Ümidin cəsarəti Amerikan arzusunun bərpası barədə düşüncələr



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə13/38
tarix26.07.2017
ölçüsü2,49 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
etdiyimiz adamlardan sadəcə olaraq uzaqlaĢdırır.  
Hər  yeni  seçki  kampaniyası  yaxınlaĢanda  daxili  səs  pıçıldayır  ki,  sən 
artıq  yenidən  baĢlamağı,  lazım  olan  miqdarda  pul  toplamaq  üçün  kiçik 
məbləğlərə  görə  yolçuluq  etməyi  istəmirsən.  BaĢa  düĢürsən  ki,  səni  artıq 
tanıyırlar, bu heç də üstünlük deyildir. Sən VaĢinqtonu dəyiĢdirə bilmədin, 
bundan  əlavə,  çox  sayda  adam  çətin  keçən  seçkiqabağı  kampaniyadan 
narazıdır.  Daha  az  müqavimət  yolu  –  vəsait  toplayanlar,  xüsusi  təĢkil 
olunmuĢ  qruplar,  korporativ  siyasi  hərəkət  komitələri  (PAC-lar),  aparıcı 
lobbiçi  kontorlar  dəhĢətli  dərəcə  Ģirnikləndirici  görünməyə  baĢlayır  və  əgər 
bu  prosesin  bütün  iĢtirakçılarının  rəy  və  baxıĢları  nə  vaxtsa  sizinlə  birlikdə 
olan  adamların  baxıĢları  ilə  üst-üstə  düĢmürsə,  çuğlaĢmırsa,  reallıq, 
kompromiss,  vaxtında  istiqamətlənmək  zərurəti  mülahizələri  ilə  sən  bütün 
bu  dəyiĢikliklərə  haqq  qazandırmağa  baĢlayırsan.  Sadə  adamların,  Ģimal 
sənaye  rayonundakı  Ģəhərciyin  və  ya  içərilərdə  olan  kəndin  sakinlərinin 
səsləri  həqiqi  həyatdan  daha  çox  əks-səda  Ģəklində,  hansısa  bir  ilğım  kimi 
görünməyə  baĢlayır,  döyüĢ  meydanından  daha  çox  idarə  edilməli  olan 
mücərrədçiliklərə çevrilir.  
 
 
  Senatorun  iĢini  digər  qüvvələr  də  hərəkət  etdirir.  Kampaniyada  pul, 
əlbəttə, nəhəng rol oynayır, ancaq təkcə  vəsait toplanması namizədi yuxarı 
qaldırmır. Əgər sən qalib gəlmək istəyirsənsə, ən azı uduzmaq istəmirsənsə, 
yadda  saxlamalısan  ki,  təĢkilat  heç  də  əskinaslardan  az  vacib  deyildir. 
Xüsusən ilkin seçkilərdə seçicilərin gəlməsi aĢağı olduqca, seçki dairələrinin 
daim  dəyiĢdirilməsini  və  elektoratın  bölünməsini  də  nəzərə  aldıqda  hər  bir 
namizəd  üçün  bu  ən  mühüm  mərhələyə  çevrilir.  Bizim  günlərimizdə 

 
95 
getdikcə az adam tapılır ki, siyasi kampaniyada könüllü kimi iĢləməyə onun 
vaxtı  və  həvəsi  olsun,  xüsusən  ona  görə  ki,  belə  iĢ  adətən  konvertlərin 
yapıĢdırılmasından  və  bir  evdən  baĢqasına  getməkdən  ibarət  olur.  Proqram 
nitqləri  yazılmasında  və  iri  miqyaslı  ideyaların  irəli  sürülməsində  onlara 
ehtiyac olmur.  Əgər sənə namizəd kimi  siyasi iĢçilər və ya seçici siyahıları 
lazımdırsa,  sən  adamların  artıq  təĢkil  olunduğu  yerə  gedirsən.  Biz 
Demkoratlar  üçün  bu,  həmkarlar  ittifaqlarıdır,  ətraf  mühiti  qoruyanların 
birlikləri, qadınların abort hüququ uğrunda çıxıĢ edənlərdir. Respublikaçılar 
üçün  isə  bu,  dini  sağlardır,  yerli  ticarət  palataları,  Milli  Atıcılar 
Assosasiyasının  (NRA)  Ģöbələridir,  vergilərin  artırılmasına  qarĢı  olan 
hərəkatın tərəfdarlarıdır. 
Mənə heç vaxt xüsusən hamını  - «Ekson Mobil» və bənnaları, əczaçılıq 
nəhəngləri lobbiçilərini və əqli cəhətdən geri qalan uĢaqların valideynlərini 
bir  yerə  yığan  «xüsusi  mənafelər»  termini  xoĢ  gəlməmiĢdir.  Politoloqların 
çoxu  bununla  razılaĢmayacaqlar,  lakin  mənə  belə  gəlir  ki,  müstəsna  olaraq 
pula  iĢləyən  korporativ  lobbi  ilə  ümumi  maraqlar  əsasında  birləĢən 
adamların,  -  qoy  bu  toxuculuq  sənayesinin  iĢçiləri,  silahın  ehtiraslı 
həvəskarları,  ailə  fermasının  sahibləri  olsun,  -  cəmiyyətləri  arasında  böyük 
fərq vardır. Belə fərq həmçinin iqtisadi rıçaqlardan öz dairəsindən kənara da 
siyasi təsirlərini yaymaq üçün istifadə edənlərlə, ancaq öz nümayəndələrinə 
səslərlə  təsir  etməyə  çalıĢan  adamlar  arasında  da  vardır.  Birincilər 
demokratiya ideyasının özünü təhrif edirlər. Ġkincilər onun mahiyyətini ifadə 
edirlər. 
Ümumiyyətlə,  seçilən  namizədlərə  maraqlı  qrupların  təsiri  heç  də 
həmiĢə  xoĢ  olan  bir  iĢ  deyil.  Siyasətçilərə  təsir  edən  qruplar  öz  sıralarında 
aktivistləri  saxlamaq,  daim  pul  vəsaitlərinin  daxil  olmasına  nail  olmaq, 
nəhayət özlərinin eĢidilməsi üçün elə hərəkət etməlidirlər ki, guya onlar milli 
mənafeləri  ifadə  etmirlər.  Onlar  ən  ağıllı,  ən  səriĢtəli  və  ya  ən  liberal 
namizədi  dəstəkləməyə  can  atmırlar.  Bunun  əvəzində  onlar  konkret 
məsələlərlə  –  pensiyalarla,  məhsulun  qorunması  ilə,  baĢqa  hansısa 
problemlərlə  məĢğul  olurlar.  Sadə  dildə  deyilsə,  onlar  öz  oyunlarını 
oynayırlar, istəyirlər ki, onların təmsilçiləri bu oyunda onlara kömək etsin. 
Ġlkin  seçkilər  üzrə  mənim  kampaniyam  gedəndə  bəlkə  də  əllidən  az 
olmayan  müxtəlif  anketlər  doldurdum.  Onlar  bir-birindən  kəskin  surətdə 
fərqlənirdi. Bir qayda olaraq hər bir anketdə bu qaydada olan on və ya on iki 
sual  var  idi:  «Əgər  seçilsən  siz  vəd  edə  bilərsinizmi  ki,  dul  qadınları  və 
yetim  uĢaqları  küçəyə  atmağa  imkan  verən  Skruc  qanununu  ləğv 
edəcəksiniz?». 
Zaman  tələb  edirdi  ki,  mən  yalnız  təĢkilatlardan  olan  anketləri 
doldurum,  onlar  həqiqətən  də  məni  dəstəkləyə  bilərdilər  (mənim 

 
96 
namizədliyimə səsvermənin nəticələrinə uyğun olaraq onlara, Milli Atıcılar 
Assosasiyası  (NRA)  və  ya  abort  əleyhinə  çıxıĢ  edən  «Həyat  hüququ» 
hərəkatı heç cür aid deyildi). Ona görə də mən sualları o qədər də diqqətlə 
oxumayıb,  çoxuna  «hə»  cavabını  verirdim.  Onlardan  ancaq  bəziləri 
fikirləĢməyə  məcbur  edirdi.  Mən  əməyin  və  ətraf  mühitin  mühafizəsinin 
daha  sərt  standartlarını  bizim  əmək  qanunvericiliyinə  daxil  etməyə  çağıran 
hansısa həmkarlar ittifaqı ilə razılaĢa bilərdim. Lakin mən hesab edirdimmi 
ki,  azad  ticarət  haqqındakı  ġimali  Amerika  müqaviləsini  (NAFTA)  ləğv 
etməyin vaxtı artıq gəlib çatmıĢdır? 
Mən, 
ümummilli 
səhiyyə 
proqramının 
bizim 
ən 
baĢlıca 
prioritetlərimizdən  biri  olması  ilə  razılaĢa  bilərdim,  lakin  buradan  belə 
çıxırdımı ki, həmin məqsədə nail olmaq üçün Konstitusiyaya növbəti düzəliĢ 
etmək  lazımdır?  Mən  bu  məsələnin  üstündə  çox  düĢünürdüm,  kağızın 
kənarında  yazır,  özümə  izah  edirdim  ki,  bu  və  ya  digər  seçimi  etmək  nə 
qədər  çətindir.  ƏməkdaĢlarım  yalnız  baĢlarını  silkələyirdilər.  Mənə 
deyirdilər:  «Bir  yanlıĢ  cavab  olsa,  bütün  tərəfdarlar,  iĢçilər  və  seçicilər 
baĢqasına  qismət  olacaqdır».  Mən  özlüyümdə  fikirləĢirdim:  «Sizə  qulaq 
assan, məhz belə küt fanatik mübarizəyə baĢlayacaqsan, həmin mübarizə isə 
hər Ģeyə son qoyacaqdır». 
  Kampaniya vaxtı bir, seçildikdən sonra baĢqa söz de – və elə o andaca 
tipik ikiüzlü siyasətçiyə çevriləcəksən. 
  Bəzi suallara mən lazım olduğu kimi cavab vermirdim və ona görə də 
bir  neçə  tərəfdarımı  itirdim.  Bəzən  isə  əksinə    olurdu,  səhv  cavaba 
baxmayaraq  qrup  mənə  ümid  bəslədikdə,  bu  bizim  təəccübümüzə  səbəb 
olurdu. 
  Bəzən  isə  mənim  anketdə  nə  yazıb,  yazmadığım  elə  bir  əhəmiyyətə 
malik  olmurdu.  Mister  Halldan  əlavə  Bġ  Senatına  Demokratların  ilkin 
seçkilərində mənim ən ciddi rəqibim Ġllinoysun baĢ maliyyə nəzarətçisi Den 
Hayns  idi.  O,  gözəl  adam  olmaqla,  bacarıqlı  dövlət  qulluqçsusu  idi,  onun 
atası Tomas Hayns isə bir müddət Ģtat Senatının sədri olmuĢ, Kuk mahalının 
vergi  orqanlarında  iĢləmiĢ,  Ģəhər  seçki  dairəsi  komitəsinə  daxil  olmuĢ, 
Demokratik  Partiyanın  Milli  Komitəsində  çalıĢmıĢ  və  ümumiyyətlə  Ģtatın 
siyasi  həyatında  görkəmli  Ģəxsiyyətlərdən  biri  olmuĢdu.  Öz  kampaniyasına 
baĢlamamıĢdan  əvvəl  Den  artıq  Ģtatın  102  mahal  baĢçısından  85-nin 
dəstəyini  almıĢdı.  Qanunvericilik  məclisindəki  mənim  kolleqalarımdan 
çoxu,  o  vaxtlar  eyni  zamanda  Palatanın  spikeri  və  Demokratik  Partiyanın 
Ġllinoys  Ģöbəsinin  sədrliyi  vəzifələrini  daĢıyan  Mayk  Mediqan  da  onu 
dəstəkləyirdi. Denin   saytında tərəfdarlarının siyahısını nəzərdən keçirmək, 
filmin  sonunda  yazılmıĢ  sözləri  oxumaq  kimi  bir  iĢ  idi  –  axıra  çatmağa 
hövsələn çatmırdı. 

 
97 
  Buna  baxmayaraq,  mən  səsləri,  xüsusən  də  həmkarlar  ittifaqı 
üzvlərinin  səslərini  özümə  cəlb  etməyə  ümid  bəsləyirdim.  ġtatın 
Qanunvericilik məclisində yeddi il mən onların müttəfiqi olmuĢdum, qanun 
layihələrini  müdafiə  etmiĢdim  və  onların  problemlərin  müzakirəyə 
çıxarmıĢdım.  Mən  bilirdim  ki,  ənənəvi  olaraq  Amerika  Əmək  Federasiyası 
istehsalat  həmkarlar  ittifaqlarının  Konqressi  (AFL-CIO)  öz  müttəfiqlərini, 
onların  xeyrinə  səs  verənləri  müdafiə  edir.  Lakin  kampaniyanın  gediĢində 
nəsə  anlaĢılmayan  hadisələr  baĢ  verdi.  Yük  maĢınları  sürücülərinin 
həmkarlar  ittifaqı  mən  Sprinqfildə  səsverməyə  gedən  günü  Çikaqoda  öz 
qurultayını  keçirdi.  Onlar  qurultayın  vaxtının  dəyiĢdirilməsi  təklifini  rədd 
etdilər,  mənim  onlarla  görüĢümə  imkan  vermədən  mister  Hayns  onların 
dəstəyini  aldı.  ġtatın  ənənəvi  yarmarkası  vaxtı  həmkarlar  ittifaqının  təĢkil 
etdiyi  qəbula  bizi  dəvət  etmiĢdilər,  ancaq  xəbərdarlıq  etmiĢdilər  ki, 
kampaniyanın reklamı ciddi qaydada qadağan edilmiĢdir. Ora gələndə bütün 
zalda  Haynsın  plakatlarının  asılı  olduğunu  gördük.  AxĢam,  AFL-CIO-nun 
müdafiə  sessiyası  keçiriləndə  mən  müĢahidə  etdim  ki,  mənim  zəhmətkeĢ 
dostlarımdan  bir  neçəsi  zala  daxil  olduqda  nəzərlərini  baĢqa  tərəfə  çevirdi. 
Həmkarlar ittifaqının ən iri yerli Ģöbələrindən birinin yaĢlı sədri yaxınlaĢıb 
dostcasına əlini kürəyimə vurdu. O, kədərli təbəssümlə dedi: 
-
 
Barak,  iĢ  səndə  deyil.  BaĢa  düĢürsən,  Tom  Haynsla  biz  bir-birimizi 
demək  olar  ki,  əlli  ildir  ki  tanıyırıq.  Biz  bir  yerdə  böyümüĢük,  bir  kilsəyə 
getmiĢik. Axı Dennini mən uĢaqlıqdan tanıyıram.  
Mən cavab verdim ki, hər Ģeyi yaxĢı baĢa düĢürəm. 
-
 
O,  Senata  düĢsə,  Denninin  yerinə  seçilməyə  razılaĢarsanmı?  Necə 
fikirləĢirsən? Səndən əla nəzarətçi çıxardı. 
Mən  öz  əməkdaĢlarımın  yanına  qayıtdım  və  onlara  dedim  ki,  görünür 
biz AFL-CIO-nun dəstəyinə bel bağlamalı olmayacağıq. Lakin yenə hər Ģey 
baĢqa  cür  oldu.  Bir  neçə  iri  həmkarlar  ittifaqının  –  Ġllinoys  müəllimlər 
federasiyasının, xidmət sferası iĢçilərinin   Millətlərarası Ġttifaqının (CEIU), 
Amerika dövlət mahal və bələdiyyə qulluqçuları federasiyasının (AFSCME) 
və üstəlik mehmanxana və ictimai iaĢə sferası iĢçilərini təmsil edən tikiĢ və 
toxuculuq sənayesi-sahələri iĢçilərinin həmkarlar ittifaqının (UNITE HERE) 
rəhbərləri  bütün  kartları  dəyiĢik  saldılar.  Haynsı  deyil,  məni  müdafiə  etilər 
və bu, mənim kampaniyama lazım olan çəkini verdi. Onların tərəfindən bu 
olduqca risqli bir iĢ idi. Mən uduzsaydım onlar pullarını da, dəstəklərini də, 
öz üzvlərinin etimadını da itirmiĢ olacaqdılar. 
Beləliklə, mən həmkarlar itifaqına borclu oldum. Onların liderləri mənə 
zəng edəndə bütün iĢlərimi kənara atıb onların məsələlərini həll edirəm. Mən 
heç  vaxt  bizim  münasibətlərimizi  korrupsiyalaĢmıĢ  adlandırmayacağam. 
Mən  kiçik  bir  haqqa  görə  xəstənin  altına  ləyən  qoyan  xəstə  baxıcısı 

 
98 
qarĢısında, uzaq kənd məktəblərində iĢləyən və dərs ilindən əvvəl öz puluna 
Ģagirdlərə dəftər, karandaĢ alan müəllimlər qarĢısında da öz borcumu yaxĢı 
hiss  edirəm.  Mən  siyasətə  getmiĢəm  ki,  onların  mənafeyini  müdafiə  edim, 
onların asan olmayan həyatını yadıma salan həmkarlar ittifaqı ilə ünsiyyətə 
daim Ģad oluram. 
Lakin mən baĢa düĢürəm ki, çox vaxt keçməz ki, vədlərimin bir hissəsi 
digərləri  ilə  toqquĢacaqdır,  məsələn,  kasıb  Ģəhər  rayonlarında  yaĢayan 
savadsız uĢaqlar barəsindəki öhdəliklərimlə, və ya hələ doğulmamıĢ körpələr 
qarĢısındakı  borcumla,  axı  biz  onlara  nəhəng  dövlət  borcunu  miras 
qoyacağıq. Mürəkkəbliklər artıq özünü göstərir, mən, məsələn, təklif etdim 
ki,  müəllimlərə  əlavə  əmək  haqqı  verilməsi  sistemini  tətbiq  etməklə 
eksperiment  keçirək  və  Amerikanın  avtomobil  və  aerokosmik  sənayesi  və 
kənd  təsərrüfatı  maĢınqayırması  iĢçilərinin  BirləĢmiĢ  həmkarlar  itifaqından 
olan 
dostlarımın 
etirazına 
baxmayaraq, 
iĢin 
səmərəliliyinin 
qiymətləndirilməsi sistemini sərtləĢdirək. Mən daim özümə xatırladıram ki, 
əlavə əmək haqqı barədə məsələni təkrar-təkrar qoyacağam və ümid edirəm 
ki, eynilə o qaydada mənim Respublikaçı kolleqam ardıcıl olaraq vergilərin 
azaldılması barədə və ya gövdə hüceyrələrinin tədqiq edilməsi əleyhinə çıxıĢ 
edəcəkdir;  axı  o,  kampaniya  dövrü  çıxıĢ  edəndə  də  bu  mövqedə  olmuĢdu. 
Onun seçiciləri buna qarĢı çıxsa da, o, ölkə üçün faydalı olduğuna görə belə 
edirdi. Mən ümid edirəm ki, həmkarlar ittifaqlarında olan dostlarımın yanına 
mən  həmiĢə  gəlib,  onlara  izah  edə  bilərəm  ki,  nəyə  görə  mən  məhz  bel 
mövqeyi  müdafiə  etdim,  bu  mövqe  mənim  dəyərlərimə  və  onların 
uzunmüddətli mənafelərinə nə dərəcədə uyğun gəlir. 
Lakin, mən görürəm ki, həmkarlar ittifaqlarının liderləri heç də həmiĢə 
bu baxıĢlara tərəfdar olmayacaqlar. Bəlkə də vaxt gələcəkdir ki, bunda onları 
satdığımı  güman  edəcəklər.  Mənə  hirsli  məktublar  da  gələ  bilər. 
QəzəblənmiĢ adamlardan zənglər də ala bilərəm. Bəlkə də gələn dəfə onlar 
məni dəstəkləməyəcəklər. Axı, bu səninlə birinci dəfə deyil ki, baĢ verir. Sən 
seçki yarıĢını ona görə uduzursan ki, qələbə üçün lazım olan çoxluq səninlə 
razı  deyildir  və  ya  ilkin  seçkilərdə  rəqibinin  səni  xəyanətdə  ittiham  edən 
hücumlarını dəf etməli olursan, bu vaxt artıq mübarizəyə, qarĢıdurmaya olan 
həvəsini itirirsən. Daxili səsinə qulaq asmağa baĢlayırsan: maraqlı qruplara 
sənə  təzyiq  göstərməyə  imkan  verməməyindən  ya  dostlarınla  yaxĢı 
münasibətləri qoruyub saxlamağından hansı yaxĢıdır? Axı, cavab da o qədər 
aydın  deyildir.  Bu  vaxt  anketləri  dolduranda  olduğu  kimi  düĢünmədən 
hərəkət edirsən, «hə» bildirən kvadratcıqlarda iĢarə qoyursan, vəssəlam. 
 
 

 
99 
Siyasətçilər öz iri sponsorlarının girovlarına çevrilmiĢlər,  maraqlı olan 
qruplar onlara təzyiq göstərməyə baĢlayırlar – bu bizim müasir dövrümüzün 
danılmaz faktıdır, indiki demokratiyanın problemlərinin istənilən təhlili buna 
diqqət yetirir. Lakin öz yerini qoruyub saxlamağa çalıĢan siyasətçi üçün həm 
də üçüncü qüvvə vardır. Bu qüvvə onu hərəkət etməyə məcbur edir. Siyasi 
debatlara  ton  verir,  onun  imkanlarının  hədlərini,  onun  düĢə  biləcəyi  və  ya 
bilməyəcəyi vəziyyəti müəyyən edir. Qırx ya əlli il əvvəl belə qüvvə partiya 
aparatı  –  böyük  bosslar,  siyasi  veteranlar,  bir  telefon  zəngi  ilə  səni  bura 
buraxan  və  ya  əksinə,  karyeranı  puça  çıxara  bilən  və  VaĢinqtonu  idarə 
edənlər idi. Bu gün bu qüvvə kütləvi informasiya vasitələri, mediadır.  
Burada  izahat  tələb  olunur.  Senata  öz  namizədliyimi  irəli  sürdüyüm 
vaxtdan, orada mənim iĢlədiyim birinci ilin axırına qədər olan üç il ərzində 
mətbuat  mənə  təəccüblü  qaydada,  bəzən  də  hətta  layiq  olmadığım  halda 
loyal  münasibət  göstərmiĢdi.  Əlbəttə,  təkcə  özümün  keçməyən  namizəd 
olmağım statusuna görə buna borclu deyildim. Həm də ona görə ki, mən bir 
növ yenilik idim – ekzotik mənĢəli qaradərili namizəd, bəlkə də, məsələ həm 
də  mənim  nitq  üslubumda  idi  –  qızğın,  ardıcıl  olmayan,  bəzən  çox  sözlü 
(bunu  mənə  MiĢel  və  əməkdaĢlarım  daim  xatırladırlar)  çıxıĢlarım  savadlı 
dairələrdə rəhmdillik əks-sədası yaradırdı. 
Bundan  baĢqa,  mən  hətta  xoĢagəmləz  siyasi  reportajların  qəhrəmanına 
çevriləndə  də  bunu  yalnız  öz  iĢini  görən  adamlar  yazırdı.  Onlar  bizim 
söhbətlərimizi  diktofona  yazır,  mənim  bəyanatlarım  üçün  lazım  olan 
konteksti  seçir  və  məni  tənqid  edəndə  isə  hər  dəfə  mənə  zəng  edib,  bu 
barədə mənim nə düĢündüyümü öyrənirdilər.  
Buna görə də ən azı fərdi qaydada, mənim Ģikayətlənmək üçün heç bir 
əsasım  yoxdur.  Əlbəttə,  bu  o  demək  deyildir  ki,  mən  mətubata  məhəl 
qoymamağı  özümə  rəva  bilərəm.  Məhz  buna  görə  də  müĢahidə  etdim  ki, 
mətbuat öz iĢığını necə mənim üzərimə salır və prosesin necə sürətlə dəyiĢə 
biləcəyini də heç vaxt yaddan çıxarmıram. 
Gəlin sadə bir məsələni həll edək. ĠĢlədiyim bir ildə ictimaiyyətlə otuz 
doqquz  görüĢ  keçirdim.  Onların  hər  birində  dörd  yüz-beĢ  yüz  adam  iĢtirak 
edirdi,  ümumilikdə  götürdükdə  mən  on  beĢ  mindən  iyirmi  minə  qədər  olan 
sayda  adamla  görüĢmüĢdüm.  Əgər  mən  belə  sürətlə  davam  etsəydim, 
seçkilər gününə qədər öz doxsan beĢ -min yüz min seçicimlə Ģəxsən görüĢə 
bilərdim.  
Ancaq  Çikaqo  yerli  xəbərlər  kanalında  ən  yüksək  reytinqli  olmayan 
vaxt  belə  üç  dəqiqəlik  rolikə  eyni  vaxtda  iki  yüz  min  tamaĢaçı  baxa  bilir. 
Görünür  ki,  federal  səviyyədə  olan  hər  bir  digər  siyasətçi  kimi  mən  öz 
ətrafıma  tərəfdarlar  cəlb  etməkdə  mediadan  bütövlükdə  və  tamamilə 

 
100 
asılıyam.  Bu  sözlərimə  mikroskop  altında  baxılan  bir  növ  laboratoriyadır, 
burada bəyanatlar təhlil edilir, məsləklər yoxlanılır. 
  Medianın  bizim  siyasətə  təsiri  olduqca  müxtəlif  qaydalarda  meydana 
çıxır.  Bu  gün  yalnız  tənbəl  adam  qərəzlilik  və  hər  cür  prinsiplərin  tam 
yoxluğu barədə danıĢmır. Radio ilə verilən xəbərlər, «Foks nyus», qəzetlərin 
redaksiya məqalələri, kabel televiziyasındakı tok-Ģou və xüsusən bloqqerlər 
bir-birlərini  təhqir  edir.  Biri  o  birinə  ittiham  yağdırır,  bütün  sutka  boyu 
fasiləsiz olaraq dedi-qodu ilə məĢğul olunur. Çoxları müĢahidə etmiĢdir ki, 
belə üslub heç də təzə deyildir, amerikan jurnalistikasının bir vaxtlar dəbdə 
olan ənənələrinə, janrın klassikləri olan Uilyam Randolf Herstə və polkovnik 
Makkormikə qayıtmaqdan xəbər verir. Yalnız Ġkinci Dünya müharibəsindən 
sonra məqalələrdəki zəhər azalmağa, obyektivlik isə əksinə artmağa baĢladı.  
Onu  inkar  etmək  çətindir  ki.  söz  gurultulu  televiziya  və  ineternet 
tərəfindən  dəfələrlə  böyüdüldüyündən  bizim  siyasi  həyatı  çox 
kobudlaĢdırmıĢdır.  Adamlarda  bu,  xasiyyət  müvazinətsizliyi  tərbiyə  edir, 
inamsızlıq  yaradır.  Siyasətçilərə  bunun  xoĢ  gəlib  gəlməməsindən  asılı 
olmayaraq,  bu  daimi  kuporos  ruhun  üzərinə  çilənib,  onu  taqətdən  salır. 
Təəccüblüdür  ki.  hücumlar  açıq  olduqca  qanı  daha  az  qaraldır.  Əgər 
dinləyicilərə RaĢ Limbonun məni efirdə «Üsamə-Obama» adlandırması xoĢ 
gəlirsə, kobud desəm, mənim münasibətim ondan ibarət olur ki, qoy onları 
əyləndirsin. Daha hiyləgər siyasətçilər daha bərk sanca bilir. Çünki adamlar 
onlara daha tez inanırlar və onlar sözləri çox yaxĢı təhrif edib adamı səfehə 
çevirə bilirlər. 
Belə  ki,  2005-ci  ilin  aprelində  mən  Sprinqfilddə  prezident  Linkolnun 
yeni kitabxanasının açılıĢında iĢtirak etməli oldum. BeĢ dəqiqəlik çıxıĢımda 
dedim  ki,  Abraham  Linkolnun  məhz  insani  keyfiyyətləri,  anlaĢılan 
nöqsanları  onu  bizim  üçün  daha  cazibədar  edir.  «Linkolnun  yoxsulluqdan 
yüksəlməsi,  onun  öz  təhsili,  sözdən  məharətlə  istifadə  etməsi,  qanuna 
hörməti,  Ģəxsi  itkisindən  yuxarı  qalxmaq  bacarığı  və  çox  saylı  təhlükələr 
qarĢısında  sakit  qalması,  bütün  bu  xüsusiyyətlər  amerikan  xarakterinin 
binövrəsinin  təĢkil  etməklə  bizdə  inam  yaradır  ki,  böyük  məqsədlərə  nail 
olmaq  üçün  biz  daim  özümüzü  kamilləĢdirməliyik»  -  mən  onda  belə 
danıĢdım.  Bir  neçə  aydan  sonra  «Taym»  jurnalından  mənə  Linkolnun 
xatirəsinə  həsr  olunmuĢ  xüsusi  buraxılıĢ  üçün  oçerk  yazmaq  xahiĢi  ilə 
mürcaiət etdilər. Vaxtım az olduğundan, soruĢdum ki, bəlkə çıxıĢım bu iĢə 
yarayar.  Jurnal  cavabında  razılığını  bildirdi.  Lakin  xahiĢ  etdilər  ki,  mən  bir 
qədər  əlavələr  edim.  Linkolnun  mənim  həyatıma  necə  təsir  etdiyini  yazım. 
Çoxsaylı müĢavirələr arasında mən lazım olan dəyiĢiklikləri etdim, həm də 
yuxarıda  sitat  gətirdiyim  cümləni  də  bir  qədər  dəyiĢdim:  «Linkolnun 
kasıblıqdan  yüksəlməsi,  onun  öz  təhsili,  sözdən  məharətlə  istifadə  etməsi, 

 
101 
qanuna  hörməti,  Ģəxsi  itkisindən  yuxarı  qalxmaq  bacarığı  və  çox  sayda 
təhlükələr qarĢısında sakit qalması mənə xatırladır ki, təkcə mənim deyil, hər 
kəsin həyatında çətinliklər baĢ verir». 
Jurnal  çapdan  çıxmamıĢ  Reyqanın  keçmiĢ  çıxıĢ  yazanı-spiçrayteri, 
həmin  vaxt  isə  «Uoll-Strit»  jurnalının  müxbiri  olan  Peqqi  Nunenin 
reaksiyası  meydana  çıxdı.  «Hökumətin  lovğalığı»  baĢlıqlı  məqaləsində  o, 
yazırdı:  «Bu  həftə  daim  ehtiyatlı  olan  senator  Barak  Obama  qəflətən 
qanadlarını  açıb  bəyan  etdi  ki,  o,  özü,  nə  çox,  nə  az,  Abraham  Linkolnun 
yaxĢılaĢdırılmıĢ variantıdır. Senator Obamanın iddialarında qorxulu olan heç 
nə yoxdur, lakin ona belə təkəbbürlü tona keçmək yaramaz. Axı, bu senatora 
böyüklük gətirmir. Əgər Obama öz barəsində bu qaydada danıĢmağa davam 
etsə, belə də olacaqdır». 
Bax belə! 
Bunu demək çətindir ki, görəsən miss Nunen ciddi surətdə hesab edirmi 
ki,  mən  özümü  Linkolna  oxĢadıram  və  ya  sadəcə  olaraq  ona  belə  zərif 
qaydada  məni  təpikləmək  xoĢ  gəlir.  Lakin  etiraf  etmək  lazım  gəlir  ki, 
mətbuatın digər zərbələri ilə müqayisədə bu qıdıqlama kimi görünürdü. 
Mənim təcrübəli kolleqalarımın çoxdan keçirdikləri bir dərsi də beləcə 
aldım. Mənim hər sözüm Ģərh olunacaq və yenidən Ģərh olunacaq. Mən də 
buna  heç  bir  təsir  göstərə  bilməyəcəyəm.  Sözlərimdə  səhvlər,  baĢqa 
variantlar axtarıb tapacaqlar ki, onlardan əks tərəf istifadə edə bilsinlər və ya 
bunu  hansısa  televiziya  antireklamına  soxuĢdursunlar.  Ġstənilən  ehtiyatsız 
deyilmiĢ  sözün  ehtiyatsız  siyasət  illərindən  daha  çox  ziyan  vurmağa  qadir 
olduğu bir Ģəraitdə mən təəccüblənməməliydim ki, Kapitoli təpəsindəki hər 
bir  zarafat  ciddi-cəhdlə  düĢünülür,  istehza  Ģübhə  əmələ  gətirir.  Səmimilik 
dəbdən çıxır, coĢqunqluq isə ən təhlükəli hadisələr kateqoriyasına aid edilir. 
Mən düĢünürəm ki, nə qədər vaxt lazım gələcəkdir ki, bütün bunlardan baĢ 
çıxara  biləsən.  Demə,  hər  adamın  baĢında  neçə-neçə  yazıçı,  redaktor  və 
senzor  vardır,  «səmimilik»  anına  ciddiyyətlə  hazırlaĢmalısan,  yalnız 
ssenaridə  göstərildiyi yerlərdə və vaxtda hirslənməli və özündən çıxmalısan. 
Nə olar, çoxdanmı siz siyasətçi kimi danıĢmağa öyrənmisiniz? 
BaĢqa bir dərs isə belə idi: miss Nunenin sütunu meydana çıxan kimi, o, 
internetdə,  sağ  siyasi  qüvvələrin  saytlarında  veyillənməyə  baĢladı  ki,  nə 
olursa  olsun,  sübut  edə  bilsin  ki,  mən  çox  lovğayam,  özü  də  səthi  bir 
adamam (bu vaxt bütün saytlar bütövlükdə məqaləni deyil, ancaq bu cümləni 
sitat  gətirirdilər).  Bu  epizod  medianın  çox  gizli,  lakin  qeyri-adi  dərəcədə 
təhlükəli olan müasir xəstəliklərinin simptomuna çevrildi – yeganə bir sitat 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə