Ümümi cərrahiyyə ixtisası üzrə test nümunələri 21. 01. 13-cü il tarixində əlavə olunmuşdur. Cərrahiyyə yardımın təşkili və sosial gigiyena


) Yoğun bağırsağın xərçəngin diaqnostikasında ən dəqiq müayinə üsulu?



Yüklə 0,86 Mb.
səhifə15/15
tarix13.12.2016
ölçüsü0,86 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

815) Yoğun bağırsağın xərçəngin diaqnostikasında ən dəqiq müayinə üsulu?
A) MRT

B) KT


C) qarın boşluğunun rentgenoloji müayinəsi

D) kolonoskopiya, biopsiya ilə

E) USM
Ədəbiyyat: М.И.Давыдов. Энциклопедия клинической онкологии. «ГЕОТАР-МЕД», Москва, 2004.
816) Uşaqlıq boyunu xərçəngi üçün daha çox metastaz vermə xarakterikdir
A) hematoqen

B) implantasion

C) limfoqen

D) limfoinplantasion

E) hematolimfogen
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
817) Vertheym cərrahi əməliyyatının aparılmasına göstəriş?
A) uşaqlığın sarkoması

B) uşaqlığın cisminin xərçəngi

C) uşaqlıq boyunu xərçəngi

D) vulvanın xərçəngi

E) yumurtalıqların xərçəngi
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
818) Yumurtalıq xərçəngində əsas müalicə üsulları:
A) cərrahi müalicə

B) konservativ müalicə

C) kimya terapiya

D) cərrahi+kimya terapiya

E) şüa müalicəsi
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
819) Sidik kisəsinin xərçəngönü xəstəlikləri:
A) sidik kisəsinin papillomatozu

B) sidik kisəsinin travması

C) spesifik sistit

D) sidik kisəsinin daş xəstəliyi

E) qeyri-spesifik sistit
Ədəbiyyat: Б.П.Матвеев. Клиническая онкология. Москва, 2003
820) Xaya xərçəngində əsas müalicə üsulu:
A) cərrahi + kimyaterapiya

B) simptomatik

C) şüa terapiyası

D) cərrahiyə

E) fizioterapevtik
Ədəbiyyat: Я.Б.Бохман. Руководство по онкогинекологии. Ленинград, 1989
821) Sadalanan mədə xəstəliklərindən hansını obliqat xərçəngönü vəziyyət kimi qiymətləndirmək olar?
A) mədənin adenomatoz polipozu

B) xroniki atrofik qastrit

C) mədə güdümünün qastriti

D) epitelin displaziyası

E) mədənini xroniki xorası
Ədəbiyyat: В.А.Самсонов. Опухоли и опухолеподобные заболевания желудка. «Медицина», Москва, 1989.
822) Mədənin cisminin perforativ xərçəngi zamanı hansı cərrahi əməliyyat rasional sayıla bilər?
A) perforativ dəliyin gözənməsi

B) subtotal distal rezeksiya

C) subtotal proksimal rezeksiya

D) qastroektomiyya

E) qastroenteroanastamozun qoyulması
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
823) Hepato-pankriatolduedenal zona şişlərinin diaqnostikasında hansı diaqnostik müayinə informativdir?
A) dəridən və qaraciyərdən keçməklə xolangioqrafiya

B) FQDS


C) rentgenoloji duedenoskopiya

D) USM


E) retroqrad pankreotoxolancaqrifiya
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
824) Nazik bağırsaq şişinin hansı ağırlaşması tez- tez rast gəlinir?
A) bağırsaq keşməməzliyi

B) fistulanın əmələ gəlməsi

C) şişin perforasiyası

D) şişdən qanaxma

E) kiçik çanağa metastazlar
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
825) Nazik bağırsaq şişləri zamanı bağırsaq keçməməzliyinin yaranmasına gətirib çıxaran əsas mexanizm
A) Karsinomatoz

B) şişin opturasiyası

C) invaqinasiya

D) patoloji sahədə peristaltikanın olmaması nəticəsində əmələ gələn dinamiki bağırsaq keçməməzliyi

E) şiş toxuması ətrafındakı bitişmələr hesabına bağırsaq ilgəyinin fırlanması nəticəsində əmələ gələn stranqulyasiya
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
826) 67 yaşlı xəstə qarnın sağ yarısında ağrıdan, köpdən, bir neçə dəfə qusmadan və bundan sonra az müddətli yaxşılaşmadan şikayətlə daxil oldu. Əvvəllərdə xəstədə qarnın sağ yarısında ağrılar, qəbzlik və hərdən duru nəcis ifrazı ilə əvəzlənmə olub. Obyektiv olaraq qarın bir qədər sağ tərəfdə köpdür, tənəffüsdə iştirak edir, yumşaqdır, sağda ağrılıdır və ön divarda bir qədər əzələ gərginliyi və güclü peristaltika müəyyən edilir. Təmizləyici imalədən sonra xəstədə nəcis ifrazı olub buna baxmayaraq qarnında köp və ağrı qalmaqdadır. Birinci növbədə hansı diaqnostik müayinə aparmaq lazımdır?
A) USM

B) rektoromonoskopiya

C) qanın ümumi müayinəsi

D) fibrokolonoskopiya

E) qarın boşluğunun rentgen müayinəsi
Ədəbiyyat: К.М.Лисицын, А.К.Ревской. Неотложная хирургия при онкологических заболеваниях органов брюшной полости. «Медицина», Москва, 1986.
827) Xəstə 55 yaşında, 5 il öncə xroniki hemorroya görə operasiya olunmuşdur. O dövrdə xroniki qəbizliyə görə şikayətlərlə əlaqədar xəstəyə operasiyadan əvvəl fibrokolonoskopiya edilmişdir. Bu zaman xəstədə düz bağırsağın yuxarı ampulyar şöbəsinin sadə polipi və mülayim dərəcəli kolit aşkar edilmişdir. Polip endoskopik üsulla çıxarılmışdır. Histoloji müayinə - tubullovari adenoma. Operasiyadan sonrakı dövr fəsadsız keçmişdir son 3 ayda xəstə qəbizliyə meyillik, qəbizliyin ishalla əvəz olunması, nəcisdə selik, qan, qarında köpmə, tenezm, bağırsaqların tam boşalmaması hissiyyatı əmələ gəlmişdir. İlkin diaqnoz?
A) düz bağırsaq xərçəngi

B) xroniki hemorroy, kəskinləşmə

C) proktosiqmoidit

D) xroniki kolit

E) yoğun bağırsağın polipi
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
828) Xəstədə müayinələr əsasında düz bağırsağın yuxarı ampulyar şöbəsinin xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür.
A) Mikulic əməliyyatı

B) düz bağırsağın qarın aralıq ekstirpasiyası

C) düz bağırsağın ön rezeksiyası

D) qoşalüləli kolostoma qoyulması

E) hartman əməliyyatı
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
829) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər?
A) vərəm

B) bronxoektaziya xəstəliyi

C) ağ ciyərin periferik xərçəngi

D) bronxun xərçəngi

E) ağ ciyərin mərkəzi xərçəngi
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.
830) Xəstə 53 yaşında, baxış zamanı sol süd vəzisi kiçilmiş, deformasiyaya uğramışdır. Dəri örtüyü infiltrasiya edərək qabarlı təbəqəyə çevrilmişdir. Dərinin bəzi yerlərində xoralaşma və qansızma aşkar olunur. Gilə batmışdır, sol qoltuqaltı çuxurda böyümüş, bərkimiş limfa düyünləri əllənir, menopauza. Bu halda hansı müalicə taktikasının seçilməsi məqsədə uyğundur?
A) genişləndirilmiş radikal mastektomiya

B) kimyaterapiya + hormonal müalicə

C) süd vəzisinin amputasiyası + kimyaterapiya

D) kombinə olunmuş müalicə

E) şüa terapiyası
Ədəbiyyat: Е.А.Колосов, А.Г.Захарян. Рецидивы злокачественных опухолей и прогноз для больных. Киров, 1995. Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
831) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri:
A) xəstənin vəziyyətinin yaxşılaşması

B) şişin ölçülərinin kiçilməsi

C) residivlərin profilaktikası

D) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək

E) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
832) Ağır vəziyyətdə olan xəstəyə ilkin yardım məqsədilə hansı tədbirlər vacibdir:
A) radioprotektorun qəbulu

B) hemosorbsiya

C) qusma əleyhinə tədbirlər

D) reanimasion tədbirlər

E) dərinin dezaktivasiyası
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва, 1986.
833) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir:
A) immun sistem

B) həzm sistemi

C) mərkəzi sinir sistemi

D) qanyaradıcı sistem

E) ürək damar sistemi
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı, 2004.
834) Kəskin şüa xəstəliyi zamanı periferik qanın analizində ilk növbədə miqdarı azalır:
A) eritrositlərin

B) leykositlərin

C) trombositlərin

D) neytrofillərin

E) limfositlərin
Ədəbiyyat: З.Д.Линденбратен, Ф.М.Лйасс. Медицинская радиология. «Медицина», Москва , 1986.
835) Kişi cinsiyyət vəzilərinin şüalanmasından sonra ən çox xarakterik dəyişikliklər:
A) qanda testosteronun miqdarının azalması

B) hipospermiya

C) uşaqlarda irsi xəstəliklər

D) hidrosele

E) cinsi potensiyanın pozulması
Ədəbiyyat: İ.H.İsayev. Bədxassəli şişlərin şüa müalicəsinin əsasları. Elnur, Bakı, 2001.
836) Əng sümüyü innervasiya edilir.
A) üçlü sinirin 3-cü şaxəsi ilə

B) dil-udlaq siniri ilə

C) üçlü sinirin 2-ci şaxəsi ilə

D) üçlü sinirin 1-ci şaxəsi ilə

E) üz siniri ilə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
837) Ağız dibinin fleqmonası ağırlaşa bilər.
A) tonzillitlə

B) parotonzilyar abseslə

C) limfadenitlə

D) mediastenitlə

E) furunkul ilə
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
838) Əng sümüyü sınığının əsas simptomu adlanır.
A) çənə sümüyünün patoloji hərəkətliliyi

B) baş ağrıları

C) əng sümüklərinin patoloji hərəkətliliyi

D) burun qanaxması

E) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
839) Çənə sümüyü sınığının əsas simptomu adlanır.
A) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

B) üzün yumşaq toxumalarının şişkinliyi

C) ) baş ağrıları

D) udqunmanın çətinləşməsi

E) çənə sümüyünün patoloji hərəkətliliyi
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
840) Kəllə əsasının sınığının mütləq göstəricisidir.
A) əng sümüklərinin patoloji hərəkətliliyi

B) burun qanaxması

C) likvoreya

D) xarici qulaq keçəcəyindən qanaxma

E) çənə sümüyünün patoloji hərəkətliliyi
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
841) Çənənin oynaq çıxıntısının ikitərəfli sınığının xarakterik simptomu.
A) sınıq olan tərəfdə antaqonist dişlər arasında kontakt yoxdur

B) ağız açılmasının məhdudluğu

C) alveol çıxıntılarının selikli qişasının cırılmış yaraları

D) qulaqönü nahiyənin şişkinliyi

E) açıq dişləm
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
842) Burun sümüklərinin sınığının əsas simptomudur.
A) burnun deformasiyası,hematoma

B) dərialtı emfizema,qanaxma

C) burun tənəffüsünün çətinləşməsi,qanaxma

D) burnun deformasiyası, burun yollarından qanaxma

E) burun sümüklərini patoloji hərəkətliliyi,deformasiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
843) Üz-çənə nahiyəsinin zədələnmələri zamanı baş verən ağırlaşmadır.
A) kəskin traxeobronxit

B) dişlərin sınması

C) üz sinirinin nevriti

D) parodontit

E) asfiksiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
844) Sifətin yaralarının birincili cərrahi işlənməsi hansı müddətə qədər aparıla bilər.
A) birinci saat ərzində

B) 8-12 saat ərzində

C) 24 saat ərzində

D) 72 saat ərzində

E) 48 saat ərzində
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
845) Üz-çənə nahiyəsinin yaralarının birincili cərrahi işlənməsinin xüsusiyyətləri aşağıdakılardır.
A) qanaxmanın saxlanılması,yaranın antiseptiklərlə işlənməsi, tikişlərin və sarğının qoyulması

B) nekrotik toxumaların kəsilib götürülməsi, qan laxtalarının təmizlənməsi, yaranın drenaj edilməsi

C) yara nahiyəsində göyərmiş toxumaların qənaətlə kəsilib götürülməsi, birincili plastikadan istifadə olunması, növbəli tikişlərin qoyulması

D) yaranın antiseptiklərlə işlənməsi, nekrotik toxumaların kəsilib götürülməsi, yaranın tikilməsi

E) yaranın antiseptiklərlə işlənməsi, tikişlərin və sarğının qoyulması
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
846) Çənə sümüklərinin sınıqları zamanı müvəqqəti immobilizasiya aparılır.
A) Hippokrat papağı

B) dişlərin şinalanması

C) Zbarj aparatı

D) dairəvi təpə-çənə sarğısı

E) dairəvi alın-ənsə sarğısı
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
847) Yuxarı tənəffüs yollarının yad cisimlə tutulması adlanır.
A) aspirasion asfiksiya

B) stenotik asfiksiya

C) obturasion asfiksiya

D) klapanlı asfiksiya

E) dislokasion asfiksiya
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
848) Çənənin mental hissəsinin qopması nəticəsində yaranan asfiksiya adlanır.
A) aspirasion

B) obturasion

C) klapanlı

D) dislokasion

E) stenotik
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
849) Üz-çənə nahiyəsinin zədələnmələrinin sonradan yaranan ağırlaşmaları
A) kollaps

B) çənə-gicgah oynağının ankilozu

C) kəskin traxeobronxit

D) asfiksiya

E) travmatik şok
Ədəbiyyat: Т.Робустова. Хирургическая стоматология. Учебник. ”Медицина”, Москва,1990.
850) Xarici yuxu arteriyası təyin olunmasında əsas göstərici faktor:
A) Daxili yuxu arteriyasına nisbətən diametrinin böyük olması

B) Boyun orqanlarına və toxumalarına şaxələr verməsi

C) Ümumi yuxu arteriyasından ayrılanda həmin səviyyədə kolbavari genişlənmənin olması

D) Nəbz vurğusu

E) Traxeyadan medial yerləşməsi
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 216
851) Dil kökünün (əsasının) zədələnməsində bağlanması məqsədəuyğundur:
A) Daxili yuxu arteriyasının

B) Zədə tərəfdən dil arteriyasının

C) Baş-bazu kələfini

D) Xarici yuxu arteriyasının

E) Ümumi yuxu arteriyasının
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
852) Traxeotomiya üçün əsas sayılır:
A) Yuxarı tənəffüs yollarının keçməməzliyi fonunda əmələ gələn ağır asfiksiya

B) Ağ ciyərlərin ödemi

C) Yemək borusunun kimyəvi yanığı

D) Mendelson sindromu

E) Səthi bronxospazm
Ədəbiyyat: Т.В.Золоторева, Г.Н.Топоров. Хирургическая анатомия головы. «Медицина», Москва. 1968. с. 228.
853) Byork üsulu ilə traxeotomiya edəndə fərqli cəhət:
A) Traxeyanın yalnız yuxarı iki üzükvarı həlqəsinin kəsilməsi

B) Traxeyanın ön divarından əsası aşağıda olmaqla yamağın kəsilib hazırlanması

C) Traxeyanın III-IV qığırdaq yarım həlqəsi ilə qalxanvarı vəzin boyun arası hissəsinin kəsilməsi

D) Qırtlaq membranasının kəsilməsi

E) Traxeyanın yarımüzük qığırdaqlarının aralığının köndələn kəsiyi
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
854) Yemək borusunun boyun nayihəsində yaralanmasının əsas kliniki sindromu:
A) Epiqastral nahiyədə ağrı

B) Udmanın pozulması

C) Ənsəyə irradiasiya edən başın hərəkəti zamanı güclənən və əsasən başın zədədən əks tərəfə istiqamətində hərəkəti zamanı ağrı, emfizema

D) Kürək arası nahiyəyə irradiasiya edən ağrı, udma aktında güclənməsi ilə

E) Çiyin üstü nahiyəyə irradiasiya edən sinə arxası ağrı
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
855) Yemək borusunun boyun nahiyəsində zədələnməsi zamanı hansı kəsik optimal hesab olunur:
A) Plevradan keçən kəsik

B) Razumovski-Rozanov kəsiyi

C) Nasilov kəsiyi

D) Savinıx kəsiyi

E) Sternotomiya
Ədəbiyyat: Ю.Л.Шевченко, Н.Н.Шихвердиев. Ангиогенный сепсис. «Наука», СПб, 1996.
856) Yemək borusu divarının zədələnməsində yaranı belə tikmək lazımdır:
A) Zədələnmə vaxtından 12 saat keçənə qədər

B) 24 saatdan sonra

C) Mədəyə zond yeridib yaranı tikmək lazım deyil

D) Yaralanmadan sonrakı vaxt məna kəsb etmir

E) 24 saat ərzində
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
857) Yemək borusu ətrafı toxumaları drenləşdirmək üçün münasib sayılır:
A) Qeyri-fəal drenaj yeridilməsi

B) Yara kanalını açıq saxlamaq lazımdır

C) Zədələnən nahiyəyə cuna tamponlarının yeridilməsi

D) Axar-sorucu sistemindən istifadə

E) Rezin zolaqlardan istifadə etmək
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997. с. 1070.
858) Daxili vidaci venanın birinin sarınıb bağlanması baş beyin və boyun toxumalarından venoz qanın qan dövranına axmasına təsir edə bilərmi:
A) Sinus trombozun inkişafına səbəb ola bilər.

B) Toxumaların ödeminə gətirib çıxarır.

C) Görmənin pozulmasına səbəb olur.

D) Əksər hallarda heç nəyə təsir etmir.

E) Xəstənin həyatına təhlükə törədir.
Ədəbiyyat: Ю.Л.Шевченко, Н.Н.Шихвердиев. Ангиогенный сепсис. «Наука», СПб, 1996.
859) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir:

1. Huşun itirilməsi

2. Anizokoriya

3. Ürəkbulanma və qusma

4. Üfüqi nistaqm

5. Bradikardiya
A) 1, 2, 4

B) 1, 3, 5

C) 2, 3, 5

D) 1, 3, 4

E) 2, 4, 5
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной нейрохирургии. - М.: Медицина, 1987.
860) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər:

1. Kranioqrafiya

2. Axırıncı sisternin punksiyası

3. Meninqoexoskopiya

4. Kompyuter tomoqrafiyası

5. Onurğa beynin punksiyası
A) 1, 2, 4

B) 2, 3, 5

C) 2, 4, 5

D) 1, 3, 4

E) 1, 3, 5
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной нейрохирургии. «Медицина», Москва, 1987.
861) 66 yaşlı xəstə kəskin yoğun bağırsaq keçməzliyi ilə təcili cərrahi əməliyyata götürülmüşdür. Laparotomiya zamanı “S”-ə bənzər bağırsağın dairəvi stenoz etmiş şişi paraaortal limfa vəzlərinin böyüməsi, qaraciyərdə metastazlar aşkar edilmişdir. Hartman əməliyyatı icra olunmuşdur. Bu, necə əməliyyat sayılır:
A) Simptomatik

B) Palliativ

C) Simultant

D) Radikal

E) Kombinə olunmuş
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
862) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır?
A) Perforativ xoranın gözənməsi

B) Bilrot-I üsulu ilə mədə rezeksiyası

C) Selektiv proksimal vaqotomiya

D) Bilrot-II üsulu ilə mədə rezeksiyası

E) Kötük vaqotomiyası, piloroplastika ilə
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
863) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş verməsinin əsas qorxusu nədir?
A) Əməliyyatdan sonrakı pnevmoniya

B) Beyin damarlarının emboliyası

C) Dərialtı venaların varikoz genişlənməsi

D) Ağ ciyər arteriyasının trombemboliyası

E) Ayaqların qanqrenası
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989. с.350
864) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı nefrektomiyaya mütləq (tam) göstərişdir:
A) Böyrəyin əzilib parçalanması

B) Subkapsulyar hematoma

C) Böyrəyin aşağı qütbünün cırılması

D) Ləyənin cırılması

E) Geniş peritonarxası hematoma
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
865) Əməliyyatdan sonrakı dövrdə trombembolik ağırlaşmaların profilaktikası aşağıda qeyd olunanların hamısının məcmusudur bundan başqa:
A) Ciddi yataq rejimi

B) Müalicə gimnastikası və adekvat ağrısızlaşdırma

C) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi

D) Düz təsirli antikoaqulyantlar

E) Dezaqreqantlar
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989.
866) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) Aşkar görsənən anemiya

B) Qan yaranmasını stimulə etmək vacibliyi

C) İmmunokorreksiyanın vacibliyi

D) Hepatit.

E) İntoksikasiya
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
867) Ağır dərəcəli intoksikasiya ilə keçən kəskin pankreatitin ödemli formasında cərrahi əməliyyatdan sonrakı dövrdə aparılan müalicə aşağıda qeyd olunanların hamısını özündə cəmləşdirməlidir, birindən başqa:
A) Mədəaltı vəzin ödemini və sekretor fəallığını azaltmaq

B) Ağrı sindromunu aradan götürmək

C) Oddi sfinkterinin spazmını götürmək

D) Mədəaltı vəzi toxumasının sekvestrasiyasını sürətləndirmək

E) Qanda proteazların inaktivasiyası və detoksikasiya
Ədəbiyyat: В.И.Филин, А.Л.Костюченко. Неотложная панкреатология. «Питер», СПб, 1994.
868) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox hansı fəsadın baş verməsini gözləmək olar?
A) Piy emboliyası

B) Arterial təzyiqin düşməsi

C) Elektrolitlər pozğunluğu

D) Piy toxumasında anestetiklərin kumulyasiyası

E) Ağ ciyər ağırlaşmaları (atelektazlar)
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
869) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə hansıdır?
A) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə

B) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə

C) Orta körpücük xətti üzrə II qabırğaarası sahə

D) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə

E) Orta körpücük xətti üzrə V qabırğaarası sahə
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. «Медицина», Москва, 1995.
870) Miller-Ebbot zondu hansı məqsədlər üçün işlədilir:
A) Yoğun bağırsağın intubasiyası

B) Xoledoxun drenləşdirilməsi

C) Qarın boşluğunun drenləşdirilməsi

D) Laparoskopik xolesistostomanın qoyulması

E) Nazik bağırsağın intubasiyası
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
871) Bağırsaq keçməməzliyi ilə ağırlaşmamış, «S»-vari bağırsağın xərçəngi ilə olan xəstənin əməliyyata hazırlamağın ən optimal variantı
A) Antifunqal müalicə

B) Bağırsağın mexaniki olaraq təmizlənməsi + peroral antibiotiklər

C) Şişdən yuxarı kolostomanın qoyulması

D) Bağırsağın mexaniki olaraq təmizlənməsi

E) Sistemli antibiotikoterapiya
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
872) Mexaniki sarılığı olan xəstədə sarılığın səbəbini öyrənmək üçün əməliyyatdan əvvəl aparılan diaqnostik müayinələrdən hansı daha informativdir:
A) Nüvə-maqnit rezonans müayinəsi ilə xolesistoqrafiya.

B) Qara ciyərin ssintoqrafiyası

C) Angioqrafiya

D) Xolesistoxolangioqrafiya

E) Peroral xolesistoqrafiya
Ədəbiyyat: Ф.Ф.Шалимов. Хирургия печени и желчевыводящих путей. «Здоровье», Киев, 1993.
873) Mexaniki sarılıqla ağırlaşmış, öd yollarının çapıq mənşəli keçməməzliyində, əməliyyatönü hansı əsas müalicə tədbirlərini aparmaq lazımdır:
A) Antibiotikoterapiya

B) Diyetoterapiya

C) Hemosorbsiya

D) Təcili biliodiqestiv anastomozun qoyulması



E) Öd yollarının dekompessiyası (dəridənkeçən, qaraciyərdən keçən)
Ədəbiyyat: А.Е.Борисов, Н.И.Глушков, Н.А.Борисов, В.С.Веховских. Чрезкожные эндобилиарные вмешательства при рубцовой непроходимости желчных протоков. «МАПО», СПб, 1997.
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə