Universiteti


Qarağacın kölgəsi hər yanı tutdu



Yüklə 56,63 Kb.
səhifə2/3
tarix30.04.2022
ölçüsü56,63 Kb.
#56769
1   2   3
Aytən Məmmədzadə
Bədii əsərlərin dil xüsusiyyətlərinin öyrənilməsi
Qarağacın kölgəsi hər yanı tutdu.

Amma sən kölgənin altında yoxsan.

Sən yoxsan.

Qarağac səni unutdu.

Sən qarağacı unutmadın.

Deməli, Çiçəkli yazı əsl həqiqəti mətnaltı formada əks etdirməyə xidmət edir. İndi ümumdünya modeli kimi düşünülmüş yuxarıdakı şeirə nəzər yetirək. Mətndə Qarağac eyni ideologiyaya, dilə, dinə, elm və mədəniyyətə malik olan xalqların obrazını yada salır. Belə xalqların azadlığı, sürətli inkişafı dahi şəxsiyyətlərlə bağlıdır. Lakin insanların bir qismi onlara öz zamanında, bəsit düşüncə ilə yanaşdıqlarına görə, dərk edə bilməmişlər. Bir çox peyğəmbərlərin xalq mənafeyini hər şeydən uca tutmaları və elə öz xalqı tərəfindən da ağır cəzalara, ölümə məruz qalması, Yer kürəsinin fırlanmasını və müxtəlif astronomik kəşflər edən Qalileyin, Kopernikin ağır cəzalalara məhkum edilməsi kimi faktlar məlumdur. İndi isa belə şəxsiyyətləri bütün dünyada hörmətlə yad edirlər.

Roman bu günümüzün və gələcəyin yol xəritəsi, daşlaşmış salnaməsidir. Zaman-zaman həyatda baş verən yeniliklər, yüksəlişlər və s. bu əsərin aktuallığını, bənzərsizliyini ortaya qoyacaqdır. Yazıçı romanın ünvanına deyilmiş bəzi haqsız iradlara cavab verməyə haqlı olaraq, heç bir ehtiyac duymamışdır. Çünki o, bu cavabları zamanın öhdəsinə buraxmişdir.
Görkəmli tənqidçi A.Hacılı K. Abdulla haqqında yazdığı monoqrafiyada bu əsərə də öz münasibətini bildirmişdir: "Unutmağa kimsə yox..."da çoxqatlı, culğaşıq, mənaca tükənməz, hər oxunuşda özlüyündə fərqli mənalar yaradan mürəkkəb əsardir". Doğrudan da, böyük sənət əsəri olan “Unutmağa kimsə yox..." romani zangin fəlsəfi qatlara malikdir. Əsərin bu sənətkarlıq, xüsusiyyətləri dövr və zamanın tələbləri ilə bağlıdır.
Roman başdan-başa milli olduğu qədər də ümumbəşəri mahiyyət daşıyır, oxucular üçün gen bol yozumlara imkan verir. Bu yozumları vahid bir mecraya yönəldən "paralel dünyalar"dır ki, bundan yaranan asossasiya vasitəsilə ətrafımızdakı sirlərla dolu olan ictimai-siyasi hadisələri təhlil süzgəcindən keçirərək dark etmak mümkündür. Əsarin müxtəlif dillərə tərcüme edilməsinin, Azərbaycandan çox-çox uzaq ölkələrdə maraqla qarşılanması səbəbsiz deyildir. Çünki har bir ölkənin ictimai-siyasi durumu ilə əsərdəki fikirlərin paralelliyi ona olan marağı daha da çoxaldır. Amma onu da unutmayaq ki, əsərin inca məqamlarını dərk etmək üçün biz dünya ədəbiyyatına, xüsusilə də qədim yunan əsatirlərinə müraciət etdiyimiz kimi, əsərin tərcümə edilərək yayıldığı ölkələrdə də Azərbaycanın ictimai-siyasi və mədəni mühitindən qidalanmadan bəzi məqamların dərk edilməsinin çətinliyi şübhəsizdir.
Çiçəkli yazı nəyin simvoludur və nə üçün bu qədər sirli, müəmmalı və möcüzəlidir? Əslində əsərdə tez-tez adı şəkilən Möhtəşəm ahəngin də, Hadisələrin üfüqlərinin də, Paralel dünyaların da ve bu kimi bir sıra başqa simvolların da hamısi Vang dağındakı mağaradakı sirli yazilarla vəhdət təşkil edir. Çiçəkli yazı müəllifin müasir dünyamızda gedən ictimai-siyasi proseslərin bədii boyalarla qələmə alınmış və gələcəyə ünvanlanmış simvolik mesajıdır. Çiçəkli yazı - milli azadlıq duyğuları ilə yaşayan insanların arzularının gerçəkləşməsi uğrunda inamla atılan addımların inikasıdır. Çiçəkli yazı-yer üzündəki bütün sülhsevar insanların yollarına işıq salan projektordur - öz içindən işıq saçan...nəhəng mərmər"dir.

K. Abdulla qayəsinə uyğun olaraq yeri gəldikçə əsər boyu "paralel dünyalar”a müraciət edir. Bunlardan biri də Vəng dağından çox da uzaqda yerləşməyən, indi isə ancaq xərabələri qalmış Günortac şəhəridir. Əsərdə göstərilir ki, hadisələr "dörd yüz il bundan əvvəl ...1657-ci ildə" (1,186) baş vermişdir. Halbuki romanın yazıldığı dövrlə bu hadisə arasındakı zaman fərqi üç yüz əlli ildir. Romandakı hadisələrə son dərəcə diqqətlə yanaşan müəllifin belə bir yuvarlaqlaşdırma aparması məntiqə uyğun deyildir. Lakin belə bir qeyri-dəqiqlik əslində böyük bir sənətkarlıqla dəqiqliyə nail olmaq məqsədilə edilmiş orijinal tapıntılardan biridir. Müəllif sanki "zaman maşını"na minərək 2057-ci ilə gedib çıxmış, əsəri də elə həmin o zamanın gözü ilə qələmə almışdır.

Bu gün anlaşılmayan bir çox mətləblərə gələcək dünyanın oxuculanı "əsərin yazıldığı zamandan" (XXI əsrin ortalarından-Günortacdan) baxanda hər şey sadələşəcəkdir.

Əsərdə göstərilir ki, qədim Günortac şəhərinin problemi ilə indiki Çiçəkli yazının oxunması üst-üstə düşür. Əliqumral yüzbaşı bu yazıları oxumaqla böyük bir dəfinəyə sahib olacaqlarını düşünür və "Sirlərin sərgüzəşti" əsərinin müəllifi Mirzə Pirquludan məsləhət almaq üçün bu şəhərə təşrif buyurmuşdur. Mirzə bütün məsləhətlərini yuxuda verir. Özü də qırmızı kərpicli buxarının yanında. Yuxuda bu kərpiclər bəzən yaşıl (1, 207, 212), bazan da mavi (1, 197; 200) randa görünür. Milli bayrağımızı xatırladan rənglər bir neçə onilliklərdən sonra türk xalqlarının parlaq iqtisadi siyasi inkişafım proqnozlaşdıran simvillardır.

Mövlanə Mir Həşim Dərdəçarədən dərs almış Mirzə Pirqulu Çiçəkli yazının kodlarını açmağın əsas yollarını təkrarlarda görür: "...naməlum və qaranlıq bir məsələnin üzərinə işıq salmaq istirsənsə ilk əvvəl o naməlumun içindəki təkrar məqamlarını axtarıb tapmaq gərəkdir. ...Hər üç, ya dörd işarətdan sonra takrarən bu çiçakdi gəlir, baxırsan?!..." (1, 203-204)

Bunu eşidən gənc təəcüblənir, çünki çiçəkləri özü də bilmədən rəsmə çəkmişdi. "Bu çiçəkləri görsə idim belə, mən bu yazını oxuya bilməyəcəkdim". - deyə etiraf edir. Mirzə Pirqulu da" -...elə mən özüm də oxuya bilməyəcəyəm. Bunun bir başqa sehri var".-deyə cavab verir. Göstərilən sitatlara asasan deyǝ bilərik ki, sirli yazıların açarı olan təkrarlar tarixin takrar olunmasına, yəni əsərdə tez-tez xatırlanılan paralel dünyalara işarədir. Lakin bu cür təkrarın tarixdə misli-bərabəri yoxdur: "Bu qədər ki, mən bu dünyanı tanıyıram, bu qədər ki, dünya məni tanır, bu cürə nəfis gözəlliyi mən heç yerdə görməmişəm, hələ mənim bu işarətlərin batinindən xəbərim yoxdur" (1, 206).

Bu gün təməli qurulan gələcək xoşbəxt həyatın istiqamətini bütün detallarına qədər dərindən bilən, ancaq bu orijinal yolların şərhindən boyun qaçırmaq istəyən Mirzə Pirqulunun məqsədi nədir? Bu xoş xabarlari dilə gətirmamak naya xidmat edir? Suala sualla cavab vermək istəyirik: Rəqibini şirnikdirərək talaya salmış şahmatçı hər şeyi əvvəlcədən bəyan etsə idi nə baş verərdi? Əsərdə mağaradakı yazılar barədə belə deyilir: "Bunlara nəfəs dəyı bilməz, yoxsa bu zərif çiçəklər dağılar"(1.106).

"Koroğlu" dastanındakı atların qanadlarının əriməsi səhnəsi yada düşür. Bundan çıxan nəticə oxucunu başa salır ki, böyük bir yeniliyə imza atarkən səbrli olmaq, "bəni-insandan" gizlətmək uğura aparan yolların asas şərtidir.

Çiçəkli yazının dörd yüz il bundan əvvəlki paralel dünyada tapılması qoca canavarla bağlıdır. Onu yaralayandan sonra qanının izi ilə gəlib mağaranı tapırlar. Indiki Çiçəkli yazını da Bəhram kişinin iti Bozlar tapmışdı. Əvvəlcə Bəhram kişi itin mənşəyini gizlədir, sonra isə hər şeyi etiraf edərək açır: "Bozlar canavardan dönmədir. Heç kimə demədim. Dedim, Mədət kirvə var, o gətirib.” ( 1,214)

Əsərdə canavar qanının izi" ilə Çiçəkli yazı arasında bir əlaqə hiss olunur. Bu isə Çiçəkli yazını nahaq tökülən qanların qarşısını alan bir simvol kimi də düşünməyə imkan verir...

Bozdar Bozqurdlarla bağlı inanclara söykənir. O, Çiçəkli yazının keşiyini sədaqətlə çəkir. Bəhram kişi üçün hayatını verməyə hazırdır. Bozların mənşəyinin bu cür dolaşıq təqdim olunması da sənətkarlıq xüsusiyyətlərindən irəli gəlir. Ədib sirli, xaoslarla dolu böyük bir aləmi elə olduğu kimi də əks etdirməyə çalışır. Burada hər şey baş-ayaq görünür. Bozan yad qüvvələrin enerjisindən da istifadə olunur. Zahirən təbiilik pozulmuş kimi görünür. "Yağış burada aşağıdan üzü yuxarı yağır" (1,89). Havanın xaotik hərəkəti zamanı bu belə görünür. Ona görə da hər şeyi təfəkkürün süzgəcindən keçirmək lazım gəlir. Əsərin qahrəmanı F.Q. hadisələrin üfüqünə çatmağın yolunu əksliklərdə görür. "Özüm üçün ikili əksikliklər müəyyənləşdirmişəm... Yaxşı, yaman – bir adamda. Isti, soyuq - bir yerdə! Aşağı, yuxarı - bir nöqtada! Sevine, kadar – bir ürəkdə!" (1,512)

Həyatını xalqının xoşbəxtliyinə həsr etmiş insanların taleyini bu əksliklərin vəhdətindən ayrı təsəvvür etmək mümkün deyildir. Qadim insanlar belə aksliklərin bir adamda ola bilməyəcəyini güman etdiklərina görə çoxallahlılıq yaratmış (Xeyir- Şər allahı da buraya daxildir) və vəzifələri də onlara uyğun bölmüşlər. Təkallahlılıq isə yuxarıda deyilən əksliklərin vəhdətini layiqincə ifadə edir.

Şir və dəvə yağışı kimi rəmzi səhnələr də belə qarışıq zamanın bədii əksinə xidmət edir. Bunu yazıçı yuxuda baş vermiş hadisa kimi göstərir. Lakin bu yuxunu F.Q. ilə Bəhram kişi eyni vaxtda görürlər. Nəhəng səhralarda iki eyni qum dənəsinə təsadüf edilmədiyi kimi, bu cür eyni yuxulara da rast gəlmək mümkün olmadığını yaxşı bilan romançı bundan badii priyom kimi istifadə etmişdir. Iki haqiqst uyğun olmayan yuxunun iki adamın eyni vaxtda görməsi kimi məlumatlar oxucunun diqqətini bu hadisələrin təsadüfi olmadığına yönəltməyə xidmət edir.

K.Abdulla şir yağışı ilə dünyada baş veran adalərsiz müharibələrə münasibətini bildirmişdir. Bu cür hücumlar, doğrudan da, vahşi heyvanların şirlərin yağışından heç də fərqlənmir. Çox keçmir ki, dəvə yağışı başlayır. Dəvələrin öz karvanından ayrı düşüb dolu kimi səpələnməsi haqsızlığa məruz qalmış olkələrin insanlarının qaçqın düşməsini xatırladır. Şirlər dəvələri parçalamağa hazırlaşarkən insanlar müxtəlif priyomlarla onları fikirlərindən yayındırmağa "atəşkəsə" nail olurlar. Bu təkliflərdən biri şirləri öyrədib onlardan döyüşçülər dəstəsi yaratmaq idi. Bu cür üsullarla dünyada böyük qələbələrə nail olunmuşdu. II Dünya müharibəsində alman əsilli Zorgenin SSRI-ya, ordu başçısı Vlasovun isə əksinə almanlara xidmət etməsi kimi faktları unutmaq olmaz. İkincisi "əsl savanna yaratmaq, təbii şəkildə ətraf təbiəti şirlərin həyat tərzinə uyğunlaşdırmaq" təklifi idi. Bu üsulla vəhşiləşmiş düşmənlər üzərində çalınmış parlaq qələbələri xatırlayaq: Napoleon qoşunlarının ona görə bütün parlaq qələbələrinə son qoyuldu ki, onlardan qat-qat zəif olan rus ordusu "savanna" yaratdı, yəni Moskvanı döyüşsüz təslim etməklə onları tələyə saldılar və həm qoşunları məğlub etdilər, həm də Paris şəhərini təslim etdilər...

Əsər yazıldığı dövrdə ölkəmizdə milyondan çox qaçqın və didərgin düşmüş soydaşlarımız əzab-əziyyət çəkirdi. Lakin əsər çap olunandan xeyli sonra ərəb ölkələrinə "yağan şir yağışı" (qoşun yeridilməsi) və Tükiyəyə və Avropaya "yağan dəvə yağışı"nın (qaçqınlar) belə geniş vüsət almasını prognozlaşdırmaq heç Avropanın mahir siyasət adamlarının da ağlına gəlməmişdi. Bu olaylar sanki əsərin ümumbəşəri mahiyyət kəsb etdiyini təsdiq etməyə yönəldilmiş bir detaldır və belə detallar oxuculara zaman-zaman çox rast gələcəkdir və əsər misilsiz zirvələr fəth edəcəkdir.

Xalq mənafeyinin ön plana çəkilməsinə, gələcək uğurlarımızın inkişaf yollarının yüksək sənətkarlıqla ehtiva edilməsinə, ümumbəşərilik və milliliyin böyük sənətkarlıqla vəhdətinə nail olunmasına, müxtəlif prizmalardan baxdıqda yeni-yeni məna çalarları ilə ortaya çıxdığına görə "Unutmağa kimsə yox..." romanı bütün dövrlərdə öz müasirliyi ilə oxucularını öz orbitində saxlayacaqdır.




Yüklə 56,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə