Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Maliqnizasiya riski ən yüksək olan mədə polipi hansıdır?



Yüklə 0,96 Mb.
səhifə11/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

590) Maliqnizasiya riski ən yüksək olan mədə polipi hansıdır?
A) Heterotopik

B) Hamartamatoz

C) Yuvenil polip

D) Adenomatoz

E) Villoz
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 579.
591) Aşağıdakılardan hansında süd vəzi xərçənginin yaranma riski ən yüksəkdir?
A) Gec klimaks başlayan qadında

B) Doğmamış qadında

C) Uşaq əmizdirməyən qadında

D) Evlənməmiş qadında

E) Anasında və bacısında süd vəzi xərçəngi olan qadında
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 56.
592) Aşağıdakılardan hansı mədə xərçəngi üçün inoperabel sayılmır?
A) Qarında assit

B) Göbək ətrafında metastazın olması

C) Qaraciyərdə MTS olması

D) Palpasiyada şişin əllənməsi

E) Virxov düyünün olması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.

593) Qida borusunun ən çox rast gəlinən xoş xassəli şişi hansıdır?
A) Lipoma

B) Leomioma

C) Barret qida borusu

D) Seroma

E) Angioma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 150.

594) Ailəvi yoğun bağırsaq xərçəngi olan birinin hansı orqanında ikincili olaraq xərçəngin yaranma riski yüksəkdir?
A) Sidik kisəsi

B) Mədə


C) Bronx

D) Endometrium

E) Qaraciyər
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 668.
595) Süd vəzi xərçəngi ən çox harada yerləşir?
A) Aşağı - iç kvadrant

B) Yuxarı - içəri kvadrant

C) Yuxarı - tış kvadrant

D) Preareolar sahə

E) Aşağı - tış kvadrant
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 56.
596) Whiplle əməliyyatı hansı orqanın xərçəngi zamanı icra edilir?
A) Öd kisəsinin xərçəngi

B) Yoğun bağırsaq xərçəngi

C) Pankreas xərçəngi

D) Süd vəzi xərçəngi

E) Ağciyər xərçəngi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 513.
597) Düz bağırsaq xərçəngi ən çox hansı orqana metaastaz verir?
A) Baş beyin

B) Ağciyər

C) Sümük

D) Böyrək

E) Qaraciyər
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 227.
598) Qida borusunun ən çox rast gəlinən bədxassəli şişi hansıdır?
A) Leyomiosarkoma

B) Yastı hüceyrədə xərçəng

C) Sarkoma

D) Kolloid xərçəng

E) Leyomioma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 152.
599) Lauren təsnifatına görə mədə xərçənginin hansı tipləri var?
A) Metaplaziya və displaziya

B) Adenokarsinoma və leomioma

C) Limfoma və adenokarsinoma

D) Diffuz və intestinal tip

E) Diffuz tip
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 581.
600) Penkost şişi hansı orqan üçün xarakterikdir?
A) Qaraciyər

B) Ağciyər

C) Hipofiz

D) Mədəaltı vəzi

E) Timus
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 98.

601) Klatskin şişi hansı nahiyə üçün xarakterikdir?
A) Appendikulyar nahiyə

B) Hepatik bifurkasiya nahiyəsi

C) Aorta

D) Qapı venası nahiyəsi

E) Periampulyar nahiyə
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 540.
602) Mədə xərçənginin proqnozuna təsir edən ən vacib faktor hansıdır?
A) Xəstənin yaşı

B) Xərçəngin növü

C) Xəstənin qan qrupu

D) İcra edilən əməliyyatın növü

E) Xərçəngin mərhələsi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.
603) Süd vəzinin fibroadenoması zamanı hansı əməliyyat icra edilir?
A) Mastektomiya + limfadisseksiya

B) Mastektomiya

C) Peyti emeliyyatı

D) Sektoral rezeksiya

E) Süd vəzinin amputasiyası
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 55.
604) Anal kanalın xərçəngi ən çox hansı histoloji quruluşda olur?
A) Leyomioma

B) Melanoma

C) Adenokarsinma

D) Bazalioma

E) Yastı hüceyrəli xərçəng
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр.676

605) Süd vəzi xərçəngi ən çox hansı sümüyə metastaz verir?
A) mil sümüyünə

B) bazu sümüyünə

C) fəqərəyə

D) dirsək sümüyünə

E) körpücük sümüyünə
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 870

606) Prolaktinoma hansı orqanın şişidir?
A) Qalxanabənzər vəzinin

B) Hipofizin

C) Süd vəzisinin

D) Hipotalamusun

E) Cinsiyyət vəzilərinin
Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 стр., 674.

Radiologiya


Bölmə 19. Qarışıq mövzular

607) Qaraciyərin yuxarı sərhəddi sağ orta qoltuqaltı xətt üzrə hara proyeksiya olunur?
A) 5-ci qabırğaya

B) 8-ci qabırğaya

C) 7-ci qabırğaya

D) 4-cü qabırğaarası sahəyə

E) 6-cı qabırğaarası sahəyə
Ədəbiyyat: Под ред.В.В,Кованова.Оперативная хирургия и топографическая анатомия.Москва,»Медицина»,1985,366 ст

608) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Mannitol

B) Laziks

C) Albumin

D) Kontrikal

E) Qlükokortikoidlər
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
609) Boynun adenofleqmonasına hansı səbəb olur?
A) Döş-körpücük-məməyəbənzər əzələnin yuxarı hissəsinin irinləməsi

B) Çənəaltı limfa vəzilərinin irinləməsi

C) Ağız suyu vəzilərinin irinləməsi

D) Qoltuqaltı limfa vəzilərinin irinləməsi

E) Lüdviq anginası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
610) Ağız boşluğu dibinin fleqmonasının tipik klinik təzahürünə aşağıdakılardan hansı aiddir?
A) Alt dodaq nahiyyəsində dərinin hiperemiyası

B) Alt-çənə-altı və mental nahiyyənin fleqmonası

C) Qanadvari çənə büküşünün şişkinliyi

D) Yanaq nahiyyəsinin şişkinliyi və hiperemiyası

E) Trizm
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
611) Açıq kəllə- beyin travması nədir?
A) Başın yumşaq toxumalarının sıyrıntısı

B) Aponevrozun zədələnməsi ilə yara

C) Dəri örtüklərinin didilmiş yarası

D) Başın yumşaq toxumalarının istənilən zədələnməsi

E) Skalplaşmış yara
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
612) Baş beyinin silkələnməsinə nə aiddir?
A) Orta kəllə-beyin travması

B) Agır kəllə-beyin travması

C) Yüngül kəllə-beyin travması

D) Kəllə sümüklərinin zədələnməsi liə travma

E) Subaraxnoidal qanaxma ilə travma
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
613) Retroqrad amneziya nədir?
A) Travmadan sonra və qabaq qısamüddətli amneziya

B) Travmaya qədərki qısamüddətli amneziya

C) Travmadan sonra qısamüddətli amneziya

D) Bütün sadalananlar doğrudur

E) Travma müddətində amneziya
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.

614) Baş beyinin silkələnməsində ümumi beyin simptomları arasında hansı müşahidə olunur?
A) İşıqdan qorxma ,keçici nistaqm

B) Kobud olmayan anizorefleksiya

C) Başağrısı ,ürəkbulanma, qusma

D) Hamısı

E) Huşun qısamüddətli itirilməsi
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
615) Patoloji proses obliterasiyaedici endorteriitdə harada başlayır?
A) Arteriyanın intima qiçasında

B) Arteriyanın əzələ qişasında

C) Bütün qatlarda düffuz olaraq

D) Qeyd olunanların hamısı

E) Arteriyanın üstündə
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

616) Kliniki olaraq obliterisiyaedici endarteriitin bütün tiplərinə hansını aid etmək olmaz?
A) Akral tip

B) Bütün sadalananlar

C) Qarışıq tip

D) Diffuz tip

E) Proksimal tip
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
617) Obliterasiyaedici endarteriitlə xəstələrin instrumental müayinəsi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Reovazoqrafiya

B) USM dopleroqrafiya

C) Kapilyarskopiya

D) Oscilloqrafiya

E) USM dopleroqrafiya və radioizotop regionar qan axınının təyini
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
618) Obliterasiyaedici endarteriitlə xəstələrin rentgen kontrast angioqrafiyası zamanı nəyi müayinə etmək lazımdır?
A) Ümumi bud arteriyası, budun dərin arteriyası, dizaltı arteriya

B) Aorta-qalça-bud-dizaltı seqmenti, baldır arteriyası və pəncə arteriyalarını iki proyeksiyada

C) Aorta-qalça seqmenti, bud-dizaltı seqment və pəncə arteriyalarını iki proyeksiyada

D) Dizaltı arteriya və budun diz arteriyaları şərti ilə

E) Bud-dizaltı seqmenti
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
619) Obliterasiyaedici endarteriitlə bir çox xəstələrdə simpatik sinir üzərində hansı tip əməliyyat aparıla bilər?
A) Periarterial simpatektomiya

B) Simpatik sinir sistemində əməliyyat göstəriş deyil

C) Döş simpatektomiyası

D) Bel simpatik qanqlionlarının novokain blokadası

E) Bel simpatektomiyası
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
620) Reyno xəstəliyi üçün hansı xarakterikdir?
A) Aşağı ətrafda aşağı temperatura zamanı ağrılar

B) Yuxarı ətrafın barmaqlarında aşağı temperaturası nəticəsində artan ağrı və keyimə

C) Yuxarı ətrafın barmaqlarında yuxarı temperatur nəticəsində ağrı və keyimə

D) Qeyd olunanların hamısı

E) Aşağı ətrafda, əsasən barmaqlarda yeriş zamanı ağrılar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.

621) Aşağı ətraf venalarının varikoz xəstəliyinin patogenezində hansı amil aparıcı rolu oynayır?
A) Bütün sadalananlar

B) Dərin venalarda klapan aparatının funksiyasının pozulması

C) Aşağı ətraflarda venoz hipertenziyanin əmələ gəlmsi

D) Venoz damarların birləşdirici toxuma sisteminin anadangəlmə zəifliyi

E) Kommunikant venaların funksiyasının pozulması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
622) Varikoz xəstəliyin operativ müalicəsinə göctərişlər hansıdır?
A) Aşağı ətraflarda ödemin əmələ gəlməsi

B) Bütün sadalananlar

C) Günün axırında aşağı ətradlarda olan ağrı

D) Tez yorulma

E) Varikoz xəstəliyinə görə kosmetik defektin yaranması
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
623) Varikoz xəstəliyin konservativ müalicəsinə nə aiddir?
A) Aşağı ətrafların elastiki bintlənməsi

B) Fizioterapiya

C) Fiziki tapşırıqlar

D) Medikamentoz müalicə

E) Bütün sadalananlar
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
624) Postroboflebitik xəstəlyin tipik simptomokompleksinə nə aid deyil?
A) Pəncədə nəbzin olmaması

B) Ayaq dərisində piqmentasiya və indurasiya

C) İkincili olaraq venaların varikoz genəlməsi

D) Aşağı ətraflarda ağrı

E) Aşağı ətraflarda ödem
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
625) Postroboflebitik xəstəlyik zamanı cərrahi müalicənin növünü müəyyən etmək üçün hansı diaqnostik metoddan istifadə edilməlidir?
A) Kontrast fleboqrafiya

B) Ulturasəs dopleri

C) Radionukleid fleboqrafiya

D) Kompyuter tomoqrafiyası

E) Funksional sınaq
Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
626) Venoz trobomzun aktiv trobəmələgəlmə mərhələsində dəqiq və invaziv müayinə üsuluna nə aiddir?
A) Ultrasəs -dupleks skanerləşdirilməsi

B) Ulturasəs dopleri

C) Radioindiqasion venoz tromboz

D) Kompyuter tomoqrafiyası

E) Fleboqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
627) Ağciyər atreriyasının tromboemboliyasına hansı nahiyə ən çox embologen zona hesab olunur?
A) Ürəyin sağ hissəsi

B) Yuxari boş vena hövzəsi

C) Aşağı boş vena hövzəsi

D) Kiçik çanaq venası

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
628) Ağciyər arteriyasının trobemboliyasının diaqnostikası üçün hansı üsul daha informativdir?
A) Elektrokardioqrafiya

B) Reopulmonoqrafiya

C) Ağciyərin perfuzion skanerləşdirilməsi

D) Angiopulmonoqrafiya

E) Bütün sadalananlar eyni dərəcədə informativdir
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
629) Qida borusu divertikulunun ən vacib müayinə üsulu hansıdır?
A) USM

B) Fibroezofaqoqastroskopiya

C) PH-metriya

D) Ezofaqomanometriya

E) Kontrastla rentgen müayinə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
630) Qida borusunun yad cismi zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Fibroezofaqoqastroskopiya

B) Ezofaqomanometriya

C) Rentgenoqrafiya

D) PH-metriya

E) USM
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
631) Kardiyanın axalaziyasının ən əsas əlaməti hansıdır?
A) Qəbizlik

B) Epiqastral nahiyədə ağrılar

C) Qıcqırma

D) Disfagiya

E) Periodik qusmalar
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
632) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən informativ müayinə üsulu hansıdır?
A) USM

B) Kontrastla rentgenqrafiya

C) Ezofaqomanometriya

D) Farmakoloji sınaqlar (nitroqlisirin və ya amilnitrit)

E) İcmal rentgenoskopiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
633) Reflüks-ezofagitin əmələ gəlməsinə səbəb olan hansıdır?
A) Diafraqmanın qida borusu dəliyinin daralması

B) Qida borusunun epifrenal divertikulu

C) Kardiyanın xalaziyası nəticəsində mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri

D) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi

E) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.

634) Reflüks-ezofagitin müayinəsində hansı üsul informativ deyil?
A) Ezofaqomanometriya

B) Fibroezofaqoqastroduodenoskopiya

C) PH-metriya

D) USM


E) Kontrastla rentgenqrafiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
635) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı hansı xəstəlik adı ilə uzun illər səhvən müalicə olunur?
A) Miokard infarktı

B) Xroniki xolesistit

C) Xroniki qastrit

D) Stenokardiya

E) 12 barmaq bağırsaq xorası
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
636) Diafraqmanın relaksasiyasının diaqnostikası zamanı ən informativ üsul hansıdır?
A) Ezofaqomanometriya

B) Rentgen müayinə

C) PH-metriya

D) USM


E) Fibroezofaqoqastroduodenoskopiya
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
637) Vaqotomiya zamanı hansı olur?
A) Pepsinin sintezi artır

B) Mədə turşuluğu azalır

C) Pepsinin sintezi azalır

D) Mədə turşuluğu artır

E) Lipazanın sintezi artır
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
638) Qarnın ağ xəttinin yırtığı üçün hansı daha xarakterikdir?
A) Qarında tutmaşəkilli ağrılar

B) Hiperemiya və şişkinlik

C) Ürəkbulanma və qusma

D) Orta xətt üzrə aponevrozda defektin olması

E) Dispeptik hallar
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
639) Ağırlaşmamış 12 barmaq bağırsaq divertikulunun müalicə üsulu hansıdır?
A) Konservativ müalicə

B) Divertikulektomiya

C) Selektiv proksimal vaqotomiya,antrumektomiya

D) Selektiv proksimal vaqotomiya,fundoplikasiya

E) Mədənin 2/3 hissəsinin rezeksiyası
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
640) Qarnın ağ xəttinin yırtığı zamanı təcili əməliyyata göstərişlər hansıdır?
A) Kosmetik defekt

B) Diaqnozun qoyulması

C) Yanaşı dispeptik hallar

D) Fiziki inkişafdan qalma

E) Ağrı simptomu
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

641) Mədə xorası zamanı hansılar icra olunur?
A) Mədə rezeksiyası,vaqotomiya,rezeksiya ilə birgə vaqotomiya

B) Vaqotomiya

C) Qastroektomiya

D) Qastroenteroanastomoz

E) Mədə rezeksiyası
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
642) 12 barmaq bağırsaq xorası zamanı hansılar icra olunmur?
A) Mədə rezeksiyası

B) Mədə rezeksiyası ilə birgə vaqotomiya

C) Vaqotomiya

D) Qastrektomiya

E) Selektiv proksimal vaqotomiya və fundoplikasiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
643) Xroniki duodenostaz zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Angioqrafiya

B) Kontrastla rentgenoqrafiya

C) Fibroqastroduodenoskopiya

D) 12 barmaq bağırsaq möhtəviyyatının müayinəsi

E) USM
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
644) Gətirici ilgək sindromu zamanı ən informativ müayinə üsulu hansıdır?
A) PH-metriya

B) Fibroqastroduodenoskopiya

C) Angioqrafiya

D) Kontrastla rentgen müayinə

E) USM
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
645) Perforativ mədə xorası üçün hansı əlamətlər dürüst kliniki əlamətlərdir?
A) Mədə qanaxması, tezləşmiş duru nəcis ifrazı, hıçqırma

B) Epiqastral nahiyədə ağrılar, qara ciyər kütlüyünün itməməsi

C) Qarnın ön divarının gərginləşməsi, qara ciyər kütlüyünün itməsi,peritonial əlamətlər

D) Qarında ağrılar, mədə qanaxması əlamətləri,çoxsaylı qusmalar

E) Çoxsaylı qusmalar, hıçqırma, epiqastral nahiyənin gərginləşməsi
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
646) Düz əzələnin diastazı ağ xətt yırtığından nə ilə fərqlənir?
A) Yırtıq qapısının və yırtıq kisəsinin olmaması ilə

B) Heç bir fərqi yoxdur

C) Böyük ölçüdə olması ilə

D) Tez-tez boğulmaların olması ilə

E) Yalnız mezoqastral nahiyədə müşahidə edilməsi ilə
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
647) Nazik bağırsaq fistulasının lokalizasiyasını müəyyən etmək üçün hansı üsul informativdir?
A) USM

B) İcmal rentgenskopiya

C) Rəngləyici maddənin (metilen abısı) oral yolla bağırsağa yeridilməsi

D) Endoskopik müayinə

E) Kompyüter tomoqrafiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
648) Kəskin daşsız xolesistitin rasional müalicəsi hansıdır?
A) Mineral sularla müalicə

B) Cərrahi

C) Medikamentoz

D) Sanator-kurort

E) Dietik
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей.
649) Mexaniki sarılığın səbəbini hansı vasitələrlə müəyyənləşdirmək mümkün deyil?
A) Venadaxili xolesisto-xolangioqrafiya

B) Ultrasəs müayinəsi

C) Birbaşa spleno-portoqrafiya

D) Retroqrad xolangioqrafiya

E) Kompyüter tomoqrafiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
650) Xroniki hepatiti olan və sirrozun ilkin mərhələsində hansı tip əməliyyatı etmək olmaz?
A) Qaraciyərin arterializasiyası

B) Portokaval anastomoz

C) Dalaq arteriyasının bağlanması

D) Qaraciyər arteriyasının periarterial simpatektomiyası

E) Bütün sadalananları icra etmek mümkündür
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
651) Uşaqlarda bağırsaq invaginasiyasının başlanğıc mərhələsində rasional müalicə üsulu hansı sayılır?
A) Rentgen altında hava vuraraq bağırsağı düzəltmək

B) Operativ müalicə

C) Kolonoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək

D) Narkoz altında palpator olaraq invaginantı düzəltmək

E) Laparoskopun nəzarəti ilə hava ilə invaginantı düzəltmək
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
652) Qasıq-xayalıq yırtığına görə əməliyyata göstərişlər hansıdır?
A) 2 yaşdan sonrakı dövr

B) Diaqnozun qoyulması

C) 5 yaşdan sonrakı dövr

D) Tez-tez boğulma

E) Şişkinliyin 3 sm-dən böyük olması
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
653) Strumektomiya əməliyyatından 10 gün sonra xəstədə qıcolma tutmaları, Xvostek və Trusso simptomları başlamışdır. Xəstədə hansı ağırlaşma baş vermişdir?
A) Tireotoksik kriz

B) Hipotireoz

C) Hipoparatireoz

D) Qırtlaq sinirinin travması

E) Tireotoksikoz
Dərəcə: 2 редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
654) Hansı simptom tireotoksikoz üçün xarakterik deyil?
A) Bradikardiya

B) Ürəkdöyünmə

C) Pis yuxu

D) Emosional oyanıqlıq

E) Tərləmə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
655) 26 yaşlı qadında saçın tökülməsi, əsəbilik, tərləmə, daimi aclıq hissi, 12 kq arıqlama aşkar edilib. İlkin diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Hipertireoz

B) Mədənin xora xəstəliyi

C) Feoxromositoma

D) Hipotireoz

E) Mədə xərçəngi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

656) Tireotoksikozu olan xəstəni müayinə edərkən cərrah bir neçə simptom aşkarlayır. Bunlardan hansı tireotoksikoz üçün xarakterik deyil?
A) Üzün ödemi

B) Taxikardiya

C) Ekzoftalm

D) Qrefe və Mebius simptomları

E) Ətrafların tremoru
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə