Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Xəstə cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsindədir. Xəstənin müalicəsi kimin üzərinə düşür?



Yüklə 0,97 Mb.
səhifə2/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

60) Xəstə cərrahiyyə əməliyyatından sonra reanimasiya şöbəsindədir. Xəstənin müalicəsi kimin üzərinə düşür?
A) Başda əməliyyatı aparan uroloq olmaqla reanimatoloq və anestezioloqun

B) Həkim – reanimatoloq

C) Həkim – anestezioloq

D) Baş həkim

E) Cərrahiyyə əməliyyatını aparan uroloq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
61) Xəstə uroloqun ona təklif etdiyi əməliyyatdan imtina edir. Bu halda hansı qərarı vermək olmaz?
A) Xəstəni uroloqun yüksək peşəkarlıq keyfiyyətinə malik olmasına inandırmaq və izah etmək

B) Xəstənin seçim etdiyi uroloqun namizədliyi ilə razılaşmaq, əgər onun peşəkarlıq qabiliyyəti yüksəkdirsə və ya klinikanın baş uroloqunun təklif etdiyi namizəd əməliyyatı etməli

C) Xəstənin seçim etdiyi uroloqun namizədliyi ilə razılaşmaq, əgər onun peşəkarlıq qabiliyyəti yüksəkdirsə

D) Xəstəni evə yazmaq

E) Klinikanın baş uroloqunun təklif etdiyi namizəd əməliyyatı etməli
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
62) Xəstənin qohumları müalicə həkiminin əməliyyat etməsinə qəti etiraz edirlər, lakin xəstə müalicə həkiminin əməliyyat etməsini təkid edirsə, bu halda şöbə müdiri nə etməli?
A) Özü əməliyyat etməli

B) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək və ya özü əməliyyat etməli

C) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək

D) Xəstənin qohumlarını müalicə həkiminin yüksək peşə hazırlığına malik olduğuna inandırmaq və xəstənin arzusu ilə razılaşmaq

E) Xəstənin qohumları ilə razılaşıb, başqa cərrahı təyin etmək və ya xəstənin qohumlarını müalicə həkiminin yüksək peşə hazırlığına malik olduğuna inandırmaq və xəstənin arzusu ilə razılaşmaq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
63) Yaşlı və təcrübəli uroloq cərrahiyyə əməliyyatı zamanı mürəkkəb vəziyyətdə ən optimal qərar çıxarmaq üçün kiçik köməkçilərilə məsləhətləşməlidirmi?
A) Məsləhətləşməlidir, öncə ozündən kiçiklərin fikirlərini öyrənməlidir, sonda öz fikrini deməlidir

B) Öz hörmətinin aşağı düşməsindən ehtiyatlanıb, məsləhətləşməməlidir

C) Məsləhətləşməlidir

D) Öncə ozündən kiçiklərin fikirlərini öyrənməlidir

E) Sonda öz fikrini deməlidir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
64) Baş mütəxəssisin xəstələrin yanında kiçiklərə müraciətdə adı və ya “sən” deməsi onun nüfuzuna necə təsir edir?
A) Dəyişməz qalır və ya işdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür

B) Artır


C) Artır və ya işdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür

D) Dəyişməz qalır

E) İşdən kənar şəraitdə qarşılıqlı inam zamanı mümkündür
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
65) Əməliyyatın gedişi zamanı uroloq anestezioloqdan xəstənin vəziyyəti barədə maraqlana bilərmi?
A) Anestezioloqa inanaraq maraqlanmamalıdır və ya uroloq və anestezioloqun münasibətindən asılıdır

B) Mütləq maraqlanmalıdır

C) Anestezioloqa inanaraq maraqlanmamalıdır

D) Uroloq və anestezioloqun münasibətindən asılıdır

E) Soruşmağa hüququ yoxdur
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
66) Uroloq cərrahiyyə əməliyyatı olunmuş xəstələrin sarğısını özü dəyişməli və ya bunu kimə etibar etməlidir?
A) İş yerində müdavimə

B) Heç biri doğru deyil

C) Tibb bacısına

D) Tibb bacısına və ya iş yerində müdavimə

E) Yalnız özü
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
67) Baxış zamanı bu və ya digər xəstənin palatada profesional müzakirəsi nə zaman olar?
A) Onkoloji xəstəliklər zamanı mümkünsüzdür

B) Xəstəni cərrahi əməliyyata razı salmaq üçün mümkündür

C) Adi hallarda mümkündür

D) Bütün sadalananlar doğrudur

E) Adi hallarda mümkündür, lakin onkoloji xəstəliklər zamanı mümkünsüzdür
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
68) Həkimlik sirri pozularkən şöbə müdiri nə etməlidir?
A) Şöbə müdiri qanun pozucusu ilə ayrılıqda söhbət etməlidir

B) Bu hal təkrarlanarsa adminstrasiyaya məlumat verməlidir

C) Şöbədə səhər toplantısında hadisəyə aydınlıq gətirməlidir

D) Şöbədə səhər toplantısında hadisəyə aydınlıq gətirməli, şöbə müdiri qanun pozucusu ilə ayrılıqda söhbət etməlidir,bu hal təkrarlanarsa adminstrasiyaya məlumat verməlidir

E) Bütün hallarda adminstrasiyaya məlumat verməlidir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
69) Yeni cərrahi fəaliyyətə başlamış həkimin bu və ya digər texniki səhvinə (ölümlə nəticələnən səhv) görə, kömək edən cərrah (şöbə müdiri, baş ordinator, assistent) məsuliyyət daşıyırmı?
A) Hər ikisi məsuliyyət daşıyır

B) Məsuliyyət daşımır

C) Məsuliyyət daşımır, belə ki, vaxtında səhvini düzəltməyə cəhd göstərsə də, heç bir nəticəsi olmamışdır

D) Məsuliyyət daşıyır

E) Hər bir konkret halda birmənalı cavab vermək olmaz
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
70) Aparılan cərrahiyyə əməliyyatının nəticəsi haqqında məlumatı xəstənin qohumlarına kim verməlidir?
A) Tibb bacısı

B) Sadalananlardan hər biri

C) Şöbə müdiri

D) Əməliyyatda iştirak edənlərdən biri

E) Yalnız əməliyyat edən uroloq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.

Bölmə 2. Sidik cinsiyyət sistemi orqanlarının anatomо fizioloji xüsusiyyətləri

71) Bel nahiyyəsinin əzələ sistemi hansı əzələdən ibarətdir?
A) İki qat əzələdən

B) Dörd qat əzələdən

C) Üç qat əzələdən

D) Bir qat əzələdən

E) Beş qat əzələdən
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
72) Bel nahiyəsini hansı əzələ qatı təşkil edir?
A) Belin ən enli əzələsi və qarının xarici çəp əzələsi

B) Onurğanı düzləndirən, aşağı arxa dişli əzələ, qarının daxili çəp əzələsi

C) Aşağı arxa dişli əzələ və qarının xarici çəp əzələsi

D) Qarnın xarici çəp əzələsi və qarının köndələn əzələsi

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
73) Bel nahiyəsinin anatomik zəif yeri olan bel üçbucağının (Pti üçbucağı) dibini hansı əzələ təşkil edir?
A) Qarnın xarici çəp əzələsi

B) Qarnın köndələn əzələsi

C) Aşağı arxa dişli əzələ

D) Arxanın ən enli əzələsi

E) Qarnın daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
74) Bel nahiyyəsinin anatomik zəif yerinin – bel dördbucağının (Lesqaft-Qrünfeld rombu) divarlarını hansı əzələ təşkil edir?
A) Qarnın köndələn əzələsi, aşağı arxa dişli əzələ və qarnın xarici çəp əzələsi, qalça sümüyünün qanadı

B) Aşağı arxa dişli əzələ, qarnın daxili çəp əzələsi, onurğanı düzləndirən əzələ və 12-ci qabırğa

C) Sadalananlardan heç biri

D) Arxanın ən enli əzələsi, qarnın xarici çəp əzələsi və qalça sümüyünün qanadı

E) Onurğanı düzləndirən, aşağı arxa dişli əzələ, qarnın daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
75) Qarının ağ xətti (linea alba) qarnın hansı əzələlərinin aponevrozundan təşkil olunub?
A) Qarnın daxili çəp əzələsinin aponevrozunun arxa səhfəsi və qarnın köndələn əzələsi

B) Qarının xarici çəp əzələsi və qarnın daxili çəp əzələsinin aponevrozunun ön səhifəsi

C) Qarının köndələn əzələsi

D) Sadalananlardan heç biri

E) Qarnın xarici çəp əzələsi və qarnın daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
76) Obliterasiya olunmuş sidik axarı (uraxus) harada yerləşir?
A) Peritonun orta qasıq qırışları arasında və peritonun orta qasıq qırışında

B) Peritonun orta qasıq qırışında

C) Peritonun lateral qasıq qırışları arasında

D) Peritonun lateral qasıq qırışları arasında və peritonun orta qasıq qırışında

E) Peritonun orta qasıq qırışları arasında
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
77) Qasıq kanalının sərhədlərini nə təşkil edir?
A) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının köndələn əzələsi, qasıq bağında (pupart)

B) Qarnın xarici çəp əzələsinin aponevrozu, qarının daxili çəp əzələsi, qarnın köndələn əzələsi, qasıq bağında (pupart)

C) Bütün cavablar düzdür

D) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının daxili çəp əzələsi, qasıq bağında (pupart)

E) Qarnın xarici çəp əzələsinin aponevrozu, köndələn fassiya, qarının daxili çəp əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
78) Qasıq kanalının daxili dəliyi peritonun daxili səthinin hansı nahiyyəsinə uyğundur?
A) Sidik kisəsi üstü çuxura

B) Lateral qasıq çuxuruna

C) Qapayıcı çıxıntıya

D) Göbək həlqəsinə

E) Medial qasıq çuxuruna
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
79) Qasıq kanalının xarici dəliyinin diametri nə qədərdir?
A) 0, 5-1 sm x 1-2 sm

B) 1-2 sm x 1,5-2 sm

C) 3-4 sm x 3-4 sm

D) 4-5 sm x 2-3 sm

E) 2-3 sm x 1-2 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
80) Peritonarxası nahiyənin piy toxuması neçə qatdan ibarətdir?
A) 4

B) 1


C) 5

D) 2


E) 3
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
81) Toldt fassiyası (fascia Toldti) nədir?
A) Peritondaxili fassiya

B) Böyrəkönü fassiya

C) Peritonarxası fassiya

D) Arxa çənbərvari fassiya

E) Böyrəkarxası fassiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
82) Xüsusi peritonarxası piy toxumasının sərhədləri hansıdır?
A) Peritonarxası fassiya və peritondaxili fassiya

B) Böyrəkönü fassiya və böyrəkarxası fassiya

C) Böyrəkarxası fassiya və peritondaxili fassiya

D) Böyrəkönü fassiya və kvadrat əzələ fassiyası

E) Böyrəkarxası fassiya və kvadrat əzələ fassiyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
83) Kiçik çanaqda neçə mərtəbə müəyyən olunur?
A) 4 mərtəbə

B) 3 mərtəbə

C) 1 mərtəbə

D) 2 mərtəbə

E) 5 mərtəbə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
84) Denonvil fassiyası nədir?
A) Kisə-düz bağırsaq aponevrozu

B) Kisəönü aponevroz

C) Düz bağırsağın fassiyal kapsulu

D) Periton-aralıq aponevrozu

E) Prostat-düz bağırsaq apanevrozu
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
85) Sidik kisəsi önü (Retzii) toxuma sahəsi necə sərhədlənir?
A) Simfiz və sidik kisəsinin divarı

B) Kisəönü fassiyaarası sahə və periton

C) Qasıq sümüklərinin arxa səthi

D) Ön və arxa kisəönü fassiyaarası sahə

E) Qasıq sümüklərinin arxa səthi, köndələn fassiya və kisəönü fassiya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
86) Sidik kisəsi önü sahədən irinin yayılma yolları hansılardır?
A) Çanaqda yan divaryanı sahəyə

B) Bütün sadalananlar

C) Bud və qapayıcı kanal vasitəsilə bud nahiyəsinə

D) Periton boşluğuna

E) Qarnın düz əzələ yatağına və qasıq nahiyəsinə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
87) Buyalski-Mak-Uorter metodu ilə kisəönü sahənin drenaj etmək üçün qapayıcı membranı hansı nahiyədən perforasiya etmək lazımdır?
A) Aşağı, xarici nahiyədən

B) Aşağı, daxili nahiyədən

C) Bütün nahiyələrdən icazə verilir

D) Yuxarı, xarici nahiyədən

E) Yuxarı, daxili nahiyədən
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
88) Sidik-cinsiyyət üçbucağı əzələlərinə hansı aiddir?
A) Bütün sadalananlar

B) Aralığın dərin köndələn əzələsi

C) Aralığın səthi köndələn əzələsi

D) Soğanaq süngəri əzələ

E) Oturaq-mağaralı əzələ
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
89) Çanaq diafraqmasının əzələ əsasını nə təşkil edir?
A) Anusun xarici sfinkteri

B) Daxili qapayıcı əzələ

C) Aralığın dərin köndələn əzələsi

D) Arxa keçidi qaldıran əzələ

E) Böyük sağrı əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
90) Oturaq-düz bağırsaq çuxurunun sərhədi nə ilə tamamlanır?
A) Arxa keçidi qaldıran əzələ, oturaq qabarı

B) Anusun xarici sfinkteri, aralığın dərin köndələn əzələsi

C) Anusun xarici sfinkteri, böyük sağrı əzələsi

D) Anusun xarici sfinkteri, oturaq qabarı, böyük sağrı əzələsi, aralığın dərin köndələn əzələsi

E) Böyük sarğı əzələsi,aralığın dərin köndələn əzələsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
91) Cinsiyyət damar-sinir kələfi sağrı nahiyəsinə haradan keçir?
A) Böyük oturaq çuxurundan

B) Kiçik oturaq dəliyindən

C) Oturaq-düz bağırsaq çuxurundan

D) Qapayıcı membrandan

E) Qapayıcı membrandan və böyük oturaq çuxurundan
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
92) Xayanı qaldıran əzələ qarının hansı qatına uyğundur?
A) Qarnın daxili çəp əzələsinə

B) Bütün cavablar doğrudur

C) Qarnın xarici çəp əzələsinə

D) Qarnın köndələn əzələsinə

E) Qarnın daxili çəp əzələsinə və qarının köndələn əzələsinə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
93) Mədə qövsü hansı arterial şaxələrə bölünür?
A) Sol mədə arteriyası, ümumi qaraciyər arteriyası, dalaq arteriyası

B) Sol mədə arteriyası, dalaq arteriyası, orta böyrəküstü arteriya

C) Sol mədə arteriyası, sol yumurtalıq arteriyası, orta böyrəküstü arteriya

D) Sol mədə arteriyası, ümumi qaraciyər arteriyası, orta böyrəküstü arteriya

E) Sol mədə arteriyası, sol yumurtalıq arteriyası, ümumi qaraciyər arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
94) Böyrək ayaqcığında elementlərin ardıcıllığı öndən arxaya doğru necədir?
A) Vena, böyrək ləyəni, arteriya

B) Vena, arteriya, böyrək ləyəni

C) Arteriya, vena, böyrək ləyəni

D) Böyrək ləyəni, arteriya, vena

E) Böyrək ləyəni, vena, arteriya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
95) Sağ böyrək arteriyası harada yerləşir?
A) Qarın aortasının arxasında

B) Qarın aortası ilə aşağı boş vena arasında

C) Aşağı boş venanın önündə

D) Aşağı boş venanın arxasında

E) Qarın aortasının önündə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
96) Sidik kisəsini qanla hansı arteriya təchiz edir?
A) Ümumi qalça arteriyası

B) Daxili qalça arteriyası

C) Daxili qalça arteriyası və xarici qalça arteriyası

D) Xarici qalça arteriyası

E) Aşağı piylik arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
97) Prostat vəzini qanla hansı arteriya təchiz edir?
A) Orta düz bağırsaq arteriyası

B) Qapayıcı arteriya

C) Aşağı kisə arteriyası və orta düz bağırsaq arteriyası

D) Aşağı sağrı arteriyası

E) Aşağı kisə arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
98) Cinsiyyət orqanlarını qanla hansı arteriya təchiz edir?
A) Cinsiyyət üzvünün xarici və daxili arteriyası

B) Cinsiyyət üzvünün аrха arteriyası

C) Bütün sadalananlar

D) Soğanaq arteriyası

E) Cinsiyyət üzvünün dərin arteriyası
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
99) Xayalardan limfa axını hansı istiqamətdə daşınır?
A) Parakaval və paraaortal limfa düyünlərinə

B) Qalçaətrafı limfa düyünlərinə

C) Parakaval, paraaortal və qalçaətrafı limfa düyünlərinə

D) Səthi qasıq limfa düyünlərinə

E) Dərin qasıq limfa düyünlərinə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
100) Uretranın xarici sfinkteri hansı sinirlə innervasiya olunur?
A) Qalça-qasıq sinirilə

B) Qapayıcı sinirlə

C) Cinsiyyət sinirilə

D) Qarınüstü-qalça sinirilə

E) Oturaq sinirilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
101) Peritonarxası sahədə böyrəklərin normal topoqrafik yerləşməsi necədir?
A) Orientir 12-ci qabırğa , sol böyrəyi 1/3 və 2/3, sağ böyrəyi ortadan 2 hissəyə bölür

B) Orientir 11-ci qabırğa, sol böyrəyi 2/3, sağ böyrəyi 1/3 hissəyə bölür

C) Orientir 12-ci qabırğa, hər iki böyrəyi tən ortadan 2 hissəyə bölür

D) Orientir 12-ci qabırğa , sol böyrəyi 1/3 və 2/3, sağ böyrəyi ortadan 2 hissəyə və orientir 12-ci qabırğa, sağ böyrəyi 1/3 və 2/3 hissəyə, sol böyrəyi ortadan 2 hissəyə bölür

E) Orientir 12-ci qabırğa, sağ böyrəyi 1/3 və 2/3 hissəyə, sol böyrəyi ortadan 2 hissəyə bölür
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
102) Böyrəyin normal ölçüləri neçə sm-dir?
A) 10-12 sm x 6-8 sm x 3-5 sm

B) 18-20 sm x10-12 sm x 6-8 sm

C) 6-8 sm x 3-5 sm x 3-4 sm

D) 10-12 sm x 4-6 sm x 3-5 sm

E) 16-18 sm x 4-6 sm x 2-3 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
103) Böyrəklərin fizioloji tutumu nə qədərdir?
A) 10-14 ml

B) 12-14 ml

C) 3-5 ml

D) 4-6 ml

E) 10-12 ml
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
104) Cinsi yetişkənlik yaşında kişilərdə sidik axarının uzunluğu nə qədərdir?
A) 32-36sm

B) 10-12sm

C) 20-24sm

D) 14-18sm

E) 28-32sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
105) Sidik axarının ən dar yeri (2 mm) hansı nahiyyədədir?
A) Kisəönü nahiyədə

B) Ləyən-sidik axarı seqmenti nahiyəsində və intramural nahiyədə

C) İntramural nahiyədə

D) Ləyən-sidik axarı seqmenti nahiyəsində

E) Qalça damarlarıyla kəsişmə nahiyəsində
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
106) Sol sidik axarı çanaq hüdudi nahiyyəsində hansı arteriya ilə kəsişir?
A) Xarici qalça arteriyası ilə

B) Mədəaltı arteriya ilə

C) Qapayıcı arteriya ilə

D) Daxili qalça arteriyas ilə

E) Ümumi qalça arteriyası ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
107) Sağ sidik axarı çanaq hüdudu nahiyəsində hansı arteriya ilə kəsişir?
A) Mədəaltı arteriya ilə

B) Xarici qalça arteriyası ilə

C) Qapayıcı arteriya ilə

D) Ümumi qalça arteriyası ilə

E) Daxili qalça arteriyası ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
108) Sidik axarının aşağı 1/3-ni qanla hansı arteriya təchiz edir?
A) Orta hemorroidal arteriya

B) Sidik axarı arteriyası

C) Mədəaltı arteriyalar

D) Yuxarı kisə arteriyası

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
109) Prostat vəzi – sidik kisəsi şırımında nə yerləşir?
A) Vena və arteriya

B) Bütün sadalananlar

C) Arteriya

D) Limfa damarları

E) Vena
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
110) M-xolinergik reseptorlar harda yerləşir?
A) Yalnız sidik kisəsi boynunda, uretranın proksimal nahiyəsində, prostat vəzidə

B) Prostat vəzidə

C) Uretranın proksimal nahiyəsində

D) Detruzorda səpələnmiş halda

E) Yalnız sidik kisəsi boynunda
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
111) Alfa -1-A reseptorları harada yerləşir?
A) Detruzorda səpələnmiş halda

B) Uretranın proksimal nahiyəsində

C) Yalnız sidik kisəsi boynunda

D) Sidik kisəsi boynunda, uretranın proksimal nahiyəsində, prostat vəzidə

E) Prostat vəzidə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
112) Prostat vəzinin çəkisi normada nə qədərdir?
A) 20 – 60 q

B) 60 q-dək

C) 10 q

D) 20 q-dək



E) 30 – 40 q
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
113) Prostat vəzinin əsasına nə söykənir?
A) Sidik – cinsiyyət diafraqması

B) Toxum çıxarıcı kanalın ampulu

C) Toxum qabarcığı

D) Denonvil aponevrozu

E) Sidik kisəsinin dibi və boynu
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
114) Mark – Hill nəzəriyyəsinə görə prostat vəzinin hansı hissələri var?
A) Mərkəzi hissə, periferik hissə

B) Mərkəzi hissə, fibromuskulyar hissə

C) Parauretral vəzilər hissəsi, fibromuskulyar hissə

D) Mərkəzi hissə, periferik hissə, keçid hissə, parauretral vəzilər hissəsi, fibromuskulyar hissə

E) Mərkəzi hissə, kənar hissə, parauretral vəzilər hissəsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
115) Prostat vəzinin periferik zonası hansı hormonun təsiri altındadır?
A) Esterogenlərin

B) Androgenlərin

C) Lüteinləşdirici hormon

D) Esterogenlərin və androgenlərin

E) Follikul stimuləedici hormonun
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
116) Uretranın prostatik hissəsi normada neçə sm-dir?
A) 6-10 sm

B) 8 sm-ə qədər

C) 0, 5 – 1 sm

D) 1 – 2 sm

E) 2, 5 – 4 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
117) Prostat vəzidə neçə vəzili pay (asinus) var?
A) 5 – 10

B) 20 – 30

C) 50 – 70

D) 30 – 50

E) 10 – 20
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
118) Uretranın ən dar yeri hansıdır?
A) Uretranın xarici dəliyi nahiyəsi

B) Uretranın xarici sfinktoru nahiyəsi

C) Uretranın prostatik hissəsi

D) Sidik kisəsinin uretraya keçən yeri

E) Sidik – cinsiyyət diafraqmasından keçdiyi yer – membranoz hissə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г
119) Uretranın zarlı hissəsinin uzunluğu neçə sm-dir?
A) 0, 5 – 1, 5 sm

B) 4 sm qədər

C) 1, 5 – 2, 5 sm

D) 5 sm qədər

E) 3 – 4 sm
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə