Ümummilli lider Heydər ƏLİyev



Yüklə 157,17 Kb.
Pdf görüntüsü
tarix28.04.2017
ölçüsü157,17 Kb.
#16048

Muxtar respublikada iqtisadi və sosial  

sahələrdə dinamik inkişaf təmin edilmişdir 

 

 

 



  

Ümummilli  lider  Heydər  ƏLİYEV:  İstəyirəm  ki,  mənim  arzum, 

istəklərim,  Azərbaycan  dövləti  haqqında,  müstəqil  Azərbaycanın  gələcəyi 

haqqında  və  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Naxçıvan  haqqında 

planlarım, arzularım yerinə    yetirilsin. 

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  ƏLİYEV:  Uzun 



illər  ərzində  Naxçıvan blokada şəraitində  yaşayır  və bu blokada bu  gün də 

davam  edir.  Amma  buna  baxmayaraq  Naxçıvan  yaşayır,  Naxçıvan  inkişaf 

edir,  Naxçıvanda  böyük  quruculuq  işləri  aparılır  və  Naxçıvanın  uğurlu 

inkişafı ölkəmizin gücünü göstərir.   

 

 

 



 

Naxçıvan  Muxtar  Respublikası  bu  gün  özünün  intibah  dövrünü 

yaşayır. Bu intibahın təməlində ötən 20 ildə həyata keçirilən tədbirlər xüsusi 

rol  oynamış,  iqtisadiyyat  şaxələndirilmiş,  yeni  istehsal  və  xidmət  sahələri 

yaradılmış,  səmərəli  məşğulluq  təmin  edilməklə  əhalinin  maddi  rifah         

halı  yaxşılaşdırılmış,  ümumilikdə,  bütün  sahələrin  dinamik  inkişafı         

təmin  edilmişdir.  Muxtar  respublikada  ümumi  inkişafı  əks  etdirən  ümumi 

daxili  məhsul  istehsalı  1995-ci  illə  müqayisədə  56  dəfə  artaraq  2  milyard             

465 milyon 757 min manatı üstələmişdir. Hər bir nəfərə düşən ümumi daxili 

məhsul istehsalı 42 dəfə artaraq 5577 manatı ötmüşdür. 

 

Sənayenin  üstün  inkişafını  nəzərdə  tutan  müasir  iqtisadiyyatın 



formalaşmasında sahibkarlıq  fəaliyyətinin  genişləndirilməsi,  yerli  və  xarici 

investisiyaları, müasir texnologiyaları cəlb etməklə rəqabətədavamlı məhsul 

istehsal edən müəssisələrin yaradılması mühüm əhəmiyyət daşıyır. 

 

Muxtar  respublikada  sənayenin  əsas  hissəsini  təşkil  edən  emal 



sənayesində  çörəkbişirmə,  şəkər,  mineral  su,  spirtli  içkilər,  siqaret,  pivə, 

plastik qapı və pəncərə, plastik su boruları, sement, hörgü və döşəmə üçün 



kərpic, üzlük daş, gips, gips lövhələr, əhəng, məsaməli beton,  karbon qazı, 

metaləritmə, avtomobil və onlarla digər istehsal sahələri yaradılmışdır.  

 

Elektroenergetika sahəsində də genişmiqyaslı tədbirlər görülmüş, yeni 



istehsal  sahələri  yaradılmış,  infrastruktur  yenilənmiş,  enerji  təhlükəsizliyi 

təmin  edilmişdir.  Ötən  dövr  ərzində  87  mVt  gücündə  Naxçıvan  Modul 

Elektrik Stansiyası, 22 mVt gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 mVt 

gücündə  “Arpaçay-1”  Su  Elektrik  Stansiyası,  20  mVt  gücündə  Naxçıvan 

Günəş  Elektrik  Stansiyası,  Heydər  Əliyev  Su  Anbarı  üzərində  4,5  mVt 

gücündə  su  elektrik  stansiyası,  1,4  mVt  gücündə  “Arpaçay-2”  Su  Elektrik 

Stansiyası  tikilmiş,  60  mVt  gücündə  Naxçıvan  Qaz-Turbin  Elektrik 

Stansiyası yenidən qurulmuş, hazırda Ordubad rayonunda 36 mVt gücündə 

Ordubad  Su  Elektrik  Stansiyasının  inşası  davam  etdirilir.  Muxtar 

respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək 

qiymətləndirən  ölkə  başçısı  cənab  İlham  Əliyev  demişdir:  “Elektrik 

enerjisi  ilə  problem  yoxdur.  Hesab  edirəm,  gün  gələcək  ki,  Naxçıvan 

bütün  enerji  tələbatını  bərpa  olunan  enerji  növləri  hesabına  təmin 

edəcək”. Əgər 1995-ci ildə muxtar respublikada 1 elektrik enerjisi istehsal 

edən  müəssisə  fəaliyyət  göstərirdisə,  hazırda  bu  müəssisələrin  sayı  8-ə 

çatdırılmış,  elektrik  enerjisi  istehsalı  1995-ci  ilə  nisbətən  4  dəfə  artaraq     

400 milyon kilovat-saatı ötmüşdür.  

 

2005-ci  ilin  sonundan  başlayaraq  muxtar  respublikada  təbii  qazın 



nəqlinin bərpası enerji təhlükəsizliyimizin təminatında mühüm rol oynamış, 

bütün təsərrüfat subyektləri fasiləsiz təbii qazla təmin olunmuşdur. 

 

Mövcud  sənaye  müəssisələrinin  fəaliyyətinin  bərpası  və  yenidən 



qurulması,  yeni müəssisələrin  yaradılması nəticəsində  muxtar  respublikada 

ötən  20  il  ərzində  385  müəssisə  fəaliyyətə  başlamışdır.  Əgər  1995-ci  ildə 

muxtar  respublikada  fəaliyyət  göstərən  sənaye  müəssisələrinin  sayı                

56 olmuşdursa, hazırda bu göstərici 8 dəfə artaraq 441-ə çatmışdır. 



 

Sənayedə  istehsalın  genişlənməsi  ixracın  da  həcminə  müsbət  təsir 

göstərmiş,  cari  ildə  316  milyon  402  min  ABŞ  dollarından  artıq  həcmdə 

sənaye məhsulu ixrac olunmuşdur. 

 

Muxtar  respublikanın  dinamik  inkişafının  təmin  edilməsində 



investisiyaların  cəlbi  xüsusi  rol  oynamaqdadır.  1996-cı  ildən  muxtar 

respublikada  iqtisadi  və  sosial  sahələrə  6  milyard  696  milyon  469  min 

manat həcmində investisiya yönəldilmişdir.  

 

1996-cı  ildən  bu  günə  kimi  muxtar  respublikada  278  inzibati  bina, 



mənzil  təsərrüfatı  üzrə  48  obyekt,  56  nasos  stansiyası,  291  subartezian 

quyusu,  100  körpü,  198  elm  və  təhsil  müəssisəsi,  260  mədəniyyət 

müəssisəsi, 197 səhiyyə müəssisəsi, 25 idman obyekti, əlil, məcburi köçkün, 

qaçqın,  şəhid  ailələri,  təbii  fəlakətdən  zərər  çəkənlər  və  digər  bu  kimi 

kateqoriyalardan  olan  şəxslər  üçün  470  fərdi  ev,  819  istehsal  və  xidmət 

obyekti və digər obyektlər tikilmiş, 258 inzibati bina, mənzil təsərrüfatı üzrə 

637  obyekt,  114  nasos  stansiyası,  111  subartezian  quyusu,  62  körpü,          

158  elm  və  təhsil  müəssisəsi,  160  mədəniyyət  müəssisəsi,  56  səhiyyə 

müəssisəsi,  19  idman  obyekti,  əlil,  məcburi  köçkün,  qaçqın,  şəhid  ailələri, 

təbii  fəlakətdən  zərər  çəkənlər  və  digər  bu  kimi  kateqoriyalardan  olan 

şəxslər üçün 21 fərdi ev və digər obyektlər yenidən qurulmuşdur. 

 

Muxtar  respublikada  yaşayış  məntəqələrinin  abadlaşdırılması,  həmin 



yaşayış  yerlərində  səmərəli  idarəetmənin  və  əhaliyə  göstərilən  xidmətlərin 

səviyyəsinin  yüksəldilməsi  istiqamətində  ötən  dövr  ərzində  4  qəsəbə  və          

125 kənd mərkəzi istifadəyə verilmişdir. 

 

Əhalinin  həyat  səviyyəsinin  yaxşılaşması  fərdi  yaşayış  evlərinin 



tikintisinə  də  müsbət  təsir  göstərmişdir.  Cari  ildə  muxtar  respublikada 

əhalinin  şəxsi  vəsaiti  hesabına,  ümumilikdə,  370  min  878  kvadratmetr 

yaşayış  sahəsi tikilmişdir  ki, bu  da  1995-ci  ildəki  göstərici ilə  müqayisədə 

22,1 dəfə çoxdur. 



 

Əhalinin  rahatlığına  və  yaşayış  səviyyəsinin  yüksəlməsinə  xidmət 

edən  kommunal-məişət  sistemlərinin  yaxşılaşdırılması  istiqamətində 

görülən  tədbirlərin  tərkib  hissəsi  kimi  içməli  su  və  kanalizasiya 

sistemlərinin yenidən qurulması da diqqətdə saxlanılmaqdadır. Ötən dövrdə 

muxtar  respublikada  mövcud  kaptajlar,  içməli  su  xətləri  bərpa  olunmuş, 

yeni kaptajlar tikilmiş, içməli su xətləri çəkilmişdir. Bu işlərin davamı kimi 

cari ildə Naxçıvan şəhərində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi 

başa çatdırılmış, hazırda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və 

Sədərək  rayonlarının mərkəzləri  və  ətraf  kəndlərinin  içməli su  təchizatı  və 

kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlər davam etdirilməkdədir.  

 

Muxtar  respublikanın  müdafiə  qabiliyyətinin  möhkəmləndirilməsi, 



hissə  və  bölmələrin  döyüş  qabiliyyətinin  artırılması  məqsədilə  5-ci  Ordu 

Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Həmçinin 

etibarlı  ordu  quruculuğu  istiqamətində  ötən  dövr  ərzində  200  obyekt,  o 

cümlədən  19  qərargah  binası,  səfərbərlik  və  hərbi  xidmətə  çağırış,            

hərbi  prokurorluq  orqanları  və  hərbi  hissələrin  bölük  mərkəzləri  üçün           

14  bina,  32  zabit  və  əsgər  yataqxanası,  20  yeməkxana,  22  yaşayış  binası,       

5  tədris  binası,  1  tam  orta  məktəb,  2  uşaq  bağçası,  4  xəstəxana,  6  tibb 

məntəqəsi,  3  klub  və  72  müxtəlif  təyinatlı  obyekt  tikilərək  və  ya  yenidən 

qurularaq  istifadəyə  verilmiş,  yeni  xidməti  avtomobillər,  yük  maşınları  və 

digər  nəqliyyat  vasitələri  alınmış,  maddi-texniki  baza  daha  da 

möhkəmləndirilmişdir. 

 

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli 



məhsullar  hesabına  ödənilməsi  məqsədilə  aqrar  sahədə  mühüm  tədbirlər 

həyata keçirilməkdədir.  

 

Ötən  dövr  ərzində  qəbul  edilmiş  2005-2010-cu  illəri  əhatə  edən 



Naxçıvan 

Muxtar 


Respublikasında 

kartofçuluğun 

inkişafı 

üzrə,               

2008-2015-ci  illərdə  Naxçıvan  Muxtar  Respublikasında  əhalinin  ərzaq 

məhsulları  ilə  etibarlı  təminatına  dair  və  2012-2015-ci  illərdə  Naxçıvan 



Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət 

proqramlarının  uğurlu  icrası  kənd  təsərrüfatı  sahəsinin  dinamik  inkişafına 

təkan  vermişdir.  Kənd  təsərrüfatı  məhsulları  istehsalçılarına  sərf  etdikləri 

yanacaq  və  motor  yağlarına  görə  yardımların  verilməsi,  onların  lazımi 

texnika  və  gübrələrlə  vaxtında,  güzəştli  şərtlərlə  təminatı  məhsul 

istehsalının  artımı  üçün  böyük  stimul  yaratmışdır.  Bu  istiqamətdə  görülən 

işləri  yüksək  qiymətləndirən  ölkə  başçısı  cənab  İlham  Əliyev  demişdir: 

“Naxçıvanda ərzaq təhlükəsizliyi məsələləri, demək olar ki, tam şəkildə 

öz həllini tapmışdır. Bu da böyük nailiyyətdir, böyük uğurdur”. 

 

Bu 



dövr 

ərzində 


torpaq 

sahələrinin 

meliorativ 

cəhətdən 

münbitləşdirilməsi  və  suvarma  suyuna  olan  tələbatın  səmərəli  ödənilməsi 

üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev Su Anbarı 

istifadəyə verildikdən sonra Babək rayonunda 4364 hektar, Culfa rayonunda 

2311  hektar,  Şahbuz  rayonunda  244  hektar,  ümumilikdə  isə  6919  hektar 

yeni  torpaq  sahəsi  əkin  dövriyyəsinə  daxil  edilmiş,  su  anbarı  vasitəsilə 

suvarılan  torpaqların  sahəsi  16830  hektara  çatdırılmışdır.  Arpaçay             

və  Uzunoba  su  anbarlarında  əsaslı  təmir  işləri  başa  çatdıqdan  sonra  Şərur, 

Sədərək,  Babək  və  Kəngərli  rayonlarında  suvarma  işləri  daha  da  

yaxşılaşdırılmışdır.  

 

Bu  istiqamətdə  davam  etdirilən  tədbirlər  “Kənd  təsərrüfatı  ili”  elan 



edilmiş  2015-ci ildə də  diqqətdə saxlanılmışdır. 2015-ci ilin məhsulu üçün 

muxtar respublikada 61 min 414 hektar sahədə əkin işləri aparılmışdır ki, bu 

da 1995-ci ilin məhsulu üçün əkilmiş sahədən 2,4 dəfə çoxdur. 

 

Aparılmış  məqsədyönlü  tədbirlər  nəticəsində  2015-ci  ildə  muxtar 



respublikada 106  min 282  ton taxıl, 82  min  16 ton tərəvəz, 45 min  43 ton 

kartof, 38 min ton bostan məhsulları, 66 min 465 ton meyvə və giləmeyvə 

istehsal  olunmuşdur  ki,  bu  da  1995-ci  ildəki  göstəriciləri  müvafiq  olaraq      

4,5 dəfə, 63,1 dəfə, 112,5 dəfə, 95 dəfə və 3,5 dəfə  üstələmişdir. 



 

Aqrar  sektorda  nəzərdə  tutulan  işlərin  keyfiyyətlə  yerinə  yetirilməsi, 

sahibkarların  əməyinin  yüngülləşdirilməsi,  onların  lazımi  texnika  və 

avadanlıqlarla  vaxtında  və  güzəştli  şərtlərlə  təmin  edilməsi  məqsədilə 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Aqrar  bölmədə 

lizinqin  genişləndirilməsi  sahəsində  əlavə  tədbirlər  haqqında”  2005-ci  il    

28  yanvar  tarixli  Sərəncamı  ilə  “Naxçıvan  Aqrolizinq”  Açıq  Səhmdar 

Cəmiyyəti yaradılmışdır. Hazırda cəmiyyətin satış xidməti və rayon bazaları 

fəaliyyət göstərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar 

Cəmiyyətinin  xətti  ilə  180  ədədi  2015-ci  ildə  olmaqla,  ümumilikdə,       

1685  müxtəlif  təyinatlı  kənd  təsərrüfatı  texnikası  və  texnoloji  avadanlıq 

alınaraq  muxtar  respublikaya  gətirilmişdir.  Gətirilmiş  texnika  və 

avadanlıqlardan 1370 ədədi torpaq mülkiyyətçilərinə nağd və lizinq yolu ilə 

satılmışdır. 

 

Əhalini  təzə  və  keyfiyyətli  ərzaq  məhsulları  ilə  təmin  etmək 



məqsədilə  2015-ci  ildə  7  istixana  təsərrüfatı,  tutumu  480  ton  olan                 

2 soyuducu anbar yaradılmışdır. Ümumilikdə, muxtar respublikada istixana 

komplekslərinin  ümumi sahəsi  100  min  kvadratmetrə, soyuducu  anbarların 

sayı 22-yə, tutumu isə 12 min 730 tona çatdırılmışdır.  

 

 Muxtar  respublikada  kənd  təsərrüfatının  əsas  sahələrindən  biri            



də  heyvandarlıqdır.  Daxili  bazarda  məhsul  bolluğunun  yaradılmasında, 

əhalinin  keyfiyyətli  heyvandarlıq  məhsullarına  olan  tələbatının  dolğun 

şəkildə  ödənilməsində  baytarlıq  xidmətinin  mühüm  rolu  vardır.  Son  illər 

baytarlıq  idarələri  və  laboratoriyaları  üçün  müasir  avadanlıqlarla  təchiz 

olunmuş  yeni  binalar  tikilmiş,  bu  sahədə  kadr  hazırlığı  üzrə  müvafiq  işlər 

görülmüşdür. 

 

Maldarlığın  cins  tərkibini  yaxşılaşdırmaq  məqsədilə  muxtar 



respublikaya 1937 baş, o cümlədən 89 baş “Şvis”, 535 baş “Simmental” və 

1313  baş  “Holştin-friz”  cinsindən  olan  damazlıq  boğaz  düyələr  gətirilərək 

lizinq yolu ilə sahibkarlara verilmişdir. Cari ilin ötən dövrü ərzində muxtar 


respublikada  süni  yolla  mayalandırılmış  mal-qaralardan  3223  baş  sağlam 

bala alınmışdır.  

 

Muxtar  respublikanın  bütün  təsərrüfat  kateqoriyalarında  qaramalın 



sayı 109,4 min baş, qoyun və keçilərin sayı 662,8 min baş təşkil etmişdir ki, 

bu da 1 yanvar 1996-cı il tarixə olan göstəriciləri müvafiq olaraq 2 dəfə və 

2,4 dəfə üstələmişdir.  

 

Ötən  20  il  ərzində  kənd  təsərrüfatının  mühüm  sahələrindən  olan 



quşçuluğun inkişafı müntəzəm olaraq dəstəklənmiş, 64 quşçuluq təsərrüfatı 

yaradılmışdır.  Muxtar  respublikada  quşçuluq  təsərrüfatlarının  fəaliyyətini 

əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi 

yaradılmışdır.  Balıqçılığın  inkişafı  da  diqqətdə  saxlanılmış,  14  balıqçılıq 

təsərrüfatı istifadəyə verilmişdir.  

 

Həyata  keçirilən  məqsədyönlü  tədbirlər  məhsul  istehsalının  artımına 



təsir  göstərmiş,  1995-ci  ilə  nisbətən  cari  ildə  kəsilmiş  çəkidə  ət  istehsalı   

2,5  dəfə  artaraq  13812  tona,  süd  istehsalı  2,3  dəfə  artaraq  80243,6  tona, 

yumurta  istehsalı  1,9  dəfə  artaraq  73486  min  ədədə,  yun  istehsalı  isə         

1,9 dəfə artaraq 1009,6 tona çatdırılmışdır. 

 

 Arıçılığın  inkişafı  ilə  əlaqədar  dövlət  maliyyə  dəstəyinin  həcmi   



xeyli artırılmış, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal 

sahələri  istifadəyə  verilmişdir.  2015-ci  ilin  sonuna  muxtar  respublikada     

70  min  396  baş  arı  ailəsi  mövcud  olmuşdur  ki,  bu  da  1996-cı  ilə  nisbətən 

8,8  dəfə  artmışdır.  2015-ci  ildə  muxtar  respublikada  1396  ton  bal  istehsal 

olunmuşdur  ki,  bu  da  1995-ci  ildəki  müvafiq  göstəricini  14,5  dəfə 

üstələmişdir. 

 

Kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  və  bu  sahədə  sahibkarlığa 



dəstək  məqsədilə  təkcə  cari  ildə  muxtar  respublikanın  bank  və  kredit 

təşkilatları tərəfindən  məhsul  istehsalçılarına 19  milyon  604  min manat  və 

yaxud 1995-ci illə müqayisədə 116,4 dəfə çox kredit verilmişdir. 


 

Kənd  təsərrüfatı  sahəsinin  inkişafı  ixracın  həcminə  də  müsbət  təsir 

göstərmiş  və  cari  ildə  muxtar  respublikadan  96  milyon  518  min  ABŞ 

dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. 

 

 Muxtar  respublikada  ekoloji  vəziyyətin  daha  da  yaxşılaşdırılması 



istiqamətində  ötən  20  ildə  16  min  541  hektar  sahədə  meşəsalma  və 

meşəbərpa  işləri  aparılmış,  10  milyona  yaxın  ağac  və  bəzək  kolları 

əkilmişdir.  Hazırda  muxtar  respublikanın  ümumi  ərazisinin  12  faizini 

yaşıllıqlar  əhatə  edir.  1990-cı  ilin  əvvəllərində  isə  bu  göstərici  0,6  faiz 

həddində olmuşdur. 

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2006-cı  il              



15  avqust  tarixli  Sərəncamına  əsasən  Naxçıvan  Muxtar  Respublikasının 

flora  və  faunasına  dair  “Qırmızı  kitab”ların  hazırlanması  sayı  azalmaqda 

olan  növlərin  qorunub  saxlanılmasına  və  artırılmasına,  xüsusi  qaydada 

mühafizə edilməsinə geniş təminat yaratmışdır. 

 

Muxtar respublikada nəqliyyat sahəsinin inkişafı istiqamətində ardıcıl 



tədbirlər  həyata  keçirilməkdədir.  Son  20  ildə  muxtar  respublikada              

3675  kilometr  uzunluğunda  yeni  avtomobil  yolları  salınmış  və  ya  əsaslı 

təmir olunmuş, 5 yeni avtovağzal kompleksi, 100 körpü tikilmiş, 62 körpü 

əsaslı  təmir  olunmuşdur.  Yeni  yolların  çəkilməsi,  müasir  xidmət 

imkanlarına  malik  avtovağzalların  tikilməsi,  şəhərdaxili  və  kəndlərarası 

marşrutlarda  iritutumlu  və  rahat  avtobusların  istifadəyə  verilməsi  xidmətin 

səviyyəsini  yüksəltmişdir.  Muxtar  respublikada  303  avtobusla  rayon 

mərkəzlərinə  və  kəndlərin  hamısına  gediş-gəliş  təmin  edilmişdir.  Ötən 

dövrdə  Naxçıvan  Şəhər  Nəqliyyat  İdarəsinin  də  maddi-texniki  bazası 

möhkəmləndirilmiş,  müasir  Avtobus  Parkı  istifadəyə  verilmişdir.  Əhaliyə 

göstərilən  nəqliyyat  xidmətlərinin  səviyyəsini  yüksəltmək  məqsədilə  təkcə 

2015-ci  ildə  Naxçıvan  şəhərində  yeni  taksi  xidməti  fəaliyyətə  başlamış,        

7 ədəd yeni avtobus marşruta buraxılmışdır.  


 

Ötən  dövrdə  “Bakı-Naxçıvan-Bakı”  marşrut  xəttinin  fəaliyyətinin 

təmini  və  qonşu  ölkələrlə  sərnişindaşıma  xidmətinin  yaxşılaşdırılması 

istiqamətində  müvafiq  tədbirlər  həyata  keçirilmişdir.  Cari  ildə  daxili  və 

beynəlxalq  sərnişindaşıma  xidmətini  daha  da  yaxşılaşdırmaq  məqsədilə            

2 ədəd iritutumlu avtobus alınaraq muxtar respublikaya gətirilmişdir. 

 

Muxtar  respublikada  hava  nəqliyyatının  inkişafı  istiqamətində  yeni 



aerovağzal  kompleksi  tikilib  istifadəyə  verilmiş,  Naxçıvan  hava  limanı 

beynəlxalq  status  qazanmışdır.  Ötən  dövr  ərzində  Naxçıvan  Beynəlxalq 

Hava  Limanında  yeni  inzibati  bina,  əhaliyə  göstərilən  xidmətlərin 

səviyyəsini daha da yaxşılaşdırmaq, təyyarə uçuşlarının təhlükəsizliyini tam 

təmin etmək məqsədilə “Şərq Terminalı” istifadəyə verilmiş, hazırda “Qərb  

Terminalı”nda yenidənqurma işləri davam etdirilir. Bundan əlavə, ötən dövr 

ərzində  Şərur  və  Ordubad  şəhərlərində  aviakassa  binaları  istifadəyə 

verilmişdir.  Digər  tərəfdən  dəmir  yolu  nəqliyyatının  inkişafı  istiqamətində 

Naxçıvan,  Şərur,  Şahtaxtı,  Culfa  sərnişin  vağzalı  binalarında,  Naxçıvan, 

Dərəşam,  Nehrəm,  Vəlidağ,  Qıvraq,  Dəstə,  Şahtaxtı,  Culfa  stansiyaları 

idarəetmə  mərkəzlərində,  “Naxçıvan  Dəmir  Yolları”  Məhdud  Məsuliyyətli 

Cəmiyyətinin  inzibati  binasında  və  onlarla  digər  inzibati  və  yardımçı 

binalarda əsaslı təmir işləri aparılmışdır. 

 

İnformasiya  və  kommunikasiya  texnologiyaları  bu  gün  cəmiyyətin 



bütün  sahələrini  əhatə  edir.  Ölkəmizin  hər  yerində  olduğu  kimi,  muxtar 

respublikamızda da bu sahəyə daim diqqət və qayğı göstərilir, informasiya-

kommunikasiya texnologiyaları sahəsi sürətlə inkişaf etdirilir. 

 

Hazırda  muxtar  respublikanın  yaşayış  məntəqələrinin  98  faizində 



genişzolaqlı  internet,  83  faizində  isə  simsiz  internet  xidmətləri  göstərilir. 

Muxtar  respublikaya  daxil  olan  internet  kanalının  sürəti  512  kb/san-dən          

2 gb/san-dək artırılmış, internet xidmətlərinin tarifləri aşağı salınmışdır. 

 

Muxtar  respublikanın  yaşayış  məntəqələrində  rəqəmsal  televiziya 



yayımını  təmin  edən  6  güclü,  43  azgüclü  televiziya  vericisi  istifadəyə 

verilmiş,  bütün  yaşayış  məntəqələrində  sosial  paketdə  olan  12  televiziya 

kanalının  rəqəmsal  yayımı  təmin  edilmişdir.  Bundan  əlavə,  Naxçıvan 

şəhərinin,  Şərur,  Babək,  Şahbuz  və  Sədərək  rayonlarının  ərazilərində 

internet  televiziyasının  yayımı  təşkil  edilmiş,  əhaliyə  Yeni  Nəsil 

Telekommunikasiya  Sistemi  üzərindən  televiziya  kanallarını  izləmək  və 

digər xidmətlərdən yararlanmaq imkanı yaradılmışdır. 

 

Duzdağ Radio-Televiziya Verici Stansiyasında 7 ədəd güclü DVB-T2 



standartında  rəqəmsal  televiziya  vericiləri  istifadəyə  verilmiş,  bu  xidmət 

vasitəsilə 

67 

televiziya 



pro-qramının 

yayımı, 


Naxçıvan 

Dövlət 


Televiziyasının  isə  ölkədə  ilk  olaraq  yüksəkkeyfiyyətli  HD  formatda 

yayımlanması təmin edilmişdir.  

 

Naxçıvan  Muxtar  Respublikasında  “Dövlət  orqanlarının  elektron    



xidmətlər  göstərməsinin  təşkili  haqqında”  Naxçıvan  Muxtar  Respublikası   

Ali  Məclisi  Sədrinin  2011-ci  il  15  iyul  tarixli  Fərmanının  icrası  muxtar 

respublikada 

informasiya 

sistemlərinin 

inkişafına, 

informasiya 

təhlükəsizliyinin  təmin  edilməsinə,  elektron  sənəd  dövriyyəsinin  tətbiqinə 

və  digər  xidmətlərin  göstərilməsinə  geniş  imkanlar  yaratmışdır.  Hazırda 

muxtar  respublikada  4-cü  nəsil  LTE  şəbəkə  sisteminin  yaradılması  üzrə 

işlər davam etdirilir. 

 

Son  dövrlər  muxtar  respublikada  iqtisadi  islahatların  aparılması, 



dövlət 

mülkiyyətində 

olan 

müəssisələrin 



özəlləşdirilməsi, 

azad 


sahibkarlı-ğın  inkişafı  üçün  əlverişli  şəraitin  yaradılması,  ümumilikdə, 

iqtisadiyyatın  davamlı  inkişafına  və  əhalinin  güzəranının  yaxşılaşmasına 

səbəb olmuşdur. 

 

Muxtar  respublikada  iş  adamlarının  maraqlarını  müdafiə  etmək  və 



sahibkarlığın  inkişafına  dəstək  vermək,  səmərəli  idarəolunmanı  təşkil 

etmək,  sahibkarlara  göstərilən  xidmətləri  və  informasiya  təminatını 

yaxşılaşdırmaq  məqsədilə  18  yanvar  2006-cı  ildə  Naxçıvan  Muxtar 

Respublikası  Sahibkarlar  Konfederasiyası  yaradılmışdır.  Bundan  başqa, 



Naxçıvan  şəhərində  biznes  forumların,  işgüzar  görüş  və  konfransların 

keçirilməsini, həmçinin yerli məhsulların tanıdılmasını və satışının təşkilini 

təmin etmək məqsədilə Biznes Mərkəzi istifadəyə verilmişdir. 

 

2015-ci ildə muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 



iqtisadiyyatın bütün sahələri üzrə təsərrüfat subyektlərinə 67 milyon 90 min 

manat  həcmində  kreditlərin  verilməsi  təmin  edilmişdir  ki,  bu  da  1995-ci 

ildəki müvafiq göstəricidən 268 dəfə çoxdur.  

 

Yeni  təsərrüfat  subyektlərinin  yaradılması  istiqamətində  cari  ildə 



muxtar  respublikada  17  hüquqi  və  2525  fiziki  şəxs  qeydiyyata  alınmış, 

ümumi  daxili  məhsul  istehsalında  özəl  bölmənin  payı  87,3  faiz  təşkil 

etmişdir. 

 

Yerli  istehsal  sahələrinin  inkişafı  nəticəsində  2015-ci  ildə  muxtar 



respublikada  361  növdə  məhsul  istehsal  olunmuşdur.  Bu  məhsulların           

119  növü  ərzaq,  242  növü  qeyri-ərzaq  məhsullarıdır.  107  növdə  ərzaq,        

236 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 343 növdə məhsula 

olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. 

 

İnsanların  həyat  tərzinə,  ümumilikdə,  iqtisadiyyatın  dinamik 



inkişafına  birbaşa  təsir  göstərən  sığorta  sisteminin  fəaliyyətinin  daha  da 

yaxşılaşdırılması  üzrə  muxtar  respublikada  müvafiq  tədbirlər  həyata 

keçirilməkdədir.  Muxtar  respublikada  cari  ildə  bütün  sığorta  növləri  üzrə 

daxilolmalar  6  milyon  manatdan  artıq  olmuşdur  ki,  bu  da  bir  il  öncəki 

göstəricini 1 faiz üstələyir. 

 

Ötən  20  il  ərzində  muxtar  respublikada  bank  sektorunun  inkişafı 



istiqamətində  mühüm  işlər  yerinə  yetirilmiş,  bu  sahədə  infrastruktur 

yenilənmişdir.  Pul  əməliyyatlarını  nağdsız  həyata  keçirmək  məqsədilə      

1014 

POS-terminal 



istifadəyə 

verilmişdir. 

Muxtar 

respublikanın 



banklarında  açılmış  bank  hesablarının  sayı  52844-ə  çatmışdır  ki, bunun  da 

48304-ü və ya 91,4 faizi aktiv hesablardır. 



 

Yeni  istehsal  və  xidmət  sahələrinin  fəaliyyətə  başlaması  daxili 

bazarda  məhsul  bolluğu  yaratmaqla  bərabər,  muxtar  respublikanın  ixrac 

potensialını  artırmış,  idxalın  həcmini  isə  azaltmışdır.  Muxtar  respublikada 

ilk  dəfə  olaraq  2009-cu  ildə  xarici  ticarətdə  müsbət  saldo  yaranmışdır. 

1995-ci  illə  müqayisədə  xarici  ticarət  dövriyyəsi  2015-ci  ildə  26  dəfə,  o 

cümlədən  ixracın  həcmi  213  dəfə  artmış,  cari  ildə  xarici  ticarətdə             

332 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranmışdır. 

 

Muxtar  respublikada  sosial-mədəni  infrastruktur  obyektlərinin  inşası 



və yenidən qurulması, iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsi, 

öz növbəsində, yeni iş yerlərinin açılmasına zəmin yaratmışdır.  

 

Naxçıvan Muxtar  Respublikasında  əmək  bazarının  tənzimlənməsində 



və  əhalinin  səmərəli  məşğulluğunun  təmin  edilməsində  2007-2010-cu 

illərdə məşğulluq strategiyasının həyata keçirilməsi və 2014-2015-ci illərdə 

əhalinin məşğulluğunun artırılması üzrə dövlət proqramlarının uğurlu  icrası 

mühüm  rol  oynamışdır.  Belə  ki,  1996-cı  ildən  bu  günə  kimi  muxtar 

respublikada  85861  yeni  iş  yeri  açılmışdır  ki,  bunun  da  59090-ı  və  ya     

68,8  faizi  daimi  iş  yerləridir.  Əgər  1995-ci  ilin  sonuna  məşğulluq 

xidmətlərində  rəsmi  işsiz  statusu  alanların  sayı  5211  nəfər  təşkil  edirdisə, 

hazırda  bu  göstərici  sıfır  səviyyəsinə  endirilmiş,  əmək  bazarında  sabitlik 

təmin edilmişdir.  

 

İqtisadi  sahədə  qazanılmış  uğurlar  sosial-yönümlü  layihələrin  həyata 



keçirilməsinə geniş imkanlar yaratmışdır.  

 

Ötən  dövr  ərzində  Azərbaycan  Milli  Elmlər  Akademiyasının 



Naxçıvan  Bölməsinin  yaradılması  Naxçıvanın  tarixini,  arxeologiyasını, 

etnoqrafiyasını  və  təbii  ehtiyatlarını  öyrənməyə  geniş  şərait  yaratmış, 

keçirilən beynəlxalq konfrans və simpoziumlarda dinlənilən məruzələr elmi 

mühitin  canlanmasına  və  inkişafına  böyük  təsir  göstərmişdir.  Ötən  illər 

ərzində  ikicildlik  “Naxçıvan  Ensiklopediyası”,  “Naxçıvan  tarixi  atlası” 

kitabları nəşr olunmuşdur. 



 

Naxçıvanın  tarixinin  dərindən  araşdırılması  və  əhatəli  öyrənilməsi 

məqsədilə  “Naxçıvan  tarixi”  çoxcildliyinin  hazırlanması  və  nəşr  olunması 

haqqında  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2012-ci  il          

6 avqust tarixli Sərəncamı ilə üçcildlik “Naxçıvan tarixi”nin hazırlanmasına 

başlanılmış,  həmin  əsərin  I  cildi  2013-cü  ildə,  II  cildi  2014-cü  ildə  nəşr 

olunmuş,  III cildinin isə yekunlaşdırılması işləri davam etdirilir. 

 

Təhsil  sahəsində  ötən  dövr  ərzində  mühüm  işlər  görülmüş, 



“Naxçıvan”  Universiteti  1999-cu  ildə,  Naxçıvan  Müəllimlər  İnstitutu 

müstəqil institut kimi 2003-cü ildə fəaliyyətə başlamışdır. Naxçıvan Dövlət 

Universitetində  yeni  tədris  korpusları,  “Naxçıvan”  Universiteti  üçün 

universitet  şəhərciyi  istifadəyə  verilmiş,  Naxçıvan  Müəllimlər  İnstitutunun 

yerləşdiyi bina yenidən qurulmuşdur.  

 

Muxtar  respublika  iqtisadiyyatının  müxtəlif  sahələrinin  inkişafı  üzrə 



ixtisaslı kadrların yetişdirilməsi əsas şərtdir. Naxçıvan Muxtar Respublikası 

Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların 

müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 

Sərəncamı  bu  sahəyə  kompleks  şəkildə  yanaşmanı  təmin  etmiş,  ixtisaslı 

kadrların hazırlanmasına geniş imkanlar yaratmışdır. 

 

Son  20  ildə  19  məktəbəqədər  təhsil  müəssisəsi,  176  ümumtəhsil 



müəssisəsi  tikilmiş  və  ya  yenidən  qurulmuş,  təhsil  müəssisələrinin  maddi-

texniki bazası gücləndirilmişdir. 

 

Muxtar  respublikanın  ümumtəhsil  məktəblərində  1  yanvar  1996-cı  il 



tarixdə  1  dəst  kompüterdən  75  şagird  istifadə  etmişdirsə,  hazırda  hər               

12  şagird  bir  dəst  kompüterlə  təmin  olunmuşdur.  Ümumtəhsil 

məktəblərində istifadədə olan 3801 dəst kompüterin 3253-ü və ya 85,6 faizi 

internetə  qoşulmuş,  təhsilin  keyfiyyətlə  aparılması  məqsədilə  600-dən  çox 

elektron lövhə quraşdırılmışdır.  

 

Təhsilin  səviyyəsinin  daha  da  yüksəldilməsi,  texniki  fənlər  üzrə 



şagirdlərin  istedad  və  bacarıqlarının  aşkara  çıxarılması  məqsədilə   

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  2015-ci  il  14  aprel 

tarixli  Sərəncamı  ilə  Şərur  Şəhər  Fizika-Riyaziyyat  Təmayüllü  Liseyi 

yaradılmışdır.  

 

Sağlamlıq  imkanları  məhdud  uşaqların  cəmiyyətə  inteqrasiyası, 



onların  təhsilinin  səmərəli  təşkili  istiqamətində  də  ardıcıl  tədbirlər 

görülməkdədir.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin     

2013-cü  il  18  dekabr  tarixli  Sərəncamı  ilə  təsdiq  olunmuş  “2014-2015-ci 

illərdə  Naxçıvan  Muxtar  Respublikasında  sağlamlıq  imkanları  məhdud 

uşaqların  təhsilə  cəlbi  üzrə  Dövlət  Proqramı”  bu  mənada  mühüm 

əhəmiyyətə  malikdir.  Dövlət  proqramına  uyğun  olaraq,  Məhdud  Fiziki 

İmkanlılar  üçün  Naxçıvan  Regional  İnformasiya  Mərkəzində  Distant   

Tədris  Mərkəzi  istifadəyə  verilmişdir.  Mərkəzdə  server  və  çevirici 

avadanlıqlar  quraşdırılmış,  tədris  sinfinə  intellektual-elektron  lövhə, 

kompüter,  smart  kamera,  monitor  və  digər  avadanlıqlar  qoyulmuşdur. 

Hazırda  muxtar  respublika  üzrə  sağlamlıq  imkanı  məhdud  23  uşaq      

distant təhsilə cəlb edilmiş, onların yaşadığı mənzillərdə asinxron rəqəmsal 

abunəçi avadanlığı, noutbuk və vebkameralar quraşdırılmışdır. 

 

“Naxçıvan  Muxtar  Respublikasının  təhsil  müəssisələrində  elektron 



təhsilin  təşkili  ilə  bağlı  əlavə  tədbirlər  haqqında”  Naxçıvan  Muxtar 

Respublikası  Ali  Məclisi  Sədrinin  2014-cü  il  20  iyun  tarixli  Sərəncamının 

icrası  ilə  əlaqədar  olaraq  ötən  dövr  ərzində  muxtar  respublikanın 

ümumtəhsil  məktəblərində  Azərbaycan  tarixi  və  mədəniyyəti  ilə  bağlı 

fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv 

əlaqələr  yaradılmışdır  ki,  bu  da  şagirdlərin  biliklərinin  və  milli-mənəvi 

irsimizə maraqlarının artmasında mühüm rol oynayır. 

 

Ötən  dövr  ərzində  muxtar  respublikada  təhsilə  göstərilən  dövlət 



qayğısı öz bəhrəsini vermişdir. Əgər 1995-1996-cı tədris ilində ümumtəhsil 

məktəblərini  bitirmiş  3512  məzundan  1301  nəfəri  ali  təhsil  müəssisələrinə 

qəbul  üçün  sənəd  vermiş  və  onlardan  401  nəfəri  müxtəlif  ali  təhsil 


ocaqlarına  daxil  olmuşdusa,  2014-2015-ci  tədris  ilində  ümumtəhsil 

məktəblərini  3331  məzun  bitirmiş,  onlardan  2638  nəfəri  ali  məktəblərə 

sənəd  vermiş,  1582-si  tələbə  adını  qazanmışdır.  Məzunlardan  36-sı  xüsusi 

təyinatlı  ali  hərbi  məktəblərə  qəbul  olmuş,  ümumi  orta  təhsil  bazasından 

orta  ixtisas  məktəblərinə  sənəd  verən  məzunlardan  isə  310-u  tələbə  adını 

qazanmışdır.  Həmçinin  2015-ci  ildə  muxtar  respublikanın  ümumtəhsil 

məktəblərindən  977  şagird  Heydər  Əliyev  adına  Hərbi  Liseyə  qəbul  üçün 

sənəd  vermiş  və  onlardan  251-i  liseyə  qəbul  olmuşdur.  Cari  ildə  muxtar 

respublikanın  ümumtəhsil  məktəbi  məzunlarından  bir  nəfəri  ən  yüksək 

nəticə  göstərmiş,  500-700  arası  bal  toplayanların  sayı  313  nəfər  təşkil 

etmişdir. Müqayisə üçün qeyd etmək olar ki, 1995-1996-cı tədris ilində bu 

göstərici 5 nəfər olmuşdur.   

 

Uşaqların,  yeniyetmələrin,  gənc-lərin  mənəvi  və  fiziki  inkişafını, 



onların  müxtəlif  yaradıcılıq  tələbatını  təmin  etmək  məqsədilə  ötən  dövr 

ərzində  muxtar  respublikada  14  məktəbdənkənar  müəssisə  və  26  uşaq 

musiqi məktəbi tikilmiş və ya yenidən qurulmuşdur.  

 

Bu  dövr  ərzində  texniki-peşə  və  orta  ixtisas  təhsili  müəssisələrində 



infrastruktur  yenilənmiş,  Şərur  Texniki-Peşə  və  Sürücülük  Məktəbi, 

Naxçıvan  Texniki-Peşə  və  Sürücülük  Məktəbi,  Naxçıvan  Regional  Peşə 

Tədris  Mərkəzi,  Naxçıvan  Peşə  Liseyi,  Naxçıvan  Tibb  Kolleci,  Naxçıvan 

Musiqi  Kolleci,  Naxçıvan  Dövlət  Texniki  Kolleci  üçün  müasir  binalar 

istifadəyə verilmişdir. 

 

Muxtar  respublikada  tarixi-mədəni  irsin  qorunması,  təbliği  diqqətdə 



saxlanılmış,  mədəniyyət  obyektlərinin  inşası  və  bərpası  davamlı  xarakter 

almışdır. 

 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədrinin  “Naxçıvan 



Muxtar  Respublikası  ərazisindəki  tarix  və  mədəniyyət  abidələrinin 

qorunması  və  pasportlaşdırılması  işinin  təşkili  haqqında”,  “Nuh 

peyğəmbərin  Naxçıvan  şəhərində  məzarüstü  abidəsinin  bərpa  edilməsi 


haqqında”,  “Ordubad  rayonundakı  Gəmiqaya  abidəsinin  tədqiq  edilməsi 

haqqında”,  “Culfa  rayonundakı  “Əlincəqala”  tarixi  abidəsinin  bərpa 

edilməsi  haqqında”,  “Gülüstan  türbəsinin  bərpası  və  tədqiq  olunması 

haqqında”  və  digər  sərəncamlar  tarixi  abidələrimizə,  maddi-mənəvi 

dəyərlərimizə, inanc yerlərimizə diqqət və qayğının ən gözəl nümunələridir.  

 

Ötən  20  il  ərzində  milli  dəyərlərimizlə  bağlı  “Naxçıvan  tikmələri”, 



“Naxçıvan  milli  geyimləri”,  “Naxçıvan  abidələri  ensiklopediyası”, 

“Naxçıvan 

xalçaçıları”, 

“Naxçıvan 

mətbəxi” 

kulinariya 

kitabı,  

“Azərbaycan  xalçaları:  Naxçıvan  qrupu”,  3  cilddə  “Naxçıvan  folkloru 

antologiyası”, “Naxçıvan teatrının salnaməsi”, “Naxçıvan-Şərur el yallıları” 

kitabları çap edilmişdir.  

 

Muxtar respublikada kitabxana işinin müasir standartlar səviyyəsində 



qurulması  və  elektron  kitabxanaların  yaradılması  sahəsində  işlər  davam 

etdirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq 

Mərkəzində,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Naxçıvan 

Bölməsində  və  Naxçıvan  Dövlət  Universitetində  elektron  kitabxanalar, 

eləcə  də  Naxçıvan  Regional  İnformasiya  Mərkəzində  məhdud  fiziki 

imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.  

 

Muxtar  respublikada  16  muzey,  Naxçıvan  Dövlət  Uşaq  Teatrı, 



Naxçıvan  Dövlət  Uşaq  Filarmoniyası,  2  xalq  teatrı,  Naxçıvan  Turizm 

İnformasiya 

Mərkəzi, 

“Naxçıvan 

Mətbəxi” 

Kulinariya 

Mərkəzi 

yaradılmışdır. 

 

Naxçıvana  həsr  olunmuş  çoxlu  sayda  kitab,  albom,  elmi-kütləvi 



məqalə,  qəzet  və  jurnal  materiallarının,  sənədli  filmlərin,  elektron 

daşıyıcıların  qorunub  saxlanması,  tədqiq  və  təbliğ  olunması  məqsədilə 

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Naxçıvanşünaslıq  Mərkəzi 

fəaliyyətə 

başlamışdır. 

Ötən 


dövr 

ərzində 


muxtar 

respublikada                 

260  mədəniyyət  obyektinin  tikintisi,  160  mədəniyyət  obyektinin  yenidən 

qurulması və bərpası başa çatdırılmışdır.  



 

Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, 

sosial-iqtisadi,  ekoloji  və  humanitar  biliklərinin  artırılmasına  xidmət  edən, 

qloballaşma  şəraitində  cərəyan  edən  prosesləri  təhlil  etmək  bacarığı 

aşılayan,  Azərbaycançılıq  məfkurəsinin,  o  cümlədən  Naxçıvanşünaslığın 

mahiyyətini  və  milli-mənəvi,  dini  dəyərləri  təbliğ  edən  dövlət  siyasətinin 

mahiyyətini 

ictimaiyyətə 

çatdırmaq 

məqsədilə 

Naxçıvan 

Muxtar 


Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu yaradılmışdır. 

 

Son  illər  muxtar  respublikada  əldə  olunmuş  sosial-iqtisadi  tərəqqi 



turizmin  hərtərəfli  inkişafına  yeni  imkanlar  açmışdır.  Yeni  turizm 

komplekslərinin,  o  cümlədən  Ağbulaq  İstirahət  Mərkəzinin,  yeni 

çimərliklərin  və  digər  bu  kimi  infrastruktur  obyektlərinin  istifadəyə 

verilməsi  bu  sahədə  aktivliyi  daha  da  artırmışdır.  Cari  ildə  muxtar 

respublikaya  xarici  ölkələrdən  və  respublikamızın  digər  bölgələrindən, 

ümumilikdə, 389 min 823 turist gəlmişdir ki, bu da 1995-ci illə müqayisədə 

10 dəfə çoxdur. 

 

Muxtar  respublikada  əhalinin  sağlamlığının  qorunması,  tibbi 



xidmətlərin keyfiyyətinin daha da yaxşı-laşdırılması həyata keçirilən sosial 

siyasətin başlıca istiqamətlərindən biridir.  Quruculuq  işləri çərçivəsində bu 

dövr  ərzində,  ümumilikdə,  197  səhiyyə  obyektinin  tikintisi,  56  səhiyyə 

obyektinin  isə  yenidən  qurulması  və  ya  əsaslı  təmiri  aparılmış,  əhali 

sağlamlığının  qorunması  istiqamətində  tədbirlər  görülmüş,  sosial  layihələr 

çərçivəsində minlərlə xəstənin müayinəsi, müalicəsi və cərrahi əməliyyatları 

təşkil olunmuşdur. 

 

Ötən 20 il ərzində muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan 



əhali  qrupuna  yönəldilmiş  xüsusi  dövlət  qayğısı  prioritet  istiqamət  kimi 

diqqətdə  saxlanılmış,  Azərbaycan  Vətən  müharibəsi,  1941-1945-ci  illər 

müharibəsi  əlillərinə  və  Çernobıl  Atom  Elektrik  Stansiyasındakı  qəzanın 

ləğvi  zamanı  əlil  olanlara  448  ədəd  avtomobil  verilmiş,  191  əlil  və  şəhid 

ailəsi mənzil və fərdi yaşayış evləri ilə təmin olunmuşdur. Bu dövr ərzində 


ehtiyacı  olan  4786  əlilə  müxtəlif  texniki  reabilitasiya  vasitələri  verilmiş, 

protez-ortopedik məmulatlara ehtiyacı olan 2909 nəfərə xidmət göstərilmiş, 

respublikanın  müxtəlif  sanatoriyalarında  müalicə  olunmaları  üçün          

2225  nəfər  sanatoriya  və  pansionatlara  göndərişlərlə  təmin  olunmuşdur. 

Bundan  əlavə,  2543  nəfər  əlilin  Naxçıvan  Əlillərin  Bərpa  Mərkəzində,   

1943  nəfər  18  yaşadək  sağlamlıq  imkanları  məhdud  uşaqların  Naxçıvan 

Uşaq Bərpa Mərkəzində müalicələri təşkil olunmuş, 1308 nəfərin respublika 

daxilində, 215 nəfərin isə xarici ölkələrdə müalicəsi təmin olunmuşdur.   

 

Aztəminatlı  ailələrin  maddi  rifah  halının  yaxşılaşdırılması  məqsədilə 



2006-cı  ildən  başlayaraq  aylıq  gəlirləri  ehtiyac  meyarından  aşağı  olan 

ailələrə  28  milyon  787  min  manatdan  artıq  həcmdə  ünvanlı  dövlət  sosial 

yardımı verilmişdir.  

 

Sosial  siyasətin  başlıca  istiqamətlərindən  biri  kimi  pensiya  və 



müavinətlərin səmərəli maliyyələşdirilməsi həyata keçirilir. Cari ildə Dövlət 

Sosial  Müdafiə  Fondu  tərəfindən  pensiya  və  müavinətlərin  ödənişi  üçün     

100  milyon  manatdan  artıq  vəsait  yönəldilmişdir  ki,  bu  da  1995-ci  ildəki 

müvafiq göstəricini 40 dəfə üstələmişdir. Pensiya və müavinətlərin ödənişi 

üçün tələb olunan vəsaitin 53 faizi məcburi dövlət sosial sığorta haqqı kimi 

muxtar respublikada toplanmışdır.  

 

Muxtar 


respublikada 

informasiya 

və 

kommunikasiya 



texnologiyalarının inkişafı dövlət orqanları tərəfindən vətəndaşlara yerlərdə 

hüquqi xidmətlərin göstərilməsinə də şərait yaratmışdır. Cari ildə Naxçıvan 

Muxtar  Respublikası  Daxili  İşlər  Nazirliyində  və  Naxçıvan  Muxtar 

Respublikası  Daşınmaz  Əmlak  və  Torpaq  Məsələləri  üzrə  Dövlət 

Komitəsində təşkil  edilmiş səyyari   xidmət  vasitəsilə  yerlərdə  vətəndaşlara 

mülkiyyət  haqqında  sənədlərin,  ümumvətəndaş  pasportlarının  və  şəxsiyyət 

vəsiqələrinin  verilməsi  və  dəyişdirilməsi,  sürücülük  vəsiqələrinin 

dəyişdirilməsi və digər xidmətlər göstərilmişdir. 



 

Muxtar  respublikada  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  üzrə  də 

ardıcıl  tədbirlər  görülmüş,  infrastrukturun  yenilənməsi  istiqamətində  son      

20  il  ərzində  25  idman  obyekti  tikilmiş,  19  idman  obyektinin  isə  yenidən 

qurulması və ya əsaslı təmiri başa çatdırılmışdır.  

 

Muxtar  respublikada  idman  sahəsinin  inkişafı  istiqamətində  2002-ci 



ildə Boks, Güləş,  Karate-do,  Şərq  Döyüşü  Sənəti, Şahmat,  Futbol,  Yüngül 

Atletika, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə Hava 

və  Ekstremal  İdman  Növləri  və  Atıcılıq  federasiyaları  yaradılmışdır.  Ötən 

dövr  ərzində  “Araz-Naxçıvan”  Peşəkar  Futbol  Klubunun  futbola  qayıdışı 

üzrə  əsaslı  tədbirlər  görülmüş,  bədii  gimnastika  bölməsi  yaradılmışdır.  Bu 

sahədə  aparılan  məqsədyönlü  tədbirlər,  öz  növbəsində,  idmançılarımızın 

yeni-yeni  uğurlar  qazanmasına,  muxtar  respublikamızı  mötəbər  yarışlarda 

təmsil  etmələrinə  imkan  yaratmışdır.  Muxtar  respublikanın  idmançıları 

idmanın  sərbəst  güləş,  karate-do,  boks,  cüdo  növləri  üzrə  beynəlxalq 

turnirlərində,  dünya  və  Avropa  çempionatlarında  qızıl,  gümüş,  bürünc 

medallar qazanmışlar. 

 

Muxtar  respublikada  gənclər  siyasəti  sahəsində  dövlət  və  cəmiyyət 



üçün  əhəmiyyət  kəsb  edən  layihə  və  proqramların  həyata  keçirilməsini 

təşkil  etmək,  gənclərin  ictimai  fəallığının  artırılması,  istedadlı  gənc-lərin 

üzə  çıxarılması  məqsədilə  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin 

Sədri  yanında  Gənclər  Fondu  yaradılmış,  Naxçıvan  şəhərində  Gənclər 

Mərkəzi istifadəyə verilmişdir. 

 

Ötən  20  il  ərzində  muxtar  respublikada  kütləvi  informasiya 



vasitələrinin inkişafı da diqqət mərkəzində saxlanılmış, “Şərq qapısı” qəzeti 

redaksiyası  və  “Əcəmi”  Nəşriyyat-Poliqrafiya  Birliyi  üçün  müasir 

avadanlıqlarla təchiz edilmiş yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə 

verilmişdir.  “Şərq  qapısı”,  şəhər  və  rayon  qəzetlərinin  yüksək  poliqrafik 

keyfiyyətdə  nəşr  olunması  təmin  edilmiş,  “Şərq  qapısı”  qəzetinin  internet 

saytı yaradılmışdır. 



 

 “Kanal-35”  televiziyası  və  “Naxçıvanın  səsi”  radiosu,  Naxçıvan 

Dövlət  Universitetində  “Universitet”  televiziyası,  “Nuhçıxan”  radiosu 

fəaliyyətə  başlamış,  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Televiziya  və 

Radio  Verilişləri  Komitəsinin  maddi-texniki  bazası  gücləndirilmiş,    efir 

vaxtı  artırılmışdır.  Bununla  yanaşı,  hazırlanan  verilişlərin  keyfiyyətini 

artırmaq  məqsədilə  dövlət  teleradiosunda,  eləcə  də  “Kanal-35” 

televiziyasında  və  “Naxçıvanın  səsi”  radiosunda  bədii  şuralar  fəaliyyətə 

başlamışdır.  

 

Muxtar  respublika  ərazisində  rəqəmli  radio  yayımı  fəaliyyətə 



başlamış,  “Universitet”  televiziyasında  videodərslərin  hazırlanması  və 

distant  tədrisin  tətbiqi  məqsədilə  virtual  studiya  yaradılmış,  “Universitet” 

televiziyasının  və  “Nuhçıxan”  radiosunun  Naxçıvan  şəhərində  rəqəmsal 

formatda yayımı təmin edilmişdir.  

 

Əhalinin  həyat  və  məişət  şəraiti-nin  yaxşılaşması,  cəmiyyətin  əsas 



özəyi  kimi  ailənin  dövlətin  xüsusi  himayəsində  olması  demoqrafik 

proseslərə  müsbət  təsir  göstərmiş,  əhali  artımının  dinamikliyi  təmin 

edilmişdir.  Muxtar  respublikada  əhalinin  sayı  1  yanvar  1996-cı  il  tarixə 

nisbətdə 105,8 min nəfər artaraq 443 min 579 nəfər təşkil etmişdir. Hazırda 

muxtar  respublika  əhalisinin    49,9    faizini  kişilər,  50,1  faizini  isə  qadınlar 

təşkil edir. Əhalinin  29,5 faizi şəhər, 70,5 faizi isə kənd yerlərində yaşayır. 

Muxtar  respublikada  bir  kvadratkilometrə  düşən  əhalinin  sayı  81  nəfər 

olmuşdur ki, bu da 1 yanvar 1996-cı illə müqayisədə 20 nəfər çoxdur.  

 

Son  20  il  ərzində  muxtar  respublikada  62,1  min  nikah  bağlanmış,   



152,3  min  uşaq  doğulmuşdur.  Əhali  sağlamlığının  və  rifahının  davamlı 

yüksəlişi,  tibbi xidmətlərin  keyfiyyətinin  və  əhatəliliyinin  artırılması  ölüm, 

o cümlədən 1 yaşa qədər ölən uşaqların sayını aşağı salmışdır. Əgər 1995-ci 

ildə  ölüm  göstəricisi  əhalinin  hər  min  nəfəri  hesabı  ilə  6  olmuşdursa, 

hazırda bu göstərici 4-dür.  


 

Səmərəli məşğulluğun təmini, əhalinin asudə vaxtının təşkili və digər 

məqsədyönlü  tədbirlər  muxtar  respublikada  cinayət  hadisələrinin  sayının 

azalmasına  imkan  yaratmışdır.  1995-ci  ildə  muxtar  respublikada              

541 cinayət hadisəsi qeydə alınmışdısa, hazırda bu göstərici 22-yə enmişdir. 

 

İdarəetmədə  yüksək  nəticələri  şərtləndirən  mühüm  amillərdən  biri 



səmərəli  institusional  islahatların  təşkili  prosesidir.  Bu  istiqamətdə  ötən 

dövr ərzində Əliabad və Qıvraq kəndlərinə qəsəbə, Şahbuz qəsəbəsinə şəhər 

statusu verilmiş, Heydər-abad qəsəbəsi və bir yeni inzibati rayon – Kəngərli 

rayonu,  inzibati  və  sahə  inzibati  ərazi  dairələri,  icra  hakimiyyəti  və  yerli 

özünüidarəetmə  orqanları, dövlət  mülkiyyətində  olan digər idarə,  müəssisə 

və təşkilatlar yaradılmışdır ki, bu da idarəetmənin daha da səmərəli təşkilinə 

geniş imkanlar yaratmışdır.  

 

İqtisadi  və  sosial  həyatımızın  ötən  20  ili  ərzində  qazanılmış  əsaslı 



nailiyyətlər,  blokada  şəraitində  böyük  əzmkarlıqla  təmin  olunmuş 

makroiqtisadi  sabitlik  və  davamlı  inkişaf  muxtar  respublikamızın  yüksəliş 

yolunda  olduğunu  bir  daha  təsdiq  edir.  Bütün  bu  reallıqlara  ən  yüksək 

qiyməti  verən  ölkə  başçısı  cənab  İlham  Əliyev  demişdir:  “Naxçıvanın 



inkişafı  daim  diqqət  mərkəzindədir.  Naxçıvan  rəhbərliyi  çox  uğurla, 

səmərəli  işləyir.  Naxçıvanın  siması  dəyişir.  Bu  gün  Naxçıvan  nəinki 

Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. 

Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.

 

 



Yüklə 157,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin