Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
hər dəfə təkrar olunurdu, kiber məkanında iĢıq sürətilə Ģütüyürdü və reallığın 
canına və qanına hopurdu. Siyasi karikaturalar və bayağı müdriklik külçələri 
yavaĢ-yavaĢ bizim Ģüurumuza daxil olur, buna nəzarət edə bilmirik.  

 
102 
Məsələn,  Demokratlar  haqqında  hansısa  bir  qeydi  tapmaq  çətindir  ki, 
orada  bizim  «zəif»  və  «heç  nəyə  yaramadığımız»  nəzərdə  tutulmasın. 
Respublikaçılar, əlbəttə ki, «güclüdürlər» (qoy bəzən hətta kinlidirlər), BuĢ 
isə  sadəcə  olaraq  qətiyyətlilik  nümunəsidir,  lap  öz  qərarını  gündə  on  dəfə 
dəyiĢsə  də.  Hillari  Klintonun  istənilən  sözünü  və  ya  çıxıĢını  bunlar  adəti 
çərçivələrə  sığmadığından,  əvvəlcədən  düĢünülmüĢ  və  soyuqqanlıqla 
hesablanmıĢ  cəhd  adlandırırlar.  Əgər  eyni  ilə  bunu  Con  Makkeyn  etsə, 
deyəcəklər  ki,  o,  yenə  əvvəlki  kimidir  –  sakitliyi  həqiqi  pozandır.  Bir 
müĢahidəçinin  istehza  ilə  qeyd  etdiyi  kimi,  mənim  adım,  qoyulmuĢ 
«qaydaya  görə»  hökmən  «parlayan  ulduz»  epiteti  ilə  müĢayiət  olunmalıdır. 
Baxmayaraq  ki,  Nunen  məlum  nağılın  digər,  daha  ənənəvi  variantını  təklif 
edir. Gənc, heç kəsə tanıĢ olmayan adam VaĢinqtona gəlib, üzərinə tökülmüĢ 
məĢhurluqdan tamamilə baĢını itirir və nəhayət ya hər Ģeyi ölçüb biçənə və 
ya  fanatikə  çevrilir  (əgər  təkcə  o,  bicliklə  sakitliyi  pozanların  cəbhəsinə 
qoĢulmursa). 
Əlbəttə, siyasətçilərin piar-maĢınları və onların partiyaları dayanmadan 
iĢləyir və axırıncı seçki qabağı kampaniyalarda Respublikaçılar o qaydadakı 
«sitat gətirməkdə» Demokratlardan çox güclü görünürdülər. Ancaq qiybətlər 
ona  görə  dövr  edir  ki,  mətbuat  daim  dedi-qodu  yaymağa  hazırdır. 
VaĢinqtonda hər bir reportyor öz redaktorlarının və prodyüserlərinin təzyiqi 
altında iĢləyir. Axırıncılar öz növbəsində naĢirlər və kabel Ģəbəkəsi sahibləri 
qarĢısında  məsuliyyət  daĢıyırlar.  Həmin  KĠV-lər  isə  artıq  keçən  həftənin 
reytinqlərindən,  abunənin  keçən  ilki  rəqəmlərindən  asılıdırlar  və 
«PleysteyĢn»lə  və  realiti-Ģou  ilə  mübarizədə  qalib  gəlmək  üçün  dəridən-
qabıqdan  çıxırlar.  Bazarda  öz  payını  qoruyub  saxlamaq  və  kabel  xəbərləri 
əjdahasının  könlünü  almaq,  həm  də  qoyulmuĢ  müddətə  sifariĢi  hazırlamaq 
üçün  reportyorlar  sürü  kimi  hərəkət  edir,  eyni  cür  xəbərlər  veriliĢini  üzə 
çıxarır,  eyni  yerlərdə  eynilə  həmin  qəhrəmanları  çəkirlər.  Bu  vaxt  daim 
məĢğul  olan  və  ona  görə  də  tələbkar  olmayan  xəbər  istehlakçıları  üçün 
zəhlətökən  əhvalat  yararlı  olmaya  bilmir.  Onun  barəsində  fikirləĢmək,  ona 
vaxt  sərf  etmək  də  o  qədər  lazım  deyil.  O,  yüngüllüklə  və  tez  həzm  olur. 
Qiybət sadə və hamı üçün yararlı olur.  
Bu  münasiblik  nəyə  görə  köhnə  reportyorların,  obyektivliyi  çox  vaxt 
əks tərəflərin rəyini, kimin rəyinin həqiqətə yaxın olduğunu bildirmədən çap 
etmə  kimi  baĢa  düĢməsini  də  izah  edir.  Adətən  məqalə  belə  baĢlayır:  «Ağ 
evdən  bu  gün  xəbər  verdilər  ki,  vergi  yığılmasının  bu  yaxınlardakı 
azalmasına  baxmayaraq,  büdcə  defisitinin  yarıbayarı  aĢağı  düĢməsi  2010-ci 
ildən  tez  baĢ  verməyəcəkdir».  Bu  sensasiyalı  xəbərə  sonra  Ağ  evin  dilə 
gətirdiyi  rəqəmləri  tənqid  edən  liberal  analitik  Ģərh  verir,  konservativ 
analitik isə onları müdafiə edir. Kimə inanmaq, buna, ya o birisinə? Müstəqil 

 
103 
analitik tapılacaqdırmı ki, bizə bu rəqəmlərin əhəmiyyətini  izah  etsin? Kim 
bilir?  Reportyor  belə  xırda  məsələlər  üçün  vaxt  itirmək  istəmir.  Axı  iĢ 
verginin  azaldılmasının  üstünlüyündə  və  defisitin  təhlükəsində  deyildir. 
Məhz iki tərəf arasındakı mübahisədədir. Bir neçə abzasdan sonra oxucu bu 
qənaətə  gəlir  ki,  Respublikaçılar  və  Demokratlar  yenə  cırmaqlaĢırlar  və 
idman  səhifəsini  açır,  orada  az-çox  nəsə  bir  Ģey  xəbər  verilir  və  hesab  o 
dəqiqə kimin qalib gəldiyini bildirir.  
Bir-birinə  əks  nöqteyi-nəzərlərin  tutuĢdurulması  reportyorlar  üçün  ona 
görə  o  qədər  cəzbedicidir  ki,  həm  də  onların  ən  sevimli  bəhrəsi  olan  Ģəxsi 
konflikti  ifadə  edir.  Qeyd  etməmək  olmaz  ki,  son  onilliklər  ərzində  siyasi 
nəzakətin qiyməti çox aĢağı düĢmüĢdür və partiyalar ciddi siyasi məsələlər 
üzrə  diametral  qaydada  bir-birinə  zidd  olan  baxıĢları  müdafiə  edirlər. 
Müəyyən  dərəcədə  bu  ona  görə  baĢ  verdi  ki,  mətbuatın  nöqteyi-nəzərinə 
görə  siyasi  nəzakət  olduqca  cansıxıcıdır.  Əgər  sən  desən  ki,  «Mən  öz 
opponentimin  nəzər-nöqtəsini  baĢa  düĢürəm»  və  ya  «Məsələ  həqiqətən  də 
sadə  deyil»,  bunu  heç  kəs  hiss  etməyəcəkdir.  Ancaq  hücuma  keçməyə 
çalıĢdıqda kameralardan artıq gizlənə bilməyəcəksən. Çox vaxt reportyorlar 
bütün hədləri keçirlər və elə bil ki, qəsdən elə suallar verirlər ki, onlar qəzəb 
partlayıĢı  əmələ  gətirir.  Çikaqoda  intervyünü  bu  qaydada  aparmaqla  Ģöhrət 
tapan bir reportyor var idi ki, onun həmsöhbəti özünü Ebbot və Kastellonun 
komik duetinin iĢtirakçısı kimi hiss edirdi. 
O, tam mənası ilə belə baĢlayırdı: 
-
 
Siz hesab edirsiniz ki. qubernator özünün dünənki qərarı ilə sizi satdı? 
-
 
Yox,  mən  qubernatorla  söhbət  etmiĢəm  və  əminəm  ki,  sessiyanın 
sonunadək biz öz fikir ayrılığımızı həll edə biləcəyik. 
-
 
ġübhəsiz... Ancaq siz hesab edirsinizmi ki, qubernator dünənki qərarı 
ilə sizi satmıĢdır? 
-
 
Mən «satmıĢdır» deyə bilmərəm. O, hesab edir ki... 
-
 
Ancaq qubernator tərəfindən bu xəyanət deyildimi? 
Bax  beləcə  və  buna  bənzər  qaydada  söhbət  davam  edirdi  ġayiələr, 
münaqiĢələrin  ĢiĢirdilməsi,  qalmaqal  və  səhvlər  üstündəki  qızğın  ov 
ümumən qəbul edilmiĢ standartların və həqiqətin nə olması barədə anlayıĢın 
tədricən yuyulub sıradan çıxmasına yönəldilmiĢdir. Nyu-York Ģtatından olan 
mərhum  senator  Deniel  Patrik  Moynihan  barədə  bəlkə  də  mifik  olan  gözəl 
bir  rəvayət  qalmıĢdır.  O,  güclü  ağıla  və  qızğın  xasiyyətə  malik  bir  adam 
imiĢ.  Belə  deyirlər  ki,  Moynihan  nə  barədəsə  öz  kolleqası  ilə  kəskin 
mübahisə  edirmiĢ  və  o,  uduzmağa  baĢladığını  hiss  edəndə  demiĢdi:  «Pat, 
mənimlə  razılaĢmaya  bilərsən,  lakin  mən  öz  rəy  hüququma  malikəm». 
Moynihan  soyuqqanlılıqla  cavab  verdi:  «Öz  rəyinə    -  bəli,  ancaq  öz 
faktlarına yox». 

 
104 
Moynihanın  mövqeyinə  artıq  heç  kəs  tərəfdar  deyildir.  Bizim  Uolter 
Kronkayt və ya Eduard R. Marrou kimi nüfuzlu Ģəxsiyyətlərimiz yoxdur ki, 
onlara  qulaq  asaq  və  ziddiyyətlərimizin  araĢdırılmasını  onlara  etibar  edək. 
Bunun  əvəzinə,  medianın  çəkdiyi  mənzərə  minlərlə  parçalara  bölünür,  hər 
biri  baĢ  verənlər  barədə  öz  versiyasını  təqdim  edir  və  rəylərlə  parçalanmıĢ 
millətə  özünün  sədaqəti  barədə  and  içir.  Sizin  baxıĢlarınızdan  asılı  olaraq 
qlobal  istiləĢmə  təhlükəli  və  ya  o  qədər  də  təhlükəli  olmayan  qaydada 
sürətlənir, büdcə defisiti aĢağı düĢür və ya qalxır. 
Bu  hadisə  təkcə  mürəkkəb  məsələlərlə  məhdudlaĢmır.  2005-ci  ilin 
əvvəlində «Nyusuik» məqalə dərc etdi ki, Quantanamodakı düĢərgədən olan 
mühafizə  və  müstəntiqlər  orada  saxlanılan  hərbi  əsirləri  Quranı  unitaza 
atmaqla qəzəbləndirmiĢ və onların hisslərini təhqir etmiĢlər.  Ağ ev bəyanat 
verib,  israr  etdi  ki,  bu  əhvalat  qətiyyən  həqiqətə  uyğun  deyil.  Etibarlı 
sübutlara  malik  olmadığından  və  məqalə  əleyhinə  Pakistanda  baĢlanan 
qəzəbli  çıxıĢlar  fonunda  «Nyusuik»  tövbə  məqaləsi  dərc  etməyə  məcbur 
oldu.  Bir  neçə  ay  sonra  Pentaqonun  dərc  etdirdiyi  məruzədə  göstərilirdi  ki, 
Quantanamonun  bəzi  əməkdaĢları  həqiqətən  də  ləyaqətsiz  davranıĢda 
bulunmuĢ  - məsələn, istintaq vaxtı qadınlar özlərini elə aparmıĢlar ki, elə bil 
ki,  tutulanlara  özlərinin  aybaĢı  qanını  sürtürlər,  mühafizəçilər  isə  bir  dəfə 
dəqiq  olaraq  Quranın  üzərinə  və  mühafizə  etdikləri  dustaqların  üstünə 
iĢəmiĢlər.  «Foks  Nyus»un  axĢam  buraxılıĢında  belə  deyilirdi:  «Pentaqon 
sübut tapa bilməmiĢdir ki, Quran unitazın içinə atılmıĢdır». 
Mən  baĢa  düĢürəm  ki,  çılpaq  faktlar  heç  də  həmiĢə  bizim  siyasi  fikir 
ayrılığımızı  yoluna  qoymağa  qadir  deyildir.  Abort  problemi  barədə  bizim 
baxıĢlarımız  onunla  müəyyən  olunmur  ki,  elm  rüĢeymin  inkiĢafını  bilir, 
Ġraqdan  qoĢunların  çıxarılmasının  vaxtı  olub  olmaması  barədəki  rəy  isə 
hökmən  imkanların  real  qiymətləndirilməsinə  əsaslanmalıdır.  Lakin  bəzən 
cavablar az ya çox dərəcədə dəqiq ola bilər. Belə faktlar da vardır ki, onlarla 
mübahisə  etmək  mümkün  deyildir:  tutalım  ki,  yağıĢın  yağıb  yağmaması 
barədəki mübahisəni həll etmək asandır – yalnız küçəyə çıxmaq kifayətdir. 
Faktlara  görə  lap  hətta  ümumi  razılığın  olmaması  hər  bir  rəy  üçün  bərabər 
Ģəraitlər yaradır və bununla da mümkün olan kompromissin bazasını kiçildir. 
Ən əlveriĢli vəziyyətdə isə heç də düzgün olan yox, Ağ evin mətbuat xidməti 
kimi bərkdən qıĢqıran, baĢqalarından daha tez-tez və təngə gətirən qaydada 
öz  arqumentlərini  təkrar  edən  və  bu  vaxt  möhkəm  dəstəkdən  istifadə  edən 
kimdirsə, məhz o qalır.  
Bizim  günlərin  siyasətçisi  bunu  gözəl  baĢa  düĢür.  Bəlkə  də  o,  yalan 
demir, lakin özünə hesabat verir ki, düzü danıĢmaq sərfəli deyil, xüsusən də 
həqiqət acı olanda. Düz qorxuda bilər, düzə hücum oluna bilər, medianın nə 
səbiri, nə də həvəsi olacaqdır ki, faktları araĢdırsın, geniĢ kütlə isə düzün, ya 

 
105 
əyrinin  harada  olduğunu  bilməyəcəkdir.  Beləliklə,  münasiblik  xüsusi 
əhəmiyyət  kəsb  edir  –  bu  və  ya  digər  məsələ  barədə  bəyanatlar  iti 
bucaqlardan  yayınmalıdır,  ümumi  mülahizələr  isə  ləngiməyə  yol  vermədən 
açıqlanmalıdır, bütün sözlər ayrıca siyasətçinin mətbuat xidmətinin yaratdığı 
obraza  uyğun  gəlməlidir  və  eyni  zamanda  mətbuatın  ümumiyyətlə  bütün 
siyasətçilər  üçün  hazırladığı  həmin  qəliblərə  zidd  olmamalıdır.  Siyasətçi, 
əlbəttə,  bu  çərçivələrə  girmək  istəmədikdə  tərslik  edə  bilər,  özünün  baĢa 
düĢdüyü kimi düz olan bir Ģeydə israr edə bilər. Lakin o, yaxĢı baĢa düĢür ki, 
onun səmimi inamı, səmimi inam oyunundan az əhəmiyyətə malikdir və düz 
qaydada danıĢıq, əgər televiziya ilə translyasiya edilirsə, heç nədir.  
Çoxlu  müĢahidələrimə  rəğmən,  hər  iki  cinsdən  olan  çox  sayda 
siyasətçilər  bu  tələni  ötüb  keçməyə,  öz  daxili  bütövlüklərini  qoruyub 
saxlamağa,  öz  kampaniyası  üçün  vəsait  toplamağa  çalıĢır,  bu  vaxt  həm  də 
satın  alınmamıĢ  kimi  qalaraq  dəstək  alır,  mediaya  nəzarət  edən  maraqlı 
qrupların  təzyiqindən  kənarlaĢa  və  olduğu  kimi  qala  bilirlər.  Lakin  bir 
axırıncı tələnin istisnasız olaraq bütün VaĢinqton sakinlərinin vicdanlarını bu 
və  ya digər dərəcədə narahat etməsi ilə yanaĢı, ondan qaçmaq da mümkün 
olmur.  Bu  tələ  –  qanun  yaradıcılığı  prosedurasının  tam  qeyri-qənaətbəxĢ 
olmasıdır. 
Elə  bir  qanunvericini  tanımıram  ki,  o,  daim  qəbul  etməyə  məcbur 
olduqları  qərardan  Ģikayətlənməsin.  Bəzən  olur  ki,  qanun  layihəsi  o  qədər 
aydın Ģəkildə düzdür ki, o praktiki olaraq, müzakirə olunmur (birinci yadıma 
gələn  misal,  iĢgəncənin  qadağan  edilməsi  barədə  Con  Makkeynin 
düzəliĢidir). Eləsi də olur ki, qanun layihəsi açıq-aydın birtərəflidir və ya o 
qədər  pis  tərtib  edilmiĢdir  ki,  məəttəl  qalırsan  ki,  onu  tərtib  edən  görən 
müzakirə vaxtı ayıbına qısılmayacaqdırmı? 
Çox  vaxt,  ancaq,  müzakirə  olduqca  cansıxıcı  iĢdir.  Yüzlərlə  kiçik  və 
böyük kompromisslərin toplanmasıdır, yüksək siyasi məqsədin, ədəbazlığın, 
tezcənə  düzəldilmiĢ  razılaĢma  sxeminin  və  dövlətdən  köhnə  dəbli  gəlir 
mənbələrinin qarıĢığıdır. Senatda iĢlədiyim ilk aylarda çox vaxt mən qanun 
layihəsini oxuyur, əvvəlcə belə bir fikirə gəlirdim ki, onun baĢlıca məqsədi 
heç  də  o  qədər  aydın  deyildir  və  istənilən  səsvermə-ya  «lehinə»,  ya 
«əleyhinə» olsun, tam açıq ürəkliliklə getməyəcəkdir. Energetika üzrə qanun 
layihəsini  lehinə  səs  verməliyəmmi,  axı  bura  yanacağın  alternativ  növləri 
barədə mənim təklifim də əlavə edilmiĢdir və bu layihə heç Ģübhəsiz, status-
kvonu  yaxĢılaĢdıracaqdır,  lakin  Amerikanın  xarici  neftdən  asılılığını  ləğv 
etmək iradəsinə tamamilə əks çıxırmı? Havanın çirklənməsi üzərində nəzarət 
barədə  Qanuna  dəyiĢiklik  edilməsi  əleyhinə  səs  verməliyəmmi  ki,  bu 
dəyiĢiklik  bir  sahədə  qanunvericilik  normasını  zəiflədəcək,  digərində 
gücləndirəcəkdir  və  bununla  da  Ģirkətlərin  uyğunluğunun  müəyyən 

 
106 
edilməsinin daha anlaĢıqlı sistemini yaradacaqdırmı? Bəs, bu qanun layihəsi 
birdən  ətrafı  mühitin  çirklənməsini  gücləndirdi,  axı  ancaq  daĢ  kömürün 
zənginləĢdirilməsi  texnologiyalarının  inkiĢafına  vəsait  ayrılmasını  nəzərdə 
tutur  və  Ġllinoysun  kasıb  sakinləri  üçün  yeni  iĢ  yerlərinin  yaradılmasına 
kömək edəcəkdirmi? 
Dəfələrlə  mən  bu  aydın  məsələlər  üstündə  düĢünürəm.  Hər  Ģeyi 
«leyhinə» və «əleyhinə» tərəzisində çəkirəm, sərt vaxt çərçivələrinə sığmağa 
çalıĢıram.  ƏməkdaĢlarım  mənə  xəbər  verirlər  ki,  poçt  və  telefon  zəngləri 
bərabər  qaydada  bölünür,  hər  iki  tərəfin  maraqlı  qrupları  bərabər  qaydada 
xal  toplamıĢlar.  Səsverməyə  mənim  növbəm  gəlib  çatanda,  yadıma  Con 
Kennedinin  əlli  il  əvvəl  yazdığı  «Cəsarətin  xüsusiyyətləri»ndəki  bir  hissə 
düĢdü: 
 
 «Az  adam  senator  kimi  qəti  qərar  verilməsinin  bu  qədər  dəhĢətli 
zərurəti ilə üzləĢir, o, hansısa mühüm qanun layihəsinə səs verəcəkdir. Bəlkə 
də,  ona  bir  qədər  artıq  vaxt  lazımdır  ki,  öz  qərarını  fikirləĢsin,  bəlkə  də  o, 
hesab edir ki, tərəflər hələ hər Ģeyi deməmiĢlər, bəlkə də o, əmindir ki. xırda 
düzəliĢlər  bütün  çətinlikləri  aradan  qaldıracaqdır,  lakin,  onun  növbəsi 
gələndə,  artıq gizlənə bilmir, aradan çıxa bilmir, ləngiyə bilmir. O, hiss edir 
ki, öz seçicisi yanında onun senator kürsüsündə oturmuĢdur və Ponun(Edqar 
Allan Po-tər.) poemasındakı qarğa kimi qıĢqırır «Heç vaxt», bu vaxt senator 
səs verməklə öz siyasi gələcəyini müəyyən edir». 
 
Bəlkə də burada bir qədər ĢiĢirtmə vardır. Ancaq heç bir qanunverici, nə 
dövlət, nə də federal qanunvericisi heç vaxt bu çətin qismətdən qaça bilmir. 
Həmin  an  hakimiyyətdə  olmayan  partiyaya  bu  daha  pis  olur.  Siz  komitə 
sədrinə xahiĢ edə bilərsiniz ki, sizin seçicilərə kömək edən sözlər ora əlavə 
olunsun  və  ya,  əksinə,  onlara  xoĢ  gəlməyəcək  sözlər  oradan  çıxarılsın.  Siz 
hətta  çoxluğun  liderinə  müraciət  edib,  onunla  razılığa  gələ  bilərsiniz  ki, 
qanun  layihəsini  daha  çox  qane  edən  kompromissə  gəlinməyənə  qədər  bir 
qədər saxlasın. 
Əgər  siz  azlıqdasınızsa,  sizdə  belə  imkanlar  yoxdur.  Ġstənilən  qanun 
layihəsinin siz «lehinə», ya «əleyhinə» səs verə bilərsiniz və bu vaxt gözəl 
bilirsiniz  ki,  çox  çətin  ki,  ağıllı  kompromiss  baĢ  tutsun,  bunu  isə  həm  siz, 
həm də tərəfdarlarınız bəyənərdi. Bizim zamanımızda «sən mənə, mən sənə» 
prinsipi zəfər çalırsa, kompleks xərci artıran qanun layihələri qəbul olunursa, 
o  azacıq  təskinliyə  səbəb  olur  ki,  onlarda  heç  olmasa  çox  sayda  uğursuz 
maddələr  vardır.  Lakin  elələri  də  vardır  ki,  tutalım,  ordu  zirehli  jiletlərinin 
hazırlanmasının maliyyələĢdirilməsi və ya veteranlara pensiyaların bir qədər 
artırılması, onlara heç cür etiraz etmək olmaz. 

 
107 
Ən  azı,  BuĢun  Ağ  evdə  olduğu  birinci  müddətdə  onun  kabinetinin 
üzvləri bu hüquq oyununda özlərini yüksək dərəcəli ustalar kimi göstərdilər. 
Belə  bir  ibrətamiz  rəvayət  vardır  ki,  BuĢun  həyata  keçirdiyi  vergilərin 
azaldılmasının  birinci  raundunda  Karl  Rouv  Demokratlardan  olan  senatoru 
Ağ evə dəvət edib prezidentin təkliflər paketini mümkün olan dəstəkləmək 
barədə  onunla  danıĢıqlar  aparmıĢdı.  Əvvəlki  seçkilərdə  senatorun  Ģtatında 
BuĢ  həm  də  vergilərin  azaldılması  təkliflərinə  görə  asanlıqla  qələbə 
çalmıĢdı,  həmçinin  senatorun  özü  ümumən  bu  ideyanı  dəstəkləmiĢdi.  Onu 
yalnız  vergi  güzəĢtlərinin  varlı  vətəndaĢlara  nə  dərəcədə  təsir  göstərəcəyi 
utandırırdı  və  o,  təklif  etdi  ki,  bəzi  düzəliĢlər  edilsin  ki,  qanun  layihəsi  bu 
mənada daha ədalətli olsun.  
-
 
Bu dəyiĢiklərlə, - senator Rouva dedi, - mən təminat verirəm ki, təkcə 
mən özüm yox, həm də yetmiĢ senator «lehinə» səs verəcəkdir. 
-
 
Bizə  yetmiĢ  «lehinə»  lazım  deyildir,  -  Rouv  deyilənlərə  görə  cavab 
vermiĢdi. – Əlli bir də kifayətdir.  
Rouv  bəlkə  də  Ağ  evin  qanun  layihəsini  o  qədər  də  uğurlu  hesab 
etmirdi.  Lakin  bilir  ki,  bu  vəziyyətdə  kim  siyasi  qalib  olacaqdır.  Senator 
«lehinə»  səsverməklə  prezident  proqramının  qəbul  edilməsinə  kömək 
göstərir,  və  ya  «əleyhinə»  səs  verməklə  sonrakı  seçkilərdə  çox  zəifləmiĢə 
çevrilir. 
Nəhayət  həmin  senator  və  «qırmızı  Ģtatlardan»  olan  bir  sıra  digər 
Demokratlar  «lehinə»  səs  verdilər.  Bu  da,  əlbəttə  ki,  onların  seçicilərinin 
vergiləri  azaldılması  məsələsinə  münasibətini  əks  etdirirdi.  Ancaq  belə 
hadisələr  göstərir  ki,  ikipartiyalı  siyasət  sistemində  azlıq  nə  kimi 
mürəkkəbliklərlə üzləĢməli olur. Partiyalar arası əməkdaĢlıq ideyası hamıya 
xoĢ gəlir. Media, məsələn bu söz birləĢməsinə vurulmuĢdur, çünki o baĢqası 
ilə  –  «partiyalar  arası  çəkiĢmələr»lə  tam  əkslikdədir.  Axırıncı  isə  Kapitoli 
təpəsindən verilən reportajların sevimli mövzusudur. 
Həqiqi partiyalar arası əməkdaĢlıq ancaq düzgün kompromissi nəzərdə 
tutur,  bu  kompromissin  keyfiyyəti  isə  onun  ümumi  məqsədə  nail  olmağa 
necə  kömək  etməsi  ilə  müəyyən  olunur.  Ġstər  bu  məqsəd  təhsil  sisteminin 
yaxĢılaĢması, istərsə də büdcə defisitinin azaldılması olsun.  
Bu  öz  növbəsində  nəzərdə  tutur  ki,  həm  öcəĢkən  mətbuat,  həm  də 
əsasən  yaxĢı  məlumatı  olan  elektorat  tərəfindən  çoxluğun  vicdanlı 
müzakirədəki imkanları məhdudlaĢacaqdır. Əgər bu Ģərtlərə riayət olunmasa, 
baĢqa  sözlə  VaĢinqtondan  kənarda  heç  kəsi  qanun  layihəsinin  məzmunu 
xüsusilə  maraqlandırmırsa,  əgər  vergilər  üzrə  azaldılmaların  məbləği 
mühasibat  hiyləgərliklərində  itib  batırsa  və  trilyondan  artıq  miqdarda  aĢağı 
göstərilirsə, onda çoxluğun partiyası istənilən danıĢıqları baĢlaya bilər ki, öz 
Ģərtlərinin  100  faiz  yerinə  yetirilməsini  tələb  edə  bilsin.  Sonra  10  faizlik 

 
108 
güzəĢtə getməyə razılaĢsın, daha sonra isə azlıq partiyasının bütün üzvlərini 
«obstruksiyada»  ittiham  etsin.  Çünki  onlar  çoxluğun,  təklif  etdiyi 
«kompromissə»  getməyə  razılaĢmadılar.  Bu  Ģəraitdə  azlıq  partiyası  üçün 
«partiyalar  arası  əməkdaĢlıq»  sadəcə  olaraq  xroniki  güc  təzyiqi  deməkdir. 
Baxmayaraq ki, ayrı-ayrı senatorlar çoxluqla əməkdaĢlıq etməklə və bu yolla 
«mülayim»  və  ya  «mərkəzçi»  reputasiyasını  qazanmaqla  öz  siyasi 
dividendlərini ala bilərlər. 
Təəccüblü  deyildir  ki,  elələri  də  vardır  ki,  onlar  təkid  edirlər  ki, 
Demokrat  senatorlar  bu  gün  prinsip  nöqteyi-nəzərindən  istənilən 
Respublikaçı təĢəbbüsünə qarĢı, hətta müəyyən ləyaqətləri olanlara da qarĢı 
möhkəm dayansınlar. Bu adamlar haqqında dəqiq demək olar ki, onlar heç 
vaxt  rəğbətin  Respublikaçılara  verildiyi  Ģtatda  yüksək  vəzifəyə  Demokratik 
partiyadan seçilməyə irəli sürülməmiĢlər və heç vaxt televiziya ilə göstərilən 
bir  neçə  milyonluq  dollar  dəyərində  olan  antireklamın  hədəfinə 
çevrilməmiĢlər.  Hər  bir  senator  yaxĢı  baĢa  düĢür  ki,  belə  reklamın  otuz 
saniyəsi  istənilən  mürəkkəb  qanun  layihəsini  asanlıqla  və  sadə  qaydada 
bəlanın  mənbəyi  kimi  təqdim  edə  bilər,  məhz  elə  həmin  qanun  layihəsinin 
ləyaqətini anlaĢıqlı Ģəkildə izah etmək üçün isə iyirmi dəqiqədən az olmayan 
vaxt lazım gələcəkdir. Hər bir senator onu da bilir ki, öz iĢinin bir müddətinə 
o, bir neçə yüz qanun layihəsinə səs verəcəkdir. Belə ki, seçkilər vaxtı gəlib 
çatanda uzun müddət və inadkarlıqla çox Ģeyi izah etmək lazım gələcəkdir. 
Mənim  Senat  kampaniyam  vaxtı  bəxtim  gətirdi  ki,  namizədlərdən  heç 
biri mənə ünvanlanmıĢ antireklam iĢə salmadı. Bu mənim irəli sürülməyimin 
qeyri-adi Ģəraitləri ilə əlaqədar idi, heç də gözdən salmaq üçün materialların 
olmamasının nəticəsi deyildi. Namizədliyim irəli sürülməmiĢdən əvvəl mən 
artıq yeddi il Ģtatın qanunvericilik məclisində iĢləməyə müvəffəq olmuĢdum, 
onlardan  altı  ilini  azlıqda  qalmıĢdım  və  demək  olar  ki,  minə  qədər  asan 
olmayan  qanun  layihələrinə  səsvermədə  iĢtirak  etmiĢdim.  Bu  gün  mövcud 
olan  adi  praktikaya  uyğun  olaraq  mənim  namizədliyim  irəli  sürülənə  qədər 
Milli  Respublika  Partiyası  barəmdə  çox  ağır  dosye  hazırlamıĢdı,  mənim 
analitiklərim isə antireklama qarĢı uğurlu dayanıĢ gətirmək üçün on saatlarla 
vaxt  sərf  etdilər.  Çox  ehtimal  ki,  Respublikaçılar  belə  antireklamı  yaddan 
çıxarmamıĢdılar. 
Onlar  elə  də  çox  Ģey  tapmamıĢdılar,  ancaq  mənim  kartımı  oynatmaq 
üçün  material  onsuz  da  kifayət  idi,  onlarla  qanun  layihəsi  üzə  çıxdı  ki, 
kontekst nəzərə alınmadan onları dəhĢətli saymaq olardı. Media üzrə mənim 
məsləhətçim  Devid  Akselrod  müvafiq  rəy  sorğusu  aparanda,  reytinqim  bu 
vaxt  on  punkt  aĢağı  düĢdü.  Onların  arasında  cinayət  hüququna  dair  qanun 
layihəsi də var idi. Bu sənəd məktəblərdə narkotik alverinə son qoymalı idi, 
lakin  onu  o  qədər  pis  tərtib  etmiĢdilər  ki,  mən  də  onu  səmərəsiz  və 

 
109 
Konstitusiyaya  uyğun  gəlməyən  hesab  etmiĢdim.  Bunu  belə  yazmıĢdılar: 
«Obama  məktəbin  özündə  malını  təklif  edən  narkotik  alverçilərinə  olan 
cəzanın  yüngülləĢməsinə  səs  vermiĢdi».  Digər  qanun  layihəsi  abort 
əleyhdarlarını  müdafiə  edirdi  və  əvvəlkinin  fonunda  bu  bir  qədər  normal 
görünürdü,  vaxtından  əvvəl  doğulmuĢ  uĢaqların  həyatını  xilas  etmək 
tədbirlərini nəzərdə tuturdu (onun üstündən sükutla keçirdi ki, belə tədbirlər 
çoxdan qanunvericilikdə təsbit olunmuĢdur), lakin buna da hamililəyin erkən 
dövründə bətndəki dölün hansısa bir «fərdiliyini» də əlavə etdirir və bununla 
«Rou  Ueydə  qarĢı»  olan  presedentə  əks  çıxırdılar.  Yenə  yazılırdı  ki,  mən 
«vaxtından  əvvəl  doğulmuĢ  uĢaqların  həyatının  xilas  edilməsindən  imtina 
etməyə səs vermiĢəm». Bütün bu siyahını axıra qədər oxuduqdan sonra, mən 
öyrəndim  ki,  Ģtatın  Qanunvericilik  məclisində  iĢləyəndə  guya  mən  bizim 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə