Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Sidikliyin peritonxarici zədələnməsində vacib lazım olan rentgenoqrafik müayinə hansıdır?



Yüklə 0,97 Mb.
səhifə11/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

591) Sidikliyin peritonxarici zədələnməsində vacib lazım olan rentgenoqrafik müayinə hansıdır?
A) Uretroqrafiya

B) Retroqrad uretrosistoqrafiya

C) Pnevmosistoqrafiya

D) Sistoskopiya

E) Adi uroqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
592) Sidikliyin peritonxarici cırılmasına şübhə olduqda vacib olmayan müayinə üsulu hansıdır?
A) Retroqrad ekskretor uroqrafiya

B) Qalxan sistoqrafiya

C) Sidikliyin kateterizasiyası

D) Ekskretor uroqrafiya

E) Zeldoviç sınağı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
593) Sidikliyin travmasına görə sistoqrafiya zamanı sidikliyə yeridilən kontrast maddənin miqdarı neçə ml.-dən artıq olmamalıdır?
A) 30-50 ml

B) 10-12 ml

C) 380-400 ml

D) 100-150 ml

E) 200-300 ml
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
594) Sidikliyin peritondaxili travmasında nəyi tətbiq etmək lazımdır?
A) Daimi kateter

B) Kiçik çanağın bağlıyıcı dəlikdən drenacı

C) Episistostomiya və laporotomiya

D) Qarına buz qoymaq

E) Antibakterial maddələr
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
595) Sidikliyin travması zamanı xəstələrin konservativ müalicəsi nə vaxt həyata keçirilir?
A) Peritoarxası toxumaların fleqmonası və sidikliyin natamam cırılması olduqda

B) Sidikliyin selikli qişasının cırılması olduqda

C) Sidikliyin peritondaxili hissəsinin 1-2 sm uzunluğunda cırılması olduqda

D) Periton arxası hematoma və sidikliyin natamam cırılması olduqda

E) Sidikliyin peritonxarici hissəsinin 1-2 sm uzunluğunda cırılması olduqda
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
596) Sidikliyin travmasında təcili cərrahi müalicəyə göstəriş nədir?
A) Makrohematuriya, yalançı çağırışlar və həddindən artıq dolmuş sidiklik.

B) Çanaq sümüklərinin yerdəyişən sınıqları, normal siyimədə böyük peritonxarici hematoma və makrohematuriya

C) Sidikliyin kateterizasiyasında 1500 ml-ə qədər sidik xaric olarsa və kateterizasiyaya qədər qasıq üstü nahiyədə perkutor olaraq timpanik səs

D) Bütün hallarda

E) Qarına zərbə vurduqdan sonra qarının yan hissələrində perkutor səsin kütləşməsi müəyyən edilir.
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
597) Sidik kisəsini dəlib keçməyən travmalar zamanı müalicə taktikası nədən ibarətdir?
A) Episistotomiya

B) Antibakterial müalicə

C) Hemostatik terapiya

D) Təcili əməliyyat

E) Sidik kisəsinin kateterizasiyası,antibakterial və hemostatik müalicə
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
598) Sidiklik travmasında istifadə olunan tikiş materialları hansılardır?
A) İpək sap

B) Kapron

C) Xromketqut

D) Dakron

E) Ketqut
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
599) Kiçik çanağın Buyalski-Mak-Uerter üsulu ilə drenaj olunmasına göstəriş nədir?
A) Sidikliyin izolə olunmuş peritondaxili travması

B) Sidikliyin peritonxarici cırılması və böyük hematoma

C) Sidikliyin qarındaxili travması və peritonarxası böyük hematoma

D) Sidikliyin peritonxarici travması və paravezikal və çanaq toxumalarının irinləşməsi

E) Sidiklik böynunun uretradan tam qırılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
600) Böyrək damarlarının zədələnməsində (qırılmasında) nə müşahidə olunmur?
A) Arterial təzyiqin düşməsi

B) Anemiya

C) Nəbzin pisləşməsi

D) Hematuriya

E) Şok
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
601) Böyrəklərin izolə olunmuş instrumental zədələnmələrinin əsas müalicəsi nədir?
A) Heç biri

B) Müalicə tələb etmir

C) Perkutan nefrostomiya tələb edir

D) Cərrahi

E) Konservativ
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
602) Uretranın dəlib keçən yarası hansılardır?
A) Selikli qişanın cırılması

B) İnstrumental cırılma

C) Selikli qişa və mağaralı cismin cırılması

D) Fibroz qişa və mağaralı cismin cırılması

E) Uretranın bütün qatlarının məhdud və ya total şəkildə cırılması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
603) Uretranın dəlib keçməyən yarasına aiddir?
A) Uretranın bütün qişalarının cırılması

B) Selikli qişanın cırılması

C) Sadalananlardan hər biri

D) Uretranın bütün qişalarının məhdud bir hissədə cırılması

E) Heç biri
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
604) Sadalananlardan biri istisna olmaqla digərləri uretranın travmasının əsas simptomlarına aiddir?
A) Qasıqüsti və ya aralıq hematoması

B) Tez-tez, ağrılı siyimə

C) Makrohematuriya

D) Siymənin ləngiməsi

E) Uretrargiya
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
605) Uretranın sallanan və aralıq hissəsinin zədələnməsinə sadalananlardan biri istisna olmaqla bütün göstərilən simptomlar aiddir?
A) Çanağın hematoması

B) Başlancıq hematuriya

C) Uretranın fistulası

D) Uretroragiya

E) Aralığın şiş və hematoması, sidiyin ləngiməsi
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
606) Geniş hematoma hansı zədələnmə üçün xarakterikdir?
A) Uretranın sallanan hissəsinin dəlib keçməyən zədələnməsi

B) Uretranın aralıq hissəsi

C) Heç biri

D) Uretranın ön hissəsi

E) Uretranın sallanan hissəsinin dəlib keçən zədəsi
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
607) Uretranın travmasında diaqnostik kateterizasiya məqsədəuyğundur?
A) Ancaq elastik kateterlə

B) Hökmən lazımdır

C) Ancaq metal kateterlə

D) Məqsədəuyğun deyil

E) Məqsədəuyğundur
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
608) Uretranın travmasında əsas diaqnostik metod?
A) Ekspretor uroqrafiya

B) Qalxan uretrosistoqrafiya

C) Bütün sadalanlar

D) Enən sistouretroqrafiya

E) Pnevmosistoqrafiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
609) Uretranın travmasında uretroqrammada olan xarakterik əlamətlər?
A) Kontrast maddənin ətraf toxumalara axıntısı ilə ancaq uretranın kontrast maddə ilə dolması

B) Sidiklik dolmadan ancaq uretranın kontrast maddə ilə dolması

C) Kontrast maddənin ətraf toxumalara axıntısı olmadan uretranın sıxılması

D) Uretra-venoz reflyuks

E) Kontrast maddənin ətraf toxumalara axıntısı
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
610) Uretranın izolə olunmuş zədələnməsinin əsas müalicə üsulları?
A) Sistostomiya + urohematomanın aralıqdan drenajı və uretraya daimi kateterin qoyulması

B) Sistostomiya + kiçik çanağın drenacı

C) Sistostomiya+ urohematomanın aralıqdan drenajı

D) Sistostomiya

E) Daimi kateterin qoyulması
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
611) Uretra travmasının erkən fəsadlarına aiddir?
A) Qanaxma

B) Çanaq və aralığın flebiti, urosepsis

C) Çanaq və aralığın toxumalarına sidik axıntısı , qanaxma

D) Uretranın strikturası və sidik fistulası

E) Hematoma
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
612) Uretranın daralmasının əsas səbəbləri?
A) Zədələnmiş uretra uclarının ayrılması və yarılmış urohematoma?

B) Hematoma

C) Çoxlu qanitirmə

D) Çanağın flebiti

E) Cərrahi əməliyyatın yubanması
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
613) Uretroragiya uretranın hansı hissəsinin travmasında təhlükəli xarakter daşıya bilər?
A) Uretranın mağaralı və prostat vəzi hissəsi

B) Süngəri hissənin

C) Uretranın selikli qişasının

D) Uretranın interstiyasının

E) Prostat vəzinin
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.

Bölmə 9. Uroonkologiya

614) Böyrək parenximasının xoşxassəli epitel mənşəli şişlərinə aiddir?
A) Fibroma

B) Adenoma

C) Angioma

D) Miksoma

E) Leyomioma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
615) Böyrək parenximasının bədxassəli epitel mənşəli şişlərinin düzgün adı nədir?
A) Böyrək xərçəngi

B) Xırda hüceyrəli xərçəng

C) Böyrəyin adenoması

D) Hiperfroid xərçəng

E) Hiperfroma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
616) Şişin ilk əlaməti aşağıdakılardan hansı biri olduqda, böyrək xərçəngi olan xəstələrdə nefrektormiyadan sonra 5 illik sağalma daha çox müşahidə edilir?
A) USM-də təsadüfən aşkar edilmə

B) Fəaliyyətsiz böyrək

C) Əllənən şiş

D) Hematuriya

E) Temperatur
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
617) Böyrək parenximasının şişlərinə rast gəlinir?
A) Kişilərdə qadınlara nisbətən 5 dəfə çox

B) Qadınlarda kişilərə nisbətən 5 dəfə çox

C) Xəstəliyin rastgəlmə tezliyi eynidir

D) Kişilərdə qadınlara nisbətən 2 dəfə çox

E) Qadınlarda kişilərə nisbətən 2 dəfə çox
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
618) Böyrək parenximası şişlərinin ən çox yayılmış təsnifatı hansıdır?
A) Floks və Kadeskinin (1956)

B) T.N.M Beynəlxalq xərçəng əleyhinə ittifaqın (2004)

C) S. Petkoviçin (1956)

D) N.A. Lopatkin və başqalarının (1972)

E) S.P. Fedorovun (1923)
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
619) Böyrək şişlərinin əmələ gəlməsində daha çox əhəmiyyət verilir?
A) Qlomerulonefritə

B) Böyrəyin travmasına

C) Böyrək və sidik yollarının inkişaf qüsurlarına

D) Hormonal disbalansa

E) Böyrək parenximasındakı iltihabi prosesə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
620) Böyrək xərçəngində daha çox zədələnir?
A) Yuxarı seqment

B) Aşağı seqment

C) Hansının daha çox olması müəyyən edilməyib

D) Mərkəzi seqment

E) Bütün seqmentlər eyni dərəcədə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
621) Böyrək şişləri arasında daha çox müşahidə olunur?
A) Hemartomlar

B) Lİmfangiomalar

C) Epitelial şişlər

D) Böyrəküstü vəzi quruluşlu şişlər

E) Hemangiomalar
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
622) Böyrək xərçənglərində metaztas daha çox müşahidə olunur?
A) Qara ciyərdə

B) Ağ ciyərdə

C) Kontralateral böyrəkdə

D) Böyrəküstü vəzidə

E) Beyində
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
623) Böyrək şişlərində limfogen metastazlara daha çox rast gəlinir?
A) Paraaortal və parakaval limfa düyünlərində

B) Divararalığında

C) Boyun nahiyəsindəki limfa düyünlərində

D) Körpücüküstü limfa düyünlərində

E) Qasıq nahiyəsindəki limfa düyünlərində
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
624) Böyrək xərçəngində şiş trombları daha çox müşahidə olunur?
A) Böyrək arteriyasında

B) Böyrək venasında və aşağı boş venada

C) Çanaq venalarında

D) Paravertebral venalarda

E) Xaya venasında
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
625) Böyrək xərçəngində olmur?
A) Anemiya

B) Hiperpireksiya

C) Arterial hipertenziya

D) Polisitemiya

E) Eozinofiliya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
626) Böyrək parenximası şişlərinin əsasən ilk əlaməti sayılır?
A) Subfebril temperatur

B) Hematuriya

C) Böyümüş böyrəyin əllənməsi

D) Beldə ağrılar

E) Anemiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
627) Sidik kisəsi daxili immunoterapiaya və kimyaterapiya nə məqsədlə aparılır?
1.Residivin qarşısını almaq üçün

2.Şiş hüceyrələrinin implantasiyasının profilaktikası üçün

3.Makrohematuriyanın profilaktikası üçün

4.MOrqanizmin immun sistemini qüvvətləndirmək üçün
A) 2,3

B) 1,2


C) 3,4

D) Yalnız 3

E) Yalnız 4
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
628) Böyrək şişi böyrəkətrafı piy toxumasına,böyrəküstü vəziyə invaziya edib,lakin retrorenal fassiyadan kənara çıxmayıb.Bu TNM sisteminin hansı mərhələsinə uyğundur?
A) T2 N0 M0

B) T1 N0 M0

C) T4 N1 M1

D) T3b N0 M0

E) T3a N0 M0
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
629) Böyrək parenximası şişlərinin diaqnostikasında sistoskopiya müəyyən etməyə kömək edir?
A) Şişin quruluşunu

B) Xəstəliyin tərəfini

C) Xəstələnmiş böyrəyin fəaliyyəti

D) Metastasın olmasını

E) Sağlam böyrəyin fəaliyyətini
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
630) Böyrək şişindən şübhələndikdə xəstənin müayinəsini nədən başlamaq məqsədəuyğundur?
A) Ultrasonoqrafiyadan

B) Aortoqrafiyadan

C) Retroqrad ureteropieloqrafiyadan

D) Ekskretor uroqrafiyadan

E) Radioizotop renoqrafiyadan
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
631) Böyrək şişinin diaqnostikasında retroqrad ureteropieloqrafiya sayılır?
A) Etibarlı

B) Təhlükəli

C) Ümumi qəbul olunmuş

D) Etibarsız

E) Təhlükəsiz
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
632) Böyrək xərçəngində aortaqrammalarda nə müşahidə olunmur?
A) Geniş böyrək arteriyası

B) Böyrəyin müxtəlif hissələrində lakunalar və gölməçələr

C) Böyrək parenximasında azdamarlı zonalar

D) Böyrəyin magistral damarlarının nazikləşməsi

E) Orqandaxili damarların deformasiyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
633) Xərçənglə əlaqədar böyrəyin çıxarılmasında ilk növbədə hansının bağlanması yolverilməzdir?
A) Böyrək arteriyasının

B) Xaya venasının

C) Böyrək venasının

D) Böyrək ləyəninin

E) Bütün böyrək ayaqcığının
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
634) Bədxassəli şişin yeganə böyrəyin qütblərindən birində yerləşməsi zamanı yerinə yetirilməlidir?
A) Böyrəyin rezeksiyası

B) Nefrektomiya

C) Seqmentar arteriyanın embolizasiyası

D) Xəstəni müşahidə etmək

E) Şişin kəsilib götürülməsi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
635) Böyrəyin qeyri operabel xərçəngində hematuriyanı konservativ yollarla saxlamaq mümkün olmadıqda, lazımdır?
A) Böyrək arteriyasının embolizasiyasını aparmaq

B) Konservativ və simptomatik müalicəni davam etdirmək

C) Nefrektomiyanı həyata keçirmək

D) Nefrostoma

E) Tez-tez təzə qan köçürməsini təşkil etmək
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
636) 6 aydan 5 yaşadək uşaqlarda ən çox rast gəlinən böyrək şişi?
A) Teratoma

B) Yastıhüceyrəli xərçəng

C) Sarkoma

D) Açıqhüceyrəli

E) Vilms şişi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
637) Vilms şişi histoloji olaraq hansı toxumadan təşkil olunub?
A) Epitelial hüceyrələrdən

B) Differensiasiya olunmamış embrional şişli toxumadan

C) Yuxarıda sadalananların hamısından

D) Qığırdaq və əzələ toxumadan

E) Birləşdirici toxuma hüceyrələrindən
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
638) Uşaqlarda böyrəyin embrional şişi zamanı nə tətbiq edilir?
A) Müalicənin cərrahi metodu

B) Dərman terapiyası

C) Bütün sadalanan metodlarla kompleks müalicə

D) Kompleks cərrahi və şüa müalicəsi

E) Şüa terapiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
639) Uşaqlarda böyrəyin şişində daha rahatdır?
A) Noqamasu yanaşması

B) Torakoabdominal yanaşma

C) Transtorakal yanaşma

D) Bel yanaşması

E) Transperitoneal yanaşma
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
640) Sidik axarının papilyar şişlərinə daha çox rast gəlinir?
A) Orta üçdə birdə

B) Aşağı üçdə birdə

C) Yuxarı üçdə birdə

D) Ləyən-sidikaxarı seqmentində

E) Sidik axarının istənilən hissəsində eyni tezlikdə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
641) Sidik axarı və böyrək ləyəninin şişlərinə kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir. Bu nisbət təşkil edir?
A) 1:2

B) 10:1


C) 2:1

D) 3:1


E) 5:1
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
642) Böyrək ləyəninin şişlərində daha çox müşahidə olunur?
A) Hematuriya

B) Böyrəyin əllənməsi

C) Ağrı

D) Subfebril temperatura



E) Proteinuriya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
643) Böyrək ləyəninin xərçəngində ən vacib müayinə üsulu hansıdır?
A) İnfuzion uroqrafiya

B) Böyrəyin skanirlənməsi

C) Retroqraf ureteropieloqrafiya

D) Böyrək və sidik yollarının icmal rentgenoqrafiyası

E) USM
Ədəbiyyat: Böyrək xərçəngi olan xəstələrdə polisitemiya
644) Böyrək xərçəngində şüa terapiyasından nə zaman istifadə olunur?
A) Nefrektomiyadan sonra bütün xəstələrdə

B) Böyrək venasının şiş tromblarında

C) Limfogen metastazlar və böyrək venasının şiş tromblarında

D) Limfogen metastazlarda

E) Heç biri
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
645) Sidik axarının aşağı üçdə birinin papilyar xərçənginə görə sidik kisəsinin rezeksiyası ilə birlikdə olunan nefroureteroektomiyadan sonra göstərişdir?
A) Yuxarıda sadalananların hamısı

B) Dispanser nəzarət

C) Hormonoterapiya

D) Şüa terapiyası

E) Kimyaterapiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
646) Böyrək şişləri zamanı orqansaxlayıcı əməliyyata mütləq göstəriş hansıdır?
A) Hamısı

B) Vahid funksiyalı böyrəyin şişi

C) Hər iki böyrəyin şişi

D) Xroniki böyrək çatışmazlığı

E) Yeganə böyrəyin şişi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
647) Sol böyrəyin xərçəngi və sağ ağciyərin yuxarı seqmentinin tək-tək metastazlarında nefrektomiya?
A) Yalnız gənclərdə göstərişdir

B) Yaşlılarda göstəriş deyil

C) Göstəriş deyil

D) Yalnız yaşlılarda göstərişdir

E) Göstərişdir
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
648) 56 yaşlı xəstə kişi poliklinikanın uroloquna sidikdə birdən qan görünməsi şikayəti ilə müraciət edib. Bu gün səhər sidikdə soxulcanabənzər laxtalar olmuşdur. Hematuriya davam edir. Başqa şikayətlər yoxdur. Daha çox ehtimal olunan diaqnoz?
A) Sidik daşı xəstəliyi

B) Sidik kisəsinin şişi

C) Sidik axarının şişi

D) Hemorragik sistir

E) Böyrək şişi
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
649) Sidik kisəsi şişinin yaranmasına imkan yaradan faktorlara aiddir?
A) Xroniki iltihabi xəstəliklər

B) Analin rəngləyicilər

C) Siqaret çəkmə

D) Bütün sadalananlar

E) Orqanizmin immun reaksiyasının pozulması
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
650) Sidik kisəsi şişinin xüsusi çəkisi insanın digər şişləri arasında təşkil edir?
A) 15-20 %

B) 3-4 %


C) 50-60 %

D) 40-50 %

E) 20-30 %
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
651) Sidik kisəsi şişləri arasında daha çox müşahidə olunur?
A) Papilloma və xərçəng

B) Sarkoma

C) Mioma

D) Fibroma

E) Hematoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
652) TNM Beynəlxalq xərçəng əleyhinə ittifaqın təsnifatına görə sidik kisəsi xərçəngində T 2 simvolu bildirir?
A) Şiş dərin əzələ təbəqəsinə infiltrasiya edir

B) Şiş epitelaltı birləşdiriji toxumanı infiltrasiya edir və əzələ qişasına yayılmır

C) Şiş əzələ təbəqəsinin səthinə infiltrasiya edir

D) Epitelin səthi invaziyasını

E) Şiş sidik kisəsinin bütün təbəqələrinə yayılır
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
653) İlkin diaqnostika zamanı sidik kisəsinin keçid-hüceyrəli karsinomasının neçə faizi qeyri-invaziv olur?

A) 25-30 %

B) 5-10 %

C) 70-75 %

D) 30-40 %

E) 15-20 %


Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
654) Sidik kisəsi şişlərinin əlamətləri arasında ən çox rast gəlinən?
A) Sidiyə getmənin çətinliyi

B) Ağrılar

C) Hiperpireksiya

D) Dizuriya

E) Hematuriya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
655) Hematuriyanın mənbəyinin dəqiqləşdirilməsi üçün müayinəni başlamaq lazımdır?
A) Ekskretor uroqrafiyadan

B) Radioizotop müayinəsindən

C) Ultrasəs müayinəsindən

D) Sidiyin ümumi analizindən

E) Sistoskopiyadan
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
656) Sidik kisəsinin şişindən şübhələndikdə müayinəni başlamaq lazımdır?
A) Sistoskopiyadan

B) Sidik yollarının icmal rentgenoqramfiyasından

C) Kompüter tomoqrafiyasından

D) Ultrasəs müayinəsindən

E) Ekskretor uroqrafiyadan
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
657) Sidik kisəsinin xərçəngi daha çox yerləşir?
A) Lyeto üçbucağı zonasında

B) Boyun nahiyəsində

C) Zirvədə

D) Sağ yan divarda

E) Sol yan divarda
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə