Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Böyrəyin residiv oksalat daşlarında və oksalaturiyada nə müayinə edirik?



Yüklə 0,97 Mb.
səhifə10/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

535) Böyrəyin residiv oksalat daşlarında və oksalaturiyada nə müayinə edirik?
A) Sutkalıq sidikdə oksalatların təyini

B) Qan gərdabında və sutkalıq sidiklə kalsium və fosforun təyini

C) Qalxanabənzərətrafı vəzilərin USM

D) Qanda turş fosfatazanın təyini

E) Hamısı düzdür
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
536) Ureterolitoekstraksiya daha çox nə zaman məqsədəuyğundur?
A) Qadınlarda sidik axarının aşağı üçdə birinin 6 mm ölçülü, fəsadlaşmamış daşında

B) Hər iki sidik axarının yuxarı üçdə birinin 5 mm daşlarında

C) Eyni situasiyada olan kişilərdə

D) Bütün hallarda

E) Kişilərdə və qadınlarda sidik axarının orta üçdə birinin 5-6 mm-lik daşlarında
Ədəbiyyat: Оперативная урология. Хинман Ф., Пер. с англ. - М.: Геотар-Мед. 2003. - 1192 c.
537) Postrenal anuriyada (sidik axarlarının daşları) təcili nə göstərişdir?
A) Spazmolitik və infuzion terapiya

B) Punksion nefrostomiya

C) Sidik axarlarının kateterizasiyası

D) Zərbə-dalğalı litotripsiya

E) Vena daxili böyük dozada laziks, spazmolitik və infuzion terapiya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
538) Xəstədə sağ böyrək ləyənində urat, solda oksalat olmaqla hər iki tərəfdə 25*20 mm ölçüdə daşdır. Ona nə məsləhət görmək olar?

A) Soldan zərbə-dalğalı litotripsiya, sağdan litoliz

B) Zərbə-dalğalı litotripsiya və ya pielolitotomiya

C) Soldan punksion nefrolitolapaksiya və sağdan litoliz

D) 1-2 ay intervalla ardıcıl pielolitotomiya

E) Eyni vaxtda ikitərəfli pielolitotomiya


Ədəbiyyat: Трапезникова М. Ф., Дутов В. В. Рамки применения ДУВЛ-монолитотрипсии при коралловидных камнях почек Врачебное сословие. 2005.; 7: 4-6.
539) 45 yaşlı xəstədə ikitərəfli mərcanvari daş, xroniki latent pielonefritdir.Ləyən böyrəkxarici tipdir.Ona nə məsləhət görmək olar?
A) İkitərəfli zərbə-dalğalı litotripsiya

B) Cərrahi müdaxilə göstəriş deyil

C) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya

D) Bir tərəfdən pielolitotomiya, nefrostomiya, 2-3 aydan sonra o biri tərəfdən

E) Eyni vaxtda ikitərəfli pielokalikolitotomiya, nefrostomiya və ikitərəfli zərbə-dalğalı litotripsiya eyni dərəjədə əhəmiyyətlidirlər
Ədəbiyyat: Руководство по клинической урологии Пер. с англ. Под ред. Ф.Ханно, С.Б.Малковича, А.Дж.Уэфна - М.: Медицинской информационного агенство, 2004. - 328 С.
540) Sidik axarının yuxarı üçdə birinin 10 mm daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Təcili ureterolitotomiya, böyrəyin təftişini

B) Sidik axarına stent qoyulması

C) Təcili kontakt litotripsiya

D) Konservativ, antibakterial terapiyanı davam etdirməyi

E) Təcili nefrektomiyanı
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
541) Ləyənin 20*20 mm daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Təcili pielolitotomiya, böyrəyin təftişi, nefrostomiyanı

B) Konservativ terapiyanı

C) Zərbə-dalğalı litotripsiyanı

D) Punksion nefrolitotomiya, nefrostomiyanı

E) Nefrektomiyanı
Ədəbiyyat: Ужегов Г.Н. Почечно-каменная болезнь : Симптомы, лечение, профилактика / Г.Н.Ужегов. - М. : Вече, 2002. -158 с.
542) Ləyənin 20*20 mm-lik daşı, kəskin irinli pielonefritdə nə təyin etmək lazımdır?
A) Təcili punksion nefrostomiyanı

B) Antibiotiklər, kortikosteroidlər, venadaxili infuzion terapiyanı

C) Təcili pielolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyasını

D) Sidik axarı və ləyənin kateterizasiyasını

E) Antibiotiklər, kortikosteroidlər, venadaxili infuzion terapiyanı, təcili punksion nefrostomiyanı, sidik axarı və ləyənin kateterizasiyası eyni əhəmiyyətlidir
Ədəbiyyat: Мартин И. Резник, Эндрю К. Новик Секреты урологии //(перевод под ред. С.Х. Аль-Шукри), Изд. 3, перераб. и доп.- М., 2003.- 400 с.
543) Kalkulyoz kəskin irinli pielonefrit,bakteremik şokda nə təyin etmək lazımdır?
A) Təcili nefrektomiya

B) Şok əleyhinə terapiya,kortikosteroidlər,venadaxili infuzion terapiya və şokdan çıxardıqdan sonra -cərrahi müalicə

C) Təcili pielolitotomiya, nefrostomiya

D) Təcili pielolitotomiya, nefrostomiya, böyrəyin dekapsulyasiyası

E) Sidik axarının kateterizasiyası
Ədəbiyyat: Урология. /ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с.
544) Böyrəyin urat daşı, kəskin seroz pielonefritdə nə tətbiq etmək lazımdır?
A) Sidik axarına stent qoyulması

B) Daşın həllini antibakterial terapiya ilə müştərək

C) Zərbə-dalğalı litotripsiyanı

D) Təcili pielolitotomiya, böyrəyin təftişini

E) Punksion nefrolitotomiyanı
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
545) Hər iki sidik axarının kiçik daşları, 20 saatlıq anuriyada nə tətbiq etmək lazımdır?
A) Venadaxili laziks, infuzion terapiyanı

B) Sidik axarlarının kateterizasiyasını

C) İkitərəfli nefrostomiyanı

D) Punksion nefrostomiyanı

E) İkitərəfli təcili ureterolitotomiyanı
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
546) Vahid böyrəyin sidik axarının 5 mm-lik daşı, 12 saatlıq anuriyada nə tətbiq etmək lazımdır?
A) Punksion nefrostomiya

B) Təcili nefrostomiya

C) Venadaxili laziks və ya təjili nefrostomiya və ya punksion nefrostomiya eyni əhəmiyyətlidir

D) Venadaxili laziks

E) Sidik axarının kateterizasiyası
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
547) Poliklinikada xəstəyə sidik axarının daşı, böyrək sancısı, kəskin seroz pielonefrit diaqnozu qoyulmuşdur. Ona nə məsləhət görmək lazımdır?
A) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək

B) Poliklinikada sidik axarlarını kateterizasiya etmək

C) Təcili uroloji stasionara yerləşdirmək

D) Poliklinikada təcili ekskretor uroqrafiya

E) Evdə antibakterial, spazmolitik müalicəni davam etdirmək və ya poliklinikada sidik axarlarını kateterizasiya etmək və ya poliklinikada təcili ekskretor uroqrafiya eyni əhəmiyyətlidir
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
548) 30 yaşlı xəstə qadında ikitərəfli mərcanvari daş, xroniki pielonefrit, böyrəklərin ikincili büzüşməsi, uremiyadır. Ona nə məsləhət görmək olar?
A) Hemodializ, infuzion terapiya, perspektivdə ikitərəfli nefrektomiya və böyrək transplantasiyası

B) Sidik axarlarının kateterizasiyası

C) İkitərəfli stentin qoyulması

D) Punksion nefrostomiya

E) Ardıcıl olaraq iki tərəfdən pielolitotomiya, nefrostomiya
Ədəbiyyat: Джавад-Заде С.М. Современный взгляд на патогенез, течение и лечение мочекаменной болезни // Урология, 1999, №5, с. 10-12.
549) Xəstədə pielolitotomiyadan sonra yaranın irinləməsi qeyd olunur.Bu halda nə etmək lazımdır?
A) Antibiotiklərin dozasını artırmaq

B) Yaraya Vişnevski məlhəmi ilə tamponlar qoymaq

C) Antibiotik məhlulları ilə yaranı yumaq

D) Sidik yığıntısını müəyyən etmək və yaranı geniş drenaj etmək

E) Böyrəyi punksiya etmək
Ədəbiyyat: Оперативная урология: руководство для врачей ./ ред.Н.А.Лопаткин, И.П.Шевцов/.- Л.: Медицина.-1986.
550) 40 yaşlı qadın xəstəsində nefrolitiazla əlaqədar əvvəllər böyrəkdə 2 dəfə cərrahi əməliyyat aparılmışdır. Hazırda isə pienefroz təyin edilmişdir. Həmin xəstədə daha məqsədəuyğun cərrahi üsul hansıdır?
A) Nefrektomiya

B) Punksion nefrostomiya

C) Operativ müalicə etməmək

D) Nefrostomiya əməliyyatı

E) Sidik axarının kateterizasiyası
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
551) Xəstədə böyrəklərin polikistozudur. Urodinamikanı pozan böyrək ləyənində 25*25 mm ölçülü daşı vardır.Ona nə məsləhətdir?
A) Pielolitotomiya, iqnipunktura

B) Zərbə-dalğalı litotripsiya

C) Konservativ müalicə

D) Punksion nefrolitotomiya, nefrostomiya

E) Nefrostomiya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989.
552) 30 yaşlı xəstədə sidik axarının yuxarı 1/3 hissəsinin daşı vardır. Daş 1 ildir eyni yerdədir. Böyrək fəaliyyəti saxlanılıbsa, ona nə məsləhətdir?
A) Nefrektomiya

B) Pielolitotomiya

C) Ureteronefrektomiya

D) Ureterolitotomiya

E) Dalğa zərbəli litotripsiya
Ədəbiyyat: Руководство по урологии. В 3-х томах. Под руководством Н.А.Лопаткина. М.Медицина, 1998.
553) Aşağıdakılardan biri istisna olmaqla oksaluriyanı əmələ gətirir?

A) Vitamin B6 çatışmazlığı

B) Vitamin D -nin defisiti

C) Sitrat preparatları

D) Limon turşulu qidalar

E) Xroniki kolit


Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002.- 495 с.

Bölmə 8. Sidik-cinsiyyət orqanlarının zədələnmələri

554) Böyrəklərin zədələnmələri çox təsadüf olunur?
A) Sağ böyrəkdə

B) Hər iki böyrəkdə

C) Kişilərdə

D) Qadınlarda

E) Sol böyrəkdə
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
555) Böyrəklərin travmalarında daha çox zədələnir?
A) Aşağı qütbü

B) Yuxarı qütbü

C) Damar ayaqcığı

D) Ön səthi

E) Arxa səthi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
556) Böyrəyin qapalı travması zamanı böyrəklərdə nə baş verir?
A) Ağır hipertonik kriz

B) Böyrək venasının kəskin trombozu

C) Qarnın ön divarı və diafraqma əzələlərinin qəflətən yığılması

D) Böyrək və ətraf toxumaların kəskin silkələnməsi

E) Sidik axarının kəskin obturasiyası
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
557) Böyrəyin qapalı travmasında təcili cərrahi müalicə nə zaman göstərişdir?
A) Mikroqematuriya zamanı

B) Anemiya zamanı

C) Şok zamanı

D) Yüksək hərarət zamanı

E) Piuriya zamanı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
558) Qarının və bel nahiyyəsinin birbaşa travmasında ən çox nə zədələnir?
A) Böyrək

B) Böyrək ləyəni

C) Sidik axarı

D) Böyrək damarları

E) Böyrəyin piyli fassiyası
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
559) Böyrəyin qapalı travması zamanı birinci gün qeyri- səciyyəvi əlamətlərə aşağıdakılardan hansı aiddir?
A) Makrohematuriya

B) Böyrək nahiyəsində şişkinliyin artması

C) Ağrı

D) Mikrohematuriya



E) EÇS-in surətlənməsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
560) Sidik axarının yatrogen zədələnməsi çox təsadüf olunur?
A) Ləyən sidik axarı seqmentində

B) Orta 1/3-də

C) Yuxarı 1/3-də

D) Aşağı 1/3-də

E) Hec birində
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
561) Bel nahiyəsinin travması zamanı ağrı və mikrohematuriyanın səbəbi nədir?
A) Böyrək ətrafı hematoma

B) Sadalanlardan heç birisi

C) Böyrəküstü vəzin zədələnməsi

D) Böyrəyin silkələnməsi (əzilməsi)

E) Bütün sayılanlar
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
562) Böyrəkətrafı urohematomanın diaqnostikasında nə kömək edir?
A) Zədələnmiş böyrək tərəfdə qarnın ön divarı və bel əzələlərinin gərginləşməsi

B) Böyrək və sidik yollarının ümumi uroqrammasında bel əzələlərinin konturunun itməsi

C) Böyrək nahiyəsində ağrı

D) Bütün sayılan əlamətlər

E) Bel nahiyəsində bərk törəmənin palpasiyası
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
563) Böyrək qırılmaları zamanı sadalananlardan biri müstəsna olmaqla aparıcı simptomlar bunlardır?
A) Şok

B) Makrohematuriya laxtalarla

C) Anemiya

D) Anuriya

E) Kəskin ağrılar
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
564) Sidik yollarının addi uroqrammasına görə böyrək zədələnməsinin xarakterik rentgenoloji əlamətlərinə sadalananlardan biri istisna olmaqla aşağıdakılar aiddir?
A) Aerokaliya

B) Bel əzəzələlərinin kölgəsinin kənarlarının itməsi

C) Qabırğa və fəqərə sümüyü köndələn çıxıntısının sınığı

D) Heç biri

E) Böyrəyin dəqiq nefroqramması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
565) Ekskretor uroqrafiya böyrək travması zamanı sadalananlardan biri istisna olmaqla digərləri üçün məqsədyönlüdür?
A) Kontrlateral böyrənin vəziyyətin öyrənmək

B) Böyrəklərin yanaşı olan xəstəliklərini müəyyən etmək

C) Böyrəkərtafı hematomanı müəyyən etmək

D) Heç biri

E) Zədələnmiş böyrəyin fəaliyyətini təyin etmək
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
566) Böyrək zədələnməsində müayinə metodlarının içində ən çox informativ olanı hansıdır?
A) Xromosistoskopiya

B) Böyrək və sidik yollarının ümumi rentqenoqrafiyası

C) Ekskretor uroqrafiya

D) Ekspektor uroqramma fonunda abdominal aortaqrafiya

E) Retroqrad uretoropieloqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
567) Xolstov əməliyyatına göstəriş hansıdır?
A) Urteranın çoxsaylı strikturası

B) Uretranın xarici strikturası

C) Arxa uretranın 2-3 sm uzunluğunda strikturası

D) Membranoz hissənin 5mm ölçüdə strikturası

E) Uretranın prostatik hissəsinin strikturası
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A., Urologiya 1989
568) Xəstə böyrək zədələnməsinə görə 5 günlük yataq rejimini gözləmiş və bu müddətdə sidiyin müayinəsi də normal olmuşdur. Yeriməyə başlayandan 1-1, 5 saat sonra sidikdə eritrositlər olarsa nə etmək lazımdır?
A) Müalicəyə əlavələr etmək

B) Yataq rejiminə riayət etmək,USM və müalicəyə əlavələr etmək

C) Əməliyyata göstərişdir

D) Böyrəyin ultrasəs müayinəsi tələb olunur

E) Əməliyyata göstərişdir və yataq rejiminə riayət etmək lazımdır
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
569) Böyrəyin ağır zədələnməsində kontrlateral böyrəyin fəaiyyətini yoxlamadan cərrahın əməliyyatın aparılmasının hüquq əhəmiyyəti necədir?
A) Əgər böyrək adı ölçüdədirsə ixtiyarı var

B) Nefroektoriya etmək hüququ yoxdur

C) Əgər böyrək hərəkətlidirsə ixtiyarı var

D) Əgər böyrək ətrafında hematoma yoxdursa ixtiyarı var

E) Nefroektomiya etmək hüququ var
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
570) Böyrək travmasında cərrahi müalicəyə göstəriş nədir?
A) Peritonarxası hematomanın artması ilə laxtalarla olan profuz hematuriya

B) Kontrlateral böyrənin normal funksiyası

C) Mikrohematuriya

D) Makrohematuriya

E) Ekskretor uroqramma zamanı zədələnmiş böyrəkdə kontrast maddənin süzülməməsi
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
571) Böyrək travmasında nefrektomiya göstərişdir?
A) Böyük peritonarxası hematomada

B) Hamısı

C) Ahıl yaşlı şəxslərdə

D) Kontrlateral böyrənin fəaliyyəti normal olan və böyrək qırılması olan şəxslərdə

E) Ağır şok keçirdən şəxslərdə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
572) Böyrəyin сırılmasına görə aparılan rezeksiya əməliyyatı zamanı böyrəyin qan dövranı 30 - 40 dəqiqə saxlanılır.Bu hansı şərt daxilində mümkündür?
A) Damarların perfuziyasında məqbuldur

B) Bütün sayılanlar ola bilər

C) Trental, venorutin, heparin, laziksin yeridilməsi zamanı məqbuldur

D) Hipotermiya şəraitində məqbuldur

E) Heç biri
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
573) Kasacıq ləyən sisteminin pozulması ilə gedən böyrək travmalarında oqransaxlayıcı əməliyyat mütləq qurtarmalıdır?
A) Ləyənə halqavari drenaj qoymaq

B) Nefrostomiya ilə

C) Sidik axarının intubasiyası ilə

D) Ləyəni drenaj etmədən

E) Pielostomiya ilə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
574) Böyrək cırılmasına görə əməliyyatdan sonra daha çox məqsədə uyğundur?
A) Yaranın qapalı tikilməsi

B) Yaranın 8 vari ipək sapla tikilməsi

C) Bel nahiyəsindəki yaraya ikincili tikiş

D) Yaranın açıq aparılması

E) Peritonarxası sahəni drenaj etməklə yaranın qatbaqat tikilməsi
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
575) Böyrək travmasından sonraki arterial hipertenziyanın səbəbi nədir?
A) Bu amillərdən heç birisi

B) Böyrəkətrafı və subkapsuldar hematoma nəticəsində böyrək parenximasının sıxılması

C) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma

D) Böyrəyi qidalandıran damarların zədələnməsi

E) Böyrək sinusunun toxumalarına daxil olmaqla böyrək qapısı nahiyəsində hematoma və böyrəyi qidalandıran damarların zədələnməsi
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A., Urologiya 1989
576) Böyrək travmasından sonra sadalananlardan biri istisna olmaqla bütün göstərilənlərin baş verməsi mümkündür?
A) Hidronefrozun

B) Nefrolitiazin

C) Böyrək büzüşməsi

D) İrinli pielonefritin

E) Şişlərin
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
577) Böyrəklərin subkapsulyar zədələnmələri üçün xarakter deyil?
A) Qənaətbəxş ümumi vəziyyət

B) Hematuriya

C) Peritonarxası hematoma

D) Tez keçən şok

E) Ağrı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
578) Böyrək travmasından sonra sadalananlardan biri istisna olmaqla, kəskin pielonefritin inkişafı üçün bütün göstərilən əlamətlər mümkündür?

A) Titrətmələr

B) Heç biri

C) Anemiya

D) Piuriya

E) Uzunmüddətli yüksək hərarət


Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
579) Böyrəyin açıq travmasından sonra sidik fistulası əmələ gəlib. Bu nə əlaqədardır?
A) Böyrəyin beyin qatının zədələnməsi ilə

B) Böyrək ləyənin zədələnməsi ilə

C) Böyrəyin fibroz kapsulasının zədələnməsi ilə

D) Böyrəyin qabıq qatının zədələnməsi ilə

E) Böyrək damarlarının zədələnməsi ilə
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
580) Xəstədə böyrəyin izolə olunmuş travmasından sonra hematuriya olmadan qan təzyiqinin kəskin düşməsi, anemiya müşahidə olunur. Bu hal nə ilə əlaqədardır?
A) Böyrəkətrafı toxumaların zədələnməsi ilə

B) Böyrəyin qabıq maddəsinin zədələnməsi ilə

C) Böyrəyin damarlarının zədələnməsi ilə

D) Böyrəyin kapsulasının zədələnməsi ilə

E) Böyrəyin beyin qişası və ləyənin zədələnməsi ilə
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
581) Böyrək travmasında orqan saxlayıcı əməliyyatlara nə göstəriş deyil?
A) Böyrəyin aşağı qütbünün zədələnməsi

B) Böyrəyin yuxarı qütbünün zədələnməsi

C) Böyrəyin orta seqmentinin zədələnməsi

D) Böyrəyin subkansuldar cırılması

E) Böyrəyin dağılması
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
582) Böyrəklərin açıq zədələnməsində urosepsis inkişaf edərsə müalicə belə aparılmalıdır?
A) Konservativ- dezintoksikasiyon və antibakterial

B) Böyrək və peritoparxası sahənin drenac

C) Cərrahi - peritonarxası sahənin drenacı

D) Cərrahi- nefrektomiya

E) Cərrahi- böyrəyin dekapsulyasiyası
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
583) Böyrəyin qapalı zərələnməsində ekspres diaqnostika üçün nə tətbiq edilir?
A) KT müayinəsi

B) Ekskretor uroqrafiya və ultrasonoqrafiya

C) Böyrək və sidik yollarının adi rentqenoqrafiyası

D) Xromosistoskopiya

E) Radioizoton renoqrafiya və qarın aortaqrafiyası
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
584) Mama - ginekoloji praktikada ən çox sidik axarları zədələnir?
A) Yuxarı 1/3 –də

B) Aşağı 1/3 – də

C) Sidik kisəsinin travması ilə birlikdə

D) Orta 1/3-də

E) Eyni zamanda hər 2 sidik axarları
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
585) Əməliyyat zamanı sidik axaranın bağlanmasına və ya zədələnməsinə şübhə olanda diaqnozu dəqiqləşdirmək üçün həyata keçirilir?
A) Xromosistoskopiya və sidik axarının kateterizasiyı

B) Ekskretor uroqrafiya, xromosistoskopiya və sidik axarının kateterizasiyası

C) Böyrək və sidik yollarının adi rentgenoqramı

D) Böyrəklərin ultrasonoqrafiyası

E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
586) Əgər təsadüfən sidik axarına qoyulmuş liqatura əməliyyatdan bir neçə saat sonra çıxarılmışsa çapıqlı stenozun profilaktikası məqsədi ilə nə etmək lazımdır?
A) Nefrostomiya

B) Pielostomiya

C) Sidik axarının intubasiyası (stend)

D) Nefroektomiya

E) Heç nə etmək lazım deyil
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
587) Sidikliyin peritondaxili travmasında sidiklikdən kateter ilə alınmış mayenin tərkibində sadalananlardan nəyi müəyyən etmək lazımdır?
A) Qalıq azotu və ya sidik cövhərini

B) Eritrositləri

C) Zülalı

D) Silindirləri

E) Leykositləri
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
588) Sidikliyin yatrogen səbəbli zədələnmələri ola bilər:
A) Sidikliyin kateterizasiyasında

B) Çanaq sümüklərinin sınığında

C) Düzgün cavab yoxdur

D) Ginekoloji operasiyaların gedişində zədələnir

E) Qarına zərbədən
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
589) Sidikliyin peritondaxili zədələnmələri daha çox rast gəlir?
A) Qarınının əzilməsi (dolu sidik kisəsi fonunda)

B) Doğuş travması

C) Prostat vəzi adenomasının transuretral rezeksiyasında sidikliyin perforasiyası

D) Çanaq sümüklərinin sınığı

E) Ginekoloji operasiyaların gedişində travma
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
590) Sidikliyin peritondaxili travmasının əlamətləri aşağıdakılardır?
A) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması

B) Qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi

C) Siyimənin və siyiməyə çağırışın uzun müddət olmaması və qarının ön divarının perkusiyasında qasıq üstü nahiyyədə timpanik səsin eşidilməsi

D) Qarının ön divarı əzələlərinin gərginliyi və qarının ön divarının toxumalarının şişkinliyi

E) Qasıq üstündə tam dolmuş sidikliyin palpasiyası
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə