Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Təzə dondurulmuş plazma aşağıdakılardan biri istisna olmaqlabütün halda istifadə olunur?



Yüklə 0,97 Mb.
səhifə5/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

259) Təzə dondurulmuş plazma aşağıdakılardan biri istisna olmaqlabütün halda istifadə olunur?
A) Başqa qan laxtalayıdıcı faktorların əvəzolunması üçün

B) Kəskin qanitirmədə

C) Onkotik təziqin artmasında

D) Termolabil qan laxtalayıdıcı faktorların (V və VII ) əvəzolunması üçün

E) Plazmanı əvəzetmədə
Ədəbiyyat: Анестезиология и Реаниматология.Под редакцей О.А.Долиной 1998
260) 1 litirə qədər qanitirmənin (dövriyədəki qan həcminin 20%) müalicəsi necə aparılır?
A) Eritrositar kütlə

B) Hamısı düzgündür

C) Kolloid və kristalloid məhlulları ilə

D) Reinfuziya, kolloid və kristalloid məhlulları ilə

E) Yeni dondurulmuş plazmanın köçürülməsi
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
261) 2, 5 litrdən çox qanitirmənin (dövriyədəki qan həcminin 50%) müalicəsi necə aparılır?
A) Reinfuziya ilə

B) Yenidondurulmuş plazmanın və ya trombositar kütlə birbaşa köçürülməsi ilə

C) Bütün göstərilənlər

D) Kolloid və kristalloid məhlulları ilə

E) Donor qanı və eritrositar kütlə
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
262) Qanitirmədə daha yüksək plazma əvəzedici effektinə hansı məhlullar malikdir?
A) Plazma

B) Dekstranlar

C) Ringer-laktat

D) Dekstranlar, jelatin məhlulları

E) Jelatin məhlulları
Ədəbiyyat: Анестезиология и Реаниматология. Под редакцей О.А.Долиной 1998
263) Heparinin antidotu nədir?
A) Trombin

B) Disinon

C) Protamin-sulfat

D) Kalsium xlorid

E) Kriopresipitat
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
264) Bakteriosid xüsusiyətlərə hansılar malikdir?
A) Penisilinlər, aminoqlikozidlər, sefalosporinlər

B) Sefalosporinlər

C) Aminoqlikozidlər

D) Penisilinlər

E) Tetrasiklinlər
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
265) Septik şokun intensiv müalicə sxeminə hansılar daxildir?
A) İrinli ocağın cərrahi sanasiyası,fiziki və bioloji sorbsiya üsulları

B) İrinli oсağın cərrahi sanasiyası

C) İrinli ocağın cərrahi sanasiyası, antibakterial terapiya, normal qan dövranının və qaz mübadiləsinin bərpası, su-elektrolit mübadiləsinin və turşu-qələvi balansının korreksiyası, metabolizmin korreksiyası

D) Antibakterial terapiya

E) Su-elektrolit və turşu-qələvi balansının korreksiyası
Ədəbiyyat: Анестезиология и Реаниматология.Под редакцей О.А.Долиной 1998
266) Antibiotiklərlə müalicədə əsas səhvlər aşağıdakılardan hansıdır?
A) Qanda və zədələnmiş irinli ocaqda antibiotiklərin konsentrasiyasının aşağı səviyyədə saxlanması

B) Antibiotiklərin birgə istifadəsi prinsiplərinin pozulması

C) Mikrofloranın və onun antibiotiklərə həssaslığını müəyyən etmədən təyini, antibiotiklərin profilaktiki təyini

D) Antibiotiklərin birgə istifadəsi prinsiplərinin pozulması, qanda və zədələnmiş irinli ocaqda antibiotiklərin konsentrasiyasının aşağı səviyyədə saxlanması, bir antibiotikin uzun müddət təyin olunması, mikrofloranın və onun antibiotiklərə həssaslığını müəyyən etmədən təyini

E) Bir antibiotikin uzun müddət təyin olunması, antibiotiklərin profilaktiki təyini
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
267) Penisillinin effekti sadalananlardan hansı ilə birgə tətbiqində gülcənir?
A) Streptomisin, polimiksin, kanamisin, gentamisin və sulfanilamidlərlə

B) Qələvilər, eritromisin və nikotin turşusu ilə

C) Levomisetin, tetrasiklin, nikotin turşusu və eritromisinlə

D) Oleandomisin, eritromisin və askorbin turşusu ilə

E) Tetrasiklin, askorbin və nikotin turşuları ilə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
268) Aşağıdakı hansı maddələr və antibiotiklər penisilinin antaqonistləridir və ona uyuşmurlar?
A) Sulfanilamidlər

B) Levomisetin, askorbin və nikotin turşusu, qələvilər

C) Streptomisin

D) Gentamisin

E) Kanamisin
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
269) Streptomisinin müalicəvi effektini nə gücləndirir?
A) Vitamin B1

B) Gentamisin

C) Tetrasiklin

D) Levomisetin

E) Penisillin
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
270) Sidiyin turş reaksiyasında daha yüksək müalicəvi effektə hansılar malikdir?
A) Kanamisin, streptomisin

B) Gentamisin

C) Penisillin, yarımsintetik penisillinlər, tetrasiklinlər, nitrofuranlar, 5-NOK (nitroksolin)

D) Eritromisin

E) Neviqramon, sulfanilamidlər
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
271) Sidiyin qələvi reaksiyasında sadalananlardan biri istisna olmaqla daha yüksək müalicəvi effektə malikdirlər?
A) Nitroksolin, 5-NOK

B) Ampisillin

C) Tetrasiklin

D) Furaqin, furadonin

E) Eritromisin, gentamisin, streptomisin, kanamisin, sulfanilamidlər, neviqramon
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
272) Müalicəvi effekti sidiyin reaksiyasından asılı olmayan preparatlar hansılardır?
A) Sulfanilamidlər

B) Yarısintetik penisillinlər

C) Kanamisin

D) Tetrasiklin

E) Levomisetin, ristomisin, furazolidon
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
273) Kəskin serroz (irinli) pielonefrit zamanı sefalosporinli antibiotiklərlə (klaforan, sefamezin və s.), aminoqlükozidlərlə (gentamisin və s.) optimal müalicə kursu neçə gün təşkil edir?
A) 5 - 6 gün

B) 2 gün


C) 15 - 20 gün

D) 20 gündən artıq

E) 10 - 15 gün
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
274) Kəskin irinli pielonefritin antibiotiklərlə müalicəsində daha yüksək effekt onları necə yeridildikdə alınır?
A) Limfa daxili yeridilməsində

B) Arteriya daxili yeridilməsində

C) Əzələ daxili yeridilməsində

D) Vena daxili yeridilməsində

E) Kateterlə böyrək daxilinə yeridilməsində
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
275) Kəskin irinli pielonefritin ampisillinlə müalicəsində hansı halda daha yüksək effekt alınır?
A) Vena daxili yeridilməsi

B) Əzələ daxili yeridilməsi

C) Limfa daxili yeridilməsi

D) Dərialtı yeridilməsi

E) Arteriya daxili yeridilməsi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
276) Bakteriotoksik şok zamanı nəyin dərhal vena daxilinə yeridilməsi məqsədə uyğundur?
A) Reopoliqlyukinin

B) Plazmanın

C) Poliqlyukinin və kortikosteroidlərin

D) 5% - li qlyukozanın

E) Hemodezin
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
277) Nefropeksiya aparılmış xəstəyə əməliyyatdan sonrakı dövrdə nə məsləhət görülür?
A) 2 gündən sonra ayağa qalxmaq

B) 21 gün ərzində yataq rejimi

C) Əməliyyatdan 3 gün keçmiş bel bandajı

D) 12 gün ərzində yataq rejimi, lövhəli çarpayıda

E) 7 – 10 gün ərzində yataq rejimi
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
278) Fəsadsız 1 - ci dərəcəli nefroptozda xəstəyə nə məsləhət görülməlidir?
A) Atletik gimnastika

B) İdman əks göstərişdir

C) Uzanmış halda müalicəvi idman

D) Gəzinti, qaçış

E) Aerobika
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
279) Fəsadsız 1 - ci dərəcəli nefroptozda xəstəyə sadalananlardan hansi biri məsləhət deyil?
A) Uzanmış halda müalicəvi gimnastika

B) Bandajın geyilməsi

C) Palçıqla müalicə

D) Çəkisinin artırılması

E) Ağır fiziki əməyi qadağan etmək
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
280) Müalicəvi idman hansı halda məqsədəuyğundur?
A) Böyrəkdə mərcanvari və çoxsaylı daşlarda

B) Xroniki epididimitdə

C) Kəskin pielonefrit və prostatində

D) Polikistozlu və multikistozlu böyrəkdə

E) Nefroptozda, xroniki pielonefrit və prostatitdə
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
281) Uroonkoloji xəstəyə təyin olunmuş polikimiyəvi terapevtik preparatların kardiotoksik təsirini aradan qaldırmaq üçün nə məqsədəuyğundur?
A) Vena daxilinə qlükoza, ATF, kokarboksilaza, B1, B6, C vitaminləri, kimyəvi preparatlarının dozasının azaldılması

B) Vena daxilinə qlükoza

C) Müalicənin dayandırılması

D) Prednizolon tabletləri

E) Kimyəvi preparatlarının dozasının azaldılması
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
282) Sidik kisəsinin şişinin polikimyəvi terapiya nəticəsində xəstənin bütün qan göstəriciləri 75% aşağı düşmüşdür. Belə halda nə vacibdir?
A) Kimyəvi preparatların dozasının azaldılması

B) Müalicənin dayandırılması

C) Kimyəvi preparatların dozasının azaldılması

D) Analoji təsirli preparatlarla dəyişmək

E) Preparatların yeridilməsinin arasının uzadılması
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
283) Vena daxilinə yeridilən qlükoza məhluluna əlavə olunan insulininin miqdarı aşağıdakı hansı düsturla hesablanır?
A) 1 insulin vahidi 1, 0 qr quru qlükozaya

B) 1 insulin vahidi 6, 0 qr quru qlükozaya

C) 1 insulin vahidi 2, 0 qr quru qlükozaya

D) 1 insulin vahidi 4, 0 qr quru qlyükozaya

E) 1 insulin vahidi 8, 0 qr quru qlükozaya
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
284) Kəskin və xroniki böyrək çatışmazlıgında xəstələrə nə təyin olunmamalıdır?
A) Sefalosporinlər

B) Ftorxinolinlər

C) Yarımsintetik antibiotiklər

D) Aminoqlikozidlər (gentamisin, kanamisin və s.)

E) Sulfanidamidlər
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
285) Kəskin qeyri-obstruktiv pielonefritli xəstələrin pəhrizinə nə daxil olmalıdır?
A) Süd məhsulları

B) Zülallar (ət, balıq)

C) Meyvə, tərəvəz

D) Piylər

E) Bütün qeyd olunanlar
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
286) Böyrək fəaliyyəti pozulmamış xroniki pielonefritli xəstələrin pəhrizinə nə daxil olmalıdır?
A) Zülallar (ət, balıq)

B) Meyvə, tərəvəz

C) Süd məhsulları

D) Yağlar (kərə yağı, bitki yağları)

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
287) 3 – cü mərhələli xroniki böyrək çatışmazlığı ilə fəsadlaşmış xroniki

pielonefritli xəstələrin pəhrizində sadalananlardan hansı qidanı məhdudlaşdırmaq lazım deyil?
A) Zülallar (ət, balıq)

B) Yağlar (kərə yağı, bitki yağları)

C) Süd məhsulları

D) Bütün sadalananlar

E) Meyvə, tərəvəz
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
288) Böyrək çatışmazlığı olmayan böyrək polikistozlu xəstələrin pəhrizinə nə daxil edilə bilər?
A) Yağlar

B) Süd məhsulları

C) Zülallar

D) Meyvə, tərəvəz

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология: учебник под ред. Н.А. Лопаткина. Изд. 4-е, переработанное и дополненное.-M.:Медицина, 2002.
289) Xəstədən sərbəst olaraq oksalat daşları ifraz olunmaqla oksalaturiya müşahidə olunur. Ona nə məsləhət görülməlidir?
A) Limon turşusu tərkibli məhsulların (sitruslar) məhdudlaşdırılması

B) B qrup və A vitaminləri, maqnium tərkibli məhsulların istifadəsinin çoxaldılması

C) Bütün sadalananlar

D) Türşəng turşusu tərkibli məhsulların (göyərti, şokolad və s.) məhdudlaşdırılması

E) Süd məhsullarının məhdudlaşdırılması
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005г.
290) Xəstədən sərbəst olaraq urat daşları ifraz olunmaqla uraturiya müşahidə olunur. Ona nə məsləhət görülməlidir?
A) Bütün sadalananlar

B) Yüksək kaloriyalı pəhrizin məhdudlaşdırılması

C) Zülalların məhdudlaşdırılması (gün ərzində xəstənin 1 kq çəkisinə 1 qr qədər ətin istifadəsi)

D) Məyvələr

E) Südlü – bitkili pəhriz
Ədəbiyyat: Урология по Дональду Смиту под редакцией к.м.н. В.М.Ничушкиной. М.2005.г

Bölmə 5. Böyrəklərin anomaliyaları

291) Böyrəklərin yerləşmə anomaliyalarına aiddir?
A) Böyrəklərin ikiləshməsi

B) Heterolateral distopiya (çarpaz), homolateral distopiya (torakal, bel, qalça, çanaq)

C) Nefroptoz

D) Heterolateral distopiya (çarpaz)

E) Homolateral distopiya (torakal, bel, qalça, çanaq)
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
292) Distopiyalı böyrək mütləq diferensasiya olunmalıdır?
A) Fiksə olunmuş nefroptoz

B) Bağırsağın şişi ilə

C) Bütün sayılanlar ilə

D) Qadın cinsiyyət orqanlarının şişi ilə

E) Heç biri ilə
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
293) Böyrəklərin çanaq və bel distopiyarında xarakterik rentgenoloji əlamətlər hansılardır?
A) Kasaciq ləyən sisteminin genişlənməsi

B) Aşağıda başlanan, qısa damar ayaqcığı

C) Qıvrım, kifayət qədər uzun sidikaxarı

D) Aşağıda başlanan, qısa damar ayaqcığı, böyrəyin rotasiyası

E) Böyrəyin rotasiyası
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
294) Qalça distopiyalı böyrəyin arteriyası sadalananlardan hansı biri istisna olmaqla bütün xarakteristikalara malikdir?
A) Çoxsaylı, müxtəlif çanaq arteriyalarından ayrılır

B) Müxtəlif çanaq arteriyalarından ayrılır

C) Çoxsaylı, ümumi qalça arteriyasından ayrılır, bifurkasiya yerindən ayrılır

D) Çoxsaylı, aortanın bifurkasiyası altından ayrılır

E) Vahid, çoxsaylı, müxtəlif çanaq arteriyalarından ayrılır
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
295) Böyrəyin distopiyası diaqnozu hansı müayinələrə əsaslanır?
A) Angioqrafiya

B) Bütün sayılanlar düzdür

C) Ekskretor uroqrafiya və angioqrafiya

D) Ekskretor uroqrafiya

E) Ultrasəs müayinəsi
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
296) Böyrəklərin simmetrik birləşmələrinə aiddir?
A) S-vari

B) L-vari böyrək

C) Nalvari və qaletəbənzər böyrək

D) Y-vari böyrək

E) İ-vari
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
297) Nalvari böyrəklərdə qütblərin birləşmə variantları?
A) Aorta və aşağı boş venanın arxasında qütblərin boyuncuqla birləşməsi

B) Aşağı qütblərin parenximatoz boyuncuqla

C) Ancaq fibroz toxuma ilə birləşmə

D) Yuxarı qütblərin, boyuncuq ilə

E) Hamısı düzdür
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
298) Nalvari böyrəyin fəsadları içərisində sadalananlardan hansı birinci yerdədir?
A) Sidikdaşı xəstəliyi

B) Pielonefrit

C) Hematuriya

D) Arterial hipertenziya

E) Hidronefroz
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
299) Ekskretor uroqrammalarda nalvari böyrək necə xarakterizə olunur?
A) «Balıq tilovu» simptomunun olması ilə

B) «Balıq tilovu» simptomunun olması və kasacıq-ləyən sisteminin rotasiyası ilə

C) Birləşmiş böyrəklərin boylama oxunun kəsişmə bucağının dəyişməsi ilə

D) Hamısı düzdür

E) Kasacıq-ləyən sisteminin rotasiyası ilə
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
300) L-vari böyrəkdə böyrək qapısının yerləşməsi necədir?
A) Biri - medial, digəri- lateral

B) Kranial

C) Lateral

D) Biri - medial, digəri – kranial

E) Medial
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
301) Böyrəyin solitar kistasının patogenezi nə ilə əlaqəlidir?
A) Kasacıqların obstruksiyasi

B) Bütün sayılanlar düzdür

C) Pielonefrit

D) Kanalcıq okklüziyası (anadangəlmə ilə və ya qazanılmış), sidiyin retensiyası

E) Böyrək toxumasının işemiyası
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
302) Kistanın punksiyası və kistoqrafiyası hansı ardıcıllıqla aparılır?
A) Kistanın punksiyası, kistanın möhtəviyyatının aspirasiyası, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası

B) Kistanın punksiyası, kistanın möhtəviyyatının aspirasiyası, sitoloji və bakterioloji müayinənin aparılması, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi, rentgenkontrast mayenin kista boşluğundan evakuasiyası, kistanın boşluğuna sklerozlaşdırıcı məhlulun yeridilməsi

C) Kistanın punksiyası, rentgenkontrast mayenin kistanın boşluğuna yeridilməsi,bakterioloji müayinənin aparılması

D) Kistanın punksiyası, sitoloji müayinənin aparılması

E) Kistanın punksiyası,kistanın möhtəviyyatının aspirasiyası
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
303) Böyrəyin solitar kistasına görə cərrahi əməliyyata göstərişlər hansılardır?
A) Urodinamik pozğunluq və böyrəkdə xroniki infeksiya

B) Kistanın irinləməsi

C) Arterial hipertenziya

D) Kəskin ağrı

E) Bütün sadalananlar
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
304) Böyrəyin solitar kistasına görə cərrahi əməliyyata göstərişlər hansılardır?
A) Bütün sadalananlar

B) Kistanın divarının maliqnizasiyası

C) Böyrəkdə kista və xərçəngin birgə olması

D) Daimi ağrılar

E) Hematuriya
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
305) Böyrəklərin polikistozu - bu hansı xəstəlikdir?
A) Anadangəlmədir, iki tərəflidir

B) Bir tərəflidir

C) Anadangəlmədir

D) Qazanılmadır

E) İki tərəflidir
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
306) Angioqrammalarda böyrəklərin polikistozu üçün nə xarakterikdir?
A) Damarsız zonaların olması, nazilmiş və uzanmış magistral damarlar ilə

B) Böyrək arteriyanin ikiləşməsi

C) Damar şəkilin güclənməsi

D) Heç biri

E) Külli miqdarda kiçik arteriyaların olması ilə
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
307) Böyrəklərin polikistozunda cərrahi müalicəyə göstəriş nədir?
A) Kistalarin irinləməsi

B) Uzun sürən mikrohematuriya

C) Bakteriuriya

D) Leykosituriya

E) Xroniki piyelonefrit
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
308) Böyrəklərin multikistozu – necə xəstəlikdir?
A) İltihab nəticəsində

B) Qazanılmışdır

C) Birtərəflidir, anadangəlmədir

D) İkitərəflidir

E) Posttravmatik
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
309) Böyrəyin multikistozunun polikistozdan fərqləndirən cəhət hansıdır?
A) İrsi faktorun əhəmiyyəti yoxdur

B) İkitərəfli olması

C) Birtərəfli olması

D) İrsi faktorun əhəmiyyəti

E) Qazanılmış
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
310) Böyrəyin multikistozunun hansı variantları mümkündür?
A) Sidikaxarı atrofikdir və sidikliyə çatmadan küt qurtarır

B) Sidikaxarı atrofikdir

C) Sidikaxarı dəyişməyib

D) Sidikaxarı atrofikdir və sidikliyə çatmadan küt qurtarır və sidikaxarı sidik kisəsi ilə birləşir, amma proksimal hissəsi küt qurtarır

E) Sidikaxarı sidik kisəsi ilə birləşir, amma proksimal hissəsi küt qurtarır
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
311) Böyrəyin multilakulyar kistası necə olur?
A) Kasacıqlardır

B) Ləyən ilə əlaqəsi olmayan kistadır

C) Birkameralı kistadır

D) Çoxkameralı və ləyən ilə əlaqəsi olmayan kistadır

E) Çoxkameralı kistadır
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
312) Multilakulyar kistanın müalicəsi necədir?
A) Kistanın punksiyası və onun boşluğuna sklerozlaşdırıcı maye yeridilməsi

B) Nefrektomiya və ya böyrəyin rezeksiyası

C) Konservativ

D) Kistanın punksiyası (perkutan)

E) Xarici divarının kəsilməsi
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
313) «Süngərvari böyrək»-lərə aşağıdakı hansı əlamətlərdən hansı aid edilir??
A) Kistlər yalnız beyin maddəsində -piramidlərdə yerləşərək onları süngərlərdəki boşluqlara bənzədir

B) Xəstəlik böyrək piramidləri nahiyəsində xırda kistlərin olmasıilə xarakterizə olunur,kistalar qapalı və yaxud yığıcı sidik borucuqları ilə əlaqəli olur

C) Xəstəlik böyrəklərin struktur anomaliyalarına aiddir

D) Sadalananların hamısı

E) Xəstəlik iki tərəfli olur
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
314) «Süngərvari böyrək» çoxsaylı kiçik kistaların olması ilə xarakterizə edilir?
A) Böyrəyin qabıq və beyin maddəsində

B) Böyrəyin qabıq maddəsində

C) Böyrəyin qütblərindən birində

D) Böyrəyin piramidalarında

E) Böyrəyin qapısında
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
315) «Süngərvari böyrək» üçün kiçik konkrementlərin harada olması xarakterikdir?
A) Kasacıqlarda

B) Parenximada

C) Kistaların boşluğunda

D) Sidik axarında

E) Ləyəndə
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
316) «Süngərvari böyrək» diaqnozu necə müəyyən edilir?
A) Adi və ekskretor uroqrafiya ilə, ultrasəs müayinəsi

B) Böyrəyin flebografiyası

C) Retroqrad ureteropiyeloqrafiya ilə

D) Dinamik nefrostintiqrafiya ilə

E) Böyrək arterioqrofiyası ilə
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
317) Fankoni xəstəliyi nədir?
A) Böyrəklərin medulyar kistoz xəstəliyi

B) Böyrəklərin polikistozu

C) Multikistoz böyrək

D) Böyrəyin solitar kistası

E) Süngərəbənzər böyrək
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
318) Fəsadlaşmamış meqakalikozun müalicəsi?
A) Konservativ və nefrektomiya

B) Sanator-kurort

C) Plastik operasiya

D) Xüsusi müalicə tələb etmir

E) Böyrəyin qütbünün rezeksiyası
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə