Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Portal hipertenziyası və formalaşmış sirrozu olan xəstədə nəyi icra etmək məqsədəuyğundur?



Yüklə 0,96 Mb.
səhifə3/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

119) Portal hipertenziyası və formalaşmış sirrozu olan xəstədə nəyi icra etmək məqsədəuyğundur?
A) Portokaval anastomoz, dalaq arteriyasının bağlanması, periarterial simpatektomiyası

B) Dalaq arteriyasının bağlanması, periarterial simpatektomiyası

C) Periarterial simpatektomiya

D) Dalaq arteriyasının bağlanması

E) Portokaval anastomoz
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
120) Kəskin nazik bağırsaq keçməməzliyində sonuncu müalicə tədbiri kimi hansı seçilməlidir?
A) Antixolinesteraz təsirli preparatların tətbiqi

B) Antibiotikoterapiya

C) Nazoqastral zondlama

D) Cərrahi müdaxilə

E) İnfuzion terapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
121) Müsariqa qan dövranının okkluziyasına aşağıdakılardan hansı aiddir?
A) Arteriyaların embol və trombozu

B) Aortanın laylanması

C) Bütün sadalananlar

D) Damarların şişlə sıxılması

E) Venaların trombozu
Dərəcə: 3 Ədəbiyyat: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

Tarix: 01.01.2011



122) Müsariqə qan dövranının kəskin pozulmasında hansı mərhələlər var?
A) Bağırsaq infarktı

B) İşemiya

C) Peritonit

D) Bağırsaq qanqrenası

E) Bütün sadalananlar
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
123) Müsariqə qan dövranının kəskin pozulmasında vacib klinik əlamətlər sadalananlardan hansıdır?
A) Bütün sadalananlar

B) Hərarətin yüksəlməsi

C) Bağırsaq evakuasiyasının pozulması

D) Qarında ağrı, ürəkbulanma, qusma

E) Nəcisdə qan izləri
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
124) Mezenterial qan dövranının kəskin pozğunluğunu ilə olan yuxarı çöz arteriyasının emboliyasında cərrahi əməliyyat növü hansıdır?
A) Endarterektomiya

B) Arteriyanın şuntlanması

C) Arteriyanın protezləşdirilməsi

D) Tromboembolektomiya

E) Bütün sadalananlar
: Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
125) Mezenterial qan dövranının kəskin pözğunluğunun diaqnostikası zamanı ən vacib üsul hansıdır?
A) USM

B) Fibroqastroduodenoskopiya

C) Dopler müayinəsi

D) Angioqrafiya

E) Kontrastla rentgenoqrafiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
126) Mezenterial qan dövranının kəskin pözğunluğunun işemiya fazası zamanı hansı müalicə üsulu seçilir?
A) Damar əməliyyatları ilə birgə bağırsağın rezeksiyası icra edilir

B) Yalnız konservativ müalicə aparılır

C) Bağırsağın rezeksiyası icra edilir

D) Damar əməliyyatları icra edilir

E) Konservativ müalicə aparılır,effekt verməzsə damar əməliyyatları icra edilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
127) Mezenterial qan dövranının kəskin pözğunluğunun bağırsağın infarktı fazası zamanı hansı müalicə üsulu seçilir?
A) Damar əməliyyatları ilə birgə bağırsağın rezeksiyası icra edilir

B) Bağırsağın rezeksiyası icra edilir

C) Yalnız konservativ müalicə aparılır

D) Damar əməliyyatları icra edilir

E) Konservativ müalicə aparılır,effekt verməzsə damar əməliyyatları icra edilir
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
128) Bud yırtığı ilə əməliyyatda ən təhlükəli ağırlaşma hansıdır?
A) Bud arteriyasının zədələnməsi

B) Qasıq bağının zədələnməsi

C) Sinir dəstəsinin zədələnməsi

D) Bud venasının zədələnməsi

E) Toxum ciyəsi elementlərinin zədələnməsi
Ədəbiyyat:Долецкий Д.Р. Хирургия детского возраста. М., 2003, 149 с.
129) Rektal fistulaların radikal cərrahi müalicəsinə hansı aid deyil?
A) Fistulektomiya,sfinkterin kəsilmiş liflərinin tikilməsi

B) Fistulanın sfinkterə qədər kəsilib götürülməsi və sfinkter səviyyəsində bağlanması

C) Qabriel əməliyyatı

D) Rıjix əməliyyatı

E) Fistulektomiya,anal kanalın selikli qişasının yerinin dəyişdirilməsi
Ədəbiyyat:Рыбкин В.Л.,Файн С.Н.,Бранштейн А.С.,Ан В.К.Руководство по колопроктологии.Москва,2004,514 с.
130) Uşaqlarda kəskin appendisit zamanı Dumbadze simptomu necə olur?
A) Kor bağıırsaq künbəzini medial istiqamətdə hərəkət etdirdikdə ağrıların artması

B) Qarnı üstə uzandıqda ağrıların azalması

C) Göbək həlqəsinin palpasiyada ağrılı olması

D) Rektal müayinə zamanı sağ qalça çuxurunda ağrıların olmas

E) Periton reflekslərinin azalması
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
131) Şeynleyn-Henox xəstəliyində hansı xarakter ələmətlərdən biri kimi abdominal sindrom olur?
A) Dərini sürtdükdə nöqtəvari qansızmanın yaranması

B) Dəridə hemorragik dəyişikliyin olması

C) Bütün sadalananlar

D) Oynaqların ağrılı şişməsi

E) Hematuriya, albuminuriya
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
132) Uşaqlarda kəskin mezadenitin xarakterik əlamətləri olduqda həkimin taktikası necə olmalıdır?
A) Sağ qalça çuxurundan olmaqla təcili cərrahi əməliyyat

B) Laparoskopiya

C) Xəstənin cərrahiyyə şöbəsindən terapiya şöbəsinə köçürülməsi.

D) Müşahidə

E) Antibakterial terapiyanın başlanması
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
133) Kəskin appendisitdə iltihabi prosesin reqresiyası hansıdır?
A) Mümkün deyil

B) Qanqrenoz appendisitdə mümkündür

C) Hətta perforativ appendisitdə mümkündür.

D) Fleqmonoz appendisitdə mümkündür

E) İlkin stadiyada mümkündür
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
134) Kəskin appendisit diaqnozu ilə uzanmış uşağın yataqda vəziyyəti hansıdır?
A) Sol böyrü üstə

B) Qarnı üstə

C) Sağ böyrü üstə ayağını qarnına sıxaraq

D) Oturaq vəziyyətdə

E) Arxası üstə
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
135) Cərrah və ginekoloq xəstəyə baxaraq kəskin appendisit və ya kəskin adneksiti diferensə edə bilmirlərsə onda nə etmək lazımdır?
A) Laparoskopiya

B) Orta laparotomiya

C) Sağ qalça suxurundan kəsik aparmaq

D) Pfaynenştil kəsiyi ilə laparotomiya

E) Dinamik müşahidə
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
136) Erkən bitişmə mənşəli bağırsaq keçməməzliyində konservativ müalicə neçə saat aparılmalıdır?
A) 6-12 saat

B) 12-24 saat

C) 72 saatdan çox

D) 48-72 saat

E) 3-6 saat
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
137) Nazik-nazikbağırsaq invaginasiyasına hansı daha çox səbəb olur?
A) Qida qəbulunun və ya rejiminin pozulması

B) Dispepsiya

C) Orqanik olaraq (divertikul, polip, şiş, qanaxma)

D) Yaşla əlaqəli diskoordinasiyalı peristaltika

E) Respirator-virus infeksiyası
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
138) Appendikulyar peritonit münasibəti ilə təkrar əməliyyata məruz qalmış uşaqda tam yoğun bağırsaq fistulu əmələ gəlmişdir. Hansı operativ üsullar daha rasionaldır?
A) Bağırsağı geniş mobilizə edib, defekti tikmək

B) Qapalı ötürücü anastomoz

C) Fistula nahiyəsini xaricə drenə etmək

D) Yaradan bağırsağı tikmək

E) Bağırsağın yaşamayan hissəsini rezeksiya etmək və anastomoz
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.

139) 10 yaşlı uşağın mədə xorasının perforasiyası olduqda cərrahın hansı taktikası məsləhətdir?
A) Xoranı közəmək

B) Hofmeyster-Finsterer

C) Bilrot-1

D) Xoranın kəsib, defekti ləğv etmək

E) Bilrot-2
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
140) «Təsadüfü» appendektomiyaya rasional münasibət hansıdır?
A) Atipik olaraq appendiks yerləşərsə

B) İnvaginal appendektomiya

C) Appendiksin saxlanmasına qorxu varsa

D) Xəstənin yaşından asılı olaraq

E) Mütləq appendektomiya edilməli
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
141) 12 yaşında olan uşaqda mədə bağırsaq qanaxması olarsa, xəstəyə ilk olaraq hansı müayinəni başlamaq lazımdır?
A) Kolonoskopiyadan

B) Qastroduodenoskopiyadan

C) Kontrast rentgen müayinəsindən

D) Laparotomiya və periton boşluğunun reviziyasından

E) Laparoskopiyadan
Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
142) Mekkel divertikulunun fleqmonoz formasında onun əsasının infiltratlaşması aşkarlanarsa, hansı məsləhət görülür?
A) Pazvari rezeksiya

B) Hər bir cərrahın öz taktikası var

C) Bağırsağı rezeksiya edərək uc-uca anastomoz

D) 45 dərəcəli bucaq altında rezeksiya

E) Bağırsağı rezeksiya edərək yan-yana anastomoz
: Ədəbiyyat:Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
143) Uşaqlarda qasıq yırtığı nə vaxt formalaşır?
A) Embrional inkişafın 5-6-cı ayında

B) Embrional inkişafın 7-8-ci həftəsində

C) Istənilən mərhələdə formalaşa bilər

D) Embrional inkişafın 7-8-ci ayında

E) Embrional inkişafın 2-3-cü həftəsində
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

144) Qasıq yırtığının formalaşmasına səbəb olan əsas etioloji faktorlar hansıdır?
A) Həddən artıq fiziki gərginlik

B) Qarnın xarici çəp əzələ aponevrozunun zəifliyi

C) Qarındaxili təzyiqin artması

D) Mezenximal toxumanın inkişaf pozğunluğu

E) Köndələn fassiyanın zəifliyi

Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.



145) Qasıq kanalının ön divarının açılması kimlərdə mütləq lazımdır?
A) 2 yaşdan böyük xəstələrdə

B) Qızlarda

C) Oğlanlarda

D) 5 yaşdan böyük xəstələrdə

E) Südəmər uşaqlarda
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

146) 1.5 yaşında olan uşaqda xaya qişalarının əlaqələnən hidropsu aşağıdakılardan hansı ilə əlaqədardır?
A) Qasıq-xayalıq nahiyəsinin travması ilə

B) Vaginal çıxıntının bitişməməsi ilə

C) Sidik yollarının infeksiyası ilə

D) Qarındaxili təzyiqin artması ilə

E) Angiodisplaziya ilə
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
147) Xaya qişalarının kəskin yaranmış hidropsu üçün daha xarakterik simptom hansıdır?
A) Ümumi vəziyyətin pisləşməsi

B) Xayalığın hiperemiyası

C) Kəskin ağrı

D) Hərarətin yüksəlməsi

E) Xayalığın bir yarısında şişkinliyin meydana çıxması
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
148) Vinkelman əməliyyatına göstərişlər hansıdır?
A) Obliterasiya olunmuş vaginal çıxıntı

B) Bulanıq hidrops mayesi

C) Xaya qişasının dəyişilməsi

D) Yuxarı yaşlı uşaqlarda ilk dəfə meydana çıxmış hidrops

E) Bütün sadalananlar
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
149) 7 yaşdan yuxarı uşaqlarda xaya qişalarının hidropsuna görə əməliyyatdan sonrakı proqnoz nə ilə əlaqədardır?
A) Operativ müdaxilənin variantı ilə

B) Punksion üsulla müalicə cəhdləri ilə, operativ müdaxilənin variantı ilə

C) Əməliyyatdan əvvəl aparılmış hormonal terapiya ilə

D) Punksion üsulla müalicə cəhdləri ilə

E) Sidik ifrazı sisteminin yanaşı xəstəlikləri ilə
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
150) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?
A) Doğulana qədər

B) 2-3 yaşa qədər

C) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər

D) 1 yaşa qədər

E) Doğuşdan dərhal sonra
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
151) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?
A) Spesifik proses

B) Hormonal disbalans

C) Sidik ifrazı sisteminin patologiyası

D) Angiodisplaziya

E) Peritonun yataq çıxıntısının bitişməməsi
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
152) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?
A) Qasıq nahiyəsində ödem

B) Qasıq nahiyəsində hiperemiya

C) Xarici qasıq həlqəsinin genişlənməsi

D) Kəskin ağrının olması

E) Qasıq nahiyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
153) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?
A) Xaya qişalarının kəsilib çıxarılması

B) Qross əməliyyatı

C) Vinkelman əməliyyatı

D) Qişaların kəsilməsi

E) Toxum ciyəsi elementlərinin punksiyası
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
154) Uşaqlarda göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?
A) Doğuş travması

B) Göbək həlqəsi aponevrozunun bitişməməsi

C) Göbək damarlarının iltihabı

D) Göbək ciyəsi damarlarının inkişaf qüsurları

E) Portal hipertenziya
Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.

Operativ Cərrahiyyə

155) Parotit zamanı irinin hansı istiqamətə axması mümkündir?

A) Ön udlaqyanı sahəyə

B) Ağız boşluğuna

C) Qulağa

D) Xaricə

E) Arxa udlaqyanı sahəyə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
156) Qoltuqaltı çuxurun toxuması nə ilə əlaqələnir?

A) Ön kürəkönü yarıqla

B) Tinüstü sahə ilə

C) Arxa kürəkönü yarıqla

D) Ön dərin toxuma sahəsi ilə

E) Tinaltı sahə ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
157) Kallo üçbucağını nə təşkil edir?

A) Qara ciyər, xoledox, öd kisəsi

B) Xoledox, qapı venası, qara ciyər arteriyası

C) Öd kisəsi, xoledox, qara ciyər arteriyası

D) Qara ciyər, onikibarmaq bağırsaq, mədə

E) Ümumi qara ciyər axarı, sağ qara ciyər arteriyası və öd kisəsi axarı


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
158) Qasıq yırtığı zamanı tam retroqrad boğulmanın mütləq anatomik əlaməti nədir?
A) yırtıq kisəsində toxumalar arasında bitişmənin olması

B) xəstədə bağırsaq keçməzliyi əlamətlərinin mövcudluğu

C) yırtıq kisəsində olan bağırsaq ilgəyinin halı

D) yırtıq kisəsində hemorragik möhtəviyyatın mövcudluğu

E) yırtıq kisəsində iki və daha çox bağırsaq ilgəklərinin olması
Ədəbiyyat: L.A.Məmmədov. Qarın nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları. “Müəllim”, Bakı, 2004
159) Zorqius və Bartels limfa düyünləri harada yerləşir?
A) Körpücükaltı sahədə

B) Ön qoltuqaltı xətt üzrə 2 - 3 - cü qabırğaarası sahədə

C) Qoltuqaltı çuxurda

D) Retrosternal sahədə

E) Arxa qoltuqaltı kollektorda
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г

160) Mastopatiyanın inkişafında əhəmiyyət kəsb edən faktorlar hansılardır? Bütün düzgün cavabları seçin.

1. menstrual siklin pozulması

2. endokrin üzvlərin xəstəlikləri

3. sinir - psixoloji pozğunluqlar

4. öncədən keçirilmiş mastitlər

5. astenik konstitusional tip
A) Yalnız 2

B) 1 , 2, 3, 4, 5

C) 1, 2, 3,

D) 1, 2, 3, 4

E) 3, 4, 5
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
161) Mastodiniya üçün doğru ifadəni göstərin:

1. bu - mastopatiyanın bir formasıdır

2. tez - tez ikitərəfli zədələnmə ilə başlayır

3. süd vəzinin palpasiyasında patologiya aşkarlanmır

4. Bartels və Zorqius limfa düyünləri əllənir
A) 3, 4

B) 1, 2, 3

C) Ancaq 4

D) 1, 2, 5

E) 1, 3
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
162) Böyük qan dövranının arterial emboliyasına səbəb olan nədir?
A) Aorta qövsünün aterosklerozu

B) Ürəyin anevrizması

C) Aterosklerotik kardiopatiya

D) Böyük qan dövranı venalarının trombozu

E) Aortanın anevrizması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
163) Ən çox rast gəlinən yırtıq hansıdır?
A) Ağ xətt yırtığı

B) Göbək


C) Düz qasıq yırtığı

D) Bud


E) Çəp qasıq
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
164) Qasıq kanalının hansı divarının zəif olması düz qasıq yırtığının yaranmasına zəmin yaradır?
A) Aşağı

B) Iç


C) Yuxarı

D) Ön


E) Arxa
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
165) Qasıq yırtığını hansı ilə differensiasiya etmək lazımdır?
A) Perikarditlə

B) Xolesistitlə

C) Qasıq limfadeniti ilə

D) Yumurtalığın kistası ilə

E) Endometritlə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
166) Hansı anatomik törəmə bud kanalının daxili dəliyinin əmələ gəlməsində iştirak etmir?
A) Qasıq sümüyünün sümüküstlüyü

B) Jimbernat bağı

C) Bud arteriyası

D) Pupart bağı

E) Bud venası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
167) Qasıq kanalının arxa divarını nə təşkil edir?
A) Köndələn fassiya

B) Pupart bağı

C) Qarının daxili çəp əzələsi

D) Qarının xarici çəp əzələsinin aponevrozu

E) Köndələn əzələ
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
168) Erkən əməliyyatdan sonrakı dövrdə aşağıdakı ağırlaşmalardan hansına daha çox rast gəlinir?
A) Pnevmoniya

B) Empiyema

C) Ağciyər infarktı

D) Atelektaz

E) Emfizema
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 150
169) Aşağıdakılardan hansı peritonu daha az qıcıqlandırar?
A) Öd

B) Mədə şirəsi

C) Pankreas şirəsi

D) Qan


E) Sidik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 236 .
170) Hemotransfuziya fəsadına hansı aid deyil?
A) Yağ emboliyası

B) Sepsis

C) Hemoliz

D) Tromboz

E) Urtikar səpki
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр., 268
171) Bud yırtığı ən çox kimlərdə rast gəlinir?
A) Yaşlılarda

B) Uşaqlarda

C) Cinsin və yaşın əhəmiyyəti yoxdur

D) Kişilərdə

E) Qadınlarda
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 103.
172) Holsted əməliyyatı hansı orqanın xərçənginin müalicəsinin icra edilir?
A) Qaraciyər

B) Süd vəzi

C) Mədəaltı vəzi

D) Mədə


E) Böyrəküstü vəzi
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 66.
173) Dərialtı emfizemsı olan xəstədə cərrah ilk öncə hansı patologiyanın olmasını düşünməlidir?
A) Ağciyərin emfizeması

B) Qapaqlı pnevmotoraks

C) Ağciyərin kavernoz vərəmi

D) Ağciyərin hematoması

E) Açıq pnevmotoraks
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 642.

174) Nə üçün boğulmuş yırtıqlar qorxuludur?
A) Təkrari boğulma ehtimalı olduğu üçün

B) Alloplastik materialın qoyulması çətinlik törətdiyi üçün

C) Boğulmuş orqanın nekrozlaşma ehtimalı olduğu üçün

D) Kəskin ağrı olduğu üçün

E) Bitişmələrin yaranma ehtimalı olduğu üçün
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 116.

175) Qasıq kanalının arxa divarını nə təşkil edir?
A) Qarının xarici çəp əzələsi

B) Qarının xarici çəp əzələsinin aponevrozu

C) Köndələn fassiya

D) Köndələn əzələ

E) Pupart bağı
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 638.

176) Hansı yırtıqlarda yırtıq kisəsində bağırsaq divarının hissəvi nekrozu müşahidə edilir?
A) Sürüşən yırtıqlarda

B) Çəp qasıq yırtığında

C) Göbək yırtığında

D) Rixter yırtığında

E) Düz qasıq yırtığında
Ədəbiyyat: Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 576 səh.

Cərrahiyyədə müayinə üsulları

177) Kəskin qarın zamanı qarın boşluğu hansı kəsiklə açılmalıdır?

A) Koxer kəsiyi

B) Volkoviç-Dyakonov kəsiyi

C) Pararektal kəsik

D) Laparotom kəsik

E) Hər biri ilə


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.

178) Qarının aşağı şöbəsində, sağ yarısında ağrılar olan zaman ilk növbədə hansı xəstəliklərdən şübhələnmək lazımdır?

A) Plevrit

B) Kəskin appendisit

C) Böyrək daşı

D) Ginekoloji hər hansı bir xəstəlik

E) Koprostaz


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
179) Dəridən və qara ciyərdən keçən xolangioqrafiyanın hansı fəsadı ola bilər?

A) Öd daşının xoledoxa düşməsi

B) Qanaxma, öd axma, peritonit, xolanqitin kəskinləşməsi və ya kəskin pankreatitin əmələ gəlməsi

C) 12 barmaq bağırsaqda xora əmələ gələ bilər

D) Xolangioqrafiyada fəsadlaşma olmur

E) Reflüks-ezofaqitə səbəb ola bilər


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
180) Xəstənin ağciyərinin rentgenoloji müayinəsi nədən başlanmalıdır?

A) Super eksponirə olunmuş rentgenoqrafiyadan

B) Obzor rentgenoskopiyadan və düz, yan proyeksiyada rentgenoqrafiyadan

C) Bronxoqrafiyadan

D) Birbaşa rentgenoqrafiya

E) Ağciyərin tomoqrafiyası


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
181) Steatoreya hansı xəstəlik üçün xarakterikdir ?

A) Postxolesistoektomik sindrom

B) Qaraciyər çatışmazlığı

C) Xroniki pankreatit

D) Kron xəstəliyi

E) Kəskin pankreatit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
182) Aşağı ətraf venalarının qapaq çatışmazlığını müəyyən etmək üçün ən informativ üsul hansıdır?

A) Reovazoqrafiya

B) Doppleroqrafiya

C) Fleboqrafiya

D) Delbe-Pertes sınağı

E) Retroqrad yolla çanağın fleboqrafiyası (Valsalv sınağı)


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə