Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Yumurtalıq xərçəngində əsas müalicə üsulları



Yüklə 0,96 Mb.
səhifə16/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

894) Yumurtalıq xərçəngində əsas müalicə üsulları:
A) şüa müalicəsi

B) cərrahi müalicə

C) konservativ müalicə

D) kimya terapiya

E) cərrahi+kimya terapiya
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
895) Sidik kisəsinin xərçəngönü xəstəlikləri:
A) spesifik sistit

B) sidik kisəsinin papillomatozu

C) sidik kisəsinin travması

D) sidik kisəsinin daş xəstəliyi

E) qeyri-spesifik sistit
Ədəbiyyat: Б.П.Матвеев. Клиническая онкология. Москва, 2003

896) Xaya xərçəngində əsas müalicə üsulu:
A) cərrahi + kimyaterapiya

B) fizioterapevtik

C) simptomatik

D) cərrahiyə

E) şüa terapiyası
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989

897) Hepato-pankriatolduedenal zona şişlərinin diaqnostikasında hansı diaqnostik müayinə informativdir?
A) retroqrad pankreotoxolancaqrifiya

B) dəridən və qaraciyərdən keçməklə xolangioqrafiya

C) FQDS

D) rentgenoloji duedenoskopiya



E) USM
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
898) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?
A) şişin perforasiyası

B) şişdən qanaxma

C) fistulanın əmələ gəlməsi

D) bağırsaq keşməməzliyi

E) kiçik çanağa metastazlar
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
899) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır?
A) qarın boşluğunun rentgen müayinəsi

B) fibrokolonoskopiya

C) rektoromonoskopiya

D) qanın ümumi müayinəsi

E) USM
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
900) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür.
A) hartman əməliyyatı

B) qoşalüləli kolostoma qoyulması

C) Mikulic əməliyyatı

D) düz bağırsağın qarın aralıq ekstirpasiyası

E) düz bağırsağın ön rezeksiyası
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.

901) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər?
A) ağ ciyərin mərkəzi xərçəngi

B) ağ ciyərin periferik xərçəngi

C) bronxoektaziya xəstəliyi

D) bronxun xərçəngi

E) vərəm
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.

902) Xəstə 53 yaşında, baxış zamanı sol süd vəzisi kiçilmiş, deformasiyaya uğramışdır. Dəri örtüyü infiltrasiya edərək qabarlı təbəqəyə çevrilmişdir. Dərinin bəzi yerlərində xoralaşma və qansızma aşkar olunur. Gilə batmışdır, sol qoltuqaltı çuxurda böyümüş, bərkimiş limfa düyünləri əllənir, menopauza. Bu halda hansı müalicə taktikasının seçilməsi məqsədə uyğundur?
A) süd vəzisinin amputasiyası + kimyaterapiya

B) genişləndirilmiş radikal mastektomiya

C) kimyaterapiya + hormonal müalicə

D) kombinə olunmuş müalicə

E) şüa terapiyası
Ədəbiyyat: Е.А.Колосов, А.Г.Захарян. Рецидивы злокачественных опухолей и прогноз для больных. Киров, 1995. Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
903) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) xəstənin vəziyyətinin yaxşılaşması

B) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək

C) şişin ölçülərinin kiçilməsi

D) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması

E) residivlərin profilaktikası
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.

904) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) hemosorbsiya

B) reanimasion tədbirlər

C) qusma əleyhinə tədbirlər

D) radioprotektorun qəbulu

E) dərinin dezaktivasiyası
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.

905) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) həzm sistemi

B) ürək damar sistemi

C) immun sistem

D) qanyaradıcı sistem

E) mərkəzi sinir sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.

906) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) neytrofillərin

B) leykositlərin

C) limfositlərin

D) eritrositlərin

E) trombositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
907) Əng sümüyü innervasiya edilir.
A) üçlü sinirin 3-cü şaxəsi ilə

B) üçlü sinirin 2-ci şaxəsi ilə

C) üçlü sinirin 1-ci şaxəsi ilə

D) üz siniri ilə

E) dil-udlaq siniri ilə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
908) Ağız dibinin fleqmonası ağırlaşa bilər.
A) mediastenitlə

B) furunkul ilə

C) tonzillitlə

D) limfadenitlə

E) parotonzilyar abseslə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

909) Əng sümüyü sınığının əsas simptomu adlanır.
A) baş ağrıları

B) əng sümüklərinin patoloji hərəkətliliyi

C) burun qanaxması

D) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

E) çənə sümüyünün patoloji hərəkətliliyi
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

910) Çənə sümüyü sınığının əsas simptomu adlanır.
A) ) baş ağrıları

B) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

C) üzün yumşaq toxumalarının şişkinliyi

D) çənə sümüyünün patoloji hərəkətliliyi

E) udqunmanın çətinləşməsi
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

911) Kəllə əsasının sınığının mütləq göstəricisidir.
A) əng sümüklərinin patoloji hərəkətliliyi

B) çənə sümüyünün patoloji hərəkətliliyi

C) likvoreya

D) burun qanaxması

E) xarici qulaq keçəcəyindən qanaxma
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
912) Çənənin oynaq çıxıntısının ikitərəfli sınığının xarakterik simptomu.
A) sınıq olan tərəfdə antaqonist dişlər arasında kontakt yoxdur

B) qulaqönü nahiyənin şişkinliyi

C) ağız açılmasının məhdudluğu

D) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

E) açıq dişləm
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
913) Burun sümüklərinin sınığının əsas simptomudur.
A) burnun deformasiyası, burun yollarından qanaxma

B) burun tənəffüsünün çətinləşməsi,qanaxma

C) dərialtı emfizema,qanaxma

D) burnun deformasiyası,hematoma

E) burun sümüklərini patoloji hərəkətliliyi,deformasiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
914) Sifətin yaralarının birincili cərrahi işlənməsi hansı müddətə qədər aparıla bilər.
A) birinci saat ərzində

B) 48 saat ərzində

C) 8-12 saat ərzində

D) 72 saat ərzində

E) 24 saat ərzində
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

915) Çənə sümüklərinin sınıqları zamanı müvəqqəti immobilizasiya aparılır.
A) dairəvi təpə-çənə sarğısı

B) Hippokrat papağı

C) dairəvi alın-ənsə sarğısı

D) dişlərin şinalanması

E) Zbarj aparatı
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

916) Yuxarı tənəffüs yollarının yad cisimlə tutulması adlanır.
A) klapanlı asfiksiya

B) dislokasion asfiksiya

C) aspirasion asfiksiya

D) stenotik asfiksiya

E) obturasion asfiksiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.

917) Çənənin mental hissəsinin qopması nəticəsində yaranan asfiksiya adlanır.
A) klapanlı

B) dislokasion

C) aspirasion

D) stenotik

E) obturasion
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
918) Dil kökünün (əsasının) zədələnməsində bağlanması məqsədəuyğundur:
A) Zədə tərəfdən dil arteriyasının

B) Daxili yuxu arteriyasının

C) Xarici yuxu arteriyasının

D) Baş-bazu kələfini

E) Ümumi yuxu arteriyasının
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
919) Traxeotomiya üçün əsas sayılır:
A) Səthi bronxospazm

B) Mendelson sindromu

C) Yuxarı tənəffüs yollarının keçməməzliyi fonunda əmələ gələn ağır asfiksiya

D) Ağ ciyərlərin ödemi

E) Yemək borusunun kimyəvi yanığı
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
920) Byork üsulu ilə traxeotomiya edəndə fərqli cəhət:
A) Qırtlaq membranasının kəsilməsi

B) Traxeyanın yarımüzük qığırdaqlarının aralığının köndələn kəsiyi

C) Traxeyanın ön divarından əsası aşağıda olmaqla yamağın kəsilib hazırlanması

D) Traxeyanın yalnız yuxarı iki üzükvarı həlqəsinin kəsilməsi

E) Traxeyanın III-IV qığırdaq yarım həlqəsi ilə qalxanvarı vəzin boyun arası hissəsinin kəsilməsi
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.

921) Yemək borusunun boyun nahiyəsində zədələnməsi zamanı hansı kəsik optimal hesab olunur:
A) Nasilov kəsiyi

B) Sternotomiya

C) Razumovski-Rozanov kəsiyi

D) Plevradan keçən kəsik

E) Savinıx kəsiyi
Ədəbiyyat: Ю.Л.Шевченко, Н.Н.Шихвердиев. Ангиогенный сепсис. «Наука», СПб, 1996.

922) Yemək borusu divarının zədələnməsində yaranı belə tikmək lazımdır:
A) 24 saatdan sonra

B) Mədəyə zond yeridib yaranı tikmək lazım deyil

C) Yaralanmadan sonrakı vaxt məna kəsb etmir

D) Zədələnmə vaxtından 12 saat keçənə qədər

E) 24 saat ərzində
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
923) Yemək borusu ətrafı toxumaları drenləşdirmək üçün münasib sayılır:
A) Axar-sorucu sistemindən istifadə

B) Qeyri-fəal drenaj yeridilməsi

C) Yara kanalını açıq saxlamaq lazımdır

D) Rezin zolaqlardan istifadə etmək

E) Zədələnən nahiyəyə cuna tamponlarının yeridilməsi
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
924) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir:

1. Huşun itirilməsi

2. Anizokoriya

3. Ürəkbulanma və qusma

4. Üfüqi nistaqm

5. Bradikardiya
A) 2, 3, 5

B) 1, 3, 4

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной нейрохирургии. - М.: Медицина, 1987.
925) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər:

1. Kranioqrafiya

2. Axırıncı sisternin punksiyası

3. Meninqoexoskopiya

4. Kompyuter tomoqrafiyası

5. Onurğa beynin punksiyası
A) 1, 2, 4

B) 2, 4, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 3, 5
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной нейрохирургии. «Медицина», Москва, 1987.
926) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır?
A) Kötük vaqotomiyası, piloroplastika ilə

B) Bilrot-I üsulu ilə mədə rezeksiyası

C) Selektiv proksimal vaqotomiya

D) Perforativ xoranın gözənməsi

E) Bilrot-II üsulu ilə mədə rezeksiyası
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.

927) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş verməsinin əsas qorxusu nədir?
A) Əməliyyatdan sonrakı pnevmoniya

B) Dərialtı venaların varikoz genişlənməsi

C) Beyin damarlarının emboliyası

D) Ayaqların qanqrenası

E) Ağ ciyər arteriyasının trombemboliyası
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989. с.350

928) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı nefrektomiyaya mütləq (tam) göstərişdir:
A) Böyrəyin əzilib parçalanması

B) Subkapsulyar hematoma

C) Böyrəyin aşağı qütbünün cırılması

D) Geniş peritonarxası hematoma

E) Ləyənin cırılması
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
929) Əməliyyatdan sonrakı dövrdə trombembolik ağırlaşmaların profilaktikası aşağıda qeyd olunanların hamısının məcmusudur bundan başqa:
A) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi

B) Düz təsirli antikoaqulyantlar

C) Müalicə gimnastikası və adekvat ağrısızlaşdırma

D) Dezaqreqantlar

E) Ciddi yataq rejimi
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989.
930) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) Qan yaranmasını stimulə etmək vacibliyi

B) Hepatit.

C) İntoksikasiya

D) İmmunokorreksiyanın vacibliyi

E) Aşkar görsənən anemiya
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
931) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox hansı fəsadın baş verməsini gözləmək olar?
A) Elektrolitlər pozğunluğu

B) Arterial təzyiqin düşməsi

C) Ağ ciyər ağırlaşmaları (atelektazlar)

D) Piy toxumasında anestetiklərin kumulyasiyası

E) Piy emboliyası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
932) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə hansıdır?
A) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə

B) Orta körpücük xətti üzrə V qabırğaarası sahə

C) Orta körpücük xətti üzrə II qabırğaarası sahə

D) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə

E) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. «Медицина», Москва, 1995.
933) Miller-Ebbot zondu hansı məqsədlər üçün işlədilir:
A) Xoledoxun drenləşdirilməsi

B) Nazik bağırsağın intubasiyası

C) Qarın boşluğunun drenləşdirilməsi

D) Yoğun bağırsağın intubasiyası

E) Laparoskopik xolesistostomanın qoyulması
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
934) Bağırsaq keçməməzliyi ilə ağırlaşmamış, «S»-vari bağırsağın xərçəngi ilə olan xəstənin əməliyyata hazırlamağın ən optimal variantı
A) Antifunqal müalicə

B) Sistemli antibiotikoterapiya

C) Şişdən yuxarı kolostomanın qoyulması

D) Bağırsağın mexaniki olaraq təmizlənməsi

E) Bağırsağın mexaniki olaraq təmizlənməsi + peroral antibiotiklər
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
935) Mexaniki sarılığı olan xəstədə sarılığın səbəbini öyrənmək üçün əməliyyatdan əvvəl aparılan diaqnostik müayinələrdən hansı daha informativdir:
A) Nüvə-maqnit rezonans müayinəsi ilə xolesistoqrafiya.

B) Qara ciyərin ssintoqrafiyası

C) Xolesistoxolangioqrafiya

D) Angioqrafiya

E) Peroral xolesistoqrafiya
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993.
936) Mexaniki sarılıqla ağırlaşmış, öd yollarının çapıq mənşəli keçməməzliyində, əməliyyatönü hansı əsas müalicə tədbirlərini aparmaq lazımdır:
A) Təcili biliodiqestiv anastomozun qoyulması

B) Diyetoterapiya

C) Antibiotikoterapiya

D) Öd yollarının dekompessiyası (dəridənkeçən, qaraciyərdən keçən)

E) Hemosorbsiya
Ədəbiyyat: А.Е.Борисов, Н.И.Глушков, Н.А.Борисов, В.С.Веховских. Чрезкожные эндобилиарные вмешательства при рубцовой непроходимости желчных протоков. «МАПО», СПб, 1997.
937) Piksobezoar nədir?
A) Tərkibi heyvani yağlar ( keçi, qoyun piyi, sala) olan bezoar

B) Tərkibi qətran olan bezoar

C) Tərkibi kətan və yun saplar olan bezoar

D) Tərkibi müxtəlif laklar olan bezoar

E) Tərkibi saçlar olan bezoar
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 185.

938) Divertikulyozun ən az rast gələn fəsadı hansıdır?
A) Bağırsaq ətrafı infiltrat

B) Maliqnizasiya

C) Divertikulit

D) Bağırsaq qanaxması

E) Divertikulin perforasiyası
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 425.
939) Tireotoksik krizin əsas səbəbi nədir?
A) Hiperqlikemiya

B) T-3 və T-4 səviyyəsinin artması

C) Qanda katexolominlərin səviyyəsinin gözlənilmədən yüksəlməsi

D) Su - elektrolit mübadiləsi pozğunluğu

E) Kəskin böyrəküstü vəzi çatışmazlığı
Ədəbiyyat: Ədəbiyyat: И.И.Дедова, Г.А.Мельниченко. Эндокринология. Национальное руководство. Москва, «ГЭОТАР Медиа», 2009 II том стр.32.
940) Kürək sümüyünün tam sümükləşməsi nə vaxt baş verir?
A) 1-3 yaşa qədər

B) 20-25 yaşa qədər

C) 13-17 yaşa qədər

D) 7-8 yaşa qədər



E) 16-18 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 523.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə