Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə6/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   38
administrasiyanın  iĢinə  nəsə  ciddi  surətdə  təhlükə  törətsə,  tezliklə  «uzun 
bıçaqlar»  iĢə  düĢəcəkdir.  Bundan  da  baĢqa,  Ġraqda  hansısa  üzvünü  itirmiĢ 
ailəyə  məktub  yazanda  və  ya  pul  təminatının  azalmasına  görə  kollecdən 
çıxarılan  tələbə  qızdan  gələn  imeyli  oxuyanda,  daim  yada  salıram  ki, 
hakimiyyət baĢında duranların qərarlarının nəticələri nə qədər ciddi ola bilər 
və pis cəhət isə orasındadır ki, həmin nəticələr onların öz vəziyyətinə heç bir 
təsir göstərmir.  
Mən  bunu  ona  görə  deyirəm  ki,  əgər  vəzifə,  xidmətçi  personal, 
təhlükəsizlik rejimi kimi sahələrdə olan bər-bəzək götürülsə, onda Prezident 
və  onun  ətrafı  çox  Ģeydə  adi  adam  tək,  bizim  kimi  bütün  öz  günahları  və 
ləyaqətləri, Ģübhələri və dərində gizlədilmiĢ qətiyyətsizliyi ilə görünəcəkdir. 
Vacib deyildir ki, onların siyasi kursu mənə nə qədər düzgün olmayan kimi 
görünür.  Vacib  deyildir  ki,  bu  kursun  hara  aparıb  çıxarmağına  görə  mən 
onların  məsuliyyət  daĢımasında    inadkarlıqla  israr  edirəm,  bu  adamlarla 
danıĢanda həm də mən onları buna sövq edən motivləri anlamağa və bizdəki 
dəyərlərin istənilən halda eyni olduğunu unutmamağa çalıĢıram. 
VaĢinqtonda  belə  mövqe  tutmaq  o  qədər  də  asan  deyildir.  Burada 
aparılan  siyasi  müzakirələr  bəzən  o  qədər  kəskin  olur  ki,  -  bu  mübahisələr 
isə Ġraqdakı  müharibəyə göndərilən gənc kiĢi və qadınlardan tutmuĢ gövdə 
hüceyrələrinin  tədqiqatının  məqsədyönlülüyünə  qədər  hər  Ģey  barədə  ola 
bilər,  -  buradakı  ən  kiçik  fikir  ayrılığına  da  böyüdən  ĢüĢə  altında  baxılır. 
Partiyaya  sədaqəti  qoruyub  saxlamaq  zərurəti,  seçki  kampaniyalarının  sərt 
tələbləri,  istənilən  konfliktin  mətbuat  tərəfindən  ĢiĢirdilməsi  heç  də  etibar 
atmosferinin  yaranmasına  kömək  etmir.  O  faktı  da  hesabdan  silmək  olmaz 
ki,  administrasiyanın  əksər  əməkdaĢları  hüquqi  və  ya  politoloji  təhsil 
almıĢlar,  deməli  konkret  problemlərin  həllindən  daha  çox,  söz 
müharibələrinə  meyllidirlər.  Paytaxtda  bir  müddət  iĢlədikdən  sonra,  indi 

 
42 
baĢa düĢürəm ki, öz opponentlərimin diametral qaydada əks olan dəyərlərə 
sədaqətli olmağını, hətta onların saxta ideallara malik olmasını, özlərinin isə 
guya pis adam olmalarını düĢünmək, - olduqca asan bir iĢdir. 
Ancaq  VaĢinqtondan  kənarda  Amerika  o  qədər  də  dərindən 
parçalanmamıĢdır. Misal üçün Ġllinoys seçkilər barədə artıq nümunəvi hesab 
olunmur. On ildən çoxdur ki, burada Demokratların mövqeləri möhkəmlənir, 
bir  tərəfdən  güclü  urbanizasiya  meyllərinə  görə,  digər  tərəfdən  indiki 
«Böyük  Qoca  Partiya»nın  (GOP)  konservatizmi  Linkolnun  torpağında  o 
qədər  də  rəğbət  bəslənilən  deyil.  Ancaq  Ġllinoys  miniatürdə  olan  ölkədir. 
ġimal  və  Cənub,  ġərq  və  Qərbdir,  Ģəhər  və  kənddir,  ağlar  və  qaralardır  və 
daha  nələrdir.  Meqapolis  kimi  Çikaqo  Los-Ancelesdən  və  ya  Nyu-Yorkdan 
heç nə ilə fərqlənmir. Lakin mədəniyyət cəhətincə, Ġllinoysun cənub hissəsi 
isə  coğrafi  nöqteyi-nəzərdən  Arkanzasa  və  ya  deyək  ki,  Kentukkiyə  meyl 
edir,  Ģtatın  çox  rayonları  isə,  müasir  siyasi  dildə  ifadə  edilsə,  bütünlüklə 
qırmızıdır, baĢqa sözlə tam radikal əhval-ruhiyyədədir. 
Cənubi Ġllinoysda mən ilk dəfə 1997-ci ildə olmuĢdum. Yay vaxtı idi, 
Ģtatın  qanunvericilik  məclisindəki  birinci  müddətim  yenicə  baĢa  çatmıĢdı. 
MiĢellə  mən  hələ  valideyn  də  olmamıĢdıq.  Sessiya  qurtarmıĢdı,  hüquq 
kollecinin  tələbələri  kanikula  yollanmıĢdılar,  MiĢelin  nə  isə  öz  iĢi  var  idi, 
mən isə məclisdəki yoldaĢım Den ġomonu dilə tutub, maĢına xəritəni və qolf 
ağacını  atıb  bir  həftə  Ģtatı  gəzməyə  çıxdım.  Yola  düĢmə  günümüz 
yaxınlaĢdıqca  Den  yollandığımız  mahallarda  bizim  açıq  ağuĢlarla 
qarĢılanacağımıza  daha  çox  Ģübhə  edirdi.  Dörd  dəfə  nə  götürmək  barədə 
xəbərdarlıq  etdi  ki,  yalnız  və  yalnız,  yay  Ģalvarlarını  və  polo  köynəklərini 
götür, kətan Ģalvarlar və ipək köynəklər isə heç lazım deyil. Mən onu əmin 
etdim  ki,  dediklərindən  heç  biri  məndə  yoxdur.  Yolda  biz  dayanıb  «TGI 
Friday»də  çörək  yedik  və  mən  çizburger  sifariĢ  etdim.  Ofisiant  qız  xörəyi 
gətirəndə  mən  Dijon  xardalı  olub-olmamasını    soruĢdum.  Den  baĢını 
silkələdi. 
-
 
Ona Dijon xardalı lazım deyildir, - sözünü qətiyyətlə dedi və ofisiant 
qıza  iĢarə  etdi  ki,  getsin  və  stolun  üstündən  sarı  fransız  xardalı  butılkasını 
götürdü. – Bax, burada var. 
Ofisiant qız çaĢ-baĢ qalıb: 
-
 
Ġstəyirsinizsə, mən Dijon xardalını gətirə bilərəm. 
Xidmətçi qız gedəndə mən Denə tərəf əyilib pıçıltı ilə dedim ki, güman 
edirəm ki, burada fotoqraflar yoxdur. 
Biz  beləcə  səyahət  edirdik,  gündə  bir  dəfə  dayanıb,  isti  havada  qolf 
oynayırdıq,  ardı-arası  kəsilməyən  qarğıdalı  tarlalarının,  göyrüĢ  və  palıd 
ağaclarının bitdiyi sıx meĢələrin, ətrafı qamıĢla örtülü, suları günəĢ iĢığında 
parlayan  göllərin  yanından  keçir  və  Karbondeyl  və  Maunt  Vernon  kimi 

 
43 
böyük  Ģəhərlərdə  dayanırdıq.  Onlarda  ticarət  mərkəzləri  və  «Uol-mart» 
univermaqları  hökmən  oldurdu,  Sparta  və  Piknivilli  kimi  kiçik  yerlərin 
mərkəzində  məhkəmənin  biĢmiĢ  kərpicdən  olan  binası  yerləĢirdi,  baĢ 
küçələrində  isə  bizim  öyrənmədiyimiz  sakitlik  var  idi,  mağazalardan  hər 
ikincisi  bağlı  idi,  küçə  alverçiləri  Ģaftalı,  qarğıdalı  və  ya  cüt  Ģəkildə  ucuz 
qiymətə «soyuq» və odlu silah satırdılar. 
Çesterin  meri  ilə  yerli  qəhvəxanada  biz  piroq  yeyir  və  zarafatcıl 
qaydada  söhbət  edirdik.  Metropolisin  mərkəzində  Supermenin    əlli  metrlik 
heykəlinin  fonunda  Ģəkil  çəkdirdik.  Bizə  danıĢırdılar  ki,  zavodlarda  və  daĢ 
kömür  mədənlərində  iĢ  yerləri  sürətlə  ixtisara  düĢdüyündən  gənclər  böyük 
Ģəhərlərə  axıĢırlar.  QarĢıdakı  mövsümdə  yerli  universitetin  futbol 
komandasının  oyunlarının  proqnozlarını  bizə  söyləyirdilər.  Onu  da  qeyd 
edirdilər ki, veteranlar üçün Ģöbə olan ən yaxındakı tibb müəssisəsinə gedib 
çıxmaq  üçün  yaĢlı  adam  çox  böyük  məsafəni  qət  etməli  olur.  Biz  vaxtilə 
Keniyada  missionerlər  kimi  fəaliyyət  göstərmiĢ  qadınlarla  görüĢdük,  onlar 
məni  suahili  dilində  salamladılar.  GörüĢdüyümüz  fermerlər  isə  əvvəlcə 
«Uoll-strit  cornal»ın  maliyyə  hissəsini  diqqətlə  nəzərdən  keçirib,  bundan 
sonra  öz  traktorlarının  mühərrikini  iĢə  salırdılar.  Gündə  bir  neçə  dəfə  mən 
Denə  ağ  kətan  Ģalvar  geyinmiĢ  və  ipək  Havay  köynəklərində  olan  kiĢiləri 
göstərirdim.  Demokratik  partiyanın  Dyukvoyndakı  Ģöbəsinin  kiçik 
yeməkxanasında  mən  yerli  Ģtat  attorneyindən  demək  olar  ki,  tam  ağlar 
yaĢayan  bu  kənd  mahalında  cinayətkarlığın  vəziyyəti  barədə  soruĢdum, 
gözləyirdim  ki,  o,  maĢın  qaçıran,  bir  az  sürdükdən  sonra  onu  atan  oğlan 
uĢaqlarından, brakonyerlərdən söhbət açacaq. 
O, yer kökünü çeynəyə-çeynəyə dedi: 
-
 
«Qanqster  Disayplz»  -  («qanqster  Ģagirdləri»-tərcüməçi).  Burada 
bizdə  təmiz  ağdərili  filial  mövcuddur,  cavan  oğlanlar  iĢ  yeri  olmadığından 
iĢləmirlər, onlardan bəzisi narkotik otu, bəzisi isə tabletkalarını satır. 
Həftənin  sonunda  mən  geri  qayıtmaq  istəmirdim.  Təkcə  ona  görə  yox 
ki, mən çox sayda dostlar qazanmıĢdım, həm də ona görə ki, bütün bu kiĢi və 
qadınlarda  öz  Ģəxsi  xüsusiyyətlərimi  görürdüm.  Onlarda  mən  babamın 
açıqlığını,  nənəmin  safqəlbliliyini,  anamın  xeyirxahlığını  seyr  edirdim. 
QızardılmıĢ  toyuq,  kartof  salatı,  «Cello»  jelesində  yarı  bölünmüĢ  üzüm  – 
bunların hamısı  mənə tanıĢ idi.   Məhz öz evimdə olmağım kimi bu hisslər 
Ġllinoys  üzrə  səfərimdə  məni  daha  çox  təəccübləndirirdi.  Bu  hiss  Çikaqo 
Uestsaydındakı  nahar  vaxtı  da  məni  tərk  etmir.  Pilzendə  futbol  oynayan 
latınamerikalıları  və  onlara  ürəkdən  azarkeĢlik  edən  ailələri  görəndə  də  bu 
hiss məni tərk etmirdi, Çikaqonun Ģimal tərəfindəki Ģəhər ətrafında hardasa 
hindu toyunda iĢtirak edəndə də həmin hiss məni tərk etmir. 

 
44 
Mən  baĢa  düĢürdüm  ki,  ümumiyyətlə,  bəlkə  də  zahiri  cəhətlər  istisna 
olmaqla, biz daha çox bir-birimizə oxĢamağa baĢlayırıq. 
ġiĢirtməkdən  qorxuram  və  burada  təsdiq  etmək  istəmirəm  ki,  ictimai 
rəy sorğuları yalan deyir və bizim irqi, regional, dini və iqtisadi fərqlərimiz 
heç bir əhəmiyyətə malik deyildir. Digər Ģtatlarda olduğu kimi Ġllinoysda da 
abort  problemi  barədə  qızğın  mübahisələr  gedir.  ġtatın  bəzi  hissələrində 
silah satıĢına nəzarət qoymaq barədəki fikirin özü belə təhqiramiz  görünür. 
Gəlir vergisindən tutmuĢ televiziyada göstərilən seksə qədər demək olar ki, 
hər Ģeyə münasibət rayondan rayona güclü surətdə fərqlənir.  
Bu  sübut  edir  ki,  bütün  Amerikada  olduğu  kimi  Ġllinoysda  fasiləsiz 
olaraq  çarpaz  tozlanma  gedir,  bəlkə  də  bu  həmiĢə  qaydaya  salınmamıĢdır, 
nizamlı  deyildir.  Lakin  adamların  və  mədəniyyətlərin  tam  dinc  qaydada 
qovuĢması  gedir.  Fərqlər  əvvəlcə  yoxa  çıxır,  sonra  isə  bir  qədər  yeni  
qaydada  özünü  göstərir.  Məsləklər  gələcəkdən  xəbər  vermənin  tələsi  ilə 
ovlana  bilmir.  Saxta  gözləmələr  və  sadə  izahatlar  heç  vaxt  düz  çıxmır. 
Amerikanlarla  ciddi  söhbətə  vaxt  sərf  etsəniz,  görərsiniz  ki,  bu  alovlu 
natiqlərin əksəriyyəti mətbuatın bu barədə yazdığından daha tolerantdır, ən 
ardıcıl  antiklerikallar  isə  özlərinin  mənəviyyatı  ilə  səni  məəttəl  qoyarlar. 
Varlı adamların çoxu səmimi qaydada kasıblara həyatda bəxti gətirmələrini 
arzu  edir,  yoxsulların  çoxu  isə  özlərinə  daha  tənqidi  yanaĢır  və  ənənəvi 
mədəniyyətin  tələb  etdiyi  daha  yüksək  ambisiyalara  malikdir.  Əksər 
Respublikaçıları  müdafiə  edənlərin  40  faizi  Demokratlardır  və  əksinə, 
liberalın  və  ya  mühafizəkarın  siyasi  yarlığı  heç  də  həmiĢə  insanın  Ģəxsi 
keyfiyyətlərini  ifadə  etmir.  Buradan  belə  bir  sual  çıxır:  bizim  hamımızın, 
amerikalıların  əsas  dəyərləri  nədir?  Razıyam  ki,  məsələnin  belə  qoyuluĢu 
qeyri-adi kimi səslənir. Misal üçün, 2004-cü il seçkilərindən bilavasitə sonra 
ümumilli  eksit-pollun  nəticələri  elan  edildi,  onlara  uyğun  olaraq  belə 
nəticələrə  gəlmək  olur  ki,  səs  verənlərin  seçiminə  «mənəvi  dəyərlər»  daha 
həlledici təsir göstərmiĢdir. Ġcmalçılar əllərindəki rəqəmlərlə sübut edirdilər 
ki,  bir  çox  Ģtatlarda  seçkilərə  ən  mübahisəli  sosial  problemlər,  xüsusən 
bircinsli  nigahlar  təsir  göstərmiĢdir.  Elə  həmin  rəqəmlərlə  mühafizəkarlar 
sübut  edirdilər  ki,  hakimiyyətdə  sağ  xristian  tendensiyalarının  güclənməsi 
göz qabağındadır. 
Bu  sorğuları  sonralar  bir  daha  təhlil  ediləndə  məlum  oldu  ki,  alim 
kiĢilər  və  öncədən  görənlər  bəzi  Ģeyləri  ĢiĢirdirmiĢlər.  Həqiqətən  də, 
seçkilərin  gediĢində  seçicilər  milli  təhlükəsizliyi  ən  ciddi  məsələ 
adlandırdılar,  baxmayaraq  ki,  onlardan  çoxu  «mənəvi  dəyərlərin»  onların 
seçiminə  təsir  etdiyini  deyərdi.  Ancaq  bu  terminin  özü  o  qədər  qeyri-
müəyyən, yayğın idi ki, buna hər Ģeyi-abortu da, vəzifə cinayətlərini də daxil 
edirdilər. Bəzi Demokratlar o saatca bərkdən, yüngüllüklə ah çəkdilər, elə bil 

 
45 
ki, dəyərlər faktorunun kiçildilməsi liberalların iĢinə xidmət edirdi. Dəyərlər 
barədə  diskussiya,  təhlükəli  olmaqla  diqqəti  demokratik  partiyanın 
platformasını təĢkil edən konkret qayğılardan ayırırdı. 
Mən  düĢünürəm  ki,  dəyərlər  barədəki  söhbətdən  yayınmaq  rəyində  də 
Demokratlar  düzgün  deyillər,  yəqin  ki,  bunda  fəhlə  mühitindən  seçicilərin 
Demokrata  verəcəyi  səsi  özlərinə  tərəf  çəkmək  vasitəsi  hesab  edən 
konservatorların da mövqeyini həmin qəbildən saymaq olar. Məhz dəyərlər 
dilində  adamlar  öz  dünyaları  haqqında  danıĢırlar.  Məhz  dəyərlər  onları 
hərəkət  etməyə  məcbur  edir  və  izolyasiyadan  çıxarır.  Suallar  uğursuz 
qaydada  ifadə  oluna  bilər.  Lakin  ümumi  dəyərlər  barədə,  baĢqa  sözlə 
amerikanların özəl həyatı, həm də ölkənin həyatı üçün müəyyən edici hesab 
etdikləri  standartlar  və  prinsiplər  barədə    söhbət  bizim  siyasətimizin  canı, 
büdcə  və  layihələrin,  qayda  və  proqramların  istənilən  müzakirəsində  təməl 
daĢı olmalıdır. 
 
 
 «Biz o məlum həqiqətə əsaslanırıq ki, bütün insanlar bərabər yaranmıĢ 
və  Yaradıcı  tərəfindən  müəyyən  ayrılmaz  hüquqlara  yiyələndirilmiĢdir. 
Onların sırasına Həyat, Azadlıq hüququ və XoĢbəxtliyə can atmaq daxildir». 
Bu  sadə  sözlər  biz  amerikanlar  üçün  baĢlanğıc  nöqtədir.  Onlar  təkcə 
bizim  hakimiyyət  sistemimizin  mahiyyətini  deyil,  həm  də  bizim  ümumi 
dünyagörüĢümüzün mənasını ifadə edir. Heç bir amerikalı, bəlkə də, onları 
əzbər  deyə  bilməz.  SoruĢsanız  az  adam  yada  salar  ki,  Ġstiqlaliyyət 
Deklarasiyasının  kökləri  –  on  səkkizinci  əsrin  liberal  və  respublika  fikrinə 
gedib  çıxır.  Lakin  Deklarasiyanın  ideyasının  mahiyyəti  bütün  amerikanlara 
aydındır – bizim hamımız bu dünyaya azad insanlar kimi gəlmiĢik, bizim hər 
birimiz  hüquqlara  malikik,  heç  bir  insan  və  heç  bir  dövlət  onları  ədalətli 
səbəb  olmadan  bizim  əlimizdən  ala  bilməz  və  yalnız  öz  qüvvəmizlə  biz 
həyatımızda istədiyimizi edə bilərik və etməliyik. Deklarasiya hər gün bizə 
rəhbərlik edir, bizim hərəkətimizi istiqamətləndirir, onun kursunu müəyyən 
edir. 
Həqiqətən də, Ģəxsi azadlıq dəyəri bizim Ģüurumuzda elə kök salmıĢdır 
ki, biz onu təbii kimi qəbul edirik. Ġndi yəqin ki, heç kəs xatırlamır ki, bizim 
millət formalaĢan vaxt bu ideya radikal görünürdü, Martin Lyuterin vaxtilə 
kilsənin qapısına vurduğu tezislər kimi eləcə bir inqilabi xarakter daĢıyırdı. 
Onuindiyədək dünyanın heç də hamısı qəbul etmir, bəĢəriyyətin xeyli hissəsi 
icə gündəlik həyatda onun heç bir təsdiqini görmür. 
«Hüquqlar  barədəki  Bill»ə  Ģəxsən  mənim  yüksək  qiymətim  ona 
əsaslanır  ki,  uĢaqlığımın  bir  hissəsini  mən  Ġndoneziyada  yaĢamıĢam, 
Keniyada mənim qohumlarım vardır, bu ölkələrdə isə Ģəxsiyyətin hüquqları 

 
46 
demək  olar  ki,  bütövlükdə  ordu  generallarının  təmkinliliyinə  və  ya 
korrupsiyalanmıĢ  bürokratların  Ģıltaqlığına  tabe  edilir.  Xatırlayıram  ki, 
toyumdan  azacıq  sonra  mən  MiĢeli  ilk  dəfə  Keniyaya  apardım.  Özü 
afroamerikalı  qadın  olmaqla  MiĢel  sevincli  həyəcanla  öz  əcdadlarının 
torpağı  ilə  görüĢməyi  arzulayırdı  və  biz  vaxtımızı  əla  keçirdik.  Kəndə 
nənəmin  yanına  getdik,  Nayrobinin  küçələrini  dolaĢdıq,  Serengeti  milli 
parkında istirahət etdik. Lamu adasında balıq tutduq. 
Mən ilk dəfə Afrikaya gələndə olduğu kimi MiĢel bu səfərdə çox sayda 
keniyalıların,  həyatın  öz  əlində  olmamasının  dəhĢəti  barədəki  tez-tez 
söylənən Ģikayətlərini eĢidirdi. Mənim əmim oğlanları və əmim qızları ona 
danıĢırdılar ki, rüĢvət vermədən nə bir iĢ tapa bilərsən, nə də bir iĢ baĢlaya 
bilərsən.  Siyasi  xadimlər  deyirdi  ki,  hökumətin  siyasəti  ilə  razılaĢmadığını 
ifadə etdiyinə görə asanlıqla dustaqxanaya düĢə bilərsən. Hətta bizim ailədə 
də  MiĢel  ailə  əlaqələrinin  və  tayfa  daxili  münasibətlərin  əzabının  bütün 
ağırlığını görürdü. Uzaq qohumlar daim nəyisə istəyirlər, bir də görürsən ki, 
xalalar  və  əmilər  sənə  qonaq  gəlirlər.  Yalnız  Çikaqoya  qayıdanda  MiĢel 
mənə etiraf etdi ki, evə qayıtmağı səbirsizliklə gözləyirmiĢ. «Mən ağlıma da 
gətirməzdim ki, mən bu dərəcədə amerikalıyam» - bu vaxt o, dedi. O, güman 
etmirdi ki, hansı dərəcədə azaddır və ya bu azadlığa necə çox vurğundur. 
Ən primitiv səviyyədə azadlığımızı, neqativ 
 düĢüncədə  baĢa  düĢürük.  Biz  sakitliyimizi  təmin  edən  hüquqa 
müqəddəscəsinə inanırıq və hər Ģeyə - istər bu «Böyük QardaĢ», ya da bizim 
iĢimizə qarıĢmaq istəyən səs-küylü qonĢu olsun, - Ģübhə ilə yanaĢırıq. Lakin 
anlayırıq  ki,  azadlığımız  daha  çox  pozitiv  düĢüncədir,  imkan  ideyasındadır 
və  bu  imkanı  reallaĢdırmağa  kömək  edən  əlavə  dəyərlərdir.  BaĢqa  sözlə, 
vaxtilə  Bencamin  Franklinin  öz  «Kasıb  Riçardın  Almanaxı»nda  yazdığı  və 
uğurlu  nəsillər  boyunca  bizə  durmadan  kömək  edən  bütün  sadə  dəyərlər 
ideyasıdır.  Bu  öz  qüvvəsinə  inamdır,  özünü  kamilləĢdirmədir,  risq  etməyə 
hazır  olmaqdır.  Bu  enerjidir,  intizamdır,  mülayimlik  və  zəhmətsevərlikdir. 
Bu qənaətcillik və Ģəxsi məsuliyyətdir.  
Bütün bu dəyərlər məntiqi olaraq həyata nikbin baxıĢdan və azad iradə 
inamından  irəli  gəlir.  Azad  iradə  elə  bir  əminlikdir  ki,  bütün  həyat 
çətinliklərindən  burundan  qan  açılmaqla  keçərək,  bizim  hər  birimiz  öz 
doğumunun  Ģəraitlərindən  yuxarı  qalxa  bilər.  Həmin  bu  dəyərlər  bizim 
ümumi  fikrimizi  ifadə  edir:  nə  qədər  ki,  hər  bir  adam  öz  məqsədlərini 
güdmək  azadlığına  malikdirsə,  cəmiyyət  bir  toplum  kimi  çiçəklənəcəkdir. 
Bizim özünüidarə sistemimiz və azad bazar iqtisadiyyatı bu dəyərlərə ayrıca 
tərəfdar  çıxan  hər  bir  amerikalıdan  asılıdır.  Bizim  hakimiyyətin  legitimliyi 
və bizim iqtisadiyyat, bu dəyərlərə nə dərəcədə hörmət edilməsindən asılıdır. 

 
47 
Buna  görə  də  bərabər  imkanlar  və  ayrı-seçkiliyin  olmaması  bizim 
azadlığımıza heç də qəsd etmir, əksinə onu tamamlayır.  
Əgər  biz  amerikalılar  ruhumuzda  fərdiyyətçi  olsaq,  əgər  biz  instiktiv 
olaraq  öz  tayfamızın  keçmiĢ  sədaqətinə,  adətlərinə  və  kastalarına  qarĢı 
qıcıqlansaq,  bu  ən  böyük  səhv  olardı  ki,  bununla  bizim  mahiyyətimizin 
məhdudlaĢdığını  hesab  edək.  Bizim  fərdiyyətçiliyimiz  lap  köhnədən  icma 
dəyərləri  ilə,  hər  bir  sağlam  cəmiyyəti  birləĢdirən  həmin  yapıĢqanla 
məhdudlaĢır.  Biz  ailənin  imperativliyini,  hər  bir  ailənin  müxtəlif  nəsillərə 
münasibət  sahəsindəki  öhdəliklərini  qiymətləndiririk.  Biz  birlikdə  hansısa 
tövlə  tikməyə  və  futbol  komandasını  məĢq  etdirməyə  sövq  edən  ümumi 
qonĢuluq  hissini  qiymətləndiririk.  Biz  vətənpərvərliyi  və  vətəndaĢın 
vəzifələrini,  borc  hissini  və  millətimiz  naminə  özünü  fəda  etmə  mərdliyini 
qiymətləndiririk.  Biz  özümüzdən  hansısa  böyük  olana,  bu  istər  dünya  dini 
olsun,  istərsə  də  əxlaqi  prinsiplər  olsun,  inanırıq.  Biz  həm  də  bizim  bir 
birimizə olan hörmətimizdə ifadə olunan keyfiyyətləri - vicdanlılığı, ədaləti, 
təmkinliliyi, xeyirxahlığı, nəzakəti və ürəyi yanmanı qiymətləndiririk. 
Hər  bir  cəmiyyətdə  (həm  də  hər  bir  fərddə)  daim  əksliklər  –  Ģəxsi  və 
ictimai, muxtariyyətçilik və həmrəy olma - mübarizə edirlər və Amerikanın 
bəxti onda gətirdi ki, onun meydana gəlməsinin Ģəraitləri bu əkslikləri baĢqa 
ölkələrin  çoxunda  olduğundan  daha  yaxĢı  nizamlamağa  kömək  etdi. 
Avropanın  feodal  keçmiĢi  ilə  vidalaĢdıqda  onun  keçdiyi  qanlı  zorakılığı 
yaĢamaq  bizə  qismət  olmamıĢdı.  Bizim  aqrar  cəmiyyətdən  sənaye 
cəmiyyətinə keçidimiz  ərazimizin böyüklüyü, geniĢ torpaq sahələrinə və bol 
təbii  sərvətlərə  malik  olmağımız  hesabına  xeyli  yüngülləĢdi  və  bu, 
mühacirlərə ikinci həyat bəxĢ etdi. 
Bununla yanaĢı, mübarizənin mövcud olması faktından qaçmaq olmaz. 
Bəzən bizim dəyərlər münaqiĢəyə daxil olur, çünki hər bir adam onları təhrif 
etməyə  və  olduğundan  artıq  qiymətləndirməyə  meyillidir.  Öz  qüvvələrinə 
güvənmə  və  müstəqillik  özünəvurğunluğu  və    hədyan  hərəkətlər,  müəyyən 
məqsədi  əldə  etməyə  çalıĢma,  xəsisliyə    və  ya  nə  olursa  olsun,  istənilən 
qiymətə  uğur  qazanmaq  həvəsinə  çevrilə  bilər.  Bizim  tariximizdə  bir  sıra 
hallarda  vətənpərvərlik  Ģovinizmə,  ksenofobiyaya,  baĢqa  cür  düĢünənlərə 
qarĢı  düĢmənçiliyə  yuvarlanmıĢdı.  Bizim  gözlərimiz  qarĢısında  inam  öz 
günahsızlığı  barədəki  əminliyə,  idrakın  darlığına,  baĢqalarına  münasibətdə 
qəddarlığa  çevrilmiĢdi.  Hətta  xeyriyyəçiliyə  cəhd,  özündən  razılığa  və 
adamların  özlərinə  qayğı  göstərməyi  bacarması  barədəki  açıq-aydın  faktla 
razılaĢmamaq kimi arzuolunmaz hala gəlib çıxa bilər. 
Bu baĢ verəndə, baĢqa sözlə kompaniyalar zəhərli tullantıları yaxındakı 
çaya  tökməyi  müdafiə  etmək  üçün  azadlıqdan  istifadə  edirlərsə  və  ya  yeni 
ticarət  mərkəzini  tikməkdə  hansısa  evi  sökməklə  ümumi  marağa  haqq 

 
48 
qazandırılırsa,  biz  bütün  iradəmizi  toplayıb,  qızıĢan  ehtirasları 
sakitləĢdirməli və qarĢılıqlı qəbul edilən həll yolunu tapmalıyıq.  
Bəzən bu hüquq tarazlığı nisbətən asan baĢa gəlir. Biz hamımız razıyıq 
ki  deyək,  Ģəxsi  azadlıq  baĢqasına  təhlükə  törədəndə  cəmiyyət  onu 
məhdudlaĢdırmaqda haqlıdır. Birinci düzəliĢ ağzına qədər dolu olan teatrda 
«yanğın»  deyə  qıĢqırmağa  bizə  icazə  vermir.  Dini  ibadətləri  icra  etmək 
hüququ heç də insanların qurban verilməsini nəzərdə tutmur. Elə bu qaydada 
da  biz  razılaĢırıq  ki,  dövlət  bizə  hətta  öz  xeyrimizə  olsa  belə  addımbaĢı 
nəzarət  etməməlidir.  Yalnız  az  sayda  amerikalı  özünü  rahat  hiss  edə  bilər, 
əgər baĢa düĢsə ki, hökumət deyək ki, onun nə yediyini bilir, baxmayaraq ki, 
ölümlərin  çoxu  və  müalicəyə  sərf  olunan  böyük  məbləğlər  artıq  çəkinin 
zərərli  olduğunu  sübut  edir.  Çox  hallarda  əks  dəyərlərin  balansına  riayət 
edilməsi  heç  də  asan  iĢ  deyildir.  Konflikt  bizim  düzgün  olmayan  kursu 
seçdiyimizə  görə  deyil,  ancaq  ona  görə  əmələ  gəlir  ki,  biz  mürəkkəb  və 
ziddiyyətli  dünyada  yaĢayırıq.  Məsələn,  mən  möhkəm  əminəm  ki,  11 
sentyabrdan  sonra  biz  terrorizmlə  mübarizədə  konstitusiya  prinsiplərini 
olduqca qeyri-müəyyənlik qaydasında Ģərh edirik. Ancaq mən  onu da etiraf 
edirəm  ki,  ən  müdrik  prezident  və  ən  ehtiyatlı  Konqress  belə  kollektiv 
təhlükəsizlik  tələbləri  ilə  vətəndaĢ  azadlıqlarına  riayət  edilməsinin  aydın 
zərurətini uyğunlaĢdırmağı asanlıqla tapa bilməzdi. Mənə belə gəlir ki, bizim 
iqtisadi  strategiyamız  sənaye  fəhlələrinin  iĢdən  çıxarılmasına  və  sənaye 
Ģəhərlərinin  tənəzzülünə  qarĢı  kifayət  qaydada  tədbirlər  nəzərdə  tutmur. 
Ancaq  mən  iqtisadi  təhlükəsizlik  və  rəqabət  qabiliyyətinin  maraqlarına  da 
məhəl qoymaya bilmərəm. 
Təəssüf ki, bir çox hallarda ümumilli mübahisələrdə biz hətta bu sadə 
olmayan  qərarları  müzakirə  etməyə  gəlib  çatmırıq.  Bunun  əvəzində  həmin 
siyasətin  səcdə  qıldığımız  dəyərlərlə  bizə  xoĢ  gəlməyən  qaydada 
toqquĢmasının  dərəcəsini  ĢiĢirdirik,  yaxud  da  seçdiyimiz  siyasi  xətt  əks 
tərəfin dəyərləri ilə heç cür uzlaĢmayanda biz danıĢmamağa üstünlük veririk. 
Misal  üçün,  hər  dəfə  hökumətin  bazarın  nizamlanmasına  müdaxiləsi  və  ya 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə