Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Nissen fundoplikasiyasının Çernousov modifikasiyasından fərqləndirici cəhəti nədir?



Yüklə 0,96 Mb.
səhifə2/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

61) Nissen fundoplikasiyasının Çernousov modifikasiyasından fərqləndirici cəhəti nədir?
A) Fundoplikasiyanın mədənin həm ön,həm də arxa divarı hesabına yaradılması

B) Fundoplikasiyanın mədənin ön divarı hesabına yaradılması

C) Mədə divarının qida borusuna tikilməsi

D) Fundoplikasiyanın mədənin arxa divarı hesabına yaradılması

E) Fundoplikasiyon manjetin zirvəsinin hər iki tərəfdən qida borusuna tikilməsi
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
62) Vaqotomiya olunmuş xəstədə aparılmış əməliyyatla əlaqədar hansı inkişaf edə bilməz?
A) Qida borusunun divertikulu

B) Öd daşı xəstəliyi

C) Postvaqotomik diareyya

D) Dempinq sindrom

E) Qastrostaz
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
63) Postvaqotomik diareyanın səbəbı nədir?
A) Nazik bağırsaqlarda qan təchizatının zəifləməsi

B) Mədəaltı vəz,qaraciyər və nazik bağırsağın denervasiyası

C) Qələvi reflüks-qastrit

D) Mədə turşuluğunun azalması

E) Kardiyanın funksiyasının pozulması
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.

64) Postvaqotomik diareyanın müalicəsi zamanı aşağıdakı preparatlardan hansı istifadə olunur?
A) Sulfanilamidlər,korqlükon

B) Xolestiramin,prozerin,ranitidin

C) Antibiotiklər,metoklopiramid

D) Benzoheksonium,motilium,mebendazol

E) Antibiotiklər,benzoheksonium,xolestiramin
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
65) Postvaqotomik diareyanın cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Mədənin Bilrot-2 üsulu ilə rezeksiyası

B) Qastroenteroanastomozun qoyulması

C) Nazik bağırsaq seqmentinin inversiyası

D) RU əməliyyatı

E) Mədənin Bilrot-1 üsulu ilə rezeksiyası
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
66) ”Teleskop effekti” fenomeni nədir?
A) Fundoplikasin manjetin qida borusunu sıxması

B) Fundoplikasion manjetin sürüşməsi

C) Qusmanın mümkün olmaması

D) Mədənin çevrilməsi

E) Qida borusunun abdominal hissəsinin daralması
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
67) Mədə divertikulu ən çox mədənin hansı hissəsində lokalizasiya edir?
A) Ön divarında,böyük əyriliyə və fundusa yaxın

B) Ön divarında,kiçik əyriliyə və kardiyaya yaxın

C) Arxa divarında,kiçik əyriliyə və kardiyaya yaxın

D) Ön divarında antral hissəyə yaxın

E) Arxa divarında,böyük əyriliyə və fundusa yaxın
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
68) 12 barmaq bağırsaq divertikulu 12 barmaq bağırsağın hansı hissəsində daha çox lokalizasiya olunur?
A) Soğanağın arxa divarında

B) Horizontal hissədə

C) Enən hissədə

D) Böyük duodenal məməciyə yaxın

E) Soğanağın ön divarında
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
69) 12 barmaq bağırsaq divertikulunun səbəbi bir çox hallarda aşağıdakılardan hansı ilə bağlıdır?
A) Duodenostazın olması ilə

B) Anadangəlmə olması ilə

C) 12 barmaq bağırsağın yad cismi ilə

D) 12 barmaq bağırsaq xorasının olması ilə

E) Xroniki duodenitin olması ilə
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
70) Mədənin divertikulunun səbəbi daha çox nə ilə bağlı olur?
A) Mədə xorasın ilə

B) Mədənin yad cismi ilə

C) Xroniki qastritlə

D) Mədənin əvvəllər baş vermiş travmaları ilə

E) Anadangəlmə olması ilə
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
71) Ağırlaşmamış mədə divertikulunun müalicə üsulu hansıdır?
A) Selektiv proksimal vaqotomiya,fundoplikasiya

B) Mədənin 2/3 hissəsinin rezeksiyası

C) Divertikulektomiya

D) Selektiv proksimal vaqotomiya,antrumektomiya

E) Konservativ müalicə
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
72) Mekkel divertikulunun səbəbidaha çox nə ilə bağlıdır?
A) Mədənin travmaları ilə

B) Kron xəstəliyinin olması ilə

C) Nazik bağırsağın şişi

D) Anadangəlmə olması ilə

E) Kəskin appendisitin olması ilə
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
73) Köndələn qastroduodenoanastomozun digər drenəedici əməliyyatlardan üstünlüyü nədədir?
A) Qidanın mədədən 12 barmaq bağırsağa tez keçməsində

B) Anastomozda iltihabın olmamasında

C) Anastomozun gələcəkdə daralmamasında

D) Qidanın mədədən 12 barmaq bağırsağa nisbətən porsiyalarla keçməsində

E) Anastomozun geniş olmasında
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
74) Xroniki duodenostazın fibroqastroduodenoskopiya müayinəsi zamanı aşağıdakılardan hansı aşkar edilir?
A) 12 barmaq bağırsaq soğanağının genişlənməsi

B) 12 barmaq bağırsaq horizontal hissəsinin daralması

C) Mədə möhtəviyyatının qida borusuna atılması

D) Duodenoqastral reflüks

E) 12 barmaq bağırsaqda çoxlu eroziyalar
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
75) Xroniki duodenostaz zamanı hansı əməliyyat icra olunur?
A) Qastroduodenoanastomoz

B) Xoledoxoyeyunoanastomoz

C) Qastroyeyunoanastomoz

D) Duodenoyeyunoanastomoz

E) İleotransverzoanastomoz
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
76) Xroniki duodenostazın cərrahi müalicəsi zamanı ən effektiv üsul hansıdır?
A) Qrequar

B) Berqeret

C) Albrekt

D) Vorre


E) Duval
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
77) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilməz?
A) Zollinger-Ellison xəstəliyi

B) Tireotoksikoz

C) Birincili hiperparatireoidizm

D) Mədənin qənaətedici rezeksiyası

E) Qeyri-tam vaqotomiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
78) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilər?
A) Öddaşı xəstəliyi

B) Birincili hiperparatireoidizm

C) İtsenko-Kuşinq xəstəliyi

D) Tireotoksikoz

E) Reflüks-ezofagit
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
79) Bilrot-2 üsulu ilə rezeksiya olunmuş xəstə ağır Dempinq-sindroma görə təkrar əməliyyat olunarsa seçim əməliyyatı hansıdır?
A) Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi ilə birgə duodenoplikasiya

B) Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika və ya Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi

C) Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika ilə birgə vaqotomiya

D) RU əməliyyatı və ya Zaxarov-Henley üsulu ilə rekonsruktiv qastroyeyunoduodenoplastika

E) Kötük vaqotomitası ilə birgə fundoplikasiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
80) Gətirici ilgək sindromu zamanı seçim əməliyyatı hansıdır?
A) Kötük vaqotomitası ilə birgə fundoplikasiya

B) U şəkilli qastroyeyunoanastomoz

C) Stronq əməliyyatı

D) Bilrot-2-nin Bilrot-1-ə çevrilməsi

E) Ezofaqofundorafiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
81) Dempinq-sindrom zamanı ən informativ müayinə üsulu hansıdır?
A) Angioqrafiya

B) PH-metriya

C) Kontrastla rentgen müayinə

D) USM


E) Fibroqastroduodenoskopiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
82) Mədənin Bilrot-1 üsulu ilə rezeksiyasını hansı halda etmək olmaz?
A) Xora mədənin pilorik hissəsində olduqda

B) Xora 12 barmaq bağırsağın soğanağında olduqda

C) Xora 12 barmaq bağırsağın postbulbar hissəsində olduqda

D) Xora 12 barmaq bağırsağın soğanağında olduqda və stenozla ağırlaşdığı zaman

E) Xora mədənin subkardial hissəsində olduqda
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
83) Xəncərvari çıxıntının yırtığının səbəbi nədir?
A) Xəstənin hiperstenik döş qəfəsinə malik olması

B) Xəstənin həddən artıq köklüyü

C) Xəncərvari çıxıntının anadangəlmə və qazanılma defekti

D) Epiqastral nahiyədə əmələ gələn böyük lipoma

E) Qarnın düz əzələsinin diastazası
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
84) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?
A) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi və qastritə oxşamasından

B) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur

C) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan

D) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki pankreatitə oxşamasından

E) Göbək nahiyəsində ağrılardan və qucmadan
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
85) Ağ xəttin yırtığı ən çox hansı nahiyədə təsadüf edir?
A) Eyni dərəcədə epiqastral və mezoqastral hahiyədə

B) Eyni dərəcədə mezoqastral və hipoqastral hahiyədə

C) Hipoqastral hahiyədə

D) Epiqastral hahiyədə

E) Mezoqastral hahiyədə
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
86) Qarın daxili yırtıqlardan ən çox boğulma müşahidə olünanı hansıdır?
A) Kor bağırsaq ətrafı daxili yırtlq və sidik kisəsi üstü daxili yırtıq

B) Sidik kisəsi üstü daxili yırtıq və oniki barmaq bağırsaq ətrafı –Treys daxili yırtığı

C) Müsariqə-divar daxili yırtığı

D) Sidik kisəsi üstü daxili yırtıq və müsariqə-divar daxili yırtığı

E) Kor bağırsaq ətrafı daxili yırtlq
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
87) Qapayıcı dəliyin yırtığı haradan xaricə çıxır?
A) Budun yuxarı 1/3-nin ön-medial tərəfindən

B) Sağrı nahiyəsindən

C) Pupart bağının altından və ona bitişik

D) Budun yuxarı 1/3-nin ön-lateral tərəfindən

E) Qasıq nahiyəsindən
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
88) Spigel yırtığı haradan çıxır?
A) Göbəkdən bir qədər yuxarıda düz əzələ yatağının bayır kənarından

B) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının içəri kənarından

C) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının bayır kənarından

D) Ön-üst qalça tinindən 2sm medial tərəfdə

E) Qasıqüstü nahiyədən
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с,
89) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən qarnın ağ xəttinin yırtığı nə vaxt əməliyyat olunmalıdır?
A) 10 yaşdan sonra

B) 1 yaşa qədər

C) 1-3 yaşında

D) 5 yaşdan yuxarı

E) 3 yaşdan sonra
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

90) Pankreonekroza görə aparılan əməliyyat zamanı hansı icra olunmur?
A) Xolesistostomiya

B) Piylik kisəsinin drenə olunması

C) Xoledoxoduodenoanastomoz

D) Ümumi öd axarının drenə olunması

E) Mədəaltı vəzin abdominizasiyası
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

91) Dodaqvari bağırsaq fistulasını nə təşkil etmir?
A) Fistula kanalı

B) Bağırsağın ön və arxa divarı

C) Aparıcı ilgək

D) Gətirici ilgək

E) Dəriyə açılan xarici dəlik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
92) Borulu bağırsaq fistulasını nə təşkil etmir?
A) Daxili dəlik

B) Fistula kanalı

C) Çapıq toxuması

D) Dəriyə açılan xarici dəlik

E) Bağırsağın ön və arxa divarı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
93) Borulu bağırsaq fistulasını nə təşkil edir?
A) Gətirici ilgək

B) Aparıcı ilgək

C) Bağırsağın arxa divarı

D) Fistula kanalı

E) Bağırsağın ön divarı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
94) Qarışıq fistula hansıdır?
A) Nazik bağırsağın bir neçə yerində olan fistula

B) Formalaşmış natamam fistula

C) ”Yüksək”yerləşən bağırsaq fistulası

D) Dodaqvari və borulu bağırsaq fistulası

E) Eyni vaxtda nazik və yoğun bağırsaqda olan fistula
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

95) Natamam fistula hansıdır?
A) Bağırsaq möhtəviyyatı həm fistula dəliyindən,həm də təbii yolla xaric olur

B) Formalaşmamış fistula

C) Eyni vaxtda nazik və yoğun bağırsaqda olan fistula

D) Nazik bağırsağın bir neçə yerində olan fistula

E) Bağırsaq möhtəviyyatının hamısı fistula dəliyindən xaric olur
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
96) Fistulanın obturasiyasını hansında etmək olar?
A) Nazik bağırsağın natamam formalaşmış fistulası zamanı

B) Nazik bağırsağın formalaşmamış fistulası zamanı

C) Nazik və yoğun bağırsağın tam fistulaları zamanı

D) Yüksək lokalizasiyalı,sərt “mahmızı” olan fistula zamanı

E) Peristomal zonanın iltihab prosesləri zamanı
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

97) Bağırsaq fistulasının müalicəsındə hansı üsul bağırsaqdaxili obturasiyaya aid deyil?
A) Paul üsulu ilə obturasiya

B) Bioloji toxumalarla (ət,cift) obturasiya

C) Svet üsulu ilə obturasiya

D) Xaskeleviç üsulu ilə obturasiya

E) Petser kateteri ilə obturasiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

98) Bağırsaq fistulasının müalicəsındə hansı üsul bağırsaqdanxaric obturasiyaya aiddir?
A) Svet üsulu ilə obturasiya

B) Paul üsulu ilə obturasiya

C) Petser kateteri ilə obturasiya

D) Xaskeleviç üsulu ilə obturasiya

E) Friş üsulu ilə obturasiya
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

99) Qalxan çənbər bağırsağın tam fistulası zamanı optimal əməliyyat üsulu hansıdır?
A) Yalnız ileotransverzoanastomozun qoyulması

B) Fistuladan hər iki tərəfdə bağırsağın rezeksiyası və uc-uca anastomozun qoyulması

C) Sağtərəfli hemikolektomiya və ileotransverzoanastomozun qoyulması

D) İleostoma

E) Sekostoma
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

100) Postxolesistektomik sindromun əmələ gəlməsinə hansı səbəb olmur?
A) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

B) Xroniki pankreatit

C) Mədə və 12 barmaq bağırsağin xora xəstəliyi

D) Xroniki qastrit

E) Sağtərəfli pielonefrit
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
101) Kəskin appendisiti nə zaman əməliyyat etmək olmaz?
A) Kəskin appendisit qaraciyər sirrozu ilə yanaşı gedərsə

B) Kəskin infiltrativ appendisit zamanı

C) Kəskin appendisit hemofiliya ilə yanaşı gedərsə

D) Kəskin kataral appendisit zamanı

E) Kəskin appendisit ürək çatmamazlığı ilə yanaşı gedərsə
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
102) Öd daşı xəstəliyi münasibətilə əməliyyat zamanı konkrementlə dolu büzüşmüş öd kisəsi və çoxlu konkrement aşkarlanan ümumi öd axarı,həmçinin 2,5 sm-dən çox genişlənmiş ümumi öd axarı aşkar edilərsə, xəstəyə hansı əməliyyat icra edilməlidir?
A) Xolesistektomiya

B) Xolesistektomiya və xolangioqrafiyadan sonra biliodigestiv anastomozun qoyulması

C) Xolesistektomiya, dərhal öd yollarının təftişi və xolangioqrafiyadan sonra,T-şəkilli drenajın qoyulması

D) Duodenotomiya və böyük duodenal məməciyin təftişi

E) Xolesistostomiya
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
103) Qapalı exinokokkektomiya hansıdır?
A) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

B) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması

C) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

D) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

E) Exinokokkxitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
104) Yarımqapalı exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

B) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

C) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

D) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

E) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
105) Açıq exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

B) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

C) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

D) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir

E) Exinokokk kistasının ekstirpasiyası-fibroz qat ilə birgə çıxarılması
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
106) Radikal exinokokkektomiya hansıdır?
A) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa ayaqcıq üzərində piylik tikilir və drenaj yerləşdirilir

B) Exinokokk kistası ilə birgə qaraciyər rezeksiya edilir

C) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğun kənarları içəriyə çevrilib tikilir

D) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluq ketqutla hermetik tikilir

E) Exinokokk xitin qatı ilə birgə xaric edilir və fibroz boşluğa drenaj yerləşdirilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
107) Qaraciyərin exinokokkunun diaqnozunu hansı müayinə ilə qoymaq olar?
A) İcmal rentgrnoskopiya

B) Fibroqastroduodenoskopiya

C) Qanın ümumi analizi

D) Peroral xolesistoqrafiya

E) USM
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
108) Qaraciyərin exinokokku sağ ağciyər exinokokku ilə yanaşı gedərsə hansı müalicə taktikası seçilir?
A) Sağtərəfli 7-ci qabırğaarası sahədən torakotomiya və diafraqmatomiya olunaraq,hər iki patologiya simultant əməliyyat olunur

B) Əvvəl ağciyər exinokokku əməliyyat olunur,sağalma prosesi başa çatdıqdan sonra qaraciyər exinokokku əməliyyat olunur

C) Konservativ müalicə olunur (spesifik preparatlarla)

D) Əvvəl qaraciyər exinokokku əməliyyat olunur , 3 gündən sonra ağciyər exinokokku əməliyyat olunur

E) Hər ikisi eyni vaxtda müxtəlif kəsiklərlə əməliyyat olunur
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
109) Exinokokkun insan orqanizminə keçmə yolu hansıdır?
A) Tibbi manipulyasiyalar zamanı

B) Travmalar zamanı dərinin torpaqla çirklənməsindən

C) Ağız boşluğundan

D) Tənəffüs yollarından

E) Dəridən
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
110) Exinokokkla xəstəni əməliyyat etmək mümkün olmazsa hansı preparat istifadə olunur?
A) Xinin

B) Piperazin

C) Vibramisin

D) Klindamisin

E) Mebendazol
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
111) Exinokokk ən çox hansı orqanda inkişaf edir?
A) Uşaqlıq və dalaqda

B) Qaraciyər və bağırsaqlarda

C) Ağciyər və böyrəklərdə

D) Qaraciyər,ağciyər və dalaqda

E) Bağırsaqda,uşaqlıqda,öd kisəsində
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
112) Dalağın absesi zamanı hansı müalicə növü seçilir?
A) Konservativ müalıcə olunur

B) Əməliyyat-splenektomiya icra olunur

C) Əməliyyat- abses boşluğunun açılması və drenaj olunması icra olunur

D) Hər biri göstəriş əsasında oluna bilər

E) Rentgen televiziya altında abses boşluğunun punksiyası olunur
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
113) Dalağın exinokokku zamanı hansı müalicə növü seçilir?
A) Əməliyyat- kistanın xaric edilməsi və boşluğun drenaj olunması icra olunur

B) Əməliyyat-splenektomiya icra olunur

C) Hər biri göstəriş əsasında oluna bilər

D) Rentgen televiziya altında kistanın punksiyası olunur

E) Konservativ müalıcə olunur
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
114) Hipersplenizmin splenomeqaliyadan fərqləndirici əlaməti hansıdır?
A) Leykositoz və trombositopeniyanın olmasında

B) Assitin olmasında

C) Eritrositopeniya,leykopeniya və trombositopeniyanın olmasında

D) Dalağın daha böyük olmasında

E) Dalağın səthinin kələ-kötür olmasında
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
115) Aşağıda sadalanan hallardan hansı portal hipertenziyaya aid deyil?
A) Hepatomeqaliya

B) Assit


C) Splenomeqaliya

D) Dərialtı kollateralların inkişafı, venaların varikoz genəlməsi

E) Qida borusu venalarının genəlməsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
116) Portal hipertenziyanın erkən əlamətləri hansıdır?
A) Periodik ishal, qaraciyəraltı nahiyyənin ağrılı olması

B) Periodik ishal

C) Bütün sadalananlar

D) Bağırsaqların daim dolu olması hissi

E) Qarınin köpməsi və epiqastrumda dolma hissi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
117) Portal hipertenziyanın diaqnozunun qoyulmasında əsas üsul hansıdır?
A) Splenomanometriya

B) Hepatomanometriya

C) Ezafaqoqastroduodenoskopiya

D) Portohepatoqrafiya

E) Qida borusu və mədənin rentgenskopiyası
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
118) Portal hipertenziyası olan xəstədə planlı əməliyyat nə vaxt edilməlidir?
A) Bütün sadalananlar

B) Qaraciyərin funksiyaları qənaətbəxş olduqda

C) Sirrozun stabil vəziyyətində

D) Qanaxma olmadıqda

E) Qarinin ön divaında kollaterallar az inkişaf etdikdə
Dərəcə: 3 Ədəbiyyat: Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə