Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə23/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
 
170 
ya  inancı  baĢqa  cür  pozmursa,  dözümlü  olmağı  öyrədir.  Həmin  halda,  əgər 
dini  cəmiyyətlər  ayrıca  dayanırlarsa  və  din  Ģəxsi  Ģüurun  hədlərində  qalırsa, 
belə dözümlülük sınağa məruz qalmır. 
Lakin  din  nadir  hallarda  izolyasiyada  tətbiq  olunur.  Ən  azı  mütəĢəkkil 
din – hətta çox kütləvi hadisədir. Dindarlar hiss edə bilərlər ki, din onlardan 
mümkün olan hər yerdə Ġncili təbliğ etməyi tələb edir. Onlar hiss edə bilərlər 
ki,  onların  məsləklərinin  birbaĢa  təhqir  etdiyi  dəyərlərə  dünyəvi  dövlət 
himayəçilik  edir.  Onlar  istəyə  bilərlər  ki,  cəmiyyətin  daha  geniĢ  hissəsi 
onların 
baxıĢlarının 
düzgünlüyünü 
müdafiə 
etsin 
və 
onların 
möhkəmləndirilməsinə kömək etsin.  
Və dini məsləkin hərəkətə gətirdiyi adamlar özlərinin bu məqsədlərinə 
nail  olmaq  üçün  siyasi  iddialar  irəli  sürən  vaxt  liberallar  narahat  olmağa 
baĢlayırlar.  Bizlərdən  dövlət  vəzifələrində  olanlar  dini  dəyərlər  barədə 
danıĢmaqdan  ümumiyyətlə  qaçmağa  çalıĢırlar  ki,  birdən  kimisə  təhqir  edə 
bilər və bəyan edə bilərlər ki,  - öz Ģəxsi məsləklərindən asılı olmayaraq, - 
abort  və  məktəb  duası  kimi  məsələlərdə  Konstitusiya  prinsipləri  bizim  əl-
qolumuzu  bağlamıĢdır  (Müəyyən  yaĢda  olan  katolik  siyasətçilər  xüsusən 
ehtiyatlıdırlar,  güman  ki,    özlərinə  sual  verirlər  ki,  bu  məsələ  görən 
Con.F.Kenedinin  Roma  Papasının  əmrlərinə  tabe  olacağı  ilə  baĢa 
çatmayacaqdırmı).  Bəzi  sol  siyasətçilər  (onlar  baxmayaraq  ki,  dövlət 
vəzifələrində  olanlar  deyildilər)  daha  uzağa  gedərək,  dini  öz  mahiyyətində 
irrosional,  dözülməz  və  beləliklə,  təhlükəli  olan  bir  Ģey  kimi  ictimai 
məkandan süpürüb atırlar, qeyd edirlər ki, dini danıĢıqlar Ģəxsi xilas və özəl 
əxlaq  siyasətindən  baĢqa  heç  nəyi  vurğulamamaqla,    yoxsulluq  və 
korporasiyaların  cinayətləri  kimi  ictimai  əxlaq  məsələlərinə  məhəl 
qoymamalarını ört-basdır etmək üçün mühafizəkarlara lazımdır. 
Belə  kənarlaĢma  prinsipi  Alan  Kizin  əleyhdar  olduğu  Ģəraitdə 
proqressin  tərəfdarları  üçün  də  xeyir  verə  bilər.  Lakin  böyük  hesabda,  mən 
düĢünürəm  ki,  amerikanların  həyatında  biz  dinin  əhəmiyyətini  etiraf 
etməyəndə  səhv  edirik  və  dini  bizim  müasir  plüralist  demokratiya  ilə 
barıĢdırmaq üçün ciddi mübahisəyə girmirik. 
Ondan  baĢlayaq  ki,  bu  pis  siyasətdir.  Amerikada  olduqca  çox  dindar 
adamlar vardır, demokratların da əksəriyyəti dindardır. Əgər biz din barədə 
ciddi danıĢıqları buraxıb, yaxĢı xristianın, müsəlmanın və iudeyin nə olduğu 
barədə  mübahisələrə  diqqət  verməsək,  əgər  biz  dini  pozitiv  mənada,  baĢqa 
sözlə dinin bir-birimizə münasibətdə bizim vəzifələrimizi dediyini danıĢmaq 
əvəzinə  yalnız  neqativ  mənada,  baĢqa  sözlə,  harada  və  necə  onu  tətbiq 
etməmək  yönündə    müzakirə  etsək,  əgər  bizi  Ģad  etməyəcəyini 
düĢündüyümüzə  görə  dini  tədbirlərdə  və  dini  veriliĢlərdən  kənara  çəkilsək, 
boĢ  yerləri  baĢqaları  tutacaqdır.  Və  o  yeri  çox  güman  ki,  dinə  ən  birtərəfli 

 
171 
baxıĢları  olanlar  və  ya  dindən  dar  partiya  məqsələri  üçün  həyasızcasına 
istifadə edənlər tutacaqlar. 
Daha  prinsipial  cəhət  orasındadır  ki,    dindarlığın  istənilən  yada 
salınması  vaxtı  bəzi  proqres  tərəfdarlarının  bacarıqsızlığı  çox  vaxt  əxlaqi 
planda olan məsələlərə təsirli müraciət etməyə imkan vermir. Problemin bir 
hissəsi  ritorikadadır:  dili  bütün  dini  olan  ibarələrdən  təmizləyən  kimi  biz 
obrazlardan  və  terminologiyadan  məhrum  oluruq,  milyonlarla  amerikalı 
onların  köməyi  ilə  həm  öz  Ģəxsi  davranıĢının  normalarını,  həm  də  sosial 
ədaləti  baĢa  düĢür.  Linkolnun  ikinci  inauqurasiya  nitqini  «Sahibin 
məhkəmələri» sözləri və ya Kinqin «Mənim arzum var» nitqini «bütün Allah 
uĢaqları» kəlmələri olmadan təssəvvür edin. Onlar ali həqiqətə müraciətləri 
təlqin  edilməsi  mümkün  olmayanları  təlqin  etməyə  və  xalqı  ümumi  taleyi 
qəbul etməyə doğru hərəkətə gətirməyə kömək etdi. Təbiidir ki, mütəĢəkkil 
dinin  ləyaqətə  inhisarı  yoxdur  və  dindar  olmaq  vacib  deyildir  ki,  əxlaqi 
iddialar  irəli  sürəsən  və  ya  ictimai  rifahdan  arqument  kimi  istifadə  edəsən. 
Lakin  biz  belə  iddialardan  və  müraciətlərdən  qaçmamalıyıq  və  ya  bizim 
böyük  dini  ənənəmizə  istənilən  istinad  edilməsini  kimisə  incitməmək 
məqsədi ilə kənara atmamalıyıq. 
Ancaq  bir  proqress  tərəfdarları  kimi  millətin  əxlaqi  fundamentindən 
istifadə  sahəsindəki  bizim  bacarıqsızlığımız  heç  də  sadə  ritorika  deyildir: 
«nəsihətamizlik»  kimi  görünməkdən  ehtiyatlanıb,  biz  güman  ki,  həmçinin 
bəzi  vacib  sosial  problemlərmizin  həllində  dəyərlərin  və  mədəniyyətin 
oynadığı  rolu  qiymətləndirə  bilməmiĢik.  Ancaq  yoxsulluq  və  irqçilik, 
iĢsizlik,  sığortası  olmayanların  problemləri  heç  də  on  maddədən  ibarət 
mükəmməl  plan    axtarıĢı  vaxtı  meydana  çıxan  sadə  texniki  problemlər 
deyildir. Onlar sosial qeyri-bərabərlikdən və Ģəxsi daĢürəklilikdən irəli gələn  
köklərə malikdir. Bu köklər həmçinin öz var-dövlətini və statusunu hər cür 
vasitələrlə qoruyub saxlamağa çalıĢan, sosial nərdivanın zirvəsində olanların 
istəyində,  həmçinin  sosial  nərdivanın  dibində  olanların  ümidsizliyində  və 
özünü məhv etməyindədir. 
Bu  sosial  problemlərin  həlli  üçün  hökumətin  siyasətində  dəyiĢikliklər 
aparılması  həmçinin  ürəklərdə  və  Ģüurlarda  dəyiĢikliyi  tələb  edir.  Mən 
düĢünürəm ki, bizim Ģəhərlərin abad olmayan ucqarlarında silah olmamalıdır 
və  bizim  rəhbərlər  bunu  silah  istehsal  edənlərin  lobbisinin  üzünə  bəyan 
etməlidirlər. Ancaq mən həmçinin onda da əminəm ki, quldur, guya kiminsə  
ona hörmətlə yanaĢmadığına görə fərqinə varmadan kütləyə atəĢ açırsa, bu, 
bizim  qarĢımızda  mənəvi  problem  kimi  dayanır.  Cinayətkarı  təkcə 
cinayətinə  görə  cəzalandırmaq  azdır,  o  da  etiraf  edilməlidir  ki,  onun 
ürəyində deĢik vardır və bu deĢiyi biz təkcə hökumət proqramları ilə yamaya 
bilmərik.  Mən  əminəm  ki,  ayrı-seçkiliyin  yoxluğuna  qarantiya  verən 

 
172 
qanunların yerinə yetirilməsi üzərində nəzarət gücləndirilməlidir. Mən həm 
də  əminəm  ki,  ölkəmizin  yüksək  vəzifəli  Ģəxslərinin  (CEO)  bir  hissəsinin 
Ģüurunun  transformasiyası  və  onların  plüralizmə  həqiqi  bağlılığı 
hüquqĢünaslar batalyonuna nisbətən daha tez nəticə verə bilər. Mən əminəm 
ki, vergi gəlirlərimizdən az imkanlı oğlanların və qızların təhsilinə biz daha 
çox  sərmayə  qoymalıyıq  və  onlara  kontrasepsiya  barədə  məlumatlar 
verməliyik  ki,  arzuolunmayan  hamiləliyin  qarĢısı  alınsın,  abortların  əmsalı 
azalsın və ona Ģərait yaradılsın ki, hər bir uĢaq məhəbbət və qayğı ilə əhatə 
olunsun.  Lakin  mən  həm  də  hesab  edirəm  ki,  din  gənc  qadında  öz  «məni» 
Ģüurunu,  gənc  oğlanda  isə  məsuliyyəti  və  bütün  adamların  cinsi  yaxınlıq 
hərəkətində hiss etməli olduğuna hörmət duyğusunu möhkəmləndirə bilər. 
Mən onu nəzərdə tutmuram ki, proqressin hər bir tərəfdarı qəflətən dini 
terminologiyaya  keçəcək  və  ya  biz  «minlərlə  iĢıqlı  nöqtələrin»  xeyrinə  öz 
ictimai  institutlarımızın  dəyiĢilməsi  uğrunda  mübarizədən  imtina  etməliyik. 
Mən  özümə  hesabat  verirəm  ki,  Ģəxsi  ləyaqətə  müraciət  çox  vaxt 
fəaliyyətsizliyə  haqq  qazandırmağa  çevrilir.  Bundan  baĢqa,  dinin  qeyri-
səmimi təzahüründən Ģəffaf olan heç nə yoxdur – bunu biz seçkilərdən əvvəl 
«qara»  kilsədə  görünən  siyasətçilərdə    sezirik,  onlar  incil  xoru  oxunanda 
ritmə  uyğun  gəlməyən  qaydada  əl  çalır  və  ya  tam  quru  proqram  nitqlərinə 
ədviyyat vurmaq üçün bir neçə Bibliya sitatından istifadə edirlər. 
Mən güman edirəm ki, əgər biz proqress  tərəfdarları kimi qabaqcadan 
gəldiyimiz  yalnıĢ  rəylərin  bir  hissəsindən  azad  olsaydıq,  dindarlar  və 
dinsizlər  üçün  ümumi  olan  dəyərləri  tanıya  bilərdik.  Bu  dəyərlərin  isə 
ölkəmizin  əxlaqi  və  maddi  yollarına  birbaĢa  dəxli  vardır.  Biz  etiraf  edə 
bilərdik  ki,  gələcək  nəslin  naminə  qurbana  çağırıĢ  və  təkcə  «mən»  deyil, 
«sən»  anlayıĢında  düĢünmək  zərurəti  bütün  ölkədəki  dini  qardaĢlıqda  bir 
əks-səda  tapır.  Dini  biz  ciddi  qəbul  etməliyik  ki,  sadəcə  olaraq  təkcə  dini 
mühafizəkarları  dayandırmayaq,  həm  də  hər  bir  dindarı  Amerikanın 
yeniləĢməsinin daha iri layihələrində iĢtiraka cəlb edək. 
Bundan artıq nəsə həyata keçməyə baĢlayır. Ġri kilsələrin Rik Uorren və 
T.D.  Ceyks  kimi  pastorları  öz  nəhəng  təsirlərindən  istifadə  edib.  AĠDS, 
Üçüncü  Dünya  ölkələrinin  borcları  və  Darfurdakı  genosid  problemləri  ilə 
məĢğul  olurlar.  Cim  Uollis  və  Toni  Kampolo  kimi  özlərini  «proqressiv 
yevagelist xristianları» adlandıranlar sosial proqramların  maliyyələĢməsinin 
azaldılması və artan qeyri-bərabərlik əleyhinə xristianların səfərbər edilməsi 
vasitəsi  kimi  kasıblara  kömək  barədə  Bibliya  təlimatlarını  göylərə 
qaldırırlar.  Bütün  ölkədə  mənimki  kimi  ayrı-ayrı  kilsələr  uĢaqlara  gündüz 
vaxtı  baxılması  proqramlarına,  ahıllar  üçün  mərkəzlər  tikilməsinə 
sponsorluq  edir  və  əvvəllər  qanun  pozmuĢ  adamların  normal  həyata 
qayıtmasına köməklik göstərirlər. 

 
173 
Din  və  dünyəviliyin  sınaq  partnyorluğu  olan  bu  qaydanı  inkiĢaf 
etdirmək  üçün  hələ  çox  iĢləmək  lazımdır.  Gərginlik,  dindarlar  və  dinsizlər 
tərəfindən etimadsızlıq məsələləri ilə bilavasitə məĢğul olmaq lazımdır və bu 
vaxt  hər  bir  tərəfə  əməkdaĢlığın  bəzi  əsas  qaydalarını  qəbul  etmək  lazım 
gələcəkdir. 
Yevangelist  xristianların  müəyyən  hissəsi  üçün  birinci  və  ən  çətin 
addım, qüvvəyə minmiĢ maddənin (ABġ Konstitusiyasına Birinci düzəliĢin 
–  tərcüməçi)  təkcə  bizim  demokratiyanın  inkiĢafında  deyil,  həm  də  bizim 
dini  praktikanın  sağlamlığında  oynadığı  tənqidi  rolu  etiraf  etməkdir.  Çox 
sayda irticaçı xristianların bəyanatlarının əksinə olaraq, hansılar ki, kilsənin 
dövlətdən ayrılmasından gileylənirlər, onların dəlili heç də altmıĢıncı illərin 
bir  ovuc  liberal  hakimlərinə  qarĢı  deyildir.  Onlar  «Hüquqlar  haqqındakı 
Bill»i  tərtib  edənlərlə  və  bu  günkü  yevangelist  kilsəsinin  əcdadları  ilə 
mübahisə edirlər. 
Ġnqilabın  bir  çox  məĢhur  xadimləri,  xüsusən  Franklin  və  Cefferson 
deistlər  idilər,  onlar  Qüdrətli  Allaha  inanmaqla,  -  nəinki  xristian  kilsəsinin 
ehkamlarını, hətta xristianlığın mərkəzi ehkamlarını (Xristin ilahi təbiəti də 
daxil  olmaqla)  özünü  Ģübhə  altına  alırdılar.  Cefferson  və  Medison  xüsusən 
ona  çalıĢırdılar  ki,  kilsə  ilə  dövlətin  arasındakı  Ceffersonun  adlandırdığı 
«ayrıca  divar»  dini  inancda  və  praktikada  Ģəxsi  azadlığı  müdafiə  etsin, 
dövləti sektant çəkiĢmələrindən, mütəĢəkkil dini isə dövlətin qəsdlərindən və 
ya arzuolunmayan təsirlərdən mühafizə etsin. 
Əlbəttə, bani-ataların heç də hamısı bununla razılaĢmırdı. Patrik Henri 
və  Con  Adams  dövlətdən  dinin  irəliləməsi  üçün  istifadə  etməyi  təklif 
edirdilər.  Baxmayaraq  ki,  məhz  Cefferson  və  Medison  dini  azadlıq  barədə 
Virciniya statunu müdafiə etmiĢdilər, bu, sonralar Birinci düzəliĢin modelinə 
çevrildi.  Maarifçiliyin  bu  tələbələri  kilsənin  dövlətdən  ayrılmasının  heç  də 
ən qızğın tərəfdarları olmadılar. 
Bu  müddəaların  ratifikasiyası  üçün  lazım  olan  xalq  dəstəyini  isə  keĢiĢ 
Con  Liland  kimi  batpistlər  və  digər  yevangelist  xristianlar  təmin  etdilər. 
Bunu  ona  görə  etdilər  ki,  onlar  kənar  adamlar  idilər.  Çünki,  onların  arzu 
edənlərə,  -  o  cümlədən  qullara  da  –  ünvanlanan  moizələri  qoyulmuĢ 
qaydalara  qorxu  törədirdi.  Çünki  onlar  rütbələrə  və  imtiyazlara  hörmət 
etmirdilər,    onlar  daim  hakim  Anqlikan  Kilsəsi  tərəfindən  Cənubda, 
konqreqasionalist  ordenlər  tərəfindən  ġimalda  təqib  olunur  və  nifrət 
obyektinə  çevrilirdilər.  Onlar  təkcə  ona  görə  tam  əsasla  qorxmurdular  ki, 
dövlətin müdafiə etdiyi istənilən din, dini azlıq kimi onların öz ibadətlərini 
icra etmələri imkanlarına qəsd edəcəkdir, onlar həm də əmin idilər ki, dinin 
həyat qabiliyyəti dövlətdən dəstək aldıqda və ya məcburiyyətə əsaslandıqda 

 
174 
istər-istəməz  azalır.  Mübarək  Lilandın  dediyi  kimi:  «Dövlətin    dəstəyinə 
yalnız yalan möhtacdır, həqiqət onsuz da keçinə bilər və keçinir». 
Ceffersonun  və  Lilandın  dini  azadlıq  formulu    iĢləyirdi.  Amerikaya 
nəinki  dini  çağırıĢlardan  qaçmaq  müyəssər  oldu,  axı  həmin  bədbəxtliklər 
planeti  taqətdən  salırdı,  bu,  həm  də  dini  təĢkilatların  inkiĢafını  təmin  etdi. 
Çox sayda müĢahidəçilər bunu məhz dövlət tərəfindən dəstəyin olmamasının 
ayağına  yazırlar.  Bundan  baĢqa,  Amerika  əhalisinin  artan  müxtəlifliyini 
nəzərə  aldıqda,  sektant  təhlükəsi  indi  həmiĢə  olduğundan  daha  yüksəkdir. 
Biz  əvvəllər  nə  olmuĢuqsa,  indi  sadəcə  olaraq  xristian  milləti  deyilik.  Biz 
həmçinin  yəhudi  millətiyik,  müsəlman  millətiyik,  buddizm  millətiyik, 
hinduizm millətiyik və dinsizlər millətiyik. 
Gəlin bir anlığa təsəvvür edək ki, bizim  sərhədlərimiz daxilində təkcə 
xristianlar vardır. Xristianlığın hansı versiyasını biz məktəbdə öyrədəcəyik? 
Ceyms  Dobsonun  və  ya  El  ġarptonunkunumu?  Əhdi-ətiqin  hansı  parçaları 
bizim ictimai həyata rəhbərlik etməlidir? Quldarlığın normal hal, ancaq qını 
olan  dəniz  heyvanlarının  yeyilməsinin  iyrənc  bir  Ģey  olduğunu  hesab  edən 
Levitlərlə bir yerdə addımlamalıyıqmı? Bəs Deyteronomi - «Ġkinci Qanun» 
kitabı necə olsun, orada deyilir ki, əgər uĢağın dindən dönsə onu daĢla vurub 
öldürmək lazımdır? Bəlkə biz yalnız Dağüstü moizəyə əməl etməliyik – bu 
elə  radikal  rəhbərlik  vasitəsidir  ki,  çox  çətin  ki,  Müdafiə  Nazirliyi  onu 
praktikada tətbiq edə bilərdi? 
Bu  bizi  digər  cəhətə  gətirib  çıxarır  -  dini  baxıĢlar  ictimai  debatların 
mövzusu  və  seçkili  vəzifəli  Ģəxslər  üçün  rəhbərlik  vasitəsi  olmağa  hansı 
Ģəkildə  xidmət  etməlidir.  Əlbəttə,  sekulyaristlər  –  dünyəvilik  tərəfdarları 
dindarlardan  öz  dinlərini  ictimai  meydana  çıxmamıĢdan  əvvəl  qapının 
arxasında qoymağı tələb edəndə düzgün hərəkət etmirlər. Frederik Duqlass, 
Abraham  Linkoln,  Uilyam  Cenninqs  Brayan,  Doroti  Dey,  Kiçik  Martin 
Lyüter  Kinq,  -  amerikan  tarixində  böyük  islahatçıların  əksəriyyəti  -    nəinki 
dindən  həvəsə  gəlirdilər,  həm  də  daim  dinin  dilindən  istifadə  edirdilər. 
Adamların  dövlət  siyasəti  barədə  mübahisələrə  «təmiz  əxlaqı» 
gətirməmələrini  deməyin  özü  praktiki  olaraq  cəfəngiyatdır.  Bizim 
qanunvericiliyimiz  öz  mahiyyətinə  görə  əxlaqi  normaların  kodifikasiyasıdır 
və onda çox Ģey iudey-xristian ənənələrinə əsaslanır. 
Bizim  məĢvərətçi,  plüralist  demokratiyanın  həqiqətən  tələb  etdiyi  odur 
ki, dini inancın hərəkətə gətirdiyi insanlar onları narahat edən məsələləri heç 
də din üçün spesifik olanda deyil, ümumi dəyərlərdə ifadə etsinlər. Bu tələb 
edir ki, onların təklifləri arqumentə tabe edilsin və səbəb nöqteyi-nəzərindən 
məsuliyyətli olsun. Əgər mən dini mülahizələrə görə abortun əleyhinəyəmsə 
və  onu  qadağan  edən  qanunu  keçirməyə  can  atıramsa,  sadəcə  olaraq  öz 
kilsəmin  təliminə  və  ya  Allahın  iradəsinə  istinad  edə  bilmərəm  və  gözləyə 

 
175 
bilmərəm  ki, bu dəlil qalib gələcəkdir. Əgər baĢqalarının məni dinləməsini 
istəyirəmsə,  mən  bütün  dinlərdən  olan  adamlara,  həm  də  dinsizlərə  nəyə 
görə abortun hansısa prinsipi pozduğunu izah etməliyəm. 
Bibliyanın səhvsizliyinə inananlara, o cümlədən yevangelist xristanların 
çoxuna iĢin belə qaydası müqəddəs və əbədi olan münasibətdə dini olmayan 
Ģəkildə  və  maddi  dünyanın  tiraniyasının  daha  bir  nümunəsi  kimi  görünə 
bilər. Plüralistik demokratiyada isə bizim baĢqa çıxıĢ yolumuz yoxdur. Ġnanc 
və  zəka  müxtəlif  sferalarda  fəaliyyət  göstərir  və  həqiqəti  müəyyən  etmək 
üçün  müxtəlif  üsullardan  istifadə  edir.  Ağıl  və  elm  faktlar  əsasında 
toplanmıĢ  biliklərdən  istifadə  edir,  bunlar  bizim  hamımız  tərəfindən  qəbul 
edilə bilər. Din isə, əksinə adi insan zəkası vasitəsi ilə yoxlanması mümkün 
olmayan  həqiqətlərə  əsaslanır,  -    «gözə  görünməyənlərə  inancdır».  Elmi 
fənnlərin  müəllimləri  təkid  edəndə  ki,  yaranıĢ  və  ağıllı  niyyət  tədris 
auditoriyasından  kənarda  qalsın,  onlar  bununla  demək  istəmirlər  ki,  elmi 
bilik  dini  nurlandırmadan  üstündür.  Onlar  sadəcə  olaraq  təkid  edirlər  ki, 
elmə  gedən  hər  bir  yol  müxtəlif  qaydalardan  istifadə  edir  və  bu  qaydalar 
qarĢılıqlı qaydada dəyiĢilən deyildir. 
Siyasəti çətinliklə elm hesab etmək olar və o çox nadir hallarda zəkadan 
asılı  olur.  Plüralist  demokratiyada  elə  həmin  fərqlər  təsirə  malikdir.  Elm 
kimi  siyasət  ümumi  faktlara,  ümumi  məqsədlərə  əsaslanmaqla  bizim  bir-
birimizi inandırmaq bacarığımızdan asılıdır. Bundan əlavə, siyasətə (elmdən 
fərqli  olaraq)  kompromiss,  ehtimal  sənəti  daxildir.  Müəyyən  fundamental 
səviyyədə  din  kompromissə  yol  vermir.  O  mümkün  olmayanda  israr  edir. 
Əgər  Allah  demiĢsə,  din  tərəfdarı  Allahın  göstəriĢlərinə  müvafiq  olaraq, 
onun  nəticələrinə  məhəl  qoymadan  əməl  etməlidir.  Öz  həyatının  belə 
kompromissiz  məslək  üzərində  qurulması  nəcib  iĢdir,  bizim  siyasəti  belə 
məsləklərlə əsaslandırmaq təhlükəlidir. 
Abraham  və  Ġsaakın  əhvalatları  buna  sadə,  ancaq  aydın  misaldır. 
Bibliyaya görə, Allah Abrahama göstəriĢ vermiĢdi ki, «sevdiyi yeganə oğlu 
Ġsaakı»  götürüb  onu  yandırmaqla  qurban  versin.  Abraham  etiraz  etmədən 
oğlunu dağın zirvəsinə apardı, onu mehraba sarıdı və bıçağı qaldırıb, Allahın 
əmr etdiyi kimi hərəkət etməyə hazırlaĢdı. 
XoĢbəxt  sonluq  bizə,  əlbəttə,  məlumdur  Allah  ən  son  anda  mələyi  iĢə 
qarıĢmağa  göndərir.  Abraham  Allaha  sədaqət  sınağından  keçdi.  O,  Allaha 
sədaqət  nümunəsinə  çevrilir  və  onun  böyük  inamı  bir  neçə  nəsil  boyunca 
mükafatlandırıldı. Ancaq onu da demək olar ki, bizim hər birimiz görsəydik 
ki,  iyirmi  birinci  əsrin  Abrahamı  yaĢadığı  çoxmərtəbəli  evin  damında 
bıçağını qaldırmıĢdır, polisi çağırardıq, onun qollarını burub, hətta son anda 
onun bıçağı əlindən saldığını görsək də, gözləyərdik ki, UĢaq və Ailə iĢləri 
üzrə Departament Ġsaakı atasının əlindən alsın və uĢaqla qəddar davranıĢına 

 
176 
görə Abrahama qarĢı ittiham irəli sürsün. Biz ona görə belə hərəkət edərdik 
ki, çünki Allah bizə özünü və öz mələklərini eyni vaxtda aça bilmir. Bizim 
hisslərimiz  nə  qədər  həqiqi  olsa  da,  biz  Abrahamın  eĢitdiklərini  eĢidə 
bilmirik,  Abrahamın  gördüklərini  görə  bilmirik.  Bizim  hamımıza  məlum 
olan  qaydada  hərəkət  etməyimiz  qalır,  baĢa  düĢürük  ki,  bizlərə  və  ya  dini 
icmaların  nümayəndələrinə  eyni  qaydada  –  həqiqət  kimi  təsəvvür 
etdiklərimizdən nəsə yalnız bizim üçün həqiqətdir. 
Nəhayət,  dini  və  demokratik  pülüralizmin  hansısa  bir  barıĢması 
müəyyən  ölçü  hissini  tələb  edir.  Bu  dini  doktrinaya  heç  cür  yad  deyildir, 
hətta  Bibliyanın  səhvsizliyində  israr  edənlər  də  Əhdi-ətiqin  tələblərində 
fərqlər  görürlər,  hiss  edirlər  ki,  bəzi  yerlər  –  tutaq  ki,  On  Vəsiyyət  və  ya 
Xristin  ilahi  təbiəti  xristian  dini  üçün  mərkəzi  müddəalar  hesab  olunur, 
digərləri  isə  müasir  həyata  uyğunlaĢdırılmaq  üçün  dəyiĢdirilə  bilər. 
Amerikalılar bunu intuitiv qaydada baĢa düĢürlər və ona görə də katoliklərin 
əksəriyyəti  hamiləliyə  xəbərdarlıq  etməyi  həyata  keçirir,  bircinsli  nikahlar 
əleyhinə  çıxıĢ  edənlərin  bəziləri  isə  onları  qadağan  edən  konstitusiya 
düzəliĢini  müdafiə  edir.  Öz  dindarlarına  nəsihət  verəndə  bu  həqiqəti  qəbul 
etmək  dini  rəhbərliyə  lazım  deyildir,  lakin  o  öz  siyasətində  bu  müdrikliyi 
tanımalıdır. 
Əgər xristian fəallığına ölçü hissi  hakim kəsilməlidirsə, kilsə ilə dövlət 
arasında sərhədi qoruyanlar da bunu rəhbər tutmalıdırlar. Camaat qarĢısında 
Allahın adının hər cür çəkilməsi heç də ayrıcı divarda yarıq əmələ gəlməsi 
demək  deyildir.  Ali  Məhkəmənin  düzgün  olaraq  etiraf  etdiyi  kimi,  burada 
kontekst əhəmiyyət daĢıyır. Sədaqət andı içəndə  uĢaqların «Allahın altında» 
sözlərini dilə gətirən vaxt özlərini əzilən kimi hiss etmələri Ģübhəlidir. Mən 
özüm  belə  hiss  etməmiĢəm.  Könüllü  ibadət  qruplarının  yığıncağı  üçün 
məktəb  ləvazimatının  verilməsi  təhlükəli  bir  iĢ  deyildir,  necə  ki,  bu 
ləvazimatların  orta  məktəblərin  Respublika  Klubu  tərəfindən  istifadəsi 
demokratlara  heç  bir  təhlükə  törətmir.  Öz  əsasında  dini  xarakter  daĢıyan, 
keçmiĢ qanun pozanlar, narkoman və ya alkoqoliklər üçün nəzərdə tutulmuĢ 
müəyyən  proqramları  təsəvvür  edə  bilərik,  onlar  problemlərin  həlli  üçün 
tutarlı  üsul  təklif  edəcək  və  bununla  da  ciddi  nizamlanmıĢ  dəstəkdən 
istifadəyə layiq olacaqdır. 
 
 
Demokratiyada  dini  müzakirə  etməyin  geniĢ  prinsipləri  hər  Ģeyi  əhatə 
edən deyildir. YaxĢı olardı ki, məsələn, dinlə bağlı olan mübahisələrdə, həm 
də  bütün  demokratik  nitqlərdə  bizimlə  razı  olmayanları  vicdansızlıqda 
ittiham  etmək  Ģirniklənrdirilməsinə  boyun  əyməyəydik.  Müxtəlif  əxlaqi 
tələblərin inandırıcı olmasını qiymətləndirərkən biz ona nəzarət etməliyik ki, 

 
177 
bu  tələblər  ardıcıl  olsun.  Bir  qayda  olaraq,  mən  o  adamı  eĢitməyə  meyl 
edəcəyəm  ki,  o,  küçələrdəki  evsiz  adamların  ədəbsizliyindən  və  ədəbsiz 
musiqi  kliplərindən  hiddətlənir.  Etiraf  etmək  lazımdır  ki,  bəzən  bizim 
mübahisəmiz      nəyin  düz  olması  barədə  deyil,  kimin  qəti  qərar  verəcəyi 
barədə gedir - dövlətin məcbur edən əli bizim dəyərləri zorla qəbul edtirmək 
üçün  lazımdırmı  və  ya  bu  hər  bir  ayrıca  adamın    vicdanının  mühakiməsinə 
buraxılmalı olan  məsələdir. 
Təbiidir ki, hətta bu prinsiplərin ciddi yerinə yetirilməsi hər bir konflikti 
həll  etməyəcəkdir.  Abortun  çox  sayda  əleyhdarlarının  zorlama  və  insest 
(qanqarıĢdırıcı əlaqə) üçün istisna etməyə razı olmaları, praktiki mülahizələr 
nöqteyi-nəzərindən öz prinsiplərindən əl çəkməyə hazır olduqlarını göstərir. 
Qadın hüquqlarının hətta ən qızğın tərəfdarlarının gec mərhələdə aborta bəzi 
məhdudiyyətlər qoyulmasını qəbul etməsi, rüĢeymin bədənin bir hissəsindən 
böyük  olduğunu  və  cəmiyyətin  onun  inkiĢafında  maraqlı  olduğunu  etiraf 
etməsini  bildirir.  Həyatın  mayalanma  anından  baĢlandığına  inananlarla, 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə