Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Sidik kisəsi şişinin klinikası üçün xarakterikdir?



Yüklə 0,97 Mb.
səhifə12/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

658) Sidik kisəsi şişinin klinikası üçün xarakterikdir?
A) Hematuriya və dizuriya

B) Ağrılar

C) Hiperpireksiya

D) Dizuriya

E) Hamısı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
659) Sidik kisəsinin xərçəngində metastazlar daha çox harada müşahidə olunur?
A) Ağ ciyərlərdə

B) Regionar limfa düyünlərində

C) Sümükdə

D) Qara ciyərdə

E) Dalaqda
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
660) Sidik kisəsinin qeyri-invaziv şişlərinin neçə faizi sonrakı gedişatlarında invaziv olur?
A) 20-30 %

B) 10-15 %

C) 3-5 %

D) 50-60 %

E) 15-20 %
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
661) T3 No Mo mərhələsində sidik kisəsi xərçənginin cərrahi müalicəsi necə aparılır?
A) Sidik kisəsinin rezeksiyası

B) Ureterosistoneostomiya

C) Elektrokoaqulyasiya

D) Sistektomiya

E) Transuretral elektrorezeksiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
662) Sidik kisəsi xərçəngində transuretral elektrorezeksiya qeyri radikaldır?
A) T4 mərhələsində

B) T2 mərhələsində

C) T3 mərhələsində

D) T1 mərhələsində

E) T3 və T4 mərhələlərində
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
663) Sidik kisəsi xərçənginin T 4 mərhələsində istifadə olunur?
A) Konservativ müalicə

B) Elektrokoaqulyasiya

C) Transuretral elektrorezeksiya

D) Sistektomiya

E) Sidik kisəsinin rezeksiyası
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
664) T 4 mərhələli uzaq metastazları olan sidik kisəsi xərçəngində hansı əlillik dərəcəsi təyin olunur?
A) I qrup bir ildən sonra təkrar müayinə ilə

B) III qrup ömürlük

C) II qrup ömürlük

D) II qrup bir ildən sonra təkrar müayinə ilə

E) I qrup ömürlük
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
665) Kişilərdə uretranın xoşxəssəli şişlərindən hansı daha çox müşahidə olunur?
A) Fibroma

B) İtiuclu kondiloma

C) Poliplər

D) Papillomalar

E) Karbunkullar
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
666) Qadın uretrasının xoşxassəli şişini bədxassəlidən hansı yolla differensasiya edirlər?
A) Uretroskopiya ilə

B) Biopsiya ilə

C) Hamısı düzdür

D) Biopsiya və yaxmanin sitoloji müayinəsi

E) Yaxmanin sitoloji müayinəsi
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
667) Morfoloji cəhətdən uretranın xərçəngi daha çox hansıdır?
A) Yastıhüceyrəli

B) Papillyar

C) Vəzili

D) Polimorfhüceyrəli

E) Keçidhüceyrəli
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
668) Uretranın xoşxassəli şişlərində istifadə olunur?
A) Uretranın rezeksiyası

B) Dinamik müşahidə

C) Konserativ müalicə

D) Şüa terapiyası

E) Elektrokoaqulyasiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
669) Prostat vəzinin adenomasının inkişafına kömək edir?
A) Cinsi ifratçılıq

B) Prostat vəzində xroniki iltihabi proses

C) Virus infeksiyası

D) İrsiyyət

E) Orqanizmdəki hormonal dəyişiklik
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
670) Prostat vəzin adenoması daha çox hansı yaşda rast gəlinir?
A) 60

B) 40


C) 55

D) 80


E) 50
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
671) Aşağıdakılardan biri prostat vəzin adenomasında kəskin sidik tutulmasını yaradan faktorlardan deyil?
A) Detruzorun tonusunun qəfildən azalması (sidiyin həddən artıq saxlanması)

B) Uretranın selikli qişasının və prostatın ödemi

C) Uretranın prostatın adenoması ilə sıxılması və deformasiyası

D) Sidik kisəsi sfinkterinin spazmı və innervasiyasının pozulması

E) Kiçik çanaqda venoz durğunluq (kongestiya)
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
672) Prostatın adenomasının mərhələsi nəyə əsasən müəyyən edilir?
A) Xəstəliyin davametmə müddətinə görə

B) Əmələ gəlmiş fəsadlara görə (sidik kisəsindəki daşlar, xronik piolenefrit və s.)

C) Prostat vəzin adenomasının ölçüsünə görə

D) Detruzorun yığılma qabiliyyətini itirməsinə və qalıq sidiyin miqdarına görə

E) Böyrəyin funksiyasının pozulmasının dərəcəsinə görə
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
673) Xəstəlik fəsadsız keçdikdə adenomektomiyadan qabaq sadalananlardan biri istina olmaqla aşağıdakı bütün obyektiv müayinələr göstərişdir?
A) Sidik kisəsi nahiyəsinin perkussiya və palpasiyası

B) Böyrək, sidik kisəsi və prostatın ultrasəs müayinəsi

C) Xromosistoskopiya

D) Heç biri

E) Prostatın barmaqla rektal müayinəsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
674) Prostat vəzin adenomasının müalicəsində əməliyyatın növünün seçilməsində nəyin yerinə yetirilməsi zəruridir?
A) Prostat vəzin skenləşdirilməsinin

B) Böyrəyin skenləşdirilməsinin

C) Böyrəyin dinamik sintiqrafiyasının

D) Böyrək və sidik yollarının ultrasəs müayinəsinin

E) Onurğanın və çanaq sümüyünün skenləşdirilməsinin
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
675) Prostat vəzin adenomasının I mərhələsi üçün nə xarakterikdir?
A) Azotemiya

B) Qalıq sidik 100 ml

C) Aralıqda ağrılar

D) Sidiyə getmənin çətinləşməsi

E) Prostat vəzi böyüyüb, gərginləşib, ağrılıdır
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
676) Aşağıdakılardan biri prostat vəzin adenomasının II mərhələsi üçün xarakterik deyil?
A) Qalıq sidik 100 ml

B) Sidiyin axması

C) Kəskin sidik tutulması

D) Qalıq sidik 1000 ml

E) Gecə tez-tez sidiyə getmə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
677) Prostat vəzin adenomasının III mərhələsi üçün xarakterikdir?
A) Aralıqda ağrılar

B) Qalıq sidik 300 ml

C) Daşvari bərklikli, ağrısız prostat vəzi

D) Sidiyə getmənin çətinləşməsi

E) Paradoksal işuriya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
678) Kəskin pielonefritlə fəsadlaşmış prostatın adenoması olan xəstələrdə təcili birmərhələli adenomektomiyaya mütləq göstərişdir?
A) Adenomanın subtriqonal yerləşməsi

B) Prostat vəzin adenomasının III mərhələsi

C) Prostat vəzin adenomasının I mərhələsi

D) Adenoma düyünlərinin endovezikal yerləşməsi

E) Prostat vəzin adenomasının II mərhələsi, ikitərəfli hidroureter
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
679) Prostat vəzin adenoması zamanı sistostomiyaya göstərişdir?
A) Xəstənin ahıl yaşı

B) Adenoma və xroniki pielonefrit

C) Prostat vəzin adenomasının II mərhələsi, kəskin pielonefrit, ahıl yaş

D) Adenomanın subtriqonal yerləşməsi

E) Prostat vəzin adenomasının I mərhələsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
680) Prostat vəzinin adenoması zamanı transuretral elektrorezeksiyaya göstəriş nədir?
A) Böyük ölçülü adenoma

B) Adenomanın I mərhələsi və fibroz forması

C) Adenomanın subtriqonal yerləşməsi

D) Adenomanın III mərhələsi

E) Adenomanın fibroz forması
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
681) 60 yaşlı xəstə,ilkin kəskin sidik ləngiməsi ilə 2 dəfə kateterizasiya edilib,sonra sidik aktı bərpa olunub,qalıq sidik 300 ml-dir.USM-də ikitərəfli hidroureteronefroz, subtriqonal yerləşmiş, 6x5x4,5 sm ölçülü prostat vəzi qeyd edilir.Qan damar sistemi və ağ iyərlərdə yaşa uyğun dəyişikliklər var.Hb-120 q/l, EÇS-20 mm/saat-dır. Sidiyin xüsusi çəkisi 1006.Xəstəyə aşağıdakılardan hansı göstərişdir?
A) Transuretral elektrorezeksiya

B) Daimi kateterin qoyulması

C) Adenomektomiya

D) Perkutan nefrostomiya

E) Sistostomiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
682) 77 yaşlı xəstənin rektal müayinədə prostat vəzi bir qədər böyüyüb konsistensiyası daşvaridir.USM-da prostat vəzin sol payında hipoexogen sahə qeyd edilir,vəzin ölçüləri 2,8x3,5x3,4sm. Qalıq sidik-150ml-dir.Qanın və sidiyin ümumi analizi normaldır.Ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Xroniki prostatit

B) Marion xəstəliyi

C) Prostat vəzin vərəmi

D) Prostatın adenomasının II mərhələsi

E) Prostat vəzin xərçəngi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
683) Prostat vəzində daha çox rast gəlinir?
A) Fibroma

B) Xərçəng

C) Sarkoma

D) Leyomioma

E) Adenoma
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
684) Prostat vəzin xərçəngi hansı səbəbdən əmələ gəlir?
A) Adenoma

B) Hormonal pozuntular

C) Virus xəstəliyi

D) Ekzogen kanserogen maddələr

E) Xroniki iltihab
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
685) Prostat vəzin xərçəngi neçə yaşdan sonra müşahidə olunur?
A) 20 yaş

B) 10 yaş

C) 50 yaş

D) 30 yaş

E) 40 yaş
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
686) Barmaqla rektal müayinədə prostat vəzin xərçəngi üçün hansı dəyişikliklər xarakterikdir?
A) Prostat vəzi böyüyüb, paylararası şırım qalıb, səthi hamar deyil, yumşalma nahiyələri nisbətən bərk toxumalarla növbələşir

B) Prostat vəzi böyüyüb, səthi hamardır, konsistensiyası elastikdir, paylararası şırım hamarlaşıb, vəzin sərhədləri aydındır, palpasiya ağrısıdır.

C) Prostat vəzi bərkdir, ağrısızdır, səthi kələ-kötürdür.

D) Prostat vəzi bərk-elastik konsistensiyalı, paylarından birində yumşalma hissələri

E) Prostat vəzi bir payın hesabına böyüyüb, çox gərgindir və ağrılıdır
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
687) Sadalanan müayinələrdən hansı prostat vəzin xərçənginə düzgün diaqnoz qoymağa imkan verir?
A) Sümük iliyinin biopsiyası

B) Xarici cinsiyyət üzvlərinə baxmaq və palpasiyası

C) Prostat vəzin palpasiyası

D) Prostat vəzin biopsiyası

E) Sistoskopiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
688) Prostat vəzin xərçənginin yayılmasını müəyyən etmək üçün aşağıdakı rentgenoloji müayinələr zəruridir?
A) Limfoqrafiya

B) Ağciyər və çanaq sümüklərinin rentgenoqrafiyası

C) Ekskretor uroqrafiya

D) Lakunar sistoqrafiya

E) Çöküntü (qalıq) sistoqrafiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
689) T 1 No Mo mərhələsindəki prostat vəzin xərçəngi üçün xarakterikdir?
A) Prostat vəzi gərgin-elastik konsistensiyalı, ağrısız, böyüməyib, paylardan birində periperiya üzrə tək bərk düyün

B) Hematuriya

C) Kənarları qeyri dəqiq çox bərk olan prostat vəzi

D) Sidiyin ləngiməsi

E) Aralıqda ağrılar
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
690) T 2 No Mo mərhələsindəki prostat vəzin xərçənginin əsas əlaməti hansıdır?
A) Sidiyin axması

B) Kənarları qeyri dəqiq çox bərk olan prostat vəzi

C) Oma nahiyəsində ağrılar

D) Sidiyin ləngiməsi

E) Prostat vəzi böyümüşdür, ağrısızdır, gərgin-elastik konsistensiyalıdır, paycıqlardan biri həddən artıq bərkdir, kələ-kötürdür, vəzin sərhədləri dəqiq deyil
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
691) T 2 No M1 mərhələsindəki prostat vəzinin xərçənginin əsas simptomları hansıdır?
A) Oma nahiyəsində ağrılar

B) Sağ payın hesabına prostat vəzi böyüyüb, ağrısızdır, sol pay gərgin-elastik konsistensiyalıdır, sağ paycıq çox bərkdir və kələ-kötürlüdür, vəzin sərhədləri dəqiqdir

C) Uretroraqiya

D) Paradoksal işuriya

E) Hamısı düzdür
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
692) T4NxM2 mərhələsindəki fəsadlaşmış prostat vəzin xərçənginin simptomlarına aiddir?
A) Anuriya

B) Oma nahiyəsində ağrılar

C) Bütün sadalananlar

D) Aralıqdakı ağrılar

E) Hematuriya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
693) Kişilərdə ən çox rast gəlinən bədxassəli şiş aşağıdakılardan hansıdır?
A) Sidik kisəsinin xərçəngi

B) Böyrəyin xərçəngi

C) Prostat vəzin xərçəngi

D) Mədə xərçəngi

E) Cinsiyyət üzvünün xərçəngi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
694) Prostat vəzin xərçənginin ilkin kliniki əlaməti hansıdır?
A) İlkin əlamətlər yoxdur

B) Aralıqda ağrılar

C) Sidiyin ləngiməsi

D) Hematuriya

E) Dizuriya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
695) Prostat vəzin xərçənginin erkən diaqnostikasının əsas metodu?
A) Hormonal tarazlığın müayinəsi

B) Prostat vəzin barmaqla müayinəsi

C) PSA-nın təyini

D) Prostatın ultrasəs müayinəsi biopsiya ilə

E) 50 yaşdan yuxarı kişilərin sklet sümüklərinin rentqenoloji müayinəsi
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
696) Prostat vəzin xərçəngində metastazlara ən çox rast gəlinir?
A) Sümüklərdə

B) Peritonda

C) Ağ ciyərdə

D) Xayalarda

E) Qara ciyərdə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
697) Barmaqla rektal müayinə prostat vəzin xərçəngindən şübhələnməyə imkan verir?
A) 100 % xəstələrdə

B) 61-70 % xəstələrdə

C) 41-60 % xəstələrdə

D) 21-40 % xəstələrdə

E) 81-90 % xəstələrdə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
698) Prostat vəzin xərçənginin ilkin mərhələsində qan zərdabında PSA (prostat spesifik antigen) artması orta hesabla neçə faiz müşahidə olunur?
A) 10% xəstələrdə

B) Müşahidə olunmur

C) 20% xəstələrdə

D) 40% xəstələrdə

E) 30% xəstələrdə
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
699) Prostat vəzin xərçənginin sitoloji müayinəsi üçün material əldə etmək üçün hansı yoldan istifadə etmirlər?
A) Prostat vəzin massajı

B) Sidik çöküntülərinin və spermanın müayinəsi

C) Ultrasəsin nəzarəti altında prostat vəzin punksiyası

D) Bütün hallardan

E) Prostat vəzin punksiyası və sekretin aspirasiyası
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
700) Prostat vəzin xərçəngində sümük metastazlarının aşkar etmək üçün hansı müayinə üsulu istifadə olunur?
A) Sümüklərin skanirlənməsi

B) Sistoqrafiya

C) Prostatın biopsiyası

D) İcmal rentgen şəkli

E) Ekskretor uroqrafiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
701) Prostat vəzin xərçəngində xəstələrdə anuriya və hidroureteronefrozun yaranması zamanı göstəriş nədir?
A) Transuretral elektrorezeksiya

B) Nefrostomiya

C) Hemodializ

D) Ureterosistoneostomiya

E) Sistostomiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
702) Prostat vəzin xərçəngi zamanı xroniki böyrək çatışmazlığının səbəbini aydınlaşdırmaq üçün hansı müayinə aparılmalıdır?
A) Radioizotor renoqrafiya

B) Ekskretor uroqrafiya

C) Ultrasəs müayinəsi

D) Xromosistoskopiya

E) Xromosistoskopiya və ekskretor uroqrafiya
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
703) Radikal prostatektomiya nəyi tələb edir?
A) Prostat vəzi və limfa düyünlərinin çıxarılmasını

B) Prostat vəzin və sidik kisəsinin çıxarılmasını

C) Prostat vəzin,toxum kisəciklərinin çıxarılmasını və sidik kisəsi ilə sidik kanalı arasında anastomozun yaradılmasını

D) Prostat vəzin çıxarılmasını və ureterosistoneostomiyanı

E) Prostat vəzin və sidik kisəsinin rezeksiyasını
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
704) Prostat vəzin xərçəngində endokrin terapiya nəyə yönəldilir?
A) Qanda sidik cövhərinin səviyyəsinin azaldılmasına

B) Böyrəküstü vəzilərin funksiyasının yaxşılaşdırılmasına

C) Testosteronun səviyyəsinin yüksəldilməsinə

D) Böyrəklərin funksiyasının yaxşılaşdırılmasına

E) Sirkulyasiya edən testosteronun səviyyəsinin azaldılmasına
Ədəbiyyat: Портной А.С. Аденома и рак предстательной железы,Москва,Медицина,1979,
705) Bədxassəli xərçəng şişi adətən yerləşir?
A) Prostat vəzin kaudal hissəsində

B) Prostat vəzin kranial hissəsində

C) Toxum qabarcığına yaxın

D) Prostat vəzin periferiyası ilə kapsulanın altında

E) Uretraya aid mərkəzi zonada
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
706) Xroniki böyrək çatışmazlığı və hidroureteronefroz ilə fəsadlaşmış prostat vəzin xərçənginin T4 mərhələsində müalicə başlanılmalıdır?
A) Estroqenoterapiyadan

B) Antiandrogenlərin tətbiqlərindən

C) Sistostomiyadan

D) Nefrostomiyadan

E) Transuretral elektrorezeksiyadan
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
707) Xayanın şişinin əmələ gəlməsinə kömək edən faktorlara aiddir?
A) Xayalıq üzvlərinin zədələnməsi

B) Cinsi məhdudiyyət və ya ifratçılıq, onanizm

C) Virus infeksiyası əsasında epididimit

D) Kriptorxizm

E) Xəstənin yaşı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
708) Xayanın herminogen şişlərinə aid deyil?
A) Seminoma

B) Teratoma

C) Leydinq hüceyrələrinin şişi

D) Teratoblastoma

E) Embrional xərçəng
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
709) Xayanın herminogen şişlərinə aiddir?
A) Bədxassəli leydiqoma və sertolioma

B) Retikulosarkoma və rabdomiosarkoma

C) Hamısı

D) Xorionepitelioma

E) Fibroadenoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
710) Xayanın şişlərində ən çox işlədilən onkomarkerlər hansılardır?
A) Qələvi fosfataza

B) AFP(alfa- fetoprotein) və B-XQT (xorionik-qonadatropin)

C) Turş fosfataza

D) Adinilattsiklaza

E) Laktatdehidrogenaza
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
711) Qan zərdabında AFP(alfa-fetoprotein) səviyyəsinin yüksəlməsi nəyin göstəricisidir?
A) Xroniki priapizmin

B) Metastazların olmasının

C) Sertoli hüceyrələri şişinin olmasının

D) Seminomanın olmasının

E) Qeyri-seminoma şiş elementlərinin olmasının
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
712) Xayanın şişinin diaqnostikası üçün sadalananlardan biri istisna olmaqla bütün aşağıdakı müayinələr zəruridir?
A) Döş qəfəsi orqanlarının rentgenoqrafiyası

B) Ultrasəs müayinəsi

C) Çanaq arterioqrafiyası

D) Ekskretor uroqrafiya

E) Hamısı
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
713) Xayanın şişində hansı əməliyyat tətbiq edilir?
A) Periton arxası limfa düyünlərinin çıxarılması və orxifunikuloepididimektomiya

B) Toxum ciyəsinin bağlanması

C) Orxifunikuloepididimektomiya

D) Emaskulyasiya (xayaların və xayalığın çıxarılması)

E) Qasıq limfa düyünlərinin çıxarılması, toxum ciyəsinin bağlanması
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
714) Xaya şişinin hansı histoloji formasında periton arxası limfa düyünlərinin çıxarılması göstərişdir?
A) Bütün hallarda

B) Teratomada

C) Embrional karsinoma və teratoblastomada

D) Xorionepiteliomada

E) Seminomada
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
715) Xaya şişinin hansı histoloji forması kimya və şüa terapiyasına daha həssadır?
A) Teratoma

B) Seminoma

C) Teratoblastoma

D) Xorionepitelioma

E) Embrional karsinoma
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
716) Seminomanın T1-2 No Mo mərhələsində göstəriş nədir?
A) Operasiyaya qədər şüa terapiyası

B) Şevasyu operasiyası

C) Orxiektomiya operasiyasından sonra kimyaterapiya

D) Dyuken operasiyası

E) Operasiyaya qədər kimyaterapiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
717) Seminomanın T3 Nx Mo mərhələsində müalicənin aşağıdakı növü göstərişdir?
A) Orxiektomiya

B) Polikimyaterapiya və şüa terapiyası

C) Operasiyadan sonra şüa və polikimyaterapiya

D) Operasiyaya qədərki kimya və şüa terapiyası

E) Şevasyu operasiyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
718) Seminomanın T2 Nx Mo mərhələsində müalicənin aşağıdakı növü göstərişdir?
A) Orxiektomiya, polikimyaterapiya və şüa terapiyası

B) Şevasyu operasiyası

C) Operasiyaya qədərki kimya və şüa terapiyası

D) Orxiektomiya

E) Operasiya sonrası şüa terapiyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
719) Xayanın embrional xərçənginin T2 Nx Mo mərhələsində müalicənin hansı növü göstərişdir?
A) Orxiektomiya

B) Orxiektomiya; peritonxarici limfadenektomiya

C) Orxiektomiya, Şevasyu operasiyası və polikimyaterapiya

D) Operasiyaya qədərki polikimyaterapiya

E) Simptomatik müalicə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
720) Xayanın diametri 6 sm ölçülü teratoması zamanı müalicənin hansı növü göstərişdir?
A) Konservativ müalicə

B) Simptomatik müalicə

C) Orxiektomiya

D) Kimyaterapiyası

E) Şüa terapiyası
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
721) T2-3 Nx Mo mərhələsində xayanın teratoblastomasının müalicəsi necə aparılır?
A) Əməliyyata qədərki şüa terapiyası

B) Orxifunikulektomiya + polikimyaterapiya

C) Orxifunikulektomiya

D) Orxiektomiya

E) polikimyaterapiya
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.
722) 5 aylıq oğlan uşağına birtərəfli qasıq kriptorxizmi diaqnozu qoyulmuşdur. Ona nə məsləhətdir?
A) Xayanın xayalığa endirilməsi

B) Qasıq kanalının reviziyası

C) Orxiektomiya

D) Konservativ müalicə

E) Müalicəsiz müşahidə
Ədəbiyyat: Маринбах Е.В. Клиническая онкоурология,Москва,Медицина,1975,394с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə