Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   38
silah  gəzdirmək  hüququ  müzakirə  olunanda  mühafizəkarlar  Ģaha  qalxırlar. 
Bu  vaxt  həm  də  onlardan  çoxunu,  telefon  danıĢıqlarının  icazə  verilmədən 
dinlənilməsi  və  ya  seksual  meylə  nəzarət  cəhdləri  heç  cür  narahat  etmir. 
Əksinə, liberallarda qəzəb yaratmağın ən asan yolu mətbuat azadlığına və ya 
qadının nəsl artırmaq azadlığına müdaxilədir. Əgər siz həmin liberalla kiçik 
biznesin nizamlanmasının mümkün olan dəyəri barədə söhbət aparsanız, bu 
vaxt yəqin ki, təəccüblü mənasız baxıĢa rast gələcəksiniz. 
Bizimki  kimi  çoxmüxtəlifliyi  olan  ölkədə  dövlət  müdaxiləsinin 
həddinin  haradan  keçməli  olduğu  barədə  mübahisələr  səngimək  bilmir. 
Bizim  demokratiya  belə  qurulmuĢdur.  Ancaq  onun  arxitekturasını 

 
49 
təkmilləĢdirmək  olardı,  bu  Ģərtlə  ki,  etiraf  edək  ki,  bizim  bütün  dəyərlər 
hörmətə layiqdir; əgər ki, ən azı liberallar, ovçunun istirahətində öz silahına 
kitabxanasında olan kitab kimi münasibət bəsləməsi fikri ilə razılaĢsaydılar 
və  ya  əgər  konservatorlar  qadınların  əksəriyyətinin  abort  hüququ  ilə 
özlərinin  qorunmasını  da,  dindarların  ibadət  azadlığı  hüququ  kimi  hiss 
etdiklərini baĢa düĢsəydilər. 
Belə  qisimdən  olan  təcrübələrin  yekunu  bir  qədər  gözlənilməz  Ģəkildə 
də ola bilər. Ġllinoys Senatına seçkilərdə Demokratlar yenidən çoxluq alan ili 
mən qanuna görə ölüm hökmü çıxardıla bilən iĢlərin istintaqının və oradakı 
etirafların  məcburi  qaydada  videoyazısının  aparılması  barədə  qanun 
layihəsini  irəli  sürdüm.  Bu  cəzanın  heç  də  cinayətkarlığın  azalmasına 
köməklik etmədiyinə həyatın özü məni inandırsa da, hesab edirəm ki, bir sıra 
cinayətlərə – kütləvi qırğın, zorlama və ya uĢağın öldürülməsi, baĢqa sözlə 
ən iyrənc cinayətlərə görə cəmiyyət öz qəzəbinin mütləq ifadəsi kimi ölüm 
hökmü tələb etməkdə tam hüquqa malikdir. Digər tərəfdən, Ġllinoysda həmin 
vaxtlar belə iĢlərin araĢdırılması səhvlərlə, polislərin Ģübhəli hərəkətləri ilə, 
irqi təlatümlərlə, qərəzli məhkəmə təhqiqatı ilə müĢayiət olunurdu, ona görə 
də  ölüm  hökmünə  məhkum  edilmiĢ  on  üç  nəfəri  dustaqxanalardan  azad 
etmək  lazım  gəlmiĢdi,  Respublikaçı  qubernator  isə  hökmün  icra  edilməsi 
üzərinə moratori qoymuĢdu. 
Ölüm  hökmü  sisteminin  yubanmadan  islahata  uğraması  zərurətinə 
baxmayaraq,  çoxları  mənə  deyirdi  ki,  qanun  layihəsi  keçməyəcəkdir.  ġtat 
adından  çıxıĢ  edən  ittihamçılar  və  polis  iĢçiləri  bunun  qəti  əleyhinə  çıxıĢ 
edib, deyirdilər ki, videoyazı çox əziyyətli və çox xərc tələb edən iĢdir, həm 
də  bu,  məhkəmə  təqibinin  dayandırılmasını  çətinləĢdirə  bilər.  Ölüm 
hökmünün ləğv edilməsi lehinə çıxıĢ edənlər qorxurdular ki, bir qədər ciddi 
islahat  hökmlərin  ciddiliyinə  zərbə  vurcaqdır.  Mənim  qanunverici 
kolleqalarım  ehtiyat  edirdilər  ki,  birdən  onları  cinayətkarlara  qarĢı  ifrat 
yumĢaqlıqda ittiham edə bilərlər. Yenicə seçilmiĢ Demokrat qubernator isə 
öz  seçkiqabağı  kampaniyasında  açıq  Ģəkildə,  istintaqda  videoyazının 
aparılması əleyhinə danıĢmıĢdı. 
Bizim  günlərin  siyasətçiləri  belə  hallarda  öz  mövqelərini  dəqiq 
müəyyənləĢdirməli idilər. Ölüm hökmünün əleyhdarları irqçilik barədə, polis 
iĢçilərinin düzgün olmayan davranıĢları barədə danıĢa bilərdilər, hamını və 
hər kəsi inandırardılar ki, mənim qanun layihəm cinayətkarlara göz yumur. 
Bunun  əvəzində  biz  bir  neçə  həftə  ərzində  ittihamçılarla,  dövlət 
müdafiəçiləri ilə, ölüm hökmünün əleyhdarları ilə, polis iĢçiləri ilə bir neçə 
müĢavirə keçirdik. Bu müĢavirələrə mətbuat nümayəndələri olduqca məhdud 
qaydada  buraxılırdı.  Mən  diqqəti  bizim  ciddi  fikir  ayrılıqlarımız  üstündə 
cəmləĢdirdim,  hamımız  üçün  ümumi  olan,  ölüm  hökmü  barədə  Ģəxsi 

 
50 
rəylərimizdən  asılı  olmayan  dəyərlər  haqqında  danıĢırdım,  deyirdim  ki, 
təqsirsiz adam heç cür cəzalandırılmamalıdır, ölüm hökmünə layiq olan isə 
qisasdan  qaçmamalıdır.  Polis  iĢçiləri  layihənin  onların  iĢini  çətinləĢdirəcək 
maddələrinə  diqqəti  yönəltdikdə,  biz  layihəyə  müvafiq  dəyiĢikliklər  etdik. 
Polislər  yalnız  etiraf  anını  yazmaq  təklifi  edəndə  biz  qəti  müqavimət 
göstərdik, çünki qanun layihəsinin məqsədi ondan ibarət idi ki, ictimaiyyətə 
sübutlar,  Ģəhadətlər  təqdim  edilsin  ki,  etiraf  təzyiq  altında  alınmamıĢdır. 
Axırda hamını qane edən qərara gəlib çıxa bildik. Ġllinoys Senatında qanun 
layihəsi yekdilliklə qəbul edildi və qanun statusu aldı.  
Aydındır  ki,  məsələlərin  belə  həll  metodu  heç  də  həmiĢə  yararlı 
deyildir. Bəzən müxtəlif qruplar arasındakı konflikt ümumi ideoloji məqsədə 
nail  olmaq  üçün  vacibdir.  Məsələn,  abortun  əleyhdarları  qanunvericiləri 
hətta kompromiss tədbirlərin müzakirəsindən çəkindirirdilər. Bu tədbirlər isə 
«gec  müddətlərdə  hamiləliyin  kəsilməsi»  adı  altında  tanınan  proseduranın 
tətbiqini xeyli geniĢləndirərdi, çünki bu proseduranın özü ictimai Ģüurda kök 
salmaqla, xeyli tərəfdarlara yiyələnmiĢdi. 
Bəzən bizim ideoloji baxıĢlarımız olduqca dayanıqlı olur və biz  hətta 
açıq  gözə  çarpanları  da  görə  bilmirik.  Bir  dəfə,  hələ  Ġllinoysda  iĢləyəndə, 
məktəbli  qidasının  məktəbə  qədər  olanlara  da  Ģamil  edilməsi  əleyhinə  ağzı 
köpüklənə-köpüklənə  çıxıĢ  edən  Respublikaçı  kolleqamı  dinləyirdim.  O, 
deyirdi  ki,  bu  plan  onların  özünə  güvənmələrinə  xələl  gətirəcəkdir. 
Cavabında  mən  dedim  ki,  mən  hələ  beĢ  yaĢlı  körpələrin  özünə  belə 
güvənmələrini  görməmiĢəm,  böyümə  gedən  illərdə  isə  uĢaqlar  əgər  ac 
qalsalar,  onlar  yaxĢı  oxuya  bilməyəcəklər,  çox  güman  ki,  onlar  sonradan 
dövlət cinayətkarlarına çevriləcəklər.  
Bu  dəfə  mənim  səylərim  uğur  qazanmadı.  Ġllinoysun  məktəbə  qədər 
uĢaqları  bir  müddətə  onlara  kütləĢdirici  təsir  edən  dənli  bitkilərdən  və 
süddən  xilas  oldular  (sonralar  qanun  layihəsinin  bir  qədər  dəyiĢdirilmiĢ 
variantı qəbul edildi). 
Lakin  mənim  qanunverici  kolleqamın  nitqi  ideologiya  ilə  dəyərlər 
arasındakı fərqlərdən birini aĢkarlamağa kömək edir. Dəyərlər faktlara qeyd-
Ģərtsiz  tətbiq  edilə  bilir,  ideologiya  isə  istənilən  faktı  sərt  nəzəriyyə 
çərçivəsinə salır. 
 
 
Dəyərlər  barədəki  mübahisələrdə  aydın  olmayan  cəhətlərin  çoxu 
siyasətçilər  kimi  geniĢ  ictimaiyyətin  də,  siyasətin  və  hökumətin  eyni  Ģey 
olması barədəki saxta təsəvvüründən doğur. Dəyərlərin daha vacib olmasını 
demək, onun qanuna tabe olmasını və ya yeni hökumətin xidməti olmasını 

 
51 
demək  deyildir.  Əksinə,  əgər  dəyər  qanundan  kənardadırsa,  bu  o  demək 
deyildir ki, onu cəmiyyətdə müzakirə etmək olmaz. 
Məsələn,  mən  yaxĢı  davranıĢ  tərzini  xoĢlayıram.  YaxĢı  dildə  danıĢan 
hər  bir  uĢaq  düz  mənim  gözlərimə  baxaraq,  «bəli»,  «ser»,  «sağ  olun», 
«buyurun»,  «bağıĢlayın»  sözləri  ilə  cavab  verir,  bu  vaxt  məndə  də  ölkənin 
gələcəyinə  böyük  inam  yaranır.  Mənə  elə  gəlir  ki,  bu  məsələdə  mən  tək 
deyiləm.  YaxĢı  özünü  aparma  üslublarını  qanunvericilikdə  təsbit  etmək 
mənim  hakimiyyətimdə  deyildir.  Lakin  mən  gənclərə  müraciət  edəndə, 
mütləq onların əhəmiyyətini yada salıram. 
Mənim üçün bilik də belə qiymətə malikdir. Öz iĢi ilə fəxr edən adamla 
və  ya  daha  yüksəkliyə  can  atan  baĢqası  ilə  -  istər  bu  mühasib,  santexnik, 
general-leytenant  və  telefonda  sizin  problemlərin  həllinə  səmimi  olaraq 
kömək  etmək  istəyən  həmsöhbət  olsun,  -    görüĢməkdən  böyük  ləzzət 
yoxdur.  Son  vaxtlarda  fərəhli  görüĢlər  olduqca  az  baĢ  verir,  mağazada  çox 
axtarmalı  oluram  ki,  görən  kim  mənə  kömək  edəcək,  evdə  isə  sifariĢ 
çatdırma xidməti kuryerinin nə vaxtsa gəlib çıxacağını gözləyirəm. Mən tək 
deyiləm, bu hamını əsəbiləĢdirir, hökumətdə və biznesdə olan bizlərdən biri 
əgər  belə  Ģeyləri  görmürsə,  onlara  diqqət  yetirmirsə,  güclü  qaydada  risq 
etmiĢ olur. (Mən əminəm ki, düzdür məndə statistika yoxdur ki, bunu təsdiq 
edə  bilim,  vergilər  əleyhinə,  hökumət  əleyhinə,  hər  cür  ittifaqlar  əleyhinə 
əhval-ruhiyyələr, adamlar hansısa dövlət idarəsinin yeganə açıq pəncərəsinin 
qarĢısında  növbəyə  durduqda  və  bu  vaxt  həm  də  üç-dörd  məmur  hamının 
gözü qarĢısında boĢ söhbətlə məĢğul olursa, xeyli güclənir). 
Bu  bənd  proqressistləri  xüsusən  pərt  edir,  çünki  seçkilər  vaxtı  bizə 
dəfələrlə  mövqeyimizi  yoxlamaq  lazım  gəlir.  Bu  yaxınlarda  mən  Kayzer 
ailəsi  Fondunda son vaxtlarda televiziya ilə seksin göstərilməsinin sayının 
iki dəfə artması barədə fondun dərc edilmiĢ tədqiqatları münasibəti ilə çıxıĢ 
etdim.  BaĢqaları  kimi  mən  də  kabel  televiziyasının  veriliĢlərinə  ləzzətlə 
baxıram və yaĢlı adamların nəyə üstünlük vermələri prinsip etibarilə məni o 
qədər maraqlandırmır. Bu baĢqa məsələdir ki, valideynlər uĢaqlarının hansı 
veriliĢlərə  baxmasına  nəzarət  etməlidirlər  və  mən  öz  niqtimdə  hətta  dedim 
ki,  əgər  valideynlər,  –  Allah,  sən  özün  kömək  ol!  –  televizoru  söndürüb 
uĢaqları ilə daha çox söhbət etsəydilər, bundan hamı qazanardı. 
Belə  ruhda  danıĢandan  sonra  mən  davam  etdim  ki,  bir  dəfə  televiziya 
ilə  futbola  baxanda  və  hər  on  beĢ  dəqiqədən  bir  veriliĢ  kiĢinin  cinsi 
qabiliyyətini  gücləndirmək  vasitələri  barədə  reklamla  kəsiləndə,  tərslikdən 
elə bu vaxt qızlarım otaqda oynayırdı, özümü çox narahat hiss etdim. Mən 
yeniyetmələr  üçün  olan  bir  populyar  Ģounu  da  yada  saldım.  Bu  Ģouda, 
görünür müəyyən məĢğuliyyəti olmayan bir qrup gəncin insan sifətini itirənə 
qədər  bir  neçə  ay  ərzində  dalbadal  sərxoĢ  olub,  birlikdə  çılpaq  Ģəkildə 

 
52 
vannaya  tullandığı  göstərilirdi  və  dedim  ki,  bu  heç  də  «real  həyat»  deyil. 
Mən kabel və veriliĢ televiziyalarına, valideynlərin  məhz uĢaqların baxdığı 
veriliĢlərə nəzarət etməsinə köməklik göstərmək üçün öz texnologiyalarının 
bütün gücündən istifadə etmələrini təklif etdim. 
Siz  yəqin  ki,  düĢündünüz  ki,  mən  Kotton  Ana  (RazılaĢan  Ana-
tərcüməçi)  kimi  hərəkət  etdim.  Mənim  çıxıĢıma  cavab  olaraq  bir  qəzet 
redaksiya  məqaləsi  dərc  etdi.  Burada  deyilirdi  ki,  hökumət  heç  bir  halda 
veriliĢi  nizamlamamalıdır.  Baxmayaraq  ki,  heç  mən  özüm  də  bunu  təklif 
etməmiĢdim.  Reportyorlar  yazırdı  ki,  ümummilli  seçkiqabağı  kampaniya 
intizarı  ilə  mən  həyasızcasına  üzümü  mərkəzə  tərəf  çevirmiĢəm.  Ofisimə 
tərəfdarlarımızdan  Ģikayət  ifadə  edən  məktublar  gəlməyə  baĢladı.  Onlar 
mənə  guya  BuĢun  kursuna  qarĢı  çıxıĢ  etmək  üçün  səs  vermiĢlər,  mən  isə, 
demə, deyingən tənqid alüdəçisindən baĢqa bir Ģey deyilmiĢəm. 
Lakin  tanıdığım  valideynlər,  istər  onlar  liberal  ya  mühafizəkar  olsun, 
Ģikayətlənirlər ki, mədəniyyət kobud, primitiv olmuĢdur. O hər Ģeydən əvvəl 
maddi dəyərləri və ləngimədən həzzi, intimliliyə əks olaraq aqressiv seksual 
yönümü  təbliğ  edir.  Bəlkə  də,  onlar  dövlət  senzurası  qoyulmasının 
əleyhinədirlər,  ancaq  istəyirlər  ki,  onların  təĢviĢinə  diqqət  verilsin,  onların 
rəyi  nəzərə  alınsın.  Mütərəqqi  siyasətçilər  köhnə  dəbli  retroqradlar  kimi 
görünməmək  üçün  problemin  mövcudluğunun  belə  etirafından  imtina 
etdikdə, valideynlər bunu edəcək alamlara, o liderlərə tərəf çevriləcəkdir ki, 
onlar  heç  bir  müqəddəs  həyəcan  keçirmədən  konstitusiya  müddəalarına 
yanaĢır. 
Bəli,  söhbət  mədəniyyət  sahəsindəki  problemlərdən  getdikcə 
konservatorlar da səhvlərə yol verirlər. Götürək elə ofis iĢçilərinin əməyinin 
ödənilməsini,  1980-cı  ildə  orta  statistik  icraçı  direktor  (CEO)  orta  statistik 
saat  qaydasında  vaxtamuzd  iĢləyən  fəhlədən  qırx  iki  dəfə  artıq  maaĢ  alırdı. 
2005-ci  ilə  bu,  262-nin  1-ə  nisbətinə  bərabər  oldu.  «Uoll-strit  cornal» 
redaksiyasının  da  mənsub  olduğu  mühafizəkarlar  cəbhəsi  bu  astronomik 
məbləğə  və  nəhəng  aksioner  cəmiyyəti  payının  ayrılmasına  istedadlı 
rəhbərlərin  cəlb  edilməsi  ilə  haqq  qazandırır  və  təkid  edir  ki,  dövlətin 
iqtisadiyyatı, ĢiĢman və gözəl top-menecerlər sükan arxasında olduqca daha 
yaxıĢ  fəaliyyət  göstərir.  Lakin  rəhbər  həlqənin  gəlirlərinin  belə  kəskin 
artması  heç  də  iqtisadi  göstəricilərin  yaxĢılaĢması  ilə  əlaqədar  deyildir. 
Məsələ  baĢqa  cürdür,  –  ən  yüksək  maaĢ  alan  rəhbərlər  son  illərdə  öz 
Ģirkətlərinin  gəlirinin  artması  iĢində  ciddi  müvəfəqiyyətsizliklərə  yol 
vermiĢlər,  onların  səhmlərinin  dəyəri  azalmıĢ,  kütləvi  iĢdən  çıxarılmalar, 
pensiya fondalarının həcmlərinin kiçilməsi baĢ vermiĢdir. 
Rəhbərliyin  gəlirlərinin  artması  heç  də  bazar  iqtisadiyyatının  tələbləri 
ilə deyil, mədəniyyətlə Ģərtlənir. Orta statistik fəhlənin gəliri praktiki olaraq 

 
53 
artmayan  bir  vaxtda  rəhbər  həlqədən  olan  adamların  çoxu,  ram  edilmiĢ, 
onlara  güzəĢtə  gedən  Ģirkət  Ģuralarının  icazə  verdiyi  hər  Ģeyi həya  etmədən 
ciblərinə  qoyur.  Amerikalılar  özlərinə  hesabat  verirlər  ki,  belə  acgözlük 
etikası  bizim  ictimai  həyatımız  üçün  nə  qədər  zərərlidir.  Bu  yaxınlardakı 
icmallardan  birində  onlar  dövlət  strukturlarında  və  biznesdə  olan 
korrupsiyanı, tamahkarlığı və maddi rifaha can atmanı ölkə qarĢısında duran 
üç  ən  ciddi  problemdən  ikisi  adlandırmıĢlar.  (Birinci  problem  isə  düzgün 
dəyərlər sistemində uĢaqların tərbiyə problemidir). Mühafizəkarlar, bəlkə də, 
rəhbərlərin  pulla  mükafatlandırılması  miqdarının  müəyyən  edilməsi 
sisteminə  hökumətin  müdaxilə  etməməsini  tələb  edəndə  düzgün  hərəkət 
edirlər.  Lakin  həm  də  bu  zaman  onlar  heç  olmazsa  direktorlar  Ģurasının 
iclasında  layiq  olmayan  davranıĢlar  əleyhinə  bir  söz  deməli  idilər.  YaxĢı 
olardı ki, onlar rep danıĢığının ədəbsizliyi üstünə düĢdükləri bir qəzəblə bu 
məsələyə də münasibət bildirəydilər. 
Əlbəttə  «kilsə  minbərindən»,  onlar  prezident  vəzifəsini  belə 
adlandırırlar,  hər  Ģeyi  demək  mümkün  deyildir.  Bəzən  yalnız  qanun  tam 
Ģəkildə bizim hüquqlarımızı, məsələn, söhbət bizim cəmiyyətdə əlacsız olan 
haqlarımızdan və imkanlarımızdan gedəndə, müdafiə edir. Həm də irqi ayrı-
seçkiliyə  son  qoymaq  cəhdlərində  də  bu  bir  həqiqətdir.  Özü  də  vətəndaĢ 
hüquqları  erasında  amerikalıların  ürəklərində  və  zəkalarında  gedən 
dəyiĢiklərdəki  mənəvi çağırıĢlar kimi vacibdir, bu, «Cim  Krou epoxası»na, 
zəncilərin ayrı- seçkiliyinə son qoymaqla və irqlər arasındakı münasibətlərin 
inkiĢafında  yeni  mərhələnin  baĢlanğıcı  olmaqla,  həmin  illərdə  kulminasiya 
nöqtəsi  rolunu  oynayan  Ali  Məhkəmədəki  «Braun  təhsil  məsələləri  üzrə 
Ģuraya qarĢı» iĢi ilə, «VətəndaĢ hüquqları» haqqındakı 1964-cü il qanunu və 
həmçinin  «Səsvermə  hüquqları»  haqqındakı  1965-ci  il  qanunu  ilə  ifadə 
edildi.  Bu  qanunlar  uzun  müddət  müzakirə  edilmiĢdi.  Elə  adamlar  tapılırdı 
ki,  onlar  israr  edirdilər  ki,  dövlət  vətəndaĢ  cəmiyyətinin  həyatına  müdaxilə 
etməməlidir, guya ki, heç bir qanun ağları qaralarla birləĢməyə məcbur edə 
bilməz.  Bu  dəlilləri  eĢidən  Martin  Lyuter  Kinq  demiĢdi:  «Əlbəttə,  qanun 
adamı məni sevməyə məcbur edə bilməz, lakin məni onun linç etməsindən 
qoruya bilər və mən düĢünürəm ki, bu həmçinin daha vacibdir».  
Bizim istədiyimiz belə cəmiyyətin qurulması bəzən həm mədəniyyətin, 
həm  də  hökumətin  fəaliyyətinin  transformasiyasını,  baĢqa  sözlə  dəyərlər 
sistemində  və  siyasi  strategiyada  dəyiĢikliklər  aparılmasını  tələb  edir.  Elə 
bizim  Ģəhərlərin  kasıb  rayonlarındakı  məktəblərin  vəziyyətini  götürək.  Çox 
miqdarda  pul  xərcləmək  olar.  Ancaq  nə  qədər  ki,  valideynlər  uĢaqları 
əməksevərliyə  və  mükafatı  gözləməkdə  səbirə  öyrətməmiĢlər,  onlar  yaxĢı 
oxumayacaqlar. Lakin əgər biz bir cəmiyyət kimi belə iddia etmək istəyirik 
ki,  yoxsul  rayonlarından  olan  uĢaqlar  öz  bacarıqlarını  çirkli,  sınıq-salxaq 

 
54 
məktəb  binalarında  aça  bilərlər,  bu  məktəblərdə  isə  faydalı  avadanlıqlar 
çoxdan  köhnəlmiĢdir  və  müəllimlər  hətta  bəzən  öz  fənnlərini  də  bilmirlər, 
onda  biz  vicdansızcasına  uĢaqları  da,  özümüzü  də  aldadırıq.  Biz  öz 
dəyərlərimizə xəyanət edirik. 
Mənə  belə  gəlir  ki,  bax  bunlar  məni  Demokratik  partiyanın  üzvü 
etmiĢdir.  Ümumi  dəyərlərimiz,  qarĢılıqlı  məsuliyyət  və  sosial  həmrəylik 
hissi  barədəki  ideya  təkcə  kilsədə,  məsciddə,  sinaqoqada,  yaĢadığımız 
rayonda,  iĢdə,  ailədə  deyil,  həm  də  hakimiyyətdə  ifadə  olunmalıdır.  Çox 
sayda  konservatorlar  kimi  mən  də  inanıram  ki,  mədəniyyətin  gücü  çox 
hallarda  Ģəxsiyyətin  uğurunu  və  cəmiyyətin  birliyini  müəyyən  edir.  Hesab 
edirəm  ki,  mədəni  faktorlara  məhəl  qoymamaq  olduqca  təhlükəlidir.  Mən 
həmçinin  inanıram  ki,  bizim  hökumət  mədəniyyətin  yaxĢı  ya  pis  tərəfə 
dəyiĢilməsində öz rolunu oynaya bilər.  
 
 
Mən çox vaxt düĢünürəm ki, niyə siyasətçilər dəyərlər haqqında aydın, 
səlist danıĢa bilmirlər. Bəlkə də, ona görə ki, bizim çoxumuz ictimai həyatda 
özünü  əvvəlcədən  yazılmıĢ  ssenari  üzrə  aparır  və  hətta  dəyərləri 
mənalandırmaq üçün namizədlərin istifadə etdiyi üsullar qabaqcadan o qədər 
aĢkardır ki, (bu sadə dəstin içərisində zənci kilsəsinin yanında dayanmaq, ov 
etmə,  avtomobil  yarıĢlarına  (NASCAR)  getmə,  uĢaq  baxçasında  ucadan 
kitab  oxumaq  vardır),  səmimi  davranıĢla  siyasi  oyunu  bir-birindən 
fərqləndirmək adamlara çətin olur. 
Bu  faktdan  harasa  qaça  bilməzsən  ki,  bizim  dövrümüzdə  siyasətin  heç 
bir  dəyəri  yoxdur.  Siyasi  həyat  (və  ona  izah)  adi  həyatda  bizim  qalmaqallı 
hesab  etdiyimiz  davranıĢı  nəinki  mümkün  sayır,  həm  də  onu  məqbul  hesab 
edir.  Bunlara,  barmaqdan  sorulub  çıxarılmıĢ  rəvayətlər,  baĢqa  adamların 
dediyi sözlərin mənasının təhrif edilməsi, məhvedici tənqid və ya hərəkətin 
motivlərində  ciddi  Ģübhələrə  iĢarə  etmək,  gözdən  salmaq  üçün  material 
axtarmaqdan ötəri Ģəxsi həyata həyasızcasına müdaxilə daxildir. 
Bġ  Senatına  seçkilərdə  seçki  qabağı  kampaniya  ərzində  mənim 
respublikaçı  opponentim  bir  cavan  oğlan  tutmuĢdu  və  o,  gizli  kamera 
vasitəsi  ilə  mənim  adamlar  arasında  olmağımın  hamısını  çəkmiĢdi.  Bu 
əməlin  özündə  çoxdan  bəri  təzə  olan  heç  bir  Ģey  yoxdur,  yəqin  tapĢırıq 
almıĢdı ki,  məni provokasiya etsin, ancaq getdikcə onun iĢi daha çox təqibə 
bənzəyirdi. Səhərdən gecəyədək o, mənə yapıĢdırılmıĢ kimi arxamca gəzirdi, 
aramızdakı məsafə uzadılan əldən o tərəfə getmirdi. Mən liftlə düĢəndə də o, 
çəkirdi,  tualetdən  çıxanda  da.  Mobil  telefonla  arvadım  və  qızlarımla 
danıĢanda da çəkirdi. 

 
55 
Əvvəlcə mən onu qandırmaq istədim. Onun adını soruĢdum, dedim ki, 
baĢa düĢürəm ki, bu onun iĢidir və xahiĢ etdim ki, aralıda dayansın ki, artıq 
söhbətlərə qulaq asmasın. O, mənim nəsihətlərimə qulaq asmadı, yalnız onu 
dedi  ki,  adı  Castindir.  Məsləhət  gördüm  ki,  ağasına  zəng  edib,  nə  etmək 
lazım olduğunu dəqiqləĢdirsin. O, cavab verdi ki, özün də zəng edə bilərsən 
və mənə lazımi nömrəni verdi. Mən iki-üç gün də dözdüm və sonra məsələni 
yoluna  qoymaq  istədim.  Castinin  arxasınca  Qanunvericilik  məclisinin 
mətbuat  ofisinə  getdim  və  səhər  yeməyi  yeəyən  reportyorlara  müraciət 
etdim: 
-
 
TanıĢ olun, bu Castindir. Onu mənə Rayan calamıĢdır və tapĢırımıĢdır 
ki, mənim arxamca gəzsin. 
Mən  iĢin  nə  yerdə  olduğunu  izah  edəndə,  Castin  dayanmadan  çəkirdi. 
Reportyorlar ona suallar yağdırırdılar. 
-
 
Onun arxasınca sən hamam otağınadamı gedirsən? 
-
 
Sən həmiĢəmi ona belə yaxınsan? 
Tezliklə  ofisə  televiziya  briqadaları  gəldi  və  Castinin  məni  necə 
çəkdiini  çəkməyə  baĢladılar.  Castin  müharibə  əsirinə  bənzər  qaydada  öz 
adını,  məĢğuliyyətini  və  namizədinin  kampaniya  qərargahının  telefon 
nömrəsini  dedi.  Saat  altıda  bu  süjet  yerli  xəbərlər  buraxılıĢında  göstərildi. 
Bir  həftə  ərzində  bütün  Ģtat  bu  əhvalatı  karikaturalarda,  redaksiya 
məqalələrində,  hətta  idman  icmallarında  müzakirə  etdi.  Belə  güclü 
hücumdan  sonra  opponentim  nəhayət  təslim  oldu.  Castinə  tapĢırdı  ki, 
məndən aralıda dayansın və hətta məndən üzr istəsin. Onun kampaniyasını 
bu artıq xilas edə bilmədi. Bəlkə də adamlar bizim tibbi sığorta və ya Yaxın 
ġərq  diplomatiyası  məsələlərində  nədə  razılaĢmadığımızı  bilmirdilər,  lakin 
onlar  gözəl  bilirdilər  ki,  o,  ən  mühüm  dəyərlərdən  biri  olan  ləyaqətli 
davranıĢa qəsd etmiĢdir. 
Bizim  adi  həyatda  ləyaqətli  davranıĢ  hesab  etdiyimizlə,  kampaniyanı 
udmaq üçün özümüzü necə aparmağımız arasındakı fərq siyasətçinin həqiqi 
dəyərlərə münasibətinin yoxlanması üçün istifadə edilir. Hər dəqiqə olmasa 
da,  hər  gün  bir-birini  inkar  edən  çox  sayda  amillər  arasında  –  seçicilərin 
müxtəlif qrupları ilə Ģtatın və dövlətin mənafeləri, partiyaya sədaqət və Ģəxsi 
müstəqillik arasında, xidmət borcu ilə ailə qarĢısındakı öhdəliklər arasındakı 
seçim  etməyi  tələb  edən  digər  məĢğuliyyət  növlərini  tapmaq  çətindir. 
Səslərin əbədi kakofoniyasında belə bir təhlükə gizlənir ki, siyasətçi mənəvi 
orientirləri itirə bilər və onu bütünlüklə ictimai rəyin küləyi idarə edə bilər.  
Yəqin ki, biz ona görə liderlərdən ən nadir keyfiyyəti – həqiqiliyi, özü 
kimi olmağı, artıq sözə ehtiyac duymayan bir səmimiyyəti gözləyirik. Bütün 
bunlara  mənim  dostum,  mərhum  Bġ  senatoru  Pol  Saymon  malik  idi. 
Karyerasının baĢlanğıcından sonuna kimi o, hər  cür adamların hücumlarını 

 
56 
dəf etməli olmuĢdu. Onlar senatorun liberal siyasəti ilə razılaĢa bilmirdilər. 
Əlbəttə,  zahiri  görünüĢü  onun  xeyrinə  iĢləyirdi,  o,  kiçik  Ģəhərdən  olan 
həkimə  oxĢayırdı,  daim  eynək  taxırdı  və  qalstuk-kəpənəkdə  olurdu,  sifəti 
taksa  cinsli  itinkinə  bənzəyirdi.  Lakin  adamlar  hiss  edirdilər  ki,  o,  onların 
dəyərlərinə  Ģərikdir  –  o,  vicdanlı  adam  idi,  ardıcıl  olaraq  öz  baxıĢlarını 
müdafiə  edirdi,  hər  Ģeydən  çox  isə  ona  rəğbət  qazandıran  onun  adamlara 
səmimi qayğısı və onların nə ilə yaĢadıqlarını bilməsi idi.  
Polun  xarakterinin  bu  xüsusiyyəti  –  adamlara  ürəyi  yanmaq  hissi 
mənim  də  ən  yüksək  qiymətləndirdiyim  cəhətə  çevrildi.  Mənim  əxlaq 
kodeksimin  bu  bünövrə  daĢı,  -  mən  məhz  «Qızıl  Qaydanı»  belə  baĢa 
düĢürəm,  –  təkcə  rəhm  və  ürəyi  yanmaq  deyildir,  nəsə  daha  dərin  hissdir. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə