Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena



Yüklə 0,86 Mb.
səhifə1/15
tarix13.12.2016
ölçüsü0,86 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   15
Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri
21.01.13-cü il tarixində əlavə olunmuşdur.
Cərrahiyyə yardımın təşkili və sosial gigiyena

1) Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?

A) Tibbi-sosial ekspertiza bürosu

B) Baş həkim

C) Şöbə müdiri

D) Müalicə həkimi

E) Nəzarət-ekspert komissiyası


Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтерева М., 2004, 578 с.
2) Hiperkapniya (hipoventilyasiya ) zamanı nə baş verir?
A) Beynin qan həcmi azalır və KDT azalır

B) Beyinin qan həcminə və KDT dəyişmir

C) Beynin qan həcmi azalır və KDT yüksəlir

D) Beynin qan həcm artır və KDT dəyişmir

E) Beynin qan həcmi artır və KDT yüksəlir
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
3) Kəllə-beyin travmasının kəskin dövründə qlukokortikoidlərdən istifadə nəyə səbəb olur?
A) İmmun sistemi aşağı salır

B) Beyin ödemini azaldır

C) İrinli fəsadların inkişafına səbəb olur

D) Mədə-bagırsaq qanaxmalarını artırır

E) Hiperqlikemiyaya səbəb olur
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
4) Üz nahiyyəsinin yuxarı hissəsinin fleqmonalarının ciddi fəsadlaşmasına hansı aiddir?
A) Yumşaq toxumaların hematoması

B) Künc damarının venasının flebiti

C) Üz sinirinin parezi

D) Mediastenit

E) Parotit
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичеслой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
5) Ağız boşluğu dibinin fleqmonasını aşağıdakılardan hansı ilə differensasiya etmək lazımdır?
A) Trizm

B) Almacıq nahiyyəsinin fleqmonası

C) Yanaq nahiyyəsinin fleqmonası

D) Lüdviq anginası

E) Alt dodağın karbunkulu
Ədəbiyyat: Ədəbiyyat:Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
6) Sadalanan simptomlardan hansı göbək yırtığı üçün daha az xarakterikdir?
A) Sakit halda çətin düzəlməsi

B) Göbək həlqəsinin genişlənməsi

C) Tez-tez boğulma

D) Sakit halda asanlıqla düzəlməsi

E) Şişkinlik əksər hallarda narahatlıq zamanı meydana çıxır
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
7) Baş beyinin silkələnməsində huşun itirilməsi nə qədər davam edir?
A) 1saatdan çox

B) 1 saata qədər

C) Bir neçə saat

D) 1 sutkadan çox

E) 10 dəqiqəyə qədər
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
8) Baş beynin silkələnməsində vegetativ pozğunluqlara aşağıdakılardan hansı aiddir?

A) Hamısı

B) Zəiflik

C) Yüksək tərləmə,titrətmə

D) Üzün hiperemiyası

E) Ürəkbulanma, qusma


Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
9) Baş beynin silkələnməsində müşahidə olunan astenik simptomlara aşağıdakılardan hansı aiddir?
A) Başgicəllənmə

B) Tez yorulma

C) Yüksək tərləmə

D) Qıcıqlılıq

E) Baş ağrısı
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
10) Baş beynin silkələnməsində stasionarda qalma müddəti nə qədərdir?
A) 1 ay

B) 7 gün


C) 3 gün

D) 1 gün

E) 14 gün
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
11) Aşağıdakı hansı əlamətin mövcudluğu beyin əzilməsini təsdiq edir ?
A) Subaraxnoidal qanaxmanın olması

B) Kəllə sümüklərinin sınığının və likvoreyanın olması

C) Hemiparezin olması

D) Hamısı düzdür

E) 1 saatdan artıq huşun itirilməsi
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
12) Hansı ümumi beyin simptomu baş beynin əzilməsində rast gəlinmir?
A) Nistaqm

B) Sopor tipli huş pozuntusu

C) Baş ağrısı

D) Ürəkbulanma,bir neçə dəfə qusma

E) Karlaşma tipli huş pozuntusu
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
13) Epidural hematoma üçün aşağıdakılardan hansı xarakterikdir?
A) Başgicəllənmənin olması

B) Travmadan sonra huşun itməsi (ışıqlı mərhələ olmadan)

C) Travmadan müəyyən vaxtdan sonra huşun itməsi

D) Huşun itməsi baş vermir

E) Huşun itməsi ,işıqlı mərhələ,sonra təkrar huşun itməsi
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
14) Beyindaxili hematomalara aşağıdakı simptomlardan hansı xarakterikdir?
A) Hemiparez

B) Bütün sadalananlar

C) Başgicəllənmə

D) Hissiyyat pozğunluğu

E) Tutmaşəkilli baş agrıları
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
15) Güllə yarası üçün hansı xarakterikdir?
A) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib

B) Hamısı düzdür

C) Yaranın kənarları nahamar olub nekrotik dəyişilib və yanıq əlamətləri var

D) Yara oval və ya dairəvi formada olub kənarları düzdür

E) Yaranın kənarlarında yanıq əlamətləri
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
16) Kəllənin güllə yarasının təsnifatında hansı zədələnmələr qeyd olunur?
A) Açıq

B) Kor,toxunan

C) Qapalı

D) Dəlib keçən

E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
17) Onurğa beyninin mərkəzi şöbələrinin zədələnmə sindromuna hansı aiddir?
A) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi , çanaq pozgunluqları olmadan

B) Aşağı ətraflara nisbətən yuxarı ətraflarda zəiflik, hissiyyatın müxtəlif dərəcəli itməsi və çanaq pozgunluqları

C) Tam iflic və çanaq pozğunluqları ilə ağrı,temperatur, hissiyyatının itməsi

D) Müxtəlif dərəcəli hissiyyatın itməsi və çanaq pozgunluqları, aşağı paraplegiya, yuxarı paraparez

E) Hissiyyatın dissosasiya edilmiş pozuntusu
Ədəbiyyat: Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
18) Ağciyərin irinləmiş kistasının plevra boşluğuna açılması nəticəsində əmələ gələn piotoraks zamanı taktika necə olmalıdır?
A) Torakotomiya,lobektomiya

B) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi

C) Torakotomiya,ağciyərin kista ilə birgə seqmentar rezeksiyası

D) Konservativ (antibakterial) terapiyanın aparılması

E) Plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi,ehtiyac olarsa - torakotomiya
Ədəbiyyat: Ədəbiyyat: М.И.Кузин .Хирургические болезни. Москва,2002,812 c.
19) Ağciyər exinokokkozunun piopnevmotoraksla ağırlaşması zamanı seçim əməliyyatı hansıdır?
A) Pulmonektomiya

B) Lobektomiya, plevra boşluğunun sanasiyası və drenə edilməsi

C) Ağ ciyərin atipik rezeksiyası, plevra boşluğunun sanasiyası və drenə edilməsi

D) İkimomentli exinokokektomiya

E) Birmomentli exinokokkektomiya,plevra boşluğunun sanasiyası və drenə edilməsi
Ədəbiyyat: Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
20) Uşağın ümumi vəziyyətində dəyişiklik törətməyən göbək yırtığı zamanı əməliyyatı nə vaxt aparmaq məsləhət görülür?
A) 3 yaşdan sonra

B) Diaqnoz qoyularkən

C) 4-5 yaşında

D) 1 yaşa qədər

E) 2 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
21) Obliterasiyaedici endarteriitlə xəstədə fiziki müayinə zamanı nəyə diqqət yetirmək lazımdır?
A) Saçların və dırnaqların inkişafına

B) Dəri örtüyünün rənginə

C) Periferik arteriyanın pulsasiyasına

D) Bütün sadalananlara

E) Tərləmənin pozulmasına
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
22) Obliterasiyaedici endarteriitlə xəstələrdə differensial diaqnostikanı nə ilə aparmaq lazımdır?
A) Periferik nevritlə

B) Bütün sadalananlar

C) Anadasngəlmə artiokleroz displaziya ilə

D) Səthi tromboflebitlə

E) Obliterasiya edən ateroskleroz və spesifik olmayan aortaarteriitlə
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
23) Obliterasiyaedici endarteriitlə xəstələrdə konservativ müalicə necə aparılmalıdır?
A) İl boyu

B) Mövsümü terapiya

C) Kəskinləşmə dövründə

D) İldə iki dəfə və hər biri bir ay olmaqla stasionar şəraitdə,həmçinin bütün il boyu qoruyucu terapiya

E) İldə 1 dəfə 1 ay olmaqla
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
24) Obliterasiyaedici endarteriit zamanı tipik revaskulyar əməliyyata göstərişə nə aiddir?
A) Dishidroz,ətrafların soyuması və keçici axsama

B) 4-5 km/saat 700 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

C) 200 m-ə qədər məsafəyə gedərkən keçici axsama və dizaltı arteriyanın və ya baldır arteriyalarında birinin keçiriciliyinin olması zamanı

D) 4-5 km/saat 1000 metr məsafəyə gedərkən fasiləli axsamanın əmələ gəlməsi

E) 500 m-dən çox məsafəyə gedərkən fasiləli axsama
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
25) Obliterasiyaedici endarteriitlə xəstədə ətrafların cərrahi revaskulyasiyası və funksasiyasının bərpası üçün hansı kifayətdir?
A) Dizaltı arteriyanın bir baldır arteriyası ilə keçiriciliyinin bərpası

B) Dizaltı arteriyanın keçiriciliyinin üç baldir arteriyası ilə bərpası

C) Baldırın bir arteriyası və pəncənin arteriyal qövsü ilə keçiriciliyinin bərpası

D) Dizaltı arteriyanın izolə olunmuş seqmentinin bərpası

E) Dizaltı arteriyanın iki baldır arteriyası ilə keçiriciliyinin bərpası
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
26) Burger xəstəliyi (obliterasiyaedici trombangit) obliterasiyaedici endarteriitdən nə ilə fərqlənir?
A) Aşağı ətraf arteriyalarının proksimal seqmentinin zədələnməsinin üstünlük təşkil etməsi

B) Ciddi fərq yoxdur

C) Aşağı ətrafın bütün damarlarının diffuz zədələnməsi

D) Arteriyal şaxənin distal zədələnməsi

E) Aşağı ətraf arteriyalarının distal zədələnməsi ilə yanaşı səthi venalarda miqrasiyaedici tromboflebitin olması
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
27) Burger xəstəliyi və həmçinin obliterasiyaedici endarteritin kompleks konservativ müalicəsi zamanı nə etmək lazımdır?
A) Qeyd olunanların hamısını

B) Plazmaferez

C) Hemosorbsiya

D) Qanın lazer şüalanması

E) Hiperbarik oksigenasiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
28) Obliterasiyaedici endarterit zamanı zədələnmiş ətrafa arteriyadaxili yeridilən və ən yaxşı təsir edən preparat hansıdır?
A) Hidrogen-peroksid məhlulu

B) Bazoprostan

C) Reopoliqlükin

D) Novokain

E) Lidokain
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
29) Reyno xəstəliyinin diaqnostikasında ən informativ müayinə üsulu hansıdır?
A) Yuxarı ətrafların assiloqrafiyası

B) Yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

C) Yuxarı ətrafların reovozoqrafiyası

D) Nitroqliserin sınağı ilə yuxarı ətrafların ultrasəs doppleroqrafiyası

E) Yuxarı ətrafların soyuq sınağı zamanı termoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
30) Aşağı ətraf venalarının varikoz xəstəliyinin kliniki əlamətlərinə nə aiddir?
A) Ağrı hiss etməsinə görə şikayətlənmək

B) Kosmetik defektə görə şikayətlənmək

C) Dərialtlı venaların böyüməsi, günün axırında ödem və piqmentasiyanın meydana çıxması

D) Bütün sadalananlar

E) Yerli trofiki dəyişiklik
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
31) Varikoz genəlmədə ulturasəs dopler müayinəsi və fleboqrafiyaya nə zaman gostərişdir?
A) Yaşlı xəstələrdə (40 yaşdan yuxarı)

B) Differensiasiyali yanaşdıqda

C) Bütün xəstələrdə

D) Cavan yaşlı xəstələrdə (20-40 yaş arası)

E) Ətraflarda trofiki dəyişiklik olduqda
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
32) Varikoz xəstəliyində cərrahi müalicənin radikallığı nədən asılıdır?
A) Bütün sadalananlardan

B) Oval çuxur nahiyyəsində bütün kollateralların işləməsindən

C) Fassiyaaltı və fassiyaüstü bütün perforant venaların bağlanması

D) Kollaterallar boyu bütün magistral varikoz damarların çıxarılması

E) Varikoz zədələnmiş kiçik dərialtı venaların çıxarılması
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
33) Flebektomiya əməliyyatı aşağıda sadalananlardan hansıdır?
A) Troyanov-Trendelenburq üsulu

B) Narat üsulu

C) Bebkokk üsulu

D) Kokett üsulu

E) Bütün sadalanan üsullar
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
34) Flebektomiya əməliyyatından sonra əhəmiyyətli nə sayılır?
A) Antibiotikoterapiya

B) Elastik bintdən istifadə edərək xəstənin tez aktivləşdirilməsi

C) Palçıq müalicəsi

D) Xəstənin tez aktivləşdirilməsi

E) Fizioterapiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
35) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?
A) Tikişlərin aralanması

B) Piyliyin eventrasiyası

C) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi

D) Residiv

E) Liqatura fistulu
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
36) Posttromboflebitik xəstəlikdə hansl seqment daha çox zədələnir?
A) Aşağı boş venanı

B) İleokaval seqmenti

C) Femero-tibial seqmenti

D) İliofemoral seqmenti

E) Poplitea-tibial seqmenti
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
37) Posttromboflebitik xəstəlyin patofizioloji venoz dinamikası ilk növbədə nə ilə əlaqəlidir?
A) Aşağı ətraflarda venoz hipertenziyanın meydana çıxması ilə

B) Tam varikoz genəlməyəə uğramış səthi venoz damarlara görə

C) Kommunukant venaların qapaq sisteminin pozulması ilə

D) Xəstənin yaşı ilə

E) Venoz qanın dərin venalardan səthi venalara axmasının patoloji pozgunluğu ilə
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
38) Posttromboflebitik xəstəlyin daha çox yayılmış formasına hansı aiddir?
A) Varikoz-xoralı forma

B) Ödemli ağrılı forma

C) Kəskin forma

D) Trofiki forma

E) Ödemli ağrılı və varikoz-xoralı forma
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
39) Posttromboflebitik xəstəlyin cərrahi müalicəsində geniş istifadə olunan üsul hansıdır?
A) Linton əməliyyatı ilə konbinə olunmuş flebektomiya

B) Kokett əməliyyatı

C) Autovenoz şuntlama və dərin venaların protezləşdirilməsi

D) Dərin venaların ekstravazal qapaq korreksiyası

E) Dərin venoz sistemə implantantla süni qapağın qoyulması
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
40) Venoz trombozun ucu böyrək venalarından aşağı yerləşən zaman ağciyər arteriyalarının trombemboliyasının profilaktikası necə aparılmalıdır?
1.Aşağı boş venanın parsial okkluziyası

2.Aşağı boş venanın bağlanması

3.Trombektomiya

A) 1,2,3

B) Yalnız 1

C) Yalnız 2

D) 1,2

E) 2,3
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.


41) Ağciyər arteriyasının tromboemboliyasının təsnifatı hansıdır?
A) Sağ ağciyərin mərkəzi arteriyasının tromboemboliyası

B) Bütün sadalananlar

C) Ağciyərin total tromboemboliyası

D) Kicik, pay, seqmentar, massiv tromboemboliya

E) Sol ağciyərin mərkəzi arteriyasının tromboemboliyası
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
42) Ağciyər atreriyasının tromboemboliyasının profilaktikasına nə daxildir?
A) Antiaqreqant terapiya

B) Antikoaqulyant terapiya, lazım gələrsə operativ metod

C) Antikoaqulyant terapiya

D) Ağrıkəsicilərin yeridilməsi

E) İnfuzion terapiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
43) Ağciyər arteriyasının trobemboliyası zamanı əsas klinik sindrom hansıdır?
A) Kardial və abdominal

B) Ağciyər-plevral

C) Bütün sadalananlar

D) Kardial

E) Abdominal
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
44) Ağciyər arteriyasının trobemboliyası venasının trombozundan nə ilə fərqlənir?
A) Venoz trombozda klinik əlamətlər nisbətən ləng inkişaf edir

B) Bütün sadalananlar

C) “Sağlam” insanlarda da ağciyər arteriyasının trobemboliyası ola bilər

D) Venoz trombozun səbəbindən asılı olaraq letallıq uzanır

E) Öncə trobemboliya olur, sonra klinik simptomlar
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
45) Qida borusunun təzə zədələnmələri zamanı radikal əməliyyat-defektin tikilməsi hansı müddətə qədər olunmalıdır?
A) 12-24 saat

B) 48 saata qədər

C) 8-12 saat

D) 24-36 saat

E) 6-8 saat
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
46) Hansı divertikul Zenker divertikulu adlanır?
A) Qida borusunun traxeanın bifurkasiyasından keçən hissəsinin divertikulu

B) Udlaq-qida borusu divertikulu

C) Qida borusunun abdominal hissəsinin divertikulu

D) Qida borusunun epifrenal divertikulu

E) Mədənin fundal hissəsinin divertikulu
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
47) Epifrenal divertikulun cərrahi müalicəsi zamanı hansı kəsik aparılır?
A) Sağ tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

B) Sağ tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya

C) Yuxarı orta laparatomiya

D) Sol tərəfdən 6-cı qabırğaarası sahədən torakotomiya

E) Sol tərəfdən 7-ci qabırğaarası sahədən torakotomiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
48) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı forma müşahidə edilmir?
A) Qida borusu

B) Kardiofundal

C) Kardial

D) Subtotal

E) Bağırsaq
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
49) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı hansı əlamət müşahidə olunmur?
A) Hipoqastral nahiyədə ağrı

B) Qıcqırma

C) Döş sümüyü arxasında ağrı

D) Stenokardiya tipli ağrı

E) Gəyirmə
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
50) Qida borusunun peptiki strikturası hansı səbəbdən əmələ gəlir?
A) Kardiyanın xalaziyası zamanı mədə turşusunun qida borusunun distal hissəsinə zədələyici təsiri nəticəsində

B) Termiki yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

C) Kimyəvi yanıq nəticəsində qida borusunun distal hissəsinin zədələnməsi nəticəsində

D) Qida borusunun epifrenal divertikulu nəticəsində

E) Diafraqmanın qida borusu dəliyinin daralması nəticəsində
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
51) Qida borusunun peptiki strikturası zamanı aşağıdakılardan hansı müşahidə olunmur?
A) Disfagiya

B) Döş sümüyü arxasında ağrı

C) Qıcqırma

D) Qusma


E) Requrgitasiya
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
52) Qida borusunun peptiki strikturasının müalicəsi nədən başlanmalıdır?
A) Klapanlı qastroplikasiya

B) Konservativ müalicə,bujlama və ya pnevmodilatasiya

C) Qida borusunun distal hissəsinin rezeksiyası

D) Ezofaqofundorafiya

E) Fundoplikasiya olunur
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
53) Qida borusunun peptiki strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı

B) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya

C) Ezofaqofundorafiya

D) Qida borusunun plastikası

E) Antireflüks əməliyyatı
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
54) Qida borusunun distal hissəsinin yanıq strikturasının cərrahi müalicəsi zamanı seçim əməliyyatı hansıdır?
A) Ezofaqofundorafiya

B) Göstərişdən asılı olaraq qida borusunun plastikası və ya antireflüks əməliyyatı

C) Selektiv proksimal vaqotomiya ilə fundoplikasiya

D) Antireflüks əməliyyatı

E) Qida borusunun plastikası
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
55) Aşağıdakılardan hansı paraezofageal yırtıq zamanı müşahidə olunur?
A) Total forma

B) Qida borusu forması

C) Bağırsaq forması

D) Subtotal forma

E) Kardial forma
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
56) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı zamanı ən çox hansı orqanlar zədələnir?
A) Qida borusu

B) Mədə


C) 12 barmaq bağırsaq

D) Öd kisəsi

E) Diafraqma
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
57) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı öd daşı xəstəliyi ilə yanaşı gedərsə hansı əməliyyat icra olunur?
A) Fundoplikasiya

B) Xolesistektomiya və fundoplikasiya

C) Xolesistektomiya və diafraqma ayaqcıqlarının tikilməsi

D) Xolesistektomiya

E) Xolesistektomiya və Dor əməliyyatı
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
58) Diafraqmanın qida borusu dəliyinin aksial yırtıqlarının ən effektiv cərrahi müalicə üsulu hansıdır?
A) Fundoplikasiya

B) Qastropeksiya

C) Ezofaqofundorafiya

D) Diafraqma dəliyinin tikilərək daraldılması

E) Hill əməliyyatı
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.
59) Diafraqmanın relaksasiyasının səbəbi ən çox nə olur?
A) Qonşu orqanlarda inkişaf edən bədxassəli törəmələr

B) Diafraqmanın qida borusu dəliyinin sürüşən yırtığı

C) Diafraqmal sinirin zədələnməsi

D) Ümumi peritonit

E) Azan sinirin zədələnməsi
Ədəbiyyat: Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко, Киев,1987,566с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə