Ümumi MÜDDƏalar maddə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi



Yüklə 109,56 Kb.
səhifə1/36
tarix06.07.2022
ölçüsü109,56 Kb.
#62670
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   36
01.AZ RES - İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ


YÜKLƏ
AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ PROSESSUAL MƏCƏLLƏSİ
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi
1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
1.3. Ələt azad iqtisadi zonasında inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılması “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir. [1]
Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti
2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. [2]
2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:
2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);
2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);
2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia);
2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia);
2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia);
2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara;
2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. [3]
Maddə 3. İnzibati məhkəmələr və məhkəmə kollegiyaları [4]
3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. [5]
3.2. Bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-I, XIX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya instansiyası məhkəmələri tərəfindən inzibati mübahisələrə (ərizələrə) birinci instansiya üzrə baxılması zamanı, bu Məcəllənin XV, XVI, XVII, XVIII, XVIII-I, XIX fəsillərində başqa qayda nəzərdə tutulmadığı hallarda, birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə müəyyən edilmiş müvafiq prosessual qaydalar tətbiq olunur. [6]
3.3. İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. [7]
3.4. İnzibati mübahisələrə kassasiya qaydasında Ali Məhkəmənin İnzibati kollegiyası tərəfindən baxılır. [8]
3.5. İnzibati məhkəmələrdə inzibati mübahisələrə hakim tərəfindən təkbaşına baxılır.
3.6. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyalarında (həm birinci instansiya məhkəməsi qismində, həm də apellyasiya instansiyası məhkəməsi qismində) inzibati mübahisələrə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.7. Kassasiya qaydasında inzibati mübahisələrə dair işlərə 3 hakimdən (daimi sədrlik edəndən və iki hakimdən) ibarət məhkəmə tərkibi tərəfindən baxılır.
3.8. Bu Məcəllə ilə başqa qayda müəyyən edilməmişdirsə, inzibati məhkəmələrin və inzibati kollegiyaların təşkili və onların hüquqi statusu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. [9]
Maddə 4. Məhkəmə qərarının qəbul edilməsi qaydası
4.1. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Qərar yazılı şəkildə tərtib edilir və hakim (işə kollegial qaydada baxıldıqda, məhkəmə tərkibinə daxil olan hakimlərdən hər biri) tərəfindən imzalanır.
4.2. İnzibati mübahisəyə dair işə 3 hakimdən ibarət məhkəmə tərkibi tərəfindən baxıldığı hallarda məhkəmə qərarı səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı hakimlərdən hər hansı birinin bitərəf qalmasına yol verilmir. Sədrlik edən sonuncu olaraq səs verir.
4.3. Azlıqda qalan hakim öz xüsusi rəyini yazılı şəkildə tərtib edə bilər, həmin rəy işə əlavə edilir. Apellyasiya instansiyası məhkəmələrinin və Ali Məhkəmənin inzibati mübahisələrə dair işlər üzrə kollegiyaları hakiminin xüsusi rəyi müvafiq məhkəmə tərkibinin qərarı ilə birlikdə dərc edilir. [10]
Maddə 5. İnzibati məhkəmələrin və ya məhkəmə kollegiyalarının səyyar iclasları [11]

Yüklə 109,56 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin