Bu reytinqə daxil olmuş Azərbaycan universitetləri arasında ən yüksək yer
QS World Ranking
Dünyanın 700 ən yaxşı universitetləri arasında
Azərbaycanın ilk özəl ali təhsil müəssisəsi olan Xəzər Universiteti beynəlxalq əlaqələrin qurulması, beynəlxalq layihə və proqramlarda iştirak, dünyanın aparıcı universitetləri ilə müəllim və tələbə mübadiləsi, Bolonya Bəyannaməsinin tələblərinə uyğun olaraq Avropa təhsil məkanına inteqrasiya və digər sahələrdə təsirli tədbirlər görməklə kadr hazırlığı sahəsində əsaslı nailiyyətlər əldə etmiş, böyük nüfuz qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, bu Universitet qrantlar vasitəsilə əlavə maliyyə vəsaitləri cəlb etməklə təhsildə texnologiyaların və innovasiyaların tətbiqi vasitəsilə təhsilin inkişafına zəmin yaratmışdır. Ali məktəblərə tələbə qəbulunun yekunlarına əsasən reytinq və abituriyent ərizələrində ali məktəblərin ixtisaslarının birinci yerdə rastgəlmə tezliyi cədvəllərində Xəzər Universiteti dövlət ali təhsil müəssisələri ilə rəqabət apara bilir.