Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Humoral immunitetin vəziyyətini qiymətləndirmək üçün konsentrasiyası təyin olunur



Yüklə 0,96 Mb.
səhifə15/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

825) Humoral immunitetin vəziyyətini qiymətləndirmək üçün konsentrasiyası təyin olunur:
A) SRZ, fibrinogen

B) Antitripsin

C) Transferin, seruloplazmin

D) Alfa qlobulin

E) İmmunoqlobulin
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб, 1999.
826) Əməliyyatdan sonrakı dövrdə irinli ağırlaşmaların qarşısını almaq üçün istifadə olunur:
A) Vaksina

B) Timalin

C) Hemotransfuziya

D) Levamizol, tinidazol

E) İnterleykin,
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком».
827) Klostridial infeksiyalar zamanı yara əhatə olunur:
A) Çirk boz toxuma ilə, bozumtul maye ilə

B) Fibrin serroz möhtəviyyatlı

C) İrinli ifrazatlı, dəri örtüyünün perifokal hiperemiyası, toxumaların az əhəmiyyətli ödemi

D) Fibrin irinli möhtəviyyatlı, nekroz toxuma ilə

E) Solğun qranulyasiyalarla, serroz irinli ifrazat
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.; М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
828) Klostridial aneorob infeksiyasının müalicəsində sadalanan hansı antibiotiklərdən istifadə olunur?
A) Amikasin

B) Xloramfenikol

C) Metasiklin, neomisin

D) Gentamisin

E) Penisillin
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.
829) Klostridial aneorob infeksiyasının müalicəsində sadalanan hansı antibiotiklərdən istifadə olunur?
A) Tetrasiklin

B) Amikasin

C) Xloramfenikol

D) Metasiklin, neomisin

E) Gentamisin
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.
830) Hansı mikroorqanizmlər yarada qeyri-klostridial anaerob infeksiya törətmir?
A) Bakteroidlər

B) Bifidobakterialar, eubakterialar

C) Streptokoklar

D) Peptostreptokoklar

E) Fuzobakteriyalar
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.

831) Hidradenitin törədicisi çox zaman olur:
A) Streptokok

B) Göy irin çöpləri

C) Stafilokok

D) Protey

E) Bağırsaq çöpləri
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.

832) Ağır formalı irinli artritlərin törədicisi:
A) Protey ilə

B) Hemolitik streptokoklarla

C) Stafilokoklarla

D) Göy irin çöpləri

E) Pnevmokoklarla
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
833) Sifətdə yerləşən və yüksək hərarətlə müşayiət olunan furunkul zamanı tətbiq olunur:

1. Ciddi yataq rejimi

2. İrin mənbəyinin geniş açılması

3. Duru şəkilli qida qəbulu

4. İnfuzion dezintoksikasion terapiya
A) 2, 4

B) 1, 2


C) 1, 4

D) 2, 3


E) 1, 3
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
834) Qızıl yel xəstəliyinin törədicisi:
A) Qızılı stafilokok

B) Mikro orqanizmlərin assosiasiyası

C) Streptokok

D) Göy irin çöpləri

E) Bağırsaq çöpləri
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
835) Aşağı ətrafların qızıl yel xəstəliyinin residivləri zamanı ən çox gələn fəsad:
A) Limfostaz

B) Tromboflebit

C) Osteomielit

D) Sepsis

E) Periostit
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
836) Stafilokok sepsisinin müalicəsi zamanı antistafilokok bakteriofaqını bu cür istifadə etmək məsləhətdir:
A) Arteriadaxili

B) Əzələdaxili

C) Venadaxili

D) Yaranın üzərinə

E) Rektal
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002.
837) Stafilokok sepsisi zamanı aktiv immunizasiya aşağıdakının köməyi ilə aparmaq məsləhətdir:
A) Antistafilokok plazması

B) Antistafilokok bakteriofaqı

C) Qamma-qlobulin köçürməklə

D) Antistafilokok immunoqlobulini

E) Nativ və adsorbsiya olunmuş stafilokok anatoksini
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002.
838) Bu mikroblardan hansı biri daha çox qram müsbət sepsis əmələ gətirir?
A) Streptokokk

B) Stafilokok

C) Proteylər

D) Göy-yaşıl irin çöpləri

E) Bağırsaq çöpləri
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
839) Bu mikroblardan hansı biri daha çox qram mənfi sepsisi əmələ gətirir?
A) Meninqokok

B) Bağırsaq çöpləri

C) Pnevmokok

D) Proteylər

E) Streptokok
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
840) Sepsis zamanı daha çox hansı preparatların tətbiqi ilə spesifik passiv immunoterapiya aparılır?
A) Antistafilokok plazması

B) Antiyaşıl irin çöplərinə qarşı plazma

C) Antistafilokok Qamma-qlobulin

D) Poliqlobulin

E) Leykokonsentrant
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.OSTEOMIELIT VƏ TETANUS.
841) İrinli artritlər zamanı hansı halda artrotomiya əməliyyatı aparılır?
A) Oynağın bağ aparatının dağıldığı zaman

B) Sümüklərin oynaq hissələrinin geniş dağılması zamanı

C) Oynaq boşluğunda irinin olması zamanı

D) Oynağın dayanaqlı effekti olmayan çoxsaylı punksiyaları zamanı

E) Kəskin ağrı sindromu zamanı
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
842) Septikopiyemiya ilə fəsadlaşmış kəskin hematogen osteomielitdə irinli mənbə daha çox müşahidə edilir:
A) Qaraciyərdə

B) Ağ ciyərdə

C) Dalaqda

D) Ürəkdə

E) Baş beynində
Ədəbiyyat: Т.Акжигитов. Остеомиелит. «Медицина», Москва, 1986.

843) Uc falanqanın dərialtı panarisiyasında hansı kəsik tətbiq olunur?
A) Radial kəsik

B) Yan kəsik

C) Kənarı kəsik

D) Yarımoval kəsik

E) Xaçvari kəsik
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.

844) Vətər panaritsiyası üçün xarakterikdir.

1. Barmaqda passiv hərəkətin olmamağı

2. Bütün barmağın bərabər ödemi

3. əsas falanqanın ödemi

4. Barmağın açıq vəziyyətdə fiksasiyası

5. Barmağı açan zaman ağrının artması
A) 1, 3

B) 2, 5


C) 3, 5

D) 1, 4


E) 2, 4
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по

845) Sümük dolamasının başlanğıcından sonra hansı müddətdə rentgenoloji dəyişiklik görmək olar
A) 1 ay

B) 7 gün


C) 3 gün

D) 3 ay


E) 14 gün
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
846) Tetanus törədicilərini kim kəşf etmişdir?
A) Nikolayev

B) Melnikov

C) Paster

D) Monastırski

E) Neysser
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.
847) Tetanusun “Klassik triadası”
A) Nistaqm, işıqdan qorxma, taxipnoe

B) Mioz, ptoz, enoftalm

C) Trizm, distrofiya, ənsə əzələlərinin rigidliyi

D) Anizokoriya hipertoniya, hipertemiya

E) Oral avtomatizm simptomu, salivasiya, taxikardiya
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
848) Tetanus bassilləri tərəfindən ifraz edilən tetanofoksin seçici olaraq nəyə təsir edir:
A) Onurğa beyninin arxa buynuzuna, beyinciyə

B) Onurğa beyninin ön buynuzuna, beyin kötüyünə

C) Hipotalamus, uzunsov beynə,

D) Periferik sinir sisteminə

E) Hipofiz, orta beyin
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
849) Tetanusun müalicəsinə aiddir:

1. Antianaerob aktivliyi olan antibiotiklərin təyini

2. Qıcolmanın aradan qaldırılması

3. ətrafın amputasiyası

4. Tetanus əleyhinə zərdabın, anatoksinin və immunoqlobulinin təyini

5. Hemosorbsiya
A) 2, 5

B) 3, 5


C) 2, 4

D) 1, 3


E) 1, 4
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
850) Tetanusun ağırlaşması:

1. Sepsis

2. Asfiksiya

3. Fəqərə cisimlərinin kompression sınığı və əzələlərin cırılması

4. Ekssudativ perikardit, plevrit

5. Beyinin absesi
A) 2, 4, 5

B) 1, 3, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
851) Tetanusun “Klassik üçlüyü” -nı ilk dəfə təsvir edib: üçlüyü
A) Hippokrat

B) Pare


C) Qalen

D) Piroqov

E) Larrey
Ədəbiyyat: Г.Н.Цыпубляк. Хирургичекие лечение тяжелой и сочетанной травмы. « Гиппократ», СПб. 1996.
852) 2 yaşlı oğlan uşağında qasıq dəbəliyinin boğulmasından 8 saat keçib. Həkimin taktikası:
A) Dəbəlik törəməsinin xloretillə isladılması

B) Təcili cərrahi müdaxilə

C) Rauş narkoz

D) Spazmolitiklərin vurulması

E) Dəbəlik möhtəviyyatının özbaşına düzəlməsi üçün kompleks konservativ tədbirlər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
853) 3 yaşlı qızda boğulmuş qasıq dəbəliyi var. Boğulmadan 1 saat keçib. Tədbirlər:
A) Qısamüddətli narkoz

B) Dəbəliyin əllə düzəldilməsi

C) Təcili cərrahi müdaxilə

D) Xloralhidrat imaləsi

E) Boğulmanın aradan qaldırmağa yönələn kompleks konservativ tədbirlər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.

854) Qasıq dəbəliyində cərrahi müdaxilənin optimal yaş həddi:
A) 3 yaşda

B) diaqnoz qoyulan kimi

C) 1 yaş

D) 6 ay


E) 5 yaşda
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
855) 10 yaşlı uşaqda cərrahi əməliyyatdan 4 gün sonra erkən bitişmə keçməməzliyi əlamətləri var. Vacibdir:
A) Təcili cərrahi əməliyyat

B) Planlı cərrahi əməliyyat

C) Barinin verilməsi, konservativ terapiya

D) Barinin verilməsi, müşahidə

E) Müşahidə
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
856) Hirşprunq xəstəliyinin xroniki formasının cərrahi müdaxiləsinin yaş həddi:
A) 1 yaşa qədər

B) 3 yaşa qədər

C) 3-6 ay

D) 10 yaşa qədər

E) 15 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
857) 6 yaş uşaqda nazik bağırsaq invaginasiyası diaqnozu qoyulub. Lazım olan tədbirlər:
A) Müşahidə

B) Bari horrası ilə müayinə

C) Planlı cərrahi əməliyyat

D) Təcili cərrahiyyə əməliyyatı

E) İnvaginatın konservativ düzəldilməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
858) 2 yaş uşaqda kriptorxizmin qasıq ektopiyası forması var. Cərrahi müalicə nə vaxt məsləhətdir:
A) 10 yaşa qədər

B) 16 yaşa qədər

C) 6 yaşa qədər

D) Təxirəsalınmaz

E) 12 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
859) Yuxarı formalı anadangəlmə bağırsaq keçməzliyi üçün xarakterikdir?
A) Doğulan andan ödlü qusma və epiqastral nahiyənin köpməsi

B) Mekoniumun xaric olmaması

C) Epiqastral nahiyənin köpməsi

D) Qarının kəskin köpməsi

E) İkinci sutkadan mekoneal qusma
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
860) Stranqulyasion keçməzlik zamanı keçməzliyi törədən səbəb hansıdır:
A) Obtürasiya

B) Atreziya

C) Bağırsağın askaridozu

D) Bağırsağın bir hissəsinin digər hissəyə keçərək pərçim olunması

E) Bağırsağın boğulması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
861) Uşaqda apendikulyar abses diaqnozu qoyulmuşdur. Cərrahi müalicə necə olmalıdır?
A) Konservativ

B) Absesin düz bağırsaqdan punksiya olunması

C) Absesin qarının ön divarından açılması

D) Absesin qarının ön divarından punksiya olunması

E) Absesin düz bağırsaqdan açılması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
862) Uşaqlarda kəskin apendisiti hemorragik vaskulit zamanı əmələ gələn abdominal sindromdan necə fərqləndirmək olar?
A) Laparotomiya

B) Koaquloqrammanın yoxlanması

C) Diafonoskopiya

D) Laparoskopiya

E) Vaskulitə qarşı prednizolonla sınaq müalicəsi aparmaq
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
863) Boğulmuş qasıq yırtığı zamanı herniotomiyanın xüsusiyyəti nədən ibarətdir:
A) Yırtıq kisəsinə toxunulmur

B) Yırtıq kisəsi qasıq kanalı açılana və boğulmanın düzəldilməsinə kimi açılmalıdır

C) Yırtıq kisəsi qasıq kanalı açılandan və boğulmanın düzəldilməsindən sonra açılmalıdır

D) Ön divarın plastikası

E) Arxa divarın plastikası
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
864) Üç yaşa qədər uşaqlarda qasıq yırtığının əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Xayaların xayalığa enməməyi

B) Peritonun yataq çıxıntısının obliterasiya olunmamağı

C) Limfa axının pozulması

D) Qarının ön divarının zəifliyi

E) Fiziki gərginliyin artması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.

865) Pilorostenoz üçün göstərilən klinik əlamətlərdən hansı daha xarakterikdir:
A) Qanlı qusma

B) Öd qarışığı olmadan çürümüş südlü qusma

C) Ödlü qusma

D) Nəcis ifrazının olmamağı

E) Qarnın bərabər köpməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
866) Uşaq bir udum sirkə turşusu içib və dərhal xəstəxanaya çatdırılıb. Xəstənin mədəsi hansı məhlulla yuyulmalıdır:
A) Turşulaşdırılmış məhlul

B) Soyuq su

C) İsti su ilə

D) Qələvi məhlul

E) Otaq temperaturunda su
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
867) Uşaq qatı qələvi içib. Mədəni hansı məhlulla yumaq lazımdır:
A) Soyuq su

B) Qələvi məhlulla

C) Otaq temperaturlu su

D) Turşulaşdırılmış məhlulla

E) İsti su
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
868) Apostematoz nefritin fəsadlaşmasına səbəb ola bilən hansıdır:
A) Sidik axarının daşı

B) Yuxarı kasacığın daşı

C) Böyrəyin mərcan daşları

D) Sidik kisəsinin daşı

E) Ləyənciyin daşı
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
869) 8-aylıq oğlan uşağında sol tərəfli kriptorxizm var. Sizin taktikanız:
A) hormonal müalicə

B) 15 yaşdan sonra əməliyyat

C) 2-3 yaşda əməliyyat

D) 1 yaşa kimi əməliyyat

E) Təcili əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
870) Qida borusunun xalaziyasında qeyd olunan əməliyyatlardan hansı icra edilir?
A) Qastrotomiya

B) Pilorotomiya

C) Qastrostomiya

D) Nissen üsulu ilə fundoplikasiya

E) Kardiomiotomiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
871) Anadangəlmə bud sümüyü başının çıxığının altı aydan sonra konservativ müalicəsinin əsası nədən ibarətdir?
A) Funksional dartma

B) Narkoz altında qapalı repozisiya

C) Geniş bələmə

D) Frekye döşəyi ilə funksional müalicə

E) Osteosintez
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
872) Qalxanabənzər ətraf vəzin tipik yeri:
A) Hər iki payın yuxarı ön səthi

B) Hər iki payın orta ön səthi

C) Hər iki payın aşağı və yuxarı paylarının arxa səthləri.

D) Hər iki payın aşağı ön səthi

E) Döş sümüyü arxası sahə
Ədəbiyyat: И.С.Брейдо. Хирургическое лечение заболеваний щитовидной железы. «Медицина», Санкт-Петербург, 1998.
873) Birincili hiperparatireozun müalicəsinin effektliyinin göstəricisi:
A) Çəkinin artması

B) Kalsi-fosfor mübadiləsinin normallaşması

C) Ürəkbulanma və qusmanın aradan qalxması

D) Sümüklərdə ağrı hissinin aradan qalxması

E) Yanğı hissinin itməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
874) Qalxanabənzər vəzin maliqnizasiyası daha çox rast gəlir :
A) Kerver urunda

B) Follikulyar adenomada

C) Haşımoto urunda

D) Fəaliyyətsiz tək düyünlərdə

E) Riddi urunda
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология.
875) Şəkərli diabetin ağırlaşması nəticəsində «Diabetik pəncənin» əmələ gəlməsinə şərait yaradan amillər hansılardır:
A) Xroniki diabetik nevropatiya və bakterial infeksiya

B) Xroniki diabetik nevropatiya

C) Xroniki diabetik nevropatiya ,arteriyaların aterosklerotik obstruksiyası , bakterial infeksiya

D) Bakterial infeksiya

E) Arteriyaların aterosklerotik obstruksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
876) Diabetik anqiopatiya dedikdə aşağıdakılar nəzərdə tutulur:
A) Kiçik kalibrli damarların zədələnməsi

B) Kiçik və orta kalibrli damarların zədələnməsi

C) Orta kalibrli damarların zədələnməsi

D) Qan damarlarının generalizə (iri, orta və kiçik kalibrli) olunmuş zədələnməsi

E) İri kalibrli damarların zədələnməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
877) Suda həll olunan sadə insulin dəri altına yeridilməsi zamanı maksimum təsir müddəti hansıdır:
A) 1 saat

B) 2 saat

C) 3 saat

D) 30 dəqiqə

E) 6 saat
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
878) Tireotoksikozun konservativ müalicəsində aşağıdakı dərmanlar işlədilməlidir:

1. Mərkəzi sinir sisteminə sakitləşdirici təsir edən dərmanlar

2. Yod tərkibli dərmanlar

3. Tireostatik dərmanlar

4. Radioaktiv yod.

5. Antikoaqulyantlar
A) 1, 3

B) 1, 4


C) 2, 4

D) 3, 5


E) 2, 5
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
879) Qirtlağin xərçəngi 1-ci mərhələ (T1NOMO) hansı müalicə taktikası optimaldır?
A) cərrahi müalicə

B) kombinə olunmuş müalicə - şüa müalicəsi və cərrahi müalicə

C) kompleks müalicə - şüa müalicəsi və kimyəvi terapiya

D) şüa müalicəsi

E) kimyəvi terapiya
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии, «ГЕОТАР-МЕД», Москва, 2004.

880) Qida borusunun xoşxassəli şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) şüa müalicəsi

B) cərrahi

C) şüa müalicəsi + kimyaterapiya

D) simptomatik

E) kimyaterapiya
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
881) Adenoma, xondroma, hamartoma ağciyərin hansı xəstəliklərinə aiddir?
A) vərəmə

B) ağciyərin qeyri-spesifik xəstəliklərinə

C) xoşxassəli şişlərinə

D) xərçəngönü xəstəliklərinə

E) ağciyərin damar anevrizmaları
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.

882) Süd vəzisinin giləsinin eroziyası hansı xəstəlikdə müşahidə olunur?
A) fibroadenoma

B) sarkoma

C) pecet xərçəngi

D) mastit

E) kistozlu-fibroadenomatoz
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
883) Onkoloji markerlərdən hansı süd vəzisinin xərçənginin diagnostikasında ən yüksək spesifik əhəmiyyət daşıyır?
A) AFP

B) CA 19-9

C) CA 125

D) CEA


E) CA 15-3
Ədəbiyyat: А.С.Белохвостов, А.Г.Румянцев. Онкомаркеры. «Медицина», Москва, 2002.
884) Süd vəzisinin xərçənginin təsdiqində hansı müayinə üsulu həlledicidir?
A) kliniki müayinə

B) radioizotop müayinə

C) ultrasəs müayinəsi

D) rentgenoloji müayinə

E) morfoloji müayinə
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
885) Süd vəzisinin giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə olunur?
A) fibroadenoma

B) axacaqdaxili papilloma

C) sarkoma

D) düyünlü mastopatiya

E) mastit
Ədəbiyyat: В.П.Летягин, И.В.Высоцкая, А.А. Легков. Лечение доброкачественных и злокачественных заболеваний молочной железы. «Медицинa», Москва, 1997.
886) Virxov metastazı termini altında nə anlaşılır?
A) ağciyərlərə metastaz

B) yumurtalıqlara metastaz

C) kiçik çanağın toxumasına metastaz

D) sol körpüçüküstü limfa düyününə metastaz

E) göbəyə metastaz
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.

887) Mədənin cisminin xərçəngində hansı cərrahi əməliyyatı aparmaq lazımdır?
A) mədənin proksimal rezeksiyası

B) mədənin subtotal rezeksiyası

C) mədənin rezeksiyası

D) qastroenteroanastomozun qoyulması

E) qastrektomiya
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
888) Bilio-pankreatoduedonal zona üzvlərindən hansı xərçənglə daha çox zədələnir?
A) öd kisəsi

B) mədəaltı vəzi

C) 12-barmaq bağırsaq

D) qaraciyərdən kənar öd çıxarıcı yolları

E) fater məməciyi
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.

889) Yoğun bağırsağın hansı xoş xassəli şişi yüksək tezliklə xərçəngə keçir?
A) psevdapolipoz

B) leomioma

C) angioma

D) adenomatoz palipoz

E) lipoma
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.

890) Yoğun bağırsaq xərçənginin hematogen metastazlarının daha çox sevdiyi lokalizasiya
A) dalaq

B) ağciyərlər

C) böyrəküstü vəzilər

D) sümüklər

E) qaraciyər
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.

891) Əgər düz bağırsağın xərçəngi anal dəlikdən 2 sm yuxarıdadırsa, hansı cərrahi əməliyyat məsləhətdir?
A) sfinkter saxlayıcı əməliyyat

B) hartman əməliyyatı

C) düz bağırsağın qarın-anal rezeksiyası

D) düz bağırsağın qarın-aralıq ekstripasiyası

E) düz bağırsağın ön rezeksiyası
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
892) Yoğun bağırsağın xərçəngin diaqnostikasında ən dəqiq müayinə üsulu?
A) MRT

B) USM


C) qarın boşluğunun rentgenoloji müayinəsi

D) KT


E) kolonoskopiya, biopsiya ilə
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии. «ГЕОТАР-МЕД», Москва, 2004.
893) Uşaqlıq boyunu xərçəngi üçün daha çox metastaz vermə xarakterikdir
A) implantasion

B) hematoqen

C) limfoqen

D) limfoinplantasion

E) hematolimfogen
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə