Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə22/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   38
Lakin güman ki, elə bu səbəbdən babam və nənəm nəhayət Kanzası tərk 
edib,  Havay  adalarına  köçmüĢdülər,  dini  inanc  onların  ürəklərində  kök 
salmamıĢdı. Nənəm həmiĢə çox ağıllı və inadkar olmuĢdu, görmədiyi, əli ilə 
toxunmadığı, hesablaya bilmədiyi heç nəyə inanmırdı. Babam bizim ailədəki 
xəyalpərvər idi, narahat ürəyə malik idi, bu ürək dini inancda sığınacaq tapa 
bilərdi,  lakin  onun  digər  xüsusiyyətləri  –  anadangəlmə  itatət  etməmək,  öz 
iĢtahını qətiyyən saxlaya bilməməsi və baĢqa adamların zəifliklərinə böyük 
dözümlülük, - ona imkan verirdi ki, nəsə bir ciddi iĢlə məĢğul olsun. 
Bu  xüsusiyyətlərin  birləĢməsi  mənim  nənəmin  möhkəm  rasionalizmi, 
babamın  Ģək  olması,  özünü  və  baĢqalarını  ciddi  mühakimə  edə  bilməməyi 
mənim  anama  da  keçmiĢdi.  Onun  öz  həyat  təcrübəsi,  kitablara  məhəbbəti, 
Kanzasın,  Oklahomanın  və  Texasın  kiçik  Ģəhərlərində  böyüyən  uĢağın 
həssaslığı, bu irsən hər Ģeyə Ģübhə ilə yanaĢmanı ancaq gücləndirmiĢdi. 
Xatirələri  xoĢ deyildi. Hərdən  bir mənə  öyüd vermək üçün o, riyakar-
moizəçiləri xatırlayırdı. Həmin adamlar dünya əhalisinin dörddə üçünə əbədi 
lənətə  məhkum  edilmiĢ  cahil  bütpərəstlər  kimi  baxaraq,  onlardan  üz 

 
163 
döndərmiĢdilər və təlqin edirdilər ki, yer və göy yeddi günə yaranmıĢdır, bu 
vaxt  onlar  geologiya  və  astrologiyanın  bütün  elmi  məlumatlarına  məhəl 
qoymurdular.  O,  kilsəyə  gələn  ləyaqətli  qadınları  yadına  salaraq  deyirdi  ki, 
onlar  ləyaqətlilik  barədə  öz  təssəvürlərinə  uyğun  gəlməyənlərdən  uzaq 
qaçırdılar,  bu  vaxt  onların  özü  çirkli  sirrlərini  əbəs  yerə  ört-basdır  etmək 
istəyirdilər, kiĢilərə irqçi təhqirlər yağdırır və bütün vasitələrlə öz iĢçilərini 
aldadırdılar. 
Anamın  rəyinə  görə,  mütəĢəkkil  din  tez-tez  dözümsüzlüyü  dindarlıq 
donuna, qəddarlıq və sıxıĢdırmanı isə möminlik mantiyasına geyindirirdi. 
Bu o demək deyil ki, anam mənə heç bir dini nəsihət vermirdi. O, hesab 
edirdi ki, böyük dünya dinlərini bilmək istənilən hərtərəfli təhsilin ayrılmaz 
hissəsidir.  Bizim  evimizdə  Bibliya,  Quran,  Bhaqavad  Gita  rəfdə  qədim 
yunan,  skandinav  və  Afrika  mifologiyaları  kitabları  ilə  yan-yana  dururdu. 
Pasxaya  və  ya  Milad  bayramına  apardığı  kimi  anam  məni  eynilə  Budda 
məbədinə, çinlilərin Yeni il bayramına, sintoistlərin məbədinə, havaylıların 
qədim dəfn yerlərinə aparırdı. Mənə baĢa salırdılar ki, bütün bu din sınaqları 
məndən möhkəm bağlılıq tələb etmir – öz daxilində nəyisə araĢdırmağa və 
özünə  iĢgəncə  verməyə  ehtiyac  yoxdur.  Din  –  bu  insan  mədəniyyətinin 
ifadəsidir,  deyə  o,  izah  edirdi  ki,  ancaq  mədəniyyətin  mənbəyi  deyildir,  
insanın  dərk  olunmayanları  idarə  etmək  və  dərin  həyat  sirrlərini  baĢa 
düĢmək üçün istifadə etdiyi çox sayda olan, özü də ən yaxĢı hesab edilməyən 
üsullardan biridir. 
Qısaca deyilsə, anam dinə, sonralar yiyələndiyi peĢə kimi bir etnoloqun 
gözləri  ilə  baxırdı.  Bu  hadisəyə  tam  hörmətlə  yanaĢmaq  həm  də  eyni 
zamanda  müvafiq  qaydada  ayrıca  bir  münasibət  bəsləmək  lazımdır.  Digər 
tərəfdən, mən uĢaqlıqda dinə tam baĢqa cür baxıĢ təklif edən adamlarla az-az 
ünsiyyətdə  olurdum.  Atam  uĢaqlıqda  mənə  praktiki  olaraq  heç  bir  təsir 
göstərməmiĢdi,  çünki  iki  yaĢım  olanda  anamdan  ayrılmıĢdı.  Hər  halda,  o, 
müsəlman  kimi  tərbiyə  olunsa  da,  mənim  anamı  ilk  dəfə  görən  vaxt  o, 
möhkəm  əqidəli  ateist  idi  və  dini,  gəncliyində  Keniya  kəndində  gördüyü 
mənasız Ģaman rituallarına bənzər bir xurafat hesab edirdi. 
Anam  yenidən  ərə  gedəndə  eynilə  skeptik  tərzə  malik  olan  bir 
indoneziyalı onun əri oldu. Bu adam dünyada irəli getmək üçün dini o qədər 
də faydalı bir iĢ hesab etmirdi və islamı hinduizmin, buddizmin qalıqları və 
animizmin qədim ənənələri ilə qarıĢdıran bir ölkədə böyümüĢdü. Atalığımla 
birlikdə beĢ il biz Ġndoneziyada yaĢayanda, burada yerli katolik məktəbinə, 
sonra  isə  əsasən  müsəlman  məktəbinə  getmiĢdim.  Hər  iki  halda  mənim 
katexizis  öyrənməyim  və  ya  axĢam  namazına  çağırıĢın  əhəmiyyətini  dərk 
etməyim  anamı  o  qədər  də  maraqlandırmırdı.  Onu  daha  çox  narahat  edən 
vurma  cədvəlini  lazım  olan  qaydada  öyrənməyim  idi.  Bütün  savadlı 

 
164 
dünyəviliyinə  baxmayaraq,  anam  bir  çox  cəhətlərə  görə  ruhi    cəhətdən 
mənim  tanıdığım  adamlardan  ən  ayığı  idi.  O,  xeyirxahlıq,  mərhəmət  və 
məhəbbət məsələlərində sarsılmaz təbii qabiliyyətə malik idi və çox hallarda 
bəzən özünün ziyanına olsa da bu qabiliyyətin təsiri altında hərəkət edirdi. 
Dini  mətnlərin  və  ya  kənar  nüfuzlu  mənbələrin  köməyi  olmadan  özünün 
öyrəndikləri dəyərlərin məndə bərqərar olmasına əla qaydada müvəffəq ola 
bilmiĢdi.  Bunlar  vicdanlılıq,  canı  yanma,  intizam,  məqsədə  nail  olmaq 
naminə  ani  həzzdən  imtina  və  əməksevərlik  idi.  Onu  yoxsulluq  və  
ədalətsizlik hiddətləndirirdi və buna laqeyd olanlara o, nifrət edirdi.  
Hər Ģeydən əvvəl o, möcüzəni kəskin Ģəkildə hiss edirdi, həyata, onun 
yüksək  qiyməti  və  ötəriliyinə  pərəstiĢ  edirdi.  Bu  möcüzə  hissini  və  həyata 
pərəstiĢi  tam  qaydada  möminlik  adlandırmaq  olardı.  Hansısa  bir  tablonu 
görəndə,  Ģer  misrasını  oxuyanda  və  ya  musiqiyə  qulaq  asanda  onun 
gözlərindən  yaĢ  töküldüyünü  görmüĢdüm.  Artıq  mən  böyüyəndə,  o,  bəzən 
gecə yarısı məni oyadıb, xüsusilə gözəl görünən aya baxdırmaq istəyirdi və 
ya alaqaranlıqda biz bir yerdə gəzəndə gözlərimi örtməyə məcbur edirdi ki, 
yarpaqların  xıĢıltısını  eĢidim.  O,  uĢaqları,  istənilən  uĢağı  dizi  üstə  oturdub 
qıdıqlamağı və onlarla oyun oynamağı, ya da onların ovucunun içinə baxıb, 
sümüklərin,  vətərlərin  və  dərinin  möcüzəsini  tədqiq  etməyi,  onlarda  açıla 
bilən həqiqətlərə Ģadlanmağı sevirdi. Ancaq, əlbəttə, sonradan mən tamamilə 
baĢa düĢdüm ki, bu ruh mənə necə dərindən təsir göstərmiĢdir, evdə atanın 
olmamasına baxmayaraq, yetkinlik dövrünün sualtı riflərinin yanından ötüb 
keçməyimdə  mənə  kömək  etmiĢ,  nəhayət  etibarilə  məni  gözə  görünməz 
qaydada  getdiyim  yola  istiqamətləndirmiĢdi.  Qoy  mənim  Ģöhrətpərəst 
niyyətlərimi  –  onun  uğurlarını  və  məğlubiyyətlərini  bilməyimlə,  onun 
məhəbbətini  qazanmaq  barədə  dilə  gətirdiyim  arzu  və  ona  qarĢı  incikliyim 
və  hiddətim  vasitəsilə  atam  qızıĢdırmıĢ  olsun.  Lakin  bu  Ģöhrətpərəst 
niyyətlər anamın fundamental inamı tərəfindən istiqamətlənmiĢdi. Bu inam 
insanın  xeyirxahlığına  və  hər  birimizə  bəxĢ  edilmiĢ  bu  qısa  həyatın 
nəhayətsiz  dəyərinə  əsaslanırdı.  Bu    dəyərlərin  təsdiqini  tapmaqdan  ötəri 
siyasi  fəlsəfəni  öyrəndim.  Onun  köməyi  ilə  mən  cəmiyyəti  qurmağı  və 
ədaləti  reallığa  çevirməyi  bacaran  hərəkətlərin  dilini  və  sistemini  tapmaq 
istəyirdim.  Bu  dəyərlərə  praktiki  tətbiq  tapmaq  üçün  kolleci  bitirdikdən 
sonra Çikaqodakı kilsələr qrupu üçün icma təĢkilatçısı iĢini qəbul etdim. Bu 
kilsələr isə iĢsizliyi və narkomaniyanı dəf etməyə və öz dindarlarına ümidi 
qaytarmağa çalıĢırdı. 
Əvvəlki  kitabımda  mən  Çikaqodakı  köhnə  iĢimin  mənim  ruhən 
böyüməyimə köməklik etdiyini, pastorlarla və dindarlarla ictimai iĢ aparmaq 
qətiyyətimi  möhkəmləndirdiyini,  mənim  irqi  özĢüurumu  gücləndirdiyini  və 
sadə adamların  təəccüblü Ģeylər etməsi bacarığına inamımı dərinləĢdirdiyini 

 
165 
təsvir  etmiĢdim.  Ancaq,  Çikaqoda  aldığım  təcrübə  də  məni  dilemma 
qarĢısında  qoydu,  bunu  anam  bütün  ömrü  boyu  həll  edə  bilməmiĢdi.  Mən 
hansısa bir kollektivə məxsus deyildim, ümumi ənənələrə bağlılığım yox idi 
ki, bunun vasitəsilə mən öz dərin məsləklərimə dayaq tapa bilim. Aralarında 
iĢ apardığım xristianlar məndə elə bil özlərini tanıyırdılar. Onlar görürdülər 
ki,  mən  onların  Kitabını  bilirəm,  onların  dəyərlərinə  Ģərikəm  və  onların 
mahnılarını oxuyuram. Lakin onlar hiss edirdilər ki, mənim hansısa hissəm 
kənarda,  ayrılıqda,  onların  arasındakı  müĢahidəçi  kimi  qalır.  Mən  baĢa 
düĢürdüm ki, öz inancım üçün  qabım yoxdursa, özümü birmənalı qaydada 
hansısa  səviyyədə  daim  kənarda,  öz  anam  kimi  azad,  həm  də  onun  qəti 
Ģəkildə tənha qaldığı kimi eləcə də tək qalacağam. 
Belə  azadlıq  heç  də  ən  pis  hal  deyildir,  mənim  anam  dünya  vətəndaĢı 
kimi xoĢbəxt yaĢayırdı. Harada olmağından asılı olmayaraq dostlarını tapıb, 
onlarla bir icmada birləĢirdi. Belə həyatla mən də razı olardım, əgər “qara” 
kilsənin  müəyyən  xüsusiyyətləri  olmasaydı,  bu  xüsusiyyətlər  isə  mənə 
kömək etdi ki, hər Ģeyə Ģübhə ilə baxmağımın bir hissəsindən xilas olum və 
xristian dinini qəbul edim.  
Birincisi,  afroamerikan  dini  ənənələrinin  sosial  dəyiĢiklikləri  əmələ 
gətirməsi  gücü  məni  özünə  cəlb  etdi.  Lazım  gəldikdə  “qara”  kilsə,  təkcə 
könülə  deyil,  bütövlükdə  insana  xidmət  etməli  olurdu.  Belə  bir  zərurət 
olduqda  “qara”  kilsə  nadir  hallarda  Ģəxsi  xilası  kollektiv  xilasdan  ayırmağa 
güzəĢtə  gedirdi.  O  icmanın  siyasi,  iqtisadi  və  sosial  mərkəzi  rolunu 
oynayırdı,  acları  doyuzdurmaq,  çılpaqları  geyindirmək  barədə  Bibliya 
çağırıĢını dərindən  baĢa  düĢürdü,  rəislərə  və  hakimiyyətə  qarĢı  çıxıĢ  etmək 
çağırıĢında bulunurdu. Mən görürdüm ki, bu mübarizənin tarixində din təkcə 
ümidsiz  olanlar  üçün  sadəcə  təskinlik  və  ölümdən  mühafizə  edən  olmayıb, 
fəal və dünyada gözə çarpan hərəkətverici qüvvəyə çevrilmiĢdir. Kilsədə hər 
gün  gördüyüm  kiĢilərin  və  qadınların  gündəlik  əməyində,  onların  çıxılmaz 
vəziyyətdən  çıxıĢ  yolu  tapmaq  və  ən  çətin  Ģəraitlərdə  ümid  və  ləyaqəti 
qoruyub saxlamaq bacarığında mən Sözün manifest rolunu görə bilirdim.  
Güman ki, məhz əzabı dərindən bilmək, mübarizədə dini əsaslandırmaq 
hesabına  “qara”  kilsə  mənə  ikinci  nüfuz  etmə  qabiliyyəti  verdi.  Ġnanc  o 
demək deyildir ki, sənin Ģübhən yoxdur və ya sən bütün dünya iĢlərindən əl 
çəkirsən.  Televiziya    moizəçiləri  dəbə  düĢməmiĢdən  xeyli  əvvəl  adi  zənci 
moizəsi  azad  Ģəkildə  etiraf  edirdi  ki,  bütün  xristianlar  (pastorlar  da  daxil 
olmaqla)  baĢqaları  kimi  acgözlük,  hiddət,  Ģəhvət  və  hirs  kimi  qüsurlardan 
xali  deyillər.  Ġncil  mahnıları,  rəqslər,  göz  yaĢları,  hayqırtılar  -  bütün  bunlar 
azad  olmaqdan,  etirafdan  və  nəhayət  bu  emosiyaları  yoluna  qoymaqdan 
danıĢırdı.  Qara  icmada  günahkarla  xilas  edilmiĢ  arasındakı  xətt  daha 
mütəhərrik  idi.  Kim  kilsəyə  girmiĢdisə  onun  günahı  bura  girməyənin 

 
166 
günahından o qədər də fərqlənmirdi və onlar barədə bərabər  ehtimalla həm 
yumor,  həm  də  ittiham  qaydasında  danıĢmaq  olardı.  Kilsəyə  girmək  məhz 
ona  görə    lazım  idi  ki,  sən  bu  dünyadansan,  ondan  kənarda  olanlardan 
deyilsən. Varlı, kasıb, günahkar, xilas edilmiĢ də olsan, sən Xristi ona görə 
qəbul  etməlisən  ki,  günahların  vardır  və  onlar  yuyulmalıdır.  Çünki  sən 
insansan  və  öz  çətin  yolunda  müttəfiqə  möhtacsan  ki,  dağları  və  vadiləri 
düzləndirəsən və bütün bu əyri yolları düz Ģəklə salasan. 
Məhz  bu  yeni  kəĢflərin  hesabına  –  dini  inanc  heç  də  mənə  tənqidi 
qaydada  düĢünməyi  dayandırmağı,  iqtisadi  və  sosial  ədalət  uğrunda 
mübarizədən  kənarlaĢmağı  və  ya  tanıdığım  və  sevdiyim  dünyadan  hansısa 
baĢqa  bir  qaydada  getməyi  tələb  etmir  –  mən  nəhayət  Xristin  BirləĢmiĢ 
kilsəsinə gəlməyə və xaç suyuna salınmağa qadir oldum. Bu qəfləti vəhyin 
deyil,  dərk  edilmiĢ  seçimin  nəticəsi  idi.  Məni  düĢündürən  suallar  sehrli 
qaydada  yoxa  çıxmamıĢdı.  Çikaqo  Sautsaydında  həmin  xaçın  altında 
dizlərim üstündə dayananda mən Allahın ruhunun məni necə çağırdığını hiss 
etdim. Mən özümü Onun iradəsinə tabe etdim və Onun həqiqətini açılmasına 
həsr etdim.  
 
 
Din barədə mübahisələr Senatda nadir hallarda ağır Ģəraitdə keçir. Heç 
kəs baĢqasının dini mənsubluğunu üzə çıxarmağa cəhd göstərmir. Debatlar 
vaxtı  mən  çox  az  hallarda  Allahın  adının  çəkilməsini  eĢitmiĢəm.  Senatın 
kapellanı, müdrik və dünyanı tanıyan adam, keçmiĢdə hərbi-dəniz kapellanı 
olan  bu  afroamerikalı  Barri  Blek  Baltimorun  ən  çətin    rayonunda 
böyümüĢdür.  O,  özünün  məhdud  vəzifələrini  –  səhər  duasını,  Bibliyanı 
öyrənmək  üçün  könüllü  məĢğələləri,  kim  soruĢsa  ona  dini  məsləhətlər 
verməyi,  -  yerinə  yetirir,  özü  də  hər  dəfə  hərarətlə  və  bütün  təfərrüatı  ilə 
ÇərĢənbə günlərindəki ibadətə xidmət edən səhər yeməyi tam qeyri-rəsmidir, 
ikipartiyalıdır və ekumenikdir (iudey Senator Norm Koulman hazırkı vaxtda 
respublikaçılar tərəfdən onların baĢ təĢkilatçısıdır). Gəlmək istəyənlər növbə 
ilə  Əhdi-ətiqdən  bir  parçanı  seçir  və  qrup  Ģəklində  müzakirə  aparırlar.  Ən 
açıq  dindar  senatorlar  olan  Rik  Santorum,  Sem  Braunbek  və  ya  Tom 
Koburnun  necə  səmimi  Ģəkildə,  açıqlıqla,  itaətlə  və  xeyirxahlıqla  bu  səhər 
yeməkləri  vaxtı  öz  dini  təəssüratlarını  bölüĢdüklərini  eĢitdikdə  inanmaq 
istəyirsən ki, dinin siyasətə təsiri çox hallarda faydalıdır, belə ki, din Ģöhrət 
düĢgünlüyünü  ram  edir,  müasir  siyasi  məqsədyönlülük  qasırğasına  qarĢı 
davamlılıq verir. 
Senatın  nəcib  Ģəraitinin  arxasında  isə  din  və  onun  siyasətdəki  rolu 
barədə  gedən  mübahisələr  daha  az  yumĢaq  forma  alır.  Məsələn,  2004-cü 
ildəki mənim opponentim, səfir Alan Kiz  

 
167 
kampaniya  baĢa  çatan  vaxt  seçiciləri  cəlb  etmək  üçün  yeni  arqument 
irəli sürdü. 
“Xrist  Barak  Obamaya  səs  verməzdi»  -  deyə  mister  Kiz  bəyan  etdi,  - 
«çünki  Barak  Obama  adamların  Xristin  vəsiyyətlərinə  uyğun  olmayan 
qaydada davranmalarına səs vermiĢdir”.  
Mister Kiz heç də birinci dəfə deyildi ki, belə  bəyanatlarla çıxıĢ edirdi. 
Mənim  ilk  respublikaçı  opponentim  arvadını  boĢama  prosesindəki  bəzi 
xoĢagəlməyən faktlar üzə çıxdıqda öz namizədliyini geri götürməyə məcbur   
olduqdan  sonra,  Ġllinoysun  Respublika  partiyası  yerli  namizədi  seçə 
bilmədiyindən,  Kizi  cəlb  etməyi  qərara  aldı.  Mister  Kizin  Merilenddən 
olması,  Ġllinoysda  yaĢamaması  və  Respublika  partiyasında  çoxların  onu 
dözülməz adam hesab etməsi belə Ġllinoys “Böyük qoca partiyası”nın (GOP) 
rəhbərliyini  bu  hərəkətdən  saxlaya  bilməmiĢdi.  ġtatın  Senatından  bir 
respublikaçı  kolleqam  belə  strategiyanı  mənə  birbaĢa  izah  etdi:  “Belə 
Harvardda  təhsil  almıĢ  öz  qara  mühafizəkar  oğlanımızı  namizədimiz  kimi 
Harvard  diplomu  olan  liberal  oğlana  qarĢı  qoyduq.  Bəlkə  o,  qalib 
gəlməyəcəkdir, amma ən azı sənin baĢından haləni vurub salacaqdır”. 
Mister  Kizin  özünə  əminlik  barədə  azacıq  da  olsa  bir  kəsiri  yox  idi. 
Professor-doktor, Harvard universitetinin məzunu, Ronald Reyqan vaxtında 
ABġ-ın  BMT-nin  Ġqtisadi  və  Sosial  ġurasında  səfiri  olan  Cin  Kirpatrikin 
protejesi olan bu Ģəxs ilk dəfə adamların diqqətini Merilenddən Bġ Senatına 
iki  seçki  dalbadal  namizəd  göstərilməklə  və  sonra  isə  “Böyük  qoca 
partiyadan”  iki  dəfə  prezidentliyə  keçmiĢ  namizəd  kimi  cəlb  etmiĢdi.  Dörd 
kampaniyanın    hamısında  onu  məğlub  etmiĢdilər,  lakin  bu  uğursuzluqlar 
onun  tərəfdarları  qarĢısında  mister  Kizin  reputasiyasına  heç  bir  xətər 
toxundura  bilməmiĢdi.  Onlar  üçün  seçkilərdə  bu  məğlubiyyət  onun  yalnız 
mühafizəkar prinsiplərə barıĢmaz tərəfdar olduğunu bir daha təsdiq etmiĢdi. 
ġübhəsiz,  bu  adam  danıĢmağı  bacarır,  kiçik  bir  bəhanəyə  görə  mister 
Kiz praktiki olaraq istənilən mövzu üzrə qrammatik cəhətdən qüsursuz nitq 
söyləyə  bilir.  Kampaniya  vaxtı  o,  bacarıqla  özünü  alovlu  qəzəb  həddinə 
gətirib  çıxarırdı,  onun  bədəni  yırğılanırdı,  alnından  tər  axırdı,  barmaqları 
havanı  yarırdı,  onun  yüksək  səsi  coĢğun  hissdən  əsirdi  və  o,  dindarları  Ģər 
qüvvələrə qarĢı döyüĢə çağırırdı. 
Təəssüf ki, nə intellekti, nə natiqlik qabiliyyəti bir namizəd kimi mister 
Kizin  bir  sıra  nöqsanlarını  ört-basdır  edə  bilmirdi.  Əksər  siyasətçilərdən 
fərqli  olaraq  o  özünü  mənəvi  və  intellektual  cəhətdən  nüfuz  sahibi  hesab 
etdiyini gizlətməyə  çalıĢmırdı. Dik teatra xas olan təntənəli üslubda, azacıq 
yumulmuĢ  göz  qapaqları  ilə  dayanırdı,  bu  ona  daim  yorulmuĢ  adam 
görünüĢü verirdi, belə manerası ilə o, Əllinci sektanın moizəçisi ilə Uilyam 
F. Bakli arasındakı bir hibridə bənzəyirdi. 

 
168 
Bundan  baĢqa,  onun  öz  qüvvəsinə  belə  güvənməsi  özünə  nəzarət 
instinktivi imkanını yoxa çıxarırdı, bu xüsusiyyət isə çoxlarına daim davaya 
düĢmədən  həyatla  addımlamağa  Ģərait  yaradır.  Mister  ağlına  gələn  hər 
Ģeydən  danıĢırdı,  baĢladısa  qurtarmaq  bilmirdi.  Kampaniyanın  maliyyə 
çatıĢmamazlığına və digər regiondan  gələn siyasi qərib statusuna görə artıq 
əlveriĢsiz vəziyyətdə olduğu halda, o, üç ay ərzində demək olar ki, hər kəsi 
təhqir  etməyə  müvəffəq  oldu.  O,  Dik  Çeyninin  qızı  daxil  olmaqla  bütün 
homoseksualistlərə “eqoist hedonistlər” damğasını vurdu və təkid etdi ki, bir 
cinsli  cütlük  tərəfindən  uĢağın  oğulluğa  və  ya  qızlığa  götürülməsi  hökmən 
insestə  (qanqarıĢdırıcı  cinsi  əlaqəyə  –  tərcüməçi)  aparıb  çıxarır.  O, 
Ġllinoysun  mətbuat  korpusunu  “nikah  və  insan  həyatı  əleyhinə  qarĢı  qəsd” 
aləti  adlandırdı.  O,  məni  ittiham  etdi  ki,  abortu  müdafiə  etməklə  “quldar 
mövqeyi”  tutmuĢam  və  məni  “küt  kitab  marksisti”  adlandırdı,  çünki  mən 
ümumi  səhiyyənin  xeyrinə  və  digər  sosial  proqramlar  barədə  çıxıĢ  edirəm, 
bundan  sonra  əlavə  etdi  ki,  mən  heç  qulların  nəslindən  deyiləm,  çünki  əsl 
afroamerikalı  deyiləm.  Müəyyən  mərhələdə  onu  Ġllinoysa  dəvət  edən 
mühafizəkar respublikaçıları da özünə qarĢı qoydu, yəqin ki, qaraların səsini 
almaq üçün təklif etdi ki, əcdadları arasında qul olan bütün qaralar üçün gəlir 
vergisini  tam  ləğv  etmək  formasında  təzminatlar  tətbiq  edilsin.  (“Bu 
fəlakətdir»  -    Ġllinoysun  «Ġllinoys»  lider»  adlı  qatı  sağ  veb-saytındakı 
Ģərhlərin biri belə idi – “ONDA AĞLAR NECƏ OLSUN!!!»).  
BaĢqa sözlə, Alan Kiz ideal opponent idi. Mənim etməli olduğum əsas 
iĢ isə ağzımı qapalı Ģəkildə saxlayıb öz andiçmə mərasimimi planlaĢdırmağa 
baĢlamaq idi. Buna baxmayaraq,  kampaniya irəli getdikcə, mən hiss etməyə 
baĢladım  ki,  əvəllər  heç  kəsin  bacarmadığı  tərzdə  o,  məni  hiddətləndirir. 
Kampaniya  vaxtı    bizim  yollarımız  kəsiĢəndə,  mən  ona  ağır  söz  deməkdən 
və ya boynunu sındırmaqdan özümü güclə saxlayırdım. Bir dəfə Hindistanın 
müstəqillik  günü münasibətilə paradda üz-üzə gəldikdə, nəyisə sübut etmək 
üçün  barmaqlarımla  onun  döĢünə  vurdum,  elə  bil  ki,  dominant  erkək  idim, 
orta  məktəbi  bitirdikdən  sonra  heç  vaxt  özümü  belə  aparmamıĢdım  və 
müĢahidə qabiliyyətli jurnalistlər komandası bu epizodu tutmuĢ, axĢam bunu 
televizorda  yavaĢdırılmıĢ  Ģəkildə  göstərmiĢdi.  Seçkilərdən  qabaq  keçirilən 
üç debatda mən çox vaxt pəltək, əsəbi və xarakterik olmayan qaydada gərgin 
kimi görünürdüm - bu anları kütlə əsasən sezməsə də – (bu vaxt artıq mister 
Kizi  hesabdan  silmiĢdilər),  lakin  bəzi  tərəfdarlarımı  çox  məyus  etmiĢdi. 
“Niyə  bu  oğlana  sənə  qulaqburması  verməyə  imkan  verirsən?”  deyə  onlar 
məndən soruĢurdular. Onlar üçün mister Kiz ifrat tədbirlərin tərəfdarı idi, axı 
o,  deyirdi  ki,  mənim  dinimin  adından  danıĢır,  onun  nitqlərinin  məzmunu 
xoĢuma  gəlməsə  də,  mən  etiraf  etməliyəm  ki,  onun  baxıĢlarından  bəziləri 
xristian kilsəsində çox sayda tərəfdarlarına malikdir. 

 
169 
Onun dəlilləri təqribən belə idi: amerikan iki bərabər prinsip üzərində - 
allahın bəxĢ etdiyi azadlıq və xristian dini əsasında yaradılmıĢdır.   Liberal 
aparatların növbəsi federal hökuməti ələ keçirmiĢdi ki, allahsız materializmə 
xidmət göstərsin və bununla da daim qaydalarla, rifahın sosialist proqramları 
ilə,  odlu  silah  barədə  qanunvericiliklə,  kütləvi  məktəblərdəki  məcburi 
təhsillə  və  gəlir  vergisi  ilə  (mister  Kiz  bunu  «qul  vergisi»  adlandırırdı) 
azadlığı  və  ənənəvi  dəyərləri  aĢındırsın.  Liberal  hakimlər  bu  mənəvi 
pozğunluğa köməklik göstərdilər, Birinci DüzəliĢi təhrif edərək bəyan etdilər 
ki, bu düzəliĢ kilsənin dövlətdən ayrılması mənasını verir, normadan hər cür 
kənarlaĢmanı,  xüsusilə  abortu  və  homoseksualizmi  qanuniləĢdirməklə 
nuklear  (özək)  ailəni  məhv  olmaq  təhlükəsi  altında  qoydular.  Beləliklə, 
Amerikanın  yeniləĢməsinə  cavab  bu  vaxt  sadə  olur:  dinə,  xüsusilə 
xristianlığa, ictimai və özəl həyatın mərkəzi kimi həqiqətən ona məxsus olan 
rol  qaytarılsın, qanuvericilik dini normalara  müvafiq olan qaydaya salınsın, 
Konstitusiyada,    Ġlahi  vəsiyyətlərdə  nəzərdə  tutulmayan  sahələr  üzrə  qanun 
qəbul etməkdə federal hakimiyyətlərin hüququ əsaslı qaydada azaldılsın. 
BaĢqa  sözlə,  Alan  Kiz  heç  bir  düzəliĢə,  kompromissə  və  ya  haqq 
qazandırmaya  əl  atmadan  bizim  ölkəmizdəki  dini  irticaçıların  baxıĢlarını 
təmsil  edirdi.  Bunları  izhar  etdikcə  mister  Kizə  ardıcıl  olaraq  Köhnə 
Vəsiyyət  peyğəmbərlərinin  əminliyi  və  nitq    axıcılığı  qabiliyyəti  gəlirdi. 
Onun konstitusion və siyasi dəlilləri ilə bacarmaq mənə çətin deyildisə, onun 
Əhdi-ətiqi təfsir etməsi məni müdafiəyə keçməyə məcbur edirdi. 
Mister Kiz təkrar edirdi: “Mister Obama deyir ki, o, xristiandır, özü isə 
Bibliyanın alçaqlıq adlandırdığı həyat tərzini müdafiə edir”. 
«Mister  Obama  deyir  ki,  o,  xristiandır,  özü  isə  günahsız  və  müqəddəs 
həyatın məhv edilməsinin tərəfdarıdır».  
Mən nə deməliyəm? Hərfən Bibliyanı Ģərh etmək axmaqlıqdır. Yoxsa, 
katolik  mister  Kiz  Roma  Papasının  özündən  də  müqəddəs  olmaq  istəyir? 
Buna gəlib çıxmamaq üçün mən belə mübahisələrdə daim liberalların cavab 
verdiyi  kimi  danıĢırdım  –  biz  plüralizm  cəmiyyətində  yaĢayırıq,  mən 
baĢqalarına  öz  dini  baxıĢlarımı  zorla  qəbul  etdirə  bilmərəm  və  mən  öz 
namizədliyimi  Ġllinoys Ģtatının pastorluğuna deyil, Ġllinoys Ģtatından senator 
postuna seçilmək üçün irəli sürmüĢəm. Ancaq mən hətta cavab verəndə də, 
mister  Kizin  gizli  ittihamını  baĢa  düĢürdüm  ki,  mən  dərin  Ģübhədəyəm, 
mənim inancım həqiqi deyil və mən əsl xristian deyiləm. 
 
 
Hansısa mənada mister Kizlə güzgüdə görünən mənim dilemmam, dini 
irticaçılara  cavab  verərkən  liberalizmin  qarĢılaĢdığı  geniĢ  dilemmanı  əks 
etdirir. Liberalizm bizə baĢqalarının dininə, əgər bu din ziyan vurmursa, və 
1   ...   18   19   20   21   22   23   24   25   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə