Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə17/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   38
fəhlələrə  onları  daha  güclü  edən  ittifaqlarda  birləĢməyi  qadağan  etmiĢdi. 
Fəhlələrin ağır və zalım əmək Ģəraitlərindən heç bir müdafiəsi yox idi, istər 
bu  isti  sexdə  və  ya  ət  kombinatındakı  iĢ  olsun.  Amerikan  mədəniyyəti 
«yaradıcı  dağıtma»  adlanan  vaxtaĢırı  partlayıĢlarla  çıxılmaz  vəziyyətə 
gətirilən  fəhlələrə  rəhmdillik  göstərmirdi.  Fəhlələr  dövlətdən  kömək 
gözləməməli, uğur qazanmaq üçün daha artıq iĢləməli idi. Azacıq qarantiya 
ancaq  özəl  xeyriyyəçiliyin  müntəzəm  olmayan  və  kasad  ehtyatlarından 
gəlirdi. 
Hökumətin  bu  qeyri-tarazlığı  ləğv  etməsi  üçün  Böyük  Depressiyanın 
sarsıntısı lazım gəldi. Bu vaxt ölkə əhalisinin üçdə biri iĢsiz qalmıĢdı, yaxĢı 
evlərdə  yaĢaya  bilmirdi,  yaxĢı  geyinmirdi,  yaxĢı  yemirdi.  Franklin  Delano 
Ruzvelt  (FDR)  iĢlədiyi  iki  ildə  Konqressdən  «Sosial  müdafiə  haqqında» 
1935-ci  il qanununu keçirdi.  Bu  yeni ümumi  rifah  dövlətinin  günc daĢı  idi, 
yaĢlı  vətəndaĢların  demək  olar  ki,  yarısını  dilənçilikdən  çıxardı,  iĢdən 
məhrum  olanlara  maddi  yardım  verilməsinə  təminat  yaratdı,  aztəminatlı 
pensiyaçılara  və  əlillərə  xırda  da  olsa  ödəniĢ  təmin  etdi.  Ruzvelt  əməklə 
kapital  arasında    münasibətləri  kökündən  dəyiĢən  qanunlar  qəbul  etdi. 
Bunlar  qırx  saatlıq  iĢ  həftəsi,  uĢaq  əməyinin  məhdudlaĢdırılması,  əmək 

 
125 
haqqının  minimum  həddi  barədə  qanunlar  idi.  Əmək  münasibətləri  barədə 
Milli qanun sənaye fəhlələrinin güclü birliklərini yaratmağa imkan verdi və 
iĢ verənləri insaflı müqavilələr bağlamağa məcbur etdi. 
Ruzveltin  qəbul  etdiyi  bu  qanunlar  Keyns  nəzəriyyəsinin  məntiqi 
nəticəsi  idi.  Bu  qanunlar  hesab  edirdi  ki,  iqtisadi  depressiyadan  yeganə 
vasitə amerikan fəhlələrinin təmiz gəlirlərinin artmasıdır. Lakin Ruzvelt baĢa 
düĢürdü ki, demokratik cəmiyyətdə kapitalizm bütün əhalinin razılığını tələb 
edir,  fəhlələri  iqtisadi  piroqun  böyük  hissəsinə  yiyələndirməklə,  onun 
islahatı hökumət nəzarətinin və müxtəlif növ komanda sistemlərininin həmin 
dövrdə  Avropada  güc  toplayan  faĢist,  sosialist,  kommunist  sistemlərinin 
mümkün  olan  cazibədarlığını  xeyli  dərəcədə  azaldır.  1944-cü  ildə  onun 
dediyi kimi «diktatura ac və iĢsizlərdən düzəldilir». 
Bir neçə vaxt elə göründü ki, hər Ģey bunda da baĢa çatacaqdır. Ruzvelt 
kapitalizmi özündən federal hökumətin fəal iĢi ilə xilas edəcəkdir. Hökumət 
adamlara  və infrastrukturaya vəsait qoymaqla bazarı tənzimləyir və Ģəraitin 
xroniki  pisləĢməsindən  qoruyur.  Həqiqətən  də  əsrin  sonrakı  rübündə, 
Respublikaçı  və  Demokratik  adminstrasiyalar  vaxtı  amerikansayağı  bu 
ümumi  rifah  dövlətinin  modeli  ən  geniĢ  dəstəyə  malik  oldu.  Bəzi  sağlar 
sürünən sosializmin hücum etməsindən Ģikayətlənirdilər, sollar da var idi ki, 
hesab edirdilər ki, Ruzvelt öz islahatlarını baĢa çatdırmadı. Lakin amerikan 
iqtisadiyyatında  kütləvi  istehsalın  payının  nəhəng  yüksəliĢi,  BirləĢmiĢ 
ġtatların sənaye potensialı ilə müharibənin viranə qoyduğu Avropa və Asiya 
iqtisadiyyatları  arasındakı  uçurum  baĢlıca  ideoloji  döyüĢləri  yatırtdı.  Ciddi 
rəqibləri  olmadığından  BirlĢəmiĢ  ġttalar  kompaniyaları  iĢçi  qüvvəsinə  olan 
yüksək  xərclərin  öhdəsindən  sakitcə  gəlirdi,  öz  sifariĢçiləri  ilə    iĢlərini 
yoluna  qoyurdu.  Tam  məĢğulluq  həmkarlar  ittifaqlarında  birləĢmiĢ  sənaye 
fəhlələrinə orta sinifə keçməyə, yalnız maaĢla ailəsini saxlamağa, səhiyyə və 
pensiya  fondlarının  nemətlərindən  istifadə  etməyə  imkan  verdi.  ġirkətlərin 
gəlirlərinin  artması,  əmək  haqlarının    yüksəlməsinin  bu  Ģəraitində 
siyasətçilər  vergiləri  artıranda,  mühüm  problemlərin  həllində  tənzimləməni 
sərtləndirəndə  heç  bir  müqavimət  görmürdülər.  Conson  adminstrasiyası 
vaxtı «Mediker» («Tibbi qayğı» – tərcüməçi), «Medikeyd», («Tibbi yardım» 
– tərcüməçi), rifah proqramları daxil olan «Böyük cəmiyyət» proqramlarının 
yaradılması,  Niksonun  prezidentliyində  –  ətraf  mühitin  mühafizəsi  üzrə 
Ġdarənin  və  Əməyin  mühafizəsi  Ġdarəsinin  təsis  edilməsi  bu  məqsədləri 
güdürdü. 
Liberalizmin  bu  zəfərində  bircə  zəif  yer  var  idi,  bu  da  kapitalizmin 
yerində  dayanmaması  idi.  YetmiĢinci  illərdə  Bġ-ın  sənaye  istehsalının 
artımı, müharibədən sonrakı iqtisadiyyatın bu mühərriki ləngiməyə baĢladı. 
OPEK  inamla  ayağa  qalxmağa  baĢladı,  xarici  neft  hasilatçıları  dünya 

 
126 
iqtisadiyyatının daha böyük hissəsini ələ  keçirdilər və enerji daĢıyıcılarının 
təchizindəki  fasilələrdən  Amerika  əziyyət  çəkməyə  baĢladı.  Amerika 
Ģirkətləri Asiya Ģirkətlərinin timsalında rəqiblərə malik oldu, axırıncılar daha 
ucuz  məhsul  ixrac  edirdilər,  səksəninci  illərdə  isə  ucuz  idxal  dalğası  – 
parçalar,  ayaqqabı,  elektronika  və  hətta  avtomobillər  daxili  bazarı 
doldurmağa  baĢladı.  Eyni  zamanda  Bġ-da  yerləĢən  çoxmillətli  Ģirkətlər 
istehsalı  xaricə  çıxarmağa  baĢladılar  ki,  xarici  bazarlara  çıxsınlar,  həm  də 
daha ucuz iĢçi qüvvəsi əldə etsinlər. 
Beynəlxalq  rəqabətin  daha  da  gücləndiyi  Ģəraitdə  Ģirkətlərin  sabit 
mənfəətlə  və  çevik  olmayan  idarəetmə  sistemi  ilə  iĢləməsi  barədə  köhnə 
formula  özünü  doğrultmadı.  Dəyəri  az  imkanlar  hesabına  artırmaqla  və  ya 
ucuz  məhsul  istehsal  edilməsi  ilə  Ģirkətlərin  mənfəəti  və  bazar  payı  aĢağı 
düĢdü,  Ģirkətlərin  səhmdarları  isə  bazar  qiymətlərinin  artırılmasını  tələb 
etməyə baĢladılar. Bəzi Ģirkətlər avtomatlaĢdırma  və innovasiyalar yolu ilə 
getdilər. Digərləri isə iĢ yerlərini kəskin surətdə azaltdılar, həmkarlar ittiqafı 
yaradılmasını  qadağan  etdilər,  istehsalın  xarici  ölkələrə  köçürülməsini 
davam etdirdilər. Yeni Ģəraitlərə uyğunlaĢa bilməyən idarəçilər reyderçiliyin 
və virtuozların qurbanlarına çevrildilər, axırıncılar sadə iĢçilər haqqında heç 
düĢünmürdülər,  bu  iĢçilərin  isə  həyatı  çıxılmaz  vəziyyətə  düĢür,  bəzi  kiçik 
Ģəhərlər isə öz mövcudluğunu dayandırırdı. Bütün bunlarla yanaĢı amerikan 
Ģirkətləri  uyğunlaĢır  və  bu  uyğunlaĢmanın  mənfi  nəticələrini  isə  köhnə 
məktəbdən olan bütün sənaye fəhlələri və Geylsberq kimi kiçik Ģəhərlər öz 
üzərinə götürürdü. 
Bəlağətli danıĢmağı sevən Reyqan əsrin son rübü ərzində umumi rifah 
dövlətinin  çiçəklənməsini  ĢiĢirtməyi  sevirdi.  Ən  yaxĢı  illərdə  Bġ 
iqtisadiyyatının ümumi həcmində federal büdcənin payı, hətta bura müdafiə 
sənayesinin  inkiĢafına  sərf  edilən  nəhəng  məbləğlər  də  daxil  edilsə,  Qərbi 
Avropa ölkələrindəki analoji göstəricilərdən xeyli aĢağı idi. Ancaq hər halda 
Reyqanın kömək etdiyi həmin mühafizəkar inqilab çoxlu tərəfdarlara malik 
idi,  çünki  prezidentin  baĢlıca  fikri  ondan  ibarət  idi  ki,  liberal  ümumi  rifah 
dövləti  çox  özündən  razı  və  bürokratlaĢmıĢ  oldu,  demokrat  siyasətçilər  isə 
iqtisadi  piroqu  bölməyə  atıldılar,  ancaq  onu  daha  iri  etmək  barədə 
fikirləĢmədilər, bu isə həqiqətdən o qədər uzaq deyildi. Rəqabətdən etibarlı 
mühafizə  edilən    Ģirkətlərin  çox  sayda  menecerləri  mənfəət  gətirməyi 
dayandırdılar,  hökumətdəki  bürokratların  çoxu  səhmdarların  və  onların 
istehlakçılarının artıq pul vermələri ilə maraqlanmırdılar, bu səhmdarlar isə 
vergi ödəyənlər idi.  
Hər  bir  hökumət  proqramı  heç  də  gözlənildiyi  tək  səmərəli  olmurdu. 
Özəl bölmə bir sıra funksiyaların öhdəsindən daha yaxĢı gəlirdi. Hətta bəzən 
bazar  tədbirləri  az  xərclərlə  və  böyük  çevikliklə  müĢayiət  olunan  sərt 

 
127 
tənzimləmə  kimi  eyni  nəticələrə  gətirirdi.  Reyqan  hakimiyyətə  gələndə 
fəaliyyət  göstərən  vergi  tariflərinin  yüksək  həddi  bəlkə  də  iĢə  və 
investisiyalara  olan  stimulu  məhdudlaĢdırmırdı,  lakin  investorların  qərarına 
heç  də  yaxĢı  tərəfdən  təsir  göstərmirdi  və  nəhayət  etibarilə  izafi  xərcli 
iqtisadiyyata və ödənilən vergilərin məbləğini azaltmağın qanuni üsullarının 
meydana  gəlməsinə  gətirib  çıxarırdı.  Baxmayaraq  ki,  maddi  yardım  çox 
sayda  amerikalını  ehtiyac  girdabından  çıxarmıĢdı,  bu  sistem  həm  də  əmək 
etikası və sabit ailələr üçün əsl fəlakətə çevrildi. 
Reyqan  Konqresslə  razılaĢmağa  məcbur  oldu,  bu  vaxt  Demokratlar 
çoxluğu  təĢkil  edirdi  və  ona  görə  də  hökumətin  ixtisar  edilməsi  barədə 
ambisiyalı  planını  həyata  keçirə  bilmədi.  Ancaq  məhz  o,  siyasi  debatlar 
Ģərtlərini  radikal  qaydada  dəyiĢdirdi.  Orta  sinifin  vergilərə  qarĢı  etirazı 
ümumdövlət  siyasətində  daimi  armaturaya  çevrildi  və  hökumət 
strukturlarının  geniĢlənməsinə  axırıncı  həddi  qoydu.  Çox  sayda 
respublikaçılar  üçün  bazarın  fəaliyyətinə  müdaxilə  edilməməsi  onların  
prinsipial mövqeyinə çevrildi. 
Əlbəttə, iqtisadi kataklizmlər vaxtı seçicilərin çoxu ümidlərini yenə də 
hakimiyyətə bağlayırdı və Bill Klintonun hökumətin iqtisadiyyata daha fəal 
müdaxilə  etməsinə  çağırıĢı  onun  Ağ  evə  gəlməsinə  kömək  etdi.  Onun 
səhiyyə planının fəlakətli uğursuzluğundan və respublikaçıların qalib gəldiyi 
1994-cü  il  Konqress  seçkilərindən  sonra  Klinton  öz  ambisiyalarını  azaltdı. 
Lakin  Reyqanın  bəyan  etdiyi  bir  sıra  məqsədlərə  nail  ola  bildi.  Böyük 
hökumət  erasına  əlvida  deyəndən  sonra  Klinton  qanunvericilik  qaydasında 
rifahın yaxĢılaĢdırılması siyasətini  islahata uğratdı, orta sinfin və aztəminatlı 
fəhlələrin vergisini azaltdı, bürokratiyanın və süründürməçiliyin azaldılması 
sahəsində  tədbirlər    həyata  keçirdi.  Məhz  Klinton  Reyqanın  etmədiklərini 
baĢa çatdırdı – o, eyni vaxtda yoxsulluq səviyyəsini  azaltmaq və təhsilin və 
peĢə  təhsilinin  kiçik  ölçüdə  maliyyələĢməsi  Ģəraitində  maliyyə  sistemində 
qayda  yaratdı.  Klintonun  iĢi  baĢa  çatanda,  göründü  ki,  tarazlıq  -  sosial 
qarantiyanı təmin etməyi bacaran, həm də böyük olmayan hökumət, bunu isə 
ilk dəfə Franklin Delano Ruzvelt (FDR) tətbiq etmiĢdi, əldə edilmiĢdir. 
Lakin  kapitalizm  öz  yerində  dayanmır.  Reyqanın  və  Klintonun  siyasi 
tədbirləri  liberal  «ümumi  rifah  dövlətindən»  piyi  bir  qədər  silkələdi,  lakin 
beynəlxalq  rəqabət  və  texnoloji  inqilab  kimi  reallıqları  dəyiĢə  bilmədi.  ĠĢ 
yerləri, özü də təkcə ağır sənayedən deyil, daha çox xidmət bölmələrindən, 
məsələn  kompyüter  proqramlaĢmasından  yenə  də  xaricə  axıb  getməkdədir. 
Biznes  səhiyyəyə  yönəldilən  böyük  xərclərlə  mübarizəsini  davam  etdirir. 
Amerika  ixrac  etdiyindən  xeyli  çox  idxal  edir,  özü  verdiyi  kreditdən  daha 
çox borc alır. 

 
128 
Ġdarəetmə  barəsində  aydın  konsepsiyaya  malik  olmadığından  BuĢ 
adminstrasiyası  və  onun  Konqressdəki  müttəfiqləri  buna,  mühafizəkar 
inqilabı öz məntiqi yekununa gətirib çıxarmaqla, baĢqa sözlə vergiləri daha 
da  azaltmaqla,  qanunvericiliyi  liberallaĢdırmaqla,  hətta  sosial  təminat 
proqramlarının  vəsaitini  azaltmaqla  cavab  verdilər.  Bu  strategiyanı  seçən 
Respublikaçılar  öz  son  döyüĢlərinə  çıxdılar,  bu  döyüĢü  onlar  səksəninci 
illərdə  baĢlayıb  udumuĢdular,  Demokratlar  isə  otuzuncu  illərin  «Yeni 
kursu»nu müdafiə etməklə aryerqardda vuruĢmağa məcbur oldular. 
Bu strategiyalardan heç biri artıq yaramırdı. Yalnız xərcləri azaltmaqla 
və  hökumətdə  ixtisar  aparmaqla  Amerika  Hindistan  və  Çinin    rəqibi  ola 
biləcəkdir.  Biz  amerikanların  həyat  səviyyəsinin  sürətlə  aĢağı  düĢməsini,  
iĢlənmiĢ  zəhərli  qazlardan  boğulan  iri  Ģəhərlərimizi,  küçələrimizi  dolduran 
dilənçiləri  laqeydliklə  seyr  etməyə  son  qoymalıyıq.  Əgər  yalnız  dünyadakı 
bütün  kompyüterləri  müsadirə  etməyi  qərara  almasaq,  ticərat  mənaeələrini 
kənarlaĢdırmaqla  və    minimum  əmək  haqqının  həddini  qaldırmaqla  biz  az 
Ģeyə nail olacağıq.  
Lakin tariximiz bizi inandırır ki, həmiĢə tənbəl, hökumətin idarə etdiyi 
iqtisadiyyatla  xaotik,  amansız  kapitalizm  arasında  seçim  etmək  lazım 
deyildir.  O  göstərir  ki,  iqtisadi  sarsıntılardan  biz  zəif  deyil,  güclü  olmaqla 
çıxa bilərik. Bizim sələflərimiz kimi daim özümüzdən soruĢmalıyıq ki, hansı 
ən  müxtəlif  tədbirlər  dinamik  olan  azad  bazarı  və  ümumi  iqtisadi 
təhlükəsizliyi  yaradacaq,  sahibkarlıq  təĢəbbüsünə  və  hərəktliliyə 
həvəsləndirəcəkdir.  Oriyentir  kimi  biz  Linkolnun  sadə  əxlaq  qaydasını  
qəbul  etməliyik:  bir  yerdə,  baĢqa  sözlə  hökumətin  köməyi  ilə  yalnız  onu 
etmək lazımdır ki, təklikdə onu o dərəcədə yaxĢı etmək olmaz.   
BaĢqa sözlə, biz iĢləyən nə varsa onu rəhbərlik üçün qəbul etməliyik. 
 
 
Bu  yeni  iqtisadi  konsensus  hansı  görünüĢü  qəbul  edə  bilər?  Mən 
demirəm  ki,  bütün  suallara  bütün  cavabları  bilirəm,  həm  də  Bġ-ın  iqtisadi 
siyasətinin  geniĢ  təhlili  bir  neçə  cildi  tələb  edir.  Lakin  mən  misallar  gətirə 
bilərəm ki, hansı bir  halda biz çətin vəziyyətdən çıxa bilərik: Hamiltonun və 
Linkolnun  vəsiyyətləri  əsasında  biz  infrastukturaya  və  öz    xalqımıza  vəsait 
qoya  bilsək,  Franklin  Delano  Ruzveltin  (FDR)  öz  vaxtında  cəmiyyəti 
birləĢdirdiyi  vasitə  olan  həmin  müqaviləni  yeniləĢdirə  və  yenidən  qura 
bilsək. 
Elə  vəsait  qoyuluĢundan  baĢlayaq  ki,  o  Amerikanı  dünya  bazarında 
rəqabətə  qadir  edəcəkdir,  bu,  təhsilə,  elmə,  texnologiyaya,  enerji 
müstəqilliyinə vəsait qoyulmasıdır. 

 
129 
Bütün  tariximiz  boyu  təhsil  dövlətlə  onun  vətəndaĢları  arasındakı 
müqavilənin əsası olmuĢ və olaraq da qalır: yaxĢı həyata zəhmətsevənlər və 
məsuliyyətli  olanlar  layiqdir.  Dünyada  isə  təhsil    sənin  əmək  bazarında 
qiymətini  müəyyən  edir.  Los-Ancelesdən  olan  uĢaq  təkcə  Bostondon  olan 
uĢaqla  deyil,  Pekindən  və  Banqalordan  olan  miylonlarla  həmyaĢıdları  ilə 
yarıĢmalıdır, olduqca çox sayda amerikan məktəbləri bu müqaviləyə görə öz 
öhdəliklərini yerinə yetirmirlər. 
2005-ci ildə mən Çikaqonun cənub ətrafındakı  Ģəhər olan Torntondakı 
orta  məktəbə  getdim,  oradakı  Ģagirdlərin  əksəriyyəti  qaradərililər  idi. 
ƏməkdaĢlarım  müəllimlərlə  birlikdə  Ģəhərin  gəncləri  ilə  görüĢümü  təĢkil 
etmiĢdilər, hər sinifdə Ģagirdləri həftələrlə hər Ģeydən çox nə narahat etdiyini 
təhlil  etmiĢ,  suallar  tərtib  etmiĢ  və  onları  mənə  vermiĢdilər.  GörüĢdə  biz 
rayonda  zorakılığın  artması,  siniflərdə  kompyüterlərin  çatıĢmaması  barədə 
danıĢdıq.  Lakin  ən  baĢlıca  məsələ  belə  oldu:  məktəb  mahalı  burada 
müəllimləri  bütöv  dərs  günü  ilə  təmin  edə  bilmədiyindən,  məktəb  günorta 
saat  1:30  dan  bağlı  olur.  QısaldılmıĢ  dərs  cədvəli  nə  laboratoriya  iĢini 
keçirməyə, nə də əlavə olaraq xarici dillərlə məĢğul olmağa imkan verir. 
Onlar məndən soruĢurlar. «Bəs niyə bizi belə aldadırlar?» sonra dedilər: 
«Deyəsən, bizi məktəbdə heç kəs gözləmir». 
Onlar daha çox böyük məktəb istəyirlər.  
Biz  artıq  belə  əhvalatlara,  qara  və  latınamerikalıların  məhəllələrindəki 
kasıb  uĢaqlara,  məktəblərin  onları  nəinki  informasiya  əsrində,  hətta  köhnə 
sənaye cəmiyyətindəki həyat üçün hazırlaya bilmədiyinə adət etmiĢik. Lakin 
bizim  təhsil  problemlərimizi  təkcə  yoxsul  rayonlardakı  məktəblərlə 
bağlamaq olmaz. Bu gün amerikanların dövlət məktəblərindən yayınma faizi 
inkiĢaf etmiĢ ölkələr arasında ən yükskəkdir. 
Yuxarı  siniflərin  Ģagirdləri  riyaziyyat  və  təbiət  elmlərinə  görə  pis 
biliklər  nümayiĢ  etdirirlər.  Yeniyetmələrin  yarısı  adi  kəsirlər  barədə 
təssəvvürə  malik  deyilər,  doqquz  yaĢlı  uĢaqların  yarısı  nə  bölmək,  nə 
vurmaq  bilmir,  ali  məktəblərə  qəbul  olanların  miqdarı  ümumilikdə  çoxalsa 
da,  yalnız  abituriyentlərin  22  faizi  kifayət  qədər  hazırlıq  göstərir  və  təbiət 
elmləri üzrə universitet kursunu keçə bilir. 
DüĢünmürəm  ki,  hökumət  təkbaĢına  bu  statistikanı  dəyiĢə  bilməyə 
qadirdir.  BaĢlıca  məsuliyyət  valideynlərin  üzərinə  düĢür  -    məhz  onlar  öz 
uĢaqlarında  əməksevərlik  və  biliklərə  həvəs  tərbiyə  etməlidirlər.  Lakin 
valideynlər də gözləməkdə haqlıdırlar ki, hökumət dövlət məktəbləri sistemi 
vasitəsilə  təhsil  prosesində  bərabər  qaydada  iĢtirak  edəcək,  axı  əvəllər  o 
bunu edirdi. 
Təəssüf  ki,  qəti  dəyiĢikliklər  və  məktəblərimizdə  əsaslı  islahatlar 
aparmaq əvəzinə, bu tədbirlər Torntondan olan uĢaqlara «Quql» Ģirkətində iĢ 

 
130 
almağa Ģərait yaradardı, hökumət artıq iyirmi ildir ki, xırda təmirlə məĢğul 
olur və qabiliyyətsizlik tərbiyə edir. Bəlkə də bu, eyni zamanda qabaqcadan 
görünən 
və 
artıq 
köhnəlmiĢ 
ideoloji 
döyüĢlərin 
nəticəsidir. 
Mühafizəkarlardan çoxu deyir ki, təhsil probleminin həllində pul apırıcı rol 
oynamır, dövlət məktəblərinin problemi müstəsna olaraq uğursuz bürokratik 
tədbirlərdən  və  məktəb  həmkarlar  ittifaqlarının  güzəĢtə  getməmək 
mövqeyindən  əmələ  gəlir,  yeganə  çıxıĢ  yolu  vauçerlərin  köməyi  ilə  dövlət 
inhisarının ləğv edilməsi ola bilər. Eyni  zamanda sollar çox vaxt tamamilə 
yaramayan  iĢlərin  mövcud  vəziyyətini  müdafiə  edirlər  və  təsdiq  edirlər  ki, 
yalnız pul təhsil sistemini tam dağılmaqdan xilas edəcəkdir. 
Əslində hər iki nöqteyi-nəzər düzgün deyildir. Təhsil üçün pul vacibdir, 
onda  məgər  valideynlər  o  qədər  pul  ödəyərdilərmi  ki, 
yaxĢı 
maliyyələĢdirilmiĢ  Ģəhər  ətrafı  məktəb  mahallarında  yaĢasınlar?  Çox  sayda 
Ģəhər  və  kənd  məktəbləri  Ģagirdlərin  sayı  normadan  artıq  olan  siniflərdən, 
köhnəlmiĢ  kitablardan,  olduqca  köhnə  avadanlıqlardan  əziyyət  çəkir, 
müəllimlər isə öz pullarına sadə dərs vəsaitləri almağa məcburdurlar. Onu da 
inkar  etmək  olmaz  ki,  dövlət  məktəbləri  pis  maliyyələĢdiyi  kimi,  çox  pis 
idarə olunur. 
Bir  sözlə,  bizim  vəzifəmiz  elə  islahatlar  aparmaqdır  ki,  onlar  təhsilin 
səviyyəsini yüksəltsin, onun maliyyələĢməsini lazımi səviyyədə təmin etsin 
və  gözlənilən  nəticələri  verməyən  proqramlardan  məktəblərin  yaxasını 
qurtarsın. Biz həyata keçirilən islahatların Ģahidlərinə çevrilirik: riyaziyyata, 
təbiət  elmlərinə,  savadlılıq  vərdiĢlərinə  xüsusi  əhəmiyyət  verməklə  daha 
ciddi  və  mürəkkəbləĢmiĢ  proqram;  tədris  saatlarının  miqdarının  artırılması; 
hər uĢağa  ilkin məktəbəqədər təhsil verilsin ki, o məktəbə artıq hazırlanmıĢ 
halda  gəlsin;  hər  Ģagirddən  onun  müvəffəqiyyət  dərəcəsinə  əsaslanmaqla 
biliyinin daha obyektiv qiymətləndirilməsi; daha proqressiv direktorların və 
daha professional müəllimlərin iĢə dəvət olunması və öyrədilməsi. 
Bu  axırıncı  bənd  –  müəllimlərin  peĢə  üzrə  hazırlanması  xüsusi  diqqət 
tələb  edir.  Bu  yaxınlardakı  tədqiqatlar  göstərdi  ki  yalnız  və  yalnız  yaxĢı 
müəllim Ģagirdin müvəffəqiyyət dərəcəsini müəyyən edir. Dərinin rəngi və 
ya  mənĢə  burada  heç  bir  rol  oynamır.  Təəssüf  ki,  bizim  bir  çox 
məktəblərimiz müəllim professionalığının qıtlığından əziyyət çəkir, pedaqoq 
öz  fənnini  anlaĢılan  Ģəkildə  izah  edə  bilmirsə,  bu  onsuz  da  problemi  olan 
məktəblər  üçün  əsl  bəladır.  Ən  təhlükəlisi  odur  ki,  bu  vəziyyət  heç  cür 
yaxĢılaĢmır: hər il «doğum canlanması»  nəslindən olan çox  sayda  müəllim 
pensiyaya  çıxır,  onların  yerini  doldurmaq  üçün  qarĢıdakı  onillikdə  iki 
milyon pedaqoq lazım gələcəkdir. 
ĠĢ  orasındadır  ki,  müəllim  iĢi  dəbdən  çıxmıĢdır.  Mən  bir  çox  cavan 
adamlar  tanıyıram  ki,  öz  ali  məktəblərini  bitirdikdən  sonra  «Amerika  üçün 

 
131 
oxumaq»  kurslarına  yazılırdı,  sonra  isə  iki  il  ən  kasıb  məktəblərdə 
iĢləyirdilər.  Bu  iĢ  onlara  çox  xoĢ  gəlirdi,  yeni  müəllimlərin  cavanlığı  və 
enerjisi  uĢaqların  xeyrinə  idi.  Lakin  iki  illik  müddətdən  sonra  onlar  iĢlərini 
dəyiĢir  və  ya  daha  yaxĢı  məktəblərə  gedir,  çünki  aĢağı  maaĢ  onları  təmin 
etmirdi,  məktəb  bürokratiyası  ilə  mübarizə  onları  yorurdu,  izolyasiya  hissi 
isə əzirdi. 
Əgər  biz  iyirmi  birinci  əsrə  layiq  ümumi  təhsil  sistemi  qurmaq 
istəyiriksə,  biz  sadəcə  olaraq  müəllim  peĢəsinə  öz  münasibətimizi 
dəyiĢməliyik.  Sertifikasiya  sistemini  dəyiĢmək  lazımdır  ki,  məktəbdə 
iĢləmək  istəyən  kimya  fakültəsinin  məzunu  əlavə  öyrənmək  üçün  bahalı 
kursların  xərcini  ödəməli  olmasın,  gənc  müəllimlər  daha  təcrübəli 
kolleqaları  ilə  yan-yana  iĢləsinlər  və  özlərini  izolyasiyada  hiss  etməsinlər, 
yaxĢı müəllimlər isə öz siniflərində nə baĢ verdiyinə daha yaxĢı nəzarət edə 
bilsin. 
Müəllimlərə  onların  əməyinə  görə  haqq  vermək  lazımdır.  BaĢa 
düĢülmür,  nəyə  görə  təcrübəli,  ixtisaslı,  yaxĢı  pedaqoq  öz  karyerasının   
zirvəsində  ildə  100.000  dollar  ala  bilmir.  Riyaziyyat  və  təbiət  elmləri  kimi 
əsas  fənnlərin  müəllimləri,  həm  də  öz  mahalının  ən  yaxĢı  məktəblərində 
iĢləmək istəyənlər xeyli artıq maaĢ ala bilərlər və almalıdırlar. 
Burada yalnız  bircə «amma» vardır. Müəllim çox qazandıqca öz iĢinin 
keyfiyyəti üçün daha böyük məsuliyyət daĢımalıdır. Məktəb mahalları isə iĢə 
can  yandırmayan  müəllimlərdən  yaxanı  qurtarmaq  imkanına  malik 
olmalıdır. 
Hələlik  müəllimlərin  həmkarlar  ittifaqları  əməyə  görə  haqq  ideyasına 
müqavimət  göstərirlər,  axı  bu  vaxt  çox  Ģey  direktordan  asılı  ola  bilər. 
Həmkarlar  ittifaqı  deyir  ki,  mən  güman  edirəm  ki,  bu  məsələdə  onlar 
haqlıdır, məktəb mahalları müəllimin iĢinin nəticəsini əsasən testlərin uğuru 
ilə qiymətləndirirlər, müəllim isə heç də hər vaxt bu uğura təsir edə bilmir, 
axı sinifdə kasıb ailələrdən olan nə qədər Ģagirdin və ya inkiĢafı ləng gedən 
uĢaqların olması ondan asılı deyildir. 
Bütün bu problemləri həll etmək olar. Müəllimlərin həmkarlar ittifaqları 
ilə,  məktəb  mahallarının  rəhbərləri  ilə  əməkdaĢlıqda  müəllimin  əməyini 
qiymətləndirməyin  daha  mükəmməl  metodlarını  iĢləyib  hazırlamaq  olar 
(istənilən  məktəbdə  müəllimlər  bu  rəyə  gələ  bilərlər  ki,  onların 
kolleqalarından kim yaxĢı, kim pis iĢləyir). Elə etmək lazımdır ki, baĢabəla 
pedaqoqun  oxumaq  istəyən  uĢaqlara  ziyan  vurmasına  son  qoyulsun. 
Doğrudan  da,  məktəblərimizin  dirçəliĢinə  vəsait  qoymaq  üçün  biz  çoxdan 
məlum  olan  bir  həqiqəti  –  «hər  kəs  oxuya  bilər»  aksiomasını  yada 
salmalıyıq. Çikaqo Uestsaydının ibtidai məktəblərinin birində bu yaxınlarda 
mən  oldum,  bu  məktəb  nə  vaxtsa  ən  geridə  qalan  hesab  olunurdu,  indi  isə 

 
132 
möhkəm  ortababların  arasındadır.  Onların  problemləri  barədə    məktəbin 
pedaqoqları  ilə  söhbət  edəndə,  bir  cavan  müəllimə  dedi  ki,  belə  bir  ifadə 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə