Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə20/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
bunu  nəzərə  alaraq  biz  tələb  etməliyik  ki,  pensiya  alanlar  ilk  kreditorların 
sırasında  olsun  və  Ģirkətlər  fəhlələri  aldatmaq  üçün  11-ci  Fəsilə  əsaslana 
bilməsinlər.  Bundan  əlavə,  yeni  qaydalar  Ģirkətləri  məcbur  etməlidir  ki,  öz 
pensiya  fondlarını  lazımi  qaydada  maliyyələĢdirsinlər,  vergi  ödəyənlər  bu 
yükü öz üzərlərinə götürməsinlər 
Əgər  amerikanlar  bundan  sonra  da  «Sosial  müdafiə»  proqramının 
yerinə  yetirilməsi  üçün  fiksə  edilmiĢ  ödəməli  pensiya  fondlarından  asılı 
olacaqsa,  onda  hökumət  tədbirlər  görməlidir  ki,  o  bütün  amerikanlar  üçün 
mümkün  və  vəsaitlərin  cəlb  edilməsində  səmərəli  olsun.  Klinton 
adminstrasiyasında  iqtisadi  məsələlər  üzrə  keçmiĢ  müĢavir  Cin  Sperlinq 
universal  pensiya  planını  yaratmağı  təklif  etmiĢdi  ki,  hökumət  ödəmələrə 
görə əlavə pul versin, bu pensiya hesblarına orta və  az gəliri olan ailələrin 
pulu  keçirilsin.  Digər  mütəxəssislər  sadə  metodu  təklif  etdilər,  bu  metoda 
görə  iĢ  verənlərə  avtomatik  qaydada  öz  iĢçilərinə  yüksək  tariflər  üzrə 
pensiya planına pul köçürmək hüququ verilir. ĠĢçilər az məbləğ keçirə bilər 
və ya ümumiyyətlə heç nə keçirməzlər, lakin təcrübə göstərir ki, dinməmək 
qaydası dəyiĢildikdən sonra adamların özü daha artıq pul qoyurlar. «Sosial 
müdafiə»yə əlavədə  biz bu ideyalardan ən yaxĢılarını və daha yaxĢı yerinə 
yetirilənlərini  qəbul  etməliyik  və  güclü,  universal  pensiya  sisteminə  doğru 
hərəkətə  baĢlamalıyıq.  Bu  sistem  təkcə  qənaət  edib  yığmanı  təmin  etmir, 
həm  də  amerikanlara  qloballaĢmanın  bəhrələrindən  daha  yaxĢı  istifadə 
etməyə imkan verəcəkdir.  
Amerikan  fəhlələrinin  əmək  haqlarının  artırılması  və  onlara  layiqli 
pensiya  vermək  kimi  vacib  məsələlərdən  baĢqa,  bizdə  bir,  yəqin  ki,  daha 
zəruri məsələ də vardır, bu pozulmuĢ səhiyyə sisteminin təcili müalicəsidir. 
«Sosial  müdafiə»dən  fərqli  olaraq  iki  dövlət  səhiyyə  proqramının  - 
«Mediker»  və  «Medikeyd»in  özü  ciddi  xəstədir.  Əgər  biz  heç  nəyi 
dəyiĢdirməsək,  onda  2050-ci  ilə  «Sosial  müdafiə»  ilə  birlikdə  onlar  bizim 
iqtisadiyyatımıza bu gün federal büdcənin ümumi həcmindəki məbləğə baĢa 
gələcəkdir.  Xəstəyə  yazılmıĢ  dərmanların  pulunun  ödənilməsinə  dair 
olduqca  baha  baĢa  gələn  proqram  iĢlərin  vəziyyətini  yalnız  pisləĢdirmiĢdir, 
bu  proqram  məhdud  kompensasiya  verir  və  dərmanların  özünün  dəyərinin 
artmasına  heç  cür  nəzarət  edə  bilmir.  Özəl  sistem  isə  qeyri-səmərəli 
bürokratik  maĢına,  kağız  dövriyyəsinə  çevrildi,  bu,  mal  göndərənlərin 
yükünü artırdı və xəstələrin narazılığına səbəb oldu. 

 
148 
1993-cü  ildə  prezident  Klinton  səhiyyənin  universal  sistemini 
yaratmağa  cəhd  etdi.  Lakin  ona  mane  oldular.  O  vaxtdan  bu  mövzunun 
ictimai müzakirəsi kəsildi, həm də bəzi sağlar tibbi pul toplayıcı hesabların 
köməyi  ilə  bazar  intizamının  güclənməsinə  çağırır,  solda  olan  digərləri  isə 
Avropada  və  Kanadada  mövcud  olan  kimi  səhiyyənin  ümumilli  sisteminin 
tətbiqini  istəyirdilər,  ən  müxtəlif  baxıĢlara  malik  olan  mütəxəssislər  isə 
mövcud sistemin bir sıra təsirli, ancaq zəruri olan islahatını təklif edirdilər. 
Bu  dalan  vəziyyəti  ilə  qurtarmaq  və  məlum  həqiqətləri  etiraf  etmək 
vaxtı gəlib çatmıĢdır. 
Səhiyyəyə  bizim  sərf  etdiyimiz  məbləğləri  nəzərə  alsaq  (adambaĢına 
düĢənə  görə  istənilən  ölkədə  olduğundan  bu  yuxarıdır),  biz  hər  bir 
amerikalıya  elementar  köməyi  təmin  etməliyik.  Lakin  biz  hər  il  həmin 
məbləğin  inflyasiyasını  eyni  səviyyədə  saxlaya  bilmərik,  «Mediker»  və 
«Medikeyd» daxil olmaqla bütün sistemin xərclərini çəkməliyik. 
Təkcə  bazar bizim söhbətimizlə bağlı problemlərə kömək edə bilməz, 
bir  tərəfdən  ona  görə  ki,  bazarın  hamının  və  hər  kəsin  tələbatını  ödəyə 
biləcək iri sığorta bazalarının yaradılması üçün qeyri-səmərəli olduğu aĢkar 
oldu,  digər  tərəfdən  ona  görə  ki,  səhiyyə  digər  məhsullara  və  xidmətlərə 
bənzəmir  (uĢağınız  xəstələnəndə  siz  böyük  qiymət  endirməsini  axtarmaq 
üçün mağazalara qaçmırsınız ki). 
Və  əlbəttə,  hansı  variantı  seçsək  də,  o  yaxĢı  keyfiyyətə,  yaxĢı 
profilaktikaya və göstərilən köməyin operativliyinə təminat verməlidir. Ġcazə 
verin, bu prinsiplərə əsaslanan səhiyyə sisteminin ciddi islahatlarından misal 
gətirim. Ondan baĢlamaq olar ki, Elmlər Akademiyasının Tibb institutundan 
(IOM)  olan  müstəqil  qrup  yüksək  səmərəli  səhiyyə  sisteminin  əsas 
müddəaları  və  hansı  məbləğə  baĢa  gələcəyini  iĢləyib  hazırlayacaqlar.  Bu 
modeli yaratdıqda qrup mövcud proqramları öyrənəcək və onlardan hansının 
daha  səmərəli  olduğunu  müəyyən  edəcəkdir.  Ġlk  yardıma,  profilaktikaya, 
fövqəladə  vəziyyətlərdəki  yardıma,  astma  və  diabet  kimi  xroniki 
xəstəliklərin müalicəsinə xüsusi diqqət vermək lazımdır. Ümumilikdə bütün 
pasientlərin  70  faizi  bütün  köməyin  80  faizini  alır  və  əgər  biz  xəstliklərin 
profilaktikasını  apara  və  ya  onların  gediĢinə  sadə  tədbirlərlə  -  dieta  və  ya 
müntəzəm  olaraq  dərman  qəbul  edilməsi  ilə  –  nəzarət  edə  bilsək,  biz 
xəstələnmə rəqəmlərini xeyli aĢağı sala və böyük məbləğdə pula qənaət edə 
bilərik. 
Sonra  isə  biz  bu  sistemin  özünün  üzərində  və  ya  sığortalanmanın 
mövcud sistemi vasitəsi ilə sınaq keçirmək istəyənlərə icazə verərik, necə ki, 
federal  qulluqçular  istifadə  edirlər  və  ya  hər  bir  ayrıca  Ģtatda  bu  sığorta 
bazalarının yaradılması ilə həyata keçirilir. 

 
149 
«Mavi  xaç  və  mavi  qalxan  assosiasiyası»  və  «Etna»  kimi  özəl 
sığortaçılar  öz  müĢtərilərinə  sığorta  xidməti  göstərməklə  layiqli  rəqiblər 
kimi  çıxıĢ  edə  bilərlər,  lakin  onların  planları  yüksək  keyfiyyət  meyarlarına 
və Tibb Ġnstitutunun qoyduğu qiymət məhdudiyyətinə uyğun gəlməlidir. 
Qiymətin  daha  da  aĢağı  salınması  üçün  biz  tələb  edə  bilərik  ki, 
sığortalayanlar və Ģirkətlər- «Mediker» və «Medikeyd» proqramlarının və ya 
yeni  səhiyyə  proqramlarının  iĢtirakçıları  elektron  sənəd  dövriyyəsini  tətbiq 
etsinlər,  baĢqa  sözlə  elektron  hesabatına  və  həkimlərin  səhvləri  barədə 
pasientlərə xəbər verməyin təzələnən elektron sisteminə malik olmalıdırlar, 
bu,  inzibati  məsrəfləri,  həkimlərin  səhvlərinin  miqdarını  və  onların 
nəticələrini  (bu  isə  öz  növbəsində  müvafiq  baha  baĢa  gələn  araĢdırmaların 
miqdarını aĢağı salır) xeyli azalda bilər. Bu sadə tədbir səhiyyə xərclərini 10 
faiz, bəzi mütəxəssislər isə sübut edirlər ki, hətta xeyli çox azalda bilər. 
Profilaktik  tədbirləri  gücləndirib  inzibati  xərcləri  və  həkim  səhvlərinin 
araĢdırılmasının  dəyərini  azaldıb,  biz  az  gəlirli,  öz  Ģtatında  sığorta  əldə 
etmək  istəyən  ailələrin  dolanıĢığına  kömək  edə  və  eyni  zamanda  bütün 
sığortalanmıĢ  uĢaqların  müalicəsi  üçün  vəsait  tapa  bilərik.  Lazım  gəldikdə 
biz  bu  məbləğləri  öz  iĢçilərinə  sığorta  vermək  qaydasında  iĢ  verənlərin 
istifadə etdikləri vergi güzəĢtlərinin restrukturizasiyasının köməyi ilə ödəyə 
bilərik.  onlar  onsuz  da  həmin  planlar  üçün  vergi  güzəĢtlərindən  istifadə 
edəcəklər,  onlar  bunu  adətən  verirlər,  lakin  biz  ciddi  surətdə  nəzarət 
edəcəyik  ki,  sağlamlığın  mühafizəsinə  əlavə  proqramlar  verməkdən  imtina 
edən Ģirkət rəhbərlərinə hansısa xüsusi sığorta verilməsin. 
Bu  misalın  məqsədi  ondan  ibarət  deyil  ki,  səhiyyə  sisteminin 
sağaldılmasının  sadə  üsulu  tapılsın.  Bu  heç  mövcud  da  deyil.  OxĢar  geniĢ 
miqyaslı sistemin tətbiqinə keçməmiĢdən əvvəl, çox sayda xırda məsələləri 
kənarlaĢdırmaq  lazımdır,  məsələn,  biz  əmin  olmalıyıq  ki,  federal  sığorta 
bazalarının  yaradılması  iĢ  verənləri  öz  iĢçilərinə  verdiyi  sığorta  ödəniĢləri 
məbləğini  azaltmağa  həvəsləndirməyəcəkdir.  Ancaq  bəlkə  də  səhiyyə 
sisteminin yaxĢılaĢdırılmasının digər daha yaxĢı üsulları mövcuddur. 
Ġstənilən halda, əgər biz öz qarĢımızda vətəndaĢlara layiqli tibbi yardım 
məqsədini qoymuĢuqsa, biz federal xəzinəyə ziyan vurmadan və kartoçkaları 
tətbiq  etmədən  bunu  etməyin  yolunu  tapa  bilərik.  Əgər  biz  amerikanlara 
qloballaĢmanın  çətinliklərini  dəf  etməkdə  kömək  etmək  istəyiriksə,  öz 
qarĢımızda  bu  məqsədi  qoymalıyıq.  BeĢ  il  əvvəl  gecə  MiĢellə  mən  öz 
otağımda kiçik qızımız SaĢanın ağlamağına oyandıq. Bu vaxt uĢaq üç aylıq 
idi  və  bunda  elə  bir  qeyri-adi  Ģey  yox  idi.  Lakin  o,  bir  qədər  qeyri-təbii 
ağlayırdı,  biz  onu  sakitləĢdirə  bilmədiyimizdən,  həyəcan  keçirməyə 
baĢladıq. Həmin andaca öz pediatrımıza zəng etdik və bu qadın səhər tezdən 

 
150 
yanına  gəlməyə  dəvət  etdi.  O,  qızımıza  baxdı,  güman  etdi  ki,  bu  meningit 
xəstəliyidir və bizi birbaĢa palataya göndərdi. 
Məlum  oldu  ki,  SaĢa  həqiqətən  də  meningitlə  xəstələnmiĢdir.  Lakin 
xəstəliyin  bu  formasını  damara  antibiotik  yeritməklə  sağaltmaq  olur.  Əgər 
vaxtında diaqnoz qoyulmasaydı,uĢaq kar ola, hətta ölə bilərdi. MiĢellə mən 
üç  günü  qızımla  xəstəxanada  keçirdik,  tibb  bacılarının  onu  necə  üzü  üstə 
çevirdiklərini gördük, bu qaydada həkim onurğa beyini punksiya edə bilirdi, 
körpənin  bərkdən  qıĢqırdığını  eĢidir  və  dua  edirdik  ki,  vəziyyəti 
ağırlaĢmasın. 
SaĢanın  indi  beĢ  yaĢı  var  və  beĢ  yaĢlı  uĢaq  kimi  o,  tam  sağlamdır  və 
xoĢbəxtdir.  Lakin  həmin  o  üç  günün  xatirəsi  mənim  üçün  hələ  də  dəhĢətli 
olaraq  qalır.  Mən  xatırlayıram  ki,  bütün  dünya  mənim  üçün  bir  nöqtədə 
daralmıĢdı  və  palatanın  divarlarından  kənarda  məni  heç  nə  –  nə  iĢ,  nə 
planlar,  nə  gələcək  maraqlandırmırdı.  Və  daim  yadıma  salırdım  ki, 
Geylsberqdə  tanıĢ  olduğum  Tim  Uilerdən  fərqli  olaraq,  onun  oğluna  qara 
ciyər köçürmək lazım idi, belə əzablardan keçən milyonlarla amerikalılardan 
fərqli olaraq mənim iĢim və sığortam vardır. 
Amerikalılar  dünya  ilə  yarıĢa  girməyə  hazırdır.  Ġstənilən  digər  sənaye 
cəhətdən  inkiĢaf  etmiĢ  ölkələrin  sakinlərindən  biz  daha  çox  iĢləyirik.  Biz 
mümkün olan iqtisadi stabilliyə və irəli getmək üçün Ģəxsi risqə də hazırıq. 
Lakin  hökumət  qalib  gəlmək  Ģansı  verən  vəsaitləri  bizə  versə  və  biz  bilsək 
ki,  ailələrimiz  kömək  alacaqlar  və  əziyyət  çəkməyəcəklər,  onda  yarıĢa 
bilərik. 
Bax belə müqaviləyə amerikalılar layiqdir.  
 
 
Qoyulan  sərmayələr  Amerikanı  rəqabətə  daha  davamlı  edəcəkdir  və 
yeni  Amerika  sosial  quruluĢuna  biz  can  atsaq,  bu  məqsədlər  bizim 
uĢaqlarımıza  və  nəvələrimizə  daha  yaxĢı  yol  göstərəcəkdir.  Lakin 
tapmacanın  daha  bir  elementi,  daha  bir  köhnə  məsələ  vardır  ki,  siyasət 
barədə VaĢinqton mübahisələri onsuz keçinmir. Bütün bunların haqqını biz 
necə ödəyəcəyik? 
Klintonun prezidentliyinin sonunda bizim cavabımız var idi. Son otuz il 
ərzində  biz  böyük  büdcə  profisitinə  (mədaxilin  məxarəcdən  çox  olmasına) 
malik  idik,  bizim  dövlət  borcumuz  isə  sürətlə  azalırdı.  Federal  ehtiyat 
sistemi direktorlar Ģurasının sədri Alan Qrinspen hətta ehtiyat edirdi ki, biz 
borclarımızı çoz tez ödəyəcəyik, deməli ehtiyat sisteminin monetar siyasəti 
idarə  etmək  bacarığını  məhdudlaĢdıracağıq.  Hətta  dot-kom  qovuğu 
partladıqdan  və  11  sentyabr  Ģokunun  öhdəsindən  iqtisadiyyat  gəldikdən 

 
151 
sonra belə, bizim iqtisadiyyatın gələcək inkiĢafı və bütün amerikalılara geniĢ 
imkanlar vermək üçün bütün Ģanslarımız var idi. 
Lakin  biz  baĢqa  yolu  seçdik.  Bizim  prezident  bəyan  etdi  ki,  biz  iki 
müharibədə qalib gələ, hərbi büdcəmizi 74 faiz artıra, ölkəmizi müdafiə edə, 
təhsilin maliyyələĢdirilməsini gücləndirə, qocalara dərman yazılmasının yeni 
qaydasını  həyata  keçirə,  vergi  güzəĢtlərinin  kütləvi  tətbiqinə  baĢlaya  və 
bunların hamısını eyni vaxtda edə bilərik. Konqresin rəhbərləri daim təkrar 
edirdilər  ki,  gəlirlərin  azaldılmasını  hökumətin  saxlanılmasının  xərclərini 
azaltmaqla  düzəltmək  olar  və  hətta  dövlət  hesabına  yem  mənbələri 
ağlasığmayan 64 faiz artdıqda da bizi aldadırdılar. 
Həqiqətən bu kollektiv inkarın nəticəsi bütün son illər ərzindəki ən zəif 
büdcə  oldu.  Ġndi  illik  büdcə  defisiti  demək  olar  ki,  300  milyard  dollardır, 
hələ  «Sosial  müdafiə»  trast  fondundan  hər  il  borc  götürdüyümüz  180 
milyardı  nəzərə  almırıq,  hansı  ki,  bu  məbləğin  hamısı  birbaĢa  milli  borca 
əlavə  olunur.  Həmin  borc  isə  9  trilyon  dollara  bərabərdir  və  ölkədəki  hər 
kiĢiyə, qadına və uĢağa təqribən 30.000 dollar borc düĢür. 
Ən  qorxulusu  bu  borcun  özü  deyildir.  Əgər  bu  pulları  biz  özümüzü 
daha  rəqabətə  davamlı  etməyə  –  məktəblərin  əsaslı  təmirinə,  zolaqlı 
veriliĢlər  sisteminin  geniĢlənməsinə,  nəhayət,  ölkənin  hər  yerində  E  85 
benzini  üçün  kolonkalar  qoyulmasına  –qoysaydıq,  bununla  razılaĢmaq 
olardı.  Onda  «Sosial  müdafiəni»  geniĢləndirə  və  ya  səhiyyə  sistemini 
yenidən  qura  bilərdik.  Əslində  isə  bizim  borc  prezidentin  həyata  keçirdiyi 
vergi güzəĢtlərinin birbaĢa nəticəsidir. Onlardan 47,4 faizi əhalinin yüksəkdə 
dayanan  5  faizinə,  36,7  faizi  –  əhalinin  yüksək  1  faizinə,  15  faizi  isə 
yüksəkdə olan  1  faizin  onda  birinə  çatdı,  axırıncıların  illik gəliri  bir qayda 
olaraq 1,6 milyon dollardır və ya daha çoxdur. 
BaĢqa sözlə deyilsə, biz milli kredit kartından elə istifadə edirik ki, kim 
qlobal  iqtisadiyyatdan  daha  çox  xeyir  götürürsə,  gəlirlərin  də  ən  böyük 
hissəsinə sahib olur. 
Ġndiyə  qədər  biz  bu  borc  damğasının  pis-yaxĢı  öhdəsindən  gəlirdik, 
çünki  xarici  mərkəzi  banklar  –  xüsusən  də  Çininki  –  çox  istəyirlər  ki,  biz 
onların ixrac mallarını daha çox alaq. Lakin bu yüngül kredit əbədi davam 
edə  bilməz.  Elə  gün  gələcəkdir  ki,  əcnəbilər  bizə  borc  verməni 
dayandıracaqlar, faiz tarifləri yuxarı qalxacaq və bizim milli məhsulumuzun 
çoxu borcların ödənilməsinə sərf ediləcəkdir. 
Əgər  belə  gələcək  bizi  qorxudursa,  onda  bu  çuxurdan  özümüzü 
çıxarmağa baĢlamalıyıq. Kağız üzərində nə etməli olduğumuzu yaxĢı bilirik. 
Daha  az  əhəmiyyətli  proqramları  kəsmək  və  ya  birləĢdirmək  olar. 
Səhiyyənin  maliyyələĢdirilməsində  qayda  yaratmaq  olar.  Öz  faydalılığını 
sübut  edə  bilməyən  vergi  kreditlərini  azaltmaq  olar  və  qanunvericilikdəki 

 
152 
dəlikləri bağlamaq olar, vergilərdən qaçmaq üçün Ģirkətlər onlardan ustalıqla 
istifadə edirlər. Klintonun prezidentliyi illərində qəbul edilmiĢ qanunu bərpa 
etmək olar. Bu qanun federal xəzinədən, yeni xərclər və ya vergi güzəĢtləri 
Ģəklində  əldən  verilmiĢ  mənfəəti  müvafiq  qaydada  kompensasiya  etmədən 
pulu çıxarmağı qadağan edirdi. 
Hətta əgər biz bütün bunları həyata keçirsək, bu maliyyə vəziyyətindən 
çıxmaq  çətin  olacaqdır.  Çox  güman  ki,  bəzi  sərmayə  qoyuluĢlarını  təxirə 
salacağıq,  yaxĢı  bilirik  ki,  onlar  beynəlxalq  aləmdə  bizim  mövqelərimizi 
gücləndirərdi,  vəziyyəti  yaxĢı  olmayan  amerikan  ailələrinə  kömək 
göstərilməsini isə birinci yerə çıxardardı. 
Bu  çətin  seçimi  etdikdə,  biz  keçən  altmıĢ  ilin  dərslərini  xatırlamalıyıq 
və  hər  an  özümüzdən  soruĢmalıyıq  ki,  bizim  büdcəmiz  və  bizim  vergi 
siyasətimiz müdafiə etməli olduğumuz dəyərləri əks etdirirmi? 
 
 
 „„Əgər Amerikada  siniflərin mübarizəsi gedirsə,  deməli  mənim sinfim 
qalib gəlir”. 
Mən «BerkĢir Hatuey»in sədri, dünyada ikinci varlı adam olan Uorren 
Baffitin  ofisində  oturmuĢdum.  Mən  onun  zövqlərinin  sadəliyi  barədə  –  o, 
1967-ci  ildə  aldığı  evdə  yaĢayırdı,  uĢaqları  isə  Omahanın  adi  Ģəhər 
məktəblərində oxuyurdu, - çox eĢitmiĢəm. 
Ancaq  hər  halda  mən  elə  bir  görkəmi  olmayan  ofis  binasına  girdikdə 
təəccübləndim,  sığorta  agentinin  iĢ  yerinə  oxĢayan  boĢ  kabinetə  düĢdüm. 
Otağın divar panelləri ağacdan olan görünüĢdə iĢlədilmiĢdi, divarda bir neçə 
dekorativ rəsmlər var idi. 
«YaxĢı  bəsdir»,  -  deyən  qadın  səsi  gəldi  və  kabinetin  küncündə 
Omahadan olan bizim nəhəngin öz qızı Syuzi və köməkçi qadın Debbi ilə nə 
barədəsə  Ģən  qaydada  danıĢdığını  gördüm.  Onun  əynində  əzilmiĢ  görünən 
kostyum var idi, eynəyinin üstündən qalın qaĢları görünürdü. 
Baffit məni Omahaya çağırmıĢdı ki, vergi siyasəti barədə danıĢaq. Daha 
çox  isə  o  bilmək  istəyirdi  ki,  nəyə  görə  ölkənin  kasıblaĢdığı  bir  vaxtda 
VaĢinqton  varlı  olan  adamlara  vergi  güzəĢtləri  verilməsini  inadkarlıqla 
davam etdirir. 
Məni oturmağa dəvət edəndən sonra o, söhbətə baĢladı: 
- Mən burada hesablamıĢam, düzdür ki, mən özüm vergi sığınacağından 
heç  vaxt  istifadə  etməmiĢəm  və  vergi  yazanlarla  baĢqa  münasibətdə 
olmamıĢam, ancaq hətta əmək haqqına qoyulan vergi nəzərə alındıqda, bunu 
isə  hamı  ödəyir,  bu  il  mənim  faktiki  vergi  tarifim  öz  katibəminkindən  az 
olacaqdır. Mən hətta əminəm ki, məndən orta amerikalıya nisbətən az vergi 
tuturlar. Və əgər prezident bu ruhda davam etsə, mən daha az ödəyəcəyəm. 

 
153 
Bu  Baffitlə  ona  görə  baĢ  vermiĢdi  ki,  əksər  varlı  amerikanlarda  olan 
kimi,  onun  mənfəəti  dividendlərdən  və  kapitalın  artımından  əmələ  gəlirdi, 
2003-cü  ildən  onların  yalnız  15  faizlik  məbləğinə  vergi  qoyulur.  Katibənin 
maaĢından  isə  «Sığorta  ödəmələri  haqqında»  federal  qanuna  (FICA) 
müvafiq  olaraq  demək  olar  ki,  iki  dəfə  artıq  vergi  tutulur.  Baffitin  nöqeyi-
nəzərinə görə uyğunsuzluq tamamilə qeyri-mütənasib idi. 
- Azad bazar – resursların məhsuldar və faydalı istifadəsi üçün ən yaxĢı 
mexanizmdir,  -  o,  mənə  dedi:  -  Hökumət  onunla  o  qədər  də  bacarıqlı 
davranmır.  Lakin  bazar  əmələ  gələn  mənfəətin  bərabər  və  düĢünülmüĢ 
qaydada  bölünməsinə  təminat  verməyəcəkdir.  Gəlirin  bir  hissəsini  təhsilə 
qoymaq  lazımdır  ki,  sonrakı  nəsilə  yaxĢı  start  verəsən,  həm  də 
infrastrukturanı  qoruyub  saxlayasan  və  bazar  iqtisadiyyatından  kənarda 
qalanlara qarantiya verəsən. Ona görə də ağıllı qaydada bilmək lazımdır ki, 
bazarın bütün faydalarından istifadə edənlər çox da vergi ödəməlidir, çox da 
haqq verməlidir. 
Biz  daha  bir  saat  da  qloballaĢma,  rəhbər  iĢçilərini  əmək  haqları,  artan 
ticarət  defisiti  və  dövlət  borcu  haqqında  söhbət  etdik.  O,  BuĢun  daĢınmaz 
əmlaka da vergini azaltmaq təklifinə xüsusən hiddətlənmiĢdi, bu onun ifadə 
etdiyi kimi, kübarlara ləyaqət deyil, pul gətirəcəkdir. 
-  DaĢınmaz  əmlaka  vergi  ödəmədikdə,  -  o  dedi,  -  onda,  mahiyyət 
etibarilə  ölkənin  ehtiyatlarını  idarə  etməyi  buna  layiq  olmayan  adamlara 
ötürürsən.  Bu  o  deməkdir  ki,  2020-ci  ilin  olimpiya  komandasını  2000-ci  il 
Olimpiya oyunlarının qaliblərinin uĢaqlarından təĢkil edəsən. 
Söhbətin  sonunda  mən,  çoxlu  milyarderlərin  bu  baxıĢlara  Ģərik  çıxıb-
çıxmadığını soruĢdum. O, güldü: 
- Sənə deyə bilərəm ki, o qədər də çox adam Ģərik deyil. Onlar güman 
edirlər  ki,  bunlar  onun  puludur  və  onlar  hər  senti  saymalıdırlar.  Ancaq  bu 
vaxt heç kəs fikirləĢmir ki, müstəsna olaraq cəmiyyətin vəsaitləri onlara belə 
yaĢamağa  imkan  verir.  Tutaq  ki,  mənim  kapitalı  toplama  istedadım  vardır. 
Ancaq ondan istifadə etmək imkanını bütünlüklə mənim yaĢadığım cəmiyyət 
müəyyənləĢdirir.  Əgər  mən  ovçu  tayfasında  doğulsaydım,  belə  istedad  heç 
nəyə  yaramazdı.  Mən  tez  qaçmağı  bacarmıram,  fiziki  cəhətdən  o  qədər 
dözümlü  deyiləm.  Beləliklə,  mənim  qismətim  –  vəhĢi  heyvanın  naharına 
çevrilmək olacaqdır. Lakin mənim bəxtimə istedadımı qiymətləndirən, mənə 
yaxĢı  təhsil  verən  cəmiyyətdə  doğulmaq  düĢmüĢdürsə,  bu  istedad  orada 
inkiĢaf  edə  bilər,  o  elə  qanunlar  və  maliyyə  sistemi  qurar  ki,  mən  sevimli 
iĢimlə  məĢğul  olum  ki,  yaxĢı  məbləğdə  pul  qazanım.  Ən  azı  bu  vaxt  mən 
bütün bunların əvəzini ödəməyə kömək edən bir iĢi görə bilərəm. 
Yəqin ki, belə sözləri dünyanın ən varlı adamlarından birinin dilindən 
eĢitmək  təəccüblüdür,  ancaq  Baffitin  rəyi  heç  də  onun  ürəyinin 

 
154 
xeyirxahlığını  sübut  etmir.  Daha  çox  bu  onun  vəziyyəti  anlamağını  sübut 
edir  ki,  düzgün  siyasi  kursun  seçilməsi  qloballaĢma  prosesinə  girmək  üçün 
hələ kifayət deyildir. Bunun özünü dəyiĢmək lazımdır, hər Ģeydən yuxarıda 
bir  anlıq  məqsədyönlük  mülahizələri  deyil,  bizim  ümumi  mənafelərimiz  və 
gələcək nəsillərin mənafeləri qoyulmalıdır. 
Daha  vacibi  isə,  belə  təəssürat  yaratmaq  deyil  ki,  verginin  hər  cür 
azalması  və  ya  fərqi  yoxdur,  artırılması  doğrudur.  Dəqiq    iqtisadi  təyinatı 
olmayan  Ģirkətlərə  subsidiyanın  kəsilməsi  –  bu  bir  Ģeydir,  kasıb  ailələrdən 
olan  uĢaqların  müalicəsininin  maliyyələĢdirilməsi  isə  tam  baĢqa  Ģeydir.  Ən 
adi  ailələrin  üzərinə  hər  tərəfdən  bədbəxtliklər  töküləndə,  onların 
vergilərinin  maksimum  azaldılması  istəyi  tamamilə  baĢa  düĢüləndir  və 
düzgündür.  Ancaq  varlıların  və  qüdrətlilərin  vergi  əleyhinə  olan  əhval-
ruhiyyələri  öz  xeyirlərinə  yönəltmək  istəyi  heç  bir  tərifə  layiq  deyil. 
Prezidentin, Konqressin, lobbiçilərin və mühafizəkar Ģərhçlərin orta sinifdən 
olan seçiciləri inandırmaq üçün hər Ģeyə əl atması düzgün deyildir, axı əsas 
vergi  yükü  əlavə  gəlir  götürən  yuxarıların  nümayəndələrinin  üzərinə  deyil, 
məhz onların üzərinə düĢəcəkdir. 
Heç  yerdə  ağılların  həyəcanı  daĢınmaz  əmlaka  vergilərin  nəzərdə 
tutulan ləğv edilməsi barədəki mübahisələrdəki qədər güclü Ģəkildə meydana 
çıxmadı.  Bu  gün  ər  və  arvad  4  milyon  dollar  dəyərində  daĢınmaz  əmlaka 
malik olmaqla heç bir vergi ödəməyə bilər. Bu qanunlarla 2009-cu ilə həmin 
məbləğ 7 milyona qədər yüksələcəkdir. Bu səbəbdən də vergi ancaq əhalinin 
1  faizinin  yarısını  təĢkil  edən  ən  varlı  adamlara  Ģamil  ediləcəkdir.  2009-cu 
ildə  isə  bu  qaydada  vergi  tutulanlar  1  faizin  yalnız  üçdə  birini  təĢkil 
edəcəklər. DaĢınmaz əmlaka verginin ləğv edilməsi Bġ xəzinəsinə təqribən 
1  trilyon  dollara  baĢa  gələcəkdir.  Ġkinci  belə  bir  vergini tapmaq  çətindir ki, 
adi  amerikalıların  və  ölkənin  uzun  müddətli  mənafelərinə  daha  az  qaydada 
cavab verən olsun. 
Buna  baxmayaraq,  əgər  prezidentin  və  onun  tərəfdarlarının  apardıqları 
çox hiyləgər rəy sorğusuna inansaq, əhalinin 70 faizi «ölüm vergisinə» qarĢı 
çıxır. Mənim ofisimə tez-tez fermerlər gəlir və deyirlər ki, daĢınmaz əmlaka 
vergi  ailə  fermalarının  sonu  demək  olacaqdır,  baxmayaraq  ki,  fermer 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə