Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları 04. 05. 2014-cü il tarixində əlavə edilmişdir. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?



Yüklə 0,96 Mb.
səhifə7/16
tarix13.12.2016
ölçüsü0,96 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   16

354) Arxa boylama şırım (buradan keçən sağ tac arteriyanın arxa enən şaxəsi və sol tac arteriyasının uc şaxəsi ilə) harda yerləşir?

A) Ürəyin aşağı səthində

B) Ürəyin ön və arxa səthində

C) Ürəyin ön səthində

D) Heç bir variant düz deyil

E) Ürəyin arxa səthində


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с.
355) Qulaqcıq-mədəcik düyünü ( Aşof-Tavar ) harada yerləşir?

A) Tac cibindən yuxarı qulaqcıq arakəsməsinin arxa aşağı şöbəsində

B) Sağ mədəciyin miokardında

C) Sol mədəciyin miokardında

D) Sol qulaqcığın miokardında

E) Sağ mədəcik-qulaqcıq dəliyinindən dorzal tərəfdə


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
356) Aortanın bifurkasiyası hansı səviyyədə yerləşir?

A) Hüdudi xətt səviyyəsində

B) Böyük oturaq dəlik səviyyəsində

C) Oma-qalça birləşməsi səviyyəsində

D) Bel fəqərəsi səviyyəsində

E) Sadalanan hər bir variant ola bilər


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
357) Sidik axarlarının hüdudi xətt səviyyəsində qalça damarlarına münasibəti hansıdır?

A) Damarlardan arxada yerləşir

B) Damarlardan öndə yerləşir

C) Damarlardan lateral tərəfdə yerləşir

D) Damarlardan arxa medial tərəfdə yerləşir

E) Damarlardan medial tərəfdə yerləşir


Ədəbiyyat: Под ред. Л. А. Бокерия. Лекции по сердечно-сосудистой хирургии. Изд. 2-е, дополненное. Том 1-й., цв. илл.,Москва, 2001., 504 с.
358) Sadalananlardan hansı aşağı ətrafların kəskin işemik sindromunun göstəricisi deyil?
A) Baldırın trofiki xorası

B) Nəbzin itməsi

C) Paresteziya

D) Dəri örtüyünün avazıması və ağrı

E) Ətrafların iflici
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
359) Aşağı ətraf arteriyalarının kəskin trombozuna səbəb hansıdır?
A) Obliterasiyaedici trombangit

B) Obliterasiyaedici ateroskleroz

C) Polisitemiya

D) Arteriyanın punksiya və kateterizasiyası

E) Arteriyanın ekstravazal kompressiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
360) Kəskin arterial keçməzliyin diaqnostikasında hansı müayinə daha informativdir?
A) Termoqrafiya

B) Reovazoqrafiya

C) Aortо - arterioqrafiya

D) Pletizmoqrafiya

E) Sfiqmoqrafiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
361) Leriş sindromu üçün xarakter olmayan simptomlar hansılardır?
A) Aşağı ətrafların tez yorulması və zəifləməsi

B) Seksual funksiyanın pozulması, ereksiya qabiliyyətinin itməsi ilə

C) Sidikburaxmanın pozulması

D) Ayaqaltının göy ləkələrlə örtülməsi

E) Aşağı ətraf əzələlərinin atrofiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
362) Hansı variant arterial anevrizma üçün xarakter deyil?
A) Spontan sağalma

B) Qonşu üzvlərin sıxılması

C) Arterial tromboemboliya

D) Cırılma

E) Kəskin cırılma zamanı ağrı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
363) Aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu üçün xarakterikdir:
A) Oynaqlarda ağrının olması

B) Diz oynağı nahiyəsində trofiki xoraların inkişafı

C) Fasiləli axsama

D) Ayağın çox sürətli nekrozu

E) Yanaşı olaraq dərin venaların tromboflebiti
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
364) Leriş sindromu nədir?
A) Aşağı boş venanın okklyuziyası

B) Braxiosefal qeyrispesifik arteriit

C) Miqrasiyaedici trombangit

D) Qarın aortası bifurkasiyasının aterosklerotik okklyuziyası

E) Ətrafların distal nahiyyələrinin kapillyaropatiyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
365) Leriş sindromu üçün hansı xarakterik deyil:
A) Dəri örtüyünün avazıması

B) Oturarkən sağrı nahiyəsində ağrının olması

C) Aşağı ətrafların miqrasiyaedici tromboflebiti

D) Aşağı ətrafların soyuması

E) Impotensiya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
366) Obliterasiyaedici trombangiitin angioqrafik əlamətlərinə aid deyil:
A) Magistral arteriyaların konturlarının yeyilməsi

B) Arteriyanın bərabər ölçülü daralması

C) Çoxsaylı kiçik kollateral şaxələrin spiralvari daralması

D) Damarların konusşəkilli kontrastlanması

E) Diffuz xarakterli okklyuziya
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
367) Obliterasiyaedici trombangiitdə daha çox zədələnir:
A) Bud arteriyası

B) Aortanın döş hissəsi

C) Baldır arteriyası

D) Aorta bifurkasiyası

E) Aorta qövsü və braxiosefal kötük
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
368) Aşağı ətrafların dərin venalarının trombozunun ən təhlükəli ağırlaşması hansıdır?
A) Fil ayaqlılıq

B) Baldırın trofiki xorası

C) Ağciyər arteriyasının trombozu

D) Dərin venaların obliterasiyası

E) Varikoz düyünlərin flebiti
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
369) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda venoz axımın yaxşılaşmasını təsir etmir:
A) Aşağı ətraflara qaldırılmış vəziyyətin verilməsi

B) Uzun müddətli və ciddi yataq rejimi

C) Baldırın elastiki bintlə sarınması

D) Tez аyağa qalxmaq

E) Nəli əzələlərin hərəkət etdirilməsi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
370) Müayinələrdən tam keçmiş xəstəyə Reynо xəstəliyi diaqnozu qoyulmuşdur. Bu nədir?
A) Ayaq barmaqları arteriyasının trombozu

B) Kapillyaropatiya

C) Mezenterial damarların trombozu

D) Miqrasiyaedici trombangit

E) Aortanın qarın hissəsinin okklyuziyası
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
371) Baldır nahiyyəsində olan varikoz düyün cırılmış və qanaxma vardır. Sizin ilkin yardım taktikanız necə olacaq?
A) Qanıyаn yerə sıxıcı sarğı qoymaq və sonrakı taktikanı dəqiqləşdirmək

B) Bud arteriyasını sıxmaq

C) Vena daxilinə donor qanı köçürmək

D) Əzələdaxilinə vikasolun yeridilməsi

E) Ətrafa qaldırılmış vəziyyət vermək
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
372) Aşağı ətraf venalarının varikoz genişlənməsinə səbəb ola bilməz:
A) Fiziki gərginlik

B) Irsi meyillik

C) Hamiləlik

D) Arteriyaların obliterasiyaedici xəstəlikləri

E) Dərin venaların keçiriciliyinin pozulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
373) Xəstədə hansı əlamət varikoz xəstəliyinin proqressivləşməsinə dəlalət edir?
A) Su - duz mübadiləsinin pozulması

B) Venaların qapaq aparatında keçiriciliyin pozulması

C) Ürək zəifliyi

D) Qanın laxtalanma sisteminin pozulması

E) Aşağı ətrafların arterial qan dövranının pozulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
374) Aşağıdakılardan hansı aşağı ətrafın dərin venalarının trombozunun ağırlaşmalarından deyil?
A) Venoz xora

B) Pulmonar emboliya

C) Pulmonar hipertenziya

D) Serebrovaskulyar emboliya

E) Posttromboflebitik sindrom
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566.

375) V.qastrica sinistra hara açılır?
A) V.qastrica dextra

B) V.cava inferior

C) V.portae

D) V.lienalis

E) V.qastroepiploica dextra
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 722.
376) Aşağıdakılardan hansı Leriş sindromunun əlaməti deyil?
A) Aşağı ətrafların soyuması

B) Dəri örtüyünün avazıması

C) Oturarkən sağrı nahiyyəsində ağrının olması

D) Aşağı ətrafların miqrasiya edici tromboflebiti

E) İmpotensiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 582.

377) Aşağıdakılardan hansı aşağı ətraf venalarının varikoz genəlməsinə səbəb olmaz?
A) Qəbizlik

B) Fiziki gərginlik

C) İrsi meyillik

D) Hamiləlik

E) Arteriyaların obliterasiya edici xəstəlikləri
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
378) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır?
A) a.pulmonale

B) a.inferior thyroidea

C) a.superior thyroidea

D) a.hemiazigoz

E) a.phrenica superior
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590.
379) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsi üçün nə xarakterikdir?
A) qıcolmalar

B) ətrafın trofik dəyiçikliyi

C) distal ödem

D) fasiləli axsama

E) görünən böyümüş venalar
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 20 səh.

380) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi müalicə üsulları hansılardır?
A) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti

B) simpatik sinir sistemində əməliyyatlar

C) endarterektomiya

D) protezləşdirmə

E) şuntlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 608 səh.
381) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı seqment daha çox zədələnir?
A) Qalça - bud seqmenti

B) Dizaltı seqmenti

C) Aorta - qalça seqmenti

D) Bud - dizaltı seqmenti

E) Qamış - pəncə seqmenti
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
382) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici hansıdır?
A) Rentgenkontrast angioqrafiyanın göstəriciləri

B) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi

C) Valsalva sınağının göstəricisi

D) Baldır-bazu indeksinin göstəricisi

E) Tredmil-testin göstəricisi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
383) Aşağı ətraf venaların varikoz genəlməsində trofik xoralar adətən harada lokalizə edir?
A) Baldırın ön səthində, orta 1/3-də

B) Baldırın ön səthində, yuxarı 1/3-də

C) Lateral topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də

D) Medial topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də

E) Baldırın arxa səthində, aşağı 1/3-də
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 652.

Qarin boşluğu orqanlarinin cərrahiyyəsi

384) Mədə xorasının perforasiyası zamanı cərrahi üsulun seçilməsində adətən hansı rəhbər tutulur?

A) Peritonun iltihabi dəyişiklik dərəcəsi

B) Perforativ dəliyin ölçüsü

C) Perforativ dəliyin yerləşməsi

D) Xəstənin yaşı

E) Deşilmə müddəti


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
385) Mədənin qanaxan xorasının diaqnozunu dəqiqləşdirmək məqsədilə ilk növbədə hansı yerinə yetirilir?

A) Fibroqastroskopiya

B) Mədənin kontrast rentgenoskopiyası

C) Nəcisin gizli qana analizi

D) Mədə şirəsinin gizli qana analizi

E) Hemoqlobin və hematokritin təyini


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
386) 12-barmaq bağırsağın stenozlaşan xorasına aid olan simptomlar hansıdır?

A) Qusma, kloyber kasalarının olması, gəyirmə, arıqlama

B) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama

C) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, gəyirmə, arıqlama

D) Qusma, mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə

E) Mədə proyeksiyasında çalxalanma küyünün olması, kloyber kasalarının olması, gəyirmə, arıqlama


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
387) Mədənin xora xəstəliyinin cərrahi müalicəsinə mütləq göstərişlərə nə aiddir?

A) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, mədə çıxacağının dekompensə edici stenozu

B) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası

C) Perforasiya, konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

D) Konservativ üsullarla dayanmayan qanaxma, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu

E) Perforasiya, maliqnizasiya, rentgenoloji müayinə zamanı aşkar edilmiş dərin «taxça» simptomlu penetrasiya xorası, mədə çıxacağının dekompensə edici stenozu


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
388) Mədə və ya 12-barmaq bağırsaq xorasının perforasiyasına hansı dəlalət edir?

A) Leykositozun 15000 qədər yüksəlməsi

B) Epiqastral güclü ağrılar

C) Bel nahiyəsində ağrı

D) Taxta qarın

E) Sklera və dəri örtüyünün yüngül sarılığı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.
389) Mədə və ya 12-barmaq bağırsaq xorasının deşilməsi zamanı hansı daha çox rast gəlinir?

A) Lokallaşmış mülayim ağrı

B) Duru nəcis ifrazı

C) Gözlənilmədən əmələ gələn intensiv ağrı

D) Taxikardiya

E) Sancışəkilli ağrı


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб. : Ренко, 1998, 336 с.

390) Qastroduodenal qanaxmaların residiv ehtimalı hansında daha çox olur?

A) Kallyoz xorada

B) Penetrasiya edən xorada

C) Selikli qişanın səthi eroziyalarında

D) Çapıqlaşan xorada

E) Xora dibində diametri 0,1 sm-dən böyük tromblaşmış damar olarsa


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
391) Mədə xərçəngi həmişə haraya metastaz verir?

A) Sümüklərə

B) Qara ciyərə

C) Regionar limfa düyünlərə

D) Periton boyunca

E) Ağ ciyərlərə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
392) Mədə xərçənginin uzaq metastazlarına hansılar aiddir?

A) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

B) Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

C) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, mədə-mədəaltı vəzi bağına metastaz

D) Ağ ciyərə metastaz, Krukenberq metastazı, Virxov metastazı, Şnitsler metastazı

E) Ağ ciyərə metastaz, Virxov metastazı, Şnitsler metastazı, mədə-mədəaltı vəzi bağına metastaz


Ədəbiyyat: Черноусов А.Ф. Хирургия рака желудка. М., 2004, 316 с.
393) Qarının boğulmuş yırtığında erkən əlamətlərə hansı aiddir?

A) Yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

B) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı

C) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət

D) Kəskin başlama, yırtığın yerinə düzəlməməsi, kəskin ağrı, yüksək hərarət

E) Kəskin başlama, yırtıq şişkinliyinin ağrılı olması, kəskin ağrı, yüksək hərarət


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
394) Hansı yırtıqlarda daxili orqanlar yırtıq kisəsinin divarının bir hissəsini təşkil edə bilər?

A) Rixter yırtığı

B) Sürüşən yırtıq

C) Göbək yırtığı

D) Düz qasıq yırtığı

E) Çəp qasıq yırtığı


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
395) Boğulmuş bağırsağın divarında nekrotik dəyişikliklər hansı qatdan başlayır?

A) Subseroz qişadan

B) Selikli qişadan

C) Əzələ qişasından

D) Seroz qişadan

E) Selikaltı qişadan


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
396) Kəskin pankreatitdə aktivləşmiş fermentlərin ən çox toplaşdığı maye mühit hansıdır?

A) Qarın boşluğu eksudatı

B) Limfa

C) Arterial qan

D) Venoz qan

E) Sidik
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.


397) Kəskin pankreatitin kişilərdə əsas inkişaf səbəbləri hansıdır?

A) Alkoqolizm

B) Qarnın travması

C) Kortikosteroidlərin istifadəsi

D) Qara ciyər sirrozu

E) Xroniki xolesistit


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева М., 2004, 578 с.
398) Peritonitlə xəstələrdə əsas rast gəlinən ağırlaşmalara hansı aiddir?

A) Eventrasiya

B) Qarın boşluğunda irinliklərin əmələ gəlməsi

C) Pnevmoniya

D) Ağ ciyər arteriyasının tromboemboliyası

E) Bağırsaq svişlərinin əmələ gəlməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
399) Peritonitlə xəstələrdə aparıcı müalicə üsulunu hansı təşkil edir?

A) Bağırsaq parezi ilə mübarizə

B) Tənəffüs pozğunluğu səbəblərinin aradan qaldırılması

C) Rasional antibiotikoterapiya

D) Dezintoksikasion müalicə

E) Cərrahi müdaxilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

400) Qara ciyərdən kənar öd yollarının zədələnməsini aradan qaldırmaq nə ilə mümkündür?

A) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

B) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, xolesisto-qastroanastomoz qoymaqla

C) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla

D) Zədə yerini atravmatik ayrı-ayrı tikişlərlə tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla

E) Axacağı T-yə bənzər drenaj üzərində tikməklə, axacağı L-ə bənzər drenaj üzərində tikməklə, biliodigestiv anastomoz qoymaqla, xolesisto-qastroanastomoz qoymaqla


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
401) Xolangit üçün hansı xarakterdir?

A) Şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qara ciyərin böyüməsi

B) Hektik tipli qızdırma, şiddətli üşütmə, dalağın böyüməsi, qara ciyərin böyüməsi

C) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi

D) Hektik tipli qızdırma, şiddətli üşütmə, tərləmə, susuzluq, ağızda quruluq, qara ciyərin böyüməsi

E) Hektik tipli qızdırma, tərləmə, susuzluq, ağızda quruluq, dalağın böyüməsi, qara ciyərin böyüməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
402) Öd daşı xəstəliyinin rasional müalicəsi hansıdır?

A) Dietik

B) Sanator-kurort

C) Medikamentoz

D) Cərrahi

E) Mineral sularla müalicə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
403) Fasiləli sarılıq nə ilə izah edillir?

A) Qara ciyərdən xaric öd yollarının xərçəngilə

B) Böyük duodenal məməcikdə ilişmiş daş ilə

C) Öd kisə axacağının daşı ilə

D) Öd kisə axacağının oklüziyası ilə müşayiət edilən öd kisəsi daşları olarsa

E) Xoledoxun ventil xarakterli daşı ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.

404) Kəskin öd hipertenziyasına əsas səbəblər hansıdır?

A) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya

B) Böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası

C) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, duodenal hipertenziya, qurd invaziyası

D) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, duodenal hipertenziya, qurd invaziyası

E) Hepato-pankreatiko-duodenal sahənin şişləri, böyük duodenal məməciyin stenozu, xoledoxolitiaz, qurd invaziyası


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
405) Mexaniki sarılığın səbəbini əsas hansı vasitələrlə müəyyənləşdirmək mümkündür?

A) Retroqrad xolangioqrafiya

B) Qara ciyərin ssintiqrafiyası

C) Birbaşa spleno-portoqrafiya

D) Peroral xolesistoqrafiya

E) Venadaxili xolesisto-xolangioqrafiya


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
406) Obturasion bağırsaq keçməməzliyinə səbəb olan öd daşı, bağırsaq mənfəzinə öd kisəsinin hansı orqanla əmələ gətirdiyi fistuladan keçir?

A) Mədənin kiçik əyrilliyi

B) 12-barmaq bağırsaq

C) Nazik bağırsaq

D) Çənbər bağırsaq

E) Kor bağırsaq


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
407) Qara ciyərin solitar abseslərində əsas əməliyyat növü hansıdır?

A) Qara ciyərin transplantasiyası

B) Qara ciyər payının və ya seqmentinin rezeksiyası

C) Biliodigestiv anastomozun qoyulması

D) Hemihepatektomiya

E) Absesin yarılması və drenə edilməsi


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
408) Qara ciyərin amöb absesi hansı hallarla müşayiət olunur?

A) 12 b/b xora xəstəliyinin mövsümi kəskinləşməsi ilə

B) Amöb dizenteriyası əlamətlərinin artması ilə

C) Kəskin respirator virus xəstəliklərinin epidemiyası ilə

D) Opistorxoz hallarının artması ilə

E) İnfeksion hepatitin artması ilə


Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə