Urologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə İctimai səhiyyə və uroloji xidmətin təşkili


) Yuxarı sidik yollarının natamam ikiləşməsinə nə aiddir?



Yüklə 0,97 Mb.
səhifə6/16
tarix13.12.2016
ölçüsü0,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

319) Yuxarı sidik yollarının natamam ikiləşməsinə nə aiddir?
A) Ləyənin ikiləşməsi, sidik axarının haçalanması

B) Ləyənin ikiləşməsi

C) Heç biri

D) Sidikaxarının ikiləşməsidir

E) Sidikaxarının haçalanması
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
320) Parapelvikal kistaların üçün nə xarakterikdir?
A) Böyrəyin qütbündə yerləşir

B) Böyrəyin orta seqmentində yerləşir

C) Ləyən və kasacıqlarla əlaqəlidir

D) Ləyən və kasacıqlarla əlaqəsi yoxdur, böyrək sinusu nahiyəsinə lokalizasiya olunur

E) Böyrək sinusuna lokalizə olunmur
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
321) Tam ikiləşmiş böyrəklərdə nə olur?
A) Bir ləyən

B) Bir sidik axarı

C) İki ləyən,sidik axarı və dörd sidik axarı mənsəbi

D) Vahid ümumi arteriya

E) Vahid ümumi vena
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
322) Veyqert-Meyer qanunu nədir?
A) Aşağı ləyənin sidikaxarı mənsəbinin distal yerləşməsi

B) Heç biri

C) Sidik axarları mənsəblərinin yerləşməsi – yuxarı ləyənin axarının mənsəbi distal, aşağı ləyənin mənsəbi proksimal yerləşir

D) Sidikaxarları mənsəblərinin yerləşməsi – yuxarı ləyənin axarının mənsəbi proksimal, aşağı ləyənin mənsəbi lateral yerləşir

E) Sidikaxarlarının çarpazlaşması
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
323) Veyqert- Meyer qanunu müşahidə edilir?
A) Ləyənin ikiləşməsində

B) Sidik axarının haçalanmasında

C) Hamısı düzdür

D) Böyrəyin natamam ikiləşməsində

E) Sidik axarının tam ikiləşməsində
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
324) Sidik axarlarının ikiləşməsində daha tez-tez müşahidə olunan fəsadlar hansılardır?
A) Urodinamik pozğunluqlar

B) Pionefroz

C) Sidik daşı xəstəliyi

D) Ureterohidronefroz

E) Sidikaxarı mənsəbinin ektopiyası nəticəsində sidiyi saxlaya bilməmək
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
325) Bunlardan hansı sidik axarlarının anomaliyalarına aid deyil?
A) İkiləşmiş və ya üçləşmiş sidik axarları

B) Sidik axarının neyromuskulyar displaziyası

C) Retrokaval ureter

D) Retroperitoneal fibroz

E) Həlqəvi sidik axarı
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
326) Retrokaval sidikaxarınının diaqnostikası nəyə əsaslanır?
A) Retroqrad ureteroqrafiyaya

B) Ultrasəs müayinəyə

C) Ekskretor uroqrafiya

D) Spiral KT

E) Stintiqrafiyaya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
327) Sidik axarlarının neyromiskulyar displaziyasının mərhələlərinə aid deyil?
A) Meqaureter

B) Axalaziya və hidroureteronefroz

C) Hidrokalikoz və piyeloektaziya

D) Axalaziya

E) Hidroureteronefroz
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
328) Sidik axarlarının neyromuskulyar displaziyasının patomorfoloji əsası nədən ibarətdir?
A) Aşağı sistoidin neyro-muskulyar displaziyası

B) Sidik kisəsinin neyrogen pozğunluqları

C) Ureterosele

D) Ureterosele və mənsəblərin lateral yerləşməsi

E) Mənsəblərin lateral yerləşməsi
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
329) Sidik axarlarının neyro-muskulyar displaziyasının II mərhələsi üçün sadalanan əlamətlərdən hansı biri xarakterikdir?
A) Heç biri

B) Baş ağrıları

C) Böyrək sancısı tutmaları

D) Tez yorulma

E) Ümumi zəiflik
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
330) Sidik axarlarının neyro-muskulyar displaziyasının II mərhələsində sadalananlardan biri istisna olmaqla hamısı mümkündür?
A) Arterial təzyiqin yüksəlməsi

B) Tezləşmiş ishal

C) Hərarətin yüksəlməsi və üşütmə

D) İnadlı leykosituriya

E) Qarında və bel nahiyəsində küt ağrılar
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
331) Sidik axarlarının neyro-muskulyar displaziyasının diaqnostikasında ən çox informativ müayinə?
A) Ekskretor (infuzion) uroqrafiya

B) Sistoqrafiya

C) Aortoqrafiya

D) Venokavoqrafiya

E) Dinamik nefrostintiqrafiya
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
332) Ektopiyalı sidik axarı mənsəbi hansı halda urogenital sinusun törəməsinə açılmır?
A) Uretral ektopiyada

B) Heç biri

C) Parauretral (vestibulyar) ektopiyada

D) Sidiklikboynu ektopiyası

E) Uşaqlıq və uşaqlıqyolu ektopiyasında-qadınlarda sidikaxarı uşaqlıqyolu dəhlizinə açılarsa
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
333) Sidik axarı mənsəbinin ektopiyasının xarakterik kliniki əlaməti hansıdır?
A) Normal siyimə aktı ilə sidiyin daimi axmasının birgə müşahidə olunması

B) Sidik ləngiməsi

C) Sidiyin axması

D) Normal siyimə aktı ilə sidiyi saxlaya bilməməyin birgə müşahidə olunması

E) Sidiyi saxlaya bilməmək (sidikqaçırtma)
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
334) Sidik axarlarının ektopiyasında hansı əməliyyat aparılmır?
A) Pieloureteroanastomoz

B) Uretero-ureteroanastomoz

C) Ureterosistoneostomiya

D) Heminefrektomiya

E) İntestinal plastika
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
335) Ureteroselenin səbəbləri nədir?
A) Aşağı sistoidin neyro-muskulyar displaziyası

B) Sidikaxarının selikliqişaaltı qatının anadangəlmə neyro-muskulyar zəifliyi və sidikaxarı mənsəbinin dar olması

C) Sidikaxarı mənsəbinin dar olması

D) Sidikaxarının intramural şöbəsinin daralması

E) Sidikaxarının selikliqişaaltı qatının anadangəlmə neyro-muskulyar zəifliyi.
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
336) Ureterosele diaqnozu nəyə əsaslanır?
A) Ekskretor uroqrafiyaya

B) Retroqrad sistoqrafiyaya

C) Ultrasəs müayinəsinə

D) Enən sistoqrafiyaya

E) Enən sistoqrafiyaya və ultrasəs müayinəsinə
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
337) Ureterosele zamanı ekskretor uroqrommalarda nə aşkar olunur?
A) Sidikaxarlarının dilatasiyası

B) Kasajıqların dilatasiyası

C) Sidikaxarının distal ucunun şar kimi kontrastla dolub genişlənməsi və işıqlı qövs ilə əhatə olunması

D) Sidikliyin aşağı kənarında «dolma defekti»

E) Sidikliyin aşağı kənarında «dolma defekti» və sidikaxarının distal ucunun şar kimi kontrastla dolub genişlənməsi , işıqlı qövs ilə əhatə olunması
Ədəbiyyat: Реконструктивно-пластические операции на мочевых путях у детей
338) Hidronefrotik transformasiyada ilk əvvəl nə baş verir?
A) Böyrək arteriyasının daralması

B) Kasacıqların ektaziyası

C) Ləyənin ektaziyası

D) Böyrək məməciklərinin yastılaşması

E) Ləyənin və kasacıqların ektaziyası
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
339) Hidronefrozda ən çox rast gələn fəsadlar?
A) Venoz hipertenziya

B) Arterial hipertenziya

C) Böyrək daşı xəstəliyi

D) Hematuriya

E) Piyelonefrit
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
340) Nalvari böyrəkdə hidronefrotik transformasiyanın ən çox əmələ gəlmə səbəbi nədir?
A) Sidik axarının qapaqları

B) Sidik axarının ləyənin arxa tərəfində olması

C) Periureterit

D) Ləyənin böyrəyin ön tərəfində yerləşməsi və sidik axarının böyrəyin parenximasını aşıb keçməsi

E) Ləyən – sidik axarı seqmentinin anadangəlmə stenozu
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
341) Aşağıda sadalananlardan hansı anadangəlmə hidronefrozun səbəbi deyil?
A) Sidik axarının çapıq toxumalı strikturası və nefroptoz

B) Böyrəyin aşağı qütbünün əlavə damarı

C) Ləyən-sidik axarı seqmentinin anadangəlmə stenozu

D) Sidik axarının yüksək başlanğıcı və onun klapanları

E) Sidikaxarının çapıq toxumalı strikturası və nefroptoz, böyrəyin aşağı qütbünün əlavə damarı
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
342) Böyrəyin funksiyasının kəskin zəif olduğu təqdirdə «bağlı» hidronefrozun əsas diaqnostik üsulu?
A) Retroqrod ureteroqrafiya

B) Dinamik stintiqrafiya

C) Ekskretor uroqrafiya

D) İnfuzion uroqrafiya

E) Böyrək arterioqrafiyası
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
343) Aşağı polyar əlavə arteriya nəticəsində baş verən hidronefrotik transformasiya kəskin seroz piyelonefrit ilə fəsadlaşdıqda məqsədə uyğundur?
A) Culp de Weerd operasiyası

B) Antevazal piyelo-piyeloanastomoz

C) Foley operasiyası

D) Ləyən-sidikaxarı seqmentinin rezeksiyası və uretero piyeloanastomoz

E) Perkutan punksion nefrostomiya
Ədəbiyyat: Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.
344) Sidik axarının yüksək başlanğıcı olarkən məqsədəuyğun əməliyyat hansıdır?
A) Ureteropieloneoanastomoz

B) Albarran operasiyası

C) Nefrektomiya

D) Ureteroliz

E) Ureterokalikoanastomoz
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
345) Birtərəfli keçici (fasiləli) hidronefroz üçün nə xarakterikdir?
A) Heç biri

B) Qısamüddətli poliuriya

C) Bel nahiyəsində keçici ağrılar və qısa müddətli poliuriya

D) Sidiyin sıxlığının aşağı olması

E) Bədən hərarətinin yüksəlməsi zamanı eritrosituriya
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
346) Nefroptozda (III dərəcəli) böyrək damarlarında baş verən dəyişikliklər hansıdır?
A) Damar ayaqcığının burulması və damarların daralması

B) Damar ayaqcığının burulması

C) Damarların diametrinin azalması

D) Bütün sadalananlar

E) Damarların daralması
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
347) Sidikliyin ekstrofiyasında ən çox rast gələn fəsad?
A) Xiluriya

B) Mikro və makrohematuriya

C) Sidik (duz) diatezi

D) Arterial hipertenziya

E) Piyelonefrit
Ədəbiyyat: M.C.Cavad-Zadə, K.A.İsmayılov. Urologiya. Tibb institutu üçün dərslik. Bakı-1989
348) Sidikliyin divertikuluna səbəb olan daha çox rast gələn xəstəliklər hansılardır?
A) Prostat vəzinin adenoması, sidik kisəsinin xərçəngi

B) Uretranın strikturası

C) Prostat vəzinin adenoması, sidikliyin boynunun sklerozu

D) Prostat vəzinin xərçəngi, sidik kisəsinin xərçəngi

E) Xroniki prostatit
Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
349) Xəstədə böyrəklərin polikistozu var.Böyrək ləyənində 26 mm ölçüdə urodinamikanı pozan konkrement və kəskin pielonefrit vardır.Xəstəyə aşağıdakılardan hansı məsləhət görülə bilər?
A) Zərbə dalğalı litotripsiya

B) Pielolitotomiya,nefrostomiya,kistaların açılması

C) Punksion nefrolitotomiya,nefrostomiya

D) Nefrostomiya

E) Konservativ müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
350) Aşağıdakılardan hansı çanaq distopiyalı böyrəyə aiddir?

A) Böyrəyin qadınlarda düz bağırsaqla uşaqlıq arasında yerləşməsi

B) Böyrəyin orta xəttdə və ya bir qədər lateral istiqamətdə olması,KLS öndə ,parenximanın arxada yerləşməsi

C) Sadalananların hamısı

D) Böyrəyin çanaq nahiyyəsində yerləşməsi

E) Böyrəyin kişilərdə düz bağırsaqla sidiklik arasında yerləşməsi


Ədəbiyyat: Джавад-заде М.Д.,Шимкус Э.М. Хирургия аномалий почек,Баку,Азернешр, 1977,348с.
351) Natamam ikiləşmiş böyrəklərdə nə olur?

A) İki sidikaxarı

B) Böyrəyin ayrı-ayrı qan təchizatı olan iki seqmentə bölünməsi.İki ləyən və sidik axarlarının müəyyən səviyyəyə qədər ikiləşməsi

C) İki ləyən

D) Heç biri düz deyil

E) Sidikaxarının ikiləşməsi


Ədəbiyyat: Ədəbiyyat Лопаткин Н.А.,Пугачов А.Г. Урология,Москва,Медицина,1988,446с.

Bölmə 6. İltihabi xəstəliklər

352) Birincili kəskin pielonefrit üçün hansı əlamətlər xarakterikdir?
A) Xəstəliyin əsasən qadınlarda olması

B) Xəstəliyin əsasən kişilərdə olması

C) İntoksikasiya əlamətlərinin zəif olması

D) Xəstəliyin əsasən qadınlarda olması və intoksikasiya əlamətlərinin güclü olması

E) Simptomların müəyyən ardıcıllıqla baş verməsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
353) Pielonefriti daha çox nə törədir?
A) Protey

B) Göy – yaşıl irin çöpləri

C) Enterokokk

D) Bağırsaq çöpləri

E) Stafilokokk
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
354) Pielonefritin etiopatogenezində hansı amil əsas rol oynayır?
A) İnfeksiyanın böyrəyə daxil olma yolu

B) İnfeksiyanın növü

C) Bütün sadalananlar

D) Orqanizmin immun bioloji reaktivliyi

E) Urodinamikanın pozğunluqları
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
355) Kəskin pielonefritin əmələ gəlməsinə təkan verən amil hansıdır?
A) Sidik kisəsi – sidik axarı reflyuksu

B) Sidiyin xaric olunmasının və böyrəkdə venoz qan dövranının pozulması

C) Bakteriuriya

D) Soyuqlama

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
356) Kəskin hematogen pielonefrit zamanı ilk növbədə nə zədələnir?
A) Kasacıq – ləyən sistemi

B) Böyrək yumaqcıqları

C) Bütün sadalananlar

D) Böyrəyin venoz sistemi və interstisial toxuma

E) Böyrək kanalcıqları
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
357) Kəskin irinli pielonefrit zamanı böyrəkdə hansı dəyişikliklər baş verir?
A) Böyrək toxumasının (kanalcıqlar və yumaqcıqlar) destruksiyası

B) İnterstisial toxumada mikrobların toplanması

C) Damarların keçiriciliyinin pozulması

D) İnterstisial toxumada leykositar infiltrasiya

E) Bütün sadalananlar
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
358) Kəskin serozlu pielonefrit zamanı ultrasəs müayinəsində böyrəkdə hansı dəyişikliklər müşahidə edilir?
A) Böyrək ətrafı toxumanın seyrəkləşməsi

B) Parenximanın ocaqlı qalınlaşması

C) Parenximanın qeyri – həmcins olması

D) Tənəffüs zamanı böyrəyin hərəkətinin məhdudlaşması

E) Böyrək ölçülərinin böyüməsi və exogenliyin azalması
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
359) Qadınlarda sidiyin çöküntüsündə hansı minimal sayda leykositlərin olması, leykosituriyaya işarədir?
A) 20 leykositdən çox

B) 6 leykositdən çox

C) Leykositlər bütün görmə sahəsini tutur

D) 15 leykositdən çox

E) 2 – 5 görmə sahəsində
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
360) Kəskin pielonefritin serozlu və irinli mərhələlərinin differinsial diaqnostikasında əsas əlamətlər hansıdır?
A) Qarının ön divar əzələsinin gərginləşməsi

B) Hipertermiya üşütmə ilə

C) Bel nahiyəsində ağrılar və qarının ön divar əzələsinin gərginləşməsi

D) Bel nahiyəsində ağrılar

E) Hipertermiya üşütmə ilə və qarının ön divar əzələsinin gərginləşməsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
361) Xroniki pielonefritin sonu nə ilə nəticələnir?
A) Xroniki böyrək çatışmazlığı

B) Pionefroz və böyrəklərin büzüşməsi

C) Arterial hipertenziya

D) Pionefroz

E) Böyrəklərin büzüşməsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
362) Poliklinikaya 37 yaşlı qadın zəiflik və sağ bel nahiyəsində küt ağrılarla müraciət etmişdir. 2 saat əvvəl sağ tərəfində böyrək sancısı olmuş,temperatur 38, 5 °C və titrətmə olmuşdur. Tərləmədən sonra temperatur 37, 2 °C, beldəki ağrı çəkilmişdir.Döyəcləmə simptomu sağda zəif müsbətdir, böyrəklər əllənmir, sidik ifrazı normaldır. Ehtimal olunan diaqnoz aşağıdakılardan hansı ola bilər?
A) Sağ sidik axarının daşı, kəskin serozlu pielonefrit

B) Sağ tərəfli pionefroz

C) Böyrək daşı

D) Kəskin hematogen pielonefrit

E) Kəskin irinli pielonefrit
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
363) Sidik axarının daşı, kəskin serozlu pielonefrit zamanı poliklinika həkiminin taktikası necə olmalıdır?
A) Təcili hospitalizasiya

B) Planlı şəkildə hospitalizasiya

C) Ambulator müayinələrin təyini

D) Ev şəraitində dinamik nəzarət

E) Ambulator müalicənin təyini
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
364) Apostematoz nefritə görə böyrəyin dekapsulasiyası və nefrostomiya əməliyyatı aparılıb.Yarada hansı drenaj növündən istifadə etmək olar?
A) Vişnevski məlhəmi ilə tampon qoymaq

B) Böyrəyə natrium xlorun hipertonik məhlulunda isladılmış rezin boru qoymaq

C) Böyrəyə natrium xlorun hipertonik məhlulunda isladılmış rezin boru, tənzif və 2 – 3 rezin qoruyucu – borucuq qoymaq

D) 2 – 3 rezin qoruyucu – borucuq qoymaq və Vişnevski məlhəmi ilə tampon qoymaq

E) 2 – 3 rezin qoruyucu – borucuq qoymaq
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
365) Sol böyrəyin karbunkuluna şübhə vardır. Bədən tempraturu 37, 8 – 38, 5º C, xəstəliyin baş vermə müddəti 6 gün olduğu halda müayinələri hansı ardıcıllıqla aparmaq məqsədə uyğundur?
A) Sidiyin və qanın analizi,ultrasəs müayinəsi ,retroqrad pieloqrafiya

B) İzotop renoqrafiya, sidiyin və qanın analizi, ultrasəs müayinəsi, retroqrad pieloqrafiya

C) Dinamik nefrostintiqrafiya, ultrasəs müayinəsi, ekskretor uroqrafiya

D) Sidiyin və qanın analizi, ultrasəs müayinəsi, ekskretor uroqrafiya, kompyüter tomoqrafiyası

E) Retroqrad pieloqrafiya, ultrasəs müayinəsi
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
366) 64 yaşlı xəstəyə sol böyrəyin aşağı qütbünün 2*3 sm ölçüdə karbunkulu diaqnozu qoyulmuşdur. Urodinamika və böyrəyin fəaliyyəti pozulmamışdır. 3 gündür xəstədir,müalicə taktikası necə olmalıdır?
A) Nefrostomiya

B) Planlı operasiya – böyrəyin təftişi, karbunkulun açılması, paranefral sahənin drenə olunması, antibakterial müalicə

C) Karbunkulun dəridən keçən punksiyası, antibakterial müalicə

D) Nefrektomiya

E) Təcili əməliyyat – sol böyrəyin təftişi, karbunkulun açılması, paranefral sahənin drenaj olunması, antibakterial müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
367) Xəstə kəskin irinli pielonefrit, sağ böyrək ləyəninin 1, 5*2, 0 sm ölçülü daşı ilə daxil olmuşdur. 10 gündür ki, vaxtaşırı üşütmə ilə davam edən yüksək hərarəti vardır. Xəstəyə nə göstərişdir?
A) Distansion litotripsiya

B) Əməliyyat – böyrəyin təftişi, pielolitotomiya, nefrostomiya

C) İntensiv antibakterial müalicə

D) Punksion nefrostomiya

E) Sidik axarının kateterizasiyası
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
368) 32 yaşlı xəstə kəskin irinli pielonefrit, sağ sidik axarının aşağı 1/3 -nin daşı ilə daxil olmuşdur. 10 gündür ki, xəstədir. Ekskretor uroqrammada 1, 5 saatlıq müşahidədə sağ böyrəyin fəaliyyəti qeyd olunmur. Xəstəyə nə göstərişdir?
A) Yuxarı sidik yollarının urodinamikasının bərpası(əməliyyat,punksion nefrostomiya,sidik axarının kateterizasiyası və ya stentin qoyulması),intensiv antibakterial müalicə

B) Əməliyyatsız intensiv antibakterial müalicə

C) Kontakt litotripsiya

D) Böyrəyin fəaliyyətini dəqiqləşdirmək üçün planlı müayinə

E) Zərbə dalğalı litotripsiya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
369) Xəstədə sağ böyrəyin aşağı qütbünün 4*4 sm ölçüdə absesi təyin olunmuşdur. Xəstəyə nə göstərişdir?
A) Əməliyyat – absesin açılması və drenə olunması və ya abses boşluğunun dəridən keçən punksiyası və drenə olunması

B) İntensiv antibakterial müalicə

C) Böyrəyin dekapsulyasiyası, nefrostomiya

D) Böyrəyin aşağı qütbünün rezeksiyası

E) Nefrektomiya
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
370) Xəstə 20 həftəlik hamiləlik, sağ tərəfli kəskin serozlu pielonefrit, ləyənin və sağ sidik axarının canağa qədər hissəsinin ektoziyası ilə daxil olub. Konkrement haqqında məlumat yoxdur. Xəstəyə nə göstərişdir?
A) Sidik axarının kateterizasiyası

B) Dəridən keçən punksion nefrostomiya

C) Hamiləliyin pozulması

D) Sağ tərəfli nefroektomiya

E) Sağ böyrəyə stentin qoyulması, antibakterial müalicə
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
371) Kəskin pielonefritin fəsadlarına hansılar aiddir?
A) Sepsis

B) Bütün sadalananlar

C) KBÇ

D) Böyrək məməciklərinin nekrozu, paranefrit



E) Şok
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
372) Kəskin pielonefrit zamanı eyni antibiotiki fasiləsiz olaraq neçə müddət vurmaq olar?
A) 20 gündən çox

B) 12-15 gün

C) 7 – 10 gün

D) 15-20 gün

E) 3 gün
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.
373) Kəskin pielonefrit zamanı antibakterial müalicəni nə qədər müddətə aparmaq lazımdır?
A) Xəstə stasionardan evə yazılana qədər

B) Bir neçə ay müddətinə bakteruriya,piuriya qurtarana qədər

C) Bakteriuriya qurtarana qədər

D) Hərarət normallaşana qədər

E) Piuriya qurtarana qədər
Ədəbiyyat: Урология. Учебник для студентов медицинских вузов. Под редакцией Ю.Г.Аляева Медицинское информационное агентство. Москва. 2005.г.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə