Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür



Yüklə 37,03 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix02.01.2022
ölçüsü37,03 Kb.
#2269
  1   2


Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür 

 

Azərbaycan  tarixində  və  taleyində  müstəsna  yerə  malik  böyük  şəxsiyyət  Ümummlli  Liderimiz 



Heydər  Əliyevin  siyasi  hakimiyyətə  gəlişindən  45  il  ötür.  Bu  münasibətlə  respublikamızın  hər  bir 

guşəsində,  eyni  zamanda,  Naxçıvan  Muxtar  Respublikasında  da  bir  sira  tədbirlər  həyata 

keçirilməkdədir. 

 

Şanlı  tariximizin  bu  dövrü  ilə  bağlı  sanballı  kitabların,məqalələrin  yazılması  da  tariximizin  Heydər 



Əliyev  dövrünün  dərindən  araşdırılması  və  öyrənilməsi  baxımından  böyük  əhəmiyyət  kəsb  edir. 

Heydər Əliyevin bütün həyatını canı qədər sevdiyi əziz xalqına əmanət qoyub getdiyi ən böyük əsəri 

sayılan  müstəqil  Azərbaycana  həsr  etməsi,  özündən  sonra  qurub  –  yaratmış  olduğu  dövlətimizin 

müstəqilliyinin əbədi olmasını təmin etməkdən ötrü bizlərə özünün layiqli varisini - Prezident İlham 

Əliyev şəxsiyyətini bəxş etməsi, onun yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti sayəsində tariximizin 

canlı əfsanəsinə çevrilməsi bütün sahələr üzrə  zaman-zaman tədqiqat obyekti olmasına,  haqqında 

çox sayda əsərlərin yazılmasına zəmin və ehtiyac yaratmışdır. 

 

Keçmiş  Sovetlər  İttifaqı  dövründə,  (1969-1987-ci  illərdə)  həmçinin  Azərbaycan  Respublikasının 



müstəqillik əldə etməsindən sonrakı dövrdə iki əsrin qovşağında ölkəmizdə vətəndaş həmrəyliyinə 

nail  olunması, həyatın  müxtəlif sahələrində ugur  qazanılması, inkişafın əldə  edilməsi, o cümlədən, 

Naxçıvan  Muxtar  Respublikasının  da  var  olması,  yaşaması  və  inkişafına  zəmin  yaratması, 

bütünlükdə əldə edilmiş nailiyyətlərin qazanılması məhz böyük Heydər Əliyevin adı ilə bağlıdır.  

 

Hələ  1969-1982  ci  illərdə  Azərbaycana  ilk  dəfə  rəhbərlik  etdiyi  dövrdə  gördüyü  işlər  və  gələcək 



hədəflərə  hesablanmış  fəaliyyəti  onun  respublikamızın  müstəqil  ölkə  kimi  gələcəkdə  mövcud 

olmasına  inamından,  uzaqgörənliyindən xəbər verirdi. Bu  illərdə  Heydər Əliyevin misilsiz idarəçilik 

məharəti və qeyri adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycanda sürətli inkişaf yolu qət edildi, 

iqtisadiyyatın,  elmin,  mədəniyyətin  bütün  sahələrində  görünməmiş  canlanma,  irəliləyiş  müşayyət 

olunmağa  başlandı.  Yeni  böyük  sənaye  müəssisələri,  yaşayış  binaları,  avtomobil  və  dəniz  yolları, 

Bakı  şəhərində  metro  xəttləri,  məktəblər,  mədəniyyət  və  səhiyyə  ocaqları  və.s.  tikilib  istifadəyə 

verildi.  Paytaxtımızda  bir  neçə  böyük  memarlıq  abidələri  ucaldıldı.  Şəhərimizin  mənzərəsini 

tamamilə  dəyişən,  ona  yeni  çalar  qatan  bir  sıra  obyektlər  -  Parlament  binası,  “Gülüstan”, 

“Respublika”(indiki  Heydər  Əliyev)  sarayları,  “Azərbaycan”,  “Abşeron”  mehmanxanaları  və  digər 

onlarca memarlıq abidələri ucaldıldı.  

 

Bu  dövrdə  Naxçıvan  Muxtar  Respublikasında  da  əsaslı  fəaliyyət  proqramı  çərçivəsində  dövrün 



sanballı  tikinti-quruculuq  işlərinə  start  verildi,  həyatın  müxtəlif  sahələrini  özündə  etiva  edən 

müəssisələr,  sosial  obyektlər,  yaşayış  binaları,  istirahət  zonaları  tikilib  istifadəyə  verildi. 

 

 

Heydər Əliyevin Azərbaycan xalqına təqdim etdiyi ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının 



qurucularından  biri,  Heydər  Əliyev  yolunun  sədaqətli  davamçısı  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin sədri Cənab Vasif Talıbov bu tarixi dövrü belə qiymətləndirir: 



“Məhz bu dövrdən Muxtar 

Respublika  özünün  ikinci  ömrünü  yaşamağa  başladı.  1969-cu  ildən  sonra  mürəkkəb  və  çətin  tarixi 



Yüklə 37,03 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə