Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə25/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   38
razılaĢmağa  məcburam.  Nə  vaxt  ki,  deyirlər  ki,  biz  bir  xalqıq,  nəzərdə 
tutulmur  ki,  irqin  artıq  heç  də  bir  əhəmiyyəti  yoxdur,  bərabərlik  uğrunda 
döyüĢ qələbə ilə baĢa çatmıĢdır və ya ölkədə bu gün azlıqların qarĢılaĢdığı 
problemlərdə  əsasən  onların  özləri  günahkardır.  Biz  statistikanı  bilirik: 
demək  olar  ki,  bütün  sosial-iqtisadi  göstəricilər  üzrə  –  uĢaq  ölümündən  və 
ömürün uzunluğundan tutmuĢ məĢğulluğa və mənzilə sahib olmağa qədər  - 
qaralar  və  latınamerikalılar  ağlardan  çox  geri  qalır.  Bütün  ölkələr  üzrə 
Ģirkətlərin  direktorlar  Ģurasında  azlıqlar  demək  olar  ki,  heç  təmsil 
olunmamıĢlar.  BirləĢmiĢ  ġtatlar  Senatında  yalnız  üç  latınamerikalı  və  iki 
asiyalı  (hər  ikisi  Havaydandır)  vardır  və  indi  bunu  yazanda,  mən  oradakı 
yeganə  afroamerikalıyam.  Bizim  irqə  münasibətimizin  bu  mütənasiblikdə 
heç  də  bir  rol  oynamadığını  düĢünsək,  deməli,  həm  öz  tariximizə,  həm  öz 
təcrübəmizə  göz  yumuruq  və  bu  vəziyyəti  düzəltmək  borcundan  özümüzü 
azad edirik.  
Bundan əlavə, baxmayaraq ki, mənim tərbiyəmi  tipik afroamerikalının 
tərbiyəsi  hesab  etmək  olmaz,  baxmayaraq  ki,  indi  adi  zərbələrin  və 
qançırların  çoxundan  məni  qoruyan  bir  vəzifədəyəm,  həmin  zərbələrlə  isə 
orta  hesabdan  olan  qara  adam  barıĢmalıdır  -  mən  qırx  beĢ  ildə  daddığım 
xırda  təhqirlərin  uzun  və  yorucu  siyahısını  təqdim  edə  bilərəm. 
Supermarketdə  mühafizəçilər  məni  güdürdülər,  restoran  qarĢısında 
xidmətçini  gözləyəndə  ağ  cütlük  açarlarını  mənə  atdı,  heç  bir  aydın  səbəb 
olmadan  polislər  mənim  maĢınımı  saxlayırdılar.  Sənə  deyirlər  ki,  dərinin 
rənginə görə heç nə edə bilməzsən, bunun nə demək olduğunu mən bilirəm 
və güclə saxladığım qəzəbin acısını da yaxĢı bilirəm. Həm də onu bilirəm ki, 
MiĢel  və  mən  daim  onu  izləməliyik  ki,  qızlarımız  dünya  onları  - 
televiziyadan və musiqidən, dostlarından və küçədən – kimlər hesab etdiyini 
və kimlər kimi görmək istədiklərini Ģüurlarına hopdurmasınlar. 
Əgər irq haqqında aydın fikirləĢmək istəyirsənsə, dünyaya parçalanmıĢ 
bir  ekranda  baxmalısan  ki,  istədiyimiz  Amerika  gözlərinin  qarĢısında  olsun 
və  eyni  vaxtda  mövcud  olan  Amerikaya  diqqətlə  baxmalısan  ki,  bu  vaxt 
keçmiĢimizin  günahlarını  etiraf  etməklə  arsızlığa  və  ya  ümidsizliyə 
düĢmədən  bu  günün  vəzifələrini  dərk  edəsən.  Ömrüm  boyu  mən  irqi 
münasibətlərdə  fərqli  dəyiĢikliklərin  baĢ  verdiyinin  Ģahidi  olmuĢam.  Mən 
eləcə  də  aydın  hiss  etmiĢəm  ki,  adamlar  hərarətin  dəyiĢilməsini  necə  hiss 
edirlər. Mən eĢidəndə ki, qaralardan kimsə bu dəyiĢiklikləri inkar edir, mən 
düĢünürəm ki, bu təkcə bizim yolumuzda mübarizə aparanları alçaltmır, həm 
də onların baĢladığı iĢi baĢa çatdırmaq bacarığından bizi məhrum edir. Lakin 

 
186 
mən nə qədər təkid etsəm də ki, situasiya yaxĢılaĢır, həmçinin onu da yaddan 
çıxarmıram ki, yaxĢı daha heç də kifayət qədər yaxĢı olmaq deyildir. 
 
 
Bġ  senatına  seçkilər  üzrə  mənim  kampaniyam  son  iyirmi  il  ərzində 
Ġllinoysun  həm  ağ,  həm  də  qara  cəmiyyətlərində  baĢ  verən  dəyiĢiklikləri 
sübut  edir.  Buna  qədər  qaralar  Ġllinoysun  Ģtat  səviyyəsindəki  vəzifələrinə 
artıq seçilmiĢdilər, bura Ģtatın kontrolyoru və Ģtatın baĢ prokurorunu (Roland 
Berris), Bġ senatorunu (Kerol Mozli Braun) və iki ilə əvvəl Ģtatdan hamıdan 
çox səs toplamıĢ Cess Uaytı daxil etmək olar. Bu dövlət məmurlarının artıq 
yolu açmaları hesabına mənim kampaniyam o qədər də yeni hadisə deyildi - 
mən  qalib  gəlməyə  də  bilərdim,  lakin  mənim  irqi  mənsubiyyətim  artıq 
qələbə imkanını istisna edə bilmirdi. 
Bundan  əlavə,  nəhayət  mənim  tərəfimə  tipik  olmayan  Ģəxsiyyətlər  də 
keçmək  istəyirdilər.  Bġ  senatorluğu  vəzifəsinə  öz  namizədliyimi  irəli 
sürməyimi  elan  edən  gün,  məsələn,  Ģtatın  senatorları  olan  üç  ağ  kolleqam 
gəlib  məni  dəstəklədiklərini  dedilər.  Onlar  Çikaqoda  «sahil  liberalları» 
adlandırdığımız  adamlar,  «volvoda»  gəzən,  kofe-latte  və  ağ  Ģərab  içən  və 
respublikaçıların  istehza  etdikləri  demokratlar  deyildilər.  Onlar  açıq-aydın 
uduzulan  iĢə,  baĢqa  sözlə,  mənə  görə  risq  edə  bilərdilər.  Yox,  bunlar  fəhlə 
sinfindən  olan  orta  yaĢlı  üç  oğlan  idi.  Leyk  mahalından  olan  Terri  Link, 
«Kuod-sitiz»dən olan Denni Ceykobs və Uill mahalından olan Larri UolĢ idi 
– onların hamısı əsasən Çikaqodan kənarda olan ağ fəhlə rayonlarını təmsil 
edirdilər. 
Onların  məni  yaxĢı  tanımaları  da  öz  köməkliyini  göstərmiĢdi.  Biz 
dördlükdə  yeddi  il  Spirinqfilddə  xidmət  etmiĢdik  və  hər  həftə  poker 
oynamağa yığıĢırdıq. 
O da kömək etdi ki, bizdən hər birimiz öz müstəqilliyi ilə fəxr edirdi və 
ona görə də daha güclü müdafiədən istifadə edən ağ namizədlərin təzyiqinə 
baxmayaraq məni dəstəkləməyi qarara almıĢdılar. 
Lakin  onlar  təkcə  Ģəxsi  münasibətlərə  görə  məni  dəstəkləməyə  qərar 
verməmiĢdilər. (Baxmayaraq ki,  bu adamlarla mənim dostluğumun gücü, - 
biz  o  rayonlarda  və  o  vaxt  böyümüĢük  ki,  qaralara  düĢmən  münasibəti  heç 
də  nadir  hal  hesab  olunmurdu  -  irqi  münasibətlərdəki  təkamül  barədə  nəsə 
deyirdi). Senatorlar Link, Ceykobs və UolĢ reallığı qiymətləndirən, təcrübəli 
siyasətçilər idi. Onların uduzmağa məhkum olanları dəstəkləməyə və ya öz 
vəziyyətləri  ilə  risq  etməyə  maraqları  yox  idi.  ĠĢ  orasında  idi  ki,  onların 
hamısı  qərara  almıĢdı:  onların  rayonlarında  seçicilər  məni  tanıdıqda  və 
adıma öyrəĢdikdə mən «satıla bilən» olacağam. 

 
187 
Belə qərarı onlar fikirləĢmədən qəbul etmiĢdilər. Yeddi il ərzində onlar 
görürdülər ki, mən Ģtatın Kapitolisində və ya onların məntəqələrinə getdikcə 
seçicilərlə necə iĢ aparıram. Onlar görürdülər ki, ağ analar necə öz uĢaqlarını 
mənə  verirlər  ki,  Ģəkil  çəkdirsinlər  və  Ġkinci  Dünya  müharibəsinin  ağ 
veteranları  onların  yığıncağında  çıxıĢ  etdikdən  sonra  necə  mənim  əlimi 
sıxırlar.  Onlar  mənim  həyat  təcrübəsindən  baĢ  çıxardığımı  hiss  etmiĢdilər: 
amerikalılarda  nə  qədər  qabaqcadan  hasil  olan  yanlıĢ  rəy  hissi  qalsa  da, 
bizim  günlərimizdə  böyük  əksəriyyət,  onlara  əgər  vaxt  verilsə,  irqdən 
uzaqlaĢıb, insanı qiymətləndirməyə qadirdir. 
Bu  o  demək  deyildir  ki,  qabaqcadan  hasil  olan  yanlıĢ  rəy  artıq  qeybə 
çəkilmiĢdir.  Bizdən  heç  kəs,  qara,  ağ,  latınamerikalı  və  ya  asiyalı 
stereotiplərdən  sığortalanmamıĢdır.  Bizim  mədəniyyətimiz  bu  steretotipləri 
tətbiq etməyi davam etdirir, bunlardan bəziləri qara cinayətkarlıq, qaraların 
əqli  cəhətdən  geri  qalması  və  onların  əmək  etikaları  barədədir.  Adətən 
azlıqların  hər  qrupunun  üzvlərini  əsasən  assimliyasiya  dərəcəsinə  görə 
fərqləndirirlər,  nitq,  təqlid  etmə  idealları,  paltar  və  ya  davranıĢ  qaydası  nə 
qədər  ağalıq  edən  ağ  mədəniyyətə  uyğun  gəlir  və  azlıq  bu  zahiri 
orientirlərdən nə qədər  güclü Ģəkildə uzaqlaĢırsa, onların nümayəndəsi bir o 
qədər  güclü  qaydada  neqativ  qərəzli  rəyə  məruz  qalır.  Və  əgər  anti  ayrı-
seçkilik  normaları  son  üç  on  illikdə  mənimsənilmiĢdirsə,  -  sadəcə  heç 
elementar  nəzakət  qaydalarını  deməsək,  –  ağların  əksəriyyətinə  baĢqa 
irqlərin  adamları  ilə  gündəlik  qarĢılıqlı  əlaqədə  bu  stereotiplər    Ģüurlu 
qaydada hərəkət etməyə imkan vermir, onda bu stereotiplərin məcmu Ģəkildə 
təsir  göstərməməsini  düĢünmək  qeyri-realdır.  Bunların  sınaq  nöqtəsi  bəzən 
ani  qərarlar  olur,  məsələn,  kimi  iĢə  götürmək  və  kimi  irəli  çəkmək,  kimi 
həbs etmək və kimə məhkəmə ittihamı qaldırmaq barədə qərarlar verərkən, 
mağazamıza girən alıcıya və ya uĢaqlarımızın getdiyi məktəbdə demoqrafik 
tərkibə necə münasibət göstərməyimiz vaxt bunlar üzə çıxır. 
Mən təsdiq edirəm ki, müasir Amerikada belə yanlıĢ rəylər əvvəlkindən 
xeyli  zəifdir,  ona  görə  də  onları  təkzib  etməyə  baĢlamıĢlar.  Küçə  ilə  gedən 
qara  yeniyetmə  ağ  cütlükdə  qorxu  yarada    bilər,  ancaq,  əgər  o,  onların 
oğlanlarının  məktəb  dostu olsa,  onu  nahara  dəvət  edə  bilərlər.  Qara  adama 
axĢam  ötdükdə  taksi  tutmaq  çətindir.  Ancaq  əgər  o,  yaxĢı  proqramistdirsə, 
«Maykrosoft» tərəddüd etmədən onu iĢə götürəcəkdir. 
Mən bu mülahizələri sübut edə bilmərəm. Ġrqi münasibətlərin tədqiqatı 
özünün etibarsızlığı ilə Ģöhrət tapmıĢdır. Və hətta əgər mən haqlıyamsa, çox 
sayda  azlıqlar  üçün  bu  pis  təskinlikdir.  Bütün  günü  stereotipləri  təkzib 
etməyə  həsr  etmək  yorucu  məĢğuliyyətdir.  Azlıqları,  xüsusən 
afroamerikalıları daim təsvir edirlərsə, bu əlavə yükdür - qrup kimi ehtiyatda 
iĢgüzar  reputasiyaya  malik  olmamaq  hissi,  ayrıca  fərd  kimi  isə  bizim 

 
188 
özümüzü hər gün yenidən təsdiq etmək labüdlüyü, sözümüzə nadir hallarda 
inanılması və bizə o qədər də böyük olmayan səhv həddinin verilməsi onun 
elementləridir.  Belə  dünyada  özünə  yol  açmaq  üçün  qara  uĢaq  birinci  gün 
əsasən ağların oxuduğu məktəbin kandarına ayaq basanda izafi utancaqlığını 
atmalıdır.  Latınamerikalı  qadın  əsasən  ağların  iĢlədiyi  Ģirkətdə  söhbətə 
hazırlaĢarkən öz qüvvəsinə inanmaması ilə mübarizə aparmalıdır.  
Hər  Ģeydən  əvvəl  bu,  cəhd  etməyi  dayandırmaq  meylinə  qarĢı 
mübarizəni  tələb  edir.  Az  sayda  azlıqlar  özünü  ağ  cəmiyyətdən  tamamilə 
ayıra  bilər  –  hər  halda  bu,  heç  də  ağların  digər  irqlərin  nümayəndələri  ilə 
əlaqədən  qaçması  Ģəklində  olmamalıdır.  Lakin  azlıqlar  psixoloji  pərdəni  
örtürlər  ki,  nəzərdə  tutduqları  daha  pis  vəziyyətdən  özlərini  müdafiə  edə 
bilsinlər.  «Nəyə  görə  mən  ağları  bizim  barəmizdə  yanlıĢlığa  yol 
vermələrindən  daĢındırmağa  çalıĢmalıyam».  Mənə  bəzi  qaralar  belə 
deyirdilər. – «Biz üç yüz ildir çalıĢırıq, bu, hələ fayda verməmiĢdir». 
Buna mən belə cavab verirəm: alternativ təslim olmaqdır, - nə olacaqsa 
ona yox, nə olmuĢdursa, ona təslim olmaqdır. 
Mən çox qiymətləndirirəm ki, Ġllinoysda mənim iĢim irqi münasibətlər 
barədə  Ģəxsi  yanlıĢ  rəyimə  birdəfəlik  son  qoydu.  Senata  seçkilər  üzrə  öz 
kampaniyam  vaxtı,  məsələn,  Ġllinoysdan  yaĢca  məndən  böyük  senator  Dik 
Durbinlə birlikdə Ġllinoysun cənubundakı otuz doqquz Ģəhərə səfərə çıxdım. 
Bizim 
planlaĢdırdığımız  dayanacaqlardan  biri  Ģtatın  lap  cənub 
qurtaracağındakı  Keyro  Ģəhəri  idi.  Burada  Missisipi  və  Ohayo  çayları 
birləĢir.  ġəhər  altımıĢıncı  illərin  axırında  və  yetmimĢinci  illərin  əvvəlində 
«Dərin  Cənub»dan  aralıda,  ən  güclü  irqi  toqquĢmaların  baĢ  verdiyi  bir  yer 
idi.  Ġlk dəfə  Dik  bu  Ģəhərdə  o  vaxtlar  Ģtatın  qubernatoru  olan Pol  Saymona 
iĢləyən gənc advokat kimi olmuĢdu və bu Ģəhərdə gərginliyi zəiflətmək üçün 
nə  etmək  lazım  olduğunu  aydınlaĢdırmaq  üçün  buraya  göndərilibmiĢ. 
Keyroya  gedərkən  yolda  Dik  Ģəhərə  həmin  gəliĢini  xatırladı.  Bura  gələndə 
onu xəbərdar ediblərmiĢ ki, öz motelində olan nömrədəki telefondan istifadə 
etməsin,  çünki  kommutatorda  olan  telefonçu  ağ  vətəndaĢlar  Ģurasının  üzvü 
imiĢ.  Ağ  mağaza  sahibləri  öz  iĢlərini  bağlayırdılar  ki,  təki  iĢə  qaraların 
götürülməsini  boykot  edənlərin  tələblərinə  güzəĢtə  getməsinlər.  Qaradərili 
sakinlər  ona  məktəblərin  irqi  inteqrasiyasını  keçirmək  barədəki  özlərinin 
cəhdlərindən  danıĢmıĢdılar,  öz  qorxuları  və  ümidsizlikləri,  Linç 
məhkəmələri  barədə,  dustaqxanalardakı  özünü  intihar  etmə  faktlarından, 
atıĢmalardan və qırğınlardan söhbət açmıĢdılar.  
Biz  Keyroya  girən  vaxt  mən  nə  baĢ  verəcəyini    bilmirdim.  Günorta 
olmasına  baxmayaraq Ģəhər elə bil ki, sakinləri tərəfindən tərk olunmuĢdu. 
BaĢ küçədə bir neçə açıq mağaza var idi, bir neçə yaĢlı cütlük binadan çıxıb, 

 
189 
güman  ki,  poliklinikaya  gedirdi.  Küçəni  dönəndə  bir  böyük  dayanacağa 
düĢdük, adamlarının sayı burada iki yüz nəfərə çatan kütlə dayanmıĢdı. 
Dörddə  biri  qaralar,  qalanları  isə  praktiki  olaraq  yalnız  ağlar  idi. 
Hamısının döĢündə, «Bġ Senatına seçkilərdə Obamanı dəstəkləyək» sözləri 
yazılmıĢ niĢanlar var idi. 
Keyroda  böyümüĢ  və  Orta  Qərbdə  ġimali  Amerikanın  ixtisassız 
fəhlələrinin  Millətlərarası  Ġttifaqının  regional  müdiri,  iri  xoĢsifət  oğlan 
sevinc təbbəssümü ilə avtobusumuza yaxınlaĢdı.  
-
 
XoĢ gəlmiĢsiniz, - biz avtobusdan çıxanda əllərimizi sıxaraq o, dedi. -  
Ümid edirəm ki, siz nahar etmək istəyirsiniz, bizdə indi barbekyu var və bu 
xörəyi anam hazırlayır. 
Kütlədəki ağların həmin gün ağlında nə tutuduqlarını dəqiq bilmirdim. 
Əksəriyyəti  mənim  həmyaĢıdlarım  idi  və  ya  yaĢca  məndən  böyük  idi, 
bilavasitə  iĢtirak  etməsələr  də  otuz  il  bundan  əvvəlki  kədərli  hadisələri 
xatırlayırdılar. ġübhəsiz ki, çoxları rayonda ən nüfuzlu Ģəxslərdən biri olan 
Ed  Smitin  istəyi  əsasında  bura  gəlmiĢdi.  Digərləri  isə  yeməyə  görə  və  ya 
sadəcə  olaraq  Ģəhərə  gəlmiĢ  Bġ  senatoruna  və  senatorluğa  namizədə 
baxmağa gəlmiĢdilər. 
Barabekyu  əla  idi,  söhbət  canlı  keçirdi,  adamlar  isə  bizi  görməyə  Ģad 
idilər. Bir saata qədər biz yedik, Ģəkil çəkdirdik və adamları həyacanlandıran 
məsələləri  dinlədik.  Biz  regionun  iqtisadiyyatını  qaldırmaq  və  məktəblərə 
daha  çox  pul  cəlb  etmək  üçün  nə  etmək  lazım  olduğunu  müzakirə  etdik, 
Ġraqa göndərilən oğlan və qızlar haqqında, həm də Ģəhərin görkəmini pozan 
köhnə  xəstəxana  binasının  uçurulması  barədə  söhbətə  qulaq  asdıq.  Biz 
gedəndə,  mən  hiss  etdim  ki,  toplaĢan  adamlarla  mənim  aramda  hansısa 
qarĢılıqlı münasibət yarandı – bu elə də böyük iĢ deyildi, lakin bizim yanlıĢ 
rəylərimizi  zəiflətmək  və  yaxĢı  niyyətlərimizi  möhkəmləndirmək  üçün 
kifayət idi. BaĢqa sözlə, bir qədər etimad əmsalı meydana çıxdı. 
Əlbəttə, irqlər arasında belə etimad çox vaxt möhkəm olmur. Bu həmin 
vaxta  qədər  davam  edə  bilər  ki,  hələ  ki,  azlıqlar  sakitdir,  hələlik  onlar 
ədalətsizliyə  dözürlər.  Bu  etimad  kompensasiya  ayrı-seçkiliyinə  görə  ağ 
fəhlələrin  iĢdən  azad  olunması  barədə  kadrlar  nümayiĢ  etdiriləndə  və  ya 
polis silahsız qara gəncə və ya latınamerikalıya atəĢ açanda dağıla bilər. 
Lakin  mən  əminəm  ki,  bizim  Keyroda  Ģahidi  olduğumuz  anlar  dalğa 
yaymaq  qabiliyyətinə  malikdir.  Bütün  irqlərdən  olanlar  bunu  evlərinə  və 
ibadət yerlərinə gətirirlər. Mən həm də əminəm ki, bu anlar onların uĢaqları 
ilə və iĢ yoldaĢları ilə söhbətlərinə rəng verir və tədricən izolyasiya törədən 
nifrət və Ģübhəliliyi yuyub dağıda bilər.  
Bu  yaxınlarda  mən  yenidən  Ġllinoysun  cənubunda  oldum,  ora  öz 
regional  köməkçilərimdən  biri  ilə  –  Robert  Stiven  adlı  cavan  ağ  adamla 

 
190 
getmiĢdim  və  butün  günü  orada  çıxıĢlar  etdim.  Gözəl  bahar  axĢamı  idi, 
Missisipinin geniĢ məcradakı suları və alatoranlıqdakı sahilləri  qəməri ayın 
iĢığı altında sayrıĢırdı. Sular mənə Keyronu və çayın axınının yuxarısında və 
aĢağısında  olan  digər  kiçik  Ģəhərləri  xatırladırdı,  axırıncılar  barjaların 
hərəkəti  ilə  meydana  gəlir  və  tənəzzülə  uğrayırdı.  Mən  burada,  Hak  və 
Cimin azad və qul olmaqdan ibarət dünyasının birləĢdiyi yerdə vaxtaĢırı baĢ 
verən kədərli, ağır və dəhĢətli hadisələri xatırladım. 
Robertlə  söhbətdə  Keyroda  köhnə  xəstəxana  binasının  uçurulması 
məsələsindəki uğurumuzu yada saldım – bizim ofis Ģtatın səhiyyə Ģöbəsi və 
yerli məmurlarla danıĢıqlar aparmağa baĢladı, - və ona bu Ģəhərə ilk gəliĢimi 
danıĢdım. Robert Ģtatın cənub hissəsində böyüdüynə görə, bir az sonra onun 
dostları və qonĢuları arasındakı irqi münasibətlər barədə söhbətə keçdik. O 
dedi ki, elə keçən həftə bir qədər nüfuza malik olan bir neçə yerli oğlan onu 
Oltondakı kiçik bir kluba dəvət edibmiĢ, bu klub onun böyüdüyü evdən bir 
neçə  məhlə  aralı  imiĢ.  Yemək  verdilər,  nəzakətli  söhbət  baĢlandı,  bu  vaxt 
Robert diqqət yetirir ki, zalda təqribən əlli adam vardır və bir nəfər də olsun 
qara  adam  yoxdur.  Oltonun  əhalisinin  təqribən  dörddə  biri  afroamerikalı 
olduğuna görə Robertə bu qəribə görünübmuĢ və o, bu barədə soruĢur. 
-
 
Bu özəl klubdur – deyə məclisdən biri ona cavab verir. 
Əvvəlcə Robet baĢa düĢmür – nəyə görə bir nəfər də olsun qara adam 
kluba üzv olmağa cəhd etməmiĢdir? 
Adamlar cavab verməyib susduqda, o, bu sözləri əlavə edir:  
-
 
Axı indi 2006-cı ildir. 
Onu dəvət edənlər çiyinlərini çəkərək dedilər.  
-
 
HəmiĢə belə olmuĢdur. Qaraları buraxmırlar. 
Onda Robert süfrə dəsmalını boĢqabın içinə atıb, vidalaĢaraq oranı tərk 
edib.  
Güman  edirəm  ki,  mən  klubda  olan  həmin  adamlar  barədə  uzun  vaxt 
kədərlənərdim,  bunu  ağların  onlar  kimi  görünməyənlərə  gizli  düĢmənçilik 
hiss etdiklərinin sübutu kimi qəbul edərdim. Lakin mən irqi dözümsüzlüyün 
bu təzahürünə artıq onun malik olduğu gücü vermək istəmirəm.  
Mən  Robert  və  onun  etdiyi  həmin  az  əhəmiyyətli,  ancaq  çətin  jest 
barədə düĢünməyə üstünlük verdim. Əgər Robert kimi cavan adam adətin və 
qorxunun axınını dayandırmağa qərar verirsə ki, özünü doğru bildiyini etsin, 
onda mən hökmən onun yanında olmalıyam ki, onu baĢqa tərəfdə qarĢılayım 
və sahilə çıxmağına kömək edim. 
 
 

 
191 
Mənim seçilməyimə təkcə ağ seçicilərin digər irqlərin nümayəndələrinə 
münasibətinin  dəyiĢilməsi  kömək  etməmiĢdi.  Mənim  seçilməyim  həmçinin 
Ġllinoysun qara cəmiyyətindəki dəyiĢiklikləri əks etdirirdi. 
Bu  dəyiĢikliklərin  bir  hissəsi  mənim  kampaniyamın  baĢlanğıc 
mərhələsində hansı köməyi almağımda müĢahidə olundu. Ġlkin seçkilər vaxtı 
yığdığım  500.000  dollardan  təqribən  yarısı  “qara”  firmalardan  və  qara 
mütəxəssislərdən  daxil  olmuĢdu.  Çikaqo  efirində  mənim  kampaniyam 
barədə ilk danıĢan qaralara  məxsus olan “WVON”  radiostansiyası oldu, üz 
qabığında  ilk  Ģəklimi  verən  isə  qaralara  məxsus  olan  həftəlik  “N‟Digo” 
jurnalı  idi.  Kampaniyanın  hansısa  bir  mərhələsində  mənə  reaktiv  təyyarə 
lazım olanda, onu mənə qara dostum verdi. 
Hələ  bir  nəsil  əvvəl  belə  imkan  mövcud  deyildi.  Baxmayaraq  ki, 
Çikaqodakı qara iĢgüzar dairələr həmiĢə ölkədəki ən fəal olanlardan biri idi, 
altmıĢıncı, yetmiĢinci illərdə ancaq özlərini müstəqil olaraq ayağa qaldırmıĢ 
bir  ovuc  adam  –  “Eboni  end  cet”in  əsasını  qoyan  Con  Conson,  “Con 
prodaks”ın banisi Corc Conson, “Soft Ģin”in banisi Ed Qardner və “Ceneral 
motors”un  lisenziyasını  almıĢ  ölkədəki  ilk  zənci  El  Conson  ağ  Amerikanın 
ölçüləri  ilə  varlı  hesab  oluna  bilərlər.  Bu  gün  Ģəhər  nəinki  qara  dərili 
doktorlarla,  diĢ  həkimləri  ilə,  hüquqĢünaslarla  və  digər  mütəxəssislərlə 
doludur, həm də qaralar Çikaqo Ģirkətlərinin idarəçiliyində bir sıra ən yüksək 
vəzifələri  tuturlar.  Qaralar  restoranlar  Ģəbəkəsinə,  investisiya  banklarına, 
daĢınmaz  əmlak  agentliklərinə,  daĢınmaz  əmlak  investisiya  trastlarına  və 
tikinti  firmalarına  malikdirlər.  Onlar  istədikləri  rayonlarda  yaĢaya  və 
uĢaqlarını ən yaxĢı özəl məktəblərdə oxumağa qoya bilərlər. Onları müxtəlif 
koalisiyalara  fəal  cəlb  edir  və  hər  cür  xeyriyyəçilik  tədbirlərini  əliaçıqlıqla 
dəstəkləməyə dəvət edirlər. 
Statistikaya  görə  gəlir  nərdivanının  yüksək  beĢdə  birini  tutan 
afroamerikalıların  sayı  müqayisəli  qaydada  az  olaraq  qalır.  Bundan  əlavə 
Çikaqodakı  hər  bir  mütəxəssis  və  ya  biznesmen  irqi  mənsubiyyətə  görə 
əvvəlki  qaydada  üzləĢdikləri  maneələr  barədə  çox  Ģey  danıĢa  bilərlər.  Az 
sayda  afroamerikalı  sahibkarlar  mülkiyyəti  irs  kimi  qəbul  etmiĢ  və  ya  iĢ 
baĢlamağa  və  ya  iqtisadi  enmə  vaxtı  çətinlikdən  çıxmağa  kömək  edən 
"investor  mələklərə"  malikdir.  Az  adam  Ģübhə  edə  bilər  ki,  onlar  ağ 
olsaydılar öz məqsədlərinə çatmaq yolunda xeyli irəli gedə bilərdilər. 
Ancaq  siz  eĢitməyəcəksiniz  ki,  bu  kiĢilər  və  qadınlar  öz  irqi 
mənsubiyyətlərindən  qoltuq  ağacı  kimi  istifadə  etmiĢlər  və  ya  öz 
uğursuzluqlarını  ayrı-seçkiliklə  izah  etsinlər.  Qara  biznesmenlərin  yeni 
nəslini  xarakterizə  edən  cəhət  odur  ki,  onlar  öz  nailiyyətlərinin  həddi 
anlayıĢını  rədd  edirlər.  “Merill  Linç”      bankının  Çikaqo  filialında  qiymətli 
kağızlar  üzrə  aparıcı  satıcı  iĢləyən  bir  tanıĢım  özünün  investisiya  bankını 

 
192 
yaratmaq  qərarına  gəlmiĢdi,  o,  öz  qarĢısında  heç  də  ən  iri  “qara  firma”ya 
gəlib  çatmaq  məqsədini  qoymamıĢdı,  sadəcə  olaraq  iri  firmaya  çevrilmək 
istəyirdi, vəssalam. BaĢqa bir tanıĢım “Ceneral motors”da rəhbər vəzifəsini 
tərk edib “Hyatt”la partnyorluqda dayanacaqlara xidmət göstərən öz Ģirkətini 
təĢkil etmək qərarına gələndə, anası düĢündü ki, oğlunun baĢına hava gəlib. 
“Anam  “Ceneral  motors”dakı  rəhbər  vəzifədən  yaxĢı  olan  heç  nəyi 
təsəvvürünə  gətirə  bilməzdi”  –  deyə,  o,  mənə  danıĢdı.  “Lakin  mən  nəsə 
özümünkü olan bir müəssisəni yaratmaq istəyirdim”. 
Ġnsan  arzusuna  həddin  olmaması  barədəki  sadə  mülahizə  bizim 
Amerikanı  tanımağımız  üçün  nə  qədər  vacib  olsa  da  bir  qədər  bayağı 
görünür.  Lakin  qara  Amerika  üçün  bu  ideya  keçmiĢlə  radikal  qaydada 
ayrılıq,  üzülüĢmə,  quldarlığın  və  ayrı-seçkiliyin  psixoloji  qandallarından 
xilas  olma  deməkdir.  Bu  vətəndaĢ  hüquqlarının  müdafiəsi  hərəkatının  ən 
mühüm irsi olmaqla, Con Lyuis və Roza Parks kimi liderlərin hədiyyəsidir, 
onlar  yürüĢlərdə,  mitinqlərdə  iĢtirak  edir,  hədələrə,  həbslərə,  döyülmələrə 
məruz  qalırdılar  ki,  azadlğın  qapısını  daha  geniĢ  açsınlar.  Həm  də  bu 
qəhrəmanlıq  o  qədər  də  gözə  çarpmayan,  ancaq  daha  mühüm  əhəmiyyət 
kəsb edən afroamerikalı ataların və anaların həmin nəslə vəsiyyəti idi. Bütün 
ömrü  boyu  onların  səviyyəsinə  uyğun  olmayan  iĢdə  zəhmət  çəkən,  Ģikayət 
etməyən, kiçik ev almaq üçün qənaət edərək pul yığan valideynlərə vəsiyyət 
idi.  Onlar  çox  Ģeyi  qurban  verirdilər  ki,  uĢaqları  rəqs  dərslərinə  və  ya 
məktəbin təĢkil etdiyi ekskursiyaya gedə bilsin. Onlar Kiçik Liqa oyunlarına 
məĢqçilik edir, ad günlərində tort biĢirir və müəllimləri öz xahiĢləri ilə cana 
doydururdular  ki,  uĢaqlarını  az  tələbkarlıq  olan  qruplara  keçirməsinlər.  Bu 
valideynlər  hər  bazar  günü  uĢaqlarını  kilsəyə  dartıb  aparır,  özlərini  pis 
aparanda  onların  yançaqlarına  əlləri  ilə    döyür,  uzun  yay  günlərində  gecə 
yarısına  qədər  mikrorayonun  bütün  uĢaqlarına  nəzarət  edirdilər.  Öz 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə