damarlarında afrikalı qanı axan bir amerikalı kimi bu mübahisədə 
necə  hansısa  tərəfi  tuta  bilərəm?  Heç  cür.  Mən  Amerikanı  çox  sevirəm. 
Onun çiçəklənməsinə öz töhfəmi də vermiĢəm, onun quruluĢuna, gözəlliyinə 
və  hətta  eybəcərliyinə  çox  bağlıyam  və  mən  fikrimi  müstəsna  olaraq  onun 
doğulmasının Ģəraitləri üstündə az cəmləĢdirirəm. Lakin mən nə burada baĢ 
vermiĢ cinayətlərin miqyası ilə, nə keçmiĢin kabusları ilə, nə hələ də ölkəni 
taqətdən salan açıq yaralar və xəstəliklərlə hesablaĢmaya bilmərəm. 
Bizim tariximiz qarĢısında mən yadıma sala bilərəm ki, azadlıq heç də 
həmiĢə  yalnız  praqmatizmlə,  ağılın  dəlilləri  ilə  və  ya  kompromiss  gücü  ilə 
yaranmamıĢdır. Ġnadkar faktlar mənə deyir ki, Uilyam Lloyd Qarrison kimi 
yenilməz  idealistlər  ilk  olaraq  ədalətin  müdafiəsinə  səslərini  qaldırdılar. 

 
80 
Məhz Denmark Vizi və Frederik Duqlas kimi qullar və azad edilmiĢ qullar, 
Harriet Tabman kimi qadınlar isbat edirdilər ki, hakimiyyət mübarizəsiz heç 
kəsə güzəĢtə getməyəcəkdir. Con Braunun ehtiraslı nitqləri, onun təkcə sözlə 
deyil,  həm  də  qanı  ilə  öz  baxıĢlarını  müdafiə  etməsi  bunu  dərk  etməyə 
kömək  etdi  ki,  bizim  hakimiyyət  daim  yarıquldarlıq  –  yarıazad  vəziyyətdə 
qala bilməz. Tarix mənə xatırladır ki, ehtiyatlılıq və konstitusiya qaydası bir 
çox  hallarda  hakimiyyət  baĢında  duranların  imtiyazı  olur,  yeni  qayda 
uğrunda isə çox vaxt əcaib adamlar, fanatiklər, peyğəmbərlər, təĢviqatçılar, 
ağılsız, baĢqa sözlə qatı baxıĢlı adamlar mübarizə aparırlar. Məhz buna görə 
də  bu  gün  eləcə  qızğınlıqla  çıxıĢ  edən  adamlara  –  nə  abort  əleyhdarlarına, 
onlar  mənim  ictimaiyyətlə  görüĢlərimi  pozmaq  istəyirlər,  nə  heyvan 
hüquqlarının  müdafiəçilərinə,  hansılar  ki,  hansısa  laboratoriyanı  dağıdır, 
hətta  mən  onlarla  özlüyümdə  qətiyyən  razılaĢmasam  belə,  laqeyd  yanaĢa 
bilmərəm. Mən hətta əminlikdə əminliyimdən məhrum olmuĢam, axı bəzən 
mütləq həqiqətlər də həqiqətən mütləq ola bilir.                                    
 
 
Mən  özündən  əvvəl  və  sonrakı  adamların  hamısından  bizim 
demokratiyanın məĢvərət funksiyasına malik olduğunu və bu məĢvərətçiliyin 
sərhədlərini  yaxĢı  anlayan  Linkolnla  razılaĢıram.  Biz  onun  məsləklərinin 
möhkəmliyini  və  dərinliyini,  quldarlığı  qəti  qəbul  etməməsi  və  ev 
parçalandıqda  bütünlüklə  uçacağına  əminliyini  xatırlayırıq.  Lakin  onun 
prezidentliyinin praktiki tərəfləri bu gün qəbul edilməyən kimi görünə bilər. 
Birliyi  müharibəsiz  qoruyub  saxlamaq  üçün  həyatın  özü  onu  cənublularla 
müxtəlif sövdələĢmələrə getməyə məcbur etmiĢdi. Müharibə baĢlandıqda isə 
özü  generalları  təyin  edir  və  iĢdən  çıxarırdı,  bu  və  ya  digər  strategiyanı 
sınaqdan  keçirirdi.  Müharibənin  uğurla  baĢa  çatması  üçün  Konstitusiyanın 
müddəlarını  hədsiz  dərəcədə  dartıb  uzadırdı.  Linkolnun  məqsədyönlülüyə 
görə  öz  məsləklərini  heç  vaxt  dəyiĢdirməməyi  barədəki  inamı  mənə  xoĢ 
gəlirdi. Ġki bir-birilə əks meyllər arasında tarazlığı qoruyub saxlamaq  onun 
üçün çox lazım idi. Ona görə ki, danıĢıqlar yolu ilə biz qarĢılıqlı anlaĢmaya 
nail olmalı idik, çünki bizim hamımız kamil deyilik və əminliklə hərəkət edə 
bilməzdik ki, Allahın özü guya bizim tərəfimizdədir. Həm də bəzən mütləq 
hərəkət etmək lazım gəlir, guya əminik ki, təkcə Ġlahi qüvvə bizi səhvlərdən 
qorumağa qadirdir. 
Bu  özĢüuru,  bu  təmkinliliyi  Linkolna  imkan  verdi  ki,  bizim 
demokratiyanın Ģəraitində, nitqlər və mübahisələr arasında, istənilən adamın 
təbiətinin yaxĢı tərəfinə istiqamətlənən arqumentlər arasında öz prinsiplərini 
qoruyub  saxlasın.  ġimalla  Cənub  arasında  razılaĢma  mümkün  olmadıqda, 
müharibə isə zərurətə çevrildikdə, bu təmkinlilik ona imkan verdi ki, digər 

 
81 
tərəfdə vuruĢan ailələrə qara yaxmaq Ģirniklənməsindən özünü qorusun. O, 
müharibənin  hətta  ədalətli  olan  dəhĢətlərini  də  kiçiltməkdən  imtina  edirdi. 
Qulların  qanı  bəzən  praqmatizmin  qorxaqlığa  çevrildiyini  bizə  xatırladır. 
Linkoln  və  Gettisberqdə  dəfn  edilənlər  bizə  xatırladırlar  ki,  biz  öz  mütləq 
həqiqətlərimizi,  buna  görə  necə  dəhĢətli  haqq  ödəyə  biləcəyimizi  qəbul 
etdikdə belə qoruyub saxlamalıyıq. 
 
 
Federal  Apellyasiya  Məhkəməsinə  namizədlər  təklif  olunması  barədə 
Corc  BuĢ  tez  qərar  verdikdə  bütün  gecə  yarısı  düĢüncələrim  bunun  vacib 
olmadığını  təsdiq  etdi.  Nəhayət  Senatdakı  böhrandan  yaxa  qurtarmaq 
mümkün olmasa da, onu ən azı təxirə salmaq mümkün oldu. Yeddi demokrat 
senator,  BuĢ  ərəfindən  təklif  edilmiĢ  beĢ  namizəddən  üçünü  obstruksiyaya 
məruz  qoymamağa  razılıq  verdi  və  vəd  etdi  ki,  yalnız  «fövqəladə 
Ģəraitlərdə»  obstruksiyaya  əl  atacaqlar.  Buna  cavab  olaraq,  yeddi 
respublikaçı  obstruksiyanı  həmiĢəlik  məhv  edə  biləcək  «özək  seçim» 
əleyhinə  səs  verməyi  vəd  etdi,  ancaq  bir  Ģərtlə  ki,  «fövqəladə  vəziyyətlər» 
baĢ  versə,  bu  qərarlarını  dəyiĢə  bilərlər.  Bu  «fövqəladə  Ģəraitlərin»  nə 
olmasını heç kəs aydın Ģəkildə deyə bilməzdi, lakin həm Respublikaçıların, 
həm  Demokratların  fəal  xadimləri  döyüĢə  atılmaq  istədiklərindən  öz 
partiyalarının təmsilçiliyindən Ģikayətləndilər. 
Mən «On dördlər Bandası» adlana biləcək dəstəyə qoĢulmaqdan imtina 
etdim. ĠĢtirak edən hakimlərin Ģəxsiyyətlərini nəzərə aldıqda, təsəvvür etmək 
çətin idi ki, daha pis olan hansı namizədə görə obstruksiya iĢə salınmalıdır. 
Lakin mən öz kolleqalarımı səhvlərinə görə pisləyə bilməzdim. Demokratlar 
axır  ki,  ləyaqətli  qərar  qəbul  etdilər,  axı  razılıq  mümkün  olmasa,  «özək 
seçim» Senatdan keçə bilərdi. 
Hadisələrin  belə  dönüĢünə  hamıdan  çox  senator  Bərd  sevindi.  Həmin 
gün razılığın əldə olunması elan edildikdə, o, zəfər çalmıĢ sərkərdə görünüĢü 
ilə  Virciniyadan  olan  Respublikaçı  Con  Uernerlə  Kapitolinin  zallarından 
keçdi,  bu  qoca  Ģirlərin  arxasınca  ehtiramlı  məsafədə  onların  komandasının 
gənc  üzvləri  gedirdi.  Bərd  reportyorlar  qrupuna  bərkdən  elan  etdi  ki,  «Biz 
respublikanı  qoruyub  saxladıq!»  Bu  vaxt  mən  iki  ay  əvvəl  baĢ  verən 
görüĢümüzü xatırlayıb gülümsündüm. 
Mən Senator Bərdin Kapitolinin birinci mərtəbəsində yerləĢən və senat 
komitələrinin,  vaxtilə  müntəzəm  olaraq  iclaslarını  keçirdiyi  qəĢəng 
bəzədilmiĢ  otaqlarının  arasına  sıxılmıĢ  kiçik  ofisinə  gəldim.  Katib  məni 
onun kitablarla, hansısa köhnə əlyazmaları ilə, fotoĢəkillərlə və suvenirlərlə 
dolu  olan  kabinetinə  gətirdi.  Bu  əĢyaların  hamısı  müxtəltif  kampaniyalar 
barədəki  xatirələr  idi.  Senator  Bərd  Ģəkil  çəkdirməyə  etirazım  olub-

 
82 
olmadığını soruĢduqdan sonra biz bir neçə Ģəkil çəkdirdik. Reportyorlar və 
katib  gedəndən  sonra  senatorla  köhnəlmiĢ  kreslolara  oturduq.  Mən  onun 
arvadının  səhhətini  soruĢdum,  çünki  eĢitmiĢdim  ki,  vəziyyəti  yaxĢı  deyil, 
maraqlandım  ki,  Ģəkillərdəki  adamlar  kimdir  və  sual  verdim:  yeni  seçilmiĢ 
senator kimi o, mənə nəyi məsləhət görərdi? 
O, cavab verdi: 
-
 
Bütün  qaydaları  əzbər  öyrənin,  təkcə  qaydaları  yox,  həm  də 
presedentləri də. 
O, arxada yerləĢən, əllə yazılmıĢ kağız yapıĢdırılmıĢ papkalar cərgəsini 
göstərərək dedi: 
-
 
Bunları  indi  az  adam  oxuyur.  Hamı  tələsir,  senatorun  üzərinə  böyük 
yük düĢür. Lakin bu qaydalar Senatın qapılarına olan açardır.  
Biz  Senatın  tarixi,  onun  birgə  iĢlədiyi  prezidentlər,  keçirdiyi  qanun 
layihələri  haqqında  söhbət  etdik.  Bərd  dedi  ki,  Senatda  bütün  iĢlərim  alına 
bilər, təkcə tələsməmək lazımdır. Bu gün çox sayda senator Ağ evə qərəzli 
münasibət  bəsləyir.  Konstitusiyaya  görə  Ali  hakimiyyətin  Senata  məxsus 
olduğunu, onun bizim dövlətin ürəyi olduğunu unudurlar. 
-
 
Konstitusiyanı  indi  olduqca  az  adam  oxuyur,  -  deyə  senator  davam 
etdi, pencəyindən cib formatında olan bir kitabça çıxardı.  
-
 
Mən həmiĢə demiĢəm ki, mənə bu kitab, bir də Bibliya lazımdır. 
Mən  otağı  tərk  etməmiĢdən  əvvəl  o,  katibindən  xahiĢ  etdi  ki,  özünün 
yazdığı  Senatın  tarixi  barədəki  kitabları  gətirsin,  onları    mənə  hədiyyə 
vermək istəyirdi. Tələsmədən bu gözəl Ģəkildə çap olunmuĢ kitabları stolun 
üstünə  qoydu,  qələmi  əlinə  götürüb  hədiyyə  etmə  sözlərini  yazmaq  istədi. 
Mən görürdüm ki, onun bəxti necə gətirmiĢdir ki, vaxt tapıb belə ciddi əsəri 
yazmıĢdır. 
-
 
Hə, hə, bəxtim gətirib, - deyə baĢını fikirli-fikirli yırğalayaraq dedi. – 
Minnətdar  olmaq  üçün  çox  Ģey  vardır.  Düzü,  mən  çox  Ģeyi  buna 
dəyiĢməzdim. 
Bu vaxt o, dayandı, diqqətlə mənim gözlərimə baxıb, sözünü bitirdi: 
-
 
Bircə Ģeyə təəssüflənirəm. Gəncliyin səfehliyi...  
Biz dinmirdik, bizi ayıran illəri və təcrübəni açıqca hiss edirdik. 
-
 
Senator  hər  kəs  nəyə  görəsə  təəssüf  edir,  -  mən  dedim.  –  Təkcə  dua 
etmək qalır ki, Allahın mərhəməti axırda bizə iĢıq salsın. 
O, bir daha mənə diqqətlə baxdı, gülümsündü və birinci cildi açdı: 
-
 
Allahın  mərhəməti  ...  Əlbəttə,  əlbəttə...  Qoy,  bunları  sizin  üçün 
imzalayım.  
Bir əli ilə digərini möhkəm saxlamaq üçün tutaraq hədiyyənin üstünə öz 
adını yazdı. 
 

 
83 
 
 
IV Fəsil  
 
Siyasət 
 
 
 
 
 
Senator  postunda  mənim  ən  sevimli  məĢğuliyyətlərindən  biri 
ictimaiyyətlə  görüĢlərdir.  Bütün  iĢ  vaxtı  ərzində  otuz  doqquz  belə  görüĢ 
keçirmiĢəm,  bu  görüĢlər  bütün  Ġllinoysda,  Anna  kimi  kiçik  Ģəhərcikdən 
tutmuĢ  Neypervill  kimi  inkiĢaf  edən  Ģəhər  kənarlarında,  Sautsaydın  qara 
kilsələrində  və  Rok-Aylendin  kolleclərində  keçirilmiĢdir.  Onlar  bir  qayda 
olaraq  səs-küysüz  keçirilir.  Əvvəlcə  əməkdaĢlarım  yerli  orta  məktəbə, 
kitabxanaya  və  ya  kollecə  zəng  edib  maraqlanırlar  ki,  onlar  belə  görüĢü 
keçirmək  istəyirlərmi.  Təyin  olunmuĢ  günə  bir  həftə  qalmıĢ  biz  yerli 
qəzetdə, kilsə icmasında və radiostansiyada elanlar veririk. GörüĢ günü mən 
bir qədər tez gəlirəm, çox vaxt bu yarım saata bərabər olur yerli rəhbərliklə 
görüĢürəm,  adamları  burada  daha  çox  maraqlandıran  məsələlər  –  məsələn, 
yolların  təmiri  və  ya  yeni  ahıllar  evinin  tikilməsi  barədə  suallar  verirəm. 
Hökmən Ģəkil çəkdirəndən sonra biz dinləyicilərin artıq yığıldığı zala giririk.  
Səhnəyə  çıxanda  mən  uzadılmıĢ  əlləri  sıxıram.  Səhnədə  isə  praktiki  olaraq 
heç  nə  yoxdur,  yalnız  tribuna,  mikrofon,  bir  butılka  su  və  Amerikanın 
bayrağı vardır. Burada bir saat, bəzən hətta çox müddətdə məni VaĢinqtona 
göndərən adamların suallarına cavab verirəm. 
Belə görüĢlərin iĢtirakçılarının sayı müxtəlif olur, əlli adam da gəlir, iki 
yüzdən  çox  da.  Saylarından  asılı  olmayaraq,  mən  daim  bu  adamlara 
minnətdaram. Onlar bizim getdiyimiz həmin mahalların əhalisinin kəsimidir 
- Respublikaçılar və Demokratlardır, qocalar və cavanlardır, kök və nisbətən 
artıq  olanlardır,  uzun  məsafəyə  iĢləyən  yük  maĢınlarının  sürücüləridir, 
kolleclərin  professorlarıdır,  ev  sahibələri  olan  analardır,  veteranlardır, 
məktəb müəllimləridir, sığorta agentləridir, auditorlardır (CPA), katiblərdir, 
həkimlərdir,  sosial  iĢçilərdir.  Bir  qayda  olaraq,  onlar  nəzakətli  və 
diqqətlidirlər, hətta mənimlə (və ya bir-birlərilə) razılaĢmayanda da özlərini 
belə  aparırlar.  Onlar  mənə  reseptlə  dərman  buraxılıĢı,  büdcənin  defisiti, 
Myanmada 
insan 
haqları,  etanol,  quĢ  qripi,  məktəb  təhsilinin 
maliyyələĢdirilməsi, kosmik proqramlar barədə suallar verirlər. Bəzən onlar 
məni  təəccübləndirirlər.  Uzaq  fermada  yaĢayan  gənc  ağbəniz  qadın 

 
84 
Darfurdakı  vəziyyəti  ehtiraslı  qaydada  müzakirə  edə  bilir,  qoca  yaĢlı 
qaradərili  centlmen  Ģəhərin  mərkəzində  yaĢadığı  halda  səriĢtəliklə  münbit 
torpaqların qorunması barədə danıĢır.  
  Belə  sadə  adamların  qarĢısında  çıxıĢ  edəndə  həmiĢə  həyəcanlanıram. 
Onların  özlərini  necə  aparmasında  əməksevərlik  nəzərə  çarpır.  Bu  adamlar 
öz  uĢaqları  ilə  özlərini  elə  aparırlar  ki,  hiss  olunur  ki,  onlara  ümid 
bəsləyirlər.  Belə  görüĢlər  –  soyuq  axına  atılmaq  kimidir.  Onlardan  sonra 
mən  həmiĢə  təmiz  yuyulmuĢ  kimi  oluram,  sevinirəm  ki,  məhz  bu  iĢi 
seçmiĢəm. 
 Axırda  adamlar  mənə  yaxınlaĢıb,  əlimi  sıxır,  Ģəkil  çəkdirirlər  və  ya 
uĢaqlarını  yanıma  gətirirlər  ki,  məndən  avtoqraf  alsınlar.  Mənə  qəzet 
məqalələrini,  vizit  kartoçkalarını,  qeydləri,  hərbi  medalyonları,  dini  sitayiĢ 
əĢyalarını, tilsimləri verirdilər. 
Hökmən  kimsə  əlimdən  tutub  deyir  ki,  onlar  mənə  ümid  bəsləyirlər, 
lakin  VaĢinqtonun  məni  dəyiĢdirməsindən  qorxurlar  və  istəyirlər  ki,  mən 
bütün hakimiyyətdə olanlar kimi olmayım, onlara oxĢamayım. 
  Lütfən  dəyiĢməyin,  mənə  deyirdilər.  Bizim  ümidimizi  boĢa 
çıxarmayın.  
 
 
 Amerikanlar  siyasi  həyatın  problemlərini  siyasətçilərin  Ģəxsi 
keyfiyyətləri  ilə  izah  etməyə  adət  etmiĢlər.  Bəzən  onlar  sadəcə  olaraq  heç 
ifadələri də seçmirlər. Prezident-gicdir, o senator da – avaradır. Olur ki, hətta 
bütöv hökmü də elan edirlər. «Orada onların hamısı satılmıĢlar!».  
Seçicilərin çoxu hesab edir ki, VaĢinqtonda siyasətlə yalnız oynayırlar, 
bütün  müzakirələr  və  səsvermələr  həya  etmədən  keçirilir,  hər  Ģey 
seçkiqabağı kampaniya, reytinq, partiyaya sədaqət naminə edilir, heç də düz 
qaydada mövcud olmur. Çox hallarda öz partiyandan, Demokratlardan olan 
siyasətçiyə daha kəskin tənqidlər deyilir, «o, heç nəyi müdafiə etmir» və ya 
Respublikaçıya deyilir ki, «o, təkcə bu adı daĢıyır». Buradan belə görünür ki, 
əgər  biz  VaĢinqtonda  nəyisə  dəyiĢmək  istəyiriksə,  ləyaqətsiz  adamlardan 
yaxamızı qurtarmalıyıq. 
Ġllər  keçdikcə  onlar  öz  yerlərini  qoruyub  saxlayırlar,  Nümayəndələr 
palatasında təkrarən seçilmiĢ üzvlərin sayı 96 faizə çatır. 
  Politoloqlar bu fenomenə çox sayda izahlar verirlər. Hər Ģeyin dolaĢıb 
qarıĢdığı bu günkü dünyada, daim məĢğul olan və harasa tələsən seçicilərin 
hisslərinə müraciət etmək çətindir. Buna görə də, siyasi qələbə ona çevrilir 
ki,  səni  tanısınlar.  Ona  görə  də  xadimlərin  əksəriyyəti  həddən  ziyadə 
vaxtlarını seçkilər arasında ona sərf edirlər ki, adları təkrar-təkrar eĢidilsin, 
onlar nəyinsə açılmasında lenti kəssinlər. Ġstiqlaliyyət günü paradında və ya 

 
85 
bazar günləri səhər tok-Ģoularında iĢtirak etsinlər. Çoxlarının həvəslə istifadə 
etdiyi  vəsait  toplamağın  yaxĢı  məlum  olan  fəndi  də  vardır,  sağ  və  ya  sol 
olmasından  asılı  olmayaraq  maraq  qrupları  ianələrdən  söhbət  gedəndə  xal 
toplamağa  çalıĢırlar.  Hansısa  bir  ciddi  təhlükədən  palata  üzvlərinin 
izolyasiya  edilməsi  üçün  istifadə  edilən  siyasi  fırıldaqların  rolunu  unutmaq 
olmaz. Ġndiki dövrdə rəhbər partiya Konqressə seçkilər üzrə demək olar ki, 
hər  bir  dairədəki  vəziyyətin  kompüter  dəqiqliyi  ilə    Ģəklini  çəkir  ki,  öz 
ərazisində  Respublikaçıların  və  ya  Demokratların  Ģübhəsiz  üstünlüyünü 
təmin  etsin.  ġiĢirtməyə  yol  vermədən  demək  olar  ki,  seçicilər  indi  öz 
nümayəndələrini  seçmirlər,  daha  doğrusu  əksinə  olur  –  nümayəndələr 
seçicilərini seçirlər. 
Bu  faktlar  da  mövcuddur,  onun  barəsində  çox  danıĢmırlar,  ancaq  o 
rəylər  Konqressdən  vətəndaĢların  nəyə  görə  zəhləsi  getdiyini,  ancaq  öz 
konqressmenlərini  sevdiyini  izah  edir.  Buna  inanmaq  çətindir.  Ancaq 
siyasətçilər demə ən sevimli adamlardır. 
ġübhəsiz,  mən  Senatdakı  öz  kolleqalarım  haqqında  da  eyni  Ģeyi 
deyəcəyəm.  Biz  ikilikdə  olduqda  ən  yaxĢı  kompanyaya  çevrilirik  –  Ted 
Kennedi və ya Trent Lott kimi rəvayət danıĢanlara, Ket Konrad və ya Riçard 
ġelbi kimi hazırcavablara, Debbi Stebnau və ya Mel Martines kimi mehriban 
adamlara nadir hallarda rast gələ bilərsən. Bir qayda olaraq, onların  hamısı 
ağıllıdırlar, öz Ģtatlarının mənafeyi naminə yorulmadan iĢləyirlər. Elələri də 
var  idi  ki,  bütünlüklə  stereotiplərə  uyğun  gəlirdi,  istənilən  həmsöhbəti 
çərənləməklə  boğaza  yığa  və  əməkdaĢlarına  kobudluq  edə  bilirdi.  Mən 
Senatda uzun müddət iĢlədikcə, bütün senatorlarda bizim hamımıza xas olan 
nöqsanları  tez-tez  görürdüm,  bunlar  təmkinli  olmamaq,  ağlabatmayan 
inadkarlıq  və  həddən  ziyadə  Ģöhrətpərəstlikdir.  Onu  da  demək  lazımdır  ki, 
Senatdakı bu nöqsanların faizi cəmiyyətimizin sərbəst seçilmiĢ hansısa digər 
seqmentində  olduğundan  yuxarı  deyildir.  Demək  olar  ki,  hətta  hər  bir 
cəhətdən 
razılaĢmadığım 
kolleqalarımla 
söhbətdə 
mən 
onların 
səmimiyyətini,  ölkənin  daha  yaxĢı  və  daha  güclü  etmək  üçün  iĢləmək 
həvəsini,  öz  seçicilərini  təmsil  etmək  və  öz  dəyərlərinə  Ģəraitin  imkan 
verdiyi dərəcədə sadiq qalmaq istəyini özlüyümdə hiss edirdim.  
Bəs  niyə  ictimai  rəyin  gözündə  bu  kiĢilər  və  qadınlar  axĢam 
xəbərlərində  təsvir  edildiyi  kimi  qaĢqabaqlı,  sərt,  prinsipsiz,  əclaf 
Ģəxsiyyətlər  kimi  təsəvvür  edilir?  Niyə  belə  düĢünülür  ki,  dövlət 
idarəçiliyinə  ağıllı,  vicdanlı  adamlar  gəlib  çata,  düĢə  bilməzlər.  Mən 
VaĢinqtonda  daha  çox  müddət  iĢlədikcə  dostlarım  məni  daha  diqqətlə 
müĢahidə  edirdilər  ki,  gah  sifətimdə  özündən  razılıq  izlərini,  gah 
mübahisəyə  və  ya  əksinə,  müdafiəyə  hazırlığımı  sezsinlər.  Mən  də  özümə 
belə  suallar  verirdim.  Öz  kolleqalarımda  gördüyüm  xüsusiyyətləri  özümdə 

 
86 
də tapırdım. Qorxurdum ki, heç də az dərəcədə sterotip olmayan telefilmdəki 
stereotip siyasətçiyə oxĢaya bilərəm. 
 
 
Mən  ondan  baĢladım  ki,  lovğalığın  təbiətini  araĢdırdım,  çünki  ən  azı 
bütün  senatorlar  bunda  bir-birindən  fərqlənirlər.  BirləĢmiĢ  ġtatlar 
senatorlarından kiminsə bu vəzifəyə təsadüfi düĢməsi çətindir. Ən azı bunun 
üçün  bir  növ  allahlıq  iddiası  lazımdır,  səmimi  qaydada  ona  inam 
bəsləməlisən  ki,  Ģtatın  bütün  qabiliyyətli  adamları  arasında  təkcə  sənin 
hansısa bir xüsusi, qeyri-adi istedadın vardır və sən onların adından çıxıĢ edə 
bilərsən.  Hər  Ģeydən  əlavə,  sən  möhkəm  bilməlisən  ki,  bizim  kampaniya 
adlandırdığımız,  bəzən  yüksəldən,  bəzi  hallarda  aĢağılayan,  lakin  həmiĢə 
gülməli bir prosesə dözə biləcəksən. 
Lakin  təkcə  ambitsiyalar  da  kifayət  deyildir.  Senator  kreslosuna 
yiyələnməyə  həvəsləndirən  sox  sayda,  həm  yüksəldən,  həm  aĢağılandıran 
motivlərin  arasında  uğur  qazanmaq  istəyənlər  demək  olar  ki,  fanatik 
qaydada  sadə  niyyət  nümayiĢ  etdirməli,  bu  vaxt  bəzən  öz  sağlamlığını, 
münasibətlərini,  ruhunun  sakitliyini  və  ləyaqətini  qurban  verməlidir.  Ġlkin 
seçkilər  baĢa  çatdıqdan  sonra  xatırlayıram  ki,  mən  təqvimə  baxdım  və 
gördüm ki, il yarım ərzində mənim cəmisi yeddi istirahət günüm olmuĢdur. 
Bütün  baĢqa  vaxtlarda  mən  sutkada  on  iki  saatdan  on  altı  saata  qədər 
iĢləmiĢəm.  Burada  nəsə  fəxr  eləməli  bir  Ģey  də  yoxdur.  Həmin  kampaniya 
vaxtı MiĢel dəfələrlə mənə demiĢdi ki, bu heç də normal hal deyildir. 
Senatorun davranıĢı, ancaq heç də təkcə ambisiyadan və sadə niyyətdən 
asılı  deyildir.  Daim  mövcud  olan  və  dağıdıcı  bir  emosiya  da  vardır  ki,  bu 
sizin  namizəd  elan  edildiyiniz  baĢ  gicəlləndirici  gündən  baĢlayır.  Bu 
emosiya  boğazından  yapıĢıb,  səni  seçkilər  gününə  qədər  buraxmır.  Bu 
emosiya-qorxudur.  Özü  də  təkcə  uduzmaq  qorxusu  deyil.  Buna  dözmək  də 
olar, bu tam, mütləq alçalmağın qorxusudur. 
Misal  üçün  mən  2000-ci  ildə  o  vaxtlar  Demokratik  partiyadan 
konqressmen  olan  Bobbi  RaĢdan  aldığım  zərbəni  dəhĢətlə  xatırlayıram.  Bu 
həmin  yarıĢ  idi  ki,  heç  nə  yaxĢı  getmirdi  və  mənim  səhvlərim  əvvəlcə 
faciəyə, sonra isə məzhəkəyə çevrildi. Mən namizəd elan ediləndən iki həftə 
sonra  cəmisi  bir  neçə  min  dollar  pul  toplayıb,  ilk  ictimai  rəy  sorğusunu 
keçirməyi xahiĢ etdim və gördüm ki, mister RaĢ demək olar ki, 90 faiz, mən 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə