Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Aşağıdakılardan hansı şəkərli xəstədə diabetik pəncəyə səbəb olmaz?



Yüklə 0,96 Mb.
səhifə10/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

531) Aşağıdakılardan hansı şəkərli xəstədə diabetik pəncəyə səbəb olmaz?
A) İnfeksiya

B) Təkrari travma

C) Hipoqammaqlobulinemiya

D) Damar çatışmazlığı

E) Periferik neyropatiya
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 718.
532) Tiroidektomiya icra edilən xəstədə əməliyyatdan sonra səsin batmasının səbəbi nədir?
A) n. recurrensin zədələnməsi

B) n.laringeus superiorun zədələnməsi

C) n.vagusun zədələnməsi

D) hemotomanın yaranması

E) n.vagusun arxa şaxəsinin zədələnməsi
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 478.
533) Kəskin pankreatitin ən çox rast gəlinən ağırlaşması hansıdır?
A) Pankreas başının xərçəngi

B) Portal damarlarda tromboz

C) Psevdokistin yaranması

D) Absesin yaranması

E) Pankreatik nekroz
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 226.
534) Sadalananlardan hansı endokrin xəstəliklərə səbəb olmur?
A) Hормоnun defisiti

B) Hоrmоnun təsirinə rezistentlik

C) Hormonun artıq olması

D) Kastlın daxili faktorunun defisiti

E) Hormonun metabolizmi, tranpotunun pozulması
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 16.
535) Sadalananlardan hansı qanda karbohidratların səviyyəsini azaldır?
A) Boy hormonu

B) Qlükaqon

C) Qlükokortikoidlər

D) Epinefrin

E) İnsulin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
536) Hansı hormon hipofizdə sintez olunmur?
A) Tireotrop hormon

B) Follikukulstimullaşdırıcı hormon

C) Lüteinləşdirici hormon

D) Prolaktin

E) Adrenalin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
537) “Diabetik pəncə” sindromuna səbəb olan əsas faktor hansıdır?
A) Tütünçəkmə

B) İnfeksiya

C) Neyropatiya və işemiya

D) Travma

E) Ateroskleroz
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 335.
538) Qalxanabənzər vəzi xərçəngi və düyünlü urun differensasiyasında hansı müayinəni aparmaq vacibdir?
A) Qalxanabənzər vəzin punksiyası

B) Qalxanabənzər vəzi hormonlarının səviyyəsini təyin etmək

C) Elektrokardioqramma

D) Qalxanabənzər vəzin USM-si

E) Qalxanabənzər vəzinin skanerləşdirilməsi
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 148.
539) Qalxanabənzər vəzinin total xaric edilməsi hansıdır?
A) Qastrektomiya

B) Adenomektomiya

C) Qalxanabənzər vəzinin rezeksiyası

D) Strumektomiya

E) Tireoidektomiya
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр.102.

540) Qalxanabənzər vəzi ibarətdir:
A) İki paydan

B) Baş, cisim və quyruqdan

C) Bir pay və boyundan

D) İki pay və boyundan

E) Ön, ara və arxa paylardan
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 74.
541) Xəstə qalxanabənzər vəzinin xərçənginə görə əməliyyat olnmuşdur. Postoperasion dövrdə xəstədə üz nahiyəsində keyləşmə və əllərdə qıcolmalar müşahidə edilir. Bu nə ilə əlaqədardır?
A) Üz sinirinin zədələnməsi ilə

B) Kalium çatışmazlığı

C) Qayıdan sinirin zədələnməsi ilə

D) Qalxanabənzərətraf vəzinin xaric edilməsi ilə

E) Epilepsiya tutmaları ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 363.
542) İtsenko-Kuşinq sindromu nə ilə xarakterizə olunur?
A) Kortikosteroidlərin hiperproduksiyası ilə

B) Progestronun hiperproduksiyası ilə

C) Kortizol və aldosteronun hipoproduksiyası ilə

D) Aldosteronun hiperproduksiyası ilə

E) Tireotrop hormonun hiperproduksiyası ilə
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 186.
543) Qanda qlükozanın konsentrasiyasının artması aşağıdakılardan hansının sekresiyasını stimulyasiya edir?
A) İnsulinin

B) Somatotropinin

C) Aldosteronun

D) Prolaktinin

E) Mədə şirəsinin
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,стр. 265.

544) 12 yaşlı xəstədə birinci dəfə şəkərli diabet aşkar edilmişdir.Ona aşağıdakı preparatlardan hansını təyin etmək lazımdır?
A) Alfaqlükozidazların inhibitorları

B) Sulfanilsidikcövhəri preparatları

C) İnsulin

D) İnsulinin sekresiyasına qlükozanın təsirini imitasiya edən preparatlar

E) Qaraciyərdə qlükozanın produksiyasını inhibə edən preparatlar
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 371.
545) Birincili hiperparatireoz xarakterizə olunur:
A) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, hipofosfatemiya, 25-hidroksivitamin D-nin aşağı konsentrasiyası

B) Hipokalsiemiya, parathormonun səviyyəsinin aşağı düşməsi, tetaniya

C) Qanda qlükozanın miqdarının artması, poliuriya, polidipsiya

D) Parathormonun səviyyəsinin qalxması, hiperkalsiemiya, patoloji sınıqlar

E) Hipokalsiemiya, parathormonun səviyyəsinin qalxması, generalizasiya olunmuş demineralizasiya
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 353.
546) Mədəaltı vəzin əsas fermentləri hansıdır?
A) Tiroksin və triyodtrionin

B) Somatotropin

C) İnsulin və qlükaqon

D) Prolaktin

E) Kortizol və aldosteron
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр 265-268.
547) Qalxanabəzər vəzin cərrahi müdaxiləsindən sonrakı dövrdə səsin xırıltılı olması və karlaşması nə ilə əlaqədardır?
A) Qayıdan sinirin zədələnməsi

B) Traxeyanın zədələnməsi

C) Qalxanabənzər ətraf vəzinin xaric edilməsi

D) Vidaci venanın zədələnməsi

E) Qida borusunun zədələnməsi
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 329.
548) Hipotireoz xarakterizə edilir?
A) Piyli nəm dəri ilə

B) Sadalananlardan heç biri

C) Gövdənin yan səthlərində strixiyalarla

D) Quru dəri, tüklərin tökülməsi və üzün odemi ilə

E) Arıqlama, əl barmaqlarında tremor, taxikardiya
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 118.
549) Endokrin oftalmopatiya hansı xəstəlik üçün xarakterikdir?
A) Hipotireoz

B) Hipoparatireoz

C) Hipertireoz

D) Akromeqaliya

E) Şəkərli diabet
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009,. стр. 104.
550) Boy hormonu harda sintez olunur?
A) Epifizdə

B) Qalxanabənzərətraf vəzidə

C) Böyrəküstü vəzin beyin qatında

D) Hipofizin arxa payında

E) Hipofizin ön payında
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 30.
551) Hipofiz yerləşir:
A) Beyincikdə

B) Beynin üçüncü mədəciyinin üzərində

C) Türk yəhərində

D) Döşsümüyü arxası fəzada

E) Gicgah payında
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 29.
552) Insulin harada sintez olunur?
A) Mədəaltı vəzinin α - hüceyrələrində

B) Mədənin fundal hüceyrələrində

C) Lanqerhans adacıqlarının β - hüceyrələrində

D) Mədəaltı vəzinin F- hüceyrələrində

E) Böyrəküstü vəzinin qabıq maddəsində
Ədəbiyyat: Эндокринология. Учебник И.И. Дедов, Г.А.Мельниченко, В.В.Фадеев, 2009, стр. 265.
553) Akromeqaliyaya səbəb nədir?
A) Aldosteronun hipoproduksiyası

B) Boy hormonunun hipoproduksiyası

C) Tireotrop hormonun hipoproduksiyası

D) Boy hormonunun xroniki hiperproduksiyası

E) Follikulstimuləedici hormonun hiperproduksiyası
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 633.

554) Birincili hiperaldosteronism xarakterizə edilir:
A) Hipertenziya, hipokalsiemiya və əzələ zəifliyi ilə

B) Baş ağrıları, tərləmə, ağbənizlik, döşdə və qarında ağrılar, qorxu hissiyyatı ilə

C) Əl və ayağın nazikləşməsi ilə proksimal əzələlərin atrofiyası, “ayabənzər sifət”,qarının aşağı nahiyələri, çiyin və budlarda striyalar

D) Taxikardiya, arıqlama, əllərdə tremor və ekzoftalmla

E) Yorğunluq, quru dəri, hipotenziya, üzün ödemi və qəbizliklə
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 1064. 707-ci səh.

Cərrahiyyədə əlavə müayinə üsulları

555) Mexaniki bağırsaq keçməməzliyinin qarın boşluğunun icmal rentqenoqrafiyasında ən xarakterik əlamətləri hansılardır?

A) Çox saylı xırda üfüqi səviyyələr

B) Qarın boşluğunda sərbəst qaz

C) Tək-tək enli üfüqi səviyyələr

D) Qarın boşluğunda çoxlu miqdarda mayenin olması

E) Mədənin qaz qovuğunun boyük olması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
556) Hansı sınaq aşağı ətrafların qan təhcizatının pozulmasını təsdiq edən funksional sınaqlara aid deyil?
A) Dırnaq yatağının sıxılması simptomu

B) Oppelin plantar işemiya sınağı

C) Qoldflam sınağı

D) Pançenkonun diz fenomeni

E) Troyanov-Trendlenburq sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 623 səh.
557) Aşağı ətraf dərin venaların mənfəzinin keçiriciliyi barədə məlumat almaq üçün hansı sınaqlardan istifadə edilir
A) Pratt-2 sınağı

B) Talman sınağı

C) Hakkenbrux sınağı

D) Delbe-Pertes (marş), Pratt-1 sınaqları

E) Şeynis sınağı
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 653.

Onkologiya

558) Mədə xərçənginə görə mədənin subtotal rezeksiyasında mədə - mədaltı bağı nə etmək lazımdır?

A) Toxunulmur

B) Bağlanmalıdır

C) Tam çıxarılmalıdır

D) Hissəvi kəsilir

E) Mütləg deyil


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.

559) Mədə poliplərindən hansı çox maliqnizasiya olur?

A) Adenomopapilyar

B) Hamısı

C) Papilyar

D) Hiperplastik

E) Adenomatoz


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.l
560) Qarışıq kəsiklə qastrektomiya nə zaman göstərişdir?

A) Mədənin total xərçəngi zamanı

B) İnfiltrativ şişdə

C) Bütün hallarda

D) Şişin qida borusuna keçməsi zamanı

E) Şiş mədənin proksimal hissəsində olduqda


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.

561) Mədə xərçənginə görə distal subtotal rezeksiya zamanı nəyə üstünlük vermək lazımdır?

A) Uzun ilgəkdə ön anastomozun qoyulması

B) Bilrot 2 əməliyyatına

C) Rayxel-Polia tipli əməliyyata

D) Arxa anastomozun qoyulması

E) Bilrot1 əməliyyatına


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
562) Qara ciyərə metastazlar hansı yolla yayılır ?

A) Limfoqen

B) Retroqrad

C) İmplantasiyon

D) Hamısı ilə

E) Hematoqen


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.
563) Ağ ciyər xərçənginin artmasında hansı amillər vacibdir?

A) Xroniki iltihab xəstəliklər

B) Nikotin

C) Atmosferin çirklənməsi

D) Qenetik faktorlar

E) İş şəraiti


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.

564) Qida borusunun xərçənginin ən xarakter əlamətləri hansıdır?

A) Qusma


B) Disfagiya

C) Ürəkbulanma

D) Döş sümüyü arxasında ağrılar

E) Ağız suyunun axması


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.

565) Qaraciyər xərçənginin ən effektiv müalicə üsulu hansıdır?

A) Cərrahi

B) Şua terapiyası

C) Reqionar terapiya

D) Kombinəolunmuş terapiya

E) Sistem kimyaterapiya


Ədəbiyyat: Петерсон Р.В. Справочник онкологии . Москва 2000, 521с.

566) Cərrah 60 yaşlı xəstəyə baxarkən qalxanvari vəzin sol payının proyeksiyasında son 3 ayda böyüməyə meylli, bərk, hərəkətsiz həcmli törəmə aşkar edir. Tireotoksikoz əlamətləri yoxdur. Ultrasəs müayinəsində ”soyuq” düyünün olduğu qeyd edilir. Sizin ilkin diaqnozunuz:
A) Qalxanvari vəzin lipoması

B) Qalzanvari vəzin sisti

C) Qalxanvari vəzin xərçəngi

D) Exinokokk sisti

E) Ağ ciyər xərçənginin metastazı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
567) Süd vəzinin fibroadenoması üçün hansı simptomun olması səciyyəvidir?
A) Müsbət ”umbilikasiya” simptomu

B) Məməciyin formasının dəyişməsi

C) Müsbət Payr simptomu

D) Gilədən ifrazatın olması

E) Müsbət Keniq simptomu
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
568) Süd vəzinin xərçəngində Peyti üsulu ilə mastektomiya Xolsted əməliyyatından nə ilə fərqlənir?
A) Böyük döş əzələsinin çıxarılması

B) Hər iki döş əzələsinin çıxarılması

C) Böyük döş əzələsinin saxlanması

D) Kəsik xəttinə görə

E) Körpücüküstü limfa düyünlərinin çıxarılması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
569) Süd vəzinin dishormonal şişlərinə səbəb olan etioloji faktorlar hansılardır? Bütün düzgün cavabları seçin.

1. hiperestrogenemiya

2. laktasiyanın pozulması

3. qalxanvari vəzin xəstəlikləri

4. tez - tez hamiləliyin süni pozdurulması

5. yumurtalıqların disfunksiyası
A) 1, 3, 5

B) Yalnız 3

C) 2, 4, 5

D) 1, 3, 4, 5

E) 1, 2, 3, 4, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
570) Süd vəzi xərçənginin inkişafında rolu olan risk faktorlarına aiddir:

1. gecikmiş hamiləlik (35 yaşından yuxarı qadınlar)

2. döşlə qidalandırmadan imtina

3. kistoz mastopatiya

4. ailə anamnezində süd vəzi xərçənginin olması

5. papiros çəkmək
A) 3, 5

B) 1, 2, 3, 4

C) 3, 4

D) 1, 2, 5



E) Yalnız 3
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
571) Sadalananlardan hansı süd vəzi xərçənginin gecikmiş simptomlarına aid deyil?
A) Süd vəzi üzərindəki dərinin boylama bərkiməsi

B) Gilənin retraksiyası

C) Süd vəzində düyünlərin əllənməsi

D) Şiş üzərində”limon qabığı”simptomu

E) Gilənin islanması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
572) Süd vəzi xərçənginin 2B mərhələsi üçün xarakterikdir:

1. şişin diametrinin 5 sm - ə qədər olması

2. uzaq metastazların olması

3. qoltuqaltı, körpücükaltı və körpücüküstü limfa düyünlərinin zədələnməsi

4. şiş nahiyyəsində xoralaşma

5. şiş olan tərəfdə qoltuqaltı limfa düyünlərinin zədələnməsi
A) 1, 5

B) 1, 4


C) 3, 4

D) 1, 2


E) 1, 3, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
573) Süd vəzinin 2A mərhələli xərçəngi diaqnozu qoyulmuş xəstəyə göstərişdir:

1. süd vəzinin sektoral rezeksiyası

2. radikal mastektomiya

3. əməliyyatönü şüa müalicəsi

4. əməliyyatdan sonra şüa müalicəsi

5. kimyəvi terapiya
A) 5

B) 2, 4


C) 1, 5

D) 1, 3


E) 2
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

574) Süd vəzi xərçənginin 2 - ci mərhələsı olan 43 yaşlı xəstəyə nə göstərişdir?

1. sektoral rezeksiya

2. radikal mastektomiya

3. əməliyyaönü şüa terapiyası

4. kimyəvi terapiya

5. hormonoterapiya
A) Ancaq 2

B) 1, 3


C) 2, 4

D) Ancaq 5

E) 2, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
575) 36 yaşlı qadında sağ süd vəzinin palpasiyası zamanı gilədən qanlı ifrazat axır. Şişəbənzər törəmə, qoltuqaltı limfa düyünlərinin böyüməsi aşkarlanmayıb. Hansı xəstəlikdən şübhələnmək olar?
A) Qalaktosele

B) Minç xəstəliyi

C) Diffuz fibroz - kistoz mastopatiya

D) Velyaminov xəstəliyi

E) Pecet xərçəngi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
576) Süd vəzi xərçənginin 3B mərhələsi olan 38 yaşlı xəstəyə göstərişdir:

1. süd vəzinin amputasiyası

2. radikal mastektomiya

3. əməliyyatönü şüa müalicəsi

4. əməliyyatdan sonra şüa müalicəsi

5. hormonoterapiya
A) 2, 3, 4

B) 2, 3, 4, 5

C) 2, 4, 5

D) 1, 4, 5

E) 1, 3, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
577) Holsted üsulu ilə radikal mastektomiya zamanı hansının kəsilib çıxarılması lazımdır?

1. süd vəzi döş əzələsi ilə birgə

2. parasternal limfa düyünləri

3. körpücükaltı limfa düyünləri

4. qoltuqaltı limfa düyünləri

5. kürəkaltı limfa düyünləri
A) 1, 3, 4, 5

B) 2, 3, 4

C) Yalnız 4

D) 2, 3, 5

E) 1, 2, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
578) Süd vəzi xərçənginin ən çox lokalizasiya etdiyi yer:
A) Aşağı - tış kvadrant

B) Aşağı - iç kvadrant

C) Yuxarı - tış kvadrant

D) Giləətrafı sahə

E) Yuxarı - iç kvadrant
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
579) Peyti üsulu ilə mastektomiya zamanı kəsilib çıxarılır: Bütün düzgün cavabları seçin.

1. böyük döş əzələsi

2. süd vəzi ”еnblok”

3. zədələnmiş tərəfdə bütün qoltuqaltı limfa düyünləri

4. kiçik döş əzələsi

5. körpücüküstü limfa düyünləri
A) 1, 2, 4

B) 1, 2, 3, 4

C) 2, 5

D) 1, 3, 4



E) 1,5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
580) Pecet xərçəngi nədir?
A) Hər iki süd vəzi axacaqlarının zədələnməsi

B) Kiçik axacaqların axacaqdaxili zədələnməsi

C) Süd vəzi xərçəngi, yumurtalıqların zədələnməsi ilə

D) Süd vəzi axacaqları epitelinin xərçəngi

E) Süd vəzi dərisində xərçəng şişinin xoralaşması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
581) Penkost şişi üçün xarakterikdir:

1. Mil sümüyünün epikondiliti

2. Ağciyərin zirvəsində rentgenoloji kölgəlik

3. Zədələnən tərəfdə qol əzələlərinin atrofiyası

4. Horner sindromu

5. Divararalığının sağlam tərəfə yerdəyişməsi
A) 1, 2, 4

B) 1, 2


C) 2

D) 2, 3, 4

E) 1, 2. 3, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
582) Ağciyər xərçənginə şübhə olduqda hansı müayinəni aparmaq mütləq deyil?
A) Torakoskopiya

B) Bəlğəmin və alınmış möhtəviyyatın sitoloji müayinəsi

C) Bronxoqrafiya

D) Kavoqrafiya

E) Ağciyərlərin rentgenoqrafiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
583) Ağciyər xərçənginin hansı formasında cərrahi müdaxilə göstərişdir?
A) Sağlam ağ ciyər toxumasının kompensator imkanları aşağı olduqda

B) Uzaq metastazlarda

C) Penkost şişində

D) Plevranın karsinomatozunda

E) Ağ ciyərin differensiasiya olunmayan xərçəngində
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
584) Bronxoskopiya zamanı xəstədə traxeya bifurkasiyasında şiş aşkarlanmışdır. Sizin taktikanız?
A) Biopsiya icra etmək

B) Şüa müalicəsi təyin etmək

C) Torakoskopiya - biopsiya icra etmək

D) Antibakterial müalicə təyin etmək

E) Kimyəvi terapiya təyin etmək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
585) Mədə xərçənginə görə radikal əməliyyat zamanı hansı icra edilməlidir?
A) Yalnız böyük piylik çıxarılmalıdır

B) Yalnız mədə çıxarılmalıdır

C) Mədə, kiçik və böyük piylik çıxarılmalıdır

D) Kiçik və böyük piylik çıxarılmır

E) Yalnız kiçik piylik çıxarılmalıdır
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

586) Xəstədə maliqnizasiya edən mədə polipi olarsa hansı icra edilməlidir?
A) Onkoloji prinsiplərə riayət etməklə mədənin subtotal rezeksiyası

B) Polipin cərrahi yolla götürülməsi

C) Mədənin pazvari rezeksiyası

D) Mədənin ekonom rezeksiyası

E) Endoskopik polipektomiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
587) Mədə xərçəngi hematogen yolla ilk növbədə hansı üzvlərə metastaz verir?

1. qaraciyər

2. uşaqlıq

3. mədəaltı vəz

4. sidik kisəsi

5. dalaq
A) 1, 2, 3

B) 2, 3, 5

C) 3, 4, 5

D) 1, 3, 5

E) 1, 3, 4
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
588) Xərçəngin hansı formasında qida borusu divarının sirkulyar zədələnməsi xarakterikdir?
A) Xoralı forma xərçəng

B) Papillomatoz forma xərçəng

C) Göbələyəbənzər forma xərçəng

D) Infiltrativ forma xərçəng

E) Düyünlü forma xərçəng
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
589) 20-30 yaş arası qadınlarda süd vəzinin ən çox rast gəlinən şişi hansıdır?
A) Tubular adenoma

B) Leomioma

C) Papilloma

D) Lipoma

E) Fibroadenoma
Ədəbiyyat: A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 94.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə