Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə19/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   38
yoldaĢlarına  aiddir.  Orada  çirkli  fabrikin  isti  sexində  iĢ  iqtisadi  uğurun 
pilləkənində yuxarıya doğru addım hesab olunur. 
Elə  onun kimi  də  Çinin öz  valyutasının məzənnəsini  qaldırmağa  hazır 
olması  bizim  istehsal  etdiyimiz  malların  dəyərinin  bir  qədər  artmasına 
gətirib  çıxara  bilər,  beləliklə  amerikan  istehsalının  əmtəəllərini  bir  qədər 
daha  rəqabətə  davamlı  elə  bilər.  Lakin  son  hesabda  Çin  kənd  yerlərində 
nəhəng  iĢçi  qüvvəsi  ehtiyatına  malikdir,  bu  BirləĢmiĢ  ġtatların  bütün 
əhalisinin  demək  olar  ki,  yarısına  bərabədir.  BaĢqa  sözlə  «Uol-mart»  hələ 
uzun müddət özünün oradakı mal göndərənlərini iĢlə təmin edəcəkdir. 
Mən deməliydim ki, bizə ticarətə yeni qaydada yanaĢmaq lazımdır, bu 
qayda bütün reallıqları nəzərə almalıdır. 
Həmkarlar  ittifaqında  olan  mənim  qardaĢ  və  bacılarım    baĢları  ilə 
razılaĢdıqlarını  bildirir  və  deyirdilər  ki,  onlar  üçün  mənim  baxıĢlarımı 
müzakirə  etmək  maraqlıdır...  lakin,  onlar  hələlik  hesab  edirdilər  ki,  mən 
CAFTA-nın «əleyhinə» səs verəcəyəm. 

 
140 
Ümumən  dedikdə,  azad  ticarət  barədə  debatlar  1980-ci  illərin 
əvvəllərindən  o  qədər  də  dəyiĢilməmiĢdir,  həmkarlar  ittifaqları  və  onların 
tərəfdarları  daim  bu  debatlarda  uduzurdular.  Siyasətçilər,  mətbuat  arasında 
və biznes birliklərinin daxilində bu gün azad ticarətin hamını varlandırması 
bir aydın həqiqətə çevrilmiĢdir. Nə qədər ki, bu mübahisə gedir, Amerikada 
ticarətin  xeyrinə  iĢ  yerləri  ixtisar  edilir,  yerlərdə  həyat  daha  da  çətinləĢir, 
istehsalın  müxtəlif  sahələrində  ixtisar  edilmiĢ  hər  min  iĢ  yerinə  əgər  çox 
olmasa  da,  iqtisadiyyatın  inkiĢaf  edən  xidmət  bölmələrində  o  qədər  də  yer 
açılır. 
QloballaĢmanın  addımı  daha  da  sürətlənir,  amerikan  fəhlələrinin 
gələcək  taleyi  təkcə  həmkarlar  ittifaqlarını  narahat  etmir.  Ġqtisadçılar 
sezmiĢlər ki, Hindistan və Çin daxil olmaqla hər yerdə iqtisadi yüksəliĢ hər il 
təqribən bərabər miqdarda iĢ yerləri yaradır, bu isə artan avtomatlaĢdırmanın 
və  əmək  məhsuldarlığının  nəticəsidir.  Bəzi  analitiklər  baĢ  sındırır  ki, 
keçmiĢdə  müĢahidə  edilən  artım  görən  indi  də  amerikan  iqtisadiyyatında 
gözlənilə bilərmi. Ġndiki iqtisadiyyat daha çox xidmət sahələrinə və müvafiq 
olaraq həyat səviyyəsinin yaxĢılaĢmasına istiqamət götürmüĢdür. Həqiqətən 
də statistika göstərir ki, son beĢ il ərzində ixtisar edilən iĢ yerlərində əmək 
haqqı yeni yaradılanlardakından yüksək olmuĢdur. 
  Amerikan  fəhlələrinin  təhsil  səviyyəsinin  yüksəlməsi  onların  qlobal 
iqtisadiyyata  uyğunlaĢmasını  yaxĢılaĢdırsa  da,  təkcə  bu  onları  daha  çox 
güclənən  rəqabətdən  mühafizə  edə  bilməyəcəkdir.  Hətta  BirləĢmiĢ  ġtatlar 
əhalinin sayına düĢən proqramistləri Çin, Hindistan və ya Qərbi Avropanın 
istənilən  ölkəsindən  iki  dəfə  artıq  buraxsa  da,  dünya  bazarındakı 
iĢtirakçıların  ümumi  miqdarı  göstərir  ki,  Amerikaya  nisbətən,  xaricdə 
proqramistlərin sayı xeyli çoxdur, onlarda əmək haqqı geniĢ zolaqlı Ġnternetə 
malik olan istənilən biznesdə BirləĢmiĢ ġtatlarınkından beĢ dəfə azdır. 
BaĢqa sözlə, azad ticarət nəhəng iqtisadi piroqu biĢirməyə tam qadirdir, 
lakin  bu  o  demək  deyildir  ki,  bu  piroqun  ən  böyük  parçası  amerikan 
fəhlələrinə çatacaqdır. 
  Bu  reallıqları  nəzərə  almaqla  çoxlarının  qloballaĢma  ilə  qurtarmaq 
istəməsini anlamaq olur. Mövcud vəziyyəti dondurmaq üçün və bizi iqtisadi 
viranəlikdən izolyasiya etmək üçün CAFTA üzrə debatlar vaxtı Nyu-Yorkda 
olanda mən Bġ-ın Klinton adminstrasiyasında Maliyyə naziri olmuĢ Robert 
Rubinlə  görüĢdüm.  Onunla  mənim  kampaniyam  vaxtı  tanıĢ  olmuĢdum  və 
ona oxuduğum bəzi elmi tədqiqatlar barədə danıĢdım. Demokratlar arasında 
Rubin  kimi  «qloballaĢma»  anlayıĢı  ilə  assosiasiya  olunan  baĢqa  bir  adamı 
tapmaq  çətindir,  özü  də  təkcə  ona  görə  ki,  uzun  illər  o,  Uoll-stritdə  ən 
nüfuzlu  bankirlərdən  biri  olmuĢdu.  Həm  də  ona  görə  ki,  doxsanıncı  illərdə 
məhz  o,  dünya  maliyyə  sisteminin  inkiĢafının  kursunu  müəyyən  etmiĢdi. 

 
141 
Mən  ondan  soruĢdum  ki,  Geylsberqdəki  «Meyteqin»  fəhlələrinin  taleyi 
barədəki  mənim  təĢviĢim  az-çox  əsaslıdırmı  və  Bġ-da  həyat  səviyyəsinin 
aĢağı düĢməsindən qaçmaq  mümkün olacaqdırmı, axı daha ucuz xarici iĢçi 
qüvvəsinin rəqabət Ģərtləri vəzyiyəti daha da ağırlaĢdırır. 
-
 
Beləcə o saat cavab vermək mümkün deyil – deyə Rubin mənə cavab 
verdi.  -  Əksər  iqtisadçılar  sizə  deyəcəklər  ki,  prinsip  etibarilə  amerikan 
iqtisadiyyatı nəhayətsiz miqdarda  yaxĢı iĢ yerləri yarada bilər, çünki insan 
ağlına hədd qoymaq çətindir. Yeni texnologiyalar icad edilir, yeni ehtiyaclar, 
yeni tələbatlar meydana çıxır, yəqin ki, iqtisadçılar düz danıĢırlar. Tarixən də 
belə  olmuĢdur.  Əlbəttə,  heç  bir  qarantiya  yoxdur  ki,  bu  saat  da  həmin  Ģey 
baĢ verəcək. Texnoloji dəyiĢikliklərin sürətini, rəqabət apardığımız ölkələrin 
ölçüsünü,  həmin  ölkələrlə  qiymətlərdəki  fərqləri  nəzərə  aldıqda  biz  tamam 
baĢqa iqtisadiyyat obrazını görürük. Və mən düĢünürəm ki, qoy biz hər Ģeyi 
lazımi  olduğu  kimi  edək,  yenə  də  çətinliklərdən  qaçmaq  mümkün 
olmayacaqdır. 
Mən  bildirdim  ki,  Geylsberqin  adamlarını  belə  cavab  çətin  ki 
sakitləĢirsin. 
-
 
Mən  axı  «əgər»  yox,  «qoy»  dedim  –  o,  əlavə  etdi.  Mən  ehtiyatlı 
optimistəm. Əgər biz vergi sistemini qaydada saxlasaq və təhsillə nəsə etsək, 
uĢaqlar  üçün  hər  Ģey  gözəl  olacaqdır.  Mən  Geylsberqdən  olan  həmin 
adamlara  bir  Ģeyi  deyərdim.  Ġstənilən  proteksionizm  əks  effekt  verəcəkdir, 
onların uĢaqlarına isə bundan ancaq pis olacaqdır. 
Mən  Rubinin  bu  razılığını  qiymətləndirdim  ki,  qloballaĢma  Ģəraitində 
amerikan fəhələlərinin təĢviĢ üçün tam qanuni bəhanəsi vardır, mən bilirdim 
ki,  əksər  həmkarlar  ittifaqı  liderləri  bu  problem  üzərində  ciddi  düĢünür  və 
islahedilməz proteksionistlərə heç cür bənzəmirlər. 
Ancaq  əsas  məsələdə  Rubinlə  razılaĢmamaq  olmazdı:  qloballaĢmanı 
ləngitmək olar, lakin onu dayandırmaq mümkün deyildir. Bġ bu gün o qədər 
bütün  dünyaya  bağlanmıĢdır  ki,  nəinki  hansısa  səmərəli  proteksionizm 
rejimində israr etmək, hətta bunu təsəvvür etmək də çətindir. 
Ġdxal  edilən  polada  qoyulan  tarif  amerikan  istehsalçılarına  qısa  nəfəsi 
dərmə verə bilər, lakin öz istehsalında həmin poladdan istifadə edən istənilən 
amerikan  istehsalçısını  dünya  bazarında    rəqabətə  daha  az  dözümlü 
edəcəkdir.  Amerikan  Ģirkətinin  satdığı  videooyun  yapon  proqramistləri 
tərəfindən  iĢlənib  hazırlanıbsa,  Meksikada  isə  qablaĢdırılıbsa,  bu  vaxt 
«amerikan»  məhsulunu  almaq  çağırıĢı  çətinləĢir.  Sərhəd  patrulu  Hindistan 
mərkəzinin xidmətini qadağan edə bilməz, Praqadakı elektrik mühəndisinin 
imeyl  vasitəsilə  öz  iĢini  Dublindəki  Ģirkətə  göndərməsini  dayandırmaq 
olmaz. Ticarətdə praktiki olaraq heç bir sərhəd qalmamıĢdır. 

 
142 
Əlbəttə, bu o demək deyildir ki, biz əlimizi yuyub fəhlələrə deməliyik 
ki,  onlar  indi  özləri  özlərinə  qayğı  göstərməlidir.  CAFTA  müzakirəsinin 
yekunundan  əvvəl  prezident  BuĢ  bir  qrup  senatorla  bizi  Ağ  evdə 
diskussiyaya  çağıranda  bunu  onun  özünə  dedim.  Mən  prezidentə  dedim  ki 
ticarətin  üstünlüklərinə  inanıram  və  Ģübhə  etmirəm  ki,  Ağ  ev  hər  Ģey 
edəcəkdir ki, müqavilənin müdafiəsinə lazım olan səsi alsın. Əlavə etdim ki, 
CAFTA-nın  qəbul  edilməsinə  göstərilən  müqavimət  müqavilənin  özünə  az 
aiddir,  daha  çox  amerikan  fəhlələrinin  artan  müdafiəsizliyinə  aiddir.  Əgər 
biz  adamları  sakitləĢdirmək  və  federal  hökumətin  onların  tərəfində  olduğu 
barədə  əminlik  yaratmaq  üçün  bir  Ģey  fikriləĢib  tapmasaq,  proteksionist 
əhval-ruhiyyə daha da güclənəcəkdir. 
Prezident məni dinləyib dedi ki, mənim ideyalarımla tanıĢ olmaq onun 
üçün  maraqlıdır  və  hələlik  ona  belə  gəlir  ki,  mənim  səsimə  tam  ümid 
bağlaya bilər. 
Nahaq  ona  belə  gəldi.  Nəhayət,  mən  CAFTA  əleyhinə  səs  verdim, 
ancaq  sənəd  45-ə    qarĢı  55  səslə  Senatdan  keçdi.  Deyə  bilmərəm  ki,  mən 
belə  səs  verməyimdən  məmnun  idim,  lakin  baĢa  düĢürdüm  ki,  yalnız  bu 
yolla  mən  Ağ  evin  azad  ticarətin  qurbanlarına  etinasız  münasibətinə  öz  
narazılığımı bildirdim. Bob Rubin kimi mən amerikan iqtisadiyyatının uzun 
müddətli  perspektivinə  və  azad  ticarət  bazarında  Bġ  fəhlələrinin  rəqabətə 
dözümlü  olmalarına  nikbinliklə  baxıram,  lakin  təkcə  bir  Ģərtlə  ki,  biz 
qloballaĢmanın bütün yükünü və bütün üstünlüklərini adamlar arasında daha 
ədalətli qaydada bölək. 
 
 
Ġqtisadi  transformasiya  bu  gün  olduğundan  daha  iztirablı  keçəndə 
Franklin  Delano  Ruzvelt  (FDR)  ölkəni  yeni  ictimai  quruluĢa  –  hökumət, 
biznes  və  fəhlələr  arasında  müqaviləyə  gətirib  çıxardı.  Bu  xətt  beĢ  ildən 
azacıq  artıq olan  müddətdə ölkəni çiçəklənən etdi  və iqtisadi təhlükəsizliyi 
möhkəmləndirdi.  Orta  statistik  amerikan  fəhləsi  üçün  bu  təhlükəsizlik  üç 
dayaq  üzərində  durmuĢdu:  haqqı  yaxĢı  ödənilən  iĢ  tapmaq  mümkün  oldu, 
bunun hesabına ailəni təmin edə və bir qədər də pul toplaya bilərdi; iĢ verən 
bu  vaxt  tibbi  və  pensiya  xidmətlərinin  bütöv  paketini  təqdim  edirdi:  sosial 
köməyin  dövlət  sistemi  -  «Sosial  müdafiə»,  «Medikeyd»,  «Mediker» 
proqramlarını,  iĢsizliyə  görə  maddi  yardımı,  bir  qədər  az  qaydada  iflasa 
uğramaqdan  qorunmanı  və  pensiya  pullarının  verilməsini  həyata  keçirirdi, 
baĢqalarından daha artıq ziyan çəkəni sığortalayırdı. 
Əlbəttə  ki,  «Yeni  xursun»  impulsu  ictimai  həmrəylik  hissinə  də 
toxunmaya bilməzdi. Belə bir ideya meydana gəldi ki, iĢ verənlər həmiĢə öz 
iĢçilərinə  yaxĢı  münasibət  göstərməlidir  və  əgər  pis  tale  və  səhv  bizdən 

 
143 
birimizə  badalaq  vursa,  bütün  amerikan  cəmiyyəti  bizə  Ģəfqət    əlini 
uzadacaqdır.  
Yeni  ictimai  quruluĢ  nəzərdə  tuturdu  ki,  risqlərin  və  həm  də 
mükafatların  bölüĢdürülməsi  sistemi  bazarın  iĢini  xeyli  yaxĢılaĢdıra  bilər. 
Ruzvelt  (FDR) baĢa düĢürdü ki, layiqincə əmək haqqı və sosial proqramlar 
orta  sinifdən  olan    istehlakçılar  bazası  yaradacaqdır.  Bu,  Amerika 
iqtisadiyyatını sabitləĢdirəcək və onun inkiĢafına təkan verəcəkdir. Həm də 
eyni zamanda Ruzvelt (FDR) etiraf edirdi ki, biz nə qədər tez-tez risq etsək- 
məsələn  iĢimizi  dəyiĢsək,  yeni  iĢ  baĢlasaq  və  ya  digər  ölklərin  rəqabətini 
bəyənsək,  onda  bilərik  ki,  əgər  nəsə  elə  getməsə  nələr  bizi  müdafiə 
edəcəkdir. 
Məhz  bu  funksiyanı  «Sosial  müdafiə»    həyata  keçirir.  Bu  proqram 
bütün «Yeni kursun» günc daĢı olub, bizim dövlət tərəfindən müdafiəmizin 
qarantiya  forması  idi.  Bazarda  biz  bəzən  sığorta  alırıq,  məgər  biz  özümüzə 
bel  bağlasaq  da,  baĢa  düĢmürükmü  ki,  heç  də  hər  Ģey  bizim    iradəmizdə 
deyildir.  UĢaq  xəstələnir,  iĢlədəyimiz  Ģirkət  bağlanır,  valideynlərimizdə 
Alsgeymer xəstəliyi meydana çıxır, fond bazarı dağılır.  Sığorta edilənlər nə 
qədər  çoxdursa,  o  qədər    də  risqləri  örtmək  olur,  nə  qədər  ödəmə  məbləği 
çoxdursa,  qiymət  o  qədər  az  olur.  Bəzi  risqlərə  ancaq  biz  sığorta  almırıq  – 
Ģirkət  onları  əlveriĢsiz  hesab  edir.  Bəzən  bizim  iĢdə  aldığımız  sığorta 
çatıĢmır  və  artığını  da  almağa  bizim  imkanımız  yoxdur.  Bəzən  üstümüzə 
gözləmədiyimiz halda faciə tökülür və görürük ki sığrtamız çox azdır. Bütün 
bu  hallarda  biz  hökumətin    iĢə  qarıĢmasını  və  etibarlı  sığortanı,  bütün 
amerikan xalqı üçün etibarlı olanının yaradılmasını xahiĢ edirik. 
Bu  gün  Ruzveltin  (FDR)  yaratdığı    quruluĢ  nasazlıq  göstərməyə 
baĢlayır.  Xarici  rəqabətin  güclənməsinə  və  hər  cür  gəlirin  kəskin  artmasını 
tələb edən fond birjasının təzyiqinə cavab olaraq iĢ verənlər öz istehsallarını 
avtomatlaĢdırır,  ixtisar  edir  və  xaricə  aparır,  bu  isə  fəhlələri  iĢsizlik 
qarĢısında  daha  müdafiəsiz  edir  və  onlara  əmək  haqlarının  və  ya  sosial 
ödəniĢlərin  artırılmasını  tələb  etməyə  imkan  vermir.  Federal  hökumət  tibb 
sığortası  verən  Ģirkətlərin  vergilərini  ciddi  surətdə  azaltmağı  təklif  etsə  də,  
bu  Ģirkətlərin  özü  fəhlərərə  yüksək  mükafat,  verginin  ödənilməsində  iĢtirak 
etmək  imkanı  verir.  Bu  vaxt  milyonlarla  amerikalının  iĢlədiyi  kiçik  biznes 
müəsissələrinin  demək  olar  ki,  yarısı  öz  iĢçilərinə  ümumiyyətlə  heç  bir 
sığorta  vermir.  Buna  bənzər  Ģirkətlər  iĢ  stajını  və  iĢçinin  əmək  haqqını 
nəzərdə  tutan  ənənəvi  proqramlardan  nəqd  ödəmə  razılaĢmalarına  keçir, 
hətta  bəzi  hallarda  iflas  prosedurasından  keçirlər  ki,  pensiya  öhdəliklərinə 
görə pul ödəməsinlər. 
Təssəvvür edə bilərsiniz ki, ailələrə bu necə zərbə vurur. Son iyirmi ildə 
amerikan  fəhləsinin  orta  əmək  haqqı  güclə  inflyasiyanın  öhdəsindən  gələ 

 
144 
bilir. 1988-ci ildən ailəyə tibb sığortasının orta məbləği dörd dəfə artmıĢdır. 
ġəxsi  qənaət  edilib  yığılan  pulun  miqdarı  heç  vaxt  bu  qədər  aĢağı 
düĢməmiĢdir.  Borcların  məbləği  isə  əksinə,  heç  vaxt  bu    qədər  yuxarı 
qalxmamıĢdır. Bu zərbəni yumĢaltmaq əvəzinə BuĢ adminstrasiyası elə bil ki 
qəsdən  onu  yalnız  gücləndirir.  «Mülkiyyət  hüququ  cəmiyyəti»nin  baĢlıca 
ideyası  da  budur,  əgər  biz  iĢ  verənləri  öz  iĢçilərinin  qarĢısındakı  hər  cür 
öhdəliklərdən  azad  ediriksə,  «Yeni  kursun»  qalıqlarını,  sosial  sığortanın 
dölət  proqramlarını  uçurur,  bazarın  bəd  caduları  isə  öz  iĢini  baĢa  çatdırır. 
Sosial  sığortanın  ənənəvi  sisteminin  devizi  «Biz  birlikdə»  ola  bilərdisə, 
«Mülkiyyət hüququ cəmiyyəti» nin Ģüarı «hər kəs özü üçün» olmalıdır. 
Bəli,  bu  Ģirnikləndirici,  öz  sadəliyində  yaraĢıqlı  ideya  bir-birimizin 
qarĢısında  bizi  bütün  öhdəliklərdən  tamamilə  azad  edir.  Onun  bir  qüsuru 
vardır,  o  dünya  iqtisadiyyatı  tempindən    geri  qalanlara  yaramır. 
Adminstrasiyanın  «Sosial  müdafiəni»  özəl  əllərə  verməsi  cəhdini  götürək. 
Adminstrasiya  təsdiq  edir  ki,  fond  bazarı  vətəndaĢlara  investisiyalar  üzrə 
böyük  qayıdıĢ  təmin  edə  bilər  və  bu  ümumiyyətlə,  düzgündür.  Əvvəllər 
bazar  daim  «Sosial  müdafəi»ni  gəlirlərin  indeksasiyası  üzrə  ötüb  keçirdi. 
Lakin özəl investorlar arasında daim qaliblər və məğlublar olur – kimlər ki, 
«Maykrosoft»un  səhmlərinin  tez  ala  bilib  və  kimlər  ki,  «Enro»nun 
səhmlərini  gec  alıb.  «Müstəqil  adamlar  cəmiyyəti»  uduzan  adamlarla  nə 
edəcəkdir? Əgər biz küçələrdə ac qocaları görmək istəmiriksə, necə olursa-
olsun  onlara  pensiya  verməliyik,  həm  də  hələ  məlum  deyildir  ki,  bizdən 
kimlər uduzan olacaqdır, bizim hər birimiz qocalıqda təminatlı gəlirə malik 
olmaq üçün bu məsələyə kiçik də olsa öz töhfəmizi verməliyik. Bu o demək 
deyildir  ki,  biz  adamlara  risq  etməyi  və  yüksək  gəlirli  müəssisələrə  vəsait 
qoymağı  qadağan  etməliyik.  Bunu  etmək  olmaz.  Lakin  adamlar  «Sosial 
müdafiə»yə gedən həmin pullarla risq etməməlidirlər. 
Elə  həmin  prinsiplər  adminstrasiya,  dövlət  və  ya  özəl  tibb  sığortası 
planlarını  fərdi  yığılan  tibb  hesablarına  verməyə  cəhd  etdikdə  fəaliyyət 
göstərir. Bu o vaxt bir məna verərdi ki, əgər belə hesabdakı pullar iĢ verənin 
təklif edə biləcəyi yaxĢı tibbi xidmətə bəs edəydi və əgər ki, onlar həm də 
inflyasiyanın  artmasına  müvafiq  olaraq  indeksə  ediləydi.  Əgər  sən  sığorta 
pulunu  ödəməyən  Ģirkətdə  iĢləyirsənsə,  onda  necə  olsun?  Yaxud  əgər 
adminstrasiyanın  səhiyyədəki  inflyasiyaya  baxıĢı  düzgün  deyilsə,  məlum 
olsa  ki,  müalicəyə,  öz  səhhətinə  və  ya  lazım  olduğundan  artıq  Ģey  almağın 
qeyri-sağlam  ehtirasına  yaxından  münasibət  göstərməyə  pul  çatmır?  Onda 
«seçim  azadlığı»  o  mənanı  verir  ki,  iĢçilər  gələcək  tibbi  xərclərin  yükünü 
çəkə  bilməyəcəklər,  onların  fərdi  yığılan  hesablarında  isə  məbləğlər  ilbəil 
yalnız qiymətini itirəcəkdir. 

 
145 
BaĢqa sözlərlə «Mülkiyyət hüququ cəmiyyəti» hətta yeni iqtisadiyyatın 
risqlərini  və  mükafatlarını  bütün  vətəndaĢlar  arasında  yaymağa  cəhd 
göstərmir. Bunun əvəzində o yalnız qalibin hər Ģeyi aldığı bugünkü Ģəraitdə 
bunların əhəmiyyətini ĢiĢirdir. Əgər sən sağlamsansa, varlısansa və ya ən azı 
bəxtin  yeyindirsə,  onda  səninki  gətirib.  Əgər  sən  xəstəsənsə,  kasıb  və  ya 
bədbəxtsənsə,  sənə  heç  kəs  kömək  etməyəcəkdir.  Bu  resept  sabiq  iqtisadi 
yüksəliĢ və ya güclü orta sinif üçün deyil. Bu resept ictimai birlik üçün deyil. 
O bizim uğurlarımızı müəyyən edən dəyərlərə ziddir. 
O, biz özümüzü insan hesab ediriksə, bizim üçün deyil. 
 
 
XoĢbəxtlikdən bir alternativ vasitə vardır ki, o Ruzveltin (FDR) sosial-
siyasət tədbirlərini əsrin ehtiyaclarına uyğun hərəkətə gətirə bilir. Fəhlələrin 
zəif  olduğu  hər  bir  sahədə  maaĢlarda,  iĢsizlikdə,  pensiyalarda,  səhiyyədə 
həm  təzə,  həm  köhnə  yaxĢı  ideyalar  vardır  ki,  onlar  uzun  illərdir  ki, 
amerikanları qoruyur. 
Əmək  haqqından  baĢlayaq.  Amerikalılar  iĢə  təkcə  həyatı  təmin  etmək 
vasitəsi  kimi  deyil,  həm  də  onların  həyatına  məna  və  istiqamət,  qayda  və 
ləyaqət verən bir qüvvə kimi baxırlar. UĢaqlı ailələrə yardımın köhnə sosial 
proqramı  çox  vaxt  bu  baĢlıca  dəyəri  təmin  etməyi  bacarmırdı,  ona  görə  də 
populyar deyildi, həm də kömək etməli olduğu adamları izolyasiya edirdi. 
Digər  tərəfdən  amerikanlar  əmindirlər  ki,  bütün  günü  iĢləməklə  biz 
özümüzü də, uĢaqlarımızı da saxlaya bilərik. Lakin ən aĢağı kvalifikasiyadan 
olan  iĢçilərin  çoxu  üçün,  onlar  əsasən  xidmət  sferasında  məĢğuldurlar,  bu 
vacib qayda yerinə yetirilmir. 
Hökumət  bazarın  səmərəliliyinə  elə  də  ziyan  vurmadan  bu  adamlara 
kömək  etmək  iqtidarındadır.  BaĢlanğıc  üçün  biz  əmək  haqqının  minimum 
ölçüsünü  artıra  bilərik.  Bir  sıra  iqtisadçılar  deyirlər  ki,  bəlkə  də,  əmək 
haqqının  sıçrayıĢlı  yüksəliĢi  sahibkarları  məcbur  edəcəkdir  ki,  iĢə  az  adam 
götürsün.  Ancaq  əgər  minimum  əmək  haqqının  ölçüsü  artıq  doqquz  il 
dalbadal  dəyiĢilmirsə  və  real  ifadə  də  1955-ci  ildə  olduğundan  daha  az 
alıcılıq  qabiliyyətinə  malikdirsə,  onda  yalnız  bütöv  iĢ  günü  iĢlədikdə 
yoxsulluqdan  çıxmağın  mümkün  olması  barədəki  arqumentlər  heç  cür 
inandırıcı səslənmir. Əmək haqqı alanlara verilən vergi güzəĢtləri proqramı, 
bunun qızğın tərəfdarlarından biri öz vaxtında Ronald Reyqan idi, az  əmək 
haqqı alan iĢçi kateqoriyalarına əlavə gəlir verirdi. Lakin bu tədbir də onun 
üstünlüklərindən  daha  çox  ailələrin  istifadə  etməsi  üçün  təkmilləĢməyə  və 
geniĢlənməyə ehtiyac duyur. 
ĠĢsizliyə  görə  maddi  yardımın  və  sahəyə  uyğunlaĢmaq  üçün  edilən 
köməyin  mövcud  sistemini  təzələmək  vaxtı  gəlib  çatmıĢdır.  Bu  adaptasiya 

 
146 
isə  bütün  iĢçilərə  sürətlə  dəyiĢən  iqtisadiyyata  uyğunlaĢmaqda  kömək 
edəcəkdir. Bəli, çox sayda yaxĢı ideyalar vardır ki, onlar belə köməyin geniĢ 
miqyaslı  sisteminin  yaradılmasını  nəzərdə  tutur.  Biz  onu  xidmət  sferası 
iĢçilərinə göstərə bilərik, çevik təhsil hesabı yarada bilərik ki, onun vəsaitləri 
ilə  adamlar  yenidən  öz  öyrəĢmələrinə  pul  sərf  edə  bilərlər  və  ya  yenidən 
hazırlıq  kurslarında  oxumaq  imkanına  malik  olarlar.  Beləliklə,  öz  istehsal 
yerini  köçürmə  təhlükəsi  altında  olan  iqtisadiyyat  sahələrində  adamlar  hələ 
iĢini itirməmiĢ, bunlar olduqca sərfəli tədbirlər olardı. Ġtirdiyimiz iĢin əmək 
haqqı, aldığımız yeni iĢdən yuxarı olduqca biz əmək haqqının sığortalanması 
sistemini  tətbiq  etməyi  sınaqdan  keçirə  bilərik,  bu  əvvəlki  və  yeni  əmək 
haqları arasındakı fərqin 50 faizini bir və ya iki il ərzində örtə bilir. 
Nəhayət, yüksək əmək haqqını və yaxĢı sosial proqramları təmin etmək 
üçün  yenidən  həmkarlar  ittifaqlarına  və  iĢ  verənlərə  əvvəlki  hüquqları 
vermək  lazımdır.  1980-ci  illərin  baĢlanğıcından  həmkarlar  ittifaqları  öz 
mövqelərini  durmadan  itirirlər.  Özü  də  təkcə  iqtisadi  Ģəraitlərin 
dəyiĢilməsindən  deyil,  həm  də  ona  görə  ki,  fəaliyyətdə  olan  əmək 
qanunvericiliyi  və  əmək  münasibətləri  məsələləri  üzrə  Milli  Ġdarə  azacıq 
islahata  uğradıqdan  sonra  praktiki  olaraq  fəhlələri  müdafiə  etmir.  Hər  il 
iyirmi  mindən  çox  adam  iĢini  itirir  və  ya  yalnız  həmkarlar  ittifaqında 
birləĢmək  cəhdinə  görə  aĢağı  endirilmiĢ  maaĢ  alır.  Artıq  belə  davam  edə 
bilməz. Həmkarlar itttifaqında birləĢmiĢ öz fəhlələrinin hüquqlarını pozan iĢ 
verənlər  üçün  cəza  sərtləĢdirilməlidir.  ĠĢ  verənlər  həmkarlar  ittifaqının 
mövcudluğunu  bu  Ģərtlə  tanımalıdırlar  ki,  əgər  müəssisənin  iĢçilərinin 
əksəriyyəti  həmkarlar  ittifaqının  onların  mənafeyini  təmsil  edəcəkləri  ilə 
razılığın  əlaməti  kimi  səlahiyyət  verən  kartlara  imza  atsınlar.  Federal 
hökumət  isə  həmkarlar  ittifaqı  ilə  iĢ  verən  arasında  səmərəli  müddətlərdə 
qarĢılıqlı müqavilələrin əldə edilməsində vasitəçi ola bilər. 
ĠĢgüzar dairələr etiraz edə bilərlər ki, həmkarlar ittifaqlarında birləĢmiĢ 
fəhlələr  amerikan  iqtisadiyyatını  çeviklik  və  rəqabət  qabiliyyətliliyindən 
məhrum  edə  bilər.  Lakin  məhz  kəskinləĢən  beynəlxalq  rəqabət  nəticəsində 
gözləmək  olar  ki,  həmkarlar  ittifaqının  birləĢdirdiyi,  istehsal  edilmiĢ 
məhsulun  ədalətli  payını  alan  fəhlələr  iĢ  verənlərlə  əməkdaĢlığa  can 
atacaqlar. 
Hökumət  siyasəti  fəhlələrin  əmək  haqqını  amerikan  Ģirkətlərinin 
rəqabət qabiliyyətinə ziyan vurmadan artıra bildiyi kimi, biz eynilə ləyaqətli 
qocalıq  üçün  bütün  Ģəraitləri  yarada  bilərik.  Bunun  üçün  «Sosial  müdafiə» 
proqramının mahiyyətini saxlamaq, eyni zamanda onun alıcılıq qabiliyyətini 
gücləndirmək  lazımdır.  Bu  proqramla  əlaqədar  problemlər  həqiqətən 
mövcuddur,  lakin  onların  öhdəsindən  gələ  bilərik.  1983-cü  ildə  oxĢar 
çətinliklər meydana gəldikdə, Ronald Reyqan və Nümayəndələr palatasının 

 
147 
spikeri  Tip  O‟  Nil  ikitərəfli  plan  iĢləyib  hazırlaya  bildilər,  bu  plan  sistemi 
sonrakı altmıĢ ildə sabitləĢdirilməli idi. Elə bir səbəb görmürəm ki, bunu biz 
bu gün də edə bilməyək. 
Özəl pensiya təminatı sisteminə hörmət etməklə, biz etiraf etməliyik ki, 
əmək  haqqına  və  iĢ  stajına  bağlanmıĢ  pensiya  planları  özünü  doğrultmadı, 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə