Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


Bölmə Qarışıq. OPERATİV CƏRRAHİYYƏ



Yüklə 0,96 Mb.
səhifə13/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Bölmə Qarışıq. OPERATİV CƏRRAHİYYƏ

710) Ağciyər arteriyasının tromboembaliyası zamanı dəri və selikli qişa örtüklərinin göyərməsi və şişkinliyinin daha artıq dərəcədə bədənin yuxarı hissəsində (boyun və döş nahiyəsində, yuxarı ətraflarda) baş verməsi nə ilə izah olunur?

A) venoz təzyiqin aşağı düşməsi ilə

B) yuxarı boş venada qapaqların olmamağı ilə

C) kiçik qan dövranında pozğunluğun baş verməsi ilə

D) arterial təzyiqin kəskin surətdə artması ilə

E) ürək fəaliyyətinin pozulması ilə


Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif», Bakı, 1979.
711) Hansı zədələnmə döş qəfəsinin nüfuz edən zədələnməsi sayılır?
A) səthi dəri – aponevrotik qatın açıq zədələnməsi

B) döş qəfəsini təşkil edən bütün qatların qabırğaların sınması ilə müşayiət olunan açıq zədələnməsi

C) qabırğalara qədər bütün qatların açıq zədələnməsi

D) döş qəfəsinin bütün qatarının visseral plevraya qədər açıq zədələnməsi

E) visseral plevranın tamlığının pozulması şərti ilə baş vermiş bütün zədələnmələr
Ədəbiyyat: L.A.Məmmədov. Döş nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları. “Müəllim”, Bakı, 2003
712) Appendektomiyanın hansı üsulunda soxulcanabənzər çıxıntının güdülü kor bağırsağın mənfəzinə gömüldülmür?
A) liqatura üsulunda

B) müştərək üsulda

C) anteqrad appendektomiya zamanı

D) retroqrad appendektomiya zamanı

E) unvaginasion üsulda
Ədəbiyyat: L.A.Məmmədov. Qarın nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları. “Müəllim”, Bakı, 2004
713) Aşağıdakılardan hansıının ən sevimli lokalizasiya yeri ön divararalığıdır?
A) timoma

B) divararalığın bronxogen sisti

C) divararalığının limfaqranulomatozu

D) perikardın celomik sisti

E) divararalığın enterogen sisti
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.
714) Arteria qanın oksigenlə doyma səviyyəsi nə qədər azaldıqda sianoz əlamətləri meydana çıxır?

A) 90%


B) 80%

C) 85%


D) 100%

E) 95%
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия. Сердечно сосудистая хирургия. «Медицина», Москва, 1989.


715) Piopnevmotorakslı xəstələrin müalicəsi necə başlanılır?
A) Plevra boşluğunun daimi yuyulmaqla drenləşdirilməsindən

B) Plevral punksiyadan

C) İltihabəleyhinə müalicədən

D) Vaqosimpatik blokadadan

E) Torakotomiyadan
Ədəbiyyat: В.И.Бураковский, Л.А.Бокерия.Сердечно сосудистая хирургия, «Медицина», Москва, 1989.

716) Magistral arteriyaların tromboemboliyasının daha çox rast gəlinən səbəbi hansıdır?
A) Ürək xəstəlikləri

B) Aorta anevrizması

C) Ağ ciyər şişləri

D) Posttrombotik xəstəlik

E) Kiçik çanaq orqanlarında aparılan əməliyyatlar
Ədəbiyyat: Г.Н.Захарова, Р.З.Лосев, В.А.Гаврилов. Лечение повреждений магистральных кровеносных сосудов конечностей. «Саратовск», Саратов, 1979. с.243.

717) Hansı amillər ətrafların magistral arteriyalarının kəskin keçməməzliyinin klinik şəklinə təsir etmir?
A) Embolo-və ya trombogen xəstəlik

B) Kəskin arterial keçməməzliyin xarakteri ( emboliya və ya tromboz)

C) Okkluziyanın səviyyəsi

D) İşemiyanın dərəcəsi və gedişatın xarakteri

E) Xəstədə arterial hipertoniyanın olması
Ədəbiyyat: Г.Н.Захарова, Р.З.Лосев, В.А.Гаврилов. Лечение повреждений магистральных кровеносных сосудов конечностей. «Саратовск», Саратов, 1979. с.243.
718) Ətrafların kəskin işemiyasının daha xarakter subyektiv əlamətini seçin.

1. İstilik hissi

2. Ağrı

3. Paresteziya və keyləşmə, soyuma hissi

4. Dartma hissi

5. Şiddətli göynəmə
A) 2, 4

B) 2, 3


C) 1, 5

D) 3, 5


E) 1, 4
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, Москва, 1987. с.304.
719) Ətrafların ağır işemiyası üçün hansı əlamətlər xarakterikdir?

1. Subfassial əzələ ödemi

2. Dərialtı qansızma

3. Zədələnmiş ətrafda dərin əzələ hissiyyatının itməsi

4. Ağrı sindromunun intensivliyinin artması

5. Ağrı sindromunun intensivliyinin azalması
A) 2, 4, 5

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
720) «Göy fleqmaziyanın» təyinedici klinik əlamətləri hansılardır?
A) Ətrafın distal şöbələrində sianoz, ödem, ağrı və qanqrenanın olması

B) Ətrafın ödemi və periferik arterial damarlarda kəskin zəifləmiş nəbz

C) Ətraflarda magistral venalar boyunca kəskin ağrı ilə müşayiət olunan ödem

D) Ətrafın dərialtı venaların şişməsi ilə müşayiət olunan ödemi

E) Bütün aşağı ətrafın sağrı və qasıq nahiyəsinə yayılmış ödemi
Ədəbiyyat: А.А.Русанов. Аппендицит. «Медицина», Ленинград, 1979. с.174.
721) Magistral arteriyaların kəskin keçməməzliyi olan xəstələrdə ətrafların total əzələ kontrakturası aşkar edildikdə aşağıdakılardan hansı göstərişdir?
A) Ətrafın «arteriya-vena» sistemi ilə perfuziyasından sonra arterial qan dövranının bərpa edilməsi

B) Arterial qan dövranının bərpası və fassiotomiya

C) Ətrafın amputasiyası

D) Arterial qan dövranının birincili bərpası

E) 200-300 ml həcmdə venoz qanburaxmadan sonra arterial qan dövranının bərpası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
722) Ətrafların magistral arteriyalarının okklüziyasının səviyyəsini təxmin etməsinə imkan verən əlaməti göstərin.
A) Hipo- və anesteziya səviyyəsi

B) Ətrafın soyuma səviyyəsi

C) Ətrafın hiporefleksiya dərəcəsi

D) Ətrafın rənginin dəyişməsi

E) Arteriyanın pulsasiyasının palpator təyininin nəticələri
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
723) Aşağı ətrafın kəskin işemiyası olan xəstdə dizaltı arteriyada və pəncə arteriyalarında nəbz təyin edilmir. Bud arteriyasının pulsasiyası güclənmişdir. Okklüziyanın səviyyəsini təyin edin.

A) Baldır arteriyaları

B) Bud arteriyasının aşağı üçdə biri

C) Dizaltı arteriya

D) Bud arteriyasının orta üçdə biri

E) Bud arteriyasının yuxarı üçdə biri


Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
724) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə arteriyalarında nəbz yoxdur. Okklüziyanın səviyyəsini təyin edin.
A) Bud arteriyasının orta üçdəbiri

B) Xarici qalça arteriyası

C) Bud arteriyasının yuxarı 1/3-i

D) Budun səthi və dərin arteriyalarının birgə okklüziyası

E) Daxili qalça arteriyası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.

725) Xəstədə hər iki aşağı ətrafın eyni vaxtda yaranan və daha çox sağda özünü göstərən kəskin işemiyası vardır, sağ bud, dizaltı və pəncə arteriyalarında pulsasiya yoxdur. Sol bud arteriyasında və aşağı ətrafın digər arteriyalarında pulsasiya zəifləməsi qeyd edilir. Okklüziyanın səviyyəsini təyin edin.
A) Hər iki bud arteriyasının okklüziyası

B) Aortanın bifurkasiyasının trombemboliyası, sağ qalça arteriyasının tam okklüziyası və sol qalça arteriyasının hissəvi okklüziyası ilə

C) Sağ xarici qalça arteriyasının və sol daxili bud arteriyasının okklüziyası

D) Aortanın bifurkasiyasının total trombozu

E) Sağ qalça arteriyasının okklüziyası və sol aşağı ətraf arteriyalarının reflektor spazmı
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.

726) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil?
A) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla əvəz olunması

B) Endarterektomiya, yan autovenoz plastika ilə

C) Böyük dərialtı venanın bağlanması

D) Bel simpatektomiyası

E) Ətraf arteriyalarının autovenoz şuntlanması
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 1972. с.246
727) Qeyd olunanlardan hansı ürəyin zədələnməsinin birbaşa rentgenoloji simptomlarına aid deyil?

A) Ürək kölgəsi və perikard arasında hava zolağının olması

B) Ürəyin ölçülərinin böyüməsi, ürək kölgəsi v perikard arasında mayenin horizontal səviyyəsi

C) Sol plevral boşluqda mayenin olması

D) Ürəyin pulsasiyasının dəyişməsi

E) Ürək sərhədinin genişlənməsi, ürək halqalarının hamarlanması, ürək kölgəsinin intensivliyinin çoxalması


Ədəbiyyat: Е.А.Вагнер. Хирургия повреждений груди. «Медицина», Москва, 1981. с.286.
728) Ürəyin qapalı travması zamanı cərrahi əməliyyatına göstərişlər hansıdır:

1. Ritm pozğunluğu

2. Ürək çatışmazlığının artması

3. Hemoperikard

4. Ürəyin tamponadası

5. Böyük artan hemotoraks
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 3, 5

D) 1, 2, 4

E) 3, 4, 5
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». Санкт-Петербург. 1999.
729) Venaların kəskin trombozu zamanı antikoaqulyant terapiya hansı məqsədlə aparılır?
A) DNT aktivliyinin azalması

B) Fibrinin əritməsi

C) Laxtaların miqdarının artması

D) Damarların daxili divarının dəyişməsi

E) Trombun artmasının qarşısının alınması
Ədəbiyyat: В.С.Савельев. Флебология. «Медицина», Москва, 2001.
730) Appendektomiyadan sonra qarın boşluğuna qoyulmuş drenaj borusunun uzun müddət qalması nəyə səbəb ola bilər?
A) Bağırsaq fistulasının əmələ gəlməsinə

B) Xroniki sistitə

C) Yaranın irinləməsinə

D) Qanaxmaya

E) Xroniki kolitə
Ədəbiyyat: О.Б.Милонов, И.Д.Тоскин, В.В.Жебровский. Послеоперационные осложнения и опасности в абдоминальной хирургии. «Медицина», Москва, 1990. (Г)
731) Divertikullar daha çox harda rast gəlinir?
A) Mədədə

B) Çənbər bağırsaqda

C) Nazik bağırsaqda

D) Onikibarmaq bağırsaqda

E) Qida borusunda
Ədəbiyyat: В.Л.Ривкин, А.С.Бронлетеин, С.Н.Файн. Руководство по колопроктологии. «Медицина», Москва, 2001. (Г)
732) Köndələn çənbər bağırsağın təzə yaralanmaları zamanı nə göstərişdir?
A) Laxey əməliyyatı

B) Hemikolektomiya

C) Kolostomiya

D) Yaranın tikilməsi

E) Yaranın tikilməsi və qarın boşluğunun drenajı
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота.
733) Peritonitin gedişinin ağırlığı nədən asılı deyil?
A) İntoksikasiyanın dərəcəsindən

B) Hipovolemiyadan

C) Xəstənin bədən çəkisindən

D) Zülal, elektrolit mübadiləsi və turşu-qələvi tarazlığının pozulması dərəcəsindən

E) Mikrofloranın xarakterindən
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; А.А.Гринберг. Неотложная абдоминальная хирургия. «Триада-Х», Москва, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
734) Hansı xəstəlik zamanı su-elektrolit və zülal mübadiləsi daha çox pozulur?
A) Stranqulyasion bağırsaq keçməzliyi zamanı

B) Bitişmə mənşəli bağırsaq keçməzliyi zamanı

C) Obturasion bağırsaq keçməzliyi zamanı

D) Dinamik bağırsaq keçməzliyinin paralitik forması zamanı

E) Dinamik bağırsaq keçməzliyinin spastik forması
Ədəbiyyat: M.A.Topçubaşov. Xüsusi cərrahlıq IV cild. Tibb İnstitutunun tələbələri üçün dərslik. «Maarif», Bakı, 1982.
735) Sidikdə amilazanın miqdarı hansı vahiddən çox olduqda patologiya hesab edilir?
A) 256 vahid

B) 64 vahid

C) 128 vahid

D) 32 vahid

E) 16 vahid
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”. Bakı, 2000.; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
736) Kəskin pankreatitdə xəstəliyin ilkin mərhələsində əsas intoksikasiya mənbəyi hansıdır?
A) Köndələn çənbər bağırsağın müsariqəsinin ödemi.

B) Ferment tarazlığının pozulması

C) APUD sistemi aktivliyinin əhəmiyyətli dərəcədə artması.

D) Prostoqlandinlərin atılması

E) Kinin «partlayışı».
Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
737) Kəskin pankreatitin ilkin mərhələsində hemodinamik pozğunluqlar nə ilə əlaqədardır?

A) Damarların toksiki dilatasiyası ilə

B) Portal sistemin tutum həcminin kəskin artması ilə

C) Ürəyin sağ yarısının yüklənməsi ilə.

D) Damar keçiriciliyinin artması və qanın maye hissəsinin ətraf toxumarası sahəyə keçməsi

E) Ürək çatmamazlığı


Ədəbiyyat: Ю. Л. Шевченко. Частная хирургия. Том 2. Специальная литература, СПб. 2000. с. 496. (Г)
738) Kəskin pankreatitdə erkən cərrahi əməliyyata əsas göstərişləri göstərin:

1. İntoksikasiyanın artması

2. Yayılmış fermentativ peritonit, nəzərə çarpacaq endogen intoksikasiya əlamətləri ilə

3. Qarının yuxarı yarısında infiltratın aşkarlanması.

4. Kəskin, əksər hallarda kalkulyoz xolesistit.

5. 3-4 gün müddətində azalmağa tendensiyası olmayan sarılıq
A) 3, 4, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 1, 2, 3

E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
739) Xarici pankreatogen fistulanın yekun diaqnostikasında hansı müayinə daha sadə və asan icra ediləndir?
A) Mədəaltı vəzin USM-si

B) RXPQ


C) Yara və ya fistula möhtəviyyatında pankreatogen fermentlərin aktivliyinin müəyyənləşdirilməsi

D) Fistuloqrafiya

E) Mədəaltı vəzin kompüter tomoqrafiyası
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
740) Adekvat konservativ terapiyanın aparılması fonunda kəskin pankreatitli xəstədə peritonit əlamətləri meydana çıxarsa müalicə taktikası necə olmalıdır?
A) Dinamiki müşahidə

B) Diaqnostik laparoskopiya

C) Laparosentez

D) Təcili laparotomiya, xolesistostomiya, qarın boşluğunun sanasiyası və drenləşdirilməsi

E) Konservativ müalicənin davam etdirilməsi
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
741) Qaraciyərxarici portal hipertenziyanın daimi simptomu nədir?
A) Splenomeqaliya

B) Uşaqlığın qanaxması

C) Burun selikli qişasının qanaxması

D) Ümumi zəiflik

E) Qızdırma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва,1987.
742) Öd yollarının erkən əməliyyatdan sonrakı dövrdə baş verən təzə zədələnmələrinə aşağıdakı hansı müayinənin nəticəsinə əsasən diaqnoz qoyulur?
A) Fistuloxolangioqrafiya

B) USM


C) Dəridən qaraciyərdən keçən xolangioqrafiya

D) Retroqrad xolangiopankreatoqrafiya

E) Retroqrad xolangiopankreatoqrafiya+ dəridən qaraciyərdən keçən xolangioqrafiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
743) Erkən əməliyyatdan sonrakı dövrdə öd yollarının kəsilməsi necə təzahür edir?
A) Mexaniki sarılıq

B) Öd axma sindromu

C) Ödlü qusma

D) Hıçqırma

E) İrinli xolangit
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)
744) Erkən əməliyyatdan sonrakı dövrdə qaraciyərdən xaric öd yollarının bağlanması hansı əlamətlərlə təzahür edir?
A) Pankreonekroz

B) Öd pertoniti

C) Öd axma

D) Qızdırma

E) Mexaniki sarılıq
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. Tibb universitetinin tələbələri üçün dərslik. “Azərbaycan”, Bakı, 2000. (Q)

745) Xarici öd fistulası olan xəstələrdə öd yollarının vəziyyətinin qiymətləndirilməsinin daha sadə üsulunu göstərin.
A) RXPQ

B) Qara ciyərin sintiqrafiyası

C) USM

D) Fistuloxolanqioqrafiya



E) Dəridən qara ciyərdən keçən xolanqioqrafiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999. (Г)
746) Sakitlik zamanı portal təzyiqin normal diapazonu hansıdır?
A) 50-150 mm su st (4-11 mm cst)

B) 650-750 mm su st (48-56 mm cst)

C) 250-350 mm su st (18-26 mm cst)

D) 450 550 mm su st (33-41 mm cst)

E) 150-250 mm su st (11-18 mm cst)
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
747) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?
A) Orta laparotomiya

B) Koxer, Fyodorov kəsikləri

C) Torakoabdominal kəsik

D) Çerni kəsiyi

E) Köndələn laparotomiya
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
748) 30 yaşında qadın gecə vaxtı, küçədə tapılmışdır və huşsuz vəziyyətdə cərrahi klinikaya çatdırılmışdır. Vəziyyəti ağırdır: AT=80/20 mm c.st., nəbzi-128v/dəg., dərisi avazıyıb, qanın xüsusi çəkisi Van-Slayka metodu ilə -1, 044-dür. Ağrı qıcıqlandırıcılarına və göz bəbəklərinin işığa reaksiyası yerindədir. Üzdə cızıqlar və qansızmalar var. Tənəffüsün sayı 1 dəqiqədə 24-dür. Döş qəfəsinin sağ tərəfdə perkutor səs timpanikdir. Sağ tərəfdən nəfəs küyü zəifləyib. Döş qəfəsi və qarın üzərində cızıqlar və qansızmalar var. Lumbal punksiya zamanı likvorun təzyiqi 230mm c.s., likvorun şəffaflığı və rəngi dəyişməyib, likvor yollarının keçiriciliyi sınağı müsbətdir. Laparosentez zamanı 10 ml qan alınıb. Laporatomiya zamanı VIII qabırğanın sınığı nəticəsində dalağın diafraqmal səthinin 2sm cırılmasında hansı əməliyyat göstərişdir.
A) Splenektomiya dalaq toxumasının böyük piyliyə implantasiyası ilə

B) Dalağın rezeksiyası

C) Dalaq yarasının elektrokoaqulyasiyası

D) Dalaq yarasının tikilməsi

E) Splenektomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком», СПб., 1999. (Г)
749) Karsinoid şişin ən çox lokalizasiya olunduğu yer hansıdır?
A) Yoğun bağırsaq

B) Soxulcanvarı çıxıntı

C) Nazik bağırsaq

D) Qara ciyər

E) Qalça bağırsaq
Ədəbiyyat: P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər. «Medisina», Leninqrad şöbəsi, 1976
750) Həzm traktının yuxarı hissələrinin kəskin xoralarında ən çox rast gələn fəsad hansıdır?
A) Qanaxma

B) Perforasiya

C) Xroniki xoraya keçməsi

D) Penetrasiya

E) Maliqnizasiya
Ədəbiyyat: A.Şalimov, V.F.Sayerko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972
751) Qanitirmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün aşağıda göstərilən laborator testlərdən hansına üstünlük verilir?
A) Dövr edən qanın həcminin defisiti

B) Qlomerulyar həcmin defisiti

C) Hematokrit sayı

D) Dövr edən plazmanın həcminin defisiti

E) Hemoqlobinin səviyyəsi
Ədəbiyyat: A.Şalimov, V.F.Sayenko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972. (Г)
752) Yüksək dodaqvarı fistulaların konservativ müalicəsinin müddət həddi hansıdır?
A) Üç həftə

B) Optimal vaxt müddəti yoxdur

C) Fistula ətrafındakı dəri masserasiyası aradan götürülənə qədər.

D) Poliorqan catmamazlığı yaranana qədər

E) Üç ay
Ədəbiyyat: А.В.Богданов. Свищи пищеварительного тракта в практике общего
753) Bazu sümüyünün diafizinin sınığı ilə olan xəstəninnəqli zamanı tətbiq olunması aşağıdakılardan hansının tətbiq edilməsi daha rasionaldır?
A) Vaynşteyn üsulu ilə gips sarğısı

B) Torakobraxial gips sarğısı

C) Gips Dezo sarğısı

D) Kramer şinası

E) Yumşaq Dezo sarğısı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
754) Dirsək oynağı sümüklərinin sınığı olan xəstənin nəqli zamanı vacibdir?
A) Torakobraxial sarğı

B) SİTO şinasında fiksasiya

C) Dezo sarğısı

D) Sitenko şinasında fiksasiya

E) Kramer şinası ilə fiksasiya
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
755) Said sümüklərinin distal ucunun daha çox rast gəlinən sınıqlarına aiddir:

1. Mil sümüyünün tipik yerdən Kollis sınığı

2. Mil sümüyünün tipik yerdən Smits sınığı

3. Dirsək sümüyünün başının sınığı

4. Mil sümüyünün bizvarı çıxıntısının sınığı
A) 1, 4

B) 1, 2


C) 3, 4

D) 1, 3


E) 2, 3
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
756) “Bağların gərilməsi“ anlayışına aşağıdakılardan hansı aiddir?
A) Bağın tam cırılması

B) Bağ aparatının hissəvi qopması

C) Bağın birləşdiyi yerdən qopması

D) Bağ aparatının əzələnin cırılması ilə qopması

E) Bağın birləşdiyi yerlə birlikdə qopması
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
757) Hansı əlamətlərin mövcudluğu pəncə barmaqlarının falanqasının sınığından şübhələnməyə əsas verir?

1. Yerli ağrı

2. Yayılmış ağrı

3. Oxu boyunca ağırlıq zamanı ağrının güclənməsi

4. Krepitasiya
A) 1, 4

B) 2, 3


C) 1, 2

D) 1, 3


E) 3, 4
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
758) Əzələ iltihabının klinikasına hansı simptom xas deyil?
A) Ətrafın qoruyucu kontrakturası

B) Ətrafın seqmentinin şişkinliyi

C) Ağrılar

D) Limfadenit, limfangit

E) Ətrafın funksiyasının aşağı düşməsi
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
759) Baş beyinin zədələnməsinin əsas klinik forması hansıdır?
A) Subaraxnoidal qansızma

B) Baş beynin ödemi

C) Kəllədaxili hematoma

D) Baş beynin əzilməsi

E) Baş beyinin prolapsı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
760) Sadalanan tədbirlərdən hansıları yaraların müalicəsində aseptikanın tələblərini əks etdirir?

1. Alətlərin və sarğı materialların sterilizasiyası

2. Əməliyyat sahəsinin işlənməsi

3. Təsadüfi yaraların cərrahi işlənməsi

4. Cərrahi əlcəklərin istifadə olunması
A) 2, 3

B) 1, 2


C) 1, 4

D) 3, 4


E) 1, 3
Ədəbiyyat: В.Г. Астапенко, Н.Н.Малиновский. Практическое руководство по хирургическим болезням. «Вышейшая школа», Минск, 1984. 350 с.
761) Sadalanan klinik-laborator əlamətlərdən hansıları travmatik şok üçün spesifikdir?
A) DQH düşməsi

B) Yaddaşın tam və hissəvi itirilməsi

C) Van-Slayka-Baraşkov sınağı zamanı qanın xüsusi çəkisinin dəyişilməsi

D) Taxikardiya

E) Sistolik təzyiqin düşməsi
Ədəbiyyat: П.Г.Брюсов, Е.А.Нечаев. Военно-полевая хирургия. «ГЕОТАР», Москва, 1996.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə