Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena



Yüklə 0,96 Mb.
səhifə1/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları
04.05.2014-cü il tarixində əlavə edilmişdir.

Cərrahiyyə yardımın təşkili və sosial gigiyena

1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?

A) Nəzarət-ekspert komissiyası

B) Müalicə həkimi

C) Şöbə müdiri

D) Baş həkim

E) Tibbi-sosial ekspertiza bürosu


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beyinin qan həcminə və KDT dəyişmir

B) Beynin qan həcmi artır və KDT yüksəlir

C) Beynin qan həcm artır və KDT dəyişmir

D) Beynin qan həcmi azalır və KDT yüksəlir

E) Beynin qan həcmi azalır və KDT azalır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) Hiperqlikemiyaya səbəb olur

B) Mədə-bagırsaq qanaxmalarını artırır

C) İmmun sistemi aşağı salır

D) İrinli fəsadların inkişafına səbəb olur

E) Beyin ödemini azaldır
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Yumşaq toxumaların hematoması

B) Künc damarının venasının flebiti

C) Üz sinirinin parezi

D) Parotit

E) Mediastenit
Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Trizm

B) Almacıq nahiyyəsinin fleqmonası

C) Lüdviq anginası

D) Alt dodağın karbunkulu

E) Yanaq nahiyyəsinin fleqmonası
Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
6) Sadalanan simptomlardan hansı göbək yırtığı üçün daha az xarakterikdir?
A) Sakit halda çətin düzəlməsi

B) Şişkinlik əksər hallarda narahatlıq zamanı meydana çıxır

C) Sakit halda asanlıqla düzəlməsi

D) Göbək həlqəsinin genişlənməsi

E) Tez-tez boğulma
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
7) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1 saata qədər

B) 1 sutkadan çox

C) Bir neçə saat

D) 10 dəqiqəyə qədər

E) 1saatdan çox
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
8) Baş beynin silkələnməsində vegetativ pozğunluqlara aşağıdakılardan hansı aiddir?

A) Hamısı

B) Üzün hiperemiyası

C) Zəiflik

D) Yüksək tərləmə,titrətmə

E) Ürəkbulanma, qusma


Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
9) Baş beynin silkələnməsində müşahidə olunan astenik simptomlara aşağıdakılardan hansı aiddir?
A) Tez yorulma

B) Yüksək tərləmə

C) Baş ağrısı

D) Qıcıqlılıq

E) Başgicəllənmə
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
10) Baş beynin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 7 gün

B) 1 ay


C) 1 gün

D) 3 gün


E) 14 gün
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
11) Aşağıdakı hansı əlamətin mövcudluğu beyin əzilməsini təsdiq edir ?
A) 1 saatdan artıq huşun itirilməsi

B) Hamısı düzdür

C) Kəllə sümüklərinin sınığının və likvoreyanın olması

D) Subaraxnoidal qanaxmanın olması

E) Hemiparezin olması
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
12) Hansı ümumi beyin simptomu baş beynin əzilməsində rast gəlinmir?
A) Nistaqm

B) Ürəkbulanma,bir neçə dəfə qusma

C) Sopor tipli huş pozuntusu

D) Baş ağrısı

E) Karlaşma tipli huş pozuntusu
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
13) Epidural hematoma üçün aşağıdakılardan hansı xarakterikdir?
A) Travmadan sonra huşun itməsi (ışıqlı mərhələ olmadan)

B) Travmadan müəyyən vaxtdan sonra huşun itməsi

C) Huşun itməsi baş vermir

D) Başgicəllənmənin olması

E) Huşun itməsi ,işıqlı mərhələ,sonra təkrar huşun itməsi
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
14) Beyindaxili hematomalara aşağıdakı simptomlardan hansı xarakterikdir?
A) Hemiparez

B) Başgicəllənmə

C) Tutmaşəkilli baş agrıları

D) Bütün sadalananlar

E) Hissiyyat pozğunluğu
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
15) Güllə yarası üçün hansı xarakterikdir?
A) Hamısı düzdür

B) Yaranın kənarlarında yanıq əlamətləri

C) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib və yanıq əlamətləri var

D) Yara oval və ya dairəvi formada olub kənarları düzdür

E) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
16) Kəllənin güllə yarasının təsnifatında hansı zədələnmələr qeyd olunur?
A) Qapalı

B) Kor,toxunan

C) Bütün sadalananlar

D) Açıq


E) Dəlib keçən
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
17) Onurğa beyninin mərkəzi şöbələrinin zədələnmə sindromuna hansı aiddir?
A) Müxtəlif dərəcəli hissiyyatın itməsi və çanaq pozgunluqları, aşağı paraplegiya, yuxarı paraparez

B) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi , çanaq pozgunluqları olmadan

C) Hissiyyatın dissosasiya edilmiş pozuntusu

D) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi və çanaq pozgunluqları

E) Tam iflic və çanaq pozğunluqları ilə ağrı,temperatur, hissiyyatının itməsi
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
18) Ağciyərin irinləmiş kistasının plevra boşluğuna açılması nəticəsində əmələ gələn piotoraks zamanı taktika necə olmalıdır?
A) Konservativ (antibakterial) terapiyanın aparılması

B) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi,ehtiyac olarsa - torakotomiya

C) Torakotomiya,ağciyərin kista ilə birgə seqmentar rezeksiyası

D) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi

E) Torakotomiya,lobektomiya
Ədəbiyyat: М.И.Кузин .Хирургические болезни. Москва,2002,812 c.
19) Ağciyər exinokokkozunun piopnevmotoraksla ağırlaşması zamanı seçim əməliyyatı hansıdır?
A) Birmomentli exinokokkektomiya,plevra boşluğunun sanasiyası və drenə edilməsi

B) Ağ ciyərin atipik rezeksiyası, plevra boşluğunun sanasiyası və drenə edilməsi

C) Lobektomiya, plevra boşluğunun sanasiyası və drenə edilməsi

D) İkimomentli exinokokektomiya

E) Pulmonektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
20) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?
A) 4-5 yaşında

B) 3 yaşdan sonra

C) 2 yaşa qədər

D) Diaqnoz qoyularkən

E) 1 yaşa qədər
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

21) Obliterasiyaedici endarteriitlə xəstədə fiziki müayinə zamanı nəyə diqqət yetirmək lazımdır?
A) Tərləmənin pozulmasına

B) Bütün sadalananlara

C) Dəri örtüyünün rənginə

D) Saçların və dırnaqların inkişafına

E) Periferik arteriyanın pulsasiyasına
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
22) Obliterasiyaedici endarteriitlə xəstələrdə differensial diaqnostikanı nə ilə aparmaq lazımdır?
A) Bütün sadalananlar

B) Səthi tromboflebitlə

C) Periferik nevritlə

D) Obliterasiya edən ateroskleroz və spesifik olmayan aortaarteriitlə

E) Anadasngəlmə artiokleroz displaziya ilə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

23) Obliterasiyaedici endarteriitlə xəstələrdə konservativ müalicə necə aparılmalıdır?
A) Mövsümü terapiya

B) İldə 1 dəfə 1 ay olmaqla

C) İl boyu

D) Kəskinləşmə dövründə

E) İldə iki dəfə və hər biri bir ay olmaqla stasionar şəraitdə,həmçinin bütün il boyu qoruyucu terapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
24) Obliterasiyaedici endarteriit zamanı tipik revaskulyar əməliyyata göstərişə nə aiddir?
A) 200 m-ə qədər məsafəyə gedərkən keçici axsama və dizaltı arteriyanın və ya baldır arteriyalarında birinin keçiriciliyinin olması zamanı

B) 500 m-dən çox məsafəyə gedərkən fasiləli axsama

C) 4-5 km/saat 1000 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

D) 4-5 km/saat 700 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

E) Dishidroz,ətrafların soyuması və keçici axsama
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

25) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası

B) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası

C) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası

D) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası

E) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
26) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici endarteriitdən nə ilə fərqlənir?
A) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda miqrasiyaedici tromboflebitin olması

B) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi

C) Ciddi fərq yoxdur

D) Arteriyal şaxənin distal zədələnməsi

E) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil etməsi
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
27) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Qanın lazer şüalanması

B) Qeyd olunanların hamısını

C) Hiperbarik oksigenasiya

D) Hemosorbsiya

E) Plazmaferez
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
28) Obliterasiyaedici endarterit zamanı zədələnmiş ətrafa arteriyadaxili yeridilən və ən yaxşı təsir edən preparat hansıdır?
A) Lidokain

B) Hidrogen-peroksid məhlulu

C) Reopoliqlükin

D) Bazoprostan

E) Novokain
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
29) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların assiloqrafiyası

B) Yuxarı ətrafların reovozoqrafiyası

C) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya

D) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

E) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

30) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Bütün sadalananlar

B) Yerli trofiki dəyişiklik

C) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması

D) Ağrı hiss etməsinə görə şikayətlənmək

E) Kosmetik defektə görə şikayətlənmək
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

31) Varikoz genəlmədə ulturasəs dopler müayinəsi və fleboqrafiyaya nə zaman gostərişdir?
A) Differensiasiyali yanaşdıqda

B) Cavan yaşlı xəstələrdə (20-40 yaş arası)

C) Ətraflarda trofiki dəyişiklik olduqda

D) Bütün xəstələrdə

E) Yaşlı xəstələrdə (40 yaşdan yuxarı)
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
32) Varikoz xəstəliyində cərrahi müalicənin radikallığı nədən asılıdır?
A) Kollaterallar boyu bütün magistral varikoz damarların çıxarılması

B) Oval çuxur nahiyyəsində bütün kollateralların işləməsindən

C) Bütün sadalananlardan

D) Fassiyaaltı və fassiyaüstü bütün perforant venaların bağlanması

E) Varikoz zədələnmiş kiçik dərialtı venaların çıxarılması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
33) Flebektomiya əməliyyatı aşağıda sadalananlardan hansıdır?
A) Narat üsulu

B) Kokett üsulu

C) Bütün sadalanan üsullar

D) Bebkokk üsulu

E) Troyanov-Trendelenburq üsulu
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
34) Flebektomiya əməliyyatından sonra əhəmiyyətli nə sayılır?
A) Xəstənin tez aktivləşdirilməsi

B) Elastik bintdən istifadə edərək xəstənin tez aktivləşdirilməsi

C) Antibiotikoterapiya

D) Palçıq müalicəsi

E) Fizioterapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
35) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?
A) Piyliyin eventrasiyası

B) Residiv

C) Tikişlərin aralanması

D) Liqatura fistulu

E) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
36) Posttromboflebitik xəstəlikdə hansl seqment daha çox zədələnir?
A) İliofemoral seqmenti

B) Aşağı boş venanı

C) Femero-tibial seqmenti

D) Poplitea-tibial seqmenti

E) İleokaval seqmenti
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
37) Posttromboflebitik xəstəlyin patofizioloji venoz dinamikası ilk növbədə nə ilə əlaqəlidir?
A) Xəstənin yaşı ilə

B) Aşağı ətraflarda venoz hipertenziyanın meydana çıxması ilə

C) Kommunukant venaların qapaq sisteminin pozulması ilə

D) Venoz qanın dərin venalardan səthi venalara axmasının patoloji pozgunluğu ilə

E) Tam varikoz genəlməyəə uğramış səthi venoz damarlara görə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
38) Posttromboflebitik xəstəlyin daha çox yayılmış formasına hansı aiddir?
A) Kəskin forma

B) Ödemli ağrılı və varikoz-xoralı forma

C) Trofiki forma

D) Ödemli ağrılı forma

E) Varikoz-xoralı forma
: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
39) Posttromboflebitik xəstəlyin cərrahi müalicəsində geniş istifadə olunan üsul hansıdır?
A) Dərin venoz sistemə implantantla süni qapağın qoyulması

B) Kokett əməliyyatı

C) Dərin venaların ekstravazal qapaq korreksiyası

D) Autovenoz şuntlama və dərin venaların protezləşdirilməsi

E) Linton əməliyyatı ilə konbinə olunmuş flebektomiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
40) Venoz trombozun ucu böyrək venalarından aşağı yerləşən zaman ağciyər arteriyalarının trombemboliyasının profilaktikası necə aparılmalıdır?
1.Aşağı boş venanın parsial okkluziyası

2.Aşağı boş venanın bağlanması

3.Trombektomiya

A) 1,2


B) Yalnız 1

C) Yalnız 2

D) 1,2,3

E) 2,3
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.


41) Ağciyər arteriyasının tromboemboliyasının təsnifatı hansıdır?
A) Ağciyərin total tromboemboliyası

B) Sağ ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

C) Sol ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

D) Kicik, pay, seqmentar, massiv tromboemboliya

E) Bütün sadalananlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
42) Ağciyər atreriyasının tromboemboliyasının profilaktikasına nə daxildir?
A) Ağrıkəsicilərin yeridilməsi

B) Antikoaqulyant terapiya

C) Antiaqreqant terapiya

D) Antikoaqulyant terapiya, lazım gələrsə operativ metod

E) İnfuzion terapiya
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
43) Ağciyər arteriyasının trobemboliyası zamanı əsas klinik sindrom hansıdır?
A) Ağciyər-plevral

B) Kardial və abdominal

C) Abdominal

D) Kardial

E) Bütün sadalananlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
44) Ağciyər arteriyasının trobemboliyası venasının trombozundan nə ilə fərqlənir?
A) Öncə trobemboliya olur, sonra klinik simptomlar

B) “Sağlam” insanlarda da ağciyər arteriyasının trobemboliyası ola bilər

C) Venoz trombozda klinik əlamətlər nisbətən ləng inkişaf edir

D) Bütün sadalananlar

E) Venoz trombozun səbəbindən asılı olaraq letallıq uzanır
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
45) Qida borusunun təzə zədələnmələri zamanı radikal əməliyyat-defektin tikilməsi hansı müddətə qədər olunmalıdır?
A) 12-24 saat

B) 6-8 saat

C) 48 saata qədər

D) 24-36 saat

E) 8-12 saat
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
46) Hansı divertikul Zenker divertikulu adlanır?
A) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

B) Qida borusunun abdominal hissəsinin divertikulu

C) Mədənin fundal hissəsinin divertikulu

D) Udlaq-qida borusu divertikulu

E) Qida borusunun epifrenal divertikulu
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
47) Epifrenal divertikulun cərrahi müalicəsi zamanı hansı kəsik aparılır?
A) Sağ tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya

B) Sağ tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

C) Sol tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

D) Yuxarı orta laparatomiya

E) Sol tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
48) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı forma müşahidə edilmir?
A) Subtotal

B) Qida borusu

C) Bağırsaq

D) Kardiofundal

E) Kardial
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
49) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı əlamət müşahidə olunmur?
A) Qıcqırma

B) Gəyirmə

C) Stenokardiya tipli ağrı

D) Döş sümüyü arxasında ağrı

E) Hipoqastral nahiyədə ağrı
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
50) Qida borusunun peptiki strikturası hansı səbəbdən əmələ gəlir?
A) Kardiyanın xalaziyası zamanı mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri nəticəsində

B) Diafraqmanın qida borusu dəliyinin daralması nəticəsində

C) Qida borusunun epifrenal divertikulu nəticəsində

D) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

E) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
51) Qida borusunun peptiki strikturası zamanı aşağıdakılardan hansı müşahidə olunmur?
A) Döş sümüyü arxasında ağrı

B) Requrgitasiya

C) Qıcqırma

D) Qusma


E) Disfagiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
52) Qida borusunun peptiki strikturasının müalicəsi nədən başlanmalıdır?
A) Konservativ müalicə,bujlama və ya pnevmodilatasiya

B) Ezofaqofundorafiya

C) Fundoplikasiya olunur

D) Klapanlı qastroplikasiya

E) Qida borusunun distal hissəsinin rezeksiyası
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
53) Qida borusunun peptiki strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Ezofaqofundorafiya

B) Antireflüks əməliyyatı

C) Qida borusunun plastikası

D) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya

E) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
54) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Qida borusunun plastikası

B) Ezofaqofundorafiya

C) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı

D) Antireflüks əməliyyatı

E) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya
: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
55) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı ən çox hansı orqanlar zədələnir?
A) Qida borusu

B) Mədə


C) Öd kisəsi

D) 12 barmaq bağırsaq

E) Diafraqma
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.

56) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı öd daşı xəstəliyi ilə yanaşı gedərsə hansı əməliyyat icra olunur?
A) Xolesistektomiya və diafraqma ayaqcıqlarının tikilməsi

B) Xolesistektomiya və fundoplikasiya

C) Xolesistektomiya və Dor əməliyyatı

D) Xolesistektomiya

E) Fundoplikasiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
57) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən effektiv cərrahi müalicə üsulu hansıdır?
A) Fundoplikasiya

B) Diafraqma dəliyinin tikilərək daraldılması

C) Qastropeksiya

D) Hill əməliyyatı

E) Ezofaqofundorafiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
58) Diafraqmanın relaksasiyasının səbəbi ən çox nə olur?
A) Qonşu orqanlarda inkişaf edən bədxassəli törəmələr

B) Diafraqmal sinirin zədələnməsi

C) Azan sinirin zədələnməsi

D) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

E) Ümumi peritonit
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.

59) Reflüks-ezofagitin ən effektiv cərrahi müalicə üsulu hansıdır?
A) Kötük vaqotomiyası ilə fundoplikasiya

B) Ezofaqofundorafiya

C) Hill əməliyyatı

D) Mədə rezeksiyası

E) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
60) Həqiqi Nissen fundoplikasiyasının çatışmayan cəhəti nədir?
A) Fundoplikasiyanın qısa icra edilməsi

B) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması

C) Mədə divarının qida borusuna tikilməsi

D) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması

E) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə