Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
Digər adamın vəziyyətinə girməyi bacarmaq, onun nöqteyi nəzərini anlamaq 
qabiliyyətidir.  
BaĢqalarına  ürəyi  yanmanı  və  digər  dəyərləri  mən  anamdan 
öyrənmiĢəm. O, qəddarlığın və zorakılığın istənilən növünə nifrət edirdi, bu, 
istər  irqi  xürafat  olsun,  istər  məktəbdə  uĢaqların  qorxudulması  və  ya  aĢağı 
əmək haqqı olsun. Mənim davranıĢımda bunların iĢarəsinə bənzəyən bir Ģeyi 
hiss  edəndə  gözümün  içinə  düz  baxıb  soruĢurdu:  «Bunu  sənə  etsəydilər, 
özünü necə hiss edərdin?» 
Lakin 
baĢqasının 
dərdinə 
acımanın 
əsl 
mənası 
babamla 
münasibətlərimizdə açıldı. ĠĢinə görə anam çox vaxt və uzun müddət xaricdə 
yaĢayırdı, demək olar ki, bütün orta məktəb illərini mən nənəmlə və anamla 
keçirmiĢdim  və  mənim  yeniyetmə  buntumun  yükü  babamın  çiyinlərinə 
düĢmüĢdü.  Etiraf  etmək  lazımdır  ki,  onun  özü  də  heç  də  mülayim  adam 
deyildi, nə qədər xeyirxah olsa da, hirsli idi, görünür, ona görə də vaxtında 
karyerası  yaxĢı  alınmamıĢdı.  On  altı  yaĢımda  arasıkəsilmədən  onunla 
mübahisə edirdim, adətən ona görə ki, mən çox saydakı kiçik qaydaları qəti 
surətdə  qəbul  etmək  istəmirdim.  Onların  sırasına  maĢını  dayanacağa 
qoymamıĢdan əvvəl hökmən bakının benzinlə doldurmaq və ya süd paketini 
əvvləcə yaxĢıca yuyub, sonra zibil yeĢiyinə atmaq kimi iĢlər daxil idi. 
Mən  öz  baxıĢlarımın  düzgünlüyünə  qəti  sürətdə  əmin  idim,  bundan 
baĢqa dildən pərgar idim, ona görə də mübahisələri asanlıqla udurdum. Vaxt 
keçdikcə, mən yaĢa dolduqca bu qələbələr artıq məni qane etmirdi. Mən tez-
tez  fikirləĢirdim  ki,  babamın  həyatı  yüngül  və  heç  də  həmiĢə  sadə 
olmamıĢdır. Mən onun üçün ev adamlarının hörmətinin necə vacib olduğunu 
baĢa düĢürdüm. RazılaĢırdım ki, onun qaydalarına əməl etmək mənim üçün 
o  qədər  də  çətin  olmayacaqdır,  ancaq  bu  babam  üçün  çox  Ģey  demək  idi. 
Görürdüm ki, bəzi hallarda mən öz sözümdə israrlılıq etdikdə onun hisslərini 
və  tələbatını  nəzərə  almadığıma  görə,  nəticə  etibarilə  özümü  də  təhqir 
edirəm. 

 
57 
Əlbəttə, bütün bunları anlamaqda heç bir qeyri-adi Ģey yox idi. Bizim 
hər birimiz yaĢa dolmaq istəyirsə, buna bənzər sınaqlardan keçməlidir. Lakin 
mən  bir  daha  yenidən  anamın  sadə  prinsipinə  qayıdıram:  «Bunu  sən  necə 
hiss edərdin?» Bu mənim siyasətim üçün yol göstərən bir sütun idi. 
Düzünü  desək,  biz  öz-özümüzə  bu  sualları  tez-tez  vermirik.  Ölkə 
miqyasında  bizə  canı  yanma  hissi  çatıĢmır.  Əgər  fikirləĢsəydik  ki,  o 
məktəblərə  gedən  uĢaqlar  bizim  öz  uĢaqlarımızdan  heç  nə  ilə  fərqlənmir, 
bilik verməyən, daim pulu, müəllimləri çatıĢmayan, iĢləmək həvəsi olmayan 
məktəblərin  olmasına  biz  yol  verməzdik.  Özünə  bir  neçə  milyon  mükafat 
yazan,  bu  vaxt  öz  iĢçilərinin  tibbi  xidmətinə  ayrılan  vəsaitləri  kəsən 
kompaniya  rəhbər  iĢçisini  (CEO)  təsəvvür  etmək  çətindir.  Əgər  həmin 
rəhbərlərin  ağlına  gəlsəydi  ki,  müəyyən  mənada  həmin  iĢçilər  də  onlara 
bərabərdirlər,  belə  hərəkətə  yol  verməzdilər.  Hakimiyyət  baĢında  duranlar 
müharibəni baĢlamamıĢdan əvvəl yüz dəfə fikirləĢsəydilər ki, bu müharibədə 
onların  öz  oğlanları  və  qızları  zərər  görəcəkdir,  bu  iĢi  öz  üzərlərinə 
götürməzdilər.  Mən  düĢünürəm  ki,  güclü  canı  yanma  hissi  bizim  indiki 
siyasətin  prioritetlərini,  həyatı  heç  də  yüngül  olmayan  adamların  xeyrinə 
dəyiĢə bilərdi. Axı əgər onlar da bizim  kimidirlərsə, onların əzabları bizim 
əzablarımızdır. Onlara kömək etməməklə biz  özümüzü təhqir edirik. 
Lakin  bu  o  demək  deyildir  ki,  belə  adamlar  –  və  ya  onların  adından 
danıĢan  bizlər  yaxĢı  vəziyyətdə  olanları  belə,  baĢa  düĢmək  cəhdindən 
avtomatik  olaraq  azad  oluruq.  Qara  dərili  liderlər,  bəzi  ağları  irqi  ayrı-
seçkiliyin  ləğv  edilməsinə  müqavimət  göstərməyə  vadar  edən  tam  əsaslı 
ehtiyatlılığı  hökmən  nəzərə  almalıdırlar.  Həmkarlar  ittifaqlarının 
nümayəndələri  rəqabətin  sualtı  daĢlarını  görməyə  borcludurlar,  çünki  bu 
daĢlar  onların  iĢçilərinin  ayağına  dəyəcəkdir.  Mən  özüm  dünyaya  Corc 
BuĢun  gözlərilə  baxmağa  hökmən  çalıĢmalıyam,  baxmayaraq  ki,  çox 
məsələdə mən onunla qətiyyən razılaĢmıram. Bu da canı yanmadır, bu hiss 
bizim  hamımızı,  konservatorları  da,  liberalları  da,  hakimiyyətə  malik 
olanları  da,  onlardan  məhrum  olanları  da,  istismar  olunanları  da, 
istismarçıları  da  fəaliyyət  göstərməyə  məcbur  edir.  Biz  öz  üstümüzdən 
xatircəmliyi  silkələyib  atmalıyıq.  Biz  hamımız,  heç  olmazsa,  üfüqə 
boylanmağa səy göstərməliyik.  
Bizim hər birimiz ümumi müstəvi axtarıĢına səy göstərməliyik. 
Bəli, əlbəttə, qarĢılıqlı anlaĢma hissi heç də hər Ģey demək deyildir. Hər 
Ģeydən əlavə, danıĢıq özü ucuzdur. Hər bir dəyər kimi canı yanma hissi hər 
Ģeydən  əvvəl  iĢdə  özünü  biruzə  verir.  Səksəninci  illərdə  mən  icma 
təĢkilatçısı  iĢləyəndə  çox  hallarda  qonĢuluqdakı  rəhbər  iĢçilərdən 
soruĢurdum  ki,  onlar  vaxtlarını,  enerjilərini  və  pullarını  nəyə  sərf  edirlər. 

 
58 
Mən  onlara  deyirdim  ki,  məhz  bu  barədə  danıĢmağı  xoĢlayıb, 
xoĢlamamağımızdan  asılı  olmayaraq,  bu,  bizim  dəyərlərin  yoxlanmasıdır. 
Əgər  biz  bu  dəyərlərə  müəyyən  haqq  vermək  istəyiriksə,  əgər  biz  onları 
həyata  keçirmək  üçün  heç  nədən  əl  çəkmək  istəmiriksə,  onda  fikirləĢmək 
lazım gəlir ki, görən onlara ümumiyyətlə inanırıqmı. 
Məsələyə bu nöqteyi-nəzərdən baxdıqda elə görünə bilər ki, bu günkü 
Amerikada  heç  nə  var-dövlət,  boy-buxunlu  fiqura,  gənclik,  məĢhurluq, 
təhlükəsizlik və əyləncələr kimi yüksək qiymətləndirilmir. Biz deyirik ki, öz 
gələcək  nəslimizə  vəsiyyət  etdiyimiz  irsi  qiymətləndiririk,  həm  də  onlara 
nəhəng borclar qoyuruq. Biz belə müddəa irəli sürürük ki, bərabər imkanlara 
inanırıq, lakin yoxsulluqdan əziyyət çəkən milyonlarla amerikan uĢaqlarına 
gözlərimizi  yumuruq.  Biz  elan  edirik  ki,  ailəni  hər  Ģeydən  yüksək 
qiymətləndiririk,  lakin  bizim  iqtisadiyyatın  və  həyatımızın  təĢkili  elədir  ki, 
ailəyə sərf etmək üçün daha az vaxt qalır. 
Ancaq,  bizim  hamımız  belə  deyilik.  Biz  öz  dəyərlərimizi  qoruyuruq, 
qoy  hətta  bəzən  elə  görünür  ki,  onlar  artıq  qədərincə  köhnəlmiĢdir,  dəbdən 
çıxmıĢdır, ictimai və Ģəxsi həyatda lap onlara dəfələrlə xəyanət etmiĢ olsaq 
da,  bu  dəyərləri  hifz edirik.  Bizə  hakim  kəsilən  nədir?  Bu  dəyərlər  –  bizim 
irsimizdir,  onlar  bizi  olduğumuz  kimi,  millət  edir.  Biz  etiraf  etsək  də  ki, 
barədə  mübahisə  etmək  olar,  onlara  yüksək  intellektuallı  tənqidçilər  onlara 
hətta gülə, istehza elə bilərlər, nə olursa olsun, hansı sinfi, irqi, din sitayiĢi 
və  nəsili    götürürsən  götür,  onlar  təəccüblü  Ģəkildə  həyat  qabiliyyətli  və 
dəyiĢilməzdir.  Nə  qədər  ki,  bizim  dəyərlərin  faktlarla  və  təcrübə  ilə 
yoxlandığını  anlayırıq,  nə  qədər  ki,  onların  təkcə  söz  deyil,  əməl  tələb 
etməsini etiraf edirik, biz onları qoruya bilərik. 
BaĢqa cür hərəkət etmək isə – deməli, özündən imtina etməkdir.    
 
 
III Fəsil  
Bizim Konstitusiya 
 
 
 
 
Kapitoli  təpəsində  birinci  ili  iĢləyən  senatorlardan  fəailyyətlərinin  nə 
təsir  bağıĢladığını  soruĢduqda,  çox  vaxt  belə  bir  ifadədən  istifadə  edirlər: 
«Bu  yanğınsöndürmə  Ģlanqından  su  içməyə  oxĢayır».  Qeyd  etmək  lazımdır 
ki,  bu  ifadə  çox  dəqiqdir.  Mən  də  özümü  Senatda  olduğum  birinci  aylarda 
belə hiss edirdim, hər Ģey birdən üstümə töküldü. ƏməkdaĢlar iĢə götürdüm, 
VaĢinqtonda  və  Ġllinoysda  ofis  açdım.  Mənim  komitəyə  təyin  olunmağım 

 
59 
barədə  razılığımı  verdim  və  bu  komitə  qarĢısında  qalxan  məsələləri  həll 
etməyə  tələsdim.  Seçkilər  günündən  on  minə  qədər  məktub  alınmıĢdı, 
həftədə  üç  yüzə  qədər  ayrı-ayrı  görüĢlərdə  çıxıĢ  etmək  təklifi  alırdım.  Hər 
yarım  saatdan  bir  gah  Senatdakı  komitəmizin  ofisinə,  gah  mehmanxananın 
vestibülünə,  gah  da  radiostansiyaya  gedirdim,  öz  iyirmi  və  ya  otuz  yaĢlı 
əməkdaĢlarımdan  asılı  idim,  onlar  həmin  günün  cədvəlini  mənim  yadıma 
salır,  lazım  olan  qeyd  dəftərçəsini  verir,  qulağıma  kimlərlə  görüĢdüyümü 
deyir  və  ya  məni  yaxındakı  tualetə  yola  salırdılar.  AxĢamlar  tənha  həyata 
öyrəĢmək vaxtı gəlib çatırdı. Biz MiĢellə belə qərara gəldik ki, ona qızlarla 
birlikdə Çikaqoda qalmaq daha yaxĢıdır, təkcə ona görə yox ki, VaĢinqtonun 
istixana iqlimində yaĢamaq onlara daha pis olardı, həm də ona görə ki, MiĢel 
Çikaqoda  anasının,  qardaĢının,  qohumlarının,  dostlarının  çevrəsində 
qalacaqdı. Onlar isə ona, iĢimin hökmən tələb etdiyi bu uzunmüddətli ayrılıq 
vaxtlarında  kömək  edəcəkdilər.  Beləliklə,  hər  həftə  VaĢinqtonda  üç  gecəni 
keçirmək üçün mən Corctaun universitetinin hüquq fakültəsinin yaxınlığında 
iki otaqlı sadə mənzil tutdum. Bu ucamərtəbəli ev Kapitoli təpəsi ilə Ģəhərin 
mərkəzi arasında yerləĢirdi. 
Əvvəlcə mən yenicə üstümü almıĢ təkliyimdə sevinc tapmağa çalıĢdım, 
subay  həyatının  gözəlliklərinə  qapılmaq  istədim  -  mahaldakı  restoranların 
hamısından  özümə  yemək  sifariĢ  verirdim,  səhərə  qədər  televizorda 
basketbola  baxır,  ya  da  birnəfəsə  kitab  oxuyurdum,  gecənin  yarısı  trenajor 
zalına gedir, tasda boĢqabları yuyulmamıĢ qoyurdum, heç yorğan-döĢəyimi 
də yığıĢdırmırdım. Ancaq bunun heç də yaxĢı olmadığı nəzərə çarpırdı. On 
üç  illik  ailə  həyatı  məni  ev  rahatlığına  öyrətmiĢdi  və  məiĢət  problemləri 
qarĢısında mənim aciz olduğum göründü. VaĢinqtonda olduğumun ilk səhəri 
vanna  üçün  pərdə  almağı  unutduğumdan,  duĢ  qəbul  edəndə  divara  tərəf 
sıxılırdım  ki,  döĢəməni  su  basmasın.  Sabahısı  günün  axĢamı  televizorda 
oyuna  baxıb  pivə  içəndə,  oyunun  yarısında  məni  yuxu  tutmuĢ,  divanda 
qıvrılıb  yatmıĢ,  iki  saat  sonra  boynumda  ağrı  hiss  edəndə  ayılmıĢdım. 
Restoran yeməyi nəyə görəsə birdən xoĢuma gəlməməyə baĢladı. Sakitlik isə 
məni  bezdirirdi.  Mən  tez-tez  evə  zəng  edirdim  ki,  balaca  qızlarımın  səsini 
eĢidim. Mənim üçün çatmayan onların hərarətli ağuĢları və dərilərinin Ģirin 
qoxusu idi. 
-
 
Salam, mənim Ģirinim! 
-
 
Salam, ata. 
-
 
Orada nə baĢ verib? 
-
 
Sən zəng edəndən sonra? 
-
 
Hə. 
-
 
Heç nə. Mamamla danıĢmaq istəyirsən? 

 
60 
  Senatda  mənim  kimi  bir  neçə  deputat  ailələrini  VaĢinqtona 
gətirməmiĢdi  və  biz  hər  dəfə  görüĢəndə  məsələnin  belə  həllinin  müsbət  və 
mənfi tərəflərini müzakirə edirdik, öz ailəmiz üçün olan vaxtı olduqca qızğın 
köməkçilərimizdən 
müdafiə 
etməyin 
çətinliyindən 
danıĢırdıq. 
Kolleqalarımın  əksəriyyəti  məndən  xeyli  yaĢlı  idilər.  Orta  hesabla  altmıĢ 
yaĢları  var  idi  və  çox  vaxt  onların  ofisinə  getdikdə,  əsasən  Senatda  necə 
iĢləmək  barədə  məsləhətlər  alırdım.  Komitələrdə  bu  və  ya  digər  vəzifənin 
üstünlüyündən,  həmin  komitələrin  sədrlərinin  xarakterindən,  əməkdaĢların 
iĢini necə yaxĢı təĢkil etmək barədə həvəslə danıĢırdılar. Daha iri ofis otağı 
almaq  üçün  kimə  müraciət  etmək,  bu  və  ya  digər  sənədlə  necə  iĢləmək 
barədə məsləhətlər verirdilər. Bu məsləhətlərin çoxu olduqca faydalı olurdu, 
bəzilərinə  isə  Ģübhə  ilə  yanaĢırdım.  Xüsusən  Demokratlarla  hər  bir  görüĢ 
bircə  Ģeylə  baĢa  çatırdı,  mənə  təkidlə  məsləhət  görürdülər  ki,  nə  qədər 
mümkünsə tez senator Bərdlə tanıĢ olum, özü də təkcə ona görə yox ki, hamı 
bunu Senatda qəbul edilmiĢ nəzakət qaydası tələb edir, həm də ona görə ki, 
Təxsisatlar  Komitəsindəki  böyük  mövqeyi  və  ümumən  Senatdakı  nüfuzu 
onun çəkisini xeyli yüksəldir. 
Səksən yeddi yaĢlı Robert K.Bərd təkcə Senatın ağsaqqalı deyildi, onda 
Senatın  təcəssümünü,  tarixin  rəmzini  görməyə  adət  etmiĢdilər.  O,  Qərbi 
Virciniyadakı  yoxsul  Ģaxtaçılar  Ģəhərində  xalasının  və  dayısının  ailəsində 
böyümüĢdü, öz müstəsna bacarığına görə poemalardan uzun hissələri əzbər 
oxuyurmuĢ və skripkada gözəl çalırmıĢ. Təhsil almaq xərcini ödəməyə onun 
heç  nəyi  yox  idi,  ona  görə  də  bir  sıra  məĢğuliyyətləri  –  ət  doğrayan  satıcı 
olmuĢ,  Ġkinci  Dünya  müharibəsi  illərində  hərbi  gəmilərdə  qaynaqçı 
iĢləmiĢdi,  -  sınamıĢdı.  Müharibədən  sonra  doğma  Virciniyaya  qayıtmıĢ, 
Ģtatın  Qanunvericilik  məclisinə  seçkilərdə  qalib  gəlmiĢ,  1952-ci  ildə  isə 
Konqressə seçilmiĢdi. 
1958-ci ildən o, Senatda iĢəyirdi və qırx yeddi il ərzində buradakı bütün 
vəzifələrdə  olmuĢdu,  o  cümlədən  altı  il  çoxluğun,  altı  il  isə  azlığın  lideri 
olmuĢdu.  Bütün  bu  dövrdə  o,  sadə  adamların  mənafeyini  ifadə  etmiĢ,  öz 
həmyerliləri  üçün  xeyli  güzəĢtlərə  nail  ola  bilmiĢdi.  Bunlara  ciyər 
xəstəliyinə  görə  Ģaxtaçılara  əlavə  pul  ödənilməsi  və  həmkarlar  ittifaqının 
müdafiəsi,  yolların  çəkilməsi,  yaĢayıĢ  evlərinin  tikilməsi,  ən  yoxsul 
rayonların  elektrikləĢdirilməsi  daxildir.  Bütün  bunlarla  birlikdə  o,  on  ilə 
axĢam kurslarını bitirmiĢ, hüquqĢünas diplomu almıĢdı, onun Senatın bütün 
qaydalarını bilməsi isə sadəcə olaraq əfsanəyə çevrilmiĢdir. Bu azmıĢ kimi, 
o.  həm  də  Senatın  dörd  cildlik  tarixini  yazmağa  müvəffəq  olmuĢdu.  Bu 
kitabı  fərqləndirən  cəhət  təkcə  predmeti  müəllifin  dərindən  bilməsi  deyil, 
həm  də  praktiki  olaraq  bütün  ömrü  boyu  iĢlədiyi  həmin  yerə  onun  səmimi 
məhəbbətdir.  Onun  haqqında  deyirdilər  ki,  o,  təkcə  arvadını  Senatdan  çox 

 
61 
sevir (bu qadın uzun müddət xəstə olmuĢ və altmıĢ səkkiz yaĢında ölmüĢdü). 
Doğrudur, o, Konstitusiyaya da heç də az hörmət bəsləmir. O, özü ilə daim 
konstitusiyanın  mətni  olan  kiçik  ölçüdəki  kitabçanı  gəzdirir  və  müzakirələr 
qızıĢanda onu cibindən çıxarıb, silkələmək adətindən əl çəkmir. 
Mən  senator  Bərdin ofisinə  görüĢ  barədə  öz  xahiĢimi  çatdırmıĢdım  və 
onu görmək mənə qismət oldu. Mən and içən günü bu görüĢ baĢ tutdu. Biz 
hamımız  Senatın  qaranlıq,  dəbdəbəli  bəzədilmiĢ  Köhnə  zalında 
toplaĢmıĢdıq,  burada  sədr  kürsüsünün  arxasında  tutqun,  demək  olar  ki, 
qırmızı,  qan  rəngində  olan  məxmərdən  bəzəkli  talvar  var  idi.  Ġri  qartal  isə 
orta əsr binalarındakı qorqula, yağıĢ novçasına bənzər fantastik formada idi. 
Bu  qaranlıq  Ģərait  bizim  əhval-ruhiyyəmizə  tam  uyğun  idi.  Çünki 
Demokratlar  fraksiyası  yüngül  olmayan  seçki  kampaniyasından  və  öz 
liderini  itirdikdən  sonra  təĢkilati  məsələləri  həll  etməyə  yığıĢmıĢdı.  Yeni 
rəhəbrlik  seçildikdən  sonra  azlığın  lideri  Harri  Reyd  senator  Bərddən 
soruĢdu ki, bir söz demək istəmir ki. Arıq, sulu mavi gözləri olan senator əl 
ağacına söykənərək yavaĢ-yavaĢ yerindən qalxdı. O, bir qədər sakit dayanıb 
rahat  görkəm  almağa  çalıĢdı.  BaĢını  arxaya  atıb,  tavana  baxdı.  Sonra 
təntənəli  qaydada,  ahənglə  dilləndi.  Appalaçilərə  bir  iĢarə  kimi,  boyaq 
qatının altında ağacın dalğalı fakturasına bənzəyən qaydada danıĢırdı.  
  Onun  nə  danıĢdığını  təfsilatı  ilə  xatırlamasam  da,  yaddaĢım  o  vaxt 
Senatın  Köhnə  zalında  ġekspir  ehtirası  ilə  səslənən  nitqin  ümumi 
məzmununu qoruyub saxlamıĢdır. O, Konstitusiyanı və Senatın quruluĢunu 
saat  mexanizmi  ilə  müqayisə  etdi.  Senatın  qiymətli  müstəqilliyinə  icra 
hakimiyyətin tərəfindən törədilən və ilbəil artan təhlükəyə diqqəti cəlb etdi. 
Xatırlatdı  ki,  hər  bir  senator  əsas  sənədləri  yenidən  oxumalıdır  ki, 
respublikanın  ruhuna  sədaqətli  qalsın  və  ona  ardıcıl  olaraq  əməl  etsin.  O, 
danıĢdıqca  səsi  daha  uca  səslənirdi,  Ģəhadət  barmağını  isə  tez-tez  yuxarı 
qaldırırdı,  elə bil ki, Bərd zalın qaranlığında əriyib Senatın ruhuna çevrilirdi 
və onun bu divarlar arasında keçirdiyi əlli il ona bənzər uzun  zəncirin yarım 
əsrlik  həlqələri  ilə  birləĢirdi.  Bu  zəncir  isə  Ceffersonun,  Adamsın  və 
Medisonun  dövrlərinə  gedib  çıxırdı.  Onlar  isə  Ģəhər  yenicə  tikilib, 
çəmənliklərdən,  çöllərdən  və  bataqlıqlardan  qalxmağa  baĢlayanda  burada 
iĢləmiĢdilər. 
O  vaxtlar  nə  mən,  nə  mənə  oxĢayanlar  heç  bir  Ģəraitdə  burada  iclasda 
iĢtirak edə bilməzdi. 
Senator  Bərdi  dinlədikcə  mən  bu  yeni  yerdə,  onun  mərmər  büstləri, 
yazılmamıĢ  qaydaları,  ənənə  və  əfsanələri  arasında  nə  qədər  ziddiyyətli 
vəziyyətdə  olduğum  barədə  düĢünürdüm.  Bərdin  öz  tərcümeyi-halında 
söylədiyi faktlar üzərində düĢünürdüm – onun rəhbər iĢinin birinci təcrübəsi 
onun yaĢı iyirmidən bir az artıq olan vaxt baĢ vermiĢdi, - həmin vaxt o, Reli 

 
62 
mahalının  Ku-kluks-klanının  üzvü  idi.  Həmin  iĢə  görə  onu  uzun  müddət 
məzəmmət  etmiĢdilər,  özü  də  səhvini  etiraf  edirdi  və  bunu  Ģübhəsiz  ki, 
düzgün olaraq – zamanın və böyüdüyü yerin ruhu ilə bağlayırdı, baxmayaraq 
ki, qınaqlar onu bütün karyerası boyu təqib etmiĢdi. Mən onun Senatın digər 
nəhəngləri  ilə    -  Arkanzasdan  olan  C.  Uilyams  Fulbrayt,  Corciyadan  olan 
Riçard  Rassel  ilə  birgə  iĢləmələri  barədə  düĢünürdüm.  Axı  bu  Cənublular 
vətəndaĢ hüquqları barədə qanunvericiliyin həyata keçirilməsinə müqavimət 
göstərirdilər.  Maraqlanırdım  ki,  Ġraq  müharibəsi  qətnaməsinə  prinsipial 
qaydada  əks  çıxan  senator  Bərdə  indi  görkəmli  xadim  kimi  münasibət 
bəsləyən  liberallara  –  MoveOn.orq  kütləsindən,  onların  siyasi 
kontrmədəniyyət  nəslindən  olanlar  həmin  senatorun  karyerasının  çoxuna 
laqeyd münasibət bəslədikləri halda, görən bu dəyiĢiklik necə görünür. 
Mən baĢa düĢmürəm ki, nəyə görə bu faktı qabardırlar. Senator Bərdin 
həyatı, bizim hər birimizinki kimi ziddiyyətli epizodlarla, qaranlıq və iĢıqlı 
zolaqlarla  doludur.  Bu  mənada  mən  onu  Senatın  canlı  simvolu  kimi  qəbul 
edirəm.  Senatın  qaydaları  və  quruluĢu  isə  Amerikanın  dövlət  quruluĢunun 
əsasına  qoyulan  baĢ  kompromissi  ifadə  edir.  Bu  kompromissə  ġimal  və 
Cənub  Ģtatları  arasındakı  tarazlıq,  bir  dəqiqəlik  ehtirasları  sakitləĢdirmək 
üçün Senatın etibarlı vasitə, azlığın hüquqlarının və Ģtatların müstəqilliyinin 
müdafiəçisi,  həm  də  varlıları  kasıblardan  qorumaq  aləti  olması  və  qul 
sahiblərinin  bu  xüsusi  institutun  fəaliyyətinə  müdaxilə  etməməyə  təminat 
verməsi  daxildir.  Senatın  canına  və  qanına,  demək  olar  ki,  onun  genetik 
koduna  hakimiyyətlər  arasındakı  çəkiĢmə  qaydası  və  bizim  dövləti 
bütövlükdə  xarakterizə  edən,  parlaq  ağıl  sahibləri  və  qızğın  temperament 
adamları  arasında  böyük  mübahisəni  ifadə  edən  həmin  qaydanın  özü  daxil 
olmuĢdur.  Bu  mübahisə  isə  öz  qismində  unikal,  ancaq  təəccüblü  qaydada 
qamçıya  və  zəncirlərə  kar  olan  idarəetmə  formasının  yaranması  ilə  baĢa 
çatmıĢdır. 
Onun  nitqi  baĢa  çatdı.  Senatorlar  ucadan  Bərdi  alqıĢladılar  və  parlaq 
çıxıĢı  münasibəti  ilə  onu  təbrik  etdilər.  Mən  yaxınlaĢıb,  özümü  təqdim 
etdim, o, hərarətlə əlimi sıxdı və dedi ki,  səbrsizliklə görüĢümüzü gözləyir. 
Öz  kabinetimə  qayıtdıqdan  sonra  mən  fikirləĢdim  ki,  ilk  növbədə 
Konstitusiya  hüququna  dair  köhnə  dərsliklərə  baxmalı  və  Konstitusiyanın 
özünü bir daha oxumalıyam. Axı senator Bərd düzgün deyirdi, 2005-ci ildə 
VaĢinqtonda  nə  baĢ  verdiyini  anlamaq  üçün  yeni  iĢimi  və  senator  Bərdin 
özünü  anlamaq  üçün,  mənbələrə,  Amerika  tarixindəki  ən  birinci  siyasi 
debatlara, bizim əsas sənədlərimizə qayıtmaq lazımdır ki, onların tarixdə nə 
rol oynadıqlarını biləsən və özün üçün nəticələr çıxarasan. 
 
 

 
63 
  Əgər  siz  səkkiz  yaĢlı  qızımdan  mənim  nə  ilə  məĢğul  olduğumu 
soruĢsanız, yəqin ki, o, cavab verəcəkdir ki, mən qanunlar yazıram. Bəli, bu 
belədir,  lakin  VaĢinqtonda  ən  təəccüblü  olan  məsələ,  qanuna  nəyin 
yazılmasını müəyyən etməyə sərf edilən vaxt deyil, bu qanunun özünün necə 
olması barədə razılığa gəlməkdir. Ən sadə iĢ - deyək ki, kompaniyaların öz 
vaxtamuzd  iĢçilərinə  duĢ  qəbul  etmək  məqsədilə    mütləq  fasilə  ayırmaları 
üçün olan qaydanın tətbiq edilməsi, – kiminlə danıĢdığından asılı olaraq tam 
fərqli  Ģərhin,  təfsirin  obyektinə  çevrilə  bilər.  Bu  adam  onu  müdafiə  edən 
konqressmendirmi,  layihəni  yazan  əməkdaĢdırmı,  onu  həyata  tətbiq  edən 
rəisdirmi, müĢtərilərinə bu qaydanın heç cür xoĢ gəlmədiyi hüquqĢünasdırmı 
və  ya  onu  tətbiq  etməli  olan  hakimdirmi,  onların  hamısının  mövqeyi  bir-
birindən fərqlənir. 
Bəzi  məsələlərdə  bu,  qabağı  almanın  və  tarazlaĢdırmanın  mürəkkəb 
mexanizminin  iĢinin  nəticəsidir.  Təkcə  budaqlar  arasında  deyil,  həm  də 
federal  hökumətlə  Ģtatlar  arasında  hakimiyyətin  bölünməsi  o  deməkdir  ki, 
heç  bir  qanun  qəti  surətdə  qəbul  olunmur.  Heç  bir  döyüĢ  sakitləĢmir.  BaĢa 
çatmıĢ  kimi  görünən  hər  bir  Ģeyi  yaxĢılaĢdırmaq  və  ya  pisləĢdirmək  olar, 
istənilən  normaya  əngəl  törətmək  olar  və  onun  tətbiq  edilməsinin  qarĢısını 
kəsmək  olar,  istənilən  idarənin  büdcəsini  azaldıb,  onun  gücünü  azaltmaq 
olar,  yaxud  da  hansısa  bir  aydınlığın  olmamasına  görə  istənilən  məsələni 
nəzarət altına almaq olar. Qismən bu, qanunun özünün təbiətindədir. Əsasən 
o dürüst və aydındır. Lakin həyatda getdikcə yeni-yeni problemlər yaranır və 
hüquqĢünaslar, dövlət qulluqçuları və sadə vətəndaĢlar bir neçə il və yaxud 
hətta  bir  neçə  ay  bundan  əvvəl  tam  aydın  olanlar  barədə  mübahisə  etməyə 
baĢlayırlar.  Axı,  nəhayət,  qanun  kağızda  yazılmıĢ  sözlərdən  baĢqa  bir  Ģey 
deyildir,  sözlər  isə  xeyli  dərəcədə  də  ümumi,  qeyri-adi  ola  bilir,  Ģerdə, 
hekayədə,  verilən  vəddə  olan  kimi  konteksdən  və  baĢa  düĢülmədən  asılı 
olur, onun mənası yayğın ola bilər və ya birbaĢa gözlərimiz qarĢısında dağıla 
da bilər. 
Ancaq  2005-ci  ildə  VaĢinqtonu  təlatümə  salan  hüquqi  mübahisələr 
hüquqĢünaslıq qaydasında təfsir olunan adi problemlər çərçivəsindən çıxırdı. 
Hakimiyyət  baĢında  olanların  fəaliyyətlərinin  ümumən  hansısa  bir  qanunla 
məhdudlaĢdırılmalı olub-olmamasından söhbət gedirdi. 
11  sentyabr  hadisələrindən  birbaĢa  sonra  milli  təhlükəsizlik  məsələləri 
müzakirə  olunanda  Konqress  və  ya  məhkəmələr  qarĢısında  məsuliyyət 
barədəki  istənilən  iĢarəyə  də  Ağ  ev  qəti  surətdə  əks  çıxırdı.  Kondoliza 
Raysın  dövlət  katibliyinə  təsdiq  edilməsi  məsələsi  dinləniləndə  demək  olar 
ki,  hər  Ģey  barədə  ---  Konqresin  Ġraqdakı  müharibə  qətnaməsindən  tutmuĢ 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə