Ürək-damar cərrahiyyəsi ixtisası üzrə nümunəvi test suallarının toplusu


) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunun kliniki-hemodinamik təsnifatına görə hansı hallarda əməliyyat göstəriş deyil?



Yüklə 1,14 Mb.
səhifə13/19
tarix12.12.2016
ölçüsü1,14 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

619) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunun kliniki-hemodinamik təsnifatına görə hansı hallarda əməliyyat göstəriş deyil?

A) II qrup (təzyiqin 61-100 mm.c.süt. olması)

B) I qrup (sağ mədəcikdə təzyiqin 60 mm.c.süt.-na qədər olması)

C) Ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması

D) III qrup (təzyiqin 100 mm.c.süt.-dan çox olması)

E) I qrup (sağ mədəcikdə təzyiqin 60 mm.c.süt.-na qədər olması), ağ ciyər arteriyası və sağ mədəcik arasında sistolik təzyiq qradientinin, ballon dilatasiyası istisna olmaqla, 40 mm.c.süt.-dan az olması


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
620) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda əməliyyatın icrası zamanı hansı üsula üstünlük verilməlidir?

A) Mülayim hipotermiyaya

B) Ürəyin kateterizasiyasında ballon dilatasiyasına

C) Süni qan dövranına, ürəyin kateterizasiyasında ballon dilatasiyasına

D) Süni qan dövranına

E) Hiperbarik oksigenasiyaya


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

621) Aorta və ağ ciyər arteriyasının ikili ayrılmasında auskultativ olaraq nə təyin edilir?

A) Ağ ciyər arteriyasında II tonun aksenti

B) Döş sümüyünün sol kənarı boyunca III-IV qabırğaarasında sistolik küy

C) Bütün sadalananlar

D) III ton

E) Ürək zirvəsində mezodiastolik küy


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия - 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с


622) Mədəciklərə axın yollarının azalması (əsasən sağda) çıxarıcı şöbələrin dəyişilməmiş ölçülərinə hansı hallarda rast gəlinir?

A) Mədəciklər arası arakəsmənin defektində

B) Üçtaylı qapağın atreziyasında

C) Sağ mədəciyin hipoplaziyasında

D) Qulaqcıqlar arası arakəsmənin defektində

E) Sağ mədəciyin hipoplaziyasında, üçtaylı qapağın atreziyasında


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

623) Bir yaşa qədər uşaqlarda mədəciklər arası arakəsmənin defektinin cərrahi bərpasına nə göstəriş deyil?

A) Sianozun olması

B) Artan ağ ciyər hipertenziyasının olması

C) Qan dövranı çatmamazlığı

D) Böyük arteriovenoz qan axınının olması

E) Tez-tez baş verən respirator xəstəliklər


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

624) Ümumi atrioventrikulyar kanalın tam olan forması üçün nə xarakterdir?

A) Qulaqcıqlar səviyyəsində əlaqənin olması

B) Sadalananların heç biri

C) Atrioventrikulyar dəliklərin fibroz həlqələrinin düzgün formalaşması

D) Mədəciklər səviyyəsində əlaqənin olması

E) Mitral və üçtaylı qapaqların taylarının parçalanması


Ədəbiyyat: Бокерия Л. А., Горбачевский С. В. Атриовентрикулярный канал. Анатомия и особенности хирургической коррекции. Москва, 2005., 88 с
625) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda nə olur?

A) Sağ mədəciyin diastolik yüklənməsi

B) Sol mədəciyin sistolik yüklənməsi

C) Hər iki mədəciyin diastolik yüklənməsi

D) Sol mədəciyin diastolik yüklənməsi

E) Sağ mədəciyin sistolik yüklənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
626) Ağ ciyər arteriyasının stenozunda auskultativ olaraq xarakter deyil?

A) Sistolik qovulma küyü

B) Kobud sistolik küy

C) I tonun güclənməsi

D) Ürək əsası üzərində II tonun güclənməsi

E) İkinci qabırğaarası sahədə döş sümüyündən solda II tonun zəifləməsi və itməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

627) Ağ ciyər arteriyasının təcrid olunmuş klapanlı stenozunda angiokardioqrafik olaraq nə xarakter deyil?

A) Çıxarıcı şöbənin diastolada genişlənməsi

B) Qalxan aortanın daralması

C) Sağ mədəciyin çıxarıcı şöbəsinin sistolada daralması

D) Ağ ciyər arteriyası kötüyünün poststenotik genişlənməsi

E) Kontrastın sağ qulaqcığa requrgitasiyası


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
628) Ağ ciyər arteriyasının klapanüstü stenozunda ikinci qabırğaarası sahədə döş sümüyündən solda II ton necə dəyişir?

A) Zəifləyir

B) Eşidilmir

C) Dəyişmir

D) Bütün sadalananlar

E) Güclənir


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

629) Ağ ciyər arteriyasının kombinə olunmuş stenozunda hansı operativ yanaşmadan istifadə olunmur?

A) Düz cavab yoxdur

B) Ağ ciyər arteriyası kötüyündən

C) Transanulyar, sağ mədəcik və ağ ciyər arteriyasından

D) Sağ mədəciyin çıxarıcı şöbəsindən

E) Sağ qulaqcıqdan


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

630) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması nə ilə xarakterizə edilir?

A) Ağ ciyər arteriyasının stenozu və ya ağ ciyər hipertenziyası ilə

B) Sağ mədəcikdən hər iki damarın ayrılması ilə

C) Mitral aypara kontaktın olmaması ilə

D) Bütün sadalananlar

E) Mədəciklər arası arakəsmənin defekti ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
631) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması elektrokardioqrafik olaraq nə ilə xarakterizə edilir?

A) Hiss dəstəsi ayaqcığının sağ tərəfli blokadası ilə

B) Bütün sadalananlar

C) Sağ tərəfli elektrokardioqramma ilə

D) Sol mədəcik yüklənməsilə

E) Sağ mədəcik yüklənməsilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
632) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması angiokardioqrafik olaraq kontrastın hansı şöbəyə vurulması ilə təyin edilir?

A) Aortaya

B) Sağ qulaqcığa

C) Ağ ciyər arteriyasına

D) Sol mədəciyə

E) Sağ mədəciyə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

633) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılmasının cərrahi müalicəsinə nə aid deyil?

A) Ağ ciyər arteriyasının stenozunun aradan qaldırılması

B) Mədəciklər arası arakəsmə defektinin bağlanması

C) Aortanın sol mədəciyə keçirilməsi

D) Restruktiv defektlərdə mədəciklər arası arakəsmənin defektinin genişləndirilməsi

E) Aorta ilə sol mədəcik arasında mədəciklərarası defektdən əlaqə yaradılması


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
634) Ağ ciyər arteriyasının təcrid olunmuş stenozunda nə mövcud olur?

A) Hər iki mədəciyin diastolik yüklənməsi

B) Sol mədəciyin diastolik yüklənməsi

C) Sol mədəciyin sistolik yüklənməsi

D) Sağ mədəciyin sistolik yüklənməsi

E) Sağ mədəciyin diastolik yüklənməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
635) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması, ağ ciyər arteriyasının stenozunun radikal korreksiyasına nə aiddir?

A) Sağ mədəcik daxilində mədəciklər arası arakəsmənin defekti ilə aorta arasında tunnelin yaradılması və ağ ciyər arteriyasının stenozunun aradan qaldırılması

B) Mədəciklər arası arakəsmənin defektinin bağlanması

C) Sağ mədəcik daxilində mədəciklər arası arakəsmənin defekti ilə aorta arasında tunnelin yaradılması

D) Ağ ciyər arteriyasının stenozunun aradan qaldırılması

E) Aortanın sol mədəciyə keçirilməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

636) Ağ ciyər arteriyası və aortanın sağ mədəcikdən ikili ayrılması zamanı exokardioqrafik nə müəyyən edilir?

A) Bütün sadalananlar

B) Mədəciklər arası arakəsmənin defekti

C) Mitral aypara kontaktın olmaması

D) Sol mədəcikdən çıxan damarların görünməməsi

E) Hər iki magistral damarın mədəciklər arası arakəsmədən öndə yerləşməsi


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
637) Güclənmiş ağ ciyər qan dövranı ilə vahid mədəcikdə II qabırğaarası sahədə eşidilən kobud sistolik küy nə ilə şərtlənir?

A) Ağ ciyər arteriyasının stenozu ilə

B) Mitral çatmamazlıqla

C) Triskupidal çatmamazlıqla

D) Qanın bulboventrikulyar dəlikdən keçməsi ilə

E) Aortal stenozla


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
638) Vahid mədəciyin ən çox rast gəlinən variantı hansıdır?

A) Bütün tiplər təxminən eyni tezlikdə rast gəlinir

B) Tip D (İnfundibulyar şöbə kimi təqdim olunur)

C) Tip B (Sağ mədəcik)

D) Tip C (Mədəciklər arası arakəsmənin olmaması)

E) Tip A (Sol mədəcik)


Ədəbiyyat: Бокерия Л. А., Беришвили И. И. Хирургическая анатомия сердца. 2-й том. Москва., 2006., 230с

639) Daun xəstəliyi ilə birgə daha çox rast gəlinən ürək anomaliyası?

A) Ağ ciyər arteriyasının atreziyası

B) Aortanın koarktasiyası

C) Ağ ciyər arteriyasının stenozu

D) Mədəciklər arası arakəsmənin defekti

E) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) defekti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

640) Ağ ciyər arteriyasının stenozunda nə rast gəlinmir?

A) Vidaci çuxurda titrəmə

B) Xəstələrin 1/3-də inkişaf etmiş sianoz qeyd edilir

C) Xəstələrin 3/4-də döş qəfəsinin sol tərəfli şişkinliyi qeyd edilir

D) Güclü və yayılmış ürək vurğusu

E) Uşaqlar adətən yaxşı inkişaf edir


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
641) Ağ ciyər arteriyasının stenozu ilə intakt mədəciklərarası arakəsmənin differensial diaqnostikası hansı qüsurlarla əlaqədardır?

A) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) defekti

B) Fallo tetradası

C) Aortanın koarktasiyası

D) Mitral stenoz

E) Mədəciklər arası arakəsmənin defekti


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с

642) Südəmər yaş dövrünü keçirmiş uşaqlarda sianozla daha şox rast gəlinən anadangəlmə ürək qüsuruna aiddir?

A) Bitişməmiş Botall axacağı

B) Ağ ciyər arteriyasının stenozu

C) Birincili ağ ciyər hipertenziyası

D) Fallo tetradası

E) Aortanın koarktasiyası


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
643) Uşaqlarda Fallo tetradasının klinik şəklinə xarakter deyil?

A) Gərginlik zamanı təngnəfəslik

B) Ağır sianoz tutmaları

C) “Baraban çubuqları”

D) Əksər hallarda simptomlar olmur

E) Məcburi vəziyyət


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В. Тетрада Фалло. Москва, 2008.,494 с
644) Fallo tetradası ilə uşaqlarda ürəyin kateterizasiyası zamanı nə müəyyən edilmir?

A) Bir qayda olaraq sağdan sola atılma

B) Arterial qanda oksigenin enməsi

C) Sistem qan axını göstəricilərinin normal olması

D) Ağ ciyər arteriyası qapaqlarının yüksək rezistentliyi

E) Sağ qulaqcıqda normal təzyiq


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с
645) Üçtaylı qapağın atreziyasını nə ilə differensiasiya etmək çətindir?

A) Mədəciklər arası arakəsmənin defekti

B) Ağ ciyər arteriyasının atreziyası intakt mədəciklərarası arakəsmə ilə

C) Endokardial yastıqların (atrioventrikulyar kommunikasiya) defekti

D) Ümumi arterial kötüklə

E) Bütün sadalanan qüsurlarla


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия - 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с


646) Fonten tipli hemodinamiki tənzimlənməyə məruz qalacaq vahid mədəcikli “ideal” xəstə üçün nə xarakterdir?

A) EKQ-də sinus ritmi

B) Bütün sadalananlar

C) 4 TV/m2-dən kiçik ümumi ağ ciyər müqavimətinin olması

D) 4 yaşdan yuxarı

E) Ağ ciyər arteriyası diametrinin aorta diametrindən 0,75mm çox olması


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
647) Vahid mədəciklə olan xəstələrdə arakəsmənin implantasiyası üçün optimal yaş dövrü?

A) 2-3 yaşa qədər

B) 5-10 yaşa qədər

C) 10-13 yaşa qədər

D) 3-5 yaşa qədər

E) 1 yaşa qədər


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
648) Radikal tənzimləyici əməliyyat hansı tip vahid mədəciklə olan xəstələrdə yerinə yetirilir?

A) Vahid mədəcik sağ mədəciyin infundibulyar şöbəsi hesabına əmələ gəlmişdir, vahid sol mədəcikdə aortanın sinistrapozisiyası ilə

B) Vahid sol mədəcikdə aortanın sinistrapozisiyası ilə

C) Bölünməmiş mədəcikdə damarların normal yerləşməsi ilə

D) Lyamber ürəyi ilə

E) Vahid mədəcik sağ mədəciyin infundibulyar şöbəsi hesabına əmələ gəlməsi ilə


Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Болезни и врожденные аномалии системы кровообращения. Москва, 2007.,144 с
649) Fallo tetradası üçün nə xarakter deyil?

A) Konusvari arakəsmənin önə və sola yerdəyişməsi

B) Sağ mədəcik strukturlarının inkişaf pozğunluğu

C) Sağ mədəciyin çıxış şöbəsinin daralması

D) Mədəciklər arası arakəsmənin restruktiv defekti

E) Aortanın dekstrapozisiyası


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с
650) Fallo tetradasında sağ mədəciyin çıxarıcı traktının daralması nə ilə əlaqədardır?

A) “Moderator bağının” yüksək ayrılması ilə

B) Ön-yan trabekulanın hipertrofiyası ilə

C) Aortanın dekstrapozisiyası ilə

D) Mədəciklər arası arakəsmənin uzanması ilə

E) Konuslu arakəsmənin uzanması ilə


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с
651) Fallo tetradasında hemdinamiki pozğunluğun ağırlığı əsasən nə ilə şərtlənir?

A) Aortanın dekstrapozisiyası ilə

B) Mədəciklər arası arakəsmənin defektilə

C) Sol mədəcik hipoplaziyası ilə

D) Sağ mədəciyin hipertrofiyası ilə

E) Ağ ciyər arteriyasının daralması ilə


Ədəbiyyat: Подзолков В. П., Кокшенев И. В.Тетрада Фалло. Москва, 2008.,494 с
652) Qapağın infeksion endokarditi zamanı seçim əməliyyat hansıdır?

A) Qapağın mexaniki protezlə əvəzlənməsi və plastik əməliyyat

B) Qapağın bioprotezlə əvəzlənməsi

C) Plastik əməliyyat və qapağın bioprotezlə əvəzlənməsi

D) Qapağın mexaniki protezlə əvəzlənməsi

E) Plastik əməliyyat


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с


653) Protez endokarditinin ən dürüst əlaməti hansıdır?

A) Hərarət, leykositoz

B) Bütün sadalananlar düzgündür

C) Qanın əkilməsinin müsbət nəticələri

D) Ürək çatmamazlığı əlamətləri, arterial emboliya

E) Splenomeqaliya, patoloji küylər


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
654) Ürək qapağı protezlərinin hansı növü daha çox tromboembolik ağırlaşmalar törədir?

A) Toxuma örtüyü olan kürəşəkilli protezlər

B) Toxuma örtüyü olmayan kürəşəkilli protezlər

C) Alloqraftlar

D) Bioprotezlər

E) Diskşəkilli mexaniki protezlər


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с

655) Ürək qapaqlarının protezləşdirilməsi zamanı tromboembolik ağırlaşma riski nə dərəcədədir?

A) Bütün sadalananlar

B) Bioloji protezdən istifadə edildikdə, həmçinin müşahidə dövrü uzandıqca azalır

C) Protrombin vaxtının terapevtik diapazonunda azalır

D) Aortal və ya mitral mövqedən asılı deyildir

E) Səyrici aritmiyadan asılıdır


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
656) Sol mədəcik çatmamazlığı zamanı ağciyər ödemi aşağıdakılardan hansı hallarda təzahür edir?

A) Ürəyin kar tonları, xırıltılı tənəffüs, bənövşəyi rəngli köpüklü bəlğəm, bütün ağciyər üzərində çoxlu sayda yaş xırıltılar

B) Ürəyin kar tonları, zəif dolğunluqlu seyrək nəbz, xırıltılı tənəffüs, bənövşəyi rəngli köpüklü bəlğəm

C) Zəif dolğunluqlu seyrək nəbz, ürəyin kar tonları və bütün ağciyər üzərində çoxlu sayda yaş xırıltılar

D) Xırıltılı tənəffüs, bənövşəyi rəngli köpüklü bəlğəm və zəif dolğunluqlu seyrək nəbz

E) Bütün ağciyər üzərində çoxlu sayda yaş xırıltılar və ürəyin kar tonları


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
657) Sağ mədəcik çatmamazlığının klinik mənzərəsi üçün hansı xarakterik deyil?

A) Ürəkbulanma, qusma, meteorizm

B) Boyun venalarının şişməsi

C) Arterial təzyiqin yüksək rəqəmləri

D) Sağ qabırğaaltı nahiyədə ağrı

E) Qaraciyərin böyüməsi


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
658) Kəskin total ürək çatmamazlığı kliniki olaraq aşağıdakılardan hansı istisna olmaqla bütün sadalanan əlamətlərlə təzahür edir?

A) Zəif dolğunluqlu seyrək nəbz

B) Aortal və venoz təzyiqin enməsi

C) Qəflətən və tez inkişaf edən ürək zəifliyi

D) Yüksək arterial təzyiq

E) Adinamiya


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
659) Qapaq qüsuru olan xəstələrdə aşağıdakılardan hansı istisna olmaqla bütün sadalananlar koronoqrafiyaya göstərişdir?

A) Tipik stenokardiya ağrıları, atipik ağrı sindromu və ya ürəkdə ağrının olmaması, xəstənin yaşının 40-dan yuxarı olması

B) EKQ-də miokardın çapıq dəyişiklikləri, xəstənin yaşının 40-dan yuxarı olması, atipik ağrı sindromu və ya ürəkdə ağrının olmaması

C) Xəstənin yaşının 40-dan yuxarı olması və EKQ-də miokardın çapıq dəyişiklikləri

D) Atipik ağrı sindromu və ya ürəkdə ağrının olmaması, tipik stenokardiya ağrıları, EKQ-də miokardın çapıq dəyişiklikləri

E) Tipik stenokardiya ağrıları, EKQ-də miokardın çapıq dəyişiklikləri, xəstənin yaşının 40-dan yuxarı olması


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
660) Aortanın qalxan şöbəsində anevrizmanın inkişafının ən çox rast gəlinən səbəbi hansıdır?

A) Medianekroz və hipertoniya

B) Ateroskleroz və medianekroz

C) Hipertoniya və sifilis

D) Ateroskleroz və hipertoniya

E) Sifilis və medianekroz


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
661) Aortanın qalxan şöbəsinin izoləolunmuş təbəqələnməsi hansına aiddir?

A) De Beykiyə görə I tipə

B) De Beykiyə görə III tipə

C) De Beykiyə görə I və II tipə

D) De Beykiyə görə II tipə

E) De Beykiyə görə I və III tipə


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
662) Aortanın təbəqələnməsinin yayılması haqqında daha dürüst məlumatlar aşağıdakılardan hansının köməyi ilə əldə edilə bilər?

A) Exoqrafiya vasitəsilə

B) NMR-tomoqrafiya vasitəsilə

C) Adi rentgenoloji müayinə vasitəsilə

D) Kompüter tomoqrafiya vasitəsilə

E) Aortoqrafiya ilə


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
663) Aortanın qalxan şöbəsinin anevrizması zaman əməliyyata göstəriş hansıdır?

A) Aortal çatmamazlıq və aortanın təbəqələnməsi

B) Aortanın diametrinin 5-6 sm-dən artıq genişlənməsi, aortal çatmamazlıq və aortanın təbəqələnməsi

C) Aortanın diametrinin 5-6 sm-dən artıq genişlənməsi və aortal çatmamazlıq

D) Aortanın təbəqələnməsi və aortanın diametrinin 5-6 sm-dən artıq genişlənməsi

E) Aortanın diametrinin 5-6 sm-dən artıq genişlənməsi


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
664) Ürək qapağının mexaniki protezi olan xəstələrdə hansı protrombin indeksini saxlamaq lazımdır?

A) 10-20%

B) 30-40%

C) 50%-dən yuxarı

D) 20-30%

E) 40-50%


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
665) Ürək qapağının mexaniki protezi olan xəstələr antikoaqulyantları necə qəbul etməlidirlər?

A) Dövri


B) Əməliyyatdan sonra 6 ay ərzində

C) Həyatı boyı

D) Əməliyyatdan sonra 12 ay ərzində

E) Əməliyyatdan sonra 3 ay ərzində


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с

Ürək ritminin və keçiriciliyinin pozğunluqları

666) «Ürək ritmi» termini altında nə başa düşülür?

A) 4 və daha çox eyni impulsların ardıcıllığı

B) 3 və daha çox eyni impulsların ardıcıllığı

C) 5 və daha çox eyni impulsların ardıcıllığı

D) 6 və daha çox eyni impulsların ardıcıllığı

E) 2 və daha çox eyni impulsların ardıcıllığı


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
667) Hansı halda «aberrant ötürülmə» terminindən istifadə etmək məqsədəuyğundur?

A) Funksional xarakterli normal ötürülmə yolu ilə keçən impuls ötürülməsinin pozulması zamanı

B) İmpulsun əlavə ötürülmə yolu ilə yayılması zamanı və üzvi xarakterli normal ötürülmə yolu ilə keçən impuls ötürülməsinin pozulması zamanı

C) Üzvi xarakterli normal ötürülmə yolu ilə keçən impuls ötürülməsinin pozulması zamanı

D) İmpulsun əlavə ötürülmə yolu ilə yayılması zamanı

E) Üzvi xarakterli normal ötürülmə yolu ilə keçən impuls ötürülməsinin pozulması zamanı və funksional xarakterli normal ötürülmə yolu ilə keçən impuls ötürülməsinin pozulması zamanı


Ədəbiyyat: Ю.В.Белов. «Руководство по сердечно-сосудистой хирургии с атласом оперативной техники» 2000 г., 148 с
Kataloq: elaveler -> hekim test suallar
hekim test suallar -> Stomatologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Dişin sərt toxumalarının qeyri-karies zədələnmələri
hekim test suallar -> Sanitar feldşer ixtisası üzrə nümunəvi test suallarının toplusu Epidemiologiya 1 Epidemiologiya elmi nəyi öyrənir?
hekim test suallar -> Otorinolarinqologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası
hekim test suallar -> Ümumi kliniki tədqiqatlar 1 Kəskin bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
hekim test suallar -> Cərrahiyyə yardımın təşkili və sosial gigiyena 1 Xəstəlik ilə əlaqədər məzuniyyət kim tərəfindən verilir?
hekim test suallar -> Bölmə Anesteziologiya-reanimatologiyanın qanunvericiliyi 1 Ölkəmizdə həkimlərin hüquqi, etik, iqtisadi, elmi və s məsələləri əks etdirən əsas qanunudur
hekim test suallar -> Səhiyyənin təşkili 1 Səhiyyənin müasir mərhələdə əsas məsələsi hansı hesab olunur?
hekim test suallar -> Oftalmologiya ixtisası üzrə nümunəvi test suallarının toplusu Görmə üzvünün inkişafı, normal anatomiyası və histologiyası 1 Orbitanın ən nazik divarı hansıdır?
hekim test suallar -> Bölmə Travmatologiya və ortopediyadan ümumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı göstərilən intervalda normada hansı sayılır?
hekim test suallar -> Bцlmy travmatologiya vY ortopediyadan ьmumi suallar 1 Periferiyalardakı qanda gemoqlobinin miqdarı gцstYrilYn intervalda normada hansı sayılır?

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə