Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


Strikturanın dəridən qara ciyərdən keçən dilatasiyası



Yüklə 0,86 Mb.
səhifə12/15
tarix13.12.2016
ölçüsü0,86 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

5. Strikturanın dəridən qara ciyərdən keçən dilatasiyası
A) 1, 3

B) 2, 4


C) 3, 5

D) 1, 4


E) 2, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
629) Hepatikoxoledoxun strikturaları və təzə zədələnmələri zamanı biliobiliar anastomozun formalaşdırılması üçün vacib şəraitə hansılar aiddir?
1. Strikturanın məsafəsi və ya axarın proksimal və distal uclarının diastazı 30 mm-dən çox olmamalı

2. Çapıq prosesi və ya defekt öd axarının diametrinin 2/3-ni əhatə edir.

3. On iki barmaq bağırsağın böyük məməciyinin keçiriciliyinin normal olması

4. Strikturanın yuxarı səviyyəsi

5. Qaraciyərin pay axacağının zədələnməsi
A) 2, 4, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993. (Г)
630) Sakitlik zamanı portal təzyiqin normal diapazonu hansıdır?
A) 150-250 mm su st (11-18 mm cst)

B) 450 550 mm su st (33-41 mm cst)

C) 650-750 mm su st (48-56 mm cst)

D) 50-150 mm su st (4-11 mm cst)

E) 250-350 mm su st (18-26 mm cst)
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
631) Qarın boşluğu orqanlarının travması zamanı ən optimal cərrahı kəsik hansıdır?
A) Çerni kəsiyi

B) Köndələn laparotomiya

C) Orta laparotomiya

D) Koxer, Fyodorov kəsikləri

E) Torakoabdominal kəsik
Ədəbiyyat: И.З.Козлов, С.З.Горшков, В.С.Волков. Повреждения живота. «Медицина», Москва, 1988. (Г)
632) 30 yaşında qadın gecə vaxtı, küçədə tapılmışdır və huşsuz vəziyyətdə cərrahi klinikaya çatdırılmışdır. Vəziyyəti ağırdır: AT=80/20 mm c.st., nəbzi-128v/dəg., dərisi avazıyıb, qanın xüsusi çəkisi Van-Slayka metodu ilə -1, 044-dür. Ağrı qıcıqlandırıcılarına və göz bəbəklərinin işığa reaksiyası yerindədir. Üzdə cızıqlar və qansızmalar var. Tənəffüsün sayı 1 dəqiqədə 24-dür. Döş qəfəsinin sağ tərəfdə perkutor səs timpanikdir. Sağ tərəfdən nəfəs küyü zəifləyib. Döş qəfəsi və qarın üzərində cızıqlar və qansızmalar var. Lumbal punksiya zamanı likvorun təzyiqi 230mm c.s., likvorun şəffaflığı və rəngi dəyişməyib, likvor yollarının keçiriciliyi sınağı müsbətdir. Laparosentez zamanı 10 ml qan alınıb. Laporatomiya zamanı VIII qabırğanın sınığı nəticəsində dalağın diafraqmal səthinin 2sm cırılmasında hansı əməliyyat göstərişdir.
A) Splenektomiya dalaq toxumasının böyük piyliyə implantasiyası ilə

B) Dalaq yarasının elektrokoaqulyasiyası

C) Dalağın rezeksiyası

D) Dalaq yarasının tikilməsi

E) Splenektomiya
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком», СПб., 1999. (Г)
633) 24 yaşlı kişiyə qarının küt travmasından 5 saat sonra diaqnostik laparotomiya aparılıb. Qaraciyərin sağ payının diafraqma səthində visseral səthə keçən 12x15 sm ölçülü gərginləşmiş subkapsulyar hematoma aşkarlandı. Qarın boşluğunda başqa zədə və qan yoxdur. Bu halda aşağıdakı tədbirlərdən hansı görülməlidir?
A) Kapsulanı açıb hematomanın boşaldılması

B) Hemostatik tikişlərin qoyulması və ya qaraciyərin zədələnmiş parenximasının diatermokoaqulyasiyası

C) Hematomanın punksion boşaldılması

D) Ancaq qaraciyəraltı nahiyənin kontrol drenasiyası

E) Heç bir müdaxiləyə ehtiyac yoxdur
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
634) 30 yaşlı xəstədə qaraciyərin sol payının kəsilib deşilmiş yarasının tikilməsindən 5 gün sonra qəflətən sağ qabırğaaltı nahiyədə belə irradiasiya edən ağrı, ürək bulanma baş verir, bir dəfə qanlı qusuntu olmuş, 2 saat sonra melena qeyd edilir AT 100/60 mm c. st enir. Daha çox ehtimal olunan mədə-bağırsaq qanaxmasına aiddir:
A) Mədənin kəskin «stress» xorası

B) Hemofiliya

C) Portal hipertenziya

D) Eroziv qastrit

E) 12b/b-ın xroniki xorası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999. (Г)
635) Karsinoid şişin ən çox lokalizasiya olunduğu yer hansıdır?
A) Qalça bağırsaq

B) Soxulcanvarı çıxıntı

C) Nazik bağırsaq

D) Qara ciyər

E) Yoğun bağırsaq
Ədəbiyyat: P.N.Napalkov, A.V.Smirnov, M.Q.Şrayber. Cərrahi xəstəliklər. «Medisina», Leninqrad şöbəsi, 1976
636) Həzm traktının yuxarı hissələrinin kəskin xoralarında ən çox rast gələn fəsad hansıdır?
A) Penetrasiya

B) Maliqnizasiya

C) Xroniki xoraya keçməsi

D) Qanaxma

E) Perforasiya
Ədəbiyyat: A.Şalimov, V.F.Sayerko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972
637) Qanitirmənin ağırlıq dərəcəsinin qiymətləndirilməsi üçün aşağıda göstərilən laborator testlərdən hansına üstünlük verilir?
A) Qlomerulyar həcmin defisiti

B) Dövr edən plazmanın həcminin defisiti

C) Hemoqlobinin səviyyəsi

D) Dövr edən qanın həcminin defisiti

E) Hematokrit sayı
Ədəbiyyat: A.Şalimov, V.F.Sayenko. Mədənin və 12 barmaq bağırsağın cərrahiyyəsi. «Zdorovye», Kiyev, 1972. (Г)
638) Yüksək dodaqvarı fistulaların konservativ müalicəsinin müddət həddi hansıdır?
A) Optimal vaxt müddəti yoxdur

B) Poliorqan catmamazlığı yaranana qədər

C) Üç həftə

D) Üç ay


E) Fistula ətrafındakı dəri masserasiyası aradan götürülənə qədər.
Ədəbiyyat: А.В.Богданов. Свищи пищеварительного тракта в практике общего хирурга. Москва, 2001. с.197. (Г)
639) Bazu sümüyünün diafizinin sınığı ilə olan xəstəninnəqli zamanı tətbiq olunması aşağıdakılardan hansının tətbiq edilməsi daha rasionaldır?
A) Vaynşteyn üsulu ilə gips sarğısı

B) Torakobraxial gips sarğısı

C) Yumşaq Dezo sarğısı

D) Kramer şinası

E) Gips Dezo sarğısı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
640) Dirsək oynağı sümüklərinin sınığı olan xəstənin nəqli zamanı vacibdir?
A) SİTO şinasında fiksasiya

B) Sitenko şinasında fiksasiya

C) Kramer şinası ilə fiksasiya

D) Torakobraxial sarğı

E) Dezo sarğısı
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
641) Said sümüklərinin distal ucunun daha çox rast gəlinən sınıqlarına aiddir:

1. Mil sümüyünün tipik yerdən Kollis sınığı

2. Mil sümüyünün tipik yerdən Smits sınığı

3. Dirsək sümüyünün başının sınığı

4. Mil sümüyünün bizvarı çıxıntısının sınığı
A) 3, 4

B) 1, 3


C) 1, 2

D) 1, 4


E) 2, 3
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
642) “Bağların gərilməsi“ anlayışına aşağıdakılardan hansı aiddir?
A) Bağın tam cırılması

B) Bağın birləşdiyi yerdən qopması

C) Bağın birləşdiyi yerlə birlikdə qopması

D) Bağ aparatının əzələnin cırılması ilə qopması

E) Bağ aparatının hissəvi qopması
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
643) Bud sümüyünün başının aseptik nekrozunun inkişafına aşağıdakılardan hansılar səbəb olur?

1. Bud-çanaq oynağının əzilməsi

2. Budun çıxığı

3. Bud sümüyünün boynunun sınığı

4. Diz oynağının əzilməsi

5. Diz qapağının sınığı
A) 1, 2, 3

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 2, 4, 5
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
644) Bud sümüyü diafizinin sınığının əsas bitişmə səbəbi nədir?
A) Erkən ağırlıq salmaq

B) Anatomo-fizioloji xüsusiyyəti

C) Fraqmentlərin yerdəyişməsi

D) Fraqmentlər arasında toxumaların interpozitsiyası

E) Stabil osteosintez
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
645) Hansı əlamətlərin mövcudluğu pəncə barmaqlarının falanqasının sınığından şübhələnməyə əsas verir?

1. Yerli ağrı

2. Yayılmış ağrı

3. Oxu boyunca ağırlıq zamanı ağrının güclənməsi

4. Krepitasiya
A) 1, 3

B) 2, 3


C) 1, 2

D) 1, 4


E) 3, 4
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
646) Əzələ iltihabının klinikasına hansı simptom xas deyil?
A) Ağrılar

B) Ətrafın seqmentinin şişkinliyi

C) Ətrafın funksiyasının aşağı düşməsi

D) Ətrafın qoruyucu kontrakturası

E) Limfadenit, limfangit
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
647) Bazunun 2-başlı əzələsinin uzun başının qopması üçün hansı əlamət xarakterik deyil?
A) Bazunun ön-iç səthində yumşaq toxumalarda çökəklik və ondan yuxarı qabarıqlığın təyin edilməsi

B) Özünəməxsus şıqqıltı, çırtıltı hissiyyatı

C) Bazu nahiyəsində qansızma və şişkinlik

D) Saidin dirsək oynağında bükmə gücünün kəskin aşağı düşməsi

E) Bazunun yuxarı 1/3-də kəskin ağrıların əmələ gəlməsi
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
648) Axill vətərinin tipik dərialtı cırılması üçün xarakterikdir.
A) Daban nahiyəsində olan şişkinlik

B) Baldırın 3-başlı əzələsinin gözlənilməz koordinasiya olunmamış yığılmasından sonra əmələ gələn vətər cırılması

C) Degeneratik-distrofik dəyişiklik fonunda əmələ gələn vətər cırılması

D) İç cə bayır topuq nahiyəsində olan hematoma

E) Əzələnin vətərə keçən hissəsində olan vətər cırılması
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
649) Baş beyinin zədələnməsinin əsas klinik forması hansıdır?
A) Baş beyinin prolapsı

B) Kəllədaxili hematoma

C) Baş beynin əzilməsi

D) Baş beynin ödemi

E) Subaraxnoidal qansızma
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
650) Subaraxnoidal qansızma sindromu özünü hansı simptomla biruzə vermir.
A) Baş ağrıları ilə

B) Delirioz vəziyyətin təzahürləri ilə

C) Hemiparezlə

D) Göz almalarının hərəkəti zamanı hissediləcək dərəcədə güclənən baş ağrıları ilə

E) Müsbət Brudzinski simptomu ilə
Ədəbiyyat: Г.С.Юмашев. Травматология и ортопедия. «Медицина», Москва, 2000.
651) Sadalanan tədbirlərdən hansıları yaraların müalicəsində aseptikanın tələblərini əks etdirir?

1. Alətlərin və sarğı materialların sterilizasiyası

2. Əməliyyat sahəsinin işlənməsi

3. Təsadüfi yaraların cərrahi işlənməsi

4. Cərrahi əlcəklərin istifadə olunması
A) 1, 4

B) 3, 4


C) 2, 3

D) 1, 2


E) 1, 3
Ədəbiyyat: В.Г. Астапенко, Н.Н.Малиновский. Практическое руководство по хирургическим болезням. «Вышейшая школа», Минск, 1984. 350 с.
652) Sadalanan klinik-laborator əlamətlərdən hansıları travmatik şok üçün spesifikdir?
A) DQH düşməsi

B) Sistolik təzyiqin düşməsi

C) Taxikardiya

D) Van-Slayka-Baraşkov sınağı zamanı qanın xüsusi çəkisinin dəyişilməsi

E) Yaddaşın tam və hissəvi itirilməsi
Ədəbiyyat: П.Г.Брюсов, Е.А.Нечаев. Военно-полевая хирургия. «ГЕОТАР», Москва, 1996.
653) Yanıq şoku zamanı qaraciyərin funksiyasında baş verən pozğunluqlara nə dəlalət edir?

1. Qanın zərdabında bilirubinin miqdarının artması

2. Hiperqlikemiya

3. Protrombinemiya

4. Transaminazanın aktivliyinin artması
A) 1, 2

B) 2, 3


C) 1, 4

D) 3, 4


E) 1, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
654) Kimyəvi yanıqların dərinlik dərəcəsinə görə təsnifatına hansı uyğundur?
A) iki dərəcə

B) üç dərəcə

C) Analoji olaraq termiki yanıqlarda olduğu kimi

D) beş dərəcə

E) dörd dərəcə
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
655) Yanıqlar zamanı antibiotikoterapiya aşağıdakı hallarda təyin olunur?
A) Yanıqların poliklinika şəraitində müalicəsi vaxtı

B) Təyin edilmir

C) Səthi yanıqlar zamanı

D) Məhdud dərin yanıqlar zamanı profilaktik məqsədlə

E) Fəsadlaşmalar əmələ gəldikdə
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
656) İri oynaqların dərin termiki zədələnmələrdən sonrakı ilk günlərdə müşahidə olunan klinik əlamətlər hansılardır?

1. Yanıq nekrozu oynaq kapsulasını özünə birləşdirir.

2. Xəstə oynaqda ağrı hiss edir

3. Zərər çəkən oynaqlarda hərəkət məhdudluğunu qeyd edir.

4. Xəstə hərarətin yüksək olmasını qeyd edir
A) 2, 3

B) 1, 2


C) 1, 3

D) 1, 4


E) 3, 4
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
657) III A dərəcəli yanıq zamanı baş verən mütləq zədələnmələr hansılardır?

1. Dərinin bütün torlu qatı

2. Dərinin epitelial xarakterli hissəvi orqanellalarını.

3. Məməvari qatı

4. Hissəvi dərialtı piy qatı
A) 2, 3

B) 1, 4


C) 1, 2

D) 1, 3


E) 3, 4
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
658) Yanıq zamanı zərərçəkənə göstərilən ilk yardım hansıdır?
A) Yanmış ətrafa vişnevski mazı ilə sarğı qoyulması

B) Levomekol mazı ilə sarğı

C) Furasilin ilə sarğı qoyulması

D) Yanmış yaraların suyun köməyilə soyudulması və ya zərərçəkən duş altında soyutduqdan sonra yaralara aseptik sarğı qoyulması

E) Yaranın spirtli sarğı ilə bağlanması
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
659) Yanıq şokuna nə xarakterikdir?

1. Bədən temperaturunun normal olması

2. Hipertermiya

3. Hipovolemiya

4. Anemiya
A) 1, 3

B) 1, 4


C) 1, 2

D) 3, 4


E) 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
660) Kəskin yanıq intoksikasiyası üçün xarakterik əlamətlər hansılardır?

1. Anemiya

2. Nəzərə çarpan infeksiya

3. Hipo və disproteinemiya

4. Hemokensentrasiya

5. Hipotermiya
A) 1, 2, 3

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
661) Kəskin yanıq infeksiyasının ilkin klinik əlamətləri hansılardır?
A) Diurezin normallaşması

B) AT-gin aşağı düşməsi

C) Hərarətin yüksəlməsi

D) Disproteinemiya

E) Anemiya
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
662) Yanıqların müalicəsində abakterial izolyatorlar nə məqsədlə işlədilir?
1. Stasionarda «kəsişən» infeksiyalaşmasının qarşısını almaq üçün

2. Dərin yanıqların daha yaxşı sağalmasını təmin etmək üçün

3. Dərin yanıq yaraları olan xəstələrin müalicəsi üçün optimal şəraitin yaradılması

4. Səthi yanıqların epitelizasiyası üçün optimal şəraitin yaradılması

5. Termiki zədələnmənin ümumi sahəsini və intoksikasiyanı azaldılması
A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 3, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
663) İşlədilən məhlullardan daha çox nəzərə çarpan bakterisid təsirə malik olanları seçin.

1. Furasilin məhlulu

2. Furagin məhlulu

3. Mafinid asetat

4. Hidrogen peroksid məhlulu
A) 3, 4

B) 2, 3


C) 1, 3

D) 1, 4


E) 1, 2
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
664) Yanıq xəstəliyi zamanı ən çox müşahidə olan ağırlaşmalar hansılardır?

1. Kəskin mədə-bağırsaq yaraları

2. Toksiki ensefalopatiya

3. Ağciyər pnevmoniyası

4. Miokard infarktı

5. Qaraciyərin sirrozu
A) 1, 3, 5

B) 2, 4, 5

C) 3, 4, 5

D) 1, 2, 4

E) 1, 2, 3
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
665) Yanıq yaralarının autodermoplastikasına hazırolma göstəriciləri hansılardır?

1. Yaralarda iltihab əlamətlərinin olmaması

2. Yaranın yüksək adhezivliyi

3. Yara kənarlarında epitelizasiyasının olması

4. Yaralarda eksudasiya əlamətlərinin çox olması

5. Yaralarda quru nekrozun olması
A) 3, 4, 5

B) 1, 2, 4

C) 1, 2, 3

D) 2, 4, 5

E) 1, 3, 5
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
666) Dərin yanıqlar zamanı erkən nekroektomiyanı nə vaxt aparmaq olar?
1. Dərin yanıqların əsasən ətraflarında olduqda

2. Erkən sepsis əlamətləri olmadıqda

3. Yanıq travması alandan sonrakı müddət 5 gündən çox olduqda

4. Yanıq şoku əlamətləri olduqda

5. Anuriya, hipotoniya olduqda
A) 2, 4, 5

B) 1, 2, 3

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat: Б.А.Парамонов, Я.О.Порембский, В.Г.Яблонский. Руководство (ожоги). «Спец. Лит», СПб, 2000.
667) Yanıq şokunun travmatik şokdan fərqli cəhətinə hansı aid deyil?

A) Hemoqlobinuriya

B) Böyrəkdən kənar çoxlu maye itirilməsi

C) Qanın reolojı xassələrinin pisləşməsi

D) Anemiya

E) Eritrositlərin istilikdən hemolizi


Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999.
668) Anal kanalın uzunluğunu göstərin.
A) 2, 5 - 4 sm

B) 1 - 2 sm

C) 2 - 3 sm

D) 3, 5 - 5 sm

E) 5 - 6 sm
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 526.
669) Anus çatı ən çox harada yerləşir?
A) anal kanalın arxa yarımdairəsində

B) anal kanalın sağ yarımdairəsində

C) anal kanalın sol yarımdairəsində

D) anal kanalın ön yarımdairəsində

E) anal kanalın ön və arxa yarımdairəsində
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.531-536.
670) Anus çatının əmələ gəlməsinə səbəb olan faktorları seçin:

1. uzunmüddətli qəbizlik

2. babasil

3. kəskin kolit və proktit

4. düz bağırsağın və anal kanalın travması
A) 3, 4

B) 1, 2


C) 2, 4

D) 1, 4


E) 2, 3
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.531-532
671) Arxa dozalaşdırılmış sfinkterotomiya hansı xəstəliyin müalicəsində göstərişdir.
A) düz bağırsağın selikli qişasının düşməsi

B) koksiqodiniya

C) sfinkterin tonusunun yüksəlməsi və anus çatı ilə müşayiət olunan babasil

D) anal dəliyin çatı

E) daxili hemorroidal düyünlərin düşməsi ilə müşayiət olunan babasil
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.533-539
672) Babasilin əmələ gəlməsinə aşağıdakılardan hansı şərait yaratmır?
A) spirtli içkilərin qəbulu

B) proktosiqmoidit

C) ağır fiziki əmək

D) uzunmüddətli və fasiləsiz qəbizlik

E) artıq çəki
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.305-306; М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 528-530
673) Milliqan-Morqan üsulu ilə hemorroidektomiya nədir?
A) siferblatın 3, 7, 11-ci nöqtələrinə uyğun hemorroidal düyünlərin kəsilib götürülməsi

B) siferblatın 2, 5, 8-ci nöqtələrinə uyğun olaraq hemorroidal düyünlərin kəsilib götürülməsi

C) düşən hemorroidal düyünlərin götürülməsi

D) siferblatın 3, 7, 11-ci nöqtələrinə uyğun hemorroidal düyünlərin çıxarılması və anal kanalın selikli qişasının bərpa olunması

E) anal kanalın selikli qişasının dairəvi kəsilib çıxarılması
Ədəbiyyat: Ш.Дробни. Хирургия кишечника. Будапешт, 1983. с.493-495
674) Düz bağırsaq xərçənginin diaqnostikasında hansı müayinə üsulu daha vacibdir?
A) Çənbər bağırsağın rentgenoloji müayinəsi

B) düz bağırsağın barmaqla müayinəsi və rektoromanoskopiya

C) nəcisin gizli qanaxmaya görə müayinəsi

D) laparoskopiya

E) kiçik çanaq orqanlarının USM
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.312
675) Düz bağırsaq fistulaları üçün aşağıdakılardan hansı xarakterikdir?
A) fistuladan irinin çıxması ilə müşayiət olunan xroniki paraproktitin residivi

B) temperaturun yüksəlməsi

C) defekasiya zamanı selik ifrazı

D) defekasiya aktından qorxma

E) defekasiya vaxtı qanaxma
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.538
676) Yoğun bağırsağın divertikulyozunun diaqnostikasında ən informativ müayinə metodu hansıdır?
A) qarın boşluğu orqanlarının USM

B) daxilə barium qəbul etdikdən sonra yoğun bağırsağın müayinəsi

C) kolonoskopiya

D) rekloromanoskopiya

E) irriqoskopiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.227
677) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas amillərdən biri hansıdır?
A) qida faktoru (şirniyyat istifadə olunması qəbulu)

B) çoxlu maye qəbulu

C) qida faktoru (sellüloza ilə zəngin qidanın istifadəsi)

D) qarındaxili təzyiqin artması

E) bağırsaqdaxili təzyiqin artması
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.226
678) Kəskin işiorektal paraproktitdə aşağıdakılardan hansı göstərişdir?
A) aralıqdan, büzdüm-düz bağırsaq bağını kəsməklə irinliyin açılması

B) absesin punksiyası və boşluğun yuyulması üçün drenajın qoyulması

C) absesin açılması, drenləşdirilməsi, anal kanalda kriptanin kəsilib götürülməsi

D) bağırsaq mənfəzindən keçməklə irinliyin açılması

E) irinliyin punksiyası və antibiotiklərin yeridilməsi
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.536
679) Hemorroidektomiyadan sonra ən çox rast gəlinən ağırlaşmalar hansılardır?

1. kəskin ağrı sindromu

2. sidik ifrazının ləngiməsi

3. perianal ödem

4. qanaxma

5. kəskin paraproktit
A) 2, 4, 5

B) 1, 2, 4

C) 3, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 3
Ədəbiyyat: Б.Л.Канделис. Неотложная проктология. Эстония, 1980. с.92
680) Epitelial büzdüm yolunun irinli iltihabında hansı əməliyyatın aparılması daha məqsədəuyğundur?
A) absesin açılması, epitelial yolun kəsilib götürülməsi və yara kənarının dibindən tikilməsi

B) absesin punksiyası, yuyulması və antibiotiklərin yeridilməsi

C) epitelial yolun götürülməsi və yaranın kip tikilməsi

D) absesin açılması və irinli boşluğun drenaj olunması

E) absesin açılması, epitelial yolun kəsilib götürülməsi və yaranın açıq üsulla müalicəsi
Ədəbiyyat: Б.Л.Канделис. Неотложная проктология. Эстония, 1980. с.148-151


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə