Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Stafilokok sepsisinin müalicəsi zamanı antistafilokok bakteriofaqını bu cür istifadə etmək məsləhətdir



Yüklə 0,86 Mb.
səhifə14/15
tarix13.12.2016
ölçüsü0,86 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

746) Stafilokok sepsisinin müalicəsi zamanı antistafilokok bakteriofaqını bu cür istifadə etmək məsləhətdir:
A) Yaranın üzərinə

B) Əzələdaxili

C) Arteriadaxili

D) Rektal

E) Venadaxili
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002.
747) Stafilokok sepsisi zamanı aktiv immunizasiya aşağıdakının köməyi ilə aparmaq məsləhətdir:
A) Antistafilokok plazması

B) Antistafilokok immunoqlobulini

C) Qamma-qlobulin köçürməklə

D) Nativ və adsorbsiya olunmuş stafilokok anatoksini

E) Antistafilokok bakteriofaqı
Ədəbiyyat: В.И.Стручков. Гнойная хирургия. «Медицина», Москва, 2002.
748) Periton arxası fleqmona kəskin apendisitin fəsadı kimi nə vaxt baş verə bilər:
A) Soxulcana bənzər çıxıntının kor bağırsağa nisbətən lateral yerləşməsi zamanı

B) Sağ qalça çuxurunda yerli peritonit zamanı

C) Apendiks peritonarxasi sahədə yerləşəndə

D) Apendiks qaraciyəraltı nahiyədə yerləşəndə

E) Apendiks medial yerləşəndə
Ədəbiyyat: И.Л.Ротков. Тактические ошибки при остром аппендиците. «Медицина», Москва, 1988.
749) Bu mikroblardan hansı biri daha çox qram müsbət sepsis əmələ gətirir?
A) Bağırsaq çöpləri

B) Göy-yaşıl irin çöpləri

C) Proteylər

D) Stafilokok

E) Streptokokk
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
750) Bu mikroblardan hansı biri daha çox qram mənfi sepsisi əmələ gətirir?
A) Proteylər

B) Bağırsaq çöpləri

C) Pnevmokok

D) Streptokok

E) Meninqokok
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.
751) Sepsis zamanı daha çox hansı preparatların tətbiqi ilə spesifik passiv immunoterapiya aparılır?
A) Poliqlobulin

B) Leykokonsentrant

C) Antistafilokok Qamma-qlobulin

D) Antistafilokok plazması

E) Antiyaşıl irin çöplərinə qarşı plazma
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Москва, 1990.OSTEOMIELIT VƏ TETANUS.
752) İrinli artritlər zamanı hansı halda artrotomiya əməliyyatı aparılır?
A) Oynağın bağ aparatının dağıldığı zaman

B) Kəskin ağrı sindromu zamanı

C) Oynaq boşluğunda irinin olması zamanı

D) Oynağın dayanaqlı effekti olmayan çoxsaylı punksiyaları zamanı

E) Sümüklərin oynaq hissələrinin geniş dağılması zamanı
Ədəbiyyat: В.И.Стручков. Общая хирургия. «Медицина», Москва, 1972.
753) Septikopiyemiya ilə fəsadlaşmış kəskin hematogen osteomielitdə irinli mənbə daha çox müşahidə edilir:
A) Qaraciyərdə

B) Dalaqda

C) Ürəkdə

D) Baş beynində

E) Ağ ciyərdə
Ədəbiyyat: Т.Акжигитов. Остеомиелит. «Медицина», Москва, 1986.
754) Uc falanqanın dərialtı panarisiyasında hansı kəsik tətbiq olunur?
A) Yan kəsik

B) Radial kəsik

C) Xaçvari kəsik

D) Yarımoval kəsik

E) Kənarı kəsik
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
755) Vətər panaritsiyası üçün xarakterikdir.

1. Barmaqda passiv hərəkətin olmamağı

2. Bütün barmağın bərabər ödemi

3. əsas falanqanın ödemi

4. Barmağın açıq vəziyyətdə fiksasiyası

5. Barmağı açan zaman ağrının artması
A) 1, 4

B) 2, 4


C) 1, 3

D) 3, 5


E) 2, 5
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
756) Sümük dolamasının başlanğıcından sonra hansı müddətdə rentgenoloji dəyişiklik görmək olar
A) 14 gün

B) 7 gün


C) 1 ay

D) 3 ay


E) 3 gün
Ədəbiyyat: В.И.Стручков, В.К.Гостищев, Ю.В.Стручков. Руководство по гнойной хирургии. «Медицина», Москва, 1984.
757) Tetanus törədicilərini kim kəşf etmişdir?
A) Melnikov

B) Paster

C) Neysser

D) Monastırski

E) Nikolayev
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер Ком». СПб., 1999.
758) Tetanusun “Klassik triadası”
A) Oral avtomatizm simptomu, salivasiya, taxikardiya

B) Anizokoriya hipertoniya, hipertemiya

C) Mioz, ptoz, enoftalm

D) Nistaqm, işıqdan qorxma, taxipnoe

E) Trizm, distrofiya, ənsə əzələlərinin rigidliyi
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
759) Tetanus bassilləri tərəfindən ifraz edilən tetanofoksin seçici olaraq nəyə təsir edir:
A) Onurğa beyninin arxa buynuzuna, beyinciyə

B) Onurğa beyninin ön buynuzuna, beyin kötüyünə

C) Periferik sinir sisteminə

D) Hipofiz, orta beyin

E) Hipotalamus, uzunsov beynə,
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
760) Tetanusun müalicəsinə aiddir:

1. Antianaerob aktivliyi olan antibiotiklərin təyini

2. Qıcolmanın aradan qaldırılması

3. ətrafın amputasiyası

4. Tetanus əleyhinə zərdabın, anatoksinin və immunoqlobulinin təyini

5. Hemosorbsiya
A) 1, 4

B) 3, 5


C) 1, 3

D) 2, 4


E) 2, 5
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
761) Tetanusun ağırlaşması:

1. Sepsis

2. Asfiksiya

3. Fəqərə cisimlərinin kompression sınığı və əzələlərin cırılması

4. Ekssudativ perikardit, plevrit

5. Beyinin absesi
A) 1, 3, 5

B) 3, 4, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 1, 2, 4
Ədəbiyyat: М.И.Кузина, Б.М.Костюченок. Раны и раневая инфекция. “Медицина”, Моква,1990.
762) Tetanusun “Klassik üçlüyü” -nı ilk dəfə təsvir edib: üçlüyü
A) Pare

B) Hippokrat

C) Piroqov

D) Qalen


E) Larrey
Ədəbiyyat: Г.Н.Цыпубляк. Хирургичекие лечение тяжелой и сочетанной травмы. « Гиппократ», СПб. 1996.
763) 2 yaşlı oğlan uşağında qasıq dəbəliyinin boğulmasından 8 saat keçib. Həkimin taktikası:
A) Dəbəlik möhtəviyyatının özbaşına düzəlməsi üçün kompleks konservativ tədbirlər

B) Təcili cərrahi müdaxilə

C) Spazmolitiklərin vurulması

D) Rauş narkoz

E) Dəbəlik törəməsinin xloretillə isladılması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
764) 3 yaşlı qızda boğulmuş qasıq dəbəliyi var. Boğulmadan 1 saat keçib. Tədbirlər:
A) Dəbəliyin əllə düzəldilməsi

B) Təcili cərrahi müdaxilə

C) Qısamüddətli narkoz

D) Xloralhidrat imaləsi

E) Boğulmanın aradan qaldırmağa yönələn kompleks konservativ tədbirlər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
765) Qasıq dəbəliyində cərrahi müdaxilənin optimal yaş həddi:
A) 1 yaş

B) 3 yaşda

C) diaqnoz qoyulan kimi

D) 6 ay


E) 5 yaşda
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
766) Uşaqda apendektomiyadan 7 gün sonra bərk çanaq infiltratı aşkar olunur. Qarın yumşaqdır, ağrısızdır, vacibdir:
A) İnfiltratın drenaj edilməsi

B) Düz bağırsaqdan infiltratın punksiyası

C) Müşahidə

D) Antibiotiklərin və müalicə imalələrinin təyini

E) Massiv dozada antibiotiklərin təyini
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
767) 10 yaşlı uşaqda cərrahi əməliyyatdan 4 gün sonra erkən bitişmə keçməməzliyi əlamətləri var. Vacibdir:
A) Müşahidə

B) Planlı cərrahi əməliyyat

C) Barinin verilməsi, müşahidə

D) Barinin verilməsi, konservativ terapiya

E) Təcili cərrahi əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
768) Hirşprunq xəstəliyinin xroniki formasının cərrahi müdaxiləsinin yaş həddi:
A) 3-6 ay

B) 3 yaşa qədər

C) 15 yaşa qədər

D) 10 yaşa qədər

E) 1 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
769) 6 yaş uşaqda nazik bağırsaq invaginasiyası diaqnozu qoyulub. Lazım olan tədbirlər:
A) Planlı cərrahi əməliyyat

B) İnvaginatın konservativ düzəldilməsi

C) Müşahidə

D) Bari horrası ilə müayinə

E) Təcili cərrahiyyə əməliyyatı
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
770) 2 yaş uşaqda kriptorxizmin qasıq ektopiyası forması var. Cərrahi müalicə nə vaxt məsləhətdir:
A) Təxirəsalınmaz

B) 12 yaşa qədər

C) 6 yaşa qədər

D) 16 yaşa qədər

E) 10 yaşa qədər
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
771) Yuxarı formalı anadangəlmə bağırsaq keçməzliyi üçün xarakterikdir?
A) Doğulan andan ödlü qusma və epiqastral nahiyənin köpməsi

B) Epiqastral nahiyənin köpməsi

C) İkinci sutkadan mekoneal qusma

D) Qarının kəskin köpməsi

E) Mekoniumun xaric olmaması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
772) Stranqulyasion keçməzlik zamanı keçməzliyi törədən səbəb hansıdır:
A) Obtürasiya

B) Bağırsağın bir hissəsinin digər hissəyə keçərək pərçim olunması

C) Bağırsağın boğulması

D) Atreziya

E) Bağırsağın askaridozu
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
773) İnvaginasiyanın diaqnostikasında ən çox informativ olan hansıdır:
A) Diafonoskopiya

B) Bağırsaqla bariumun pasajının müayinəsi

C) Qanın biokimyəvi analizi

D) Qanın ümumi analizi

E) Narkoz altında qarnın bimanual palpasiyası
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
774) Uşaqlarda bağırsaq invaqinasiyasının ən çox xarakterik lokalizasiyasını göstərin:
A) Nazik-nazik-yoğun

B) Yoğun-yoğun bağırsaq

C) Nazik-nazik bağırsaq

D) Soxulcanabənzər çıxıntının invaqinasiyası

E) Nazik-yoğun bağırsaq
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
775) Uşaqda apendikulyar abses diaqnozu qoyulmuşdur. Cərrahi müalicə necə olmalıdır?
A) Absesin düz bağırsaqdan punksiya olunması

B) Absesin düz bağırsaqdan açılması

C) Konservativ

D) Absesin qarının ön divarından açılması

E) Absesin qarının ön divarından punksiya olunması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
776) Uşaqlarda kəskin apendisiti hemorragik vaskulit zamanı əmələ gələn abdominal sindromdan necə fərqləndirmək olar?
A) Diafonoskopiya

B) Vaskulitə qarşı prednizolonla sınaq müalicəsi aparmaq

C) Koaquloqrammanın yoxlanması

D) Laparotomiya

E) Laparoskopiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
777) Uşaqlarda peritonitin yayılmasına və sürətlə inkişafına əsas səbəb:
A) İmmun sistemin zəif inkişaf etməsi

B) Peritonun plastik funksiyasının aşağı olması

C) Piyliyin inkişaf etməməyi

D) Qarın boşluğunun az həcmli olması

E) Piyliyin yaxşı inkişaf etməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
778) Kor bağırsaq çıxıntısının destruksiyası ilə əlaqədar kəskin apendisitin klinik mənzərəsində hansı dəyişiklik baş verir?
A) «işıqlı dövr»başlayır

B) Qarında ağrı güclənir

C) Ümumi vəziyyəti pisləşir

D) Qusma əmələ gəlir

E) Peritonun qıcıqlanma əlamətinin müsbət olması
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
779) Duqlas boşluğun absesinin cərrahi müalicəsinin haradan aparılması əsaslı sayılır?
A) Büzdümdən

B) Aralıqdan

C) Düz bağırsaqdan

D) Bel nahiyəsindən

E) Qarnın ön divarından
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
780) Boğulmuş qasıq yırtığı zamanı herniotomiyanın xüsusiyyəti nədən ibarətdir:
A) Ön divarın plastikası

B) Yırtıq kisəsi qasıq kanalı açılana və boğulmanın düzəldilməsinə kimi açılmalıdır

C) Yırtıq kisəsi qasıq kanalı açılandan və boğulmanın düzəldilməsindən sonra açılmalıdır

D) Yırtıq kisəsinə toxunulmur

E) Arxa divarın plastikası
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
781) Üç yaşa qədər uşaqlarda qasıq yırtığının əmələ gəlməsi nə ilə əlaqədardır?
A) Qarının ön divarının zəifliyi

B) Peritonun yataq çıxıntısının obliterasiya olunmamağı

C) Limfa axının pozulması

D) Fiziki gərginliyin artması

E) Xayaların xayalığa enməməyi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
782) Pilorostenoz üçün göstərilən klinik əlamətlərdən hansı daha xarakterikdir:
A) Nəcis ifrazının olmamağı

B) Öd qarışığı olmadan çürümüş südlü qusma

C) Ödlü qusma

D) Qarnın bərabər köpməsi

E) Qanlı qusma
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
783) Hirşprunq xəstəliyində cərrahi müalicənin əsası:
A) Total kolonoektomiya

B) Sfinktorun kəsilməsi

C) Yoğun bağırsağın aqanqlioz sahəsinin kəsilib götürülməsi

D) Yoğun bağırsağın genişlənmiş hissəsinin kəsilib götürülməsi

E) Aqanqlionar sahənin boylama kəsilməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
784) Uşaq bir udum sirkə turşusu içib və dərhal xəstəxanaya çatdırılıb. Xəstənin mədəsi hansı məhlulla yuyulmalıdır:
A) Otaq temperaturunda su

B) İsti su ilə

C) Soyuq su

D) Qələvi məhlul

E) Turşulaşdırılmış məhlul
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
785) Uşaq qatı qələvi içib. Mədəni hansı məhlulla yumaq lazımdır:
A) Otaq temperaturlu su

B) Soyuq su

C) Turşulaşdırılmış məhlulla

D) İsti su

E) Qələvi məhlulla
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
786) Fəsadlaşmış hidronefrozun simptomlarına aiddir:
A) Piuriya

B) Əllənən şiş

C) Ağrı

D) Hemoturiya



E) Dizuriya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
787) Apostematoz nefritin fəsadlaşmasına səbəb ola bilən hansıdır:
A) Böyrəyin mərcan daşları

B) Ləyənciyin daşı

C) Yuxarı kasacığın daşı

D) Sidik axarının daşı

E) Sidik kisəsinin daşı
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
788) Kəskin hematogen osteomielit zamanı iltihabı proses sümüyünün hansı toxumasından başlayır?
A) Sümük iliyindən

B) Böyümə zonasından

C) Sümük lövhəsindən

D) Əzələ toxumasından

E) Birləşdirici toxumadan
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
789) 8-aylıq oğlan uşağında sol tərəfli kriptorxizm var. Sizin taktikanız:
A) 15 yaşdan sonra əməliyyat

B) hormonal müalicə

C) 2-3 yaşda əməliyyat

D) 1 yaşa kimi əməliyyat

E) Təcili əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
790) Qida borusunun xalaziyasında qeyd olunan əməliyyatlardan hansı icra edilir?
A) Qastrotomiya

B) Kardiomiotomiya

C) Qastrostomiya

D) Pilorotomiya

E) Nissen üsulu ilə fundoplikasiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
791) Anadangəlmə bud sümüyü başının çıxığının altı aydan sonra konservativ müalicəsinin əsası nədən ibarətdir?
A) Frekye döşəyi ilə funksional müalicə

B) Osteosintez

C) Narkoz altında qapalı repozisiya

D) Funksional dartma

E) Geniş bələmə
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
792) Qalxanabənzər ətraf vəzin tipik yeri:
A) Hər iki payın yuxarı ön səthi

B) Hər iki payın orta ön səthi

C) Hər iki payın aşağı ön səthi

D) Döş sümüyü arxası sahə

E) Hər iki payın aşağı və yuxarı paylarının arxa səthləri.
Ədəbiyyat: И.С.Брейдо. Хирургическое лечение заболеваний щитовидной железы. «Медицина», Санкт-Петербург, 1998.
793) Birincili hiperparatireozun müalicəsinin effektliyinin göstəricisi:
A) Ürəkbulanma və qusmanın aradan qalxması

B) Çəkinin artması

C) Sümüklərdə ağrı hissinin aradan qalxması

D) Kalsi-fosfor mübadiləsinin normallaşması

E) Yanğı hissinin itməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
794) Qalxanabənzər vəzin maliqnizasiyası daha çox rast gəlir :
A) Kerver urunda

B) Fəaliyyətsiz tək düyünlərdə

C) Riddi urunda

D) Haşımoto urunda

E) Follikulyar adenomada
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
795) Şəkərli diabetin ağırlaşması nəticəsində «Diabetik pəncənin» əmələ gəlməsinə şərait yaradan amillər hansılardır:
A) Bakterial infeksiya

B) Xroniki diabetik nevropatiya və bakterial infeksiya

C) Arteriyaların aterosklerotik obstruksiyası

D) Xroniki diabetik nevropatiya

E) Xroniki diabetik nevropatiya ,arteriyaların aterosklerotik obstruksiyası , bakterial infeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
796) Diabetik qanqreni zamanı irinli- nekrotik prosesin yayılması xüsusiyyəti nədən ibarətdir:
A) Vətərlərlə (dəri örtükləri yaxşı vəziyyətdir)

B) Əzələ toxumaları ilə

C) Bağlarla (dəri örtükləri yaxşı vəziyyətdir)

D) Bağlarla, vətərlərlə və aponevrozlarda (dəri örtüklərinin yaxşı vəziyyətində)

E) Bağlarla və vətərlərlə ( dəri örtüklərinin vəziyyətinin dəyişilməsi)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
797) Diabetik anqiopatiya dedikdə aşağıdakılar nəzərdə tutulur:
A) Kiçik kalibrli damarların zədələnməsi

B) Qan damarlarının generalizə (iri, orta və kiçik kalibrli) olunmuş zədələnməsi

C) Orta kalibrli damarların zədələnməsi

D) Kiçik və orta kalibrli damarların zədələnməsi

E) İri kalibrli damarların zədələnməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
798) Suda həll olunan sadə insulin dəri altına yeridilməsi zamanı maksimum təsir müddəti hansıdır:
A) 2 saat

B) 6 saat

C) 3 saat

D) 1 saat

E) 30 dəqiqə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
799) Tireotoksikozun konservativ müalicəsində aşağıdakı dərmanlar işlədilməlidir:

1. Mərkəzi sinir sisteminə sakitləşdirici təsir edən dərmanlar

2. Yod tərkibli dərmanlar

3. Tireostatik dərmanlar

4. Radioaktiv yod.

5. Antikoaqulyantlar
A) 2, 4

B) 1, 3


C) 3, 5

D) 2, 5


E) 1, 4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко, В.В.Фадеев. Эндокринология. «Медицина», Москва, 2000.
800) Qirtlağin xərçəngi 1-ci mərhələ (T1NOMO) hansı müalicə taktikası optimaldır?
A) kimyəvi terapiya

B) cərrahi müalicə

C) kompleks müalicə - şüa müalicəsi və kimyəvi terapiya

D) şüa müalicəsi

E) kombinə olunmuş müalicə - şüa müalicəsi və cərrahi müalicə
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии, «ГЕОТАР-МЕД», Москва, 2004.
801) Qirtlaq-udlağın yayılmış xərçəngində əsas simptomu göstərin
A) dizuriya

B) adentiya

C) disfagiya

D) afoniya

E) distopiya
Ədəbiyyat: Ю.Л.Гамбур. Рак гортаноглотки и шейного отдела пищевода. «Медицина», Москва, 1974
802) Qida borusunun xoşxassəli şişlərinin müalicəsi hansı üsulla aparılır?
A) simptomatik

B) şüa müalicəsi + kimyaterapiya

C) şüa müalicəsi

D) kimyaterapiya

E) cərrahi
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
803) Qida borusu xərçənginin traxeyaya sirayəti zamanı rast gələn əsas simptom hansıdır?
A) tərləmə

B) bağırsaqarası nahiyədə ağrılar

C) hərarətin yüksəlməsi

D) çiyin qurşağı və qollarda olan ağrı

E) öskürək
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
804) Adenoma, xondroma, hamartoma ağciyərin hansı xəstəliklərinə aiddir?
A) ağciyərin qeyri-spesifik xəstəliklərinə

B) xoşxassəli şişlərinə

C) xərçəngönü xəstəliklərinə

D) ağciyərin damar anevrizmaları

E) vərəmə
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
805) Süd vəzisinin giləsinin eroziyası hansı xəstəlikdə müşahidə olunur?
A) mastit

B) kistozlu-fibroadenomatoz

C) fibroadenoma

D) sarkoma

E) pecet xərçəngi
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
806) Onkoloji markerlərdən hansı süd vəzisinin xərçənginin diagnostikasında ən yüksək spesifik əhəmiyyət daşıyır?
A) AFP

B) CA 19-9

C) CA 125

D) CEA


E) CA 15-3
Ədəbiyyat: А.С.Белохвостов, А.Г.Румянцев. Онкомаркеры. «Медицина», Москва, 2002.
807) Süd vəzisinin xərçənginin təsdiqində hansı müayinə üsulu həlledicidir?
A) radioizotop müayinə

B) kliniki müayinə

C) ultrasəs müayinəsi

D) rentgenoloji müayinə

E) morfoloji müayinə
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
808) Süd vəzisinin giləsindən qanlı ifrazatın gəlməsi hansı xəstəlikdə müşahidə olunur?
A) düyünlü mastopatiya

B) sarkoma

C) axacaqdaxili papilloma

D) fibroadenoma

E) mastit
Ədəbiyyat: В.П.Летягин, И.В.Высоцкая, А.А. Легков. Лечение доброкачественных и злокачественных заболеваний молочной железы. «Медицинa», Москва, 1997.
809) Virxov metastazı termini altında nə anlaşılır?
A) göbəyə metastaz

B) yumurtalıqlara metastaz

C) kiçik çanağın toxumasına metastaz

D) ağciyərlərə metastaz

E) sol körpüçüküstü limfa düyününə metastaz
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
810) Mədənin cisminin xərçəngində hansı cərrahi əməliyyatı aparmaq lazımdır?
A) mədənin subtotal rezeksiyası

B) mədənin rezeksiyası

C) qastrektomiya

D) mədənin proksimal rezeksiyası

E) qastroenteroanastomozun qoyulması
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
811) Bilio-pankreatoduedonal zona üzvlərindən hansı xərçənglə daha çox zədələnir?
A) öd kisəsi

B) fater məməciyi

C) mədəaltı vəzi

D) qaraciyərdən kənar öd çıxarıcı yolları

E) 12-barmaq bağırsaq
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
812) Yoğun bağırsağın hansı xoş xassəli şişi yüksək tezliklə xərçəngə keçir?
A) psevdapolipoz

B) leomioma

C) lipoma

D) adenomatoz palipoz

E) angioma
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
813) Yoğun bağırsaq xərçənginin hematogen metastazlarının daha çox sevdiyi lokalizasiya
A) ağciyərlər

B) dalaq


C) qaraciyər

D) böyrəküstü vəzilər

E) sümüklər
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.
814) Əgər düz bağırsağın xərçəngi anal dəlikdən 2 sm yuxarıdadırsa, hansı cərrahi əməliyyat məsləhətdir?
A) düz bağırsağın qarın-anal rezeksiyası

B) düz bağırsağın qarın-aralıq ekstripasiyası

C) düz bağırsağın ön rezeksiyası

D) sfinkter saxlayıcı əməliyyat

E) hartman əməliyyatı
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон. Клиническая онкология. «Медицина», Москва, 1979.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə