Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Uşaqlarda böyrək büzüşməsi ilə əlaqədə hipertenziyanın əsas müalicə üsulları hansıdır?



Yüklə 0,97 Mb.
səhifə16/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

915) Uşaqlarda böyrək büzüşməsi ilə əlaqədə hipertenziyanın əsas müalicə üsulları hansıdır?
A) Cərrahi

B) Etiotrop

C) Fizioterapevtik

D) Medikamentoz

E) Simptomatik
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
916) Xayanın bud ektopiyası üçün nə xarakterikdir?
A) Xaya dərialtı yerləşir və qasıq kanalı boyu yerini dəyişir

B) Xaya palpasiya olunmur

C) Xaya dərialtı yerləşir və buda doğru yerini dəyişir

D) Xaya sərbəst olaraq xayalığa düşür

E) Xaya aralıqda təyin olunur
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
917) Uşaqlarda makrohematuriya zamanı hansı müayinə üsulu təcili aparılmalıdır?
A) Sistoskopiya

B) Radioloji müayinələr

C) Sistouretroqrafiya

D) Ekskretor uroqrafiya

E) Retroqrad pieloqrafiya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
918) Nefrektomiyaya aşağıdakılardan hansı göstəriş deyil?
A) Böyrəyin displaziyası

B) Böyrək arteriyasının əsas şaxələrinin çoxsaylı stenotik proseslərlə zədələnməsi

C) Hipoplaziyalı böyrək fəaliyyətinin saxlanılması ilə

D) Böyrək infarktı fəaliyyətinin itməsi və ya kəskin pozulması ilə

E) Büzüşmüş böyrək
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
919) Uşaqlarda aşağıda qeyd olunan vəziyyətlərdən hansı biri müalicə tələb etmir?
A) Yenidoğulmuşların fizioloji anuriyası

B) Ekstrarenal anuriya

C) Renal anuriya

D) Subrenal anuriya

E) Arenal anuriya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
920) Aşağıda qeyd olunan vəziyyətlərdən hansı biri sidik orqanlarının patologiyası ilə əlaqədar deyildir?
A) Ekstrarenal anuriya

B) Subrenal anuriya

C) Renal anuriya

D) Arenal anuriya

E) Prerenal anuriya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
921) Sidiyin kəskin ləngiməsi zamanı qeyd olunanlardan hansında kateterizasiyaya əks-göstərişdir?
A) Fimoz

B) Uretranın daşları

C) Sidik kisəsinin şişləri

D) Sidik kisəsinin daşları

E) Uretranın zədələnməsi
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
922) Uşaqlarda patoloji hərəkətli böyrəyin yaranma səbəbləri arasında hansı birindən başqa qalanları düzgündür?
A) Arıqlamaq

B) Böyrəyin bağ aparatının zəifləməsi

C) Qarının ön divarı əzələlərinin tonusunun zəifləməsi

D) Böyrəyin distopiyası

E) Skeletin inkişafı və böyrəyin fiksasiya aparatının formalaşmasının disproporsionallığı
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
923) Uşaqlarda sidik saxlanmazlığında hansı orqanlar iştirak etmir?
A) Uretra

B) Detruzor

C) Döş diafraqması

D) Sidik kisəsinin boyunu

E) Xarici sfinktor
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
924) Uşaqlarda pielonefritin kəskinləşməsi ən çox hansı yollarla baş verir?
A) Qarışıq yol

B) "Qalxan yolla" (urinogen)

C) Hematogen

D) Limfogen yol

E) Neyrogen yol
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
925) Uşaqların ikincili büzüşmüş və hipoplastik böyrəyin differensial-diaqnostikasında həlledici metod hansıdır?
A) Böyrəyin biopsiyası

B) Böyrək arterioqrafiyası

C) Dinamik radionukleid stsintiqrafiya

D) Ekskretor uroqrafiya

E) Renoqrafiya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
926) Uroflometriya zamanı göstərilıən parametrlərdən hansı aşkarlanmır?

A) Sidik axınının orta sürəti

B) Sidik ifrazına sərf olunan vaxt

C) Sidik axımının maksimal sürəti

D) Detruzorun tonusu

E) İxrac olunan sidiyin həcmi


Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
927) Sidik ifrazı aktının funksional pozğunluqlarının diaqnostikasında əsas müayinə üsulu hansıdır?
A) Sistoskopiya

B) Urodinamik müayinələr

C) Radioloji müayinələr

D) Ekskretor uroqrafiya

E) Sistouretroqrafiya
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
928) Uşaqlarda sidik daşının əmələ gəlməsinin əsas səbəbləri hansılardır?
A) Su-elektrolit balansının pozulması

B) Endokrin pozğunluqları

C) Polietioloji nəzəriyyə

D) Sidik sistemi orqanlarının inkişaf anomaliyası

E) İqlim
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
929) Aşağıda adları göstərilən konkrementlərdən hansı rentgenkontrastlı sayılır?
A) Karbonat

B) Qarışıq daşlar

C) Fosfat

D) Urat


E) Oksalat
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
930) Sidik kanalı daşının ən xarakterik simptomu hansıdır?
A) Piuriya

B) Hematuriya

C) Ağrılı sidik ifrazı

D) Kəskin sidik ləngiməsi

E) Proteinuriya
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
931) Sidik ifrazı zamanı maksimal sidiklik təzyiqi necədir?

1. Oğlanlarda çox yüksəkdir

2. Qızlarda çox yüksəkdir

3. Oğlanlarda və qızlarda eynidir

4. Oğlanlarda zəifdir
A) 1

B) 2, 4


C) 2

D) 3


E) 4
Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
932) Sidiklik-sidik axarı seqmentinin antireflyuks müdafiəsinə cavab verən əsas anatomo-funksional şərt hansıdır?
A) Sidik axarınin sidikliyə daxil olma bucağı

B) Sidik axarının intravezikal hissəsinin uzunluğu

C) Böyrək fəaliyyətinin zəifləməsi və mənsəblərin lateral ektopiyası

D) Lyeto üçbucağının dayaq fəaliyyəti

E) Bütün sadalananlar
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
933) Hidronefroz zamanı angioqrafik müayinəyə nə vaxt göstərişdir?
A) Aşkar hidrokalikoz

B) Böyrək fəaliyyətinin zəifləməsi

C) Böyrəkdaxili tip ləyən

D) İkincili pielonefrit

E) " Lal" böyrək
Ədəbiyyat: Джавадзаде М. Д., Гусейнов Э. Я. Отдаленные результаты пластических операций при гидронефрозе у детей// Урол. и нефрология-1998-№3-С.15-18
934) Uşaqlarda adı çəkilən qüsurlardan hansında sidiyin axması olur?
A) Total epispadiya

B) Ektopik ureterosele

C) Aralıq hipospadiyası

D) Uretranın arxa klapanı

E) Subsinfizar epispadiya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
935) Arxa uretranın klapanında daha ağır klinik gedişat hansı yaş üçün xarakterikdir?
A) 7 yaş

B) 1-3 yaş

C) 7 yaşdan yuxarı

D) Yenidoğulmuş və südəmər uşaqlar

E) 3-5 yaş
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
936) Meqaureter ilə olan uşaqlarda cərrahi əməliyyatın gedişi necə olmalıdır?

A) Ureterosistoneostomiya aparılır

B) Sidik axarının proksimal hissəsinin rezeksiyası və ureterosistoneostomiya

C) Sidik kisəsinin rezeksiyası aparılır

D) Sidik axarının distal hissəsinin rezeksiyası və ureterosistoneostomiya

E) Sidik axarının boylama modelləşdirilməsi aparılır


Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
937) Uşaqlarda arxa uretranın klapanının diaqnostikasında adı çəkilən tədqiqat üsullarından hansı biri düzgündür?
A) Miksion sistouretrokinematoqrafiya (və ya teleskopiya)

B) Miksion sistouretroqrafiya

C) Uretroskopiya

D) Sistoskopiya

E) Polipozision sistoqrafiya
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006
938) Uşaqlarda sidiklik-sidik axarı reflyuksunun cərrahi müalicəsində antireflyuks müdafiəsinin əsas şərti hansıdır?
A) Sidik axarının intravezikal hissəsinin müvafiq uzunluğu

B) Sidik kisəsinin neyrogen mənşəli pozğunluqlarının olmaması

C) Sidik kisəsinin yerli iltihabi-trofik dəyişiklərinin olmaması

D) Böyrək fəaliyyətinin bərpası

E) Yeni yaradılmış selikaltı tunelin Lyeto üçbucağına çatdırılması
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
939) Uşaqlarda sidik kisəsinin ikinciili divertikulunun yaranmasına aşağıdakılardan hansı səbəb olmur?
A) Arxa uretranın klapanı

B) Detruzor-sfinktor dissinergiyası

C) İntravezikal obstruksiya

D) Neyrogen sidik kisəsi

E) Sidik kisəsinin ekstrofiyası
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
940) Hipospadiya zamanı əməliyyatın birinci mərhələsinin aparıldığı optimal yaş həddi neçədir?
A) 3-5 yaş

B) 1-2 yaş

C) Yenidoğulmuşlarda və südəmər uşaqlarda

D) 5-6 yaş

E) 7-10 yaş
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
941) Hipospadiya zamanı uretroplastikanın optimal aparılma vaxtı neçə yaşdır?
A) 6-7 yaş

B) 3-5 yaş

C) 13-15 yaş

D) 12-14 yaş

E) 9-10 yaş
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
942) Hipospadiya zamanı uretroplastika üçün əsasən istifadə edilən plastik material nədir?
A) Cinsiyyət üzvünün ventral səthinin dərisi

B) Qarnın ön divarının dərisi

C) Cinsiyyət üzvünün dorzal səthinin dərisi

D) Pülüyün dərisi

E) Xayalığın dərisi
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
943) Uşaqlarda hipospadiya zamanı meatotomiyanın nə vaxt aparılmalıdır?
A) Diaqnoz qoyulan kimi

B) 1-2 yaş

C) 6-8 yaş

D) 3-5 yaş

E) Pubertat dövr
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
944) Total epispadiya zamanı sidiyin daimi axmasının səbəbi nədir?
A) Sidik kisəsinin funksional pozğunluqları

B) Sfinkter aparatının funksional pozğunluqları

C) Uretranın dorzal səthi ilə bütün uzunu boyu və sidiklik boynunun bitişməməsi

D) Stress sidiyin saxlanılmazlığı

E) Neyrogen sidik kisəsi
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virgina Urology Center Richmond 2006
945) Uşaqlarda nefroptoz zamanı cərrahi əməliyyata göstəriş nədir?

1. Böyrək fəaliyyətinin pozulması

2. Arterial təzyiqin artması

3. Ağrı sindromunun artması

4. Arterial təzyiqin aşağı düşməsi
A) 1, 2, 3

B) Yalnız 3

C) 3, 4

D) 2, 3


E) 1, 3, 4
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virginia Urology Center Richmond 2006
946) Böyrəklərin kəskin travmasının diaqnostikasında göstərilən müayinə üsullarından hansı biri daha informativdir?
A) Reorenoqrafiya

B) Sistoskopiya

C) Polipozision sistoqrafiya

D) Sistouretroqrafiya

E) Ekskretor uroqrafiya və USM
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
947) Uşaqlarda sidik kisəsi travmasında əsas diaqnostik üsul hansıdır?
A) Sidik kisəsinin kateterizasiyası

B) Ekskretor uroqrafiya

C) Xromosistoskopiya

D) Sistoqrafiya

E) Sistoskopiya
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
948) Uşaqlarda uretranın tam zədələnməsinin patoqnomik simptomu hansıdır?
A) Kəskin sidik ləngiməsi

B) Hematuriya

C) Proteinuriya

D) Piuriya

E) Dizuriya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
949) Uşaqlarda uretranın zədələnməsində qeyd edilən üsullardan yüksək informativ olanı hansıdır?
A) Sistoskopiya

B) Ekskretor uroqrafiya

C) Sistoqrafiya

D) Urofloumetriya

E) Qalxan uretroqrafiya
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
950) Hermofroditizm zamanı uşağın cinsinin təyininə aşağıdakılardan hansı aid deyil?
A) Fenotipik cinsin təyini

B) Qonad cinsinin təyini

C) Qanın biokimyəvi analizi

D) Hormonal cinsin təyini

E) Genetik cinsin təyini
Ədəbiyyat: Пузырно-мочеточниковый рефлюкс Лопаткин Н. А, Пугачев А. Г. М:Медиа, 1990-203 с
951) Passiv sidiklik-sidik axarı reflyuksu hansı müayinə üsulu ilə aşkar edilir?
A) Urodinamik müayinələr

B) Sistoqrafiya

C) Ekskretor uroqrafiya

D) Ultrasonoqrafiya

E) Sistoskopiya
Ədəbiyyat: Детская урология: Пугачев А. Г., руководство для врачей- М: Геотар-Медиа 2009
952) Sidiklik-sidik axarı reflyuksun cərrahi müalicəsinə göstərişlər arasında hansı birindən başqa qalanları düzgündür?
A) Sidik ifrazının pozğunluqları

B) Mənsəblərin lateral ektopiyası

C) Böyrək fəaliyyətinin zəifləməsi

D) Parenximada çapıqların formalaşması

E) Xroniki pielonefritin tez-tez kəskinləşməsi
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
953) Uşaqlarlarda normal sidik ifrazı ilə yanaşı sidiyin daimi axması nə zaman xarakterikdir?
A) Total epispadiya zamanı

B) Sidik axarı mənsəbinin sfinkterdənxaric ektopiyası zamanı

C) Ektopik ureterosele zamanı

D) Neyrogen sidik kisəsi üçün

E) Arxa uretranın klapanı üçün
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
954) Uşaqlarda sidik kisəsi divertikulunun təyinində aşağıdakılardan hansı xarakterik əlamət deyil?
A) Çoxsaylı divertikul

B) Pieloektaziya

C) Qazanılma divertikul (yalançı)

D) Anadangəlmə divertikul (həqiqi)

E) Tək divertikul
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
955) 3 yaşlı uşaqda qasıq yırtığı və kriptorxizm ağrılarla müşahidə olunarsa müalicə taktikası necə olmalıdır?
A) Planlı cərrahi müalicə

B) Təcili cərrahi müalicə

C) Hormonal terapiya

D) 5 yaşdan yuxarı cərrahi müalicə

E) Qısamüddətli hormonal müalicə kursu və cərrahi müalicə
Ədəbiyyat: Urological surgery. Sam D. Graham, Jr, M. D Virgina Urology Center Richmond 2006
956) 1,5 yaşadək uşaqlarda xaya hidropsunun əmələ gəlmə səbəbi hansıdır?
A) Qan damarları və limfa sistemi arasında olan disprporsiya

B) Peritonun yataq çıxıntısının bitişməməsi

C) Sidik yollarının infeksiyası

D) Döldaxili yüksək təzyiqin olması

E) Qasıq-xayalıq nahiyəsinin travması
Ədəbiyyat: Детская урология:руководство для врачей- М: Геотар-Медиа Пугачев А. Г 2009
957) Kriptorxizmin etiologiyasında göstərilən səbəblərdən hansı birindən başqa qalanları düzgündür?
A) Xayanın hipoplaziyası

B) Embrional bağlar

C) Hormonal çatışmazlıq

D) Xaya ayaqcığının qısa olması

E) Qasıq yırtığına çönən peritonun yataq çıxıntısı
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
958) Kriptorxizmin ağırlaşmaları göstərilən səbəblərdən hansı birindən başqa qalanları düzgündür?
A) Autoimmun proseslər və kontrlateral sağlam xayanın zədələnməsi

B) Xayanın maliqnizasiyası

C) Xayanın burulması

D) Meatostenoz

E) Sonsuzluq
Ədəbiyyat: Ерохин А. П., Воложин С. И. Крипторхизм.- М, 1995
959) Birtərəfli kriptorxizmi olan xəstələrdə fertillik necədir?
A) Sağlam xaya hesabına 100% saxlanılır

B) 80%-ə qədər saxlanılır

C) Çox hallarda xəstələr infertildir

D) Kriptorxizmin növündən asılıdır

E) 60-65%-ə qədər saxlanılır
Ədəbiyyat: Ерохин А. П., Воложин С. И.Крипторхизм.- М, 1995
960) İkitərəfli kriptorxizmi olan xəstələrdə fertillik saxlanılır
A) 25%

B) 40%


C) Xəstələr infertildir

D) 12-20%-dən yüksək deyil

E) 100%
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
961) Orxiopeksiyanın prinsipləri arasında ən əsası hansıdır?
A) Xayanı qaldıran əzələnin kəsilməsi

B) Xayanın ətli qişaya etibarlı fiksasiyası

C) Daimi traksiya və dartilma üçün şəraitin yaradılması

D) Xaya və onun elementlərını zədələməmək

E) Xayanın elementləri ilə birlikdə gərginlik yaratmadan endirilməsi
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
962) Xayanın qasıq retensiyası üçün nə xarakterikdir?
A) Palpasiya zamanı xayanın aralıq tərəfə yerini dəyişməsi

B) Palpasiya zamanı xayanın qasıqüstü nahiyəyə tərəf yerini dəyişməsi

C) Qasıq kanalı boyunca xayanın yerini dəyişməsi

D) Palpasiya zamanı xayanın bud tərəfə yerini dəyişməsi

E) Palpasiya zamanı xayanın təyin edilməməsi
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
963) Uşaqlarda varikoselenin diaqnostikasına aşağıdakılardan hansı aiddir?

1. Palpasiya

2. Ultrasəs müayinəsi

3. Doppleroqrafiya

4. Diafanoskopiya
A) 2, 3, 4

B) 2, 3


C) 3, 4

D) 1, 2, 3

E) Yalnız 4
Ədəbiyyat: Tüm Tus Soruları,Eylül 2008,cild 5,2936 səh.
964) Xayanın aralıq ektopiyası üçün nə xarakterikdir?
A) Xaya aralıqda təyin olunur

B) Xaya dərialtı yerləşir və qasıq kanalı boyu yerini dəyişir

C) Xaya sərbəst olaraq xayalığa düşür

D) Xaya palpasiya olunmur

E) Xaya dərialtı yerləşir və buda doğru yerini dəyişir
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
965) Xayanın yalançı retensiyasını əmələ gətirən səbəb hansıdır?
A) Kremaster refleksin yüksək olması

B) Xayanın enmə prosesinin pozulması

C) Antenatal patologiyalar

D) Hormonal disbalans

E) Hipofiz-hipotalamus səviyyəsində hormonal requlyasiyanın pozulması
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
966) Silikon endoprotezlə xayanın protezləşdirilməsinin məqsədləri arasında hansı birindən başqa qalanları düzgündür?
A) Psixopatiyanın profilaktikası

B) Sosial adaptasiyanın yaxşılaşdırılması

C) Dismorfofobik həyəcanlanmanın profilaktikası

D) Fertilliyin bərpası

E) Kosmetik qüsurların bərpası
Ədəbiyyat: Крипторхизм. Ерохин А. П., Воложин С. И- М, 1995
967) Xayanın burulması üçün nə xarakterikdir?
A) Zəif, az qeyd edilən ağrı əlamətlərı

B) Zəif hiperemiya və ağrısız xayalıq ödemi

C) Ani başlanğıcla, hiperemiya, tədricən ödemin çoxalması əlamətləri

D) Ani başlanğıcla xəstəliyin tezliklə xayalığın ödeminə keçməklə kəskin ağrı sindromu və xayalığın hiperemiyası əlamətləri

E) Yaşdan asılı olaraq qeyd olunan əlamətlər
Ədəbiyyat: Основы хирургической андрологии. А. Люлько, Н. Минков- К 1993
968) «Kəskin xayalıq» sindromuna gətirib çıxaran xəstəliklərin hansı birindən başqa qalanları düzgündür?
A) Xayanın postravmatik zədələnməsi

B) Xaya və xaya artımı hidatidinin burulması

C) Xaya artımının burulması

D) Kriptorxizm

E) Xayanın burulması
Ədəbiyyat: Основы хирургической андрологии. А. Люлько, Н. Минков- К 1993
969) Sidik kisəsinin neyrogen disfunksiyalarında ən informativ müayinə üsulu hansıdır?
A) Ureteromanometriya

B) Uretranin profloumetriyası

C) Retroqrad sistometriya

D) Sistoqrafiya

E) Profilometriya
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
970) Enurezin mahiyyəti nədir?
A) Yuxu zamanı sidiyin qeyri iradi olaraq yatağa ifrazı

B) İmperativ sidiyin saxlanılmazlığı

C) Gecə vaxtı fizioloji sidik ifrazı

D) Sidik ifrazının pozğunluğu

E) Fiziki gərginliklə əlaqədar sidiyin qeyri iradi olaraq itirilməsi
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
971) Varikoselenin müalicəsinə aşağıdakılardan hansı aid deyil?

A) Sol xaya venasının bağlanması və kəsilməsi

B) Endovaskulyar xaya venasının flebosklerozlaşdırılması

C) Xaya venasının laporoskopik bağlanması

D) Xaya arteriya və venasının bağlanması

E) Xayanın endirilməsi


Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
972) Urodinamik müayinə üsullarından hansı biri invaziv deyil?
A) Rektomanometriya

B) Elektromioqrafiya

C) Urofloumetriya

D) Uretranın profilometriyası

E) Retroqrad sistometriya
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
973) Hansı müayinə üsulu urodinamik müayinələrə aid deyil?
A) Urofloumetriya

B) Retroqrad sistometriya

C) Xromosistoskopiya

D) Uretranın profilometriyası

E) Elektromioqrafiya
Ədəbiyyat: М. Д. Джавадзаде, Э. Я Гусейнов Реконструктивно-пластические операции на мочевых путях у детей Баку: Чашыоглу, 2005. 292стр
974) Uşaqlarda boş sidik kisəsində daxili təzyiq sakit halda nə qədərdir?
A) 40-50sm. su süt.

B) 30-40sm. su süt.

C) 5-10sm. su süt.

D) 10-30sm. su süt.

E) 50-60sm. su süt.
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-М.:Медицина, 2002
975) Uşaqlarda dizuriya aşağıdakıların hansından başqa qalan bütün sadalananlarda rast gəlinir?
A) Sidik kisəsinin daşı

B) Sistit

C) Sidik kisəsinin şişləri

D) Sidik axarının daşı

E) Orxit
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
976) Uşaqlarda pollakiuriya aşağıdakıların hansından başqa bütün sadalananlarda rast gəlinir?
A) Böyrək şişləri

B) Sidik kisəsinin vərəmi

C) Sidik kisəsinin daşı

D) Sidik kisəsinin neyrogen disfunksiyası

E) Sistalgiya
Ədəbiyyat: Урология. ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с
977) Periodik (Ailəvi Aralıq dənizi xəstəliyi) xəstəliyində aşağıdakılardan hansı baş verir?
A) Amiloidoz

B) Membranoproliferativ qlomerulonefrit

C) Membranoz qlomerulonefrit

D) Qlomerulonefrit

E) Minimal dəyişiklik xəstəliyi
Ədəbiyyat: Tüm Tus Soruları,Eylül 2008,cild 5,2936.
978) Uşaqlarda sidik axarının ən dar yeri (2mm) hansı nahiyəsidir?
A) Ləyən-sidik axarı seqmenti nahiyəsində

B) Sidik axarı-sidiklik seqmenti nahiyəsində

C) Kisəönü nahiyədə

D) Qalça damarları ilə kəsişmə nahiyəsində

E) İntramural nahiyədə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
979) Hidrosele ilə olan uşaqlarda maye hansı səhifələr arasında yığılır?
A) Xayanın xüsusi qişasının parietal və visseral səhifələri arasına

B) Xarici və daxili toxum fassiyası arasına

C) Xayanın ağlı qişası və xayanın xüsusi qişasının visseral fassiyası arasına

D) Xarici toxum fassiyası və xayalığın ətli qişası arasına

E) Daxili toxum fassiyası və xayanın xüsusi qişasının visseral fassiyası arasına
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
980) Uşaqlarda diafanoskopiyanın müsbət nəticəsi hansı xəstəliyə xarakterikdir?
A) Qasıq - xaya yırtığında

B) Kəskin orxoepidimitdə

C) Xroniki epidimitdə

D) Xayanın şişində

E) Xaya qişalarının hidropsu
Ədəbiyyat: Урология. ред. С.Х. Аль-Шукри, В.Н. Ткачук/- М.: «Академия», 2005.-448с
981) Uşaqlarda urofloumetriyanın xüsusiyyətlərinə nə təsir edir?
A) Sidiklik - uretral seqmentin keçiriciliyinin pozulması

B) Detruzorun funksional vəziyyəti və sidiklik- uretral seqmentin keçiriciliyinin pozulması

C) Uretranın keçiriciliyinin pozulması

D) Ləyən-sidik axarı seqmentinin keçiriciliyinin pozulması

E) Böyrək fəaliyyətinin pozulması
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
982) Uşaqlarda urofloumetriyaya əks-göstəriş nədir?
A) Sidik kisəsinin ekstrofiyası, sidiklik-aralıq fistulası, uretero- rektal- fistulası

B) Kəskin sidik ləngiməsi

C) Sidik kisəsinin neyrogen disfunksiyası

D) Uretranın strikturası

E) Sistostoma olması
Ədəbiyyat: Джавад-заде М.Д.,Державин В.М. Нейрогенные дисфункции мочевого пузыря. Москва,Медицина,1989,314с.
983) Uşaqlarda birincili sidiklik - sidik axarı reflyuksunun yaranma səbəbinə hansı aid deyil?
A) Sidik axarı mənsəbinin Lyeto üçbucağından kənarda yerləşməsi

B) Sidik axarı mənsəbinin daim açıq olması

C) Parauretral divertikul

D) Sidik axarının sidiklikdaxili hissəsinin selikli qişaaltı tunelinin qısa olması

E) Sidik kisəsinin neyrogen disfunksiyası
Ədəbiyyat: Cavadzadə M.C. İsmayılov K.İ. “Urologiya”Bakı.1980
984) Uşaqlarda böyrəklərin urat daşlarında müayinə planına nə daxildir?
A) Qanın laxtalanmasının təyini

B) Qanda kalsiumun təyini

C) Qanda qələvi fosfatazanın təyini

D) Qanda kreatininin təyini

E) Sidik turşusunun qanda və sutkalıq sidikdə təyini
Ədəbiyyat: Пытель Ю.А. Уратный нефролитиаз / Ю.А. Пытель. - М. : Медицина, 1995. - 182 с.
985) Uşaqlarda uretranın postravmatik zədələnməsinin əsas simptomları hansılardır?
A) Qasıqüstü və ya aralıq hematoması

B) Uretrorgiya

C) Makrohematuriya

D) Sidik ifrazının kəskin ləngiməsi

E) Tez-tez, ağrılı sidik ifrazı aktı
Ədəbiyyat: Mанагадзе Л.Г. Лопаткин Н.A. Лоран O.Б. Оперативная урология. 2003
986) Uretranın travmatik zədələnməsində əsas diaqnostik metod hansıdır?
A) Pnevmosistoqrafiya

B) Enən sistouretroqrafiya

C) Ekskretor uroqrafiya

D) Qalxan uretrosistoqrafiya

E) Sistoskopiya
Ədəbiyyat: Тиктинский О.Л.,Тиктинский Н.О. Травмы мочеполовых органов. Ленинград, Медицина,2002,234с.
987) Uretranın daralmasının əsas səbəbləri hansıdır?
A) Hematoma

B) Çoxlu qanitirmə

C) Çanağın flebiti

D) Cərrahi əməliyyatın yubanması

E) Zədələnmiş uretranin tamlığının pozulması, uclarının ayrılması və yayılmış urohematoma
Ədəbiyyat: Cavadzadə M.C., Ismayılov K.A. Urologiya 1989
988) Uşaqlarda sidik kanalının zədələnməsinin diaqnostikasında əsas hansı üsul tətbiq edilir?
A) Ultrasəs müayinəsi

B) Kompüter tomoqrafiya

C) Ekskretor uroqrafiya

D) Retroqrad uretroqrafiya

E) Retroqrad sistoqrafiya
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
989) Vilms şişi histoloji olaraq nədən təşkil olunub?
A) Birləşdirici toxuma hüceyrələrindən

B) Differensə olunmamış embrional şiş toxumasından

C) Qığırdaq və əzələ toxumasından

D) Epitelial hüceyrələrdən

E) Neyroblastoma
Ədəbiyyat: Даннел К.В.,Шафир И.И. Забрюшинные опухоли.Перевод с анг.,Москва, Медицина,1987,338с.
990) Böyrəyin sadə kistasının əsas ultrasəs əlamətləri hansıdır?
A) Dairəvi formada heterogen törəmə

B) Hamar konturlu törəmə

C) Dairəvi formada hipoexogen strukturlu həcmli törəmə

D) Dairəvi formalı həcmli törəmə

E) Dairəvi formalı tutumlu törəmə
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
991) Uşaqlarda nalvari böyrəyin fəsadları içərisində nə yüksək faiz təşkil edir?
A) Hematuriya

B) Sidikdaşı xəstəliyi

C) Hidronefroz

D) Pielonefrit

E) Arterial hipertenziya
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
992) Uşaqlarda obstruktiv meqaureterin patomorfoloji əsası nədən ibarətdir?
A) Mənsəblərin medial yerləşməsi

B) Sidik axarının intramural hissəsinin daralması və aşağı sistoidin neyro-muskulyar displaziyası

C) Xroniki sistit

D) Sidik kisəsinin neyrogen pozğunluqları

E) Ureterosele
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
993) Sidik axarının zədələnməsi zamanı konservativ müalicəyə aşağıdakılardan hansı aiddir?

1. Antibiotiklər

2. Şüşəvari cisim

3. Lidaza

4. Kortikosteroid preparatları

5. Metilurasil

A) 1, 3


B) 2, 4

C) 1, 2, 3, 4, 5

D) Yalnız 5

E) 3, 4, 5


Ədəbiyyat: Руководство по урологии – Н. А. Лопаткин – М. 1998
Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə