Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Gərginlik zamanı sidik saxlanılmazlığı nə ilə differensasiya olunmalıdır?



Yüklə 0,97 Mb.
səhifə15/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

851) Gərginlik zamanı sidik saxlanılmazlığı nə ilə differensasiya olunmalıdır?
A) Sidik axarı-vaginal fistula ilə

B) Sidikliyin neyrogen disfunksiyası ilə

C) Bütün qeyd olunanlarla

D) Sidik axarının sfinkterdən хaric ektopiyası ilə

E) Veziko-vaginal fistula ilə
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
852) Gərginlik zamanı sidik saxlanılmazlığı olarsa, müalicəvi bədən tərbiyəsi yönəldilməlıdır?
A) Sidik kisəsi və düz bağirsaq sfinkterlərinin və diafraqma əzələlərinin möhkəmləndirilməsinə

B) Diafraqma əzələlərinin möhkəmləndirilməsinə

C) Sidik kisəsi və düz bağirsaq sfinkterlərinin möhkəmləndirilməsinə

D) Çanaq dibi və aralıq əzələlərinin möhkəmləndirilməsinə, sidik kisəsi və düz bağirsaq sfinkterlərinin möhkəmləndirilməsinə

E) Çanaq dibi və aralıq əzələlərinin möhkəmləndirilməsinə
Ədəbiyyat: Н. А. Нечипоренко, М. В. Кажина, В. В. Спас. Урогинекология 2005.
853) Ön kolporafiyaya nə göstərişdir?
A) Sistosele və aşkar ureterosele

B) Sistosele

C) Arxa veziko-uretral buçağın 120 dərəcədən çox olması

D) Aşkar ureterosele

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
854) Sidik saxlanılmazlığında uretra plastikası əməliyyatı yönəldilmişdır?
A) Bütün qeyd olunanlar

B) TOT əməliyyatı

C) Uretranın qasıq simfizinə görə əyilmə bucağının azaldılmasına və eyni vaxtda sidik kisəsi boynunun qaldırılmasına

D) Arxa veziko-uretral bucağın korreksiyasına

E) Uretranın uzadılması
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
855) Sidiyin saxlanılmamazlığı üzrə əməliyyatının hazırlığına nə aiddir?
A) Uroloji, genekoloji və nevroloji kompleks müayinə aparılması

B) Uroloji, genekoloji və nevroloji kompleks müayinə aparılması, sidik- cinsiyyət üzvlərinin əsaslı hazırlığı və aralıq dərisinin sanasiyası

C) Konservativ müalicə

D) Bağırsağın hazırlanması

E) Sidik- cinsiyyət üzvlərinin əsaslı hazırlığı və aralıq dərisinin sanasiyası
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
856) Gərginlik sidik saxlanılmaması əməliyyatından sonra gözlənilən ağırlaşmalar hansılardır?
A) Sidik ifrazının tutulması və sistit

B) Kəskin pielonefrit

C) Sidiyin saxlanılmaması

D) Sistit

E) Sidik ifrazının tutulması
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
857) Ölcüsü 5 sm olan parauretral irinləməmiş kista zamanı nə göstərişdir?
A) Kistaya daimi katetеr- irriqatorun qoyulması

B) Kistanın punksiyası

C) Kistanın elektrokoaqulyasiyası

D) Operasiya – transvaginal kistanın kəsilməsi

E) Uroloqun və ginekoloqun dispanser nəzarətinə götürülməsi
Ədəbiyyat: А.М. Мажбин. Оперативная урогинекология-М: 1982
858) Uşaqlığın amputasiyasından 12 gün sonra sidik axarı uşaqlıq yolu fistulası formalaşmışdır. Xəstəyə nə göstərişdir?
A) Nefrostomiya

B) Ureterosistoneostomiya və ya Boari əməliyyatı 3-4 aydan sonra

C) Ureterosistoneostomiya və ya Boari əməliyyatı 6-8 aydan sonra

D) Ureterokutaneostomiya

E) Təcili ureterosistoneostomiya və ya Boari əməliyyatı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
859) Böyük qanaxma ilə müşayiət olunan keysəriyyə əməliyyatı zamanı xəstədə hər iki sidik axarı bağlanmış, anuriya baş vermişdir. Оna nə göstərişdir?
A) Ureterosistoneostomiya və ya Boari əməliyyatı

B) Yaranın təftişi, sidik axarlarından tikişlərin cıxarılması

C) Bir və ya ikitərəfli punksion nefrostomiya

D) Bir və ya iki tərəfli ureterokutaneostomiya

E) Konservativ müalicənin davamı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
860) Sidik kisəsinə kecən uşaqlıq boynunun xərçəngi, makrohematuriya, anemiya, iki tərəfli hidroureteronefrozla müşahidə olunarsa bu zaman nə etməli?
A) Sistostomiya

B) Daxili qalca arteriyalarının bağlanması və sistostomiya

C) Ureterokutaneostomiya, daxili qalça arteriyalarının bağlanması

D) Sidik kisəsinə epsilonaminokapron turşusu, 3% formalinin yeridilməsi

E) Hemostatik terapiyanın davamı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
861) Böyük ölçülü mioma ilə əlaqədar uşaqlığın amputasiyası olan 40 yaşlı xəstənin böyrək ləyənində 30x30mm ölçüdə daş, xroniki pielonefrit aşkar edilib. Ona nə məsləhət görülür?
A) Konservativ müalicə

B) Punksion nefrostomiya

C) Sistostomiya

D) Pielolitotomiya

E) DZDL
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003
862) Keysəriyyə əməliyyatından sonra 30 yaşli xəstədə sidik axarının aşağı 1/3 hissəsinin7 sm məsafədə obliterasiya qeyd olunur. Bu zaman hansı əməliyyat göstərişdir?
A) Nefrektomiya

B) Ureterosiqmostomiya

C) Ureterokutaneostomiya

D) Ureterosistoneostomiya

E) Boari əməliyyatı
Ədəbiyyat: Херт Г. Оперативная урогинекология: Руководство для врачей-М. Гэотар-Мед 2003

Bölmə 12. Andrologiya və seksopatologiya

863) Monorxizm nədir?
A) Xayanın atrofiyası

B) Xayanın birtərəfli ageneziyası

C) Xayanın hipoplaziyası

D) Birtərəfli kriptorxizm

E) Xayanın qonad ageneziyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
864) Anorxizm nədir?
A) Xayaların ikitərəfli enməməsi

B) Qonad ageneziyası

C) Hermafroditizm

D) Feminələşici xayaların sindromu

E) Anadangəlmə xayaların hipoplaziyası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
865) Hansı ferment testosteronu dihidrotestosterona çevirir?
A) 5-α reduktaza

B) Amilaza

C) Lipaza

D) NO-sintaza

E) Quanilatsiklaza
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
866) Xayanın hansı hüceyrələri endokrin fəaliyyətə cavabdehdir?
A) Xayanın ağlı qişası

B) Haller toru

C) Leydiq hüceyrələri

D) Toxum kanalcıqları

E) Sertoli hüceyrələri
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
867) Kişilərdə sonsuzluq əmələ gəlir?
A) Ağır infeksion - toksik təsir nəticəsində

B) Venoz durğunluq

C) Bütün sadalananlar səbəblərdən

D) Cinsiyyət orqanlarının anadangəlmə və xromosom inkişaf anomaliyalarında

E) Ekzogen və adətkar intoksikasiya nəticəsində
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
868) Spermatogenezə aşağıdakı hansı faktorlar təsir göstərir?
1.İonlaşdırıcı şüalanma

2.Yerli hərarətin yüksəlməsi

3.Alimentar amil

4.Yerin maqnit sahəsi
A) Yalnız 4

B) Yalnız 2

C) 1,2,3

D) 2,3


E) 1,4
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
869) Varikosele nəticəsində spermatogenez nəyə görə pozulur?
A) İonlaşdırıcı şüalanma

B) Yerli hərarətin yüksəlməsindən

C) Yerin maqnit sahəsinin təsirindən

D) Alimentar amil

E) İonlaşdırıcı şüalanma,yerli hərarətin yüksəlməsi və alimentar səbəbdən
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
870) Kişilərdə hansı sonsuzluqlar olur?
A) Sekretor

B) İnkretor və sekretor

C) İnkretor

D) Ekskretor və sekretor

E) Ekskretor
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
871) Nə qədər müddətə hamiləlik baş verməyibsə nigah sonsuz sayılır?
A) 3 il müddətində

B) 1 il müddətində

C) 6 ay müddətində

D) 2 il müddətində

E) 3 ildən artıq müddətdə
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
872) Nisbi sonsuzluqda tətbiq olunan bioloji sınaq hansıdır?
A) Hormonal sınaq

B) Bəbək simptomu

C) Postkoital test

D) Cinsi xromatinin təyini

E) Kristalizasiya fenomeni
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
873) Kişinin fertillik qabiliyyəti necə təyin edilir?
A) Eyakulyatın müayinəsi

B) Androgenlərin miqdarının təyini

C) Toxum kisəciklərinin və prostat vəzisi şirəsinin müayinəsi

D) Androgenlərin miqdarının təyini və eyakulyatin müayinəsi

E) Toxum kisəciklərinin müayinəsi və androgenlərin miqdarının təyini
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
874) Eyakulyatın normada miqdarı nə qədərdir?
A) 2 - 5 ml qədər

B) 2 ml qədər

C) 5 - 7 ml qədər

D) 7 ml-dən artıq

E) 1 ml qədər
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
875) 1 ml eyakulyatda spermatozoidlərin miqdarının aşağı sərhədi nə qədər olmalıdır?
A) 20 milyon

B) 40 milyon

C) 100 milyon

D) 60 milyon

E) 80 milyon
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
876) Aktiv hərəkət edən spermatozoidlərin eyakulyatda normada miqdarı nə qədərdir?
A) 60% - dən çox

B) 20% - dən çox

C) 30% - dən çox

D) 40% - dən çox

E) 50% - dən çox
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
877) Nekrospermiya nədir?
A) Eyakulyatda ancaq spermatogenez hüceyrələrin olması

B) Eyakulyatda spermatozoidlərin olmaması

C) Eyakulyatda ancaq ölü spermatozoidlərin olması

D) Eyakulyatda ancaq zəif hərəkət edən spermatozoidlərin olması

E) Eyakulyatda spermatogenez elementlərinin olmaması
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
878) Aspermiya nədir?
A) Eyakulyatda spermatozoidlərin olmaması

B) Eyakulyatda spermatogenez hüceyrələrin və spermanın olmaması

C) Eyakulyatın ifraz olunmaması

D) Eyakulyatda ancaq spermatogenez hüceyrələrin olması

E) Eyakulyatda spermatogenez hüceyrələrin olmaması
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
879) Sekretor sonsuzluğun səbəbləri nədir?
A) Xayaların ilkin, ikincili və diskorelasyon çatışmazlığı

B) Xayaların diskorelyasion çatışmazlığı

C) Toxum yollarının obturasiyası

D) Xayaların ikincili çatışmazlığı

E) Xayaların ilkin çatışmazlığı
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
880) Ekskretor sonsuzluğu göstərilənlərdən biri istisna olmaqla bütün sadalananlar törədə bilər?
A) Toxum çıxarıcı yolların anadangəlmə və qazanılma obstruksiyası

B) Aspermatizm

C) Toxum çıxarıcı yolların qazanılma destruksiyası

D) Hipoqonadizm

E) Sidik kanalının və cisiyyət vəzi artımlarının xəstəlikləri, inkişaf qüsurları
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
881) Sekretor və ekskretor sonsuzluğun differensasiyası hansı müayinə üsulu ilə aparılır?
A) Xayanın biopsiyası və henitografiya

B) Xayalığın termoqrafiyası

C) Henitoqrafiya

D) Doppleroqrafiya

E) Ultrasonografiya
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
882) Sekretor sonsuzluqda hansı müalicə aparılır?
A) Hormonal dərmanlarla

B) Vitaminlərlə və hoormonal dərmanlarla

C) Vitaminlərlə

D) Xayaların köçürülməsilə

E) Fizioterapevtik müalicə
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
883) Ekskretor sonsuzluqda hansı müalicə aparılır?
A) Vitaminoterapiya

B) Hormonal

C) Cərrahi müalicə

D) İynə refleksoterapiya

E) Antibakterial
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
884) Kişilərdə klimaks aşağıdakı hansı səbəblərdən başlanır?
A) Hipotalamus - hipofiz - xaya hormonal sistemində əmələ gələn dəyişiklər

B) Yaşla əlaqədar cinsiyyət vəzilərin involyusiyası nəticəsində onların hipofunksiyası

C) Prostat vəzinin adenoması ilə əlaqədar

D) Bütün sadalananlar

E) Prostat vəzinin adenoması ilə əlaqədar və hipotalamus - hipofiz - xaya hormonal sistemində əmələ gələn dəyişiklər
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
885) Sağtərəfli varikoseli nə zaman müşahidə olunur?
A) Sağ böyrək venasının daralması

B) Qara ciyərin şişləri

C) Peritonarxası boşluğun şişləri

D) Nefroptoz

E) Piylənmə
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
886) Kişilərdə klimaks necə müalicə olunur?
A) Neyrosedativ və stimullaşdırıcı müalicə

B) Hipodinamiyanı aradan götürməklə, artıq çəkini azaltmaqla, fiziki işi artırmaqla

C) İldə 2- 3 kurs az dozalarda androgenlərlə müalicə aparmaq, hipodinamiyanı aradan götürmək, artıq çəkini azaltmaq, fiziki işi artırmaq

D) İldə 2- 3 kurs az dozalarda androgenlərlə müalicə aparmaqla

E) Bütün sadalananlar
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
887) Neyroreseptor impotensiyanın səbəbləri hansıdır?
A) Cinsi orqanlarda xroniki iltihab və venoz durğunluq və neyrofibromatoz

B) Venoz durğunluq

C) Cinsi orqanlarda xroniki iltihab və venoz durğunluq

D) Bütün sadalananlar

E) Cinsi orqanlarda atrofiyanın və sklerozun əmələ gəlməsi
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
888) Palomo əməliyyatında nə icra olunur?
A) Testikulyar arteriya bağlanılır

B) Toxumçıxarıcı axar bağlanılır

C) Testikulyar arteriya və vena bağlanılır

D) Testikulyar vena bağlanılır

E) Proksimal testikulosafen anastomozun formalaşdırılması
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
889) Spinal impotensiyada ereksiya və eyakulyasiya mərkəzlərinin pozulması aşağıdakıların hansının hesabına baş verir?
A) Baş beyinin damarlarının zədələnməsi

B) Onurğa beyninin travmatik zədələnmələri

C) Onurğa beyninin şişləri

D) Onurğa beynində iltihab və distrofik dəyişiklər nəticəsində

E) Onurğa beyninin travmatik zədələnmələri, onurğa beynində iltihab və distrofik dəyişiklər nəticəsində, onurğa beyinin şişi
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
890) Psixogen impotensiyanın səbəbləri nədir?
A) Nevrozlar və reaktiv vəziyyətlər

B) Kriptorxizm

C) Psixi xəstəliklər, nevrozlar və reaktiv vəziyyətlər

D) Anorxizm

E) Psixi xəstəliklər
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
891) Ekstrakorporal mayalanmaya nə zaman göstərişdir?
A) Müxtəlif dərəcəli patospermiya

B) Qeyd olunanların hamısı düzdür

C) Vaginal eyakulyasiyanın mümkün olmaması

D) Müxtəlif genezli azospermiya

E) Sonsuzluğun autoimmun faktorları
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
892) Endokrin impotensiyanın səbəbləri hansılardır?
A) Bütün sadalananlar

B) Xaya və böyrəküstü vəzilərin xəstəlikləri

C) Hipofizin xəstəlikləri

D) Qalxanvari və mədəaltı vəzilərin xəstəlikləri

E) Anorxizm
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
893) Genetik impotensiya nə zaman müşahidə olunur?
A) Bütün sadalananlar

B) Şerişevski - Terner sindromunda

C) Daun sindromunda

D) Klaynfelter sindromunda

E) Kallman sindromunda
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
894) Seksual pozğunluğu olan xəstənin obyektiv müayinəsinə nə daxildir?
A) Bütün sadalananlar

B) Antropometriya

C) Hormonal müayinə

D) Prostat vəzinin və toxum kisəciklərinin palpator müayinəsi

E) Xarici cinsiyyət orqanlarının müayinəsi
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
895) Seksual pozğunluğu olan xəstələrin müayinəsində hansı laborator üsullardan istifadə olunur?
A) Toxumun müayinəsi

B) Sidiyin mikrobioloji təhlili

C) Prostat vəzi şirəsinin müayinəsi

D) Uretral epitelinin lyuminessent sitoloji müayinəsi

E) Hormonal müayinə və prostat vəzinin şirəsinin müayinəsi
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
896) Cinsiyyət üzvünün venooklüziya mexanizminin qiymətləndirilməsi üçün hansı müayinə tətbiq olunur?
A) Kavernozmetriya

B) Spontozoqrafiya

C) Kavernoz toxumanın biopsiyası

D) Kompüter tomoqrafiyası

E) Farmakodopleroqrafiya
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
897) Cinsi pozğunluğu olan xəstələrə göstərilən müayinələrin hansı aparılmır?
A) Sistoskopiya

B) Piramidal yolların vəziyyətini təyin edən reflekslərin müayinəsi

C) Prostat vəzinin müayinəsi

D) Kavernoz və kremaster reflekslərin müayinəsi

E) Vegetativ sinir sisteminin müayinəsi
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
898) Cinsiyyət üzvünün protezləşdililməsinə əks-göstəriş nədir?
A) Peyroni xəstəliyi

B) Artifisial cinsiyyət üzvü

C) Uretro-kavernoz fistula

D) Kavernoz fibroz

E) Psixi xəstəlik
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
899) Peyroni xəstəliyini nə törədə bilməz?
A) Virus

B) İltihabi

C) Genetik

D) Autoimmun

E) Travmatik
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
900) Peyroni xəstəliyi zamanı ilkin müalicə necədir?
A) Kombinə olunmuş müalicə

B) Düyünlərin xaric olunması və defektin plastik materialla örtülməsi

C) Konservativ müalicə

D) Maqnit- lazer terapiyası

E) Düyünlərin xaric olunması əməliyyatı
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
901) Kəskin priapizmdə ereksiya necə olur?
A) Yalnız yan kavernoz cisimlərin gərginləşməsi və kəskin ağrı

B) Yalnız spongioz cisimlərin gərginləşməsi

C) Eyakulyasiyasız penisin uzunluğu cinsi əlaqədən sonra itir

D) Kavernoz toxumlarin kəskin irinli iltihabi

E) Sidiklik boynunun davamlı spazmı
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
902) Kəskin priapizmdə konservativ müalicə effekt vermədikdə ilk növbədə nə etmək lazımdır?
A) Peniloplastika

B) Kavernoz cismin çərtilməsi

C) Kavernoz cisimlərin punksion şuntlanması

D) Safeno -kavernoz anastomozun qoyulması

E) Kaverno- kavernoz anastomozun qoyulması
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
903) Priapizmda aparılan cərrahı əməliyyat hansıdır?
A) Xarici cinsiyyət üzvünün intrakavernoz şinalanması

B) Mərmər əməliyyatı və xarici cinsiyyət üzvünün arxa venasının rezeksiyası

C) Xarici cinsiyyət üzvünün arxa venasının rezeksiyası

D) Əl-Xorab üsulu ilə kaverno-sponqioz anastamozun qoyulması

E) Mərmər əməliyyatı
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
904) Kavernoz cismin fibrozu (sklerozu) zamanı ED (erektil disfunksiyanın) hansı müalicə metodu məsləhətdir?

A) Falloendoprotezləmə

B) Seks-terapiya

C) Medikamentoz müalicə

D) Cinsiyyət üzvünün revaskulyarizasiyası

E) Psixoterapiya


Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
905) Qasıq formalı kriptorxizmi və normal ölçülü xayası olan 20 yaşlı xəstəyə nə məsləhətdir?
A) Androgenlər

B) Orxiektomiya

C) Qasıq kanalının təftişi və xayanın endirilməsi

D) Protez xayanın qoyulması

E) Dinamik müşahidə
Ədəbiyyat: В. Е. Мирский, В. В. Михайличенко, В. В. Заезжалкин
906) Retroqrad eyakulyasiya nədir?
A) Eyakulyasiya zamanı spermanın yalnız sidik kisəsinə atılması

B) Ağrılı eyakulyasiya

C) Eyakulyatın çox miqdarda olması

D) Eyakulyatın olmaması

E) Eyakulyatın az miqdarda olması
Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.
907) Erektil disfunksiyanın müalicəsinin ilkin etapında hansı aparılmır?
A) Vakum-konstruktor aparatlar

B) Psixo-seksual terapiya

C) Peroral terapiya

D) İntrakavernoz terapiya

E) Viaqranın təyini
Ədəbiyyat: Андрология. Мужское здоровье и дисфункция репродуктивной системы Э. Нишлага, Г. М. Бере- М. 2005.
908) Qeyd olunanlardan hansı biri xarıci cinsiyyət üzvünün erektil deformasiyasına səbəb olmur?
A) Total kavernoz fibroz

B) Peyroni xəstəliyi

C) Penisin fibroplastik indurasiyası

D) Penisin anadangəlmə əyri olması

E) Kavernoz cisimlərin lokal fibrozu
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.
909) Hiperqonadotrop hipoqonadizm zamanı qanda hansı hormonların səviyyəsi yüksək olur?

1.FSH

2.LH

3.AKTH

4.PROLAKTİN

A) 1,2


B) 2,3

C) 1,3


D) 2,3,4

E) 3,4
Ədəbiyyat: А. В. Люлько Хирургическая андрология- Киев. 3 изд 2005.


910) Fosfodiesteraza-5 inhibitoru hansıdır?

A) Jenşen

B) Yoximbin

C) Testosteron propionat

D) Dopamin

E) Viaqra


Ədəbiyyat: П. А. Щеплева, О. И. Аполихина Андрология. Клинические рекомендации-М. 2005.

Bölmə 13. Uşaq yaşının urologiyası

911) Uşaqlarda oliquriya nə zaman xarakterikdir?
A) Kəskin qlomerulonefritdə

B) Böyrəyin vərəmində

C) Düyünlü periartritdə

D) Xroniki pielonefritdə

E) Şəkərsiz diabetdə
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
912) Oğlanlarda "kəskin xayalıq" sindromuna aşağıdakılardan hansı aid deyil?
A) Balanopostit

B) Xayanın burulması

C) Xaya hidatidinin burulması

D) Xayanın travmatik zədələnməsi

E) Kəskin orxit
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
913) Uşaqlarda posttravmatik nefrogen hipertoniyanın yaranmasının əsas faktorları hansıdır?
A) Nekrotik papillit

B) Yalançı hidronefroz

C) İkincili sidik daşları

D) Böyrəyin ikincili büzüşməsi

E) Sidik axarının deviasiyası
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
914) Uşaqlarda sidik kanalından patoloji ifrazatın gəlməsinin əsas səbəbi hansıdır?
A) Spesifik uretrit

B) Uretranın göbələk xəstəlikləri

C) Sistit

D) Xarici cinsiyyət üzvlərinin irinli-iltihabi xəstəlikləri

E) Sidik kanalının yad cismi
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə